İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Xümsün hökmləri

    Xümsün hökmləri
    SƏKKİZİNCİ FƏSIL
    HƏCC VƏ ZİYARƏT XÜMSÜ
    HƏCC QƏBZİNİN XÜMSÜ
    Sual 48: Vacib həcc qeydiyyatına düşmək üçün (həmən ilin gəlirindən) hesaba köçürülən və bir ili ötmüş pula xüms düşürmü?
    İmam (r) və Fazil: Həcc vacib olduqda qeydiyyata düşüb, pul köçürməkdən başqa yolla getmək mümkün olmazsa, xüms düşmür. Digər hallarda xüms verilməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.43; Fazil, "Camiul-məsail”, 2-ci cild, səh.493.)
    Xamenei: Əgər köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış müqavilədəki qiymət ünvanında olarsa xümsü yoxdur.(Xamenei, "Əcvibə”, səh.972.)
    Behcət, Məkarim və Safi: Xümsü yoxdur.(Məkarim, "İstiftaat”, 2-ci cild, səh.541; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.700; Behcətin katibliyi.)
    Sistani: Əgər başqa yolla (zəhmət çəkmədən) həccə getmək mümkün deyilsə, xüms düşmür. (Sistaninin katibliyi)
    Təbrizi və Vəhid: Xümsü verilməlidir.(Təbrizi, "İstiftaat”, səh.873; Vəhidin katibliyi.)
    Nuri: Həccin vacib olduğu ilin gəlirindən köçürülmüş pulun xümsü yoxdur.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.324.)
    ÜMRƏ HƏCCİNİN QƏBZİNİN XÜMSÜ
    Sual 49: Tibb universiteti tələbəsiyəm. İyun ayından mart ayınadək olan maaşımı bir dəfəyə alıb ümrə həccinə getmək üçün qeydiyyata durdum. Bu pula xüms düşürmü?
    İmam (r), Sistani, Təbrizi, Fazil və Vəhid: Bəli, xüms ilinin sonunadək ümrə səfərinə getməsə, pulun xümsünü verməlidir.(İmam (r) "İstiftaat”, 1-ci cild, səh.108; Təbrizi, "İstiftaat”, səh.873; Fazil, "Camiul-məsail”, 2-ci cild, səh.493; Vəhid və Sistaninin katibliyi.)
    Safi, Məkarim və Nuri: Xeyr, xümsü yoxdur.(Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.701; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.541; Nurinin katibliyi.)
    Behcət: Əgər pul köçürtmədən başqa yolla getmək mümkün deyilsə, hesaba köçürülmüş pula xüms düşmür.(Behcət, "Vəsilətun-nicat”, 1389-cu məsələ.)
    Xamenei: Köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış qərar əsasında ümrə həcci səfərinin qiyməti ünvanında olarsa xümsü yoxdur.(Xamenei, "Əcvibə”, səh.972.)
    ZİYARƏT ÜÇÜN TOPLANAN EHTİYAT PULUNUN XÜMSÜ
    Sual 50: Ümrə və müstəhəb ziyarətlər üçün toplanan pula xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Bəli, bir il ötdükdən sonra xümsü verilməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.108; Xamenei, "Əcvibə”, səh.908; Nuri, "Tovzihul-məsail”, 1748-ci məsələ; "Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Təbrizi, "İstiftaat”, səh.873; Vəhid, "Tovzihul-məsail”, 1760-cı məsələ.)

    DOQQUZUNCU FƏSIL
    TORPAQ VƏ MƏSKƏN XÜMSÜ
    TORPAQ XÜMSÜ
    Sual 51: Gəlirimdən iki il sonra ev düzəldib yaşamaq üçün torpaq almışam. İl tamam olduqda onun xümsünü verməliyəmmi?
    (Təbrizi, Sistani, Məkarim və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Əgər yaşayış üçün evin hazırlanması yalnız bu yolla mümkündürsə alınmış torpağın xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.23; Nuri, "İstiftaat”, 1-ci cild, səh.283; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.675; Behcət, "Tovzihul-məsail”, 1391-ci məsələ; Sistani, "Minhacus-salehin”, 1-ci cild, 1219-cu məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.719; Xamenei, "Əcvibə”, səh.902, 956.)
    Məkarim: Xümsü yoxdur.(Məkarim, "İstiftaat”, 2-ci cild, səh.514.)
    Təbrizi və Vəhid: Torpağın xümsünü hazırkı qiyməti əsasında verilməlidir.(Təbrizi, "İstiftaat”, səh.804; Vəhidin katibliyi.)
