İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    TABELİK
    Sual 688. Gözündə cərrahiyyə əməliyyatı aparılan bir şəxs səcdəni uzada bilmirsə, camaat namazında iştirak edə bilərmi və İmamdan tez səcdədən qalxa bilərmi? Yaxud səcdəsi çox çəkməsin deyə, İmamdan sonra bir miqdar səbr edib sonra səcdəyə gedib İmamla birlikdə qalxa bilərmi?
    Cavab: İmamdan tez səcdədən qalxmaq düzgün deyil, İmamdan bir az sonra səcdəyə gedib onunla birlikdə qalxa bilər.
    Sual 689. Məmum rükuya gedəndən sonra İmamın səhvən qunuta məşğul olduğunu bilsə vəzifəsi nədir?
    Cavab: Gərək o qədər rükuda qalsın ki, imam qunutunu tamamlayıb rükuya getsin.
    Sual 690 İmam-camaat surədən bir miqdar unudub rükuya getsə bu işə diqqət yetirən məmumların vəzifəsi nədir?
    Cavab: Əgər məmum rükuya gedəndən sonra başa düşsə ki, İmam surənin bir miqdarını unudub, namazı səhihdir. Lakin rükudan əvvəl başa düşsə gərək furada niyyət etsin, İmamın unutduğu hissəni özü oxuyub furada niyyəti ilə namazını tamamlasın.
    Sual 691. Əgər məmum səhvən ikinci rəkətdə qunutdan əvvəl rükuya getsə, sonradan İmamın qunuta məşğul olduğunu başa düşsə vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən, gərək rükudan qalxsın və İmamla birlikdə qunut tutub, sonra onunla birlikdə rükuya getsin. Bu surətdə etdiyi artıq rüku İmama tabeçilik üzündən olduğu üçün namaza zərər yetirmir, namaz səhihdir.
    Sual 692. Risalədə buyurmusunuz: Əgər məmum İmamdan əvvəl rüku və səcdədən başını qaldırsa, gərək rükuya, ya səcdəyə getsin. Rüku, ya səcdənin artıq olması namazı batil etmir. Xahiş edirik buyurun: Artıq rüku və səcdə üçün səcdeyi-səhv yerinə yetirmək lazımdırmı?
    Cavab: Verdiyiniz sual səcdeyi-səhvə aid deyil, habelə camaat namazının başqa yerlərində də tabeçilik üzündən artıq olsa səcdeyi-səhvə səbəb olmaz.
    CAMAAT-NAMAZININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ
    Sual 693. Vacibi namazlarını təklikdə qılan İmam və ya məmum ikinci dəfə namazı camaatla təkrar qıla bilərlərmi?
    Cavab: Müşküldür, amma namazını qılmayan bir şəxs onlarla camaat-namazı qılsa işkalı yoxdur.
    Sual 694. Vacibi namazını camaatla qılan İmam ikinci, ya üçüncü dəfə başqa şəxslərlə təkrar qıla bilərmi?
    Cavab: Qeyd olunan halda ikinci dəfə maneəsi yoxdur.
    Sual 695. Mərcəyi-təqlidi məmumların mərcəyi təqlidindən ayrı olan İmam-camaatın arxasına namaz qılmağın hökmü nədir?
    Cavab: Məmumların mərcəyi-təqlidinin fətvası ilə onun namazı səhih olsa iqtida etməyin maneəsi yoxdur.
    Sual 696. Namazı qəsr olan bir nəfər İmam-camaat olur, ikinci rəkətdən sonra məmumlar furada surətdə namazı tamamlamaq məsələsini bilmirlər. Bura da İmam-camaatın vəzifəsi nədir?
    Cavab: Gərək namaza başlamamışdan əvvəl məmumları agah etsin. Yaxud da salamları deyəndən sonra fasiləsiz məmumlara xatırlatsın.
    Sual 697. Camaat namazı qılınan vaxt bir nəfər yatmışdır, onu oyatmaq olarmı?
    Cavab: Əgər camaat namazına mane olursa onu oyatmağın maneəsi yoxdur.
