İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    ORUCUN HÖKMLƏRİ
    Orucun niyyəti
    Sual 861. Mübarək Ramazan ayının əvvəlində niyyət etmək kifayətdirmi?
    Cavab: Bəli, Ramazan ayının birinci gecəsində Allahın əmrinə itaət etmək üçün bu ayı oruc tuturam deyə, niyyət etsə kifayət edir, amma ehtiyat odur ki, hər gecə sabahın niyyətini də etsin.
    Sual 862. Bir şəxs mübarək Ramazan ayında bir ay oruc tutmaq üçün niyyət edir, amma ayın axırına kimi hamısını tuta bilməsə hökmü necədir?
    Cavab: Maneəsi yoxdur.
    Sual 863. İftar və oruc yemək qəsdində olmaq orucun batil olmasına səbəb ola bilərmi? Qəza və kəffarəsi vardırmı?
    Cavab: Yemək və iftar niyyətində olmaq orucun batil olmasına səbəb olmur, amma əgər oruc olmamasını niyyət etsə, onun orucu batildir və təkcə həmin günün qəzası ona vacibdir və kəffarəsi də yoxdur. Çünki, kəffarə o vaxt vacib olur ki, orucu batil edən işlərdən birinə mürtəkib olsun.
    Sual 864. Əgər bir şəxs fəcrdən əvvəl bilərəkdən oruc qəsdi etməsə və gün ərzində orucu batil edən işlərdən görməyibsə kəffarə və qəza ona vacibdirmi?
    Cavab: Əvvəlki məsələdə deyildiyi kimi təkcə qəzası ona vacibdir.
    Sual 865. Zöhrdən əvvəl isticarə orucunun niyyətini etmək olarmı?
    Cavab: Orucu batil edən işlərdən birini yerinə yetirməyibsə maneəsi yoxdur.
    Sual 866. Fəcrdən sonra möhtəlim olan bir şəxs zöhrdən əvvəl qusl edibdir və bir şey də yeməmişdirsə, isticarə orucu niyyəti edə bilərmi?
    Cavab: Əgər zöhrdən əvvəl niyyət etsə orucu səhihdir.
    Sual 867. Bir şəxs Ramazan ayından başqa aylarda oruc tutmağı qəsd etsə və sonra fikrindən dönsə və ancaq heç bir şeydə yeməsə, ikinci dəfə zöhrdən əvvəl Ramazan ayının qəza orucu niyyətini tuta bilərmi?
    Cavab: Əgər zöhrdən əvvəl niyyət etsə orucu səhihdir.
    Sual 868. Qəza orucu olduğuna ehtimal verən bir şəxs oruc tutmuşdur, niyyəti də bu olmuşdur ki, "əgər öhdəmdə qəza varsa vacibi qəza, yoxdursa müstəhəbb olsun”, belə oruc tutmaq səhihdirmi?
    Cavab: Əgər «ma fi zimmə» qəsdi etsə eybi yoxdur.
    Sual 869. Tovzihul-Məsail risaləsinin 1632-ci məsələsi ilə şəri suallara cavablar olan Camiül-məsail kitabında o həzrətdən soruşulan məsələ arasında ziddiyyət vardır. Camiul-Məsail kitabında orucu yemək niyyətində olmağı orucu batil edənlərdən bilmisiniz, Risalədə bu cür olmadığı üçün xahiş edirik bəyan edəsiniz ki, bu iki fətvadan hansı birini səhih bilirsiniz?
    Cavab: Bir az düşünməklə ziddiyyət aradan gedir. Məqsəd budur ki, oruc tutan şəxs orucu batil edən işin yerinə yetirməsini niyyət etsə, nə qədər ki, bu işi yerinə yetirməyib orucu batil olmur, amma əgər oruc tutan şəxs daha oruc olmamağı niyyət etsə, orucu batil edən bir iş görməsə də orucu batil edir.
    Sual 870. Bir Mərcəyi-Təqlid üçün ayın görünməsi və fitr bayramının olması sabit olmuşdur. Ondan bu barədə soruşanda deyir ki, mənim üçün ayın əvvəli sabit olmuşdur. Amma o, buna aid hökm vermir. Ona təqlid edən şəxs ondan aldığı məlumata əsasən iftar edə bilərmi?
