İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması

    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması
    ӘHLİ-BEYT (Ә) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ
    Әhli-beyt (ə) o kəslərdir ki, Quran onların evində nazil olmuş və Onlar İslamı, İslam hökümlərini digərlərindən daha yaxşı, daha aydın, daha çox və daha kamil bilirlər.
    Peyğəmbərin (s) pak Әhli-beytinin həyatına nəzər salsaq görərik ki, onlar da namaz qılarkən yer üzərinə səcdə etmişlər. Onlar müsəlmanları xalça üzərinə səcdə etməkdən çəkindirmişlər. (Təəssüflər olsun bəzi müsəlmanlar namazlarında xalça üzərində səcdə etməyi hələ də tərk etməmişlər.)
    Peyğəmbərin (s) nəvəsi imam Sadiq (ə) buyurmuşdur: "Yalnız yer üzərinə, pambıq və kətandan başqa, yer üzərində yetişən bitkilər üzərinə səcdə edin.” ("Əhkamul-Quran”, c.3, səh. 36 "Müsnədi Əhməd”, c.4, səh. 315)
    Digər bir yerdə İmam Sadiq (ə) buyurmuşdur: "Yalnız yer üzərinə və yer üzərində yetişən bitkilər üzərinə səcdə edin. Ancaq bu bitkilər yeyinti, pambıq, kətan növündən olan bitkilər olmasın.”("Sünəni Beyhəqi”, c.2, səh.105 "Əl-İsabə”, c.2, səh. 201 "Biharül-ənvar”, c.85, səh. 157 )
    "Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, alın yerə dəymədən alnın üstünə çəkilmiş əmmamə üzərinə səcdə etmək olarmı? İmam (ə) cavabında belə buyurur: – Alın yerə dəyməsə, etdiyin səcdə kifayət deyil.” ("Səhih Buxari”, c. 2, səh. 202 "Sünəni Beyhəqi”, c.1, səh. 439 "Müsnədi Əhməd”, c. 3, səh. 327)
    Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Yer üzərinə səcdə vacibdir” .("Sünəni Beyhəqi”, c.2. səh.105)
    İmam Sadiqin (ə) səhabəsi və tələbələrindən olan Hişam ibn Həkəm səcdənin nəyin üzərinə düzgün və nəyin üzərinə səhv olması barədə İmam Sadiqdən (ə) soruşduqda, o həzrət belə demişdi: "Yer üzərinə və yer üstündə yetişən bitkilər üzərinə səcdəyə icazə verilir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı olmasın.” ("Kənzül-ümmal” c.4, səh. 212)
    Burada belə bir sual meydana çıxa bilər: Görəsən, alından başqa digər altı səcdə üzvünü də yer üzərinə qoymaq vacibdirmi?
    Bu sualla bağlı İmam Sadiqin (ə) hədislərində belə bir açıqlama vardır: "Yeri tük və yundan döşənmiş məsciddə namaz qılmağın maneəsi yoxdur. Әgər namaz qılan şəxsin alnı yer üzərinə dəyirsə.”
    Hədisdən aşkar şəkildə başa düşülür ki, səcdə halında yalnız alının "yer” üzərinə qoyulması vacibdir. Digər səcdə üzvlərini yer üzərinə qoymamaq da olar.
    Hörmətli din qardaşım! Qeyd etdiklərimiz Әhli-beytdən (ə) nəql olunan hədislərin çox kiçik bir hissəsi idi. Lakin bununla belə, bu hədislərdən açıq-aşkar şəkildə başa düşülür ki, səcdə yalnız yer üzərinə və yer üstündə yetişən, yeyinti və geyim üçün yararlı olmayan bitkilərdən başqa, digər bitkilər üzərinə edildikdə düzgün olur. Səcdə üçün lazım olan yer və əşyalar ola-ola başqa bir şey üzərinə edilən səcdə, əlbəttə ki, batildir və bu da, ümumilikdə, namazın batil olmasına gətirib çıxarır.