    Sual 698. Namazdan sonra məmumların bir-birinə salam verib görüşməsinin savabı varmı?
    Cavab: Qeyd olunan iş üçün savab sabit olmamışdır, amma savab ümidi ilə olsa maneəsi yoxdur.
    Sual 699. İmam-camaat bir gündə bir, ya bir neçə məsciddə camaat namazı bərpa edə bilərmi? Əgər edə bilsə namazını necə niyyət etsin?
    Cavab: Məmumların müxtəlif olması ilə iki dəfə İmamlıq edə bilər, ikinci namazını müstəhəbb adıyla yerinə yetirsin.
    Sual 700. Bir şəxs İmamın rükusuna çatacağını güman edib iqtida etsə, amma rükuya çatmasa, sonra namazını kəsib namazı batil edən bir iş görmədən təkrar təkbirətul-ehram deyərək namazını camaatla, ya furada tamamlayarsa vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən gərək namazı təkrarlasın. Bu məsələdə camaat, ya furada arasında bir fərq yoxdur.
    Sual 701. Camaat namazının axırıncı rəkətində İmam-camaat təşəhhüdə məşğul olduğu halda özünü çatdıran bir şəxsə camaat namazının savabını ələ gətirmək üçün bir yol vardırmı?
    Cavab: Bəli, camaat namazının savabını bu yolla ələ gətirə bilər: camaat namazı niyyətini etsin və təkbirətul-ehramı iqtida qəsdi ilə desin, camaat namazının cərgələrinin birində oturub təşəhhüdü camaatla birgə oxusun. Amma namazının salamını verməsin və İmam öz salamını deyənə qədər səbr etsin, sonra qalxıb niyyət və təkbirətul-ehram demədən öz namazını həmdin əvvəlindən başlasın; bu surətdə camaat namazının savabını ələ gətirmiş olur.
    Sual 702. Məscidə daxil olan bir şəxs yəqinlik tapdı ki, İmam-camaat namazın axırıncı təşəhhüdündədir. O, camaat namazının fəzilətini ələ gətirmək üçün təkbir deyib oturdu və təşəhhüdü camaatla oxudu. Sonra axırıncı təşəhhüdün olmadığı məlum oldu, vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən namaza daxil olmuşdur, namazı səhihdir. Camaat namazının üçüncü rəkəti onun birinci rəkəti hesablanır. Niyyəti təzələmədən və təkbir demədən həmd və surə oxuyub namazını camaatla davam etsin. Ehtiyata əsasən iki səhv-səcdə yerinə yetirsin. Yaxşıdır ki, namazını təzələsin.
    Sual 703. İmamın təkbirdən sonra həmdi deməyib rükuya getdiyini başa düşsək vəzifəmiz nədir?
    Cavab: Əgər rükudan əvvəl bilsəniz ki, gərək furada niyyət edəsiniz, həmd və surəni deyin və namazı tamamlayın. Amma rükuda başa düşsəniz ki, namazı camaatla tamamlamalısınız, müstəhəbb ehtiyat odur ki, namazı təzədən qılasınız.
    Sual 704. Camaat namazında tabeçilik üzündən məmum bir rükn artıq yerinə yetirmişdir. Namazdan sonra da məlum olmuşdur ki, İmam-camaatın namazı təharət, ya başqa işlərin olmadığı səbəbindən batil olub. Məmumun namazı səhihdir, ya gərək təzədən qılsın?
    Cavab: Verilən suala əsasən batil olma məsələsi namazdan sonra məlum olmuşdur. Məmumun namazı düzgün və camaat namazı səhihdir, təkrarlamaq lazım deyil.
    Sual 705. Namaz əsnasında İmam-camaat öz namazının batil olduğunu bilsə vəzifəsi nədir? Lüzum halında namazı pozmağa xəcalət çəkərsə, bu şəkildə namazı davam etdirməsi caizdirmi?
