İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    ON DÖRDÜNCÜ FƏİL
    Sahib əz-zəman İmam Məhdinin(ə) möcüzələri
    NAR ƏHVALATI VƏ VƏZİRİN PLANI
    Bəhreyn avropalıların əli altında olanda, onlar müsəlman bir kişini oraya hökmdar təyin etdilər. Bu hökmdar Əhli-Beytin düşmənlərindən idi. Onun bir zülmkar vəziri var idi. O, vəzir həmişə Bəhreynli şiələrə əziyyət edirdi. O, şiələri məhv etmək üçün həmişə plan tökürdü. Bir gün vəzir əlində bir nar ilə hökmdarın yanına gəlib narı ona verdi. O narın üzərində bu cümlə yazılmışdı:***
    Hökmdar bu cümlənin təbii olduğunu gördü və onun heç kim tərəfindən yazılmadığına inandı. O cümlənin insan əli ilə yazıldığı ağla belə sığmırdı. Hökmdar təəccüblənib vəzirə dedi: Bu şiə məzhəbinin batil olduğuna möhkəm bir dəlildir. Bəs şiələr haqqında sənin nəzərin nədir?
    Vəzir dedi: Allah səni salamat etsin, bunlar dəlil qəbul etməyən mütəəssib(Mənaqib, Əli Əbi Talib, 4-cü cild, səh.288. ) bir dəstədirlər. Şiələri bura də’vət edib, bunu onlara göstər. Əgər qəbul etsələr, onda sən böyük savab iş görmüsən, amma əgər qəbul etməyib öz yollarına davam etsələr, onları bu üc şeydən birini secməyə məcbur et. Ya zəlil və xar ola-ola vergi versinlər. Ya, bunun cavabını gətirsinlər, yaxud da, kişilərini öldürüb, qadın və uşaqlarını əsir edib, var dövlətlərini qarət et.
    Hakim vəzirin sözlərini bəyənib, şiələrin alimlərini və salehlərini oraya də’vət etdi. Narı onlara göstərib dedi: Əgər qane edici cavab verməsəniz, özünüzü öldürüb, qadın və uşaqlarınızı əsir tutub, var dövlətinizi də qarət edəcəyəm. Ya da ki, kafirlər kimi zəlilcəsinə vergi verməlisiniz.
    Narı gördükdə təəccüb edib cavab verə bilmədilər. Onların rəngləri qaçıb, titrətməyə başladılar. Onların böyükləri dedilər: Ey əmir, bizə üç gün möhlət ver, cavabını tapıb gətirək, əgər cavab verə bilməsək, nə istəsən edərsən. Hökmdar onlara üç gün möhlət verdi. Onlar məclisi qorxu ilə tərk etdilər.
    Bir məclisə yığışıb, məşvərət etdilər. Sonunda 10 nəfər alim və zahid seçdilər. O on nəfər öz içlərindən üç nəfər seçib, birinə dedilər: Sən bu axşam səhraya gedib, Allaha ibadət edib, onun höccəti olan İmam Zamandan kömək istə, bəlkə o bizə bir yol göstərsin.
    O səhraya gedib ağlayıb və fəryad edib, ibadət etdi. İmamdan kömək istədi, səhər açıldı, ancaq bir fayda olmadı. İkinci gecə, ikinci nəfəri göndərdilər. O da birinci kimi nəticəsiz geri qayıtdı. İki gecə keçmiş və bir nəticə yox idi. Şiədər çox narahat idilər.
    Üçüncü nəfər Mühəmməd ibni İsa adlı pəhrizkar kişini səhraya göndərdilər. O gecə hava çox qaranlıq idi. O ağlayıb, nalə etdi. Allahdan kömək istədi. Səhərə yaxın bir kişinin ona belə dediyini eşitdi: Ey Mühəmməd ibni İsa! Səni niyə bu halda görürəm? Nə üçün bu səhraya gəlmisən?
    Mühəmməd ibni İsa dedi: Ey Kişi! Əl çək mən böyük bir iş üçün gəlmişəm və onu öz İmamımdan başqa heç kimə deməyəcəyəm.
