İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    TƏQLİD HÖKMLƏRİ
    Sual 1. Risalədə buyurmusunuz: Üsulidində təqlid etmək düzgün deyildir, Üsulidin dəlillə isbat edilməlidir, yoxsa ona etiqad etmək kifayətdir?
    Cavab: Üsulidinə hər yolla əqidə tapmaq kifayətdir.
    Sual 2. Müctəhid olmayan bir kəs öz əməllərində ehtiyata əməl edib, təqlid etməyə bilərmi?
    Cavab: Ehtiyata əməl etməyin düzgünlüyü haqqında alimlər arasında müxtəlif nəzəriyyələr mövcuddur. Ehtiyata əməl edən şəxs gərək ya müctəhid olsun və yaxud da ehtiyata əməl etməyin düzgün olub-olmamasında müctəhiddən təqlid etsin.
    Sual 3. Ehtiyatdan məqsəd nədir və kimlər ehtiyata əməl edə bilərlər?
    Cavab: Ehtiyat odur ki, insan öz əməllərini vəzifəsinə və təklifinə uyğun əməl etməsində yəqinlik tapıb bir qayda ilə yerinə yetirsin. Bütün məsələlərdə ehtiyat etmək istəyən şəxs gərək ya özü müctəhid olsun, yaxud da ictihada yaxın olsun ki, keçmiş və indiki alimlərin sözləri arasında ehtiyata müvafiq olan məsələləri müəyyən edə bilsin.
    Sual 4. Təqlidin əməldən qabaq olması lazımdırmı və ya bir kəs təqlidə yaxın əməl etsə səhihdir, ya yox?
    Cavab: Təqlid-müctəhidin fətvasına istinad edərək əməl etməkdir.
    Sual 5. Müsəlmanlar Peyğəmbərin (s) və İmamların (ə) vaxtında təqlid etmişlərmi?
    Cavab: Bəli, təqlid Peyğəmbərin (s) və İmamların (ə) vaxtında meydana gəlmişdir. Çünki, təqlid hökmləri bilməyənlərin alimə müraciət etməsi, onun başa düşdüyü şeylərə və verdiyi göstərişlərə əməl etməsidir. Aydındır ki, Həzrət Peyğəmbər (s) zamanında bütün müsəlmanların əli Həzrətə çatmamışdır. Buna görə də onlar şəri vəzifələrə əməl etmək üçün Həzrət Rəsuldan (s) hökmləri öyrənən şəxslərə müraciət edirdilər. Onlar da hökm və məsələləri rəvayət əsasında onlar üçün bəyan edirdilər. İmamların (ə) vaxtında da belə olmuşdur. Bəzən İmamlar (ə) fətvanı və şəri məsələləri öyrənmək üçün səhabələrdən bəzilərinə müraciət etməyi təklif edirdilər.
    Sual 6. Lütfən fətva və qəzavətin mənasını bəyan edin.
    Cavab: Fətva - nəzər vermək və müctəhidin istinbat elminə aid olan dəlillərlə ələ gətirdiyi ümumi hökmlərdən xəbər verməkdir. Fətva yalnız müctəhidin müqəllidləri üçün əsasdır.
    Qəzavət - Camiuş-şərait qazinin insanlar arasında ədavət və düşmənçiliyi aradan qaldırmaq üçün hökm çıxarmasıdır. Məsələn deyir: "Bu mal Əmrə yox, Zeydə məxsusdur və ya bu gün ayın əvvəli - fitr bayramıdır və s. " Camiuş-şərait olan qazinin hökmü bütün mükəlləflər üçün əsasdır.
    Sual 7. Mərcəiyyət və ələmiyyət ümumi insanlar üçün hansı yolla sabit olur?
    Cavab: Ədalət sifətinə, şəhadətinə etimad edilən əhli-xibrənin göstərdiyi yolla.
    Sual 8. Qadın mərcəyi-təqlid təyin etməkdə müstəqildir, yoxsa ərinə tabe olmalıdır?
    Cavab: Müstəqildir.