    Bu deyilənlər Әhli-beytin (ə) şəxsi rəyləri deyildir. Bu, Allah və Peyğəmbər (s) buyruqlarıdır. Çünki, Әhli-beyt (ə) elmi silsiləvari olaraq Peyğəmbərdən (s) irs almış və onun dediklərini nəql etmişlər. Ona görə də, Әhli-beytin (ə) dediklərinin düzgünlüyünə heç bir şəkk-şübhə yoxdur. Qurani-kərimin dediyi kimi: "Onlar məsum və pak edilmişlərdir. (Siz ey (Peyğəmbərin Әhli-beyti) Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz (pak) etmək istəyir).” ("Məcmə əz-zəvaid”, c.2, səh. 57)
    Bu şəxslər Peyğəmbərin (s) elm şəhərinin qapıları və ümmət üçün nicat gəmisi, hidayət çırağıdırlar.
    PEYĞӘMBӘR (S) MӘSCİDİ
    İslamın ilk dövrlərində Peyğəmbərin (s) məscidinin nə daşı, nə də döşəməsi var idi. Ona görə də, yağış yağarkən məscidin yeri palçıq olardı. Buna baxmayaraq, müsəlmanlar namaz qılarkən həmin palçıq üzərinə səcdə edir, paltar və ya əmmamə üzərinə heç vaxt səcdə etməzdilər. Çünki bu cür səcdəyə şəriət icazə vermir.
    YER ÜZӘRİNӘ SӘCDӘ ALLAHA MÜTİLİK VӘ İTAӘTKARLIQDIR
    Səcdə haqqında hədislərdən, az da olsa, misal çəkib söhbət etdikdən sonra mühüm bir fikri qeyd etmək yerinə düşərdi: Səcdə – Allah-taala qarşısında kiçiklik, mütilik, itaətkarlıq əlamətidir. Allah əzəməti qarşısında olan bu mütilik və itaətkarlıq yalnız torpaq üzərinə edilən səcdə vasitəsilə tamamlanır. Allah əzəməti qarşısında alının torpağa qoyulması, tozla bulaşdırılması ilə tamamlanır. Bahalı döşəmə, qiymətli xalça üzərinə edilən səcdədə bu cür mütilik və kiçiklik yoxdur. Peyğəmbər (s) hədislərinin birində belə buyurur: "(Namazınızda) Özünüzü tozla bulaşdırın və burnunuzu torpağa sürtün.”
    Peyğəmbərin (s) nəvəsi İmam Sadiq (ə) belə buyurmuşdur: "Yer üzərinə edilən səcdə daha fəzilətlidir, çünki bu səcdədə Allah əzəməti qarşısında təvazökarlıq və mütilik əlaməti vardır.” ("Əl-Beyhəqinin "Əs Sünən əl-Kubra” kit. c.2, səh. 105)
    İmam Sadiqdən (ə) yer üzərinə edilən səcdənin mahiyyəti haqqında soruşulduqda, o Həzrət buyurmuşdur:"Səcdə – Allah qarşısında mütilikdir. Ona görə də, səcdə yeyinti və geyim əşyaları üçün yararlı olan şeylərə və geyim əşyaları üzərinə edilməməlidir. Çünki, yalnız dünya tələb edənlər (dünya malına uyanlar) yediklərinin və geydiklərinin quludurlar. Səcdə edən şəxs səcdə halında, Allah ibadəti qarşısındadır. Bu səbəbdən də, dünya tələb edən şəxslərin məbudu üzərinə alnını qoymamalıdır.” ("Şeyx Küleyni, "Üsule-kafi”, c.3, səh. 330)
    ZӘRURİ HALLARDA EDİLӘN SӘCDӘ
    Paltar, xalça və digər "yer” hesab edilməyən əşyalar üzərinə səcdəni icazə verən hədislərə rast gəldikdə, diqqətli olmalıyaq. Çünki, bu hədislər iki səbəbə görə yarana bilər:
    Birinci səbəb: Bu hədislər qondarma hədislər ola bilər. Ona görə ki, Әhli-beyt (ə) və onların tərəfdarlarına qarşı bir çox müxtəlif məzhəblər "yer” adlanmayan əşyalar üzərinə səcdəni özləri üçün şüar etmişlər. Onlar bu batil səcdələrinə bəraət qazandırmaq üçün özlərindən bu məsələ ilə bağlı hədislər qondara bilərlər. Peyğəmbər (s) də, ümmətini yalançı hədislərdən xəbərdar edərək buyurmuşdur: "Məndən sonra mənə qarşı yalan çoxalacaqdır.”
