İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    QİRAƏT
    Sual 516. Dişi düşən, ya onu çəkdirən bir kəs qiraətə düzgün riayət edə bilmir. Namazı səhih qılsın deyə, süni diş qoya bilərmi?
    Cavab: Bəli, qadir olan surətdə vacibdir.
    Sual 517. Namazın müstəhəbbi zikrlərini səhv oxumaq, ya məxrəcindən düzgün əda etməmək namazın batil olmasına səbəb olarmı?
    Cavab: Əgər səhv oxumaq aşkar bilinməsə və mənanın dəyişilməsinə səbəb olmasa namaz batil deyil, amma bilərəkdən səhv oxusa, ehtiyata görə namazı qılandan sonra onu təzədən təkrar qılsın.
    Sual 518. Namazın zikrlərini, həmd və surənin bəzi kəlmələrini təkrarlamaq caizdir, ya yox?
    Cavab: Onların səhih olmasında şəkk olunan surətdə təkrarlamağın eybi yoxdur, vaxtı keçməyibsə o kəlməni təkrarlasınlar ki, onun səhih olmasına yəqinlik olsun. Amma bu şərtlə ki, şəkk vasvasılıqla olmasın.
    Sual 519. (ض) "zad,, hərfinin tələffüzü namazda necədir, tələffüz müşkül olan surətdə vəzifə nədir?
    Cavab: Zad hərfinin tələffüzü bu cürdür:
    Dili sağ və ya sol dişlərə tərəf aparırlar, onlara söykəməklə əda edilir, imkan olmayan surətdə, yaxud həmin surətdə çətin olsa adi qaydada tələffüz etməyin maneəsi yoxdur.
    Sual 520. Əgər (və ləm yəkun ləhu) cümləsində olan ن (nun) hərfi idğam halında tələffüz olunmasa səhihdir, ya yox?
    Cavab: Daha yaxşıdır qeyd olunan hallarda idğam etsinlər. Amma idğam olunmadan da səhihdir. Hər halda nun hərfi ya idğam halında, ya idğamsız əda olunmalıdır.
    Sual 521. Əgər bir kəs "təsbihatu-ərbəədə,, şəkk etsə ki, onu 3 dəfə, ya 2 dəfə demişdir, vəzifəsi nədir?
    Cavab: İki dəfə deməsini əsas tutub bir dəfə də əlavə etsin.
    Sual 522. Əgər üçüncü və dördüncü rəkətlərdə səhvən "təsbihate-ərbəəni,, dörd dəfə desək vəzifəmiz nədir?
    Cavab: Maneəsi yoxdur.
    Sual 523. Bir şəxsin öz namazını səhv oxuduğunu bilsək, onu xəbərdar etmək lazımdırmı?
    Cavab: Lazım deyil.
    Sual 524. Cümə günü öz namazını tək halda qılan şəxsə müstəhəbbidirmi ki, həmd və surəni ucadan oxusun? Cümə günündə namazını camaatla qılan İmam-camaat necə?
    Cavab: Bəli, müstəhəbdir ki, cümə gününün zöhr namazının həmd və surəsi ucadan oxunsun. İstər namaz tək olsun, ya camaatla.
    Sual 525. Zöhr və əsr namazlarında həmd və surədən əlavə namazın zikrlərinin də ahəstə oxunması lazımdırmı?
    Cavab: Yalnız həmd və surəni ahəstə oxumaq vacibdir.
    Sual 526. Namazın qiraət və sair zikrlərini oxuyan zaman başı hərəkət etdirməyin eybi vardırmı?
    Cavab: Əgər hərəkət az olsa bir maneəsi yoxdur.
    Sual 527. Bəqərə surəsi kimi uzun surələri vacibi namazlarda oxumaq, namaz qılanı namaz halından çıxartmağa səbəb olurmu? Hətta hər rəkəti bir saat çəksə belə?
    Cavab: Xeyr, uzun surələri oxumaq namazdan xaric olmağa səbəb olmur.