    Cavab: Verilən suala əsasən namazını buraxsın, imkan olan surətdə imamət şərtlərini bilən məmumlardan birini öz yerinə təyin etsin və o namazı camaatla davam etdirsin. Əks halda məmumlara məlumat versin ki, onlar öz namazlarını furada niyyəti ilə davam edib, tamamlasınlar. Namaza davam etməsi vacib-ehtiyatın xilafınadır. Xəcalət çəkmək şəri hökmü və vəzifəni dəyişmir. Bunun üçün lazımdır ki, burundan qan gəlmə bəhanəsi ilə dəsmalı burnuna aparıb namazını saxlayıb camaat namazından xaric olsun. Əgər namazı zahirdə davam etdirsə, məmumların namazı batil olmur və bu surətdə onlara məlumat vermək lazım deyil.
    Sual 706. Əgər bir ruhaninin vəzifəsi namazı cəm (yəni həm qəsr və həm bütöv) qılmaq olsa, ona iqtida etmək səhihdirmi?
    Cavab: Məmumların da vəzifəsi cəm qılmaqdırsa iqtida edə bilərlər. Əgər məmumların vəzifəsi cəm qılmaq deyilsə iqtida edə bilməzlər. O halda ki, onun hər iki namazına iqtida etsinlər. Məsələn, iki zöhr namazı qılsınlar, ancaq imamı qəsr qıldığı namazda məmumlar qılan iki rəkəti furada şəkildə tamamlasınlar.
    Sual 707. Müsafir şəxslər zöhr, ya əsr, ya işa namazında İmam-camaata iqtida edirlər. İkinci rəkətdə salamları deyib təkrar ehtiyat qəza namazı niyyəti ilə İmamın üçüncü və dördüncü rəkətinə iqtida edirlər. Bu əməl səhihdirmi?
    Cavab: Verilən suala əsasən iqtida etməyin işkalı yoxdur və namaz səhihdir.
    Sual 708. Adi şəxslər sübh namazı üçün camaat namazı dağılmasın deyə bir nəfəri İmam təyin edə bilərlərmi? Bu halda daimi təyin olunmuş İmam-camaatın razılığı şərtdirmi?
    Cavab: İşkalı yoxdur. Onun İmamlıq etməsi səhihdir. Daimi gələn İmam-camaatın razılığı səhih olmasına şərt deyildir.
    Sual 709. İmam-camaat onun yerinə təyin olunan bir şəxsə maneçilik törədə bilərmi?
    Cavab: İmam-camaatın buna ixtiyari yoxdur və düzgün deyil.
    Sual 710. Buyurublar ki, İmam-camaat məmumların ən zəifinin halını riayət etsin. Bu məmumun cismi zəifliyi və xəstəliyi olan yerdədir, ya ümumi haldadır?
    Cavab: Məxsusi olaraq qeyd olunan yerə aid deyil, yalnız müstəhəbbdir ki, İmam-camaat kiçik surələri seçsin, səcdənin və rükunun zikirlərinə vacibi miqdarda kifayətlənsin. Əgər bəzi məmumların tələsdiyini və işləri olduğunu hiss etsə və ya namazı uzatmaqla onlardan bəzilərinin camaat namazına rəğbətsiz olmasına və namazdan qaçmasına səbəb olsa, müstəhəbbdir namazı müxtəsər şəkilə qılıb ən azı vaciblə kifayətlənsin. Bəli, əgər namazı uzatmağa bütün məmumların razı olduğunu bilsə, razı olan miqdarda namazı uzada bilər.
    Sual 711. Camaat namazında İmam-camaat həmdi tamamlayandan sonra məmumun «Əlhəmdu-lillahi- rəbbil aləmin» deməsi müstəhəbbdir. Sual budur ki, İmam zöhr və əsr namazında həmdi ahəstə deyirsə, bu müstəhəbbilik qalırmı? Halbuki məmum o vaxt xəbərdar olur ki, İmam həmdi qurtarıb surəni oxumağa başlayır.
    Cavab: Verilən suala əsasən, onu vürud(Vürud–buna dəlalət edən şəri-nəqli dəli olsun.) qəsdi ilə deməsi müşküldür, amma mütləq zikr qəsdi ilə olsa maneəsi yoxdur.
