İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    CÜMƏ NAMAZI
    Sual 715. Cümə namazının İmam Zamanın (ə) qeybət dövründə hökmü nədir?
    Cavab: Vacibi təxyiridir (yəni insan zöhr və ya cümə namazı qılmaqda ixtiyar sahibidir) və zöhr namazı kifayət edər.
    Sual 716. Cümə namazını müsafir olan şəxsin İmam-camaat olması ilə qılmaq düzgündür, ya xeyr?
    Cavab: Ehtiyatın xilafınadır.
    Sual 717. Müsafir şəxslərin cümə namazında iştirak edib İmam-cüməyə iqtida etmələri səhihdirmi? Yoxsa, onlar öz zöhr namazlarını ayrılıqda qılsınlar?
    Cavab: İştirak etmələri düzgün, hətta müstəhəbbidir və zöhr namazını qılmaq lazım deyil.
    Sual 718. Cümə namazı təşkil olunan vaxt bir qrup insanlar ayrı-ayrı məscidlərdə və başqa yerlərdə zöhr namazını təklikdə və ya camaatla qılırlarsa bunun işkalı varmı?
    Cavab: Maneəsi yoxdur, üzürlü səbəb olmadığı halda cümə namazında iştirak etsələr daha yaxşıdır.
    Sual 719. Cümə namazının xütbələri oxunan zaman məmumlar namaz halında oturduqları kimi oturmalıdır, ya ətrafa baxmaq düzgündürmü?
    Cavab: Ətrafa baxmağın işkalı yoxdur.
    Sual 720. Cümə namazı tamamlanandan sonra zöhr namazını təkrar qılmağın hökmü necədir? Əsr namazını qılan İmam-cüməyə ehtiyata görə zöhr namazını qılan şəxsin iqtida etməsi necədir?
    Cavab: Təkrar qılmağın maneəsi yoxdur və hər bir halda əsr namazını İmam-cüməyə iqtida edib qılmaq səhihdir.
    Sual 721. Xarici ölkələrdə cümə namazını qılmağa icazə verirsinizmi?
    Cavab: Şərait olan surətdə maneəsi yoxdur.
    Sual 722. Məmum cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdikdən sonra başa düşüb ki, camaatla birgə səcdəyə getməliymiş. Buna görə də o, rükudan qalxıb səcdəyə gedir. Bu artıq rüku namazı batil edirmi?
    Cavab: Bəli, verilən suala əsasən onun cümə namazı rükunun artıq olması vasitəsi ilə batildir, çünki, bu halda tabeçilik yoxdur, bu şəxs gərək zöhr namazını qılsın.
    Sual 723. Cümə namazının birinci rəkətində məmum səhvən rükuya getsə və rükuda olanda İmamın qunuta məşğul olduğunu başa düşsə rükudan qalxıb qunutu İmamla birlikdə oxuyub sonra yenidən rükuya gesə, bu rükunun artıq olması namazı batil edirmi?
    Cavab: Verilən suala əsasən tabeçilik qəsdi ilə rükudan qalxmışdır, rükunun artıq olması namazı batil etmir.
    Sual 724. Cümə namazının xütbələrinə qulaq asmaq məmumlara vacibdir, ya xeyr? Xütbə oxunan zaman müstəhəbbi, ya vacibi namaz qılmaq səhihdirmi?
    Cavab: Vacibdir ki, xütbələrə qulaq assın və namaz qılmaqdan çəkinsin.
    Sual 725. Cümə xütbələrinə çatmayıb təkcə namazına iqtida edən bir şəxsdən zöhr namazı saqit olurmu?
    Cavab: Bəli, saqit olur.
    Sual 726. Namaz qılan cümə namazının təkcə bir rəkətinə çatsa vəzifəsi nədir? Gərək ikinci rəkəti furada qılsın və ya batildir və yaxud zöhr namazını da qılmalıdır?
    Cavab: Namazın qalanını özü furada yerinə yetirsin, müstəhəbbdir ki, ehtiyata əsasən zöhr namazını da qılsın.
    Sual 727. Cümə namazında İmam cümə xütbələri zəval vaxtı daxil olmamışdan qabaq başlayıb, zəval vaxtı daxil olandan sonra qurtarsa xütbələrdən sonra cümə namazı üçün azan və iqamə demək müstəhəbdirmi?