    Sual 528. Bir ayağı üstə duran bir şəxs namazı ayaq üstə qılmaq istəsə əlinə əsa alması vacibdirmi? Ya oturan halda namaz qıla bilərmi?
    Cavab: Verilən suala əsasən ayaq üstə namaz qılması vacibdir.
    Sual 529. Bir qadın şiddətli bel və diz ağrılarına görə aşağıdakı iki haldan birində namaz qılmağa qadirdir:
    1) Ayaq üstə namaz qılsın və səcdə etmək üçün stula otursun və qarşısında qoyulan mizə səcdə etsin; bu halda onun dizləri, ya barmaqlarının ucu yerə toxunmur və ayağının içi yerin üstündədir.
    2) Oturan halda namaz qılsın və səcdəni səhih şəkildə yerinə yetirsin. Bu iki haldan hansı biri səhihdir?
    Cavab: Birinci halın üstünlüyü vardır, gərək birinci halda göstərilən şəkildə namazını qılsın. Amma ehtiyat budur ki, namazını hər iki surətdə qılsın.
    Sual 530. Qunutu, ya namazın müstəhəbbi zikrlərini səhv oxumaq namazı batil edirmi?
    Cavab: Əgər səhv oxumaq zikri, ya Quranı və ya duanı düzgün qaydadan xaric etmirsə və mənanı dəyişmirsə batil etmir.
    Sual 531. Vacibi namazlarda həmddən sonra bütöv bir surə yerinə, həmin həmd surəsini təkrarlamaq səhihdirmi?
    Cavab: Həmddən başqa surələr oxumaq lazımdır.
    Sual 532. Namaz qılan müəyyən surəni oxumağı qərarlaşdırmamış Bismillah desə, sonra Qədr surəsini oxumağı qərarlaşdırsa, ikinci dəfə Bismillah desinmi?
    Cavab: Ehtiyat vacib odur ki, təkrar olaraq Bismillahı Qədr surəsi niyyəti ilə desin. Təyin etməmişdən əvvəl dediyi Bismillahla kifayətlənməsin.
    Sual 533. Xüsusi surə və ayə oxunması tələb olunan namazlarda o surə və ayəni əzbərdən bilməyənlər kitab üzündən oxuya bilərlərmi?
    Cavab: Verilən suala əsasən səhihdir.
    Sual 534. Vacibi namazlarda surəni deyərkən bir ayəni səhv oxusa onu bir neçə dəfə təkrar edə bilərmi?
    Cavab: Bəli, vacibi və müstəhəbbi namazlarda ayəni təkrarlamağın maneəsi yoxdur.("Vəsailüş-şiə, c. 4, səh. 813. ,,)
    Sual 535. Namazın zikrlərini və kəlmələrini təkrarlamaq caizdirmi?
    Cavab: Əgər ayə və kəlmənin düzgün əda edib-etməməsində şəkk etsə, sonrakı ayə və cümləni oxumağa başlamayıbsa, təkrarlamaq vacibdir. Əgər sonrakı ayə və cümləni oxumağa başlayıbsa, ehtiyat qəsdi ilə təkrarlamaq caizdir. Bu şərtlə ki, vasvasılıq olmasın və vasvasılıq həddinə çatmasın; əks halda təkrarlamağın düzgün və səhih olması çətin məsələdir.
    Sual 536. Namazda bir kəlmə səhv oxunsa, ya onun düzgünlüyünə şəkk olunsa və ya insanın nəfəsi kəsilsə və kəlmə naqis qalsa, həmin kəlməni təkrarlamaq kifayətdir, ya gərək ayə və cümlə əvvəldən oxunsun? Məsələn "müstəqim,, - kəlməsini səhv oxusa, ya onun səhih olmasında şəkki olsa və ya bədənin hərəkəti vaxtı əda etsə gərək "ihdina,, - kəlməsindən təkrarlasın?