    Sual 712. Səccadənin və möhürün qarşısına təsbeh qoymağın şəri dəlili varmı?
    Cavab: Bəli, namaz qılan şəxsin qarşısında camaat cərgə yaratmasa, ya divar olmasa və onun qarşısında gediş-gəliş yaranırsa müstəhəbbdir, təsbeh, ya əsa kimi şeyləri öz möhür və ya səccadəsinin qabağına qoysun. Onunla gediş-gəliş yaradanlar arasında fasilə, ya bir maneə olsa və əgər onun qarşısında bir şəxs dayansa, bu halda da müstəhəbdir ki, möhür və səccadənin qabağına bir şey qoysun.
    Sual 713. Öz namazlarını qılan İmam və məmum namazlarının səhih olmasına yəqinlik tapan surətdə ikinci dəfə namazlarını təkrar qılmaları caizdirmi? Caiz olan surətdə bu iş müstəhəbbdir, ya xeyr?
    Cavab: Bəli, xüsusi ilə gündəlik vacibi namazları bir dəfə təkrar qılmaq müstəhəbbdir.
    BÖYÜK GÜNAHLAR
    Sual 714. Lütfən xahiş edirik bəyan edəsiniz: Böyük günahlar dedikdə məqsəd nədir və böyük günahlar hansılardır?
    Cavab: Böyük günahlar elə günahlardır ki, aşkar ya gizli yerinə yetirənə Mütəal-Allah cəhənnəm vədəsi vermişdir. Dəlillərdən belə istifadə olunur ki, onlardan bəziləri öz-özlüyündə mütləq şəkildə böyük, bəlkə daha böyük günahlardandır, bəziləri isə özündən aşağı dərəcədə olan günahlarla müqayisədə böyük günah hesab olunur.
    Onlardan bəzilərini Qurani-Kərimdə olan ayələrlə qeyd olunduğu üçün yada salırıq. Ümidvarıq ki, möminlər bütün günahlardan pəhriz etsinlər:
    1) Allaha şərik qoşmaq;
    «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə böyük günah etmiş olur.»(Nisa surəsi, ayə 48.)
    2) Qətli haram olan bir kəsi öldürmək;
    «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar.»(Nisa surəsi, ayə 93. )
    «Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz tezliklə onu cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu iş Allah üçün çox asandır.»(Nisa surəsi, ayə 29-30)
    3) Valideynə hörmətsizlik;
    «O, həmçinin məni anama qarşı olduqca nəvazişkar etdi, zülmkar və asi eləmədi.»(Məryəm surəsi, ayə 32.)
    Bu ayəyə diqqət yetirməklə: ,,Hər bir inadkar təkəbbür sahibini isə ziyana uğratdı.
    «Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. Və irinli və pis qoxulu sudan içirdiləcəkdir.»(İbrahim surəsi, ayə 15, 16. )
    «Amma bədbəxt olanların hamısını həsrətdən ah-fəryad çəkə-çəkə cəhənnəm oduna atacaqlar.»
    4) Cihaddan qaçmaq;
    «Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədi ilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.»(Ənfal surəsi, ayə 16.)
    5) Yetimin malını yemək;
    «Həqiqətən, yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə ) alovlu Cəhənnəmə girəcəklər.»(Nisa surəsi, ayə 10)
    6) Riba yemək;
    «Riba yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş və dəli olmuş kimi qalxarlar (özünü ayaq üstə saxlamağa qadir deyil, belə ki, gah yıxılar və gah da dururlar.) Bunların belə olmaları: "Alış-veriş də riba kimi bir şeydir."- dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, riba almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.»(Bəqərə surəsi, ayə 275. )
    7) İffətli qadınlara zina töhməti vurmaq;
    «Zinadan xəbəri olmayan namuslu, ismətli hər növ çirkinliklərdən uzaq olan mömin qadınları zinada ittiham edənlər dünya və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.»(Nur surəsi, ayə 23.)
    8) Zina;
    «Onlar zina etməzlər, Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o əzab) içində zəlil olub qalar.»(Furqan surəsi, ayə 69.)