    Әgər hədis həqiqətən də, səhih, düzgün hədisdirsə, onda onun deyilməsi ikinci səbəbə görə mümkün ola bilər.
    İkinci səbəb: "Yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə icazə verən hədislər vardırsa, bu hədislər yalnız istisna və çıxılmaz hallar üçün nəzərdə tutula bilər. Məsələn, bir nəfəri həbs etmişlər və onun qaldığı otağın döşəməsi dəmirdəndir. Bu şəxs də, öz növbəsində, səcdə üçün torpaq, bitki tapmaq iqtidarında deyil. Bu halda, həmin şəxsə icazə verilir ki, paltar və yaxud dəmir üzərinə səcdə etsin. Bu cür hallar üçün Peyğəmbərin (s) hədisi də vardır: "Allahın haram buyurduğu hər bir şey, çıxılmaz hala düşənlər üçün halal hesab olunur.”
    (Burada "çıxılmaz hal” dedikdə, iztirari hal nəzərdə tutulur ki, belə halda, sözün əsl mənasında, heç bir çıxış yolu yoxdur.)
    Lakin, üzürsüz və istisna, çıxılmaz hallardan başqa, namazda edilən səcdə yalnız yer üzərinə və yer üstündə olan yeyilib geyilməyən bitkilər üzərində olmalıdır.
    BӘHSİN NӘTİCӘSİ
    Hörmətli din qardaşım! Hədislərdən və tarixi faktlardan əldə etdiyimiz nəticə aşağıdakılardan ibarətdir:
    1.Səcdə yalnız yer üzərinə edilməldir;
    2.Yer üzərində yetişən bitkilər üzərinə də səcdə etməyə icazə verilir. Lakin bir şərtlə ki, bu bitkilər yeyinti və geyim əşyaları üçün yararlı olmasın;
    3."Yer” hesab edilməyən əşyalar üzərinə səcdəyə yalnız iztirari və müstəsna hallarda icazə verilir. Bu fikrə bəzi şəriət qaydaları və "ümmətimin üzərindən iztirar (çıxılmaz) halında etdikləri əməllər qaldırılmışdır” – kimi Peyğəmbər (s) hədisi dəlalət edir;
    4.Məscidlərə döşənmiş xalça üzərinə edilən səcdə düzgün deyil və namazın batil olmasına gətirib çıxarır. Çünki, bu namaz Peyğəmbər (s), onun pak Әhli-beyti, səhabələr və tabiinlərin yerinə yetirdiyi namazla müvafiq deyil və onların namazına ziddir. Deməli, xalça üzərinə edilən səcdə bidətdir (bidət – dinə əlavələr etməyə deyilir). Peyğəmbər (s) bu haqda buyurmuşdur: "Hər bir bidət rəzalətdir və hər bir rəzalət cəhənnəmdədir.”
    İMAM HÜSEYNİN (Ә) TÜRBӘTİNӘ EDİLӘN SӘCDӘ
    Әziz oxucu, burada bir məsələni açıqlamağa çalışacağıq. Məsələ və sual bundan ibarətdir ki, nə üçün şiələr imam Hüseynin (ə) türbətini digərlərindən üstün bilirlər və namaz əsnasında Kərbəla türbəti üzərinə səcdə etməyə üstünlük verirlər?
    Cavab: Birincisi, ona görə ki, Kərbəla torpağına edilən səcdə digər torpaqlar üzərinə edilən səcdə kimidir. Çünki Kərbəla torpağı da Yer kürəsinin bir hissəsidir.