    Cavab: Ayəni əvvəldən təkrarlamaq lazım deyil, amma kəlmə ondan əvvəlkinə bağlanıbsa, məsələn, "Siratəl-müstəqim” ayəsini deyəndə "müstəqim” kəlməsini səhv deyib və ya onun əlif və lam-nı deyib nəfəsi tutulub. Bu halda əvvəlki cümləni ehtiyata əsasən təkrar etsin və "ihdinəs-siratəl-müstəqim” desin. Əgər izafət, ya ön qoşmalardan deyilsə, ehtiyat odur ki, birinci tərəfi təkrarlasın. Məsələn, əgər "məğzub” kəlməsini səhv desə və ya şəkk etsə, "ğəyr” kəlməsini də təkrar etsin.
    Sual 537. Namazın bir kəlməsinin səhih olmasında şəkk etsək və onu iki dəfə desək səcdeyi-səhvə səbəb olurmu?
    Cavab: Xeyr, səcdeyi-səhvə səbəb olmur.
    Sual 538. Mən neçə il namaz qılmışam. İndi məlum olub ki, məsələni bilmədiyimə görə namazın həmd və surəsinin qiraəti səhih olmayıb, namazları qəza etməliyəmmi?
    Cavab: Əgər məsələni bilmədiyinizi bilirmişsinizsə və sual verməkdə, öyrənməkdə etinasızlıq göstərmisinizsə müqəssirsiniz, gərək səhih qılmadığınız namazları qəza edəsiniz. Amma əgər düzgün oxumadığınızı bilməmisinizsə və namazların səhih olduğuna etiqad etmisinizsə qəzası yoxdur.
    Sual 539. Vəqfdə (dayanmaqda) əsas səbəb nəfəsi təzələməkdir, yoxsa bir az dayanmaq kifayət edər?
    Cavab: Bir az dayanmaq kifayət edər, nəfəsi təzələmək lazım deyil.
    Sual 540. Namazı ucadan və alçaqdan oxumaqda səbəb nədir?
    Cavab: Ucadan oxumaqda səbəb səsi zahir edib açıq demək və alçaqdan oxumaqda səbəb isə səsi zahir etməməkdir. İnsanın ətrafında olan adamlar səsi eşitsələr də belə.
    RÜKU VƏ SƏCDƏ
    Sual 541. Döşəmə üçün sementdən hazırlanmış beton metlaqlara səcdə etmək səhihdirmi?
    Cavab: Sement bişməklə daş olma halından xaric olmayıbsa ona səcdə səhihdir. Beton metlaqlar da belədir.
    Sual 542. Namaz möhürlərinin iki tərəfindən biri saf deyil, bir az naxışlıdır. Saf olmayan tərəfə səcdə etmək səhihdir?
    Cavab: Lazım deyil səcdə saf tərəfə olsun, alın iki riyal dəmir pul həcmində olan möhürə qoyulsa səcdə düzgün hesab edilir və namaz səhihdir.
    Sual 543. Səcdə halında əlin içini yerə qoyanda barmaqlara da şamil olurmu?
    Cavab: Əlin içi barmaqlara da aiddir.
    Sual 544. Əlin içi səcdə halında yerə qoyulsa, amma əl barmaqları hərəkət etdirilsə eybi varmı?
    Cavab: Cüzi hərəkət olsa maneəsi yoxdur.
    Sual 545. Rüku və səcdəni işarə ilə yerinə yetirən xəstə rüku və səcdə halında olmasına şəkk etsə vəzifə nədir?
    Cavab: Verilən suala əsasən niyyətini rüku halında olduğuna döndərir və rükunun zikrini deyir, sonra namazın qalan əməllərini yerinə yetirir.
    Sual 546. Səcdə halında alını möhürə qoyan zaman insanın baş tükündən bir azı alının möhürə yapışmasına maneə yaradırsa nə etmək lazımdır? Gərək başı möhürdən qaldırıb, ikinci dəfə möhürə qoysunlar ya həmin halda zikr etsinlər?