    Cavab: Bəli, müstəhəbdir, çünki namazın fəzilətini qazanmaq üçün azan demək lazımdır. Azanı vaxtın əvvəlində demək yox, namaza başlayanda və ya namazdan əvvəl desinlər.
    Sual 728. İmam cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdi, namazda artıq rükn yerinə yetirdiyi üçün onun namazı batildirmi? Əgər batildirsə ona iqtida edən məmumların vəzifəsi nədir?
    Cavab: İmamın namazı rüknün çoxluğu səbəbinə batildir. İmam, ya məmumlar öz aralarından bir nəfəri seçib qabağa salsınlar və ona iqtida edib namazın qalan hissəsini onunla tamamlasınlar. Əks halda, cümə namazını furada niyyəti ilə olsa da tamamlasınlar və zöhr namazını da qılsınlar.
    Sual 729. Bir şəxs cümə namazının ikinci rəkətində təkbir deyib rükuya gedəndən sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk edirsə, vəzifəsi nədir?
    Cavab: Namazı batildir və gərək zöhr namazını qılsın.
    Sual 730. Cümə namazından sonra məlum olsa ki, İmamın namazı təharətin və başqa işlərin olmaması səbəbindən batil olmuşdur. Məmumların cümə namazı səhihdirmi və ya zöhr namazını qılmağa ehtiyac var?
    Cavab: Zahirən məmumların namazı səhih və kifayətdir, təkrarlamaq lazım deyil.
    Sual 731. İki mahal və əyalət arasında iki yol vardır. O iki yolun biri bir fərsəxdir. Ancaq o biri yolun fasiləsi azdır. Hər iki şəhərdə cümə namazı qılmaq olarmı?
    Cavab: Əgər hər iki yol işlək yoldursa və gediş-gəliş onlarda adi sayılırsa, səhih deyil. Ancaq o iki yolun biri əsli və mütəarif olsa, digəri isə onun əksi olarsa və iki cümə namazı arasında olan əsil yolun fasiləsi bir fərsəxdən çox olsa, habelə onlar arasında hava yolu ilə məsafə bir fərsəxdən az olsa da belə, hər iki namaz səhihdir. Əgər əsas yol bir fərsəxdən az olsa, birinci cümə namazından sonra başlayan ikinci cümə namazı batildir.
    AYƏT NAMAZI
    Sual 732. Ayət namazı ucadan qılınsın, ya ahəstə? Bu cəhətdən təklikdə, ya camaatla qılınan namaz arasında bir fərq varmı?
    Cavab: Mükəlləf ayət namazını ahəstə ya ucadan qılmaqda ixtiyar sahibidir. Furada ya camaatla qılınmasında bir fərq yoxdur.
    Sual 733. Qadın heyz ya nifas halında olan zaman ayət namazını vacib edən səbəblərdən biri baş verərsə bu qadının vəzifəsi nədir?
    Cavab: Əgər günəş ya ay açılana qədər, yəni axır vaxta kimi qadın pak olmasa adət halında olduğu üçün namaz qıla bilməz, müstəhəbb ehtiyata əsasən pak olandan sonra qılsın. Ayət namazına səbəb olan sair şeylərə görə də belədir.
    Sual 734. Bir ay bundan əvvəl baş verən zəlzələdən bu gün xəbər tutmuşam. Mənim öhdəmə ayət namazının məsuliyyəti, günün və ayın tutulmasının qəzası gəlir ya yox?
    Cavab: Vacib ehtiyata görə zəlzələ kimi, ayət namazını da qılmaq lazımdır.
    Sual 735. Zəlzələdən sonra baş verən kiçik titrəyişlərə görə ayət namazı lazımdır, yoxsa hamısı üçün bir namaz kifayət edər?
    Cavab: Kiçik titrəyişlər həmin zəlzələnin davamıdırsa və ilk təkandan sonra el arasında onlar bir zəlzələ hesab olunsa, bir namaz kifayət edər. Amma el arasında iki, ya üç dəfə zəlzələ oldu–desələr, bu halda hər bir zəlzələ üçün bir namaz vacib olar.
    Sual 736. Beynəlxalq mətbuat bürolarından elmi, ya astronomik hesablamalara görə ayın, ya günəşin tutulması haqqında məlumat alınsa, təsadüfən onlar tutulan zaman insan xəbərsiz ya yuxuda olsa tamamilə açılandan sonra yadına gəlsə, ya yuxudan oyansa, ayət namazını qılmaq lazımdırmı?
