İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    PEŞƏSİ SƏFƏR OLAN ŞƏXS
    Sual 803. Mən avtobus şirkətinin sürücüsüyəm. İndi on iki günlük icazə almışam, ailəm ilə birlikdə bir həftə müddətində Müqəddəs Məşhəd şəhərinə getməyi qərara almışam. Məşhəd şəhərinə səfər zamanı namazım qəsrdir, yoxsa tamam? On iki gündən sonra işə qayıdanda birinci səfərimdə namazım qəsrdir, yoxsa tamam?
    Cavab: Verilən suala əsasən Müqəddəs Məşhəd şəhərinə edilən səfər zamanı namazınız qəsrdir. Amma iş yerinə qayıdandan sonra bir yerdə on gün qalmadığınız üçün birinci səfərinizdə namazınız tamamdır. Əgər öz vətənində, ya başqa bir yerdə on gün qalmağı qəsd edib qalsanız, birinci səfərinizdə namazınız qəsrdir.
    Sual 804. Bir sürücünün maşını yolda xarab olmuşdur. Məcburdur ki, maşına lazım olan hissələri almaq üçün başqa bir maşınla beş fərsəx aralıda olan şəhərlərin birinə gedib qayıtsın. Buna diqqət yetirsək ki, maşın onun peşə vasitəsidir, maşına lazım olan hissələri almaq üçün getdiyi səfərdə onun namazı qəsrdirmi? Bu səfəri işi üçün edilən səfərdən hesablanırmı?
    Cavab: Bu səfər peşə səfəri hesablanmır və müsafir hökmü nədir.
    Sual 805. Risalədə buyurmusunuz: İşi səfər etmək olan bir kəs on gün, ya artıq öz vətənində qalsa istər on gün qalmaq və ya qalmamağı qəsd edərsə birinci səfərində namazını qəsr qılsın. İndi əgər bir nəfər öz vətəni olmayan bir yerdə on gün qalsa, birinci səfərində vəzifəsi nədir? Bu işdə on gün qəsd edib-etməməsi arasında bir fərq varmı?
    Cavab: Əgər vətəni olmayan yerdə on gün qalmaq qəsdi edibsə, on gündən sonra etdiyi birinci səfərdə namazı qəsrdir, amma vətəni olmayan yerdə on gün qalmaq qəsdi etmədən qalsa, birinci səfərində ehtiyat vacibə əsasən namazını həm tamam və həm də qəsr qılsın.
    Sual 806. Mən Qum şəhərinin sakiniyəm, peşəm sürücülükdür, Tehran şəhərinə sərnişin aparıram. Səfərlərimin birində on gün qalmaq qəsdi ilə Tehranda qaldım, yenidən Qum şəhərinə sərnişin gətirdim, yenə sərnişin aparmaq niyyətim vardır. Buyurasınız ki, mənim birinci səfərim harada sona çatır?
    Cavab: Tehrandan səfəriniz başladığı və Quma çatacağınız zaman sizin birinci səfəriniz gerçəkləşir və həmin qayda ilə Qumda on gün qalmaq qəsdi etmədən Tehrana qayıtsanız ikinci səfəriniz başlayır, namazınız tamam və orucunuz da səhihdir.
    Sual 807. İşi səfər olan bir şəxs vətəndə on gün qalandan sonra bir miqdar malı satmaq üçün öz şəhərindən fasiləsi səkkiz fərsəxdən çox olan İsfahan şəhərinə apardı. Apardığı malları orada sata bilmədiyi üçün onu Kürd şəhərinə apardı. Kürd şəhərinə getməsi, onun ikinci səfəri hesablanırmı və namazı tamam qılmalıdırmı?
    Cavab: Vətəndən birinci səfərinin məqsədi İsfahandır. Oradan başqa məqsədə getmək (Kürd şəhəri) ikinci səfər hesab olunur, gərək namazını tamam qılsın.
