İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    QEYRİ-MÜSƏLMANIN MƏSCİDƏ DAXİL OLMASI
    Sual 468. Əhli-kitabdan olan dost-tanışların əzadarlıq məclislərində iştirakı üçün məscidə daxil olması caizdirmi?
    Cavab: Əgər məscidə hörmətsizlik gətirməzsə onların qabağını almaq vacib deyil.
    Sual 469. Bir müsəlman və xristian arasında şərikli torpaq mövcuddur, onların ikisinin razılığı ilə həmin yer məscidə verilmişdir. Qeyd olunan xristian müsəlmanların məclislərində iştirak edir, hətta atasının əza məclisini məsciddə tutmuşdur. Şəri nöqteyi-nəzərdən bu düzgündürmü və məscidə hörmətsizlik deyilmi?
    Cavab: Erməni və qeyri-müsəlmanın əza məclisini məsciddə tutmaq caiz deyil.
    MƏSCIDƏ VERILƏN NƏZIRLƏR, HƏDIYYƏLƏR VƏ VƏQF OLUNMUŞ ŞEYLƏR
    Sual 470. Məscid və Hüseyniyyəyə vəqf olunmuş qabları qədim olduğu üçün yenisi ilə dəyişmək, ya satıb təzə qablar almaq olarmı?
    Cavab: İstifadəyə yararsız olduğuna görə onları ehtiyac olan qablara dəyişməyin maneəsi yoxdur.
    Sual 471. Bir şəxs məscid və bir kiçik mədrəsə tikib, öz əmlakında olan bəzi şeyləri ona vəqf edir, sonradan dünyasını dəyişib. Başqa bir şəxs o ikisinin yerinə böyük bir məscid və mədrəsə tikir, ona vəqf olunmuş şeyləri bu ikisinə sərf etmək olarmı? Ya gərək fəqirlərə verilsin?
    Cavab: Əgər təzə məscid və mədrəsə həmin mədrəsə və məsciddirsə, yalnız formasını dəyişibsə, vəqf olunmuş şeyləri ona sərf etmək lazımdır.
    Sual 472. Məscidin xidmətçisi iki namaz arasında məscidə kömək adı ilə pul yığır, həmin pulu İmam camaata, ya dini söhbət edənə və ya başqa cəhətlərə sərf etmək olarmı?
    Cavab: Əgər pul verənlərin məqsədi məscidə aid olan xərclərə görə olsa maneəsi yoxdur.
    Sual 473. Sərinkeş, çilçıraq, stəkan, nəlbəki kimi şeylər məscidə nəzir niyyəti ilə verilir. Əgər bunlara ehtiyac olmasa artıq şeyləri satıb, məscidə lazım olan sair xərcləri ödəmək olarmı?
    Cavab: Başqa məscidin də ehtiyacı olmasa heç bir maneəsi yoxdur.
    Sual 474. Köhnəlmiş Hüseyniyyəni təmir etməyə camaatın imkanı yoxdur. Ona vəqf olunmuş şeyləri onun təmirinə istifadə etməyə icazə verirsinizmi?
    Cavab: Qeyd olunan vəqflər yalnız mərsiyə oxumaq, əzadarlıq və bu kimi işlərə xərclənmək üçün vəqf olunmayıbsa, bəlkə heç bir maneəsi yoxdur. Onlardan qeyd olunmuş Hüseyniyyə binasını təmir və təzələməyə sərf etmək olar.
    MƏSCIDƏ AID OLAN ƏŞYALAR
    Sual 475. Qədim bir məscidi təzədən tikmək üçün sökdük; yeni məscidi tikəndən sonra iki yüz min tümən borclu qaldıq. Artıq qalan gips və dəmiri, ya məscidin ehtiyacı olmayan ağac və xalçaları məscidin borcunu ödəmək üçün satmaq olarmı?