    Cavab: Verilən suala əsasən əgər günəş ya ay tamam tutulubsa gərək ayət namazının qəzasını qılsın, əks halda vacib deyil. Bəli, əgər əvvəlcədən günəşin ya ayın tutulmasında xəbərdar olsaydı və o vaxt da unutsa və ya yuxuda olsa, bu halda ehtiyata əsasən ayət namazının qəzasını hətta onlar tamam tutulmasa da belə qılsın.
    FİTR BAYRAMI NAMAZI
    Sual 737. İmam camaat iki məsciddə camaat namazı qılır, fitr namazını da hər iki məsciddə qıla bilərmi?
    Cavab: Vacib ehtiyatın xilafınadır.
    Sual 738. Ruhani bir şəxs fitr bayramı namazını iki dəfə iki kənddə, ya iki məsciddə qıla bilərmi? Əgər caiz olmasa bu şəkildə əvvəllər qılınan namazların hökmü necədir?
    Cavab: Bir İmam üçün bir neçə məsciddə fitr bayramı namazını qılmaq düzgün deyil, amma əvvəldə bu cür qıldığı namazlar səhihdir. Buna əlavə olaraq bayram namazını furada niyyəti ilə də qılmaq olar. Bir şəxs İslam dinində bir İmamın iki bayram namazı qıla bilməsinin mümkünlüyünü bilib, namazı iki dəfə qılsa caiz deyildir.
    Sual 739. Zöhrdən sonra fitr bayramının olması sabit olsa, bayram namazını sonrakı gün qılmaq düzgündürmü?
    Cavab: Bəli, rəvayətdə gəlmişdir ki, əgər ayın əvvəli zöhrdən sonra sabit olsa, bayram namazını ertəsi günü qılsınlar.
    MÜSAFİRİN HÖKMLƏRİ
    Həddi-tərəxxüs
    Sual 740. «Həddi-tərəxxüs» nədir?
    Cavab: Şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi bir yerdir. Həddi-tərəxxüs, yerlərin müxtəlifliyi cəhətindən yerin hamar və maneənin olub-olmaması baxımından məsələn, dağın olması kimi fərq edir.
    Sual 741. Əvvəllər ayrı olan iki yaşayış məntəqəsi hal-hazırda genişlənərək bir-birinə birləşmişdi. Amma onların adları dəyişilməyib. Bu iki yerin əhalisi tərəxxüs həddini haradan hesablasınlar?
    Cavab: Əgər onlar bir yaşayış yeri kimi tanınarsa, hətta iki ad daşısalar da belə, həddi-tərəxxüsü bir yerdən hesablasınlar.
    Sual 742. Tehranda yaşayan bir şəxs Qum şəhərinə doğru gedərsə harada namazını qəsr qılmalı və orucunu iftar etməlidir? Əgər Rey şəhərinə çatsa namazı hansı hökmdədir?
    Cavab: Vətəni Tehran olan surətdə, Tehranın axırıncı evlərindən Qum və Rey şəhərinə tərəf hərəkət edirsə, Tehranın axırıncı evlərinin görünmədiyi və sonuncu məhəllələrinin azan səsini eşitməsə namazını qəsr qılmalı və orucunu iftar etməlidir.
    Sual 743. Əvvəllər bizim kəndimizin şəhərlə fasiləsi var idi. Amma indi inkişaf nəticəsində birləşərək bir olmuşlar. Səfər zamanı tərəxxüs həddini haradan hesablayaq? Habelə səfərdən qayıdanda şəhərə çatanda namazımız bütövdürmü?
    Cavab: Ümumi halda həddi-tərəxxüsdə bir neçə kənd və şəhərin, ya iki şəhərin bir və ya bir neçə olması el arasında müəyyən olunur. Verilən suala əsasən, əgər kənd şəhərin bir hissəsi olsa və camaat - bu kənd şəhərə qarışıb, artıq bir şəhər hesab olunur - desələr, tərəxxüs həddi şəhərin axırından ölçülür. Amma camaat arasında iki müstəqil yer hesab olunursa, (Rey şəhəri və Baqirabad kəndi kimi) bu surətdə tərəxxüs həddi kəndin axırından hesablanır.