    Sual 808. Peşəsi səfər olan bir şəxs Abadan şəhərindəndir; iş üçün Bəndər Abbas şəhərinə getmiş, bir ay orada qərarsız qalmış və gəmi gələndən sonra onunla dəniz səfərinə çıxmışdır. Birinci səfərində namazı qəsrdir, yoxsa tamam?
    Cavab: Verilən suala əsasən birinci səfərində namazı qəsrdir. (Çünki, otuz gün qərarsız qalmaq on gün iqamət qəsdi və səfəri qətiləşdirmək kimidir.)
    Sual 809. Yuxarıdakı suala əsasən əgər qəsd etmədən on gün qalsa, birinci səfərində vəzifəsi nədir?
    Cavab: Bu surətdə birinci səfərdə namazını həm qəsr və həm də tamam qılması ehtiyata daha müvafiqdir.
    Sual 810. Hər gün, ya hər həftə səfərdə olan xırda alverçilərin işi xırdavatçılıqdır, onların namaz və oruc barədə nisbətdə vəzifələri nədir?
    Cavab: Xırda alverçilərin hökmü sürücülərin hökmü kimidir.
    Sual 811. Bir əsgər şəhərdən Tehran qarnizonlarından birinə gəlmişdir. Vəzifəsi Tehran ətrafında şəri məsafədən artıq olan bir yerə gəzib nəzarət etməkdir. İqamətgahı isə Tehrandadır. Onun namaz və orucunun hökmü necədir? Onun əvvəl səfəri nə vaxt və harada sona çatır ki, ikinci səfərindən namazını tamam qılsın və orucunu tutsun?
    Cavab: Verilən suala əsasən öz şəhərindən Tehrana hərəkət edib qarnizona çatsa birinci səfəri gerçəkləşir. Tehran ətrafına gəzməklə nəzarət etməyə başlasa ikinci səfəri başlayır, gərək namazını tamam qılsın və orucunu da tutsun.
    Sual 812. Mən postların birində gözətçi işləyirəm, bir qrup dörd fərsəxdən çox olan iş sahəsinə gəzib nəzarət etməyə məşğuldurlar. Lütfən namaz və oruc barədə olan vəzifəmizi açıqlayın?
    Cavab: İşi postlarda gözətçilik olan şəxslər vətənləri dörd fərsəx, ya artıq fasilə olan surətdə gedib-gəlirlərsə müsafir hökmündədir. Postda olarkən on gün qalmaq qəsdi etməyiblərsə, namazları qəsrdir. Amma öz iş yerlərində peşələri gəzib nəzarət etmək olan şəxslərin dörd fərsəx, ya artıq nəzarət etdikləri yerlərdə namazları tamam və orucları səhihdir.
    Sual 813. Müəyyən hərbi bir hissədə olanların işi maşınla şəhərdən kənarda dörd fərsəxdən çox olan bir ərazini gəzib nəzarət etməkdir. Onların namaz və oruclarının hökmü necədir?
    Cavab: İşləri ətraf yerləri gəzib nəzarət etməkdirsə, namazları tamam və orucları da səhihdir.
    Sual 814. Şəri məsafədə məktubları paylayan poçt işçiləri, telefon, ya qaz xətlərini və bu kimi iş yerlərində təmirlə məşğul olan şəxslər və yaxud dəmir yol xətlərinə gəzib nəzarət etmək üçün şəri məsafədə olanların namaz və orucunun hökmü necədir?
    Cavab: Poçtalyon və hazırlıq işlərinə məsul olan şəxslər kimi uzaq yerlərə nəyi isə aparan şəxslərin namazları tamam və orucları da səhihdir. Dəmir yol fəhləsi, ya mühəndisi və yollara nəzarət edən başqa şəxslərin də işi səyyari iş sayılırsa, namazları tamam, orucları da səhihdir.