    O, dedi: Ey Mühəmməd ibni İsa! Mən sənin İmamınam. Öz dərdini de. Mühəmməd ibni İsa! Mən sənin İmamınam. Öz dərdini de. Mühəmməd ibni İsa dedi: Əgər imamsansa, mənim dərdimi deməyə ehtiyac yoxdur. Özün bilirsən.
    Mühəmməd ibni İsa dedi: Əgər imamsansa, mənim dərdimi deməyə ehtiyac yoxdur. Özün bilirsən.
    İmam buyurdu: Bəli doğru deyirsən, sənin bütün çətinliklərin o narın əhvalatıdır. Və bu da vəzirin sizi təhdid etməsidir.
    Mühəmməd ibni İsa dedi: Bu sözü ondan eşidəndə dedim: Bəli, ey mənim mövlam! Siz bilirsiniz ki, bizim nə çətinliyimiz var, özün bu çətinliyimizə çarə qıl.
    İmam buyurdu: Ey Mühəmməd ibni İsa! Vəzirin evində (Allah ona lənət etsin) bir nar ağacı var. O ağac bar verən vaxtı, vəzir palçıqdan nar şəklində bir qəlib düzəldib, onu ikiyə bölüb hər bir üzündə bu kəlmələri yazıbdır. Nar kiçik vaxtı olanda onu qəlibə qoyur, böyüdükcə o yazılar narın üzərinə həkk olur. Sabah hökmdarın yanına gedəndə ona cavabı tapmışam, ancaq vəzirin evində aşkar edəcəyəm de. Vəzirin evinə girəndə sağ tərəfdə bir otaq var. Hökmdara de: Cavabı yalnız bu otaqda deyəcəyəm.
    Əlbəttə, vəzir sizi otağa girməyə icazə verməyəcəkdir. Ancaq sən çalış otağa gir və vəzirin səndən qabaq tənha ora girməsinə icazə vermə. Bəlkə sən ondan qabaq otağa gir. O otaqda bir taxça və onun üzərində ağ bir kisə var. O kisəni götür, nar qəlibi o kisənin içindədir. Hökmdarın hüzurunda narı o qəlibə qoyub, hər şeyi aşkar et. Ey Mühəmməd ibni İsa! Onun nihanələrindən biri də budur ki, narı parçalayanda onun içində tozdan başqa bir şey yoxdur. Bizim bu möcüzəni sabit etmək istəsən, hökmdara vəzirin o narı parçalamasına əmr verməsini de. Onu parçalayanda narın tozu vəzirin üzünə töküləcəkdir.
    Mühəmməd ibni İsa bunu eşidəndə sevinib İmamın ayağının altındakı torpağı öpüb, şiələrə gözaydınlığı vermək üçün şəhərə qayıtdı. Səhər açıldıqda hakimin yanına gedib, İmamın buyurduqlarını ona dedilər.
    Hər şey aşkar oldu.
    Hakim Mühəmməd ibni İsaya üz tutub dedi: Sən bu xəbərləri kimdən eşitmisən?
    Mühəmməd ibni İsa dedi: Bu xəbəri bizə, bizim imamımız və Allahın höccəti xəbər veribdir.
    Hakim:Sizin İmamınız kimdir?
    O bütün İmamları sayıb İmam Zamana yetişdi.
    Hakim dedi: əlini uzat səninlə beyət edim. Mən şəhadət verirəm Allahın təkliyinə və Mühəmmədin onun rəsulu olduğuna və Əli(ə) onun fasiləsiz xəlifəsidir. Sonra bütün imamların adlarını sayıb, onlara iman gətirdi. Əmr verdi ki, vəziri edam etsinlər. Sonra Bəhreyn camaatından üzr istəyib, onlara yaxşılıq etməyə başladı. (Təəssübkeş. )
    ƏBU RACİHİN CAVANLAŞMASI
    Həqiqi olan və alimlərin nəql etdiyi təəccüblü halisələrdən biri də Əbu Racih şiə və camaatın qəbul etdiyi və Hilə şəhərində ümumi hamamlarından birinin sahibi idi. Hamı onu tanıyırdı.