    Cavab: Meyar elmin, ya xatircəmliyin hasil olmasıdır. Suala əsasən əgər elm və xatircəmlik sabit olsa, (adətən belədir) iftar etsə, bundan başqa surətdə gərək risalənin 1780-cı məsələsində qeyd olunan yollardan birinin vasitəsi ilə ayın əvvəli sübut olana qədər oruc halında qalsın.
    ORUCU BATİL EDƏN ŞEYLƏR
    Sual 871. Əgər vacibi, ya müstəhəbbi orucda səhvən batil edən işlərdən biri görülərsə orucun hökmü necədir? Ramazan və başqa oruclar arasında bir fərq varmı? Vaxtı geniş olan orucla başqa oruc arasında fərq vardırmı?
    Cavab: Səhvən batil edən işlərdən birini yerinə yetirmək heç bir orucu batil etmir və oruc da səhihdir.
    Sual 872. Ramazan ayının günlərində dişə fırça vurmağın eybi vadırmı?
    Cavab: Eybi yoxdur, amma gərək dişi fırçalayandan sonra ağızda olan su boğaza getməsin deyə, tamamilə çölə atsınlar.
    Sual 873. Boğazdan gələn bəlğəmi udmaq orucu batil edirmi?
    Cavab: Əgər ağız boşluğuna daxil olmayıbsa onu udmaq orucu batil etmir.
    Sual 874. Ramazan ayında sübh namazına 15 dəqiqə qalmış oyanan bir şəxs cənabətli olmuşdursa, bu müddət yemək və qusl etmək üçün kifayət deyilsə, onun vəzifəsi nədir?
    Cavab: Əgər yemək yeməyib oruc tuta bilərsə qusl etsin, amma yemək yeməsə oruc tuta bilməyəcəyindən və zərəri olduğundan qorxsa yemək yesin və azandan əvvəl təyəmmüm etsin.
    Sual 875. İsticari oruc tutan şəxs fəcrdən əvvəl oyanıb möhtəlim olduğunu bilsə orucu səhihdirmi?
    Cavab: Bəli, səhihdir.
    Sual 876. Ramazan ayında Quranı səhv oxumaq orucu batil edirmi?
    Cavab: Xeyr, orucu batil etmir. Ancaq səy edin Quranı düzgün oxuyun.
    Sual 877. Risalədə buyurduğunuz orucu batil edən şeylərdən biri olan qatı buxar dedikdə məqsəd hansı buxardır?
    Cavab: Tüstüyə oxşar buxardır və yaxından gözlə görünür. Qaynar halında olan samovar və onun kimi şeylərdən qalxan buxar buna aiddir. Amma hamamın içərisində olan adi buxarın maneəsi yoxur.
    Sual 878. Heç bir mötəbər kitablarda olmayan rövzə və şerləri oxumaq orucu batil edirmi?
    Cavab: Əgər uyğunluğu olsa və imamlara (ə) nisbət verilməsə batil etməz və əgər onların düzgün olmasına xatircəm olmasalar, onları nəql edən kitabın adını çəkib o kitabdan nəql etsinlər.
    Sual 879. Mən oruc tuta bilərəm, amma nəfəs almaq üçün boğaza buxar surətində çatan bir vasitədən istifadə edirəm. Mənim orucum səhihdirmi?
    Cavab: Bəli, verilən suala əsasən ondan istifadə etməkdə məcbur olduğunuz üçün orucunuz səhihdir.
    Sual 880. Bir şəxs "asma" və şiddətli nəfəs çatışmazlığı xəstəliyinə tutulmuşdur. Tibbi dərmandan istifadə edir, həmin dərman qaz srətində burun yolu ilə ağ ciyərlərinə çatır və rahatlığa səbəb olur. Bəzən gün ərzində rahat nəfəs ala bilmədiyi üçün ondan bir neçə dəfə istifadə edir. Onsuz rahatlıqla nəfəs ala bilmirsə bu halda onun orucu batil olurmu?