    Sual 815. (İsfahan) sakini olan bir şəxs iyirmi fərsəx aralıda yerləşən rayondan bir bağ almış, orada özü üçün yaşayış şəraiti yaratmışdır. İl ərzində istirahət günləri oraya gedir, bəzən də cümə gecələrini orada qalır? Oraya yalnız gəzmək və havasını dəyişmək üçün gedirsə namaz və orucunun hökmü nədir?
    Cavab: Onun işi səfər olmadığı üçün namazı qəsrdir və orada orucunu da gərək iftar etsin.
    Sual 816. Əgər bir şəxs səfərə ehtiyacı olmadan "kəsirus-səfər” sayılsın deyə, çox səfər etsə "kəsirus-səfər” hökmündədirmi?
    Cavab: Namazı tamamdır və qəsr qılmaqda əsas şərt budur ki, səfər şəxsin peşəsi hesab olunsun. (Namazı tamam qılan sürücülər kimi). Amma peşəsi səfər olmasa, müəllimlər, tələbələr və zavod işçiləri kimi işi səfərdə olanların namazı ehtiyat vacibə əsasən qəsrdir. Hətta çoxlu səfər etsələr də belə.
    Peşəsi səfər olan
    Sual 817. İl ərzində üç ay yayı şəri məsafədə sürücülük edən bir şəxsin namazının hökmü necədir?
    Cavab: Üç aydan az olmasa, sürücülük etdiyi müddət ərzində namazı tamamdır.
    Sual 818. İşi səfər etmək olan bir şəxs işini yerinə yetirdiyi müddətdən sonra orada bir ya bir, neçə gün başqa bir iş üçün qalsa, əvvəldən səfəri iş qəsdi olduğu halda artıq qaldığı neçə gündə vəzifəsi nədir?
    Cavab: Həmin neçə gündə də namazı tamam qılmalıdır.
    Peşəsi səfər olmayan
    Sual 819. Sürücü olan bir şəxs peşəsi səfər olan halda Qum şəhərinə gəlmişdir. İstirahət, ya qohumlarına baş çəkmək üçün iki-üç günlük oradan Kaşan şəhərinə gedib-qayıtmış və yenə də öz peşəsinə davam etməyə başlamışdır. Bu halda qəsr, ya tamam olması baxımından onun namazı necədir?
    Cavab: Verilən suala əsasən, peşəsi səfər olmadığı üçün Qumdan, hərəkət etsə, müsafir hökmündədir və namazı da qəsrdir. Qum şəhərinə qayıtdığı zaman yenə də namazı qəsrdir. Peşəsi səfərlə əlaqədar olaraq Qum şəhərindən hərəkət etsə müsafir hökmündə deyil və namazı tamamdır.
    Birinci səfər
    Sual 820. Birinci səfərdən məqsəd nədir? Yəni, birinci səfər nə zaman sona çatır?
    Cavab: Birinci səfərdə vətənə qayıtmaq ilə tamamlanır. Yəni öz vətənində on gün qalmışdır. Vətənindən müəyyən bir yerə gedib, oraya qayıtmaqla birinci səfəri tamamlanır. Öz vətənindən başqa bir yerdə on gün qalsa, vətəninə qayıtmaqla birinci səfəri tamamlanır. Bəli vətənindən, vətəninə qayıtmaq qəsdi ilə bir yerə getsə və ora çatan zaman fikrindən dönsə və sonra başqa yerə getmək istəsə, o şəhərdən hərəkət etməklə ikinci səfəri başlanır.
    Sual 821. İşi səfər etmək, ya səyyarçılıq və yaxud da ətrafları gəzib nəzarət edən şəxs bir yerdə on gün, ya az qaldığını şəkk etsə, birinci peşə səfərində vəzifəsi nədir?
    Cavab: Belə bir şəxsin bundan sonra getdiyi birinci peşə səfərində də namazı tamamdır.
    KƏSİRUS-SƏFƏR
    Sual 822. Təhsil almaq üçün öz şəhərlərindən başqa şəhərə gedənlər adətən, cümə günü öz vətənlərinə qayıdan tələbələr və ya öz vətənlərindən iş üçün şəri məsafəyə gedib əsr vaxtı qayıdan fəhlə və işçilər kimi işləri çox səfər etmək olan şəxslərin namaz və orucunun hökmü nədir?
