İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    DOQQUZUNCU FƏSİL
    İmam Kazimin(ə) möcüzələri
    ODU SOYUQ ETMƏK
    İmam sadiq(ə) şəhadətə yetişdiyi zaman Musa ibni Cəfərə(ə) vəsiyyət etdi ki, ondan sonra imamət(Kəşfül-Ğəmmə, 2-ci cild, səh. 420. Biharul-Ənvar, 47-ci cild, 79-cu səh. ) məqamını öhdəsinə götürsün. Amma onun qardaşı Abdullah Əftəh ki, yaşı çox idi, imamət iddiasını etdi.
    İmam kazim(ə) göstəriş verdi ki, çoxlu odunu onun evinin ortasında yığsınlar. O zaman qardaşı Abdullahı yanına çağırmaq üçün adam göndərdi.
    Abdullah gəlib həzrətin yanında oturdu. Şiənin bəzi böyük şəxsiyyətlərindən də orada hazır idilər. İmam(ə) göstəriş verdi ki, odunları yandırsınlar. Bütün odunları yandırdılar. Böyük bir od qalandı. Camaat bilmirdi İmam Kazimin(ə) bu işdən hədəfi nədir. Odunlar yanıb köz olduğu zaman İmam(ə) odun içinə girib oturdu və bir saat odun içindən camaatla söhbət etdi. O zaman durub camaata qoşuldu və qardaşı Abdullaha dedi: Əgər güman edirsənsə, atandan sonra imamsan, bu odun içində otur.
    Orada hazır olanlar deyirlər: Gördük ki, Abdüllahın rəngi dəyişdi və əbası yerə sürtülən halda İmam Kazimin(ə) evindən xaric oldu. (İmamlıq. )
    BEŞİKDƏ SÖHBƏT
    Yəqub Sərrac deyir: İmam Sadiqin(ə) yanına daxil oldum, beşikdə olan oğlu Musa ibni Cəfərin(ə) başının üstündə durmuşdu. Çoxlu müddət onunla danışdı, o zaman mənə buyurdu: Mövlanın yanına gəl!
    Onun yanına gedib salam verdim. O da fəsih dil ilə mənim cavabımı verib dedi:
    Get qızına qoyduğun adı dəyiş. Çünki Allahın xoşlamadığı bir addır.
    Yəqub deyir: Bir qızım olmuşdu. Onun adını Humeyra qoymuşdum.
    İmam Sadiq(ə) buyurdu: Onun əmrini qəbul et. O zaman hidayət olarsan. Məndə qızımın adını dəyişdirdim. (Biharul-Ənvar, 48-ci cild, səh. 62.)
    BAŞQALARININ ÖMRÜNÜN AXIRINDAN XƏBƏR VERMƏK
    İshaq ibni Əmmar deyir: Eşitdim Musa ibni Cəfər(ə) bir kişinin ölümündən xəbər verirdi. Öz-özümə dedim: O öz şiələrinin hər birinin nə zaman öləcəyini haradan bilir?
    İmam(ə): Qəzəbli bir baxışla mənə baxıb buyurdu: Ey İshaq, Rəşid hicri ölüm elmini və camaatın müsibətlərini bilirdi. İmam onları bilməyə daha da ləyaqətlidir. O zaman buyurdu: Ey İshaq! Hər nə görmək istəyirsənsə gör, sənin ömrün keçibdir və iki ildən sonra öləcəksən. Qardaşların və ailən bir az səndən sonra ixtilaf edəcəklər və bir-birinə xəyanət edəcəklər. O həddə kimi ki, düşmənləri onları məzəmmət edəcəklər. Yenə də mənim şiələrimin ölmək zamanını bilməyimdə şəkk edirsən?
    Ərz etdim: Qəlbimdən keçən şeylərə görə istiğfar edirəm.
    Çox keçmədi ki, İshaq öldü və Əmmarın ailəsi ehtiyac əllərini camaata uzadıb, şiddətli fəqrə giriftar oldular. (Mənaqib, 3-cü cild, səh. 406. Biharul-Ənvar, 48-ci cild, 73-cü səh. )
    ÖLÜ HEYVANI DİRİLTMƏK
    İmam Kazim(ə) Minada bir qadının yanından keçdi. O, ağlayan halda idi və övladları da onun yanında ağlayırdılar. Ağlamaqlarının səbəbi onların inəyinin ölməsi idi.
    İmam(ə) onların yanına gedib, o arvada buyurdu: Niyə ağlayırsan?
