DÖRDÜNCÜ FƏSIL
SƏRMAYƏ VƏ İŞ ALƏTLƏRİNİN XÜMSÜ
Sual 23: Tibb məntəqəsinə xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: İş qazancından hazırlandıqda xüms düşür.(İmam (r), "Təhrirul-vəsilə”, 1-ci cild, kitabul-xüms, 13-cü məsələ; Məkarim, "Tə`liqatun ələl-urvətil-vüsqa”, 59-cu məsələ; Nuri, "Tovzihul-məsail”, 1753-cü məsələ; "Ürvətül-vüsqa”, 2-ci cild, 83-cü məsələ; Xamenei, "Əcvibə”, səh.951; Behcət, "Tovzihul-məsail”, 1401-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1804-cü məsələ.)
Qeyd 1: Tibb məntəqəsi, mağaza və sair iş yerləri sərmayə hesab olunur.
Qeyd 2: Məsələnin fərzi o hala aiddir ki, xüms ödədikdən sonra dolanışıq xərci əldə etmək mümkün olsun. Dolanışıq təmin olunmadıqda uyğun sərmayə "ehtiyac duyulan sərmayə” hökmündədir.
Sual 24: Diş həkiminin iş alətlərinə xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: İş qazancından hazırlandıqda bu alətlərə xüms düşür.(Xamenei, "Əcvibə”, səh.977; "Ürvətül-vüsqa”, 2-ci cild, kitabul-xüms, 59 və 62-ci məsələ; Behcət, "Tovzihul-məsail”, 1401-ci məsələ.)
Qeyd 1: İş alətləri sərmayə hesab olunur.
Qeyd 2: Məsələnin fərzi o hala aiddir ki, iş alətlərinin xümsünü ödəməklə maaş əldə edə bilər. Digər hallarla bağlı hökm qarşıda qeyd olunacaq.
BANKA QOYULMUŞ PULUN XÜMSÜ
Sual 25: Banka köçürülmüş və gəlirindən istifadə olunan pula xüms düşürmü?
İmam (r), Xamenei, Fazil, Sistani və Məkarim: Banka köçürülmüş pul iş qazancından olarsa xüms düşür. Lakin xümsü ödəmək (hətta hissə-hissə) yaşayışını idarə edə bilməməsinə səbəb olarsa, xüms düşmür.("Ürvətül-vüsqa”, 2-ci cild, 59-cu məsələ; "Məsail”, 1-ci cild, səh.708; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.543; Sistani, "Əl məsailul-muntəxəbə”, 588-ci məsələ; Sistani, "Minhacus-salihin”, 1-ci cild, 1213-cü məsələ; Xameneinin katibliyi.)
Nuri, Təbrizi və Behcət: Banka köçürülmüş pul iş qazancından olarsa yaşayış üçün lazım olan miqdara xüms düşmür. Lakin ehtiyacdan artıq qalan miqdarın xümsü verilməlidir.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.271; "Tə`liqə” Təbrizi, 32-ci məsələ; Təbrizi, "İstiftaat”, səh.948; Behcət, "Tovzihul-məsail”, 1401-ci məsələ.)
Safi və Vəhid: Banka köçürülmüş pul iş qazancından olarsa, xüms düşür. Xüms verdikdə dolanışıq xərcini ödəyə bilməzsə şəri hakimə ödəyib sonradan borc götürə bilər.(Safi və Vəhidin katibliyi.)
Qeyd 1: Banka köçürülmüş puldan əldə edilən qazanca xüms düşür.
Qeyd 2: Banka köçürülmüş pul bir növ sərmayədarlıq hesab olunur.
Qeyd 3: Banka köçürülmüş pul hədiyyə və bu kimi yollarla əldə olunduqda əsas hökmü daşıyır. (Hədiyyə bölməsinə müraciət edin)
Sual 26: Çətinliklə sərmayə toplamış şəxs xüms ödədikdə yerdə qalmış miqdarla dolanışıq məqsədi olan işə başlaya bilmədikdə bu sərmayənin xümsünü verməlidirmi?