    Cavab: Ehtiyat vacibə əsasən bu şəxslərin namazı qəsrdir və onların orucları da səhih deyil.
    Sual 823. Bir şəxsin çoxlu sayda səfərləri vardır, amma peşəsi səfər etmək deyil (məsələn: görüş ya istirahət və ya bir şəhərdə müəyyən qədər malı qaldığı üçün bir neçə dəfə səfər edən şəxslər kimi...) vəzifəsi nədir?
    Cavab: Bütün bu səfərlərdə müsafir hökmündədir və namazı qəsrdir.
    BİR YERDƏ NEÇƏ GÜN QALCAĞINI BİLMƏYƏN MÜSAFİR
    Sual 824. Bəzən bir kəsi tutub şəhərindən 45-km aralıda yerləşən həbsxanaya göndərirlər. Nə qədər həbsdə qalacağını bilmirsə, onun namaz və orucunun hökmü nədir?
    Cavab: Əgər məhbus hara aparıldığını bilmirsə namazı tamamdır. Əgər hara aparıldığını bilirsə, amma onu ixtiyarsız maşına qoyub aparıblarsa, ehtiyata əməl etsin, namazını həm tamam və həm də qəsr qılsın. Orada otuz gün tərəddüddə qalandan sonra namazını tamam qılsın.
    Namazını tamam qıldığı vaxtlarda orucunu da tutmalıdır. Namazı həm şikəstə və həm də tamam qılan vaxtlarda da Mübarək Ramazan ayının orucunu tutsun və sonra qəzasını da etsin.
    Sual 825. Əgər həbsxana şəhərdən 22, 5 km uzaqda yerləşirsə, orada olan məhbusun namaz və orucunun hökmü necədir?
    Cavab: Bütün hallarda namazı tamam qılmalı və orucu da tutmalıdır. Çünki, səfər qəsdi etməmişdir.
    Sual 826. Əgər həbsxana 22 km.-dən az bir məsafəyə yerləşsə hökmü necədir?
    Cavab: Namazı tamam qılmalı və orucu da tutmalıdır.
    Sual 827. Bir məhbusu həbsxanadan aralıda olan xəstəxana kimi başqa bir yerə aparsalar və iki dəfə onu qaytarsalar, namaz və orucunun hökmü necədir?
    Cavab: Xəstəxana və həbsxana arasında məsafə səkkiz fərsəx olsa və onu da oraya ixtiyarsız aparıblarsa, ehtiyata əməl edib namazını həm tamam, həm də qəsr qılsın və orucu da qeyd olunan qayda ilə tutsun. Orada otuz gün tərəddüddə qalsa, ya əvvəlcədən on gün qalacağını bilsə namazı tamamdır.
    Sual 828. Bir şəxs vətəni olmayan başqa bir şəhərdə xəstəxanaya düşmüşdür. Xəstəxanaya düşdüyü gündən bir ay vaxt keçir, müalicə müddəti nə qədər çəkəcəyi məlum deyilsə, namaz və orucun hökmü necədir?
    Cavab: Otuz gün keçəndən sonra onun namazı tamamdır və orucu da səhihdir.
    BİLADE-KƏBİR
    Sual 829. Bilade-kəbirədən məqsəd nədir?
    Cavab: Bilade-kəbirə həddən artıq çox böyük olan şəhərlərə deyilir. Belə ki, onun şimalından cənubuna, ya məşriqindən məğribinə hərəkət etmək səfər hesab olunsun.
    Sual 830. Tehran şəhəri "bilade-kəbirə” sayılırmı?
