İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    ÖLÜ MÜCTƏHİDİN TƏQLİDİNDƏ QALMAQ
    Sual 31. Mərhum Ayətullah Ərakinin (r) vaxtı zamanı ondan təqlid etmək istəyirdim və özümü onun müqəllidi bilirdim. Amma onun fətvasını öyrənməyib ehtiyata uyğun əməl edirdim, bu surətdə onun təqlidində qalmağın hökmü nədir?
    Cavab: Verilən suala əsasən onun təqlidində qalmaq caiz deyildir. Çünki, ondan təqlid etmək ölü müctəhiddən təqlidə başlamaq hesab olacaqdır.
    Sual 32. Mən Həzrət İmam Xomeyninin (r) vəfatından sonra bir çox məsələlərdə Ayətullah Ərakiyə müraciət etmişəm. O məsələlərdə onun fətvasında qala bilərəmmi?
    Cavab: Əgər İmamın ələm olması sizin üçün sabit olubsa, gərək bütün məsələlərdə onun təqlidində qalasınız.
    Sual 33. Ölü müctəhidin təqlidində qalmaq düzgündürmü? Diri müctəhidə keçmək olar, ya yox?
    Cavab: Bütün məsələlərdə (hətta əməl etmədiyi məsələlərdə belə,) ölü müctəhidin təqlidində qalmaq caizdir. Ölü müctəhidin diri müctəhiddən ələm olması fərz olunsa, onun təqlidində qalmaq vacibdir.
    Sual 34. Sizin fətvanıza əsasən İmam Xomeyninin (r) təqlidində qalan şəxslər bəzi məsələlərdə sizdən (yəni F. Lənkəranidən) təqlid edə bilərlərmi?
    Cavab: Əgər İmam Xomeyninin (r) ələm olması sizin etiqadınıza görə mənə nisbətdə sabit olmasa maneəsi yoxdur
    Sual 35. Mən əvvəl Həzrət İmam Xomeyni (r) sonra Həzrəti Ayətullah Gülpayqani (r) və daha sonra Həzrət Ayətullah Ərakidən (r) təqlid etmişəm. İndi onlardan hər hansı birinin təqlidində qala bilərəmmi?
    Cavab: Qala bilərsiniz və o üç böyük şəxsiyyətdən hər hansı birini ələm bilsəniz, onun təqlidində qalmağınız lazımdır.
    TƏQLİDİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
    Sual 36: Bir müctəhidin fətvasına uyğun olaraq əməl etdiyim məsələlər sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, qayıtmaq lazımdırmı? Bir müctehidin fətvasına yuğun edilən əməllər, sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, əməlləri yenidən yerinə yetirmək lazımdırmı?
    Cavab: Qayıtmaq lazım deyil.
    Sual 37: Əcir tutulan şəxs əcir tutanın kimin müqəllidi olmasını soruşmalıdırmı?
    Cavab: Xeyr, öz vəzifəsinə uyğun əməl etməlidir.
    Sual 38: Bir şəxs məlumatlı mömindən bir məsələ soruşsa, cavab verən onun cavabını öz təqlid etdiyi müctəhidin fətvasına uyğun şəkildə verə bilərmi?
    Cavab: Əgər özünün və sual edənin təqlid etdiyi müctəhidin bir olduğunu, həmçinin təqlid etdiyi öz müctəhidinin ələm olması sabit olarsa, edə bilər. Amma ehtimal versə ki, sual verənin təqlidi səhihdir və özünün təqlid etdiyi müctəhidin ələm olması sübuta yetməyib, gərək onun müctəhidinin fətvasını desin.
    Sual 39: Həddi-büluğun ilkin vaxtlarında təqlid məsələsinə diqqət etməyən bir şəxs bir sıra əməllər yerinə yetirmişdir. Həmin şəxs hal-hazırda sizə təqlid edir. Onun vaxtilə yerinə yetirdiyi əməllərin hökmü necədir?
    Cavab: Əgər onun əməlləri təqlidi lazım olan müctəhidin fətvası ilə uyğun olarsa, səhihdir.
    Sual 40: Bir müctəhidə təqlid edən şəxs, onun ölümündən sonra diri müctəhidin icazəsi ilə onun təqlidində qalmışdır. Öz dini vergilərini (xüms, zəkat kimi ) gərək kimə ödəsin?