    9) Əlaqəni kəsmək (qohumluq, ya yoldaşlıq əlaqəsi);
    «Fasiqlər o kəslərdir ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır.»(Bəqərə surəsi, ayə 27.)
    10) Zülm;
    «Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri hər bir tərəfdən onları bürüyəcəkdir. Onlar su istədikdə onlara qızmış dəmir kimi üzlərini biryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir.»(Kəhf surəsi ayə 29)
    11) Allah bəndələrini Allah yolundan azdırmaq;
    «O, boynunu Allah yolundan çıxartmaq məqsədi ilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, Qiyamət günü isə ona Cəhənnəm odunun əzabını daddıracağıq.»(Həcc surəsi, ayə 9. )
    12) Allaha yalan bağlamaq;
    «Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?»(Zumər surəsi, ayə 60.)
    «De! Allaha qarşı yalan uyduranlar, (sözsüz ki,) nicat tapmazlar.»
    «Onlar üçün dünyadan bir azacıq mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq.»(Yunus surəsi, ayə 69-70.)
    13) Təkəbbür;
    «Girin Cəhənnəm qapılarından və həmişəlik orada qalın. Ora təkəbbürlülərin sığınacağı üçün necə də pis məkandır.»(Ğafir surəsi, ayə 76. )
    14) İsraf;
    «Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir.»(Taha surəsi, ayə 127. )
    15) Malı əbəs yerə səpələmək;
    «Heç vaxt (mal-dövlətini əbəs yerə) səpələmə.
    Həqiqətən (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.»(Bəni- İsrail surəsi, ayə 26-27.)
    16) Zalımlara arxalanmaq;
    «Zülm edənlərə meyl etməyin, yoxsa sizi də atəş bürüyər.»(Hud surəsi ayə 113.)
    17) Mütəal Allahın rəhmətindən ümidsiz olmaq;
    «Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.»(Yusif surəsi ayə 87.)
    18) Alış-verişdə çəki və ölçüdə aldatmaq;
    1) Vay olsun çəkidə və ölçüdə aldadanlara.
    2) O kəslər ki, özləri insanlardan bir şey aldıqları zaman onu tam ölçüb alar.
    3) Onlar üçün ölçüldükdə və ya çəkdikdə isə (onu əskildərlər).
    4) Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlər?..
    5) Özü də böyük bir gündə?..
    6) O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbi olanın (Allahın) hüzurunda duracaqlar..(Əl-Mütəffifin ayə 1-6.)
    19) Allahın qəzəbindən qorxmamaq;
    «Məgər Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına (cəzalanmayacağına) zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz.»(Əraf surəsi, ayə 99.)
    20) Oğurluq;
    «Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət, hikmət sahibidir...»
    «Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Bu cəzadan əfv olunar, çünki həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.»(Maidə surəsi ayə 38-39.)
    21) Sehr;
    (Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman heç vaxt (əlini sehrə bulamadı) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək (o iki mələk sehr və onu batil etməyin yolunu camaata öyrədirdilər) kafir oldular. Halbuki, (o iki mələk) "Biz Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq) sən gəl kafir olma.."- deməmiş heç kəsə (sehr) öyrətmirdilər. Bu öyrəndiklərindən adi istifadə etmə. Ancaq onlar o iki mələkdən mətləblər öyrənirdilər ki, onun vasitəsi ilə ər-arvad arasına ayrılıq salsınlar. Lakin onlar heç vaxt Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.(Bəqərə surəsi ayə 102.)
    22) Ğina və bihudə əyləncə işlərlə tar, nağara kef və əyyaşlıq məclisinə uyğun olan musiqi ilə məşğul olmaq;
    «İnsanlar içərisində eləsi də vardır ki, nadanlıq üzündən Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alar. Məhz belələri üçün rüsvayedici bir əzab vardır.»(Loğman surəsi ayə 6. )
    23) Bilərəkdən yalandan xəbər vermək, onu isbat və ya təkid etmək üçün Allaha and içmək.
    «Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz. Onlar şiddətli bir əzaba düçar olarlar...»(Ali-İmran surəsi ayə 77)
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 644 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024