    Cavab: Mənim nəzərimcə Tehran "biladu-kəbirə”
    deyil və İranda belə bir şəri ad daşıyan şəhər yoxdur
    GÜNAH SƏFƏRİ
    Sual 831. Dövlətin maşınından şəxsi istifadə etmək düzgün olmamasına diqqət etməklə, dövlət işçisi dövlət maşınından öz şəxsi səfərləri üçün istifadə etsə, onun səfəri günah səfərdirmi? Səfər üçün bir şəxsin biletini qəsb edib, həmin biletlə səfər edən şəxsin hökmü necədir?
    Cavab: Yuxarıda qeyd olunan halda onun əməli düzgün deyil, amma onun səfəri günah səfəri sayılmır və namazı da qəsrdir.
    Sual 832. Əgər səfərdə başqasının bilet növbəsindən istifadə olunsa, ya sahibinin razılığını ələ gətirmədən onun aldığı biletdən istifadə edilsə, istifadə edən şəxsin namaz və orucunun hökmü necədir?
    Cavab: Başqasının növbəsindən istifadə olunan surətdə biletin pulunu özü ödəsə namazı qəsrdir və gərək oruc tutmasın. Eləcə də başqasının biletindən istifadə etsə, qəsbi minik vasitəsi hökmündədir, ehtiyat müstəhəbbə əsasən gərək namazı həm tamam və həm qəsr qılsın və orucu da tutsun, sonradan onların qəzasını da yerinə yetirsin.
    SƏFƏRLƏ BAĞLI MÜXTƏLİF MƏSƏLƏLƏR
    Sual 833. Tehrandan olan bir nəfər Baqirabad kəndinə gəlib-qayıtsa, Tehranla Baqirabadın məsafəsinin dörd fərsəxdən çox olmasını nəzərə alsaq, onun namaz və orucunun vəzifəsi necədir?
    Cavab: Əgər Tehranın axırından getdiyi Baqirabadın əvvəlinə qədər olan məsafə dörd fərsəx olsa namazı qəsrdir, orucu da gərək iftar etsin. Bunların arasındakı fasilə az olarsa namazı tamam və orucu da səhihdir.
    Sual 834. Tehran şəhərindən olan bir şəxs Qum şəhərinə gəlsə, qayıtdıtı zaman Həzrəti İmam Xomeyninin Müqəddəs məzarına ya "Behişti-Zəhra” adlanan yerə çatarsa, bu iki yerdə onun namazının hökmü necədir, tamamdır, yoxsa qəsr?
    Cavab: Nə qədər ki, Tehrana çatmamışdır namazı qəsrdir.
    Sual 835. Müsafir namazının niyyəti necədir?
    Cavab: Səfərdə olmayan şəxslərin namazının niyyəti kimidir və heç bir fərqi yoxdur. Namazın niyyətində tamam, ya qəsr demək lazım deyil.
    NAMAZLA BAĞLI MÜXTƏLİF MƏSƏLƏLƏR
    Sual 836. Bir şəxs namaz üçün ayaq üstə durmağa qadir deyil, amma mümkündür başqaları onu qaldırsınlar, ya əsa tutmaqla və yaxud divardan tutmaqla qalxsın. Bəzən bir şeyə söykənmədən qiraət və qiyam zamanı bədəni titrəyir. O şəxsi namaz üçün qaldırsınlar, ya bir şeyə söykənib namazını ayaq üstə qılsın və yaxud namazını oturan halda qıla bilərmi?
    Cavab: Hər iki surətdə namazı ayaq üstə qılmaq vacibdir.
    Sual 837. Vacibi namaz üçün qonağı, qonşunu və başqa şəxsləri oyatmaq necədir? Şəri cəhətdən işkalı varmı? Övladla başqaları arasında bir fərq vardırmı?
    Cavab: Başqalarını oyatmaq lazım deyil, amma övladı namaza adət etsin deyə, oyatmaq düzgün hətta lazımdır da.
    Sual 838. Namaz halında namaz qılınan yerdə musiqi səsi gəlsə, namaz qılanın vəzifəsi nədir?
    Cavab: Əgər qulaq asmasa, işkalı yoxdur. Əgər namazdan əvvəl haram musiqi səsinin ucalmasını bilsə, imkan olan surətdə namaz üçün başqa bir yerə getsin.