    Cavab: Müraciət etdiyi diri müctəhidə ödəməlidir.
    Sual 41: Atasının oruc və namazının qəzasını yerinə yetirən, təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına?
    Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.
    Sual 42: Namaz, oruc, həcc kimi ibadətlərin yerinə yetirilməsində naib tutulan şəxs özünün, yoxsa naib tutanın təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?
    Cavab: Əgər razılaşmada qeyd olunmayıbsa ki, naib tutanın mərcəyi-təqlidinin fətvasına əməl edilsin, gərək öz müctəhidinin fətvasına uyğun əməl etsin. İmkan olan surətdə bir cür əməl etməlidir ki, onların hər ikisinin fətvasına uyğun olsun.
    Sual 43: Bir şəxs ibadətlərindən birini qürbət qəsdi ilə yerinə yetirmişdir. Amma təqlid etdiyi müctəhidin fətvasına uyğun olaraq batildir. Bu müctəhidin vəfatından sonra ələm müctəhidə müraciət etmişdir. Qeyd olunan əməllər ikinci müctəhidin fətvasına uyğun olaraq səhih olsa, onları yenidən yerinə yetirmək lazımdırmı?
    Cavab: Suala əsasən yenidən yerinə yetirmək lazım deyil.
    Sual 44: Bir yerdə bir ruhani alimin camiuş-şərait müctəhiddən təqlid etmədiyinə yəqinimiz vardır. Ona camaat namazı, kəbin və dini vergilər kimi işlərdə müraciət etmək olarmı?
    Cavab: Əgər onun əməlləri camaatın təqlid etdiyi müctəhidin fətvası ilə müvafiq olsa səhihdir və dini vergiləri camaatın təqlid etdiyi müctəhidin yanına göndərib onlar üçün qəbz alırsa, maneəsi yoxdur.
    HƏDDİ-BÜLUĞ NİŞANƏLƏRİ
    Sual 45: Büluğ nişanələri hansılardır və insan neçə yaşında həddi-büluğa çatır?
    Cavab: Oğlanda yetkinlik yaşına çatmaq üç şeydən birinin aşkar olması ilədir:
    1. Qarnının altında qalın və cod tüklərin bitməsi (cinsiyyət üzvünün ətrafında).
    2. Oyaq, ya yuxu halında spermanın xaric olması.
    3. Hicri-qəməri təqvimi ilə 15 yaşın tamam olması(Miladi təqvimi ilə 15 ildən 163 gün 6 saat az).
    QIZ UŞAĞININ YETKINLIK YAŞINA ÇATMASI
    1. Qarnının altında qalın və cod tüklərin bitməsi(cinsiyyət üzvünün ətrafında).
    2. Spermanın xaric olması, istər yuxu, istərsə də oyaq halda.
    3. Hicri-qəməri təqvimi ilə 9 yaşın tamam olması(Hicri-şəmsi təqvimi ilə 9 ildən 97 gün, 22 saat, 48 dəqiqə az).
    Sual 46: On beş yaşından əvvəlki illərdə spermanın xaric olmasına yəqinlik tapan şəxs cahillik üzündən namaz qılmamışdır və oruc da tutmamışdır. İndi o zamankı ibadətlərinə görə onun vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən, spermanın xaric olmasına yəqinlik tapıbsa, həddi-büluğ olmuşdur. Əldən vermiş keçmiş namaz və oruclarını isə gərək qəza etsin. Yediyi orucları cahillik üzündən olubsa və məsələləri öyrənməkdə tənbəllik etməyibsə, kəffarəsi yoxdur.
    Sual 47: Altı yaşında olan oğlan uşağında yetkinlik əlamətləri görünmüşdür. O cümlədən cinsiyyət üzvünün ətrafında tük bitməsi, səsin qalınlaşması, alt paltarlarında cənabət əlamətlərinin müşahidə olunması və s. O namaz, oruc və sair vacibatlarını mükəlləf olan şəxslər kimi yerinə yetirməlidir?
    Cavab: Əgər qeyd olunan əlamətlərə əlavə olaraq, həddi-büluğla uyğun olan, yaxşını pisdən ayırmaq qabiliyyəti də varsa, yetkinlik dövrünə çatmış olur.
    Sual 48: Övladımın təvəllüd tarixi dəqiq məlum deyil, yetkinlik nəzərindən vəzifəsi nədir?