    Cavab: Artıq qalan şeyləri məscidin borcunu ödəmək üçün satmağın heç bir maneəsi yoxdur, amma keçmiş məscidin ağac və xalçalarını başqa ehtiyacı olan məscidə istifadə üçün versinlər. Heç bir məscidə ehtiyac olmayan surətdə onları da satmağın heç bir maneəsi yoxdur.
    Sual 476. Kömür samovarı bir şəxs tərəfindən məscidə vəqf olunub; indi ondan istifadə olunmur. Onu satıb yerinə xalça almaq olarmı?
    Cavab: Əgər başqa məscidin belə samovara ehtiyacı olsa oraya verilsin və əgər bu cür olmasa onu qazla işləyən samovara döndərsinlər. Ehtiyac olmayan surətdə onu satıb pulunu məscidin çayxanasına sərf etsinlər.
    Sual 477. Məscidə və Hüseyniyyəyə aid olan əşyaları başqa bir yerə camaatın ümumi istifadəsinə aparmaq olarmı?
    Cavab: Əgər məscid və Hüseyniyyəyə aid olsa onu dəyişmək və başqa yerə aparmaq caiz deyil.
    Sual 478. Bir məsciddə bəzən namaz qılınır. Onun ləvazimatını (kərpic, dəmir, xalça kimi ) başqa məscidə aparmaq olarmı?
    Cavab: Caiz deyil, gərək həmin məscidi təmir etsinlər. Möminlərə lazımdır ki, məscidin hörmətini hifz etsinlər.
    Sual 479. Bir məscidin yalnız bir telefon xətti vardır və o da xadimin otağındadır. Əgər xadim olmasa heç kim camaatın zənglərinə cavab verə bilmir. O xətdən həmişə istifadə olunsun deyə, onu yaxında olan mağazaya çəkmək olarmı?
    Cavab: Məscidin icma üzvləri razılaşsalar heç bir maneəsi yoxdur.
    Sual 480. Came məscidi köhnəlmişdir, indi binanı təzədən tikirik. Hələlik o məsciddən və onun ləvazimatından istifadə olunmur. Məscidin əşyalarından yaxınlıqda olan məhdiyyədə istifadə etmək olarmı?
    Cavab: Heç bir maneəsi yoxdur, bir şərtlə ki, təkcə məscidə istifadə olunan imkandan oraya verilsin.
    Sual 481. Məscidin xalçaları köhnəlmişdir, dəyişməyən surətdə aradan gedir, onları satıb təzəsi ilə əvəz etmək düzgündürmü?
    Cavab: Əgər xalçalar məscidə hədiyyə və ya mülk kimi verilibsə, onları ehtiyac olan surətdə dəyişməyin maneəsi yoxdur. Amma məscid üçün vəqf ediblərsə, şəri icazə olmadan onu dəyişmək düzgün deyil.
    Sual 482. Çay, qənd, və bu kimi şeylər məscidə çox gətirilib, bu şeylər çox qalarsa xarab olma ehtimalı vardır; onları satıb pulunu həmin məscidə sərf etmək olarmı, ya gərək başqa məscidə aparılsın?
    Cavab: Əgər başqa məsciddə və ya başqa vaxt istifadə olunsa saxlamaq münasibdir.
    Sual 483. Əlli il əvvəl tikilən bir məscid vardır. İndi axar selin yaxınlaşdığı yerdə olduğu üçün təmirə imkan yoxdur, başqa məscid tikmək və köhnəlmiş məscidin imkanlarından istifadə etmək olarmı?
    Cavab: Əlli il əvvəl tikilən məscidin qalması onun köhnəlməsinə dəlalət etmir. Selin üstündə olduğu üçün selin istiqamətini dəyişmək mümkün olmayan surətdə və selin məscid üçün təhlükəli olduğu bilinsə, onun imkanlarından başqa məscid üçün istifadə edə bilərlər.
    Sual 484. Məsciddən evə möhür gətirmək və onun üstündə namaz qılmaq caizdirmi?