    İkincisi, Allah-taala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: "Kərbəla torpağı Yer kürəsinin bütün torpaqlarından pakdır. Ona görə ki, o, cənnət çəmənliklərindən biridir.” ("Vəsailüş-şiə”, c.3, səh. 590)
    İmam Sadiq (ə) da belə buyurmuşdur:
    B> "Həqiqətən Kərbəla torpağı, gəlin öz ərinin evinə necə aparılarsa, cənnətə o cür aparılır.”
    İmam Zeynəlabidin (ə) buyurmuşdur: "Dan ulduzu ulduzlar arasından yer əhlinə necə işıq saçırsa, Kərbəla torpağı da cənnət torpaqları arasından o cür işıq saçacaqdır. Onun nuru cənnət əhlinin gözlərini qamaşdıracaqdır.”
    Həzrət Әli (ə) bir gün Kərbəla torpağından keçərkən belə buyurmuşdur: "Bu torpaqda iki yüz peyğəmbər, iki yüz peyğəmbər nəvəsi qətlə yetirilmişdir. Onların hamısı şəhiddirlər.”
    Üçüncüsü, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o, imam Hüseyn (ə) kimi Peyğəmbər nəvəsinin cəsədini özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə "İslamın gövdəsini sirab etdi”, İslamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin cəsədini özündə saxlayan bir torpağın, əlbəttə ki, əzəməti, hörməti Allah dərgahında günbəgün artacaqdır. Qədimdə belə deyərdilər: "Məkanın əzəməti onun müqəddəsliyi ilə ölçülər.”
    Ola bilər soruşulsun ki, Mədinə torpağında da Peyğəmbərin (s) mübarək cəsədi dəfn olunmuşdur. Şübhə yoxdur ki, Peyğəmbər (s) İmam Hüseyndən (ə) üstündür, bəs onda nə üçün Peyğəmbər (s) türbətinə səcdə etmirsiniz?
    Cavab: Birincisi, Peyğəmbərin (s) İmam Hüseyndən (ə) üstün olması həqiqətdir və Peyğəmbər (s) türbətinə də hamı ehtiramla yanaşır, namazda da bu türbət üzərinə səcdə edirlər.
    İkincisi, İmam Hüseynin (ə) qəbrinin türbəti bəzi xüsusiyyətlərə görə bütün türbətlərdən seçilir. Lakin bu o demək deyildir ki, İmam Hüseyn (ə) Peyğəmbərdən (s) üstündür. Sadəcə olaraq, İmam Hüseynin (ə) Allah yolunda göstərdiyi rəşadət, misli-bərabəri olmayan qəhrəmanlıq, verdiyi qurbanlar və bir çox başqa səbəblərə görə, o həzrətin türbəti daha fəzilətli hesab edilir. Allah-taala bu dünyada və axirətdə İmam Hüseynə (ə) böyük imtiyazlar vermişdir. Bu dünyadakı imtiyazlardan biri odur ki, Allah-taala İmam Hüseyn (ə) türbətinə edilən səcdəni üstün bilmiş və onun savabını artırmışdır. Allah-taalanın verdiyi bu savab yalnız və yalnız İmam Hüseyn (ə) türbətinə xasdır.
    DӘRİN MӘNALI HӘDİS
    Әziz oxucu, indi də İmam Hüseyn (ə) türbətinin əzəməti və müqəddəsliyi haqqında nəql olunan bir hədisi diqqətinə çatdırmaq istərdim. Bu hədisin mənasını dəqiq düşünsən, İmam Hüseynin (ə) böyüklüyünü, müqəddəsliyini anlayar və fikrin uca səmalar tək genişlənər.
    Peyğəmbərin (s) xanımı Ümmü Sələmə nəql edir ki, otağa daxil olanda balaca Hüseyni babası həzrət Məhəmmədin (s) qucağında gördüm (bəzi rəvayətlərdə qeyd edilir ki, Hüseyn (ə) Peyğəmbərin (s) sinəsində oturmuşdu). Peyğəmbərin (s) ovucunda qırmızı rəngli torpaq var idi. O, ovucunu qoxulayır və həmin türbəti öpərək ağlayırdı. Ümmü Sələmə həzrət Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşdu. Peyğəmbər (s) belə buyurdu:"Cəbrail yanıma gələrək xəbər verdi ki, məndən sonra ümmətim övladımı İraq torpağında qətlə yerirəcəkdir. Övladımın qətlə yetiriləcəyi yerdən bu türbəti mənim üçün gətirib.”