    O, zaman Hilə şəhərinin hakimi «Mərcan Səğir» adlı bir nəfər idi. Ona xəbər verdilər ki, Əbu Racih bəzi səhabələr haqqında pis sözlər danışır. Hakim onu çağırıb, cəlladlara onu o qədər vurdular ki, az qalmışdı can versin. Onun dişlərini sındırıblar. Dişini eşiyə çıxardıb iynə ilə deşik-deşik etdilər. Burnunu kəsib, pis halda şəhərin küçələrində dolandırıb, ölümü müşahidə edincə döydülər. Sonunda etdikləri hərəkəti hakimə xəbər verdilər, hakimdə onu öldürməyə əmr etdi. Onun yanındakılar dedilər: O yaşı keçmiş bir qocadır, onu öz halına burax, onsuz da öləcəkdir, sən də onun qanına bulaşma! Camaatın sözündən sonra hakim fikrini dəyişib, onu öldürməkdən əl çəkdi. Ancaq heç kim onun öləcəyinə şübhə etmirdi.
    Onun səhəri camaat onu sağlam dişləri yerində camaat namazı qılarkən gördülər. Təəccüblə ondan necə sağaldığını soruşdular.
    Əbu Racih dedi: Ölümü gözlərimin önündə gördükdə, Allaha dua etmək üçün dilim olmadığı üçün qəlbimdə Allaha dua etdim, İmam Zamandan kömək istədim. Axşam olduqda evimin nurla dolduğunu və İmam Zamanın orada olduğunu gördüm. O, mənə yaxınlaşıb, mübarək əlini üzümə çəkib buyurdu: Get, öz ailəni dolandırmaq üçün zəhmət çək! Allah sənə şəfa verdi. Mən gecəni səhərə çatdırdım. İndi də gördüyünüz kimi sağlamam.
    Əbu Racihin zamanında yaşayan yaxşı insanlardan biri də şeyx Şəmsüddin Mühəmməd ibni Qarundur. O deyir: And olsun Allaha, Əbu Racih zəif, sarı üzlü və az saqqallı bir insan idi. Mən həmişə onun hamamına gedirdim, O həmişə bu halda idi. Ancaq, o hadisədən sonra o, güclü qırmızı sifətli, qəddi-qamətli bir kişi olmuşdu. O ölənə kimi belə qaldı.
    Bu xəbərdən sonra hakim onu hüzuruna çağırdı. Dünən o halda olan Əbu racihi indi belə gördükdə qorxuya düşdü. Bundan sonra camaatla yaxşı rəftar etməyə başladı. Camaatın yaxınlarına yaxşılıq edirdi. Ancaq bu da ona fayda etmədi. Bir müddətdən sonra həlak oldu. (Biharul-Ənvar, 52-ci cild, 178-dən-180-ə qədər. Müntəhəl-amal, 5-ci cild. )
    TEYYÜL-ƏRZ
    Əllameyi Məclisi deyir: Atam mənə deyirdi ki, bizim zamanımızda Əmir İshaq Əstərabadi adlı şərif bir kişi var idi. O qırx dəfə piyada Məkkəyə getmişdi və camaat arasında Teyyül-ərz etməklə məşhur olmuşdu.
    O, bir ili İsfahana gəldi. Mən onun yanına gedib, teyyül-ərz sahibi olduğu haqda ondan sual etdim. O mənə belə cavab verdi: Bunun səbəbi budur ki, bir dəfə hacılarla birlikdə Məkkəyə gedirdim. Məkkəyə 7 ya 9 mənzil qalmış mən karvandan dala qaldım. Artıq onları görmədim. Acıb susuzladım. Öz həyatımdan məyus oldum. Bu zaman dedim:
    Ey Əba Saleh (İmam Zaman) mənə yol göstər. Allah sizi rəhm etsin. Bu zaman uzaqdan bir qaraltı göründü. O, tez bir vaxtda mənə yaxınlaşdı. Onun gözəl bir cavan, buğdayi surətli və yaxşı bir insan olduğunu gördüm. Onun yanında su da var idi. Ona salam verdim. Cavabımı verib, susuzsan dedi:
    Dedim: Bəli, O sudan bir qab mənə verdi. Onu içdikdən sonra dedi: Karvana yetişmək istəyirsən?