    Sual 9. Qadının təqlid etdiyi müctəhid bir işi vacib və yaxud haram bilsə, ərinin təqlid etdiyi müctəhid isə o işi vacib və ya haram bilməsə əri o məsələdə həyat yoldaşını öz təqlid etdiyi müctəhidin fətvasına əməl etməyə vadar edə bilərmi?
    Cavab: Xeyr, qadına vacibdir ki, özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.
    Sual 10. Bir şəxsin atası dünyadan getmişdir. Onun təqlid etdiyi müctəhid vəlisi hesab edilən oğlunun təqlid etdiyi müctəhidlə fərqlənir. Oğlu ona aid olan əməllərə özünün, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?
    Cavab: Meyyitin vəlisi, əməlləri öz müctəhidinin fətfasına uyğun yerinə yetirsin.
    Sual 11. Yaxşını və pisi başa düşməyən körpə uşağın vəlisi kimin fətvası ilə onu məhrəm etsin və onun əməllərini yerinə yetirsin?
    Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına uyğun əməl etsin və daha yaxşıdır ki, ixtilaflı məsələlərdə ehtiyat etsin.
    Sual 12. Qızımın yaşı doqquza çatmışdır. Amma təqlid məsələsini və kimə təqlid etməsini bilmir. Onun vəzifəsi nədir?
    Cavab: Təqlid və mərcəiyyət məsələsinə əsasən, ona yol göstərin və başa salın ki, təqlid hökümlərini bilməyən şəxslərin alimə müraciət etməsidir.
    Sual 13. Müctəhidin fətvasını bilən bir alimdən sual olunarsa, cavab verməsi vacibdirmi?
    Cavab: Bilməyənləri başa salmaq və məsələləri bəyan etmək vacibdir, yalnız o halda imtina edə bilər ki, müəyyən üzrü olsun.
    Sual 14. Mən mübarək Ramazan ayında (təbliğdə olarkən) bir məsələni səhv demişəm; indi səfərdən qayıtmışam, səhvimi başa düşəndən sonra vəzifəm nədir?
    Cavab: Əgər bir hökmü məsələn, vacibi müstəhəbb yerinə, haramı məkruh yerinə demişsinizsə, camaat da sizin sözünüzə əməl edib vacibi tərk və ya harama mürtəkib olublarsa, imkan olan surətdə qayıdıb onları başa salmaq lazımdır.
    Sual 15. Mən İmam Xomeyninin (r. ) vəfatından sonra həddi-büluğ olmuşam. İndi İmamın ələm olmasına yəqinlik tapmışam. Həzrətdən təqlid etməyim düzgündürmü?
    Cavab: Dünyadan köçmüş müctəhiddən təqlidə başlamaq ələm olsa da belə, səhih deyildir.
    ƏLƏM MÜCTƏHİDƏ TƏQLİD
    Sual 16. Mərcəyi təqliddə ələm olmaq şərtdirmi?
    Cavab: Bəli, şərtdir.
    Sual 17. Ələm müctəhidin fətvası bir məsələdə (aydın olmasa), ələm olmayan müctəhidə müraciət etmək olarmı?
    Cavab: Əgər ələm müctəhidin fətvasını ələ gətirmək mümkün deyilsə, ehtiyat etmək lazımdır.
    Sual 18. Əgər iki müctəhiddən hansı birinin ələm olması məlum olmasa vəzifə nədir?
    Cavab: Gərək ələm olması ehtimal verilənin fətvasına əməl etsin.
    Sual 19. İki müctəhidin ələm olmasını xəbər verən Əhli-Xibrənin şəhadəti bir-birinin əksinə olarsa vəzifə nədir?
    Cavab: Verilən suala əsasən, müqəllid ixtiyar sahibidir və hər birindən istəsə təqlid edə bilər.
    20. Ələm müctəhiddən təqlid etmək vacibdirmi? Vacib olan surətdə fiqhdə ələm olması əsasdır və ya zəmanə və hadisələrlə tanışlığı da şərtdir?