    Dedi: Ey Allahın bəndəsi! Mənim yetim övladlarım var və bir inəyimiz var idi ki, mənim və uşaqlarımın dolanacağını təmin edirdi. Amma o inək öldü. Mən və uşaqlarımın əlindən getdi və biçarə olduq.
    İmam(ə) buyurdu: İstəyirsən onu sənin üçün dirildim?
    Qadın cavab verdi: Bəli. Ey Allahın bəndəsi!
    İmam(ə) kənara çəkilib iki rəkət namaz qıldı və əlini bir az uzadıb dua etdi.
    Sonra durdu inəyi səslədi və əsasının başı ya ayağı ilə ona vurdu.
    İnək öz yerindən qalxdı. Qadının gözü inəyə toxunduğu vaxt fəryad edib dedi: And olsun Kəbənin Allahına bu kişi İsa ibni Məryəmdir.
    İmam(ə) oradan keçib camaatın yanına getdi. (Üsule-Kafi. Babe-Molode, Əbil-Həsən Musa ibni Cəfər )
    ABDULLAHIN ÖMRÜNÜN AXIRINDAN XƏBƏR VERMƏSİ
    Abdullah ibni Yəhya deyir: Həcc əməllərini axıra yetirib, İmam Kazimin(ə) hüzuruna yetişdim. Həzrət buyurdu: Bu ildə xeyir işləri görməklə məşğul ol. Çünki sənin əcəlin yaxınlaşıb. Bu xəbəri eşitməklə başladım ağlamağa.
    İmam(ə) buyurdu: Səni nə ağlatdı?
    Ərz etdim: Sənə fəda olum mənim ölümümdən xəbər verdin.
    Buyurdu: Bəşarət olsun sənə çünki sən bizim şiələrimizdənsən, xeyir və yaxşılıqda olacaqsan. Çox keçmədi ki, Abdullah dünyadan getdi.
    SUALDAN QABAQ CAVAB
    Əli ibni Yəqtin iki nəfərə o cümlədən İsmail ibni Salama iki at almaq göstərişini verdi. Mallar və məktubları onlara verib, dedi: Bu mallar və məktubları gizlin surətdə İmam Kazimə(ə) çatdırın.
    İsmail deyir: Biz Kufəyə gedib, iki at alıb yola düşdük. Bəsrə və Mədinə arasında olan «Bətnur-rəmlə» məhəlləsinə çatdıq. Orada öz vəziyyətimizə yetişdik, oturub yeməklə məşğul olduq. Bu zaman bir atlı öz nökəri ilə yoldan gəldi. Bizə yaxınlaşanda gördük İmam Musa ibni Cəfərdir(ə). Onun qarşısında durub salam verib, malları və məktubları ona verdim. Elə o vaxt İmam öz məktublarını çıxardıb bizə verdi və buyurdu: Bunlar sizin məktublarınızın cavabıdır. (Üsule-Kafi, babe molode Əbi əl Həsən Musa ibni Cəfər )
    ŞİR ŞƏKLİNİN CANLANDIRILMASI
    Harun ər-Rəşid sehrbaz bir kişini çağırdı ki, hazırladığı məclisdə iştirak etsin və İmam Kazimı(ə) o məclisdə xəcalətləndirsin. Süfrə sərilib, yemək hazır olan zaman, nə qədər İmamın(ə) xidmətçisi süfrədən çörək götürmək istəyirdi, çörək əlindən uxaqlaşırdı. Harun bu işdən ki, özü və sahir kişinin vasitəsilə baş vermişdi şiddətlə gülürdü və İmamı(ə) şərməndə(Ricale-Kəşşi, səh.273. biharul-Ənvar, 48-ci cild, səh. 35. ) etdiyinə görə xoşhal olmuşdu.
    İmam Kazim(ə) başını qaldırdı və sutunda olan bir şirin şəklinə baxıb dedi:
    Ey Allahın şiri, tut Allahın düşmənini! Şirin şəkli İmamın möcüzəsi ilə mücəssəm oldu və nəhəng bir yırtıcı kimi cadugər kişini parçaladı. Harun və onun ətrafındakılar gördükləri şeyin vəhşətindən yerə yıxılıb, heyran qaldılar. Bir müddətdən sonra ki, özlərinə gəldilər. Harun İmama(ə) ərz etdi: Səndən istəyirəm ki, şir şəklinə əmr edəsən o kişini yenidən geriyə qaytarsın. İmam(ə) buyurdu: Əgər Musanın əsası (ki əjdahaya çevrilib, sehrbazların sehrini batil etdi və onların vəhşət yaradan kəndirlərini uddu) udduqlarını geri qaytarıbsa, bu şəkildə udduğunu geri qaytaracaq. (Utandırdığına görə. )
    BİR QEYBİ XƏBƏR
    Əli ibni Həmzə deyir: Musa ibni Cəfərin(ə) hüzurunda idik. Rey əhlindən olan bir kişi (ona Cündəb deyirdilər) İmamın yanına gəldi. Salam verib oturdu. İmam(ə) onun əhvalını soruşub, onunla yaxşı sual cavab etdi. Sonra buyurdu: Ey Cündəb! Qardaşından nə xəbər?