    Bəli, deyə cavab verdim. Məni özü mindiyi dəvənin arxasına mindirib Məkkəyə tərəf yola düşdü. Mənim adətim idi, hər gün «Hirzi-yəmani» duası oxuyurdum. Duanı oxumağa məşğul oldum. Duanın bəzi yerlərini necə oxumağı deyirdi. Qısa bir müddətdən sonra dedi: Buranı tanıyırsan?
    Baxıb özümü Məkkədə gördüm.
    Sonra buyurdu: Aşağı en. Mən yerə düşdükdə o qeybə çəkildi. Elə bu zaman onun İmam Zaman olduğunu anladım və onu tanımadığım üçün peşman oldum. Bizim karvan yeddi gündən sonra Məkkəyə çatdı. Məni orda görüb təəccüb etdilər. Elə o zamandan bəri «Təyyül-ərz» ləqəbini qazanmışam.
    QEYBİ XƏBƏRLƏR
    Əbu Səid Ğanim hindi deyir:
    Mən Hindistanın şəhərlərindən birində (Keşmir) idim. Mənim 40 nəfər Soltanın yaxınlarından olan dostlarım var idi. Onların hamısı müqəddəs kitabları (Tövrat-İncil sühufe İbrahim və Zəbur) oxuyurdular. Biz camaat arasında dindən, halal və haramdan deyib, fətvalar verirdik. Soltan və camaat bizə tərəf gəlirdilər. Bir gün öz aramızda Mühəmməd peyğəmbərin adını çəkib, onun dini haqqında axtarış aparması qərarına gəldik. Hamı mənim bu haqda axtarış aparmağımı istədilər. Çoxlu miqdarda pul götürüb, Keşmiri terk etdim. Türk dilli camaat mənim qabağımı kəsib, pullarımı alıb, yaralayıb Kabula apardılar. Şəhərin Soltanı mənim başıma gələnləri . Öyrəndikdən sonra məni Bəlx şəhərinə göndərdi. O zaman Bəlxin hakimi Davud ibni Abbas ibni Əbul Əsvəd idi. Mənim Hindistandan və bir din dalınca, olduğumu və fars dilini bildiyimi ona xəbər verdilər.
    Davud ibni Abbas bir məclis qurub alimlərlə Mübahisə etmək üçün məni oraya dəvət etdi. Mən onlara dedim. Mən adını kitablarda oxuduğum peyğəmbəri axtarmaq üçün, öz şəhərimdən çıxmışam. Dedilər: O, kimdir və adı nədir? Dedim: Adı Mühəmməddir(s). Dedilər: Sən axtardığın o şəxs bizim peyğəmbərimizdir. Sonra onun dini barədə sual etdim. Onlar məni başa saldılar. Sonra onlara dedim: Mən bilirəm Mühəmməd Peyğəmbərdir. Ancaq bilmirəm ki, siz dediyiniz o şəxsdir, ya xeyr. Siz onun yerini mənə deyin. Gedib özüm ondan bildiklərim haqqında sual edim. Əgər axtardığım şəxs olsa, ona iman gətirəcəyəm.
    Onlar dedilər: Peyğəmbər vəfat edibdir.
    Dedim: Onun nümayəndə və xəlifəsi kimdir. Onlar dedilər: Əbu Bəkr.
    Dedim: Bu ki, onun künyəsidir. Adı nədir?
    Dedilər: Qüreyş tayfasından olan Əbdullah ibni Osman.
    Dedim: Peyğəmbərin nəsəblərini deyin, onlar peyğəmbərin nəsəblərini saydılar.
    Dedim: Bu adam mən axtardığım şəxs deyil. Mən axtardığım şəxs onun xəlifəsi onun din qardaşı, əmisi oğlu və qızının əridir və o peyğəmbərin yer üzündə, bu xəlifənin övladlarından başqa nəsli yoxdur. Birdən hamı mənim üstümə qalxıb, dedilər: Ey Əmir! Bu kişi şirkdən çıxıb küfrə giribdir. Qanı halaldır. Mən onlara dedim: Ey camaat mənim öz dinim vardır. Ondan üstününü tapmayınca başqa din qəbul etməyəcəyəm. Mənim öz dinim var. Öz dinimdə bu din haqda oxuduğum yaxşı sifətlərə görə, bura gəlib onu axtarıram və siz dediyiniz peyğəmbər mən axtardığımdeyil, məndən əl çəkin.