    Sonra Peyğəmbər (s) həmin türbəti Ümmü Sələməyə verib demişdi: "Bu türbətin qırmızı qana döndüyü vaxt bil ki, oğlum Hüseyn qətlə yetirilmişdir.”
    Ümmü Sələmə türbəti götürür və onu şüşə qaba qoyur. Aylar-illər keçir. O gün gəlib yetişir ki, İmam (ə) İraqa tərəf üz tutur. Həzrət vətəndə olmadığı günlərdə Ümmü Sələmə şüşə qabdakı türbətə tez-tez nəzər salardı. Aşura gününə qədər bu hadisə davam etdi (Aşura hicrətin 61-ci ili, Məhərrəm ayının 10-u, İmam Hüseynin (ə) qətlə yetirildiyi gündür).
    Ümmü Sələmə öz evində yatmışdı. O, Peyğəmbəri (s) yuxuda görür. Peyğəmbərin (s) mübarək başı və saqqalı toz-torpağa bulaşmışdı. Ümmü Sələmə soruşdu:
    – Ey Allahın rəsulu, sənin üz-başın nə üçün toz-torpağa batmışdır? Peyğəmbər (s) deyir:
    – Ey Ümmü Sələmə, oğlum Hüseyn üçün qəbir qazırdım.
    Ümmü Sələmə qorxmuş halda yuxudan oyanaraq Peyğəmbərin (s) verdiyi və içində türbət olan şüşə qabı götürdü. Türbətin qırmızı qana çevrildiyini görən Ümmü Sələmə qışqıraraq nalə çəkib ağlamağa başlayır. Bəni-Haşim qadınları onun ətrafına torlaşaraq ağlamağının səbəbini soruşurlar. Ümmü Sələmə onlara deyir ki, Hüseyn (ə) qətlə yetirilmişdir. Qadınlar ondan bu xəbəri haradan bildiyini soruşduqda, Ümmü Sələmə Peyğəmbəri (s) yuxuda gördüyünü və o Həzrətin verdiyi türbəti, bu türbətlə bağlı Peyğəmbərin (s) söylədiklərini onlara nəql edir. Bu əhvalatı və xəbəri eşitcək qadınlar da onunla birgə fəryad çəkərək ağlamağa başlayırlar.("Şeyx Hürr Amili”, "Vəsailüş-şiə”, c.3)
    Ümumiyyətlə, bu hədisin nəql olunan mənbələri həddən artıq çoxdur. Ona görə də biz onlardan bəzilərini burada qeyd etdik...
    Hörmətli din qardaşım! İmam Hüseyn (ə) türbətinin əzəmət və müqəddəsliyini dərk etmək üçün bu hədisi diqqətlə nəzərdən keçir. Allah-taala Cəbrailə Hüseynin şəhid olacağı məkandan bir ovuc torpaq götürüb Peyğəmbərə (s) çatdırmasını əmr etmiş, Peyğəmbər (s) böyük hüzn və göz yaşları içində bu türbəti götürmüş, qoxulayaraq öpmüşdü. Bəli, əziz oxucu! Bu hədis çox böyük mətləbləri, həqiqətləri bizə bəyan edir. Hədisdən bizə aydın oldu ki, İmam Hüseyn (ə) türbətinin qana çevrilməsi həqiqətən qeyri-adi, eyni halda ən sarsıdıcı bir hadisə olmuşdur. Tarixdə bu cür hadisə yeganədir!!! Bu şəhidlər ağası Hüseynin türbəti üçün ilahi müqəddəslik deyilmi? Bəli, Allaha and olsun ki, belədir! Sonra qeyd etmək istərdik ki, bu hədis həqiqətən İmam Hüseyn (ə) türbətinin digər türbətlərdən üstün olmasını göstərir. Buna görə də bu türbət üzərinə səcdə daha üstün və daha dəyərlidir.