    Cavab: Səcdə halında lazımdır ki, alın möhürün üstündə qərar tutsun. Başın tükü maneə yaradırsa, maneəni bir yolla kənarlaşdırsınlar ki, alını çəkməklə ya maneə yaradan tükləri çəkməklə səcdələrin sayı çoxalmasın.
    Sual 547. Bəzən insanın alnında yara, çiban, sızaq və bu kimi narahatçılıqlar olur və səcdə vaxtı ağrıyır. Səcdə üçün insan üzünü əyri halda möhürə qoya bilərmi? Əgər başı qaldırandan sonra möhür qana bulaşsa namazın hökmü nədir?
    Cavab: Verilən suala əsasən, alının iki tərəfindən birini möhürün üzərinə qoyun və əgər başı möhürdən qaldırandan sonra alında olan səpgilər hesabına möhürün üstünün bir az qanlı olduğunu bilsəniz, namazınız səhihdir. Amma sonrakı səcdələr üçün qana bulaşmış möhürün həmin hissəsinə səcdə edilməsin.
    Sual 548. Bəzi səccadə və möhürlərin üzərində İmamların (əleyhissalam) hərəminin şəkili çəkilmişdir. Bu kimi şeylərin üzərində namaz qılmaq caizdirmi?
    Cavab: Namaz qılmağın eybi yoxdur, amma diqqət edilməlidir ki, bəzi müxalif və qərəzli insanlar şiələrə töhmət vuraraq bu qəbildən olan işləri bir ayrı cür yozurlar. Onlar deyirlər ki, şiələr günbəzə və məqbərələrə səcdə edirlər. Bunun üçün daha yaxşıdır ki, səccadə və möhr sadə və naxışsız olsun, belə şeylər insanın diqqətini yayındırır.
    Sual 549. Bəzi vaxtlar birinci səcdədə insanın alını iki dəfə möhürə dəyir, bu iki səcdə hesab olunurmu?
    Cavab: İkinci dəfə ixtiyarsız olsa cəmi bir səcdə hesab olunur, əks halda iki səcdə sayılır.
    Sual 550. Dırnaqlara səcdə etmək olarmı?
    Cavab: Dırnaq səcdə yeri deyil, bəlkə səcdə yeri əlin üstüdür. O da torpaq, bitki, pambıq, kətan və sair libaslar olmadığı surətdədir.
    Sual 551. Bir şəxs adi qaydada rüku və səcdəyə getsə dəstəmazı batil olar. Rüku və səcdəni ayaq üstə işarə ilə yerinə yetirə bilərmi? Ya dəstəmazı batil olsa da mütləq adi qaydada rüku və səcdə etməlidirmi?
    Cavab: Əgər dəstəmazın batil olması yelin xaric olması səbəbi ilədirsə və onun qarşısını ala bilmirsə, gərək qaitin qabağını ala bilməyən şəxsin vəzifəsinə uyğun əməl etsin. (Tovzihul-məsail risaləsinin 314-cü məsələsində bəyan edilmişdir.) Rüku və səcdəni adi qayda ilə yerinə yetirsin, amma ehtiyat müstəhəbbi budur ki, iki dəfə namaz qılsın.
    Sual 552. Mən çarəsizlik üzündən dəsmalla alını və onun iki tərəfini bağlamışam, səcdə üçün vəzifəm nədir?
    Cavab: Onu vacibi səcdə üçün götürmək mümkün deyilsə, ya zərəri və çətinliyi varsa, həmin dəsmalla səcdəni yerinə yetirsin (yəni alnını həmin dəsmalla səcdə səhih olan əşyalara qoysun.)