    Cavab: Sualda qeyd olunan şəraitdə adı çəkilən dərmanın istifadəsi zamanı ona yemək və içmək deyilməzsə orucu batil etmir.
    Sual 881. Mədənin şəklini çəkmək üçün daxil edilən cihaz orucu batil edən şeylərlə birlikdə olmasa onun mədəyə daxil olması orucu batil edirmi?
    Cavab: Batil edici deyil. Əgər o tibbi cihazı mədəyə salmaq orucu batil edən işlərə mürtəkib olma zərurətində olarsa, orucu batil edər. Məsələn, onun borusuna ağız, ya boğaz suyu yapışarsa və ağızdan xaric olandan sonra yenidən həmin rütubətlə boğaza salına.
    Sual 882. Ağız boşluğuna yığılan baş və sinə bəlğəmi ixtiyarsız boğaza gedərsə orucu batil edirmi?
    Cavab: İxtiyarsız boğaza getsə orucu batil etmir.
    Sual 883. Mübarək Ramazan ayında aşağıda qeyd olunan şəkildə musiqi çalmaq orucu batil edirmi? Qəza və kəffarəsi vardırmı?
    a) Bir sıra musiqi alətləri dilin altına qoyulub çıxarılır və yenidən ağıza aparılır. Belə ki, ağız suyunu çölə atmaq yaxud da rütubəti paklamaq üçün fürsət yoxdur.
    b) Musiqi alətlərinin başqa bir qismi isə dodağın üzərinə qoyulur və gərək ardıcıl olaraq dil toxunsun; dodaqdan götürüb yenidən dodağa qoymaq nəticəsində musiqi alətinin içərisində qalmış su hər dəfə ağzına apardıqca gəlir və onu çölə atmağa imkan olmadığı üçün çarəsizlikdən udmalıyam.
    Cavab: Ümumiyyətlə, musiqi aləti ağız suyu ilə yaş olsa və ağızdan çıxarıldıqdan sonra yenidən ağıza aparılsa və onun rütubətini udsalar oruc batil olar. Belə olan surətdə qəsdən və öz ixtiyarı ilə bu işi etsə qəza və kəffarəsi vardır. Ancaq məcburi halda bu işi görsə qəzası var, kəffarəsi yoxdur. Bəli onun rütubəti ağız suyu ilə qarışıb aradan getsə və ona xaricdən gələn rütubət deyilməsə batil deyil. Oruc səhih, qəza və kəffarə yoxdur.
    Sual 884. Ordu başçısının əmri ilə şagirdlər və musiqi kollektivi yuxarıda qeyd olunan çətinliyə məcbur olsalar vəzifələri nədir?
    Cavab: Verilən suala əsasən, səy etsinlər yenidən ağıza qayıdan suyu, ağız suyu ilə qarışdıraraq aradan elə aparsınlar ki, ona xaricdən qarışan rütubət deyilməsin. Bu halda oruc səhihdir; əks təqdirdə, kəffarəsi olmamasına baxmayaraq, qəzası vardır.
    Sual 885. Namaz əsnasında oruc tutan şəxsin ağzına başdan, ya sinədən gələn bəlğəm yığılır. Onu udsa orucu batil olar və yaxud kənara atmaq istəsə gərək namazını sındırsın, belə hallarda vəzifəsi nədir?
    Cavab: Mümkün olsa namazı sındırmadan ağızda olan bəlğəmi çölə atsın, ya ağızında saxlayıb namazı qılıb qurtarsın. İmkan olmayan surətdə, əgər o qədər vaxt ola ki, namazı sındırıb əvvəldən başlasa ən azı namazın bir rəkəti vaxtın daxilinə düşərsə, gərək namazını sındırıb ağızda olan bəlğəmi çölə atsın və sonra namazını qılsın. Amma bu miqdarda da vaxt olmasa bəlğəmi udub namazı tamamlasın və sonradan orucun qəzasını tutsun.
    Sual 886. Quranı səhv oxuduğunu bilən bir şəxsin Quran oxuması düzgündürmü? Oruc olan halda orucunun batil olmasına səbəb varmı?