    Cavab verdi: Xeyir və yaxşılıqdadır və sizə salam göndərir.
    İmam(ə): Ey Cündəb, Allah sənin əcrini qardaşın müsibətində çoxaltsın. Cündəb dedi: Məktubu on üç gün bundan qabağa Kufədə mənə yetişdi ki, sağ və salamatdır.
    İmam(ə): Vallah o məktubundan iki günsonra vəfat etdi və mallarını yoldaşına verib dedi: Bu malları qardaşım səfərdən qayıdandan sonra ona verərsən və yoldaşı o malları onun evində saxlayıb.
    Onun yanına getdiyin zaman onunla mehribançılıqla rəftar edib, onu ümidvar edərsən. Malları tezliklə sənə təhvil verəcək.
    Əli ibni Həmzə deyir: Cündəb böyük və yaraşıqlı kişi idi. Onunla İmam Kazimin(ə) vəfatından sonra görüşdüyüm zaman İmam(ə) buyurduğu şeylər haqqında soruşdum. Cavabında dedi: And olsun Allaha! Mənim ağam düz dedi, həm də məktub barəsində həm də malların barəsində artıq-əskik demədi.
    ÖLÜ HEYVANI DİRİLTMƏK
    Əli ibni Həmzə deyir: Bir gün Musa ibni Cəfər(ə) mənim əlimdən tutub Mədinənin səhra tərəfinə getdik. Yolda ağlayan bir kişini gördük ki, onun qarşısında ölmüş bir ulaq var idi. Yükü də yerdə qalmışdır.
    İmam(ə) ona buyurdu: Sənin işin nədən ibarətdir?
    O kişi dedi: Mən dostlarımla istəyirdik ki, Həccə gedək, burada mənim ulağım öldü, karvandan dala qaldım və mənimlə birlikdə olan dostlarım getdilər. Məndə qalmışam nə edim? Miniyim də yoxdur ki, mallarımı ona yükləyim.
    İmam (ə) buyurdu: Bəlkə ölməyibdir?
    O kişi dedi: Məni ələ salırsan?
    İmam(ə) ulağın yanına gedib düşmüş ağacı götürüb ulağa vurdu və ona qışqırdı. Birdən ulaq tam salamatlıqla yerdən qalxdı. O zaman İmam(ə) o kişiyə buyurdu: burada nə ələ salmaq var idi? Get yoldaşlarına çat və biz ondan ayrıldıq. (Əmaliye Səduq, səh. 248. Biharul-Ənvar, 48-ci cild, səh. 42. )
    Gələcəkdən xəbər
    Mənsur deyir: Eşitdim ki, İmam Kazim(ə) öz şiələrinin birinin ömrünün tamam olmasından xəbər verirdi.
    Öz-özümə dedim: O şiələrinin nə zaman vəfat etməsini haradan bilir? Birdən mənə baxıb buyurdu: Hər nə iş görmək istəyirsənsə gör. Çünki, sənin ömrünün axırına iki ildən çox qalmayıb. Sənin qardaşın bir ay səndən sonra öləcək və ailənin çoxu da öləcəklər və qalanları da bir-birindən ayrılacaqlar.
    Düşmənlərin bu müsibət və bəlalarına görə sevinəcəklər, belə ki, başqalarının onlara yazığı gələcək. İndi yenədə ürəyində şəkk edirsən?
    Ərz etdim: Ürəyimdə olan şeylərə görə istiğfar edirəm.
    İki il keçməmişdi Mənsur vəfat etdi və bir ay ondan sonra qardaşı öldü və ailəsi də vəfat etdi, onun qalanları isə şiddətli yoxsuluğa giriftar olub, başqalarının sədəqəsinə möhtac qalmışdılar. (Biharul-Ənvar, 48-ci cild, səh. 61. )

    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 669 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024