    Sistani: Birbaşa ev almağa imkanı çatmırsa və onun kimi şəxslər tədricən ev hazırlayırsa (bu işin tərki ailə qarşısında səhlənkarlıq hesab olunur) alınmış torpağa xüms düşmür.(Minhaucs-salehin”, 1219-cu məsələ.)
    Sual 52: İş qazancından torpaq almışam və il tamamlandıqda xümsünü ödəmişəm. Bu torpağı qiymətinin qalxmasına görə saxlamışam. Bir neçə ildən sonra qiymətin qalxmış hissəsinin xümsün verməliyəmmi?
    Bütün müctəhidlərin rəyi: Torpağın dəyərinin artmış miqdarına xüms düşür.(İmam (r) "Təhrirul-Vəsilə”, 2-ci cild, səh.8; Xamenei, "Əcvibə”, səh.858; Sistani, "Minhacus-salehin”, 1213-cü məsələ; Təbrizi, "İstiftaat”, səh.872; Nuri, "İstiftaat”, 1-ci cild, səh.275; Behcət, "Vəsilətun-nicat”, 1380-cı məsələ; Vəhid, "Tovzihul-məsail”, 1804-cü məsələ; "Ürvətül-vüsqa”, 2-ci cild, 53-cü məsələ; Safinin katibliyi.)
    Qeyd: Qeyd olunmuş cavab o hala aiddir ki, torpağı satmaq və pulunu əldə etmək mümkün olsun.
    TİKİLİNİN XÜMSÜ
    Sual 53: Gəlirimdən ehtiyaclı olduğum torpağı alıb, tədricən iki il ərzində ev tikməyə başlamışam. Evə tam tikilmədiyi ildə xüms düşürmü?
    (Behcət, Təbrizi, Sitani və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Xeyr, ev tikmək üçün hazırlanmış materiallara xüms düşmür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.58; "Təhrirul-vəsilə”, 17-ci məsələ; Xamenei, "Əcvibə”, səh.902, 956; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.514; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.720; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.692.)
    Behcət: Əgər evi bir başa hazırlaya bilmirsə aldığı tikinti materiallarına xüms düşmür.(Behcət, "Tövzihul-məsail”, 1391-ci məsələ.)
    Təbrizi və Vəhid: Məskunlaşma ilindən öncə tikilidə işlənmiş və ya artıq qalmış materialların xümsü hazırkı qiymətlə ödənir.("İstiftaat”, səh.961; "Əttə`liqə əla minhacus-salehin”, 1-ci məsələ; Vəhidin katibliyi.)
    Sistani: Əgər birdəfəyə ev almağa imkanı çatmırsa və adətən onun kimi şəxslər tədricən ev hazırlayırsa (Bunun tərki ailə qarşısında səhlənkarlıq sayılır.) bu halda yarıtikili evə xüms düşmür.(Minhacus-salehin”, 1219-cu məsələ.)
    SATILMIŞ EVİN XÜMSÜ
    Sual 54: Bir şəxs iş qazancından ev alır və bir müddət yaşadıqdan sonra başqa bir ev tikmək üçün həmin evi satır. Xüms ili tamamlandıqdan sonra satılmış evin puluna xüms düşürmü?
    İmam (r): Satılmış evin puluna dərhal xüms düşür; evi başqa bir evlə əvəz etdikdə xümsü yoxdur.(İmam (r) "İstiftaat”, 1-ci cild, səh.65, 173.)
    Sistani, Təbrizi, Safi və Fazil: Satışdan olan qazanca (alış qiyməti və satış qiymətinin fərqi) xüms düşür.(Sistani, "Minhacus-salehin”, 1213-cü məsələ; Safi, "Tovzihul-məsail”, 1790 və 1779-cu məsələ; Təbrizi, "İstiftaat”, səh.841; Fazil, "Camiul-məsail”, 2-ci cild, səh.485.)
    Xamenei və Məkarim: Xümsü yoxdur.(Xamenei, "Əcvibə”, səh.986; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.314.)
    Behcət və Nuri: Əgər satılmış evin pulu olmadan başqa bir ev hazırlaya bilmirsə, bu halda xüms ilinədək qalan pulun xümsü yoxdur.(Behcət, "Tovzihul-məsail”, 1391-ci məsələ; Nuri, "İstiftaat”, 1-ci cild, səh.263.)