    Cavab: Quranı səhv oxumaq öz-özlüyündə haram deyil, orucun batil olmasına səbəb olmaz. (Halbuki, möminlərin Quranı düzgün oxuması lazımdır) Bəli, bir şəxsin istədiyi hissələri oxumağa ümumi elmi olsa və mənası dəyişilən tərzdə oxusa və məqsədi əks məna yaratmaq və Allaha yalan nisbət vermək olsa, bu halda oxumaq haramdır və orcu da batildir. Əgər bilsə ki, Allaha yalan bağlamaq orucu batil edənlərdəndir, qəzadan əlavə ona ehtiyata görə kəffarə də vacib olar. Hətta bilsə ki, səhv oxuduğu kəlmələri bilsə, mənanın dəyişdiyi tərzdə olmasa da və qəsd etsə ki, Allah bu cür nazil etmişdir. Bu halda da oxumaq haramdır, orucun da yuxarıda qeyd olunan hökmü vardır.
    Sual 887. Dişi düzəldən və qəlib tutan zaman ağız suyunda həll olan bir növ dərmandan istifadə olunur; ağız suyu onun dadını götürürsə, oruc zamanı onun hökmünü bəyan edin.
    Cavab: O dərman ağız suyuna qarışıb aradan getsə və ona yemək deyilməsə işkalı yoxdur, baxmayaraq ki, onun dadını hiss edir.
    Sual 888. Oruc halında diş çəkdirməyin, ya qanaxmaya səbəb olan dişdə, ya diş ətində cərrahlıq işi aparmağın hökmü necədir?
    Cavab: Əgər boğaza bir şey getməsə oruc üçün zərəri yoxdur.
    Sual 889. Oruc halında dəriyə kosmetik yağlar çəkməyin hökmü necədir? Vitaminli pomada ilə başqa yağlar arasında fərq varmı?
    Cavab: Bədənin dərisinə sürtülən yağlar orucun batil olmasına səbəb olmaz, vitaminli, ya vitaminsiz pomada arasında bir fərq yoxur.
    Sual 890. Qadının (qabaq hissədən) maye imalə etməsi orucu batil edir, ya yox? Qadın bu işi (aşağıda sadalanan) qaydada: 1-Hökmü bilə-bilə, qəsdən, ya səhvən imalə etmişdirsə? 2-Hökmü bilməsə? 3-Batil etməsində şəkk etsə, qəza və kəffarəsi vardırmı?
    Cavab: Zənnimcə bu iş imalə etmək hesab olunarsa və bu işi qəsdən yerinə yetirsə, bu zaman muftir və orucunun batil olmasına səbəb olar. Amma səhvən etsə xeyr. Qəsdən batil etməklə alim, cahilin iki qismi (qasir və müqəssir) və şübhəli hal arasında heç bir fərq yoxdur. Bütün bu surətlərdə, onun üçün təkcə qəza vacibdir. Əgər qəsdən etsə, daha çox vacib ehtiyata görə kəffarə də ona vacib olar. Kəffarənin vacib olmasında hökmü bilən ilə cahil-müqəssir arasında heç bir fərq yoxdur. Bəli, nəzərimcə cahil-qasir olan qadına kəffarə vacib olmaz. Həmçinin kəffarənin vacibliyində şəkk etmək, cahili-müqəssir kimidir. Yəni onun hökmü (cahil-müqəssirin) hökmüdür. Allah alimdir.
    Sual 891. Oruc tutan şəxsə qan vurmağın işkalı vardırmı?
    Cavab: Bəli, ümumi halda gücləndirməyə səbəb olan və yemək hökmündə olan hər bir şeyi vurmağın işkalı vardır; əgər çarəsizlik üzündən vursalar orucu tuta bilərlər. Həmçinin qəzasını da tutsunlar.
    Sual 892. Sperma xaric etmək qəsdi ilə istimna etsə, amma bu işi bacarmasa orucu batildirmi?
    Cavab: Onun orucu batil deyil.