    Sual 553. Ayağı və beli ağrıdığına görə otura bilməyən bir qadın adi qaydada səcdə edə bilmir. Səcdəni ayaq üstə işarə ilə yerinə yetirə bilərmi, ya bir stul üstə oturub qarşısına qoyulan stolun üzərinə səcdə etmək olarmı? Yoxsa oturan halda səcdəni yerinə yetirməlidir? Belə olduğu halda dizləri və ayaq barmaqları yerə dəyir.
    Cavab: Birinci surətdə əgər səcdə edə bilməsə, stulun üzərinə oturub qarşısındakı stola səcdə etsin. Lakin ehtiyat müstəhəbbi budur ki, hər iki surətdə namaz qılsın.
    Sual 554. Rüku və səcdədə zikr əvəzinə salavat demək kifayət edərmi?
    Cavab: Zikr qəsdi ilə salavat göndərsə kifayət edər.
    Sual 555. Bir şəxs ayaq və diz ağrılarına tutulub. Buna görə də camaat namazında iştirak edəndə iki səcdə arasında yarımoturaq halda təkbir deyir və yenidən İmam-camaatla birgə səcdəyə gedir. Onun camaat namazında iştirak etməsinin eybi varmı?
    Cavab: Oturmaq onun üçün çətinlik yaradırsa (istər camaat namazında, istər tək) camaat namazında onun iştirak etməsinin eybi yoxdur. Bəli əgər tək namaz qılanda iki səcdə arasında otura bilsə gərək namazını camaatla qılmasın.
    QURANIN VACIB SƏCDƏSI
    Sual 556. Əgər heyzli qadın səcdə ayəsini eşitsə səcdə etməsi lazımdırmı?
    Cavab: Bəli, gərək səcdə etsin.
    SƏCDƏ YERI (SƏCDƏGAH)
    Sual 557. Solfetkaya səcdə səhihdirmi?
    Cavab: Bəli səhihdir.
    Sual 558. Əskinasa (kağız pullara) səcdə səhihdirmi?
    Cavab: Əgər kağız pullar səcdə səhih olan saman, pambıq və ya ağacdan hazırlansa, onlara səcdə etmək olar və səhihdir. Əgər bu kimi şeylərdən olmasa səhih deyil. Hər halda yaxşı olar ki, mümkün surətdə kağız pullara səcdə etməsinlər.
    Sual 559. Kağızların bəziləri kimyəvi maddələrdən düzəlir, onlara səcdə etməyin hökmü nədir?
    Cavab: Verilən suala əsasən onlara səcdə səhih deyildir.
    Sual 560. Qabı plastikdən olan bir möhr düzəldiblər. Hər dəfə alını ona qoyanda rəqəm dəyişilir və namazın rəkətlərinin sayını göstərir. Ona səcdə etmək səhihdirmi və ona etimad göstərmək olarmı?
    Cavab: Əgər səcdə səhih olan şeylərin şəraitinə malik olsa və arxayınçılığa səbəb olsa eybi yoxdur və ona etimad etmək olar.
    QUNUT
    Sual 561. Birinci rəkətdə səhvən qunut tutulsa səcdeyi-səhv etmək lazımdırmı?
    Cavab: Vacib deyil. Amma müstəhəbdir.
    Sual 562. İkinci rəkətdə qunut yaddan çıxsa və rükuda yada düşsə, rükudan qalxandan sonra qunut tutmaq olarmı?
    Cavab: Bəli, tutmaq olar.
    Sual 563. Bəziləri qunut zamanı öz əqiq üzüklərinin qaşını öz üzlərinə tərəf çevirirlər, bu işin savabı varmı?
    Cavab: Sualda verilən əməl üçün, xüsusi ilə qunuta görə bir rəvayət ələ gəlməmişdir, amma Həzrəti Peyğəmbər (səllallahu əleyhi və alihi vəsəlləm)-dən səhih rəvayətlərə görə nəql edilir ki, əqiqə baxmaq təriflənmişdir.("Müstədrəkül-vəsail”, c. 3, səh. 297.)
    Sual 564. Vacibi namazların qunut və səcdəsində başqa dildə (məsələn, azərbaycanca, farsca, rusca və s.) dua etmək caizdirmi?