    Cavab: Caiz deyil.
    Sual 485. Məscid üçün bir torpaq sahəsi vəqf olunub ki, onun gəliri məscidə sərf olunsun. İndi yolu genişləndirərkən həmin torpaq sahəsinin bir hissəsi aradan gedib. Əgər qalan hissəsində bir ticarət, ya yaşayış binası tikilsə, tikililər də vəqfə aid olacaqmı? Ya vəqf təkcə yerə aiddir?
    Cavab: Vəqf torpağın özünə aiddir. İcarəni məscidin işıqlandırılmasına sərf etmək lazımdır.
    MƏSCIDDƏ NAMAZ ÜÇÜN YER TUTMAQ
    Sual 486. Bir şəxs namaz qılmaq üçün məsciddə yer tutub dəstəmaz almağa gedir və başqa birisi onun canamazını kənara verib, onun yerində namaz qılmağa məşğul olur. Onun namazı səhihdirmi?
    Cavab: Vacib ehtiyata əsasən namazını ikinci dəfə başqa yerdə qılsın.
    MƏSCIDIN MÜXTƏLIF MƏSƏLƏLƏRI
    Sual 487. Yay dərslərini və kino-filmlərin nümayişini məsciddə təşkil etmək caizdirmi?
    Cavab: Məscidə ehtiram lazımdır, gərək riayət olunsun. Dini dərsləri təşkil etmək məscidin hörmətinə müxalif deyil, amma bəzi filmləri nümayiş etdirmək münasib deyil.
    Sual 488. Əgər məsciddə əzadarlıq məclislərinin təşkili namaz qılanlara və namazın müstəhəbbi əməlləri ilə məşğul olanlara maneə yaradırsa, şəri cəhətdən nə hökmü vardır?
    Cavab: Namazın müstəhəbbi əməlləri həddindən artıq uzun çəkməsə düzgün deyil.
    Sual 489. Bir məsciddə mədəni fəaliyyətlər və idman məşqləri yerinə yetirilir. Onun zirzəmisində kitabxana və dini kaset yerləri təsis olunub, vəqfə və ona vəqf olunmuşlara heç bir maneçiliyi yoxdur. Namazdan ayrı vaxtlarda qeyd olunmuş fəaliyyətlər, o cümlədən idman onun zirzəmisində yerinə yetirilir. Bu işlər haqqında öz mübarək rəyinizi bildirəsiniz.
    Cavab: Məscidə ehtiramsızlıq və hörmətsizlik olmayan surətdə heç bir maneəsi yoxdur.
    Sual 490. Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsi caizdirmi?
    Cavab: Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsinin maneəsi yoxdur. Amma əl çalmaq ehtimalı olan halda qadağan edin. Çünki, bu cür müqəddəs məkanlarda əl çalmaq onların şəninə (yəni məscid və hüseyniyyələrə) hörmətsizlik gətirər.
    Sual 491. Məsciddə şəkil qoymaq, insan və ya heyvan şəkli çəkməyin nə hökmü vardır?
    Cavab: Məsciddə namaz qılındığına görə şəkil qoymaq məkruhdur, ehtiyat vacib odur ki, ruhu olan canlıların təsvirini məsciddə çəkməsinlər.
    Sual 492. Bir məscidi təzədən genişləndirib tikiblər. Mühəndis öz malından bir miqdar xərc edib, fəhlə və bənnanın haqqı da ödənilməyib. Onlar deyirlər ki, bizim pulumuzu ödəməyənə qədər o məsciddə namaz qılınmasına razı deyilik. Xahiş edirik öz mübarək rəyinizi bildirəsiniz.
    Cavab: Məsciddə namaz qılmaq kiminsə icazəsi ilə deyil. Məscidin vəqf olunmuş şeyləri varsa, borcu ondan versinlər, əgər yoxdursa möminlər ödəsinlər.