    ӘHLİ-BEYT VӘ HÜSEYNİN TÜRBӘTİ
    Peyğəmbərin Әhli-beyti də, öz növbəsində, namazlarında şəhidlər ağası İmam Hüseynin (ə) türbəti üzərinə səcdə etmiş, bu türbətdən düzəldilmiş təsbehlə Allaha həmd-səna etmiş və insanlara İmam Hüseyn (ə) türbətinin Allah dərgahında fəziləti, əzəməti haqda danışmışlar.
    İlk dəfə bu türbət üzərinə İmam Zeynəlabidin səcdə etmişdir (O, Allah rəsulunun təyin etdiyi dördüncü xəlifə və canişindir).
    Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atası İmam Hüseyni (ə) dəfn etdikdən sonra bu türbətdən bir ovuc götürərək özündə saxlamışdır ki, namazında bu türbət üzərinə səcdə etsin və ondan təsbeh düzəldib Allaha həmd-səna etsin.
    Әsirlər, Allah düşməni Yezid ibn Müaviyənin Şam şəhərindəki qəsrinə gətiriləndə, imam Zeynəlabidinin əlində Kərbəla torpağından düzəldilmiş təsbeh var idi. Yezid bu təsbeh haqqında soruşanda İmam (ə) belə cavab verdi:"Cəddim (Rəsulullah) xəbər vermişdir ki, kim Kərbəla türbətindən düzəldilmiş təsbehi özü ilə gəzdirərək Allaha dua edərsə, Allah o şəxsə savab əta edər. Hətta dua etməsə belə onun üçün savab yazılar.” ("Vəsailüş-şiə”, c.3, səh. 609)
    İmam Zeynəlabidin (ə) Mədinəyə qayıtdıqda namazlarının səcdəsini bu türbət üzərinə etmiş və bu türbət vasitəsilə xəstələrə şəfa vermişdir. Bu xəbər Әləvilər və Әhli-beyt (ə) yolu ilə gedən digər möminlər arasında yayılmışdır.
    İmam Zeynəlabidindən (ə) sonra, oğlu Muhəmməd Baqir (ə) insanlara İmam Hüseyn (ə) türbətinin fəzilətindən danışmış və bu türbətin əzəmətini, dəyərini qeyd etmişdir.
    Daha sonra, imam Cəfər Sadiq (ə) bu türbətin müqəddəsliyini, digər türbətlərdən üstünlüyünü insanlara bəyan etmiş və bu türbət üzərinə edilən səcdəni Allah dərgahında bəyənildiyini (müstəhəb olduğunu) bildirmişdir.
    İmam Sadiq (ə) sarı yaylığının içərisində Hüseyn türbətini saxlayar və namaz qılanda bu türbət üzərinə səcdə edər və deyərdi: "Həqiqətən də Hüseyn (ə) türbəti üzərinə edilən səcdə göyün yeddi təbəqəsini dəlir.” ("Vəsailüş-şiə”, c. 3, səh. 591)
    Başqa bir hədisdə deyilir ki, İmam Sadiq (ə) Allah əzəməti qarşısında öz kiçikliyini və acizliyini göstərmək üçün İmam Hüseyn (ə) türbəti üzərinə səcdə edərdi.
    İmam Sadiq (ə) bizlərə yadigar olaraq gəlib çatan başqa bir hədisində belə nəql edir: "Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə göyün yeddi təbəqəsini nurlandırır. Kim ki, Hüseyn (ə) qəbrinin türbətindən düzəldilmiş təsbihi özü ilə gəzdirərsə həmin şəxsə hətta dua etməmiş olsa da belə, savab yazılar.”
    Başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurmuşdur: "Allah rəsulunun qızı Fatimənin təsbihi düyünlənmiş yun ipdən idi. Xanımın bu təsbihi əlində gəzdirərək onunla Allaha həmd-səna göndərirdi. Lakin Həmzə ibn Әbdülmüttəlib şəhid olandan sonra Xanım Zəhra Həmzənin şəhadətə yetdiyi yerdən torpaq götürüb təsbeh düzəltmişdi. Camaat da o həzrət kimi o türbətdən özlərinə təsbeh düzəltməyə başladılar. Elə ki, Hüseyn (ə) qətlə yetirildi, camaat imam Hüseynin (ə) qətlə yetirildiyi yerdən torpaq götürüb təsbeh düzəltməyə başladı. Çünki bu torpağın fəziləti daha böyükdür.” ("Əhzab”, ayə. 33)
    İmam Sadiqin (ə) yaşadığı zamandan heç bir əsr keçmədi ki, müsəlmanlar, Әhli-beyt yolunun davamçıları İmam Hüseyn (ə) türbətindən möhürlər düzəldərək məscidlərdə, evlərdə namaz qılarkən səcdələrini onun üzərinə edir, bir yerə səfər edərkən bu türbətdən düzəldilmiş möhürləri özləri ilə götürərdilər. Bu adət və fəzilətli əməl bizim yaşadığımız günlərədək davam etmiş və edəcəkdir.
    Rəvayət olunur ki, Әl-Hişyəri adlı bir nəfər imam Mehdiyə (ə) sual yazaraq Hüseyn (ə) qəbrinin türbətindən hazırlanmış möhürə səcdə və bu möhür üzərinə səcdənin savab və fəziləti haqqında soruşduqda, İmam Mehdi (ə) (Allah onun zühurunu yetirsin) bu şəxsə belə cavab verdi: "Hüseyn türbəti üzərinə səcdə caizdir və bu səcdədə fəzilət vardır.” ("Vəsailüş-şiə”, c. 3, səh. 608)
    HÜSEYN (Ә) TÜRBӘTİ ÜZӘRİNӘ EDİLӘN SӘCDӘNİN ӘHӘMİYYӘTİ
    İmam Hüseyn (ə) türbəti üzərinə edilən səcdə digər türbətlər üzərinə edilən səcdədən aşağıda qeyd edəcəyimiz xüsusiyyətlərə görə fərqlənir:
    1.Qeyd etdiyimiz həqiqətlərdən göründüyü kimi, İmam Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə daha üstün və kamildir. Bu türbət üzərinə edilən səcdənin əcr və savabı böyükdür.
    2.İmam Hüseyn (ə) türbəti üzərinə səcdə edən kəs İmamın əzəmətini, rəşadətini, Allah yolunda etdiyi cihadı, İmamın şəhadətini xatırlayaraq onda dinə məhəbbət, din uğrunda mübarizə hissi oyanır. Bu da şəhidlər ağası İmam Hüseyn (ə) türbəti üzərinə səcdənin mahiyyətini daha qabarıq şəkildə göstərir.
    HÜSEYN (Ә) TÜRBӘTİ HAQQINDA
    Әziz oxucu, təxminən 350 il bundan əvvəl İranda səfəvi şahlarının hakimiyyəti dövründə baş vermiş bir tarixi hadisəni diqqətinə çatdırmaq istərdik. Hadisə belə olmuşdur: Fransa hakimiyyət orqanları bir nəfər görkəmli şəxsiyyəti səfir işləmək üçün İrana göndərir. Xristian olan bu səfir riyaziyyat, astronomiya və digər elmlərin gözəl bilicisi idi. O, bu elmlər vasitəsilə adamların sirlərini aşkar edə bilirdi. Hesablama yolu ilə hər hansı bir şəxsin sirri barədə məlumat verməyi bacarırdı. Səfir bu bacarığı və elmi ilə fəxr edərək qürurunu gizlətmir, özünü başqalarından üstün bilirdi. İş o yerə çatır ki, İslam alimlərini bəhsə, elmi münazirəyə dəvət edir.