(Vəhid və Safidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər (hissə-hissə olsa da) xümsü ödədikdə dolanışıq əldə edə bilməzsə, xüms düşmür.(İmam (r) "İstiftaat”, 1-ci cild, səh.35; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.543; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.765; Sistani, "Minhacus-salihin”, 1-ci cild, 1219-cu məsələ; Sistani, "Əl məsailul-muntəxəbə”, 588-ci məsələ; Xameneinin katibliyi.)
Safi və Vəhid: Xüms düşür. Lakin şəri hakimə ödəyib sonradan borc götürə bilər. (Safi və Vəhidin katibliyi)
Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın təmini üçün zəruri olan hissəsinə xüms düşmür. Artıq qalan hissəyə isə xüms düşür.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.271; Behcət, "Tovzihul-məsail”, 1401-ci məsələ; Təbrizi, "Əttə`liqətu əla minhacis-salihin”, kitabul-xüms, 32-ci məsələ.)
Sual 27: Sərmayənin (torpaq, dükan, maşın və s.) xümsünü vermişəm. Lakin bir neçə il sonra onun qiyməti artıb. Artmış qiymətə xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: Bəli, xüms düşür.(İmam (r) "Təhrirul-vəsilə”, 2-ci cild, 8-ci məsələ; "Əcvibə”, səh.858; Sistani, minhacus-salihin, 1-ci cild, 1213-ci məsələ; Təbrizi, "İstiftaat”, səh.872; "Ürvətül-vüsqa”, 2-ci cild, 53-cü məsələ; Nuri, "İstiftaat”, 1-ci cild, səh.275; Behcət, "Vəsilətun-nicat”, 1-ci cild, səh.1380. Safi və Vəhidin katibliyi.)
Qeyd: Qeyd olmuş cavab onun satılmasının və pulunun alınması mümkün olan hallara aiddir.
Sual 28: Mobil telefona xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: Şəxsin şəninə uyğun və şəxsi ehtiyaclara istifadə edilərsə xüms düşmür. Qazanc əldə etmək üçün sərmayə olarsa xüms düşür.("Ürvətül-vüsqa” 2-ci cild, 61-ci məsələ; "Tovzihul-məsaili mərace”, 1775; Nuri, "Tovzihul-məsail”, 1771-ci məsələ; "Əcvibə”, səh.923.)
Qeyd: Risalələrdə mobil sözü işlənməsə də bəyan olunmuş qayda ona da tətbiq olunur
HƏDİYYƏ, BAYRAM PAYI VƏ MÜKAFATIN XÜMSÜ
Sual 29: Atanın, ananın və istənilən bir şəxsin verdiyi hədiyyəyə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyəyə xüms düşmür.("Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Xamenei, "Əcvibə”, səh.850; Nuri, "Tovzihul-məsail”, 1749-cu məsələ.)
Sistani və Safi: Xüms ilindən artıq qalarsa ona xüms düşür.("Tovzihul-məsaili mərace”, 1753-cü məsələ.)
Fazil, Məkarim və Behcət: Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa onun xümsü verilməlidir.(Həmin mənbə, 175-ci məsələ.)
Təbrizi və Vəhid: Onun miqdarı çox və diqqəti cəlb edəcək dərəcədə olarsa, illik xərcdən artıq qaldıqda xümsü verilməlidir.(Həmin mənbə, 1753-cü məsələ; Vəhid, "Tovzihul-məsail”, 1761-ci məsələ.)
Sual 30: Şiə olan, lakin malının xümsünü ödəməyən şəxsin verdiyi hədiyyənin xümsünü verməliyəmmi?
(Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rəyi: Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacibdir.("Tovzihul-məsaili mərace”, 2-ci cild, 1763-cü məsələ; Behcət, "Vəsilətun-nicat”, 1-ci cild, 1422-ci məsələ.)
Sistani və Təbrizi: Xümsü ödəmək onu bağışlayan şəxsə vacibdir. Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacib deyil.("Tovzihul-məsaili mərace”, 2-ci cild, 1763-cü məsələ.)
Sual 31: Xüms hökmünü qəbul etməyən bir kəs (qeyri-şiə məzhəb və din ardıcılları kimi) mənə hədiyyə verir. Onun xümsünü verməliyəmmi?