    Sual 744. Bir şəxs səfər qəsdi ilə tərəxxüs həddindən kənarda yerləşən aeroporta gedir. Bilir ki, təyyarə havaya qalxandan sonra şəhərin üstündən keçəcəkdir. Aeroportda onun namaz və orucunun hökmü necədir?
    Cavab: Verilən suala əsasən aeroportda bu şəxsin namazı qəsrdir və oruc tutmağı da səhih deyil. Qayıdan vaxtda da bu qayda ilədir.
    ŞƏRİ MƏSAFƏ
    Sual 745. Şəri məsafə nə qədərdir?
    Cavab: Şəri məsafə səkkiz fərsəxdir; bu da 45 kilometrdən ibarətdir. Bir şəxsin gedib-qayıtması səkkiz fərsəx olsa, bu şərtlə ki, onun getməyi dörd fərsəxdən az olmasa, gərək namazını şikəstə qılsın.
    Sual 746. Şəri məsafə haradan haraya kimi hesab edilir?
    Cavab: El arasında axırıncı yer hesab olunan məkandan əvvəlinci yerin başlanğıcına qədər hesab olunur.
    Sual 747. Mənim vətənim İsfahan şəhərinin ətrafındadır. İsfahana gedəndə şəhərin əvvəlinə kimi dörd fərsəx deyil, lakin mənim məqsədim olan (İsfahan bazarı kimi) yerə qədər dörd fərsəxdir. Namaz və orucum hansı hökmdədir? Əlbəttə həmin gün qayıtmaq fikrindəyəm.
    Cavab: Verilən suala əsasən namaz tamam və oruc da səhihdir.
    Sual 748. Kəndlə şəhər arasında məsafə var, amma yolun kənarında yarım kilometri əhatə edən mağaza və iş yerləri tikiblər. Buna görə şəri məsafə az hesablanır. Buyurasınız ki, bu yerlərdə şəri məsafə necə hesablanır və meyar nədir?
    Cavab: Ümumiyyətlə meyar kəndlə şəhər, ya iki şəhər arasında olan fasilədir. Onlar arasında məsafə olsa namaz qəsrdir. Bu işdə meyar iki şəhərin sonuncu evlərinin arasında olan fasilədən ibarətdir və qeyd olunan maqazalar, zavodlar və tikinti obyektləri meyar deyil və hesablanmır.
    Sual. 749. Səfərdə gərək başlanğıc (yəni vətən) və məqsəd arasındakı məsafə 22, 5 km olsun. Sual budur ki, bu məsafə boş bir düzənlik olsun, ya əgər bu məsafəni başqa bir şəhər doldurursa, yəni başlanğıc və məqsəd arasında bir şəhər yaransa kifayət edirmi? (Tehran və Baqirabad kimi ki, Rey şəhəri onların arasında yerləşib və şəri məsafəni doldurub.)
    Cavab: Meyar iki yer arasında olan fasilədir. Bu fasilənin çöl, ya səhra olmasının heç bir fərqi yoxdur. Hətta orada şəhər, ya kənd də yerləşmiş olsa da.
    Sual 750. Bir şəxs araşdırma aparandan sonra iş yeri ilə vətəni arasında olan məsafənin 4 fərsəxdən az olmasını yəqinləşdirir. Buna əsasən öz namazını tamam qılmış və orucunu da tutmuşdur. Bir neçə müddətdən sonra öz səhvini başa düşmüşdür ki, şəri məsafə 4 fərsəxdən çoxdur. Tamam qıldığı namazların və tutduğu orucların qarşısında vəzifəsi nədir?
    Cavab: Bu şəxs səfərdə tamam qıldığı namazları qəsr qəza etsin və səfərdə tutduğu orucların da qəzasını tutsun.
    ŞƏRİ MƏSAFƏ QƏSDİ
    Sual 751. Bir şəxs hər gün yaşadığı yerdən şəri məsafədən az olan yerdə yerləşən iş yerinə gedib gəlir. Amma bəzi vaxtlar işdən sonra İsfahana gedəcəyini qəsd edir, iş yeri ilə İsfahan arasında olan yol 5 fərsəxdən ibarətdir. Bu halda işlədiyi yerdə namaz qılmağının hökmü nədir? Əgər işlədiyi yerdən şəri məsafəsi az olan yerə getsə, amma yaşadığı yerdən getdiyi yerə qədər 45 kilometrdirsə, bu halda hökm necədir?