    Sual 493. Məscidin eyvanında yaradılan kitabxananın pilləkənləri narahat tikilib, onu düzəltmək üçün sökdük. Əlbəttə yeni formada tikmək üçün məsciddin bir hissəsini sökməli olduq. İndi başa düşürük ki, bu iş hakimi şərin icazəsi ilə olmalıdır, Siz nə buyurursunuz?
    Cavab: Pilləkəni qanuni formada düzəldin və çalışın məsciddin sökülməsinin qarşısı alınsın.
    Sual 494. Bir şəxs neçə il bir məsciddə camaat namazına pişnamazlıq etmiş və ölümündən sonra oğlu bu işi davam etdirmişdir. İndi şəhərin İmam cüməsi məscidi genişləndirib və oraya təzə İmam-camaat təyin etmişdir. Keçmiş İmam-camaat bu işə öz narazılığını bildirir. Bu məsciddə namaz qılmağın nə hökmü var?
    Cavab: Məscidin İmamı olmaq barədə heç bir kəs hüquq tapmır, kiminsə razı ya narazı olması mötəbər deyil.
    Sual 495. Məsciddə mərsiyə oxunun zaman onu kasetə yazmaq üçün məscidin elektrik xəttindən istifadə etmək olarmı?
    Cavab: Sərf etdiyi enerjinin pulunu verməmiş olsa caiz deyil.
    Sual 496. Neçə il əvvəl 12 nəfər ziyarət üçün Kərbəlaya getmişlər. Müctəhid məscid heyətinə yadigar olaraq Həzrət Əbülfəzl (əleyhissalam) adının verilməsi hökmünü verir. Amma indi müctəhid və heyət üzvləri dünyalarını dəyişiblər, onların övladlarının məscidin heyəti olmağa iddiaları varmı?
    Cavab: Onların övladlarının bir haqqı yoxdur.
    Sual 497. Qırx ildir məsciddə xidmətçiyəm, məscidin girişində dəfn olunmağımı vəsiyyət edə bilərəmmi?
    Cavab: Caiz deyil.
    Sual 498. Bir yeri məscid tikmək camaatın ixtiyarına qoydum. Bu şərtlə ki, yerin qiymətinin yarısını mənə versinlər. Amma divar götürəndən sonra işi dayandırdılar. Namaz qılanların öhdəsinə qoyulmadığı və məscid siğəsinin oxunmamasını nəzərə alsaq, o yeri keçmiş vəziyyətinə qaytara bilərlərmi?
    Cavab: Qeyd olunan xüsusiyyətlərə diqqət etməklə daha yaxşıdır ki, tədricən məscid formasına gətirsinlər və ondan istifadə etsinlər.
    Sual 499. Bəzi məscidlərdə xətm və fatihə məclisləri zamanı səs paylayıcını çölə çıxardırlar. Nəzərə almaq lazımdır ki, xəstələr və qocalar səsdən əziyyət çəkirlər, bu iş düzgündürmü?
    Cavab: Eybi var. (Xoşagəlməz haldır)
    Sual 500. Təmir etmək məqsədi ilə məscidin üzərində Quran ayələri olan yerləri sökməyin nə hökmü vardır? Sökülən halda onların torpağını və artığını hansı yolda istifadə etmək olar?
    Cavab: Təmir və təzədən tikmək lazım olan surətdə heç bir maneəsi yoxdur. Artıq qalan torpağını bir yerə töksünlər ki, ehtiramsızlıq olmasın, ya axar suya töksünlər və ya dəfn etsinlər və yaxud da əl çatmaz səhralara töksünlər.
    Sual 501. Toy mərasimlərinin yalnız yemək məclisini məsciddə, ya Hüseyniyyədə təşkilinin eybi varmı?
    Cavab: Ümumi halda məscidə ehtiramsızlıq gətirən hər bir iş haramdır. Bunun üçün təkcə kəbin və məhrəm siyğəsini oxumaq üçün məclis təşkil olunsa bir maneəsi yoxdur. Amma bu gün məşhur olan toy və nişan mərasimlərini məsciddə keçirmək caiz deyil.