    Cavab: Vacib-ehtiyatın ziddinədir. (Yəni ehtiyat vacib budur ki, başqa dildə olmasın.)
    BIR NAMAZDAN BAŞQA NAMAZA KEÇMƏK
    Sual 565. Zöhr namazının nafiləsinə məşğul olan bir şəxsin yadına düşüb ki, sübh namazını qılmamışdır. Nafilə namazını sübh namazına döndərə bilərmi?
    Cavab: Xeyr, müstəhəbbi namazı vacibi namaza döndərmək səhih deyil.
    NAMAZIN TƏQIBATI (NAMAZDAN SONRAKI IŞLƏR)
    Sual 566. Bəziləri namazdan sonra öz barmaqlarını gözlərinin üstünə qoyub Ayətəl-kürsü oxuyurlar, bu əməl haqqında bir rəvayət, ya hədis gəlibmi?
    Cavab: Xatunabadinin (r) "Cənnatil-xülud” adlı kitabında (səh. 58) göz ağrıları haqqında Məsum İmamlardan (ə) nəql olunub ki, göz ağrıyan vaxtı bu duanı oxuyun:
    «Uizu nurə bəsəri bi-nurilləhil- ləzi la yutfə» və Ayətəl-kürsünü şəfa tapmaq üçün oxusun. Həmçinin Məfatihul-cinan kitabının haşiyəsində (səh. 409.) İmamlardan (əleyhimussalam) nəql olunub ki, göz ağrıları üçün Ayətəl-kürsünü sağalmaq niyyəti ilə oxusun və ondan əvvəl əli gözün üzərinə qoyub sağalmağı üçün mənfəətli olan bu duanı zikr etsin:
    «Uizu nurə bəsəri bi nurillahil-ləzi la yutfə» Gözləri zəif olanlar üçün oxumaq yaxşıdır.(Bax: səh, 104, cild. 1.)
    ŞƏKKİYYAT
    Sual 567. Əgər namaz qılan "səmiəllahu” kəlməsini deyən zaman rükunu yerinə yetirib-yetirməməsində şəkk etsə vəzifəsi nədir? Həmçinin qunutda həmd və surənin deyib-deməməsində şəkk etsə öz şəkkinə etina etməlidir, ya yox?
    Cavab: Verilən suala əsasən rükunu yerinə yetirsin, bu şəkkin vaxtı keçməmişdir. Amma qunut halında həmd və surənin oxuyub-oxumamasında şəkk etsə, etina etməməliir, onun şəkki vaxtı keçəndən sonradır.
    Sual 568. Çox şəkk edən şəxs iki və üç rükətli namazların rəkətlərində öz şəkkinə etina etməməlidirmi? Dörd rəkətli namazların birinci və ikinci rükətlərində şəkk edərsə hökmü nədir?
    Cavab: Bəli (kəsiruş-şəkk) çox şəkk edən şəxs, gərək etina etməsin. Namazlar və rəkətlər arasında heç bir fərq yoxdur.
    Sual 569. Bir şəxs öz namazlarında şəkk edir, şəkkiyyat məsələlərini də öyrənməyə hazır deyil, namazı pozub əvvəldən başlayır, onun sonrakı namazı səhihdirmi?
    Cavab: Bəli, namazı pozub təzədən qılandan sonra səhihdir. Lakin verilən suala əsasən məsələni öyrənməyə qüdrəti vardır amma öyrənməyə çalışmayıb namazını pozursa, günah etmişdir. Bu məsələnin hökmü ilə bağlı Tovzihul-məsail risaləsinin 1223-cü məsələsinə müraciət olunsun.
    Sual 570. Namaz əsnasında bir şəxs namazın səhih olub-olmamasında şəkk edir, o namazı saxlayıb fasiləsiz namazı batil edən bir iş görmədən ikinci namaza başlayır. Namazı səhihdirmi?