    Cavab: Qeyd olunan halda vətənində işdən sonra İsfahana gedəcəyini qəsd edibsə şəri məsafə hesablanır. İş yerində və İsfahanda namazı qəsrdir. Səfər qəsdinin meyarı vətəndəndir. Buna görə ikinci fərzdə namaz qəsr və oruc səhih deyil. Amma vətəndən hərəkət zamanı qəsdi olmasa, iş yerinə çatandan sonra başqa yerə gedəcəyini qərara alsa, əgər iş yerinin məsafəsi o yerədək və o yerdən vətəninə qədər cəmi bir yerdə 8 fərsəx, ya çox olsa, namazı şikəstədir. Əks təqdirdə namazı tamamdır.
    Sual 752. Bir şəxs Qum şəhərindən iki fərsəx aralıda yerləşən bir kəndə gedir. Orada üç gün qalacağını və on fərsəxlik bir yolla geri qayıdacağını qəsd edir. O kəndə gedəndə və qalacağı üç gün ərzində namazı tamamdırmı?
    Cavab: Verilən suala əsasən, gedilən məsafə dörd fərsəxdən az da olsa bütün səfər boyu namazı şikəstədir.
    Sual 753. Bir şəxs hər gün işlə əlaqədar 16 kilometr yol gedir. Əgər bir gün işlədiyi yerdən şəxsi, ya dövlət işi üçün bir miqdar getsə, getdiyi yerlə vətəninə qayıtdığı yolun fasiləsi şəri məsafə qədərdirsə və iş yerinə qayıdıb oradan vətəninə qayıtmağı niyyət edibsə, onun namaz və orucunun hökmü necədir?
    Cavab: Verilən suala əsasən işlədiyi yerdə belə qərara gəlibsə, işlədiyi yerdən getmək istədiyi yer arasındakı məsafə dörd fərsəxdən az olmasa gedib vətəninə qayıdana qədər namazı qəsrdir və orucu da səhih deyil. İş yerinə, ya birbaşa vətəninə qayıtması arasında heç bir fərq yoxdur. Amma işlədiyi yerdən getdiyi yerə qədər məsafə dörd fərsəxdən az olarsa (yəni getməyi dörd fərsəx olmasa ) müsafir hesab olunmur, (baxmayaraq ki cəmi, şəri məsafə qədərində ola) namazı bütöv və orucu səhihdir.
    VƏTƏN
    Sual 754. Tovzihul-məsail risaləsində əsas vətənlə bağlı bəyan etdiyiniz hökmlər nədir?
    Cavab: Əsas vətəndən məqsəd insanın doğulduğu və atasının diyarı olan yerdir.
    Sual 755. Təzə bir yeri vətən təyin etdikdə neçə müddət orada qalmaq lazımdır ki, ona vətən deyilsin?
    Cavab: Daimi vətən qəsdi edəndən sonra el arasında "oranın sakinidir” deyilsə kifayətdir; zahirən 6 ay müddətində orada qalsa kifayət edər.
    Sual 756. O yerin camaatının «bura onun vətənidir» deməsi meyarının zaman müddəti nə qədərdir?
    Cavab: Meyar el arasında deyilən müddətdir.
    Sual 757. Tovzihul-məsailin 1353-cü məsələsində buyurmusunuz: "Əsl vətəni olmayan və bir yerdə həmişəlik qalmaq istəməyən bir şəxs üçün o yer onun vətəni hesab olunmur. Amma qalmaq qəsdi olmadan çox qalsa, nəticədə oranın camaatı "bura onun vətənidir” desələr, bu halda vətəni hesab olunur”. Mən səkkiz ildir ki, Qum şəhərində təhsil alıram və burada da ailə həyatı qurmuşam. Qum şəhərində daimi qalmaq niyyətim yoxdursa vəzifəm nədir? Əlbəttə, getməyim də mütləq deyil, hələlik gələcək üçün ayrı bir qərara gəlməmişəm.
    Cavab: Gələcək illərdə getməyi qərara almadığınıza baxmayaraq, camaat sizi Qum əhli hesab etsələr, həmişəlik qalmaq qəsdiniz olmasa da, Qum sizin üçün vətən hökmündədir.
    Sual 758. Mən Tehran sakiniyəm. Tehrandan 36-km. aralıda dağlıq ərazilərin birində bağ evim vardır. Bəzən istirahət və gəzmək üçün oraya gedirəm. Orada dünyaya gəlmədiyim surətdə həmin yerdə namaz və orucumun hökmü necədir?
