İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Xümsün hökmləri

    Xümsün hökmləri
    ON İKİNCI FƏSIL
    BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ
    BANKDAN BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ
    Sual 71: Bankda borc kimi xeyriyyə məqsədi ilə verilən sərmayəyə xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Borcun xüms ilinin sonunadək (iş qazancından) ödənən hissəsinə xüms düşür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.165; Xamenei, "Əcvibə”, səh.867; Sistani, "Tovzihul-məsail”, 1757-ci məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.727; Behcət, "Tovzihul-məsail”, 1379-cu məsələ; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.311; Təbrizi, "Siratun-nəcat”, 1-ci cild, səh.1389; Nuri, "İstiftaat”, 2-ci cild, səh.332; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.843, "Tivzihul-məsaili mərace”, 1788-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1796-cı məsələ.)
    Qeyd 1: Götürülmüş borcdan əldə olunmuş qazanca (xüms ilindən artıq qaldıqda) xüms düşür.
    Qeyd 2: Əgər qeyd olunmuş sərmayəyə ehtiyac olarsa, bu (vaxtında bu barədə danışılmış) ehtiyac duyulan sərmayənin hökmünü daşıyır.
    TƏLƏBƏLƏRƏ VERİLƏN BORCUN XÜMSÜ
    Sual 72: Tələbələrə verilən borca xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.165; Xamenei, "Əcvibə”, səh.867; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.311; Behcət, "Tovzihul-məsail”, 1379-cu məsələ; Təbrizi, "Siratun-nicat”, 1-ci cild, səh.1389; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.727; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.843; Sistani, "Tovzihul-məsail”, 1757-ci məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.332; Vəhidin katibliyi.)
    Qeyd 1: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanan məbləğə xüms düşür.
    Qeyd 2: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qaldıqda) xüms düşür.
    İZDİVAC ÜÇÜN VERİLƏN BORCUN XÜMSÜ
    Sual 73: İzdivac üçün verilən borca xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.165; Xamenei, "Əcvibə”, səh.867; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.727; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.843; Sistani, "Tovzihul-məsail”, 1757-ci məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.332; Vəhidin katibliyi.)
    Qeyd 1: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanmış məbləğə xüms düşür.
    Qeyd 2: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.
    SƏRMAYƏ ÜÇÜN GÖTÜRÜLƏN BORCUN XÜMSÜ
    Sual 74: Sərmayəsini artırmaq üçün borc pul götürən şəxs öz borcunu ilin gəlirindən ödəyə bilərmi?
    Bütün müctəhidlərin rəyi: Xeyr, öz borcunu iş qazancından ödəyə bilməz, onun xümsünü verməlidir.("Tovzihul-məsaili mərace”, 1788-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1784-cü məsələ; Xamenei, "Əcvibə”, səh.877; Vəhid, "Tovzihul-məsail”, 1796-cı məsələ.)
    XEYRİYYƏ MƏQSƏDİ İLƏ VERİLƏN ("QƏRZUL-HƏSNƏ”) BORCUN XÜMSÜ
    Sual 75: İş qazancından əldə etdiyim və xeyriyyə məqsədi ilə başqasına borc verdiyim pulun xümsü varmı?
    Bütün müctəhidlərin rəyi: Əgər xüms ilinin sonunda onu (əziyyətsiz) almaq mümkün olarsa, xümsü verilməlidir. Digər hallarda isə hər vaxt alarsa, dərhal xümsünü verməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.96; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.833; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.319; Behcət, "Tovzihul-məsail”, 1379-cu məsələ; Sistani, "Minhacus-salehin”, 1-ci cild, səh.1251; Nuri, "İstiftaat”, 2-ci cild, səh.372; Təbrizi, "İstiftaat”, səh.946; Xamenei, "Əcvibə”, səh.870; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.621; Vəhidin katibliyi.)
    ON ÜÇÜNCÜ FƏSIL
    SİKKƏ VƏ QIZILIN XÜMSÜ
    SİKKƏNİN XÜMSÜ
    Sual 76: "Bəhari-azadi” sikkələrinə xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Əgər iş qazancından əldə olunarsa və ilin xərclərindən artıq qalarsa xüms düşür.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.649; "Ürvətül-vüsqa”, 2-ci cild, 1-ci məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.628; Xamenei, "Əcvibə”, səh.952.)
    Qeyd 1: "Bəhari-azadi” sikkəsi məunə xərclərindən (yaşayış xərclərindən) sayılmır. Ona görə də il tamamlandıqda ona xüms düşür.
    Qeyd 2: Hədiyyəyə xüms düşdüyünü hesab edən müctəhidlərin rəyinə əsasən, əgər "Bəhare-azadi” sikkəsi bağışlanmış olsa və ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
    QIZILIN XÜMSÜ
    Sual 77: Ehtiyat saxlanmış qızıla xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Əgər iş qazancından alınıbsa və ondan heç cürə istifadə olunmursa xüms ili tamamlandıqda, xümsü verilməlidir.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.868; Xamenei, "Əcvibə”, səh.900; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.623; Nuri, "İstiftaat”, 2-ci cild, səh.336; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.306; Təbrizi, "İstiftaat”, səh.825; "Ürvətül-vüsqa”, 2-ci cild, kitabul-xüms, 61-ci məsələ.)