    Cavab: Birincisi, şəkkə görə namazı sındırmaq caiz deyil və lazımdır ki, Tovzihul-məsail kitabında bəyan olunan şəkkiyyat məsələlərini öyrənsinlər, şəkk qarşıya çıxan zaman onlara uyğun əməl etsinlər.
    İkincisi, namazın batil olmasına səbəb olan işləri görmədən niyyəti sındırmaq namaz qılanı məşğul olduğu namazdan xaric etmir. Buna görə də namazını sındırıb başqa namaza məşğul olmaq istəyən şəxs gərək bir fasilə yaratsın. Məsələn, danışsın, ya qibləyə arxa çevirsin və sonrakı namaza başlasın.
    EHTİYAT NAMAZI
    Sual 571. Ehtiyat namazı qılan bir şəxs unutqanlıq üzündən başqa namaza daxil olub, vəzifəsi nədir?
    Cavab: Əgər fasiləsiz nafilə, ya vacib bir namaza daxil olubsa namazını kəssin və ehtiyat namazını yerinə yetirsin və onun namazı səhihdir. Amma daha yaxşıdır ehtiyat namazından sonra namazını təkrarlasın. Əgər birinci namazdan sonra qılınan namaza başlayıbsa, (məsələn, ehtiyat namazı zöhr namazına aid olub, əsr namazına başlayıbsa) bu halda əgər vaxtı keçibsə, (məsələn, vəzifəsi bir rəkət ehtiyat namazı qılmaq olduğu halda əsr namazının ikinci rəkətinin rükusuna daxil olub) namazını sındırsın və ehtiyat namazı qılsın. Ondan sonra əsr namazına əvvəldən başlasın. Amma vaxtı keçməyibsə, (məsələn, əsr namazının birinci rəkətindədirsə) bu halda ehtiyat budur ki, niyyətini əsr namazından zöhr namazına döndərib, ehtiyat namazını qılsın və sonra əsr namazını əvvəldən başlasın. Hər iki halda zöhr namazını təkrarlamaq daha yaxşıdır.
    Sual 572. Bir şəxsə ehtiyat namazı vacib olub, amma namazdan sonra unudub və namazın surətini pozub. Gərək əsl namazı təkrarlasın ya, həmin ehtiyat namazı ilə kifayətlənə bilər?
    Cavab: Ehtiyat budur ki, ehtiyat namazını qılsın və əsl namazını da təkrarlasın.
    MÜXTƏLİF MƏSƏLƏLƏR
    Sual 573. Mən sünnilərin yaşadığı məhəllə məscidində şiə qanunlarının göstərişi ilə namaz qılıram. Əllərimin açıq halda qoyulmasına, dəstəmaz almağıma və kağız dəsmala səcdə etməyimə güclü iradlar tutulur. Şiələrin dəstəmaz və namaz qılmaları haqqında dəlillər və məlumatlar göndərməyinizi xahiş edirəm.
    Cavab: İrad tutmaq şiddətli də olsa ilahi vəzifəni dəyişmir. (Zəruri hallar (məsələn, qorxu və çətinlik) istisna olunmuşdur.)
    Hər bir halda ibadət şəri əmrlərdən ibarətdir, onun yerinə yetirmə göstərişləri Allah, Peyğəmbər (səllallahu-əleyhi və səlləm) və onun təyin etdiyi şəxslər tərəfindən təyin edilir. Məlumdur ki, Allahın Rəsulu (s) buyurub: Sizin aranızda iki qiymətli şeyi əmanət qoyuram, Allahın kitabı və itrətim olan Əhli-beyt (ə). Peyğəmbər (səlləllahu əleyhi və ali vəssələm) və onun Əhli-beytindən gələn mötəbər rəvayətlərə uyğun şiələrin arasında yerinə yetirilən dəstəmaz, namaz və ibadətlərin göstərişləri təşəkkül tapmışdır. Məsələn, şiə fiqhində sabitdir ki, torpağa, yeyiləsi və geyiləsi olmayan şeylərə səcdə səhihdir. Həzrəti Peyğəmbərdən (səlləllahu əleyhi və alihi vəsəlləm) nəql olunub ki, buyurub: Yer mənim üçün səcdəgah və pak qərar verildi.