    Cavab: Verilən suala əsasən on gün orada qalmağı və ya oranı daimi vətən sevməyi niyyət etməsəniz, sizin namazınız qəsrdir, orucunuz da səhih deyil. (İl ərzində neçə ay olsa da.)
    Sual 759. Uşaq atasının birinci vətənində dünyaya gələrsə, bir müddət orada qaldıqdan sonra başqa bir yerə köçüb oranı özü üçün yaşayış yeri təyin etsə, hansı yer onun vətəni hesab olunur?
    Cavab: İkinci yer.
    Sual 760. Əgər müsafir zöhrdən sonra öz vətənindən şəri məsafəyə tərəf hərəkət edirsə, onun namaz və orucunun hökmü necədir?
    Cavab: O günün orucu səhihdir, amma namazını səfərdə qılmaq istəsə, gərək qəsr qılsın.
    Sual 761. Öz əsli vətənindən üz döndərib-döndərməməsinə diqqət etməyi bilməyən qadınlar başqa şəhərə öz həyat yoldaşlarının evinə gedirlər. Məsələyə diqqət edəndən sonra niyyət edirlər ki, əgər ailə həyatı ömürlərinin axırlarına qədər davam edərsə ərlərinin vətənində qalacaq, əks halda öz vətəninə qayıdacaqlar. Buyurasınız ki, öz əsli vətənlərinə gələn vaxt bu qadınların namaz və orucunun hökmü necədir?
    Cavab: Nə qədər ki, öz əsli vətənlərindən imtina etməyiblər, vətən hökmü öz yerində qalır və orada namazlarını tamam qılmalıdırlar.
    Sual 762. Ürvətül-Vüsqa kitabında qeyd olunub ki, "Yeni təyin etdiyi vətəndə bir miqdar orada qalandan sonra el arasında bura onun vətənidir - deyilsə, etibarlı sayılır. Qeyd olunan etibar camaatın nəzərinə və xüsusiyyətlərinə əsasən müxtəlifdir. Belə də ola bilər ki, daimi qalmaq niyyəti edəndən sonra bir ay, ya ondan az müddət qalandan sonra bu etibar hasil olar." Sualımız budur ki, camaat və onların xüsusiyyətlərinin müxtəlif olmalarında hansı səbəb nəzərdə tutulur, onu təyin etmək hansı hesab və meyarladır?
    Cavab: Adətən insanın yeni yaşayış üçün seçdiyi yer, sadəcə vətən qəsdi, ya orada daimi qalacağını niyyət etməklə onun üçün vətən hökmünü daşımır. Gərək bir müddət orada qalsın və el arasında "bura onun vətəni və yaşayış yeridir” deyilsin. Bu müddət də camaatın fikrinə əsasən uyğunlaşır. Mümkündür ki, bu nisbət bir şəxs üçün qısa bir müddət qalandan sonra, başqa bir şəxs üçün isə uzun müddət qalandan sonra hasil olsun.
    Ümumiyyətlə meyar el arasında hasil olduğu üçün hər miqdar qalmaqla "bura onun vətəni və yaşadığı yerdir deyilsə" o yer vətən hökmündədir. Qeyd etmək lazımdır ki, şəkk olunan vaxtlar qalmaq qəsdi edilməyibsə, ehtiyata əməl olunsun; namazını həm bütöv, həm də qəsr qılsın.
    Sual 763. Mən tehranlıyam, Qum şəhərində evlənib orada qalmışam və indi övlad sahibi olmuşam. Bəzi vaxtlar qohum-əqrəbaya baş çəkməyə ya başqa bir iş üçün öz övladımla Tehrana gedirik. Özüm oradan imtina etmədiyim üçün namazımı bütöv qılıram. Övladım da mənə tabe olduğu üçün namazını tamam qılmalıdırmı?
    Cavab: Verilən suala əsasən sizin övladınız Qum şəhərində dünyaya gəlib və orada boya-başa çatmışdır. Heç vaxt sizin vətəninizdə qalıb yaşamadığı üçün orada müsafir hökmünü daşıyır. Sizin namazınız tam olsa da, onun namazı qəsrdir. Fərz olunan halda tabeçilik lazım deyil.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 788 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024