    Sual 502. Bir şəxs öz mülkündə məscid tikmişdir. Məscid binasının xərclərinin də çoxunu özü vermişdir və ona başçılıq etməyi öz üzərinə götürmüşdür. Onun nəzərinə görə səlahiyyəti olmayan bir şəxs ondan icazəsiz o məsciddə namaza imamlıq edir. Bu İmamın və ona iqtida edənlərin nə hökmü vardır, məscidi vəqf edən və başçılıq edən şəxs onu camaat namazına İmamlıq etməkdən çəkindirib, başqasını təyin edə bilərmi?
    Cavab: Məmumlar İmam-camaatı adil bilsələr və ona iqtida etsələr namazları səhihdir. Məsciddə İmamlıq etməyə və namaz qılmağa görə icazəyə ehtiyac yoxdur. Heç kimin məsciddə namaz qılmağın qarşısını almağa haqqı yoxdur. İstər İmam-camaat olsun, istər qeyri İmam-camaat.
    Sual 503. Üzərində göyərçin, tovuz quşunun və bu kimi heyvanların heykəlləri olan ələmi məsciddə qoymağın nə hökmü vardır. Bu ələmi satmağın və onun qarşısında namaz qılmağın hökmü nədir?
    Cavab: Heykəlləri alıb-satma və saxlamaq məkruhdur. Heykəl və şəkil olan yerdə namaz qılmaq da məkruhdur.
    Sual 504. İslam hökuməti qanunlarına uyğun olaraq, məscid kimi ümumi yerlər də su və işıq pulunu ödəməlidir. Su məsələsi xüsusi şirkətin olduğu üçün imkanı olmayan məscidlər su pulunu ödəməkdə çətinlik çəkirlər. Xahiş edirik buyurun:
    1) İslam dövlətinin qanunlarının xilafına əməl etmək düzgündürmü?
    2) Tam və ya müəyyən ölçüdə imkanı olmayan məscidlərdə məscidin suyundan istifadə edən şəxslərin hökmü nədir. İstifadə etdikləri ölçüdə məscidə kömək etmələri lazımdırmı?
    3) Bəzi şəxslər su və bu kimi vergiləri ödəsələr başqalarının boynundan götürülərmi?
    Cavab: 1) İslam respublikasının qanunlarının xilafına əməl etmək düzgün deyil. 2) Qeyd olunan halda məscid suyu ilə dəstəmaz alan şəxslər gərək niyyət etsinlər ki, istifadə etdikləri miqdarda suyun pulunu versinlər. Əgər bilsələr ki, heç kəs su pulunu ödəməyib və özlərinin də su pulu ödəmək niyyəti olmasa, onların dəstəmazı səhih deyildir. 3) Bəli, başqalarının öhdəsindən götürülür.
    Sual 505. Bəzən camaat namazında iqtida edənlər Quranı öz yanlarında qoyurlar və bu da qabaq sırada duranların arxasında qalır. Bu iş haramdırmı və namazın düzgünlüyünə zərər gətirirmi?
    Cavab: Təkcə Quranı arxada qoymaq haram deyil. Bəli, ehtiramsızlıq olsa caiz deyil və hər surətdə namaz batil olmur.
    Sual 506. Məscid və Hüseyniyyədə təşkil olunan dini bayramlarda və İmamların (ə) mövlud günlərində əl çalmaq caizdirmi?
    Cavab: Əl çalmağın öz-özlüyündə eybi yoxdur. Amma möminlərə lazımdır ki, bu işi məscid, Hüseyniyyə və müqəddəs yerlərdə etməsinlər. Həmçinin müqəddəs İmamların mövlud günlərində əl çalmaq hörmətsizliyə səbəb olar, ondan çəkinmək lazımdır. Möminlər müsəlmanların həmişəki şüarları olan salavatdan istifadə etsinlər.