    Qeyd: Əgər qızıl ona bəxşiş olunarsa və ya onu bağışlanmış pulla alarsa, hədiyyə hökmündədir. (Müraciət edin: Hədiyyənin xümsü hökmlərinə)
    Sual 78: Kişi üçün olan qızıl üzüyə xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Bəli, haram yolunda istifadə olunan pul məunə xərclərindən deyil və onun xümsü verilməlidir.("Ürvətül-vüsqa”, 2-ci cild, 61-ci məsələ; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.9; Məkarim, "Tovzihul-məsail”, 1523-cü məsələ; Xameneinin katibliyi.)
    Qeyd: Ağ qızıl (əsil platin) kişi üçün haram deyil və xümsü yoxdur.
    ZİNƏT ƏŞYALARININ XÜMSÜ
    Sual 79: Ərin öz həyat yoldaşı üçün iş qazancından aldığı qadın zinət əşyaları və qızıla xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Əgər orta həddə və onun şəninə uyğun olarsa, xümsü yoxdur.(Ürvətül-vüsqa”, 1-ci cild, səh.61; Xamenei, "Əcvibə”, səh.900; Tovzihul-məsaili mərace”, 1775-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1783-cü məsələ.)
    Sual 80: Bir xanım öz maaşından həmişə istifadə etdiyi zinət əşyaları və qızıl alır. Onun ərinin bu sahədə sərf etməyə pulu yoxdur. Qadın bu növ əşyaların xümsünü verməlidirmi?
    Bütün müctəhidlərin rəyi: Əgər orta həddə şəninə uyğun olarsa, xümsü yoxdur.("Ürvətül-vüsqa”, 2-ci cild, 83-cü məsələ; "Tovzihul-məsaili mərace”, 1757-ci məsələ; Xamenei, "Əcvibə”, səh.998; Vəhid, "Tovzihul-məsail”, 1783-cü məsələ)
    Sual 81: Bir qədər qızıl hədiyyə alan və hal-hazırda ondan istifadə edən qadın, bu əşyaların xümsünü verməlidirmi?
    İmam (r), Xamenei və Nuri: Xeyr, hədiyyəyə xüms düşmür.(İmam (r), "Tovzihul-məsail”, 1753-cü məsələ; Xamenei, "Əcvibə”, səh.850; Nuri, "Tovzihul-məsail”, 1749-cu məsələ.)
    Fazil, Təbrizi, Sistani, Behcət, Safi, Məkarim və Vəhid: Əgər qeyd olunmuş zinət alətləri ehtiyacına və şəninə uyğun olarsa, xümsü yoxdur.(Məkarim, "İstiftaat”, 1-ci cild, səh.306; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.623; "Tovzihul-məsaili mərace”, 1775-ci məsələ; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.623; Təbrizi, "İstiftaat”, səh.825; Vəhid, "Tovzihul-məsail”, 1783-cü məsələ.)
    QIZIL SATIŞININ XÜMSÜ
    Sual 82: Yoldaşım qızıl və zinət əşyaları alıb, mənə bağışlayır. Lakin bir neçə il istifadə etdikdən sonra onları satıram. Satılmış əşyaların puluna xüms düşürmü?
    İmam (r), Xamenei, Məkarim, Fazil, Təbrizi, Sistani və Vəhid: Satılmış əşyanın puluna heç bir halda xüms düşmür.(İmam (r), "Tovzihul-məsail”, 1770 və 1753-cü məsələ; Xamenei, "Əcvibə”, səh.858; Fazil, "Camiul-məsail”, 2-ci cild, səh.485; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.314; Təbrizi, "İstiftaat”, səh.841; Vəhid, "Tovzihul-məsail”, 1778-ci məsələ.)
    Sistani, Safi və Nuri: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, ona xüms düşür.("Tovzihul-məsaili mərace”, 1770 və 1781-ci məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.625; Nuri, "Tovzihul-məsail”, 1766-ci məsələ; "İstiftaat”, 2-ci cild, səh.359.)
    Behcət: Əgər satılmış əşyanın pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən ona xüms düşür.(Behcətin katibliyi.)
    Sual 83: Qadının öz gəlirindən alıb bəzəndiyi zinət əşyalarına və qızıla satıldıqdan sonra xüms düşürmü?
    İmam (r): Əgər həmin ildə (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satarsa dərhal onun xümsünü verməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.23, 72, 173.)
    Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa, onun puluna xüms düşmür.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.263; "Tovzihul-məsail”, 1777-ci məsələ.)
    Fazil: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.(Fazil, "Camiul-məsail”, 2-ci cild, səh.485, "Əttə`liqat ələl-Ürvətil-vüsqa”, 2-ci cild, 67-ci məsələ.)
    Sistani və Safi: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun vacib ehtiyata əsasən xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.(Sistani, "Tovzihul-məsail”, 1751-ci məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.625, 710, 714; "Tovzihul-məsail”, 1790 və 1779-cu məsələ.)
    Xamenei və Məkarim: Onun satış puluna heç bir halda xüms düşmür.(Xamenei, "Əcvibə”, səh.986; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.314.)
    Behcət: Satış pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.(Behcətin katibliyi.)
    Təbrizi: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, onun xümsü verilməlidir.(Təbrizi, "İstiftaat”, səh.841.)
    Vəhid: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.(Vəhid, "Tovzihul-məsail”, 1778-ci məsələ)
    Category: Xümsün hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 843 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024