    Cavab: Nə qədər ki, həddi-büluğ olub-olmamasında şəkk vardır və iki əlavə nişanələr yoxdursa, mükəlləf deyildir.
    Sual 49: Qızım ramazan ayının onuncu günündə doğulmuşdur, hansı vaxtdan ona namaz və oruc vacib olur?
    Cavab: Gərək hesablayasınız ki, ramazan ayının 10-cu gününün hansı saatında dünyaya gəlmişdir. Həmin gündən oruc və namaz ona vacib olur. Məsələn, doqquz il əvvəl ayın onunda sübh azanından qabaq doğulubsa, doqquz yaşı tamam olan və on yaşa daxil olduğu onuncu günün oruc-namazı (sübh namazı daxil olmaqla) və ondan sonrakılar vacib olur. Amma zöhr namazından əvvəl dünyaya gəlibsə, o günün orucu vacib deyil, amma zöhr namazı və ondan sonrakı namazlar vacibdir; orucu isə on birinci gündən vacib olur. Bunun üçün valideynlərə vəzifədir ki, övladlarının dəqiq təvəllüd tarixini onların mükəlləf olduqları gün və saatın məlum olması üçün qeyd etsinlər.
    TƏHARƏT VƏ NƏCASƏT
    Sual 50: Paltarın ipi nəcis olmuşdur, günəş onu pak edirmi?
    Cavab: Günəş onu pak etmir.
    Sual 51: Əgər günəşin şüası güzgü vasitəsi ilə nəcis yerə düşürsə, pakedicidirmi?
    Cavab: Xeyr, pakedici deyil.
    Sual 52: Suyun rəngi, iyi və dadının dəyişilməsi, onun müzaf olmasına səbəb olurmu?
    Cavab: Xeyr, qeyd olunan cəhətlərlə dəyişən su müzaf olmur. Doğrudur, əgər su ilə qatışmış bir şey o qədər ola ki, el arasında artıq ona su deyilməmiş olsa, müzaf sudur. Şərbət, ayran, çay və bu kimi şeylər.
    Sual 53: Nəcis olan kürr suyunun rəngi, iyi və dadı kimyəvi maddələr vasitəsi ilə dəyişərsə pak olarmı?
    Cavab: Xeyr, pak olmur.
    Sual 54: Nəcis bir yerin üzərinə sərilmiş yorğan oradan nəm çəkib ağırlaşmışdır. Nəcisdirmi?
    Cavab: Əgər yer rütubətli olubsa, yorğan nəm çəkərək ağırlaşıbsa nəcis deyildir. Lakin, əgər yer yaş olub və yaşlıq yorğana yetişibsə, nəcis olmuşdur.
    Sual 55: Əl-üz yuyulan yerin və tualetin divarı bir metr hündürlükdə nəm çəkmişdir, nəcisdir, ya yox?
    Cavab: Suala əsasən, divar nəcis deyildir.
    Sual 56: Nəcislənmiş suyun və ya sidiyin buxarı nəcisdirmi?
    Cavab: Buxar mütləq şəkildə pakdır.
    Sual 57: Nəcis neftin, çubuğun və yaxud başqa nəcis olan şeylərin tüstüsü pakdırmı?
    Cavab: Əgər qara his halında cəm olsa və onda nəcislə qarışmış zərrəciklər olmasa, pakdır.
    Sual 58: Nəcis şey neçə vasitə murdarlayıcı olur?
    Cavab: Üç vasitə murdarlayıcıdır.
    Sual 59: Murdar sudan içmək və ya təharət üçün istifadə etmək olarmı?
    Cavab: Caiz deyildir.
    Sual 60: Bəzən, düşmək vaxtı çatan bədən dərisini qoparan zaman onunla yanaşı vaxtı çatmamış dəri də qoparılır. Qoparılan zaman qanaxma, göynəmə və ağrı olmasa, qopardıb atmağın eybi vardırmı və nəcis olurmu?
    Cavab: Eybi yoxdur və nəcis olmur.
    Sual 61: Ov iti, yaxud çoban iti başqa itlər hökmündədirmi?
    Cavab: Nəcasət cəhətdən başqa itlərdən fərqi yoxdur.
    Sual 62: Nəcis yeyən heyvanın əti və yumurtası nəcisdirmi?
    Cavab: Xeyr, nəcis deyil, amma gərək onu yeməkdən çəkinsinlər.