    Sual 893. Əgər bir şəxs dərman içsə, ya bilərəkdən sübhə qədər cənabətli halda qalsa və yaxud istimna etsə, lakin bu cür işlərin orucu batil etməsini bilməsə vəzifəsi nədir?
    Cavab: Gərək orucu qəza etsin, əgər cahili-müqəssirdirsə, yəni məsələni öyrənə bilərdi, amma öyrənməyib, vacibi ehtiyata görə kəffarə də sabitdir. Amma cahili qasir olsa, yəni məsələni öyrənmə imkanı olmayıbsa, kəffarəsi yoxdur.
    CƏNABƏTLİ HALDA ORUC TUTMAQ
    Sual 894. Əgər bir gecə cənabətli olan şəxs, məsələn gecə saat üçdə oyanıb boynuna cənabət quslu gəldiyini bilsə və ikinci dəfə yatıb səhər saat doqquzda oyansa qəza və kəffarəsi varmı?
    Cavab: Əgər bu niyyətlə ki, məsələn bir saatdan sonra oyanıb qusl verməyə gedəcək, səhvən oyanmasa orucu qəza etsin, kəffarəsi yoxdur. Amma etinasızlıq üzündən olubsa orucu batildir, qəza və kəffarə də vardır.
    Sual 895. Mən dini hökmləri və təbliğatı az olan bir kənddə idim. Bunun üçün şəri məsələlərdən xəbərsiz qalmışam. Təkcə namaz və orucun vacib olduğunu bilirdim, amma cənabət və qusldan məlumatım olmadığımdan bir müddət namaz və orucu qüsulsuz yerinə yetirmişəm. İndi məsələdən xəbərdar olmşam, vəzifəm nədir? Əlbəttə, cənabətli halda namaz və orucları yerinə yetirdiyimə yəqinim vardır.
    Cavab: Verilən suala əsasən məsələləri öyənməkdə təqsiriniz olmayıbsa, tutduğunuz oruclar səhih və qəzası da yoxdur. Amma cənabət halında qıldığınız namazları bilirsinizsə gərək qəza edəsiniz.
    Sual 896. Mübarək Ramazan ayında bir şəxsə qusl vacib olmuşdur, onu yerinə yetirməyə imkanı olmasa nə etməlidir?
    Cavab: Verilən suala əsasən onun vəzifəsi quslun əvəzinə təyəmmüm etməkdir və onun orucu təyəmmümlə səhihdir.
    Sual 897. Mübarək Ramazan ayında bir şəxs nəcis su ilə qusl etsə və üç gündən sonra suyun nəcis olmasını başa düşsə, bu müddətdə qıldığı namazların və tutduğu orucların hökmü necədir?
    Cavab: Orucları səhihdir, gərək qusldan sonra namazlarını qəza etsin.
    Sual 898. Mübarək Ramazan ayında qadın öz əri ilə mazaqlaşsa və sonradan özündə yaşlıq görsə vəzifəsi nədir?
    Cavab: Qeyd olunan yaşlıq spermadırsa və qadın bu əməlin spermanın gəlməsinə səbəb olmasını bilsə orucu batildir.
    Sual 899. Qadın öz əri ilə eşqbazlıq edib yatsa və özündə yaşlıq görürsə vəzifəsi nədir?
    Cavab: Qadın da kişilər kimi möhtəlim olur, amma o yaşlığın sperma olmasına yəqinlik tapmayana qədər qusl etməsi lazım deyil.
    Sual 900. Bir şəxs sübh azanından əvvəl cənabətli olmuşdur və bundan xəbəri olmadığı üçün sübh azanından sonra həmin halda Ramazan ayının qəza orucunu, ya başqa oruc niyyəti edə bilərmi?
    Cavab: Güclü rəyə əsasən bilməyərəkdən Ramazan ayının qəza orucunda cənabətli qalmaq orucun batil olmasına səbəb olar. Verilən suala əsasən, Ramazan ayının qəza orcunu niyyət edə bilməz və səhih deyil. Amma başqa oruclara zərər yetirməz və batil edən deyildir. Buna əsasən sualda qeyd olunan şəraitdə başqa orucun niyyətini tuta bilər və səhihdir.