(Behcətdən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr.("Tovzihul-məsaili mərace”, 1764-cü məsələ; Nuri, "Tovzihul-məsail”, 1760-cı məsələ; Vəhid, "Tovzihul-məsail”, 1772-ci məsələ; Xameneinin katibliyi.)
Behcət: Hədiyyə olunmuş malın üzərinə xüms gəldikdə zərurət halında ondan istifadə etmək olar.(Behcət, "Vəsilətun-nicat”, 1-ci cild, 1422-ci məsələ)
Sual 32: Sovqata xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.("Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Xamenei, "Əcvibə”, səh.850; Nuri, "Tovzihul-məsail”, 1749-cu məsələ.)
Təbrizi, Sistani, Safi, Məkarim, Behcət, Fazil və Vəhid: Xüms ili tamamlanmamış istifadə olunursa, ona xüms düşmür.("Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Vəhid, "Tovzihul-məsail” 1761-ci məsələ.) Qeyd: Sovqat hədiyyə hökmündədir.
Sual 33: Bank mükafatına bir il ötdükdən sonra xüms düşürmü?
İmam (r) və Xamenei: Mükafata xüms düşmür.(İmam (r), "Təhrirül-vəsilə”, 1-ci cild, kitabul-xüms, əl-xamis; Xamenei, "Əcvibə”, səh.851.)
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.(Fazil, "Ürvətül-vüsqa məə tə`liqat”, 2-ci cild, kitabul-xüms, əs-sabi; Behcət, "Tovzihul-məsail”, 1377-ci məsələ; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.534.)
Nuri: Hədiyyə ünvanında olarsa xüms düşmür.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.350.)
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.819; Vəhidin katibliyi.)
Sistani: Yarısın imanlı fəqirə sədəqə vermək şərti ilə qalan yarı hissəni özünə mülk edə bilər. Əgər özünə mülk etdiyi yarı hissə xüms ilindən artıq qalarsa ona xüms verməlidir.("Tovzihul-məsail”, Bank mükafatları, 24-cü məsələ; "Minhacus-salihin”, babul-xüms, əs-sabi.)
Safi: Xüms düşür.(Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.631.)
Qeyd: Bank mükafatı bir növ bəxşiş hesab olunur.
Sual 34: Quran və idman müsabiqələrində alınan mükafatlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.(Xamenei, "Əcvibə”, səh.851; Nuri, "İstiftaat”, 2-ci cild, səh.355; İmamın (r) katibliyi.)
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.(Fazil, "Ürvətül-vüsqa məə tə`liqat”, 2-ci cild, kitabul-xüms, əs-sabi; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.534; Behcət, "Tovzihul-məsail”, 1377-ci məsələ.)
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.819; Vəhid, "Tovzihul-məsail”, 1761-ci məsələ.)
Safi və Sistani: Xüms düşür.(Sistani, "Minhacus-salihin”, kitabul-xüms, əs-sabi; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.631.)
Qeyd 1: Məsələ o hala aiddir ki, bir il keçsin və "məunə” (məfhumlar və terminlər bölməsinə müraciət edin) xərclərinə sərf olunmasın.
Qeyd 2: Müsabiqələrdə verilən mükafatlar bir növ bəxşiş hesab olunur.
DÖVLƏTİN BAYRAM HƏDİYYƏSİNİN XÜMSÜ
Sual 35: Dövlətin işçilərə nağd pul və qızıl sikkə şəklində verdiyi bayram hədiyyələrinə xüms düşürmü?
İmam (r) və Xamenei: Xeyir, xüms düşmür.(İmam, "İstiftaat”, 1-ci cild, səh.191; Xamenei, "Əcvibə”, səh.862.)
Safi, Sistani, Təbrizi, Məkarim və Vəhid: Xüms ilindən artıq qaldıqda ona xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.829; Sistani, "Minhacus-salihin”, kitabul-xüms, əs-sabi; Məkarim və Vəhidin katibliyi.)
Behcət və Fazil: Xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.(Behcət və Fazilin katibliyi.)
Nuri: Hədiyyə kimi olarsa, xüms düşmür.(Nurinin katibliyi.)