    Sual 63: Süd sağılan vaxt üstündə köpük yaranır. Əgər quru qan zərrəcikləri onun üstünə tökülərsə süd nəcis olurmu?
    Cavab: Nəcis olur; lakin o qanı və köpükləri götürərkən südə toxunarsa və ya onu götürəndən sonra yenə südün üstündə köpük qalsa nəciz olmaz.
    Sual 64. Əti halal olan heyvanın qanı nəcisdirmi?
    Cavab: Nəcisdir. Amma bir dirhəm ölçüsündən az olsa onunla namaz qılmağın eybi yoxdur.
    Sual 65. Əgər yumurtada bir miqdar qan müşahidə olunsa, hökmü necədir?
    Cavab: Nəcis deyildir. Amma o qanı yeməkdən çəkinsinlər.
    Sual 66. Südün içərisində bir miqdar qan olarsa, onu nəcis edirmi?
    Cavab: Əgər məlum olsa ki, qan südün içərisindədir, bütövlükdə nəcis olur.
    Sual 67. Sarı və ağ spirt nəcisdirmi?
    Cavab: Texniki spirt və əczaçılıqda, iynə vurulanda və bu kimi şeylərdə istifadə olunan spirtlər nəcis deyildir.
    Sual 68. İt və kafir kimi nəcisül-eyn olanların bədənindən bir hissə müsəlmanın bədəninə köçürülərsə, hökmü nədir?
    Cavab: Müsəlman bədəninin hökmünü tapacaqdır.
    Sual 69. Əgər insan üzvlərini verən kafir olsa, kəsilmiş üzv müsəlmanın bədənində ruh daxil olmamışdan əvvəl, ya sonra hansı hökmədir?
    Cavab: Ruh daxil olandan sonra pak olur.
    KAFİRİN NƏCİS OLMASI
    Sual 70. İslam dinində olmayanlar nə üçün nəcis hesab olunurlar. Belə ki, onların çox təmiz olmalarını görürük?
    Cavab: Bu haqda mənim nəzəriyyəm budur ki, kitab əhli (məsihilər və yəhudilər) müşrik olmayan surətdə pakdırlar. Amma müşrik olsalar nəcisdirlər. Onların nəcis olmalarında bir hikmət vardır. O cümlədən, müsəlmanlar onlarla gediş-gəliş etməsinlər və cinsi əlaqədə olmasınlar, onların əxlaqi və davranışlarının təsiri altına düşməsinlər. Onlar da müsəlmanların müqabilində zillət və təhqir olmalarını hiss edəcəklər. Başa düşərlər ki, səviyyəsiz və nəcisdirlər. Bundan başqa məsləhətlərdə İslam qanunlarında geniş şəkildə qeyd olunmuşdur.
    Sual 71. Yəhudi və nəsrani kimi əhli kitabın yeməyindən istifadə etməyin hökmü nədir?
    Cavab: Kitab əhli müşrik olmayan surətdə zatən nəcis deyildirlər. Buna əsasən onların yeməkləri nəcis deyildir. Qida maddələrinin murdar ətdən, yaxud şərab və bunun kimi şeylərin vasitəsi ilə hazırlanması məlum olsa, nəcisdir. Lakin kitab əhlini nəcis bilənlərin nəzərincə isə, onların yeməklə təmasda olduqlarını bildikləri üçün, yeməkləri nəcis hökmündədir.
    Sual 72. Zərdüştilər də kitab əhli hesab olunurlarmı?
    Cavab: Kitab əhli hökmündədirlər.
    Sual 73. Sizdən yəhudi, nəsrani və məcusilərin müşrik olub-olmamaları haqqında sual ediblər. Buyurmusunuz ki, əgər müşrik olmasalar pakdırlar. Müşrik olmağın mənası nədir? İki Allaha (məcusilər) və üç Allaha (nəsranilər) etiqad etmək şirkdirmi?
    Cavab: Əgər Allahın vahid olmasının ziddinə olsa şirkdir.
    Sual 74: Yəhudi və nəsranilərin hər hansı birinin nəcis olmalarını haradan müəyyənləşdirmək olar?
    Cavab: Müşrik olmadıqları məlum olsa və ya onların müşrik olmalarında şəkkiniz olsa, pakdırlar.