    Sual 839. Gecə namazını, ya başqa müstəhəbbi namazları hərəkət halında qılmaq olarmı?
    Cavab: Maneəsi yoxdur.
    Sual 840. Bir şəxs gecənin axırına qədər oyaq qalsa və sübh namazına oyana bilməyəcəyini bilsə, oyaq qalması caizdirmi?
    Cavab: Verilən suala əsasən sübh namazına oyana bilməyəcəyinə yəqinlik tapsa, daha çox ehtiyata əsasən oyaq qalmağı tərk etməlidir.
    Sual 841. Xəstə zərərdən ya başqa üzürlü səbəblərdən qorxub namazını aşağıda qeyd olunan qayda ilə yerinə yetirmiş, sonradan öz qorxusunun yersiz olduğunu başa düşmüşdür. Aşağıda qeyd olunan hallarda vəzifəsi nədir?
    a) Qusl və dəstəmaz yerinə təyəmmüm etsə.
    b) Üç növ təharəti cəbirə qaydası ilə yerinə yetirsə.
    v) Namazı oturan halda, ya işarə ilə qılsa.
    q) Qiblənin əksinə namaz qılsa.
    Cavab:
    a) təkrar qılmaq lazım deyil.
    b) təkrar qılmaq vacib deyil, amma təkrarlasa daha yaxşıdır.
    v) təkrarlamaq lazımdır.
    q) təkrarlamaq lazımdır.
    Sual 842. Müəyyən səbəblər, ya çətinliklər üzündən üç növ təharətini naib tutduğu şəxsin vasitəsi ilə yerinə yetirən bir kəsin vəzifəsi nədir? Bu cür qıldığı namazları təkrar qılması lazımdırmı?
    Cavab: Verilən suala əsasən namazları təkrar qılması lazımdır.
    Sual 843. Zəruri hallarda namaz halında olan xəstəyə dərman içirdirlər, imkan olan surətdə namazı təkrar qılmaq lazımdırmı?
    Cavab: Namazın surəti pozulubsa batildir və təkrarlamaq lazımdır; namazın surəti pozulmasa da ehtiyat vacib odur ki, namazı təkrar qılsın
    Sual 844. Mənim əqidəmə görə namaz Peyğəmbərimizə ərəbcə nazil olmuşdur. O həzrətin dili ərəb dili olduğu üçün onu dərk edirdi. Amma bizim dilimiz fars dili olduğuna görə nə üçün onu daha yaxşı başa düşmək üçün öz dilimizdə qılmayaq?
    Cavab: Əziz övladım,(Bu cavab orta məktəb şagirdlərindən birinin verdiyi suala əsasən verilmişdir.) sizin sözünüzün birinci hissəsi təmamilə doğrudur, amma şəri dəlil baxımından Həzrət Peyğəmbərin (s) bizə verdiyi göstərişi budur ki, ana dilləri ayrı olan şəxslər də hamılıqla namazı ərəbcə qılsınlar. Sizin çətinliyinizin həlli yolu budur ki, ən azı ərəbcə qıldığınız namazın mənasını öyrənəsiniz və onun mənasını başa düşəsiniz. Onun ərəbcə qılınmasının bir səbəbi də budur ki, əgər bütün müsəlmanlar namazı ərəb dilində qılsalar, İlahi vaciblərin ən mühümü olan namazda kamil bir həmrəylik və əqidə uyğunluğu yaranacaqdır. Buna əlavə olaraq, Quran dili ilə də tanışlıq yaranacaqdır.
    MÜSTƏHƏBBİ NAMAZLAR
    Sul 845. Gecə nafilələrindən yalnız bəzi rəkətləri qılmaq səhihdirmi? Məsələn, iki rəkət şəfi və bir rəkət vətr namazını qılaq?
    Cavab: Bəli, hər miqdar istəsəniz qıla bilərsiniz və hətta bir rəkət «vətr» namazını da qıla bilərsiniz.