    NAMAZ
    Sual 507. İran İslam Respublikasının televiziya-radiosu ilə yayımlanan azan səsi dəlildirmi, onunla namaz qılmaq və orucu iftar etmək olarmı?
    Cavab: Bəli, yayımlanan şəhər əhalisinə və o şəhərə yaxın bir üfüqdə olan ətraf əhaliyə dəlildir. Həmin vaxtla namaz qılmağın və iftar etməyin heç bir maneəsi yoxdur.
    Sual 508. İqaməni azanla demək şərtdirmi? Onu azansız demək olarmı?
    Cavab: İqamənin müstəhəbliyi azan deməklə şərt deyil.
    Sual 509. Zöhr namazını İmam-camaatın əsr namazına iqtida edən bir kəs, ondan sonra əsr namazı üçün iqamə desinmi? Camaat namazının sıraları dağılmayıbsa, iqamə demək lazımdırmı?
    Cavab: Verilən suala əsasən iqamə demək lazımdır.
    Sual 510. Məscidin səspaylayıcısı azanı kaset vasitəsi ilə ətrafa yayır. Həmin azanla namaz qılmaq düzgündürmü və savabı varmı, ya gərək əlavə azan deyilsin?
    Cavab: Maqnitafon kasetlərindən verilən azan namaz azanı üçün səhih deyildir.
    Sual 511. Əşhədu ənnə Əliyyən vəliyullah cümləsi azan və iqamənin bir hissəsidirmi? Azan və iqamədə "Əşrəful-ənbiyayi vəl mursəlin,, demək səhihdirmi?
    Cavab: Qeyd olunan cümlələr azan və iqamənin cümlələrindən deyil, onları azan və iqamənin bir hissəsi olmadan deməyin bir maneəsi yoxdur, hətta üstünlüyü vardır.
    Sual 512. Azan və başqa tədbirlərdə səsi ucaltmaq qonşuların əziyyətinə səbəb olan surətdə nə etmək lazımdır?
    Cavab: Camaat namazında azan səsini ucaltmağın maneəsi yoxdur, başqa halda caiz deyil.
    Sual 513. Gündəlik namazlarda azanı radiodan eşitsələr və özləri iqamə desələr, namazın hökmü nədir?
    Cavab: Namaz üçün azan vacib deyil, amma müstəhəbbi əməllər baxımından, radio azanı kifayət edə bilər.
    Sual 514. Bidətin tərifi nədir? Həmçinin azanda üçüncü şəhadətin nə hökmü vardır?
    Cavab: Bidət – dində olmayan şeyləri dini bir əmr adıyla dinə daxil etmək və ya ona əməl etməkdir. Amma üçüncü şəhadət azan və iqamədə müstəhəbbi bir əmrdir. Əlbəttə azanın tərkib hissəsi olmayan bir zikr adıyla; çünki bu şəhadət mərhum əllamə Məclisinin (r) Biharul-ənvar kitabında ən şərafətli zikrlərdəndir. Azan, iqamə və namaz arasında zikr deməyin maneəsi yoxdur. Bu məsələnin bidətlə heç bir əlaqəsi yoxdur.
    Sual 515. Azan və iqamədə Əmirəl-möminin Əlinin (ə) vilayətinə şəhadət hansı məqsədlə verilir. Təşəhhüddə nübuvvətə şəhadət verəndən sonra vilayətə şəhadət vermək səhihdirmi?
    Cavab: Tovzihul-məsail risaləsinin 938-ci məsələsində qeyd olunduğu kimi, vilayətə şəhadət vermək azan və iqamənin hissəsi deyil, amma yaxşıdır qürbət qəsdi ilə deyilsin və namazın təşəhhüdünü də tovzihul-məsailin 1122-ci məsələsində bəyan olan surətdə oxusunlar.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 739 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024