    Sual 75: Mən həzrət İmam Xomeyninin (r) müqəllidi idim. Sizin icazənizlə onun təqlidində qalmışam. İndi sizin kitab əhlini pak bilməyinizi eşitmişəm. Kitab əhli ilə birgə çalışdığım üçün bu məsələdə sizə təqlid edə bilərəmmi?
    Cavab: Əgər İmam Xomeyninin (r) ələm olması sizin üçün sabit olmasa, maneəsi yoxdur.
    Sual 76: Özləri üçün xüsusi ayinləri olan «Əliallahlılar» pakdırlarmı? Onlarla ailə qurmağın hökmü necədir? Onlarla bir yerdə yemək yeməyin hökmü nədir?
    Cavab: Əgər Həzrət Əlini (ə) allah bilsələr və ya namaz, oruc kimi dinin zəruri hökmlərindən birini, həmçinin məadı inkar etsələr, kafir və nəcisdirlər. Onlarla ailə qurmaq düzgün deyil, həm də onlarla gediş-gəliş etmək, bir yerdə xörək yemək səhih deyildir. Çünki yaş əllə hər bir şeyə əl vursalar nəcis olur. Amma bu cür əqidələri olmasa dinin zəruri hökmlərini və məadı inkar etməsələr, müsəlman və pakdırlar. Suala əsasən, onların başqa müsəlmanlardan fərqləri yoxdur.
    Sual 77: Bir şəxs Allaha və Peyğəmbərə (ə) narahat və əsəbi halda nalayiq sözlər demiş, sonradan peşiman olmuşdur. Bu təhqir onun mürtəd və nəcis olmasına səbəb olarmı?
    Cavab: Əgər onun əsəbiliyi özündən çıxmış həddə gəlib çatıbsa, bu halda nəcis və mürtəd deyildir. Amma əsəbiliyi bu halda olmayıbsa çətindir. Gərək tövbə etsin.
    Sual 78: Sufilik, dərvişlik və şeyxilik kimi təriqətlərdə olanların əməllərində bidətlər müşahidə olunursa, onları pak hesab etmək olarmı?
    Cavab: Pak hökmündədirlər. Amma daha yaxşıdır ki, onlarla az əlaqədə olsunlar.
    Sual 79: Məsihi, yəhudi və hinduların evlərinin divarlarına və ya onlara aid olan əşyalara yaş əllə toxunmağın hökmü nədir? Nəcis olurmu?
    Cavab: Nəcis olmasına yəqinliyiniz olmasa pakdır.
    Sual 80: Müəllimlərin Bəhai şagirdləri ilə bir yerdə olması necədir? Onların ixtiyarında Quranın qoyulması düzgündürmü?
    Cavab: Onların nəcis olmasını nəzərə alıb, Qurani-Kərimi onların öhdəsinə qoymaq caiz deyildir.
    Sual 81: Namazı bilərəkdən qılmayan, amma inkar da etməyən adam kafir və nəcisdirmi?
    Cavab: Namazı inkar etmirsə fasiq və günahkardır, kafir və nəcis deyil.
    Sual 82: Qurana ehtiramsızlıq edən müsəlman mürtəd olurmu? Bu kimi şəxslərə qarşı insanın vəzifəsi nədir?
    Cavab: Əgər ehtiramsızlıq əsəbilik üzündən ola və əsəbiliyi bir həddə çata ki, özündən ixtiyarsız nalayiq sözlər söyləyə, gərək tövbə etsin. Amma Peyğəmbər (s) və İmamlara (ə) qəsdən ədavət, istək və naşılıq üzündən olsa, nəcasət hökmündədir. Əgər Peyğəmbərin risalətini inkar etsə nəcis olması ilə yanaşı həm də mürtəddir. Onun bu əməlini görən kəslər hakimi şərin onun barəsində hökmü müəyyən edənə qədər onu bu yoldan çəkindirmək və ondan uzaq olmaq kimi vəzifələri vardır.
    Sual 83: Altı İmamı qəbul edənlər müsəlmandırlarmı?
    Cavab: Müsəlmandırlar.
    Sual 84: Xüms və zəkat verməyə etiqadı olmayan bir kəs bəzən bu məsələni məsxərə də edir. Bu şəxsin ibadət və əməlləri batil, yaşayışı da nəcisdirmi?
    Cavab: Onun öz malından istifadə etməsi düzgün deyildir. Bu məsələyə aid olmayan ibadətləri səhihdir.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 653 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024