    Sual 846. Üzürlü səbəbə, ya çətinliyə görə, gecə namazını vaxtında qıla bilməyən bir şəxs, ya müsafir gecənin əvvəlində qıla bilərmi və ya sonradan onun qəzasını yerinə yetirmək olarmı?
    Cavab. Daha yaxşıdır ki, qəzasını yerinə yetirsin.
    Sual 847. (Urvətul-Vusqa fi ovqatil-rəvatib, məsələ 72)-də buyurmusunuz: Necə ki, gecə namazından dörd rəkət, ya artıq qılan bir şəxs sübh azanının səsini eşitsə, onun qalanını muxəffəfətən("Muxəfəfətən”-dən məqsəd budur ki, təkcə "həmd” surəsinə kifayət etməli və tələsik qılmaqdır. Çünki, surə tələsik halda saqitdir.) qılsın. Sualım budur ki, qalanını əda, yoxsa qəza niyyəti ilə qılmalıdır?
    Cavab: Verilən suala əsasən (əgər qalan hissəni fasiləsiz qılsa) əda, niyyəti ilə qılsın.
    Sual 848. Bəzən camaat namazına adamların toplaşmasından ötrü zöhr və əsr namazlarını bir az gecikdirirlər və əsr namazının nafilələrini qılmağa fürsət yaranıbsa əsr namazının nafilələrini zöhr namazının nafilələrindən əvvəl qılmaq caizdirmi?
    Cavab: Onları qılmağın maneəsi yoxdur və səhihdir.
    Sual 849. Zöhr və əsrin nafilələrini zöhrdən əvvəl qılmaq səhihdirmi? Başqa günlərlə cümə günü və cümə namazında iştirak edib-etməmək arasında bir fərq vardırmı?
    Cavab: Cümə günü zöhr və əsrin nafilələrini zöhrdən qabaq qılmağın maneəsi yoxdur və səhihdir, istər cümə namazında iştirak etsinlər, istərsə də iştirak etməsinlər. Amma cümə günündən başqa günlərdə ən güclü nəzəriyəyə əsasən zöhrdən əvvəl qılmaq caiz deyil. Əgər nafilələri vaxtında qıla bilməyəcəyini bilən bir şəxs zöhrdən əvvəl qılmaq istəsə ehtiyata əsasən "rəca” qəsdi ilə qılsın.
    Sual 850. Nafilə namazlarını uca, ya ahəstə səslə qılmağın hökmü necədir?
    Cavab: Zöhr və əsr namazlarının nafilələrini ahəstə, məğrib, işa, sübh və gecə nafilələrini isə ucadan qılmaq müstəhəbbdir. Başqa nafilələri (ayın əvvəlində qılınan namaz, Cəfər-Təyyar, vəhşət namazı, ramazan ayının gecə nafilələri və sair) isə uca, ya ahəstə qılmaqda insan ixtiyar sahibidir.
    Sual 851. Bir şəxs zöhrdən təqribən yarım saat sonra zöhr və əsr namazını furada, ya camaatla qılmışdır. Ondan sonra zöhr və əsrin nafilələrini qılmaq istəsə əda, yoxsa qəza niyyəti ilə qılsın? Nafilələri bilərəkdən, ya bilməyərəkdən gecikdirmək arasında bir fərq vardırmı?
    Cavab: Xeyr, heç bir fərq yoxdur, əda niyyəti ilə qıla bilər.
    Sual 852. Oturan halda iki rəkət qılınan nafilə ayaq üstə qılınan bir rəkətə bərabərdirsə, vəzifəsi xəstələr kimi oturan halda namaz qılmaq olan bir şəxsin nafilələr barədə vəzifəsi nədir?
    Cavab: Müstəhəbbdir ki, oturan halda qıldığı hər iki rəkəti sağlam adamlar kimi bir rçkət hesablasın.