    Məlumdur ki, xalça və onun kimi şeylər camaat arasında səcdə yeri sayılmaz. Səhih olmamaqda əsas budur ki, xalça və onun kimi şeylər insanların istifadəsi ilə əlaqədə olan şeylərdir. Onlara səcdə təbii olaraq Allaha diqqətdən insanı saxlayır. Bu da xalis niyyəti azaldır.
    Sual 574. Bir şəxs namazda bilməyərəkdən "bihəvlil-lahi və quvvətihi əqumu və əqud” cümləsinin yerinə "ya həyyu, ya qəyyum” demişdir. Onun namazlarında irad vardırmı?
    Cavab: Verilən suala əsasən qıldığı namazlar batil deyil, amma gərək diqqət etsin ki, namazda " bihəvlillah” demək təklif olunub. Başqa kəlmə demək caiz deyil.
    Sual 575. Vəzifəsi oturan halda namaz qılmaq olan bir şəxsin ikinci rəkətdə həmd və surəyə başlamazdan əvvəl "bihəvlillahi və qüvvətuhu əqumu və əqud” deməyi müstəhəbdirmi? Üçüncü və dördüncü rəkətdə necə?
    Cavab: Ümumi halda bu cümlə ayaq üstə namaz qılana aiddir. Daxil olmaq qəsdi ilə desə səhih deyil. Bəli, bilməyərəkdən desə namazı batil olmaz.
    Sual 576. Bir şəxs səcdeyi-səhvi unutmuşdur. Sonrakı namaza daxil olandan sonra yadına gəlsə vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən başladığı namazı tamamlayandan sonra səcdeyi-səhvi yerinə yetirsin.
    Sual 577. Namaz halında qusmaq namazı batil edirmi?
    Cavab: Əgər namazın surəti pozulmasa, namaza işkal gətirməz və namaz səhihdir.
    Sual 578. Namazlardan sonra Peyğəmbəri-Əkrəm(s) və Məsum İmamlara (əleyhissəlamlar) salam göndərmək rəsmi şəkil almışdır. Bu əməl üçün bir sənəd varmı?
    Cavab: Bəli, çoxlu sayda rəvayətlərdə gəlib ki, Peyğəmbərin (s), Fatimeyi Zəhranın (ə) və Məsum İmamların (ə) qəbirlərinin yanında olub onları yaxından ziyarət edə bilmirsinizsə, uzaqdan onların qəbirlərinə işarə edərək salam verib ziyarət edin. (Bu haqda Vəsailüş-şiə, cild 10, səh. 263, 452 müraciət edin. Həmçinin Cəvahirul-kəlam, cild 20 səh. 100) Onlara bütün hallarda salam vermək və ziyarət etməyin müstəhəbbiliyi haqqında dəlil və rəvayətlər vardır. Hətta hər vacibi namazdan sonra Həzrət Rəsuləllaha (s) salam vermək və onu ziyarət etmək bəyənilmişdir. Necə ki, böyük alim Bəzənti yazır: Həzrəti İmam Rizaya (ə) ərz etdim. Həzrət Peyğəmbərə (s) necə salam verim? Həzrət buyurdu: "Əssəlamu əleykə ya Rəsuləllah və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleykə ya Muhəmməd əbnə Əbdillah. Əssalamu əleykə ya Həbibullah. Əssəlamu əleykə ya Səfvətəllah. Əssəlamu ələykə ya Əminəllah, Əşhədu ənnəkə Muhəmməd əbnə Əbdillah və əşhədu ənnəkə qəd nəsəhətə liummətin və cahədtə fi səbili rəbbik.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 696 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024