    Oranın hakimi «Hüseyn ibni Əşkib» adlı bir kişini çağırıb dedi: Bu hindistanlı kişi ilə bəhs et.
    Hüseyn dedi: Allah səni saxlasın. Bu məclisdə bəhs etmək üçün məndən də yaxşıları vardır.
    Hakim dedi: Dediklərimi qəbul et. Onunla təklikdə və mehribancasına mübahisə et.
    Onunla söhbət etdikdə, dedi: Sən axtardığın Peyğəmbər onlar dedikləri peyğəmbərdir. Ancaq xəlifəni düzgün deməyiblər. Bu peyğəmbər Mühəmməd ibni əbdullah ibni Əbdülmütəllibdir və onun xəlifəsi Əli ibni Əbi Talib İbni Əbdül Mütəllibdir. Əli(ə) Mühəmmədin(ə) qızı Fatimənin(s.ə) əri və Həsən və Hüseynin(ə) atasıdır. Onlarda peyğəmbərin nəvələridir.
    Əbu Səid deyir: Əllahu Əkbər! Mən axtardığım budur. Sonra Davud ibni Abbasın yanına gəlib dedim: Ey Əmir! Axtardığımı tapdım. Şəhadət verirəm Allahın birliyinə və Mühəmməd onun rəsuludur. O mənimlə yaxşı rəftar etdi. Hüseynə namazda dedim: Biz kitablarda oxumuşuq ki, Mühəmməd sonuncu peyğəmbərdir və onun xəlifəsi də sonuncu xəlifədir. Sonra başqa bir xəlifə və vəsiyy olacaqdır və qiyamətə kimi rəhbərlik onlarla olacaqdır. İndi Mühəmmədin xəlifəsinin xəlifəsi kimdir?
    O dedi: Həsən(ə) sonra Hüseyn(ə). Sonra da İmam Zamana(ə) kimi saydı. Sonra olanları mənə anlatdı. Elə o vaxtdan bəri mən İmam Zamanı tapmaqdan başqa bir şey istəmirdim. Əbu Səid həqiqəti tapdıqdan sonra Qum şəhərinə gəldi. 264-cü ildə hiələrlə birlikdə Bağdada tərəf yola düşdü. Sonra hərəkət edib «Abbasiyəyə» (Mülk çayının yaxınlığındakı kənd) yetişdik. Namaza hazırlaşıb, namaz qıldıq. Mən isə axtardığım şəxs haqqında fikirləşirdim. Birdən bir nəfər mənə yaxınlaşıb, dedi: Sən filan kəssən? Və mənim Hindi adımı dedi: Bəli, deyə cavab verdim.
    Dedi: Ağan səni istəyir. Qəbul et. Onunla birlikdə yola düşdüm. Hey məni küçədən başqa bir küçəyə apardı. Sonunda bir ev və bağa yetişdik. İmam Zamanın orda oturduğunu gördüm. Hind dilində dedi: Xoş gəlmisən, ey Əba Səid! Necəsən?
    Ayrıldığın filan kəslər necədirlər? Onların40-ınıda sayıb, onların keflərini soruşdu. Sonra bizim aramızda olanları Hind dilində mənə dedi: Sonra buyurdu: Qumlular ilə həccə getmək istəyirdin?
    Cavab verdim: Bəli!
    Buyurdu: Bu il onlarla Həccə getmə! Qayıt. Gələn il gedərsən. Sonra qabağında olan bir kisə pulu mənə verib buyurdu: Bu pulu xərclə və Bağdadda filan kəsin yanına getmə! Ravi (Amiri) deyir: Sonra Qumda mənim yanıma gəldi. İmamı gördükdən sonra Xorasana getdi. O biri il isə Həccə getdi. Xorasanda dünyadan getdi. (Biharul-Ənvar, 52-ci cild, 70-71-ci səh. )
    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 851 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024