    Sual 853. Nafilə namazının bir rəkətini ayaq üstə, digər rəkətini isə oturan halda qılmaq səhihdirmi?
    Cavab: Bəli, səhihdir.
    Sual 854. Səfərdə namazları tamam qılan şəxslərin zöhr və əsr nafilələrinin hökmü necədir?
    Cavab: Hər cəhətdən namazlarını bütöv qılan şəxslər üçün gündəlik nafilələrin müstəhəbliyi sabitdir, onları qılmaq şəriətə uyğun və səhihdir.
    Sual 855. "Rəca” qəsdi dedikdə nə nəzərdə tutulur?
    Cavab: Yəni savab ümidi ilə.
    Sual 856. "Məfatihul-cinan" kitabında, rəcəb ayının əvvəl cüməsində zikr olunan "rəğaib-namazı" nın və həmçinin ondan qabaq cümə axşamı günü oruc tutmağının müstəhəbliyi nə dərəcədə səhihdir?
    Cavab: Əllamə Məclisi (r.) «Bihar» kitabının 98-ci cildi, səh. 395-də, 25-ci fəsldə, seyyidin icazəsi ilə və sənədi Ənəs ibn Malikə çatan hədisdə Həzrət Peyğəmbər (s)-dən "Rəğaib gecəsi və ondan qabaq cümə axşamı gününün orucunun fəziləti», həmçinin Rəğaib gecəsinin namazı və onun zikrlərinin necəliyi barədə «İqbal» kitabında müvafiq hədis rəvayət olunmuşdur. Lakin, bu iki rəvayətin etibarına diqqət yetirilməsi gərəkdir. Zənnimcə «Məfatih»də zikr olunanlar yuxarıda işarə olunan iki rəvayətin bir-biri ilə yaxın məzmunudur ki, "Bihar" kitabından götürülmüşdür. Buna əsasən, "Rəğaib" gecəsinin namazına və ondan qabaq oruc tutmağın müstəhəbb olmasına hökm etmək müşkül məsələdir. Bəli rəca (savab) niyyəti ilə onları yerinə yetirməyin eybi yoxdur. Allah alimdir.
    Sual 857. Belə məşhurdur ki, gecə namazında qırx möminə dua edirlər. Bu barədə bir hədis zikr olunubmu və şəri dəlili vardırmı? Yaxud, qırx möminə dua etmək lazımdır? Ümumiyyətlə dua etmədən gecə namazı qılmaq olarmı?
    Cavab: Bu barədə xüsusi bir hədis gəlməmiş və qarşıya çıxmamışdır. Ancaq mərhum Şeyx Bəhayi, Kəfhəmi və Sahib Cəvahir (qəddəssəllahu əsrarəhum) öz kitablarında bir sıra cümlələr gətirmişlər ki, bu mövzuda xüsusi hədisin olmasını və eynilə onun bizim əlimizə gəlib çatmamasını anladır. Zənnimcə qeyd olunan şöhrətin mənşəyi elə həmin ibarətlər olsun. Bundan əlavə mötəbər rəvayətlərdə gəlibdir ki, hər kəs qırx möminə dua edəndən sonra özünə dua etsə, duası müstəcab olar. Buna görə də vətr namazının qunutunda qırx mömini dua etməyin şəri əsası var və işkalsızdır. Ancaq elə də zərurəti yoxdur, duasız da namaz səhihdir.
    Sual 858. Qırx möminə dua edəndə olar ki, iyirmi mömin kişiyə və iyirmi mömin qadına dua edək?
    Cavab: Bəli, deyə bilərsiz, bu cəhətdən mömin və möminə arasında bir fərq yoxdur.
    Sual 859. Qırx möminə dua edəndə dirilərin də adını çəkib dua etmək olarmı?
    Cavab: Bəli, olar.
    Sual 860. Bir şəxs üçün dua etmək istəyirik, o günahkar olsa dua ona kifayət edərmi?
    Cavab: Bəli, onların duaya daha çox ehtiyacları vardır.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 574 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019