Qeyd: Mərcələrdən bəzisi dövlətin mükafat və bayram hədiyyələrini gəlir, bəziləri isə hədiyyə hesab edir.
İŞÇİLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ
Sual 36: Dövlətin işçilərə verdiyi qiymətli kağızlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyə kimi olarsa xüms düşmür.(İmam (r) "Tovzihul-məsail”, 1753-cü məsələ; Nuri, "Tovzihul-məsail”, 1749-cu məsələ; Xamenei, "Əcvibə”, səh.850, 862)
Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.("Tovzihul-məsaili mərace”, 1753-cü məsələ.)
Fazil, Məkarim və Behcət: Hədiyyə şəklində olarsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xüms düşür.(Həmin mənbə, 1753-cü məsələ.)
Vəhid və Təbrizi: Hədiyyə şəklində, böyük və nəzərə çarpacaq dəyəri olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür. Digər hallarda xüms düşmür.(Təbrizi, "Tovzihul-məsail”, 1762-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1761-ci məsələ.)
Qeyd 2: İşçilərə verilən qiymətli kağızın hədiyyə və ya maaş şəklində olması məlum olmadığı üçün cavab şərtlərlə deyilmişdir.
TƏLƏBƏLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ
Sual 37: Tələbələrə verilən qiymətli kağızlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyir, xüms düşmür.(İmam (r), "Tovzihul-məsail”, 1753-cü məsələ; Nuri, "Tovzihul-məsail”, 1749-cı bab; Xamenei, "Əcvibə”, səh.850, 862.)
Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.("Tovzihul-məsaili mərace”.)
Fazil, Məkarim və Behcət: Xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən xüms düşür.(Həmin mənbə, 1753-cü məsələ.)
Vəhid və Təbrizi: Böyük və diqqətə çarpan dəyəri olarsa və xüms ilindən artıq qalarsa, ona xüms düşür.(Təbrizi, "Tovzihul-məsail”, 1762-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1761-ci məsələ.)
Qeyd: Tələbələrə verilən qiymətli kağız hədiyyə hesab olunur.
TƏQAÜDÇÜLƏRƏ VERİLƏN HƏDİYYƏNİN XÜMSÜ
Sual 38: İşçilərə təqaüdə çıxdıqdan sonra verilən mükafatlara xüms düşürmü?
İmam (r) və Nuri: Hədiyyə şəklində olarsa xüms düşmür.(İmam (r) və Nurinin katibliyi.)
Xamenei: Mükafata xüms düşmür. (Xameneinin katibliyi)
Təbrizi, Vəhid, Safi, Fazil, Behcət və Məkarim: Xüms ilindən artıq qaldıqda, ona xüms düşür.(Fazil, "Cameul-Məsail”, 1-ci cild, səh.865; Təbrizi, Vəhid, Safi, Behcət və Məkarimin katibliyi.)
Sistani: Hədiyyə şəklində olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür.(Tovzihul-məsail mərace”, 1753-cü məsələ.)
Sual 39: Valideynin övlada verdiyi təhsil xərcinə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Əgər həmin məbləği bağışlasalar xüms düşmür.(Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Xamenei, "Əcvibə”, səh.850; Nuri, "Tovzihul-məsail”, 1749-cu məsələ.)
Təbrizi və Vəhid: Əgər həmin məbləği bağışlasalar, mal çox olarsa və ildən artıq qalarsa xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.812; Vəhid, "Tovzihul-məsail”, 1761-ci məsələ.)
Sistani və Safi: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, xümsü verilməlidir.(Tovzihul-məsaili mərace”, 1753-cü məsələ)
Fazil, Məkarim və Behcət: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.(Həmin mənbə, 1753-cü məsələ.)
Qeyd: Valideynin övlada verdiyi pul bir növ hədiyyədir. Beləliklə, hədiyyə hökmündədir. Əgər bu məbləğ onların mülkü olmazsa, ildən artıq qalan miqdarın xümsünü valideyin verməlidir.("Tovzihul-məsaili mərace”, 1775-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1771-ci məsələ; Xamenei, "Əcvibə”, səh.900; Vəhid, "Tovzihul-məsail”, 1783-cü məsələ.)