    Cavab: Ələmdən təqlid etmək vacibdir. Ələmiyyətdən məqsəd İlahi hökmlərin mötəbər mənbələrdən istinbatında daha kamil bacarığın və daha çox məlumat və biliyin olmasıdır.
    Sual 21. Bir müctəhidin müqəllidi onun göstərişlərinə əməl etdikdən sonra başa düşmüşdür ki, onun elm və ədaləti digər müctəhidlərdən azdır. Onun keçmiş əməllərinin hökmü nədir?
    Cavab: Əgər birinci seçimdə şəri qaydalara riayət edilibsə, onun keçmiş əməlləri səhihdir.
    Sual 22. Ələm olmayan müctəhid öz nəzərlərinə əməl edə bilərmi, ya gərəg ələmdən təqlid etsin?
    Cavab: Müctəhid olan hər bir kəsin, istər ələm olsun, istər qeyri ələm, digər müctəhiddən təqlid etməsi düzgün deyildir.
    Sual 23. Müctəhid olmayan şəxs Üsuli-Kafi və başqa mötəbər kitablarda nəql olunan rəvayətlərə əməl edə bilərmi? (Yaxud, camata oxumaqla onların da əməl etməsini söyləyə bilərmi?)
    Cavab: Əgər mükəlləf insan ehtiyata əməl etmək istəməsə, ya gərək müctəhid olsun və ya öz ictihadına uyğun əməl etsin, yaxud da Camiuş-şərait müctəhiddən təqlid etsin.
    Sual 24. Əgər insan təqlid etdiyi müctəhidin ölümündən sonra onun axır vaxtlarına kimi mərcəiyyət şəraitində qalıb-qalmamasında şəkk etsə, onun təqlidində qala bilərmi?
    Cavab: Bəli, onun təqlidində qala bilər.
    Sual 25. Təqlid etdiyi müctəhidi dünyadan getmiş bir şəxs başqa diri müctəhidə müraciət etmişdir. Onun yenidən həmən müctəhidə qayıdıb təqlid etməsi caizdirmi?
    Cavab: Xeyr, caiz deyildir.
    Sual 26. Bir şəxs əvvəllər Həzrət İmam Xomeynidən (r) təqlid etmiş, sonra sizə müraciət etmişdir. Təkrar olaraq bəzi məsələlərdə (məs. hədiyyəyə xumsun vacib olmaması kimi ) o mərhuma müraciət etmək caizdirmi?
    Cavab: Xeyr, caiz deyildir.
    Sual 27. Mərhum Ayətullah Xoinin (r) zamanında işi səfər etməkdən ibarət olan bir şəxs əslən namaz qılmamışdır. İndi tövbə etmiş və namazlarını qəza etmək istəyir. Onları qəsr şəklində qəza etsin, ya tamam?
    Cavab: Əgər onun təqlidində qalıbsa, öz namazlarını kamil surətdə qəza etsin. Amma əgər digər bir müctehidə təqlid edirsə, onun fətvalarına uyğun əməl etsin.
    DİRİ MÜCTƏHIDDƏN BAŞQA DİRİ MÜCTƏHİDƏ KEÇMƏK
    Sual 28. Bir müctəhidə təqlid etdikdən sonra digərinin ələm olması məlum olsa, ona müraciət etmək olarmı?
    Cavab: Ələm olana müraciət etmək lazımdır.
    Sual 29. Mərhum Ayətullah Ərakinin (r) vəfatından sonra bir şəxs əməllərini təqlidsiz yerinə yetirməsin deyə, tədqiq etmədən bir müctəhiddən təqlid etmişdir. İndi digər bir müctəhidə müraciət edə bilərmi?
    Cavab: Əgər mərcəiyyət şəraiti onda mövcud olmasa, üdul etməsi (dəyişməsi) lazımdır.
    Sual 30. Əhli-xibrə olması məlum olmayan iki adil şəxsin sözünə əsasən, bir nəfər bir müctəhidə müraciət etmişdir. Bu kimi müraciət səhihdirmi?
    Cavab: Əgər Əhli-xibrə olmasa, onların şəhadətinin etibarı yoxdur.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 687 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024