    Səfəvi şahı xristian səfirlə elmi diskusiya aparmaq üçün din alimlərini saraya dəvət edir. İsfahanda təşkil olunan bu məclisə bir çox alimlər gəlirlər. Məclisi giriş sözü ilə böyük din alimi "Әl-Vafi” kitabının müəllifi Feyz Kaşani açır. Kaşani xristian alimini özündən razı olduğunu gördükdə, ilk andaca onu "yerinə oturtmaq” qəsdi ilə səfirə deyir:
    – Dövlətiniz necə də cahil bir dövlətdir. İslam dini haqqında elmi müzakirələr etmək üçün sənin kimi naqis elmlinin birisini göndərmişdir. Dövlətiniz bu münazirəyə səlahiyyətli və elmli bir şəxs tapa bilməmişmi?
    Səfir qəzəbli halda deyir:
    – Ey İslam alimi! Әgər sən məni və mənim şəxsiyyətimi tanısaydın, bilərdin ki, mənim kimi alim hələ doğulmayıb. Elmi bəhs zamanı sənə bu həqiqəti sübut edərəm.
    Feyz Kaşani deyir:
    – Eşitmişəm ki, bəzi riyazi hesablamalar yolu ilə camaatın sirlərindən xəbər verməyi bacarırsan?!
    Səfir deyir:
    – Bəli!
    Bu vaxt Feyz Kaşani əlini cibindən çıxarıb irəli uzadaraq səfirdən soruşur ki, əlimdəki nədir? Səfir fikirləşməyə və zehnində riyazi hesablamalar aparmağa başlayır. Yarım saatdan sonra onun rəngi saralır və üzünün cizgiləri dəyişməyə başlayır. Feyz Kaşani deyir:
    – Cahilliyin zahir oldumu?
    Səfir cavab verdi:
    – Məsihə və onun anasına and olsun ki, sənin əlində nə olduğunu bilirəm. Məni düşündürən başqa şeydir. Səfir bir az sükut etdikdən sonra söhbətinə davam edir:
    – Mən bilirəm ki, sənin əlində tutduğun cənnət torpağıdır. Ona görə də fikirləşirəm ki, sən dünyada ola-ola cənnət torpağını necə əldə etmisən! Məni heyrətə salan, dəhşətə gətirən və düşündürən də məhz elə budur.
    Feyz Kaşani deyir:
    – Yəqin hesablamalarında çaşqınlığa yol vermisən və bu səbəbdən də səhv etmisən. Bir daha hesabla və nəticəni dəqiqləşdir.
    Səfir deyir:
    – Yox! Məsihə və onun anasına and olsun ki, mən səhv etmirəm.
    Feyz Kaşani dedi:
    – Әlimdəki Kərbəla türbətidir. Peyğəmbərimiz Məhəmməd (s) buyurmuşdur: "Kərbəla cənnətin bir parasıdır.”
    İndi Allah rəsulu Məhəmmədin (s) peyğəmbərliyinin düzgünlüyü sənə sübut oldumu? Etimad etdiyin hesablamalardan aydın oldu ki, İslam Allahın dini, Məhəmməd isə onun rəsuludur. Belə olan təqdirdə İslam dinini qəbul etməyinə bir maneə varmı? Yoxsa, bundan da artıq dəlil və açıqlamaya ehtiyacın var? Sənin öz hesablamaların İslam dininin düzgünlüyünə daha bir dəlil deyilmi?!
    Səfir bir qədər fikrə gedir. Həqiqət artıq bəlli idi. O, ayağa qalxaraq dedi: – Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun Rəsuludur.
    Beləliklə, bu səfir İmam Hüseyn (ə) türbətinin bərəkətilə İslam dinini qəbul edir.
    Bu tarixi hadisə doğrudan da çox maraqlı bir mənanı çatdırır. Әhli-beytə olan məhəbbətimizi, əqidəmizi daha da möhkəmləndirir. İmam Hüseynə (ə), onun türbətinə olan ehtiramı bir daha qəlblərdə işıqlandırır. Buradan başa düşürük ki, Hüseyn türbəti yer üzərində olan bütün türbətlərin ən üstünüdür.("Vəsailüş-şiə”, c. 3, səh. 591)
    Category: Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması | Added by: Islam_Kitabxanasi (2011-09-08)
    Views: 1094 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024