    Sual 901. Cənabətli olan bir şəxs bilərəkdən sübh azanına kimi bu handa qalmış, yaxud cənabətli olub yuxuya getmişdir. Günortadan əvvəl isticarə orucu niyyəti edə bilərmi?
    Cavab: Verilən suala əsasən zahirən, isticarə orucunu niyyət etməyin işkalı yoxdur. Amma ehtiyatın xilafınadır.
    HEYZ VƏ HAMİLƏLİYİN QARŞISINI ALAN DƏRMANLARDAN İSTİFADƏ ETMƏK
    Sual 902. Qadın orucunu axıra qədər tutsun deyə, aylıq adətinin qarşısını alan dərmanlardan istifadə edir. Onun orucu səhihdirmi?
    Cavab: Əgər dərmanı istifadə etməklə aylıq adətini görmürsə orucu səhihdir.
    Sual 903. Mübarək Ramazan ayında hamiləliyin qarşısını alan dərmandan istifadə etməsinin hökmü nədir?
    Cavab: Əgər mühüm bir zərəri olmasa işkalı yoxdur. Bu işdə Ramazan və başqa aylar arasında heç bir fərq yoxdur.
    XƏSTƏLƏRİN VƏ ZƏİFLƏRİN ORUCU
    Sual 904. Mən sinə xəstəliyinə düçar olmuşam, bəzən dözülməz dərəcədə zəifliyə məruz qalıram. Bu halda orcumu açmağa razı olmuramsa, oruc tutsam səhihdirmi?
    Cavab: Əgər oruc tutmağınız xəstəliyin yaranmasına, ya şiddətlənməsinə səbəb olursa səhih deyil və gərək orucu iftar edəsiniz.
    Sual 905. Mən göz zəifliyi xəstəliyinə tutulmuşam, oruc tutmağa çox meyilliyəm, amma gözlərimə zərər olacağından qorxuramsa, oruc tutummu?
    Cavab: Göz üçün zərər verəcəyindən qorxan surətdə oruc tutmaq səhih deyil.
    Sual 906. Oruc tutmaqla qan azlığına və şiddətli baş ağrısına tutulan bir şəxs oruc tuta bilərmi?
    Cavab: Əgər zəiflik, qan azlığı və baş ağrısı adətən dözülməz dərəcədə olsa oruc vacib deyil.
    Sual 907. Qızım doqquz yaşına çatmışdır, amma onun üçün oruc tutmaq çətinlik yaradır və bəzən şiddətli zəifliyə düçar olur; o iftar etməlidirmi? Orucunu açarsa sonradan qəzasını yerinə yetirmək lazımdırmı?
    Cavab: Əgər oruc tutması dözülməz dərəcədə zəifliyə səbəb olarsa və onun üçün çətinlik yaradarsa oruc tutmasın, amma sonradan imkanı və qüdrəti olan surətdə qəza etsin.
    Sual 908. Həkim mənə oruc tutmağı qadağan edib və orucun mənə zərəri olduğunu bildirib. Onun dediyinə əsasən orucumu iftar etməliyəmmi?
    Cavab: Əgər zərər qorxusu olsa gərək oruc tutmayasınız.
    Sual 909. Həkim bir şəxsə oruc tutmağı qadağan etsə, onun sözünə əməl olunmalıdırmı?
    Cavab: Əgər mütəxəssis həkim olsa və onun dediyindən xatircəmlik hasil olsa onun sözü höccətdir.
    MÜSAFIRİN ORUCU
    Sual 910. Namazını qəsr qılan müsafir, qəza namazını tamam qılıb oruc tuta bilərmi?
    Cavab: Səfərdə qəza orucu tutmaq səhih deyil, amma qəza namazlarını tamam qıla bilər.
    Sual 911. Səfərdə olan bir şəxs zöhrdən əvvəl öz vətəninə çatacağını və oruc niyyəti edəcəyini qəsd etmişdir. Amma yolda olarkən səhvən bir şey yesə o günün orucunu tuta bilərmi?