    Vəhid: Vacib ehtiyata əsasən satışda olan qazanca (alış və satış qiymətinin fərqinə) xüms düşür.(Vəhid, "Tovzihul-məsail”, 1778-ci məsələ.)
    İCARƏNİN XÜMSÜ
    Sual 55: (Məskunlaşmadan öncə) evin icarəyə verilmiş yuxarı mərtəbəsinə xüms düşürmü?
    İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayə hökmündədir və xümsü ödənməlidir; əgər xümsü ödədikdə dolanışıq xərclərini ödəyə bilməzsə, xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.35; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.543; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.765, 708; Xameneinin katibliyi.)
    Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın idarəsi üçün zəruri olan hissəsinə (evin digər təbəqəsi) xüms düşmür. Lakin qalan hissələrə xüms düşür.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.271; "Tə`liqə”, Təbrizi, 32-ci məsələ; Təbrizi, "İstiftaat”, səh.948; Behcət, "Tovzihul-məsail”, 1401-ci məsələ.)
    Safi: Sərmayə hökmündədir və xümsü ödənməlidir. Əgər xüms verdikdə dolana bilməzsə, şəri hakimə ödəyib sonra ondan borc götürə bilər.(Safi, "Camiul-məsail”, 1-ci cild, səh.647, 656; katiblik.)
    Sual 56: İki mərtəbəli ev tikmişik və bir ildən artıq hər iki mərtəbədə yaşamışıq (hər iki mərtəbəyə ehtiyac var). Dolanışığın təmini üçün onun bir mərtəbəsini müvəqqəti olaraq icarəyə verməyi qərara almışıq. Bu mərtəbəyə ilin sonunda xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Evin mərtəbəsinin özünə xüms düşmür. Lakin icarə puluna (əgər xüms ilindən artıq qalarsa) xüms düşür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.41; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.715, 740; Xamenei, "Əcvibə”, səh.888, 899, 922; Təbrizi, "İstiftaat”, səh.826, 888; Məkarim, "Tivzihul-məsail”, 1507-ci məsələ; Nuri, "İstiftaat”, 1-ci cild, səh.267; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.702; Behcət, "Tovzihul-məsail”, 1376-cı məsələ; Vəhid və Sistaninin katibliyi)
    Qeyd: Qeyd olunmuş sualda evin mərtəbəsi müvəqqəti olaraq istifadə etməməyinizə baxmayaraq "məunə” xərclərindən xaric deyil. Buna görə də ona xüms düşmür.
    "RƏHN” XÜMSÜ
    Sual 57: İş qazancından əldə edilmiş və rəhn kimi ev sahibinə ödənən pula xüms düşürmü? (Rəhn ev sahibinə ev müqabilində müvəqqəti olaraq verilən puldur.)
    İmam (r) və Sistani: Xüms düşür. Əldə edilən kimi və ya əldə edilməsi mümkün olan zaman dərhal xümsü ödənməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.116; Fazil, "Camoul-məsail”, 1-ci cild, səh.687; Sistaninin katibliyi.)
    Məkarim və Safi: "Rəhn” pulu "məunə” xərclərindəndir və xümsü yoxdur. Lakin onu sonradan geri alsa və pula ehtiyacı olmasa ehtiyata əsasən xümsü ödənməlidir.(Məkarim, "İstiftaat”, 2-ci cild, səh.524, "Tovzihul-məsail”, 506-cı məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.707.)
    Behcət, Təbrizi, Fazil və Vəhid: Əgər rəhn pulu olmadan ev ehtiyacını təmin edə bilmirsə, xüms düşmür. Həmin pul geri alınan zaman ona ehtiyac olmazsa və ilin sonunda artıq qalarsa xümsü var.(Behcət, "Tovzihul-məsail” 1396-cı məsələ; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.687, 688; Vəhid və Təbrizinin katibliyi.)
    Nuri: Əgər başqa yolla icarəyə ev götürə bilmirsə xatırlanmış məbləğə xüms düşmür.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.344)
    Xamenei: Uyğun məqsədə çatmaq üçün bu pula ehtiyacı olan zaman onun xümsünü vermək vacib deyil. Lakin onu geri alan zaman (başqa bir yeri icarəyə götürməyə ehtiyacı olmazsa) xümsünü verməlidir.(Xamenei, "Əcvibə”, səh.897, 945.)
    Qeyd: Məsələnin fərzi o hala aiddir ki, evin rəhni şəri müamilə şəklində həyata keçmiş olsun.
    Category: Xümsün hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1067 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024