    Cavab: Müşküldür.
    Sual 912. Zöhrdən əvvəl şəri məsafəyə səfər edən bir şəxs zöhrdən qabaq öz vətəninə qayıtmışdırsa, vəzifəsi nədir?
    Cavab: Əgər səfədə orucu batil edən işlərdən görməyibsə oruc niyyəti etməsi vacibdir.
    Sual 913. Səfərdən qayıdan bir şəxs zöhrdən əvvəl vətəninin tərəxxüs həddinə çatarsa, o günün orucu ona vacibdirmi?
    Cavab: Verilən suala əsasən, ehtiyat vacib odur ki, həmin günün orucunu tutsun və sonra da qəza etsin.
    Sual 914. Günah iş üçün edilən səfərdə namaz tamam qılınırsa oruc da tutulmalıdır?
    Cavab: Bəli, gərək oruc tutsun.
    Sual 915. Mübarək Ramazan ayında zöhrdən əvvəl vətənindən, ya iqamə qəsdi etdiyi yerdən hərəkət etsə, tərəxxüs həddini keçməsi zöhrdən sonraya düşərsə, o günün orucu ona vacibdir, ya xeyr?
    Cavab: Səfərə başlaması zöhrdən əvvəl olsa, tərəxxüs həddindən keçməsi zöhrdən sonra olarsa ehtiyat vacib odur ki, orucu tutsun və sonra qəzasını da yerinə yetirsin.
    Sual 916. Mübarək Ramazan ayında səfərdən qayıdan bir şəxs zöhrdən əvvəl öz vətəninin və ya on gün qalmaq istədiyi bir yerin tərəxxüs həddinə çatsa, amma zöhrdən sonra vətəninə, ya on gün qalmaq istədiyi bir yerə çatsa, oruc batil edən bir iş görməyibsə,həmin günün orucu ona vacibdir, ya yox?
    Cavab: Verilən suala əsasən, vacib ehtiyata görə oruc tutsun və sonra qəzasını da yerinə yetirsin.
    Sual 917. Mübarək Ramazan ayında müsafir olan şəxs oruc tutsun deyə tərəxxüs həddinə zöhrdən əvvəl gəlib oruc niyyəti etsə, zöhr olan kimi oradan yenidən səfərə başlasa, onun orucu səhihdir, ya xeyr?
    Cavab: Orucunun səhih olmasını istəyirsə gərək zöhrdən əvvəl vətəninə daxil olsun və zöhrdən sonra vətəndən xaric olsun. Əks halda vacib ehtiyata əsasən orucu tutub sonradan da qəza etməsi lazımdır.
    Sual 918. Həddi-tərəxxüs fasiləsində səfərdə olan şəxsin namaz və orucunun hökmü fərqlidirmi?
    Cavab: Bəli, xüsusi ilə vətəndən səfərə başlayanda; əgər vətən və tərəxxüs həddi arasında olan məsafədə namaz qılmaq istəsə namazı hökmən tamam qılmalıdır. Amma bu məsafədə, orucla iki məsələdə əvvəldə qeyd olunduğu kimi, gərək ehtiyat etsin. Amma iqamət qəsdi etdiyi yerdən səfər etsə və tərəxxüs-həddinə çatmamışdan əvvəl namaz qılmaq istəsə, vacib ehtiyata əsasən gərək namazını həm qəsr və həm də tamam qılsın. Orucunu da vacib ehtiyata əsasən gərək tutsun və qəzasını da yerinə yetirsin.
    Sual 919. Ramazan ayında ölkədən xaricə səfər edən bir şəxs gərək İran azanı vaxtı ilə iftar etsin, yoxsa getdiyi ölkənin azan vaxtı ilə? Onun namazı necədir?
    Cavab: Gərək getdiyi ölkənin azan vaxtına uyğun iftar etsin və namaz qılsın.
    Sual 920. Əgər mübarək Ramazan ayında öz vətəninə tərəf hərəkət edən bir müsafir zöhr azanı vaxtı öz vətəninə çatsa, amma vətənə daxil olub-olmamasında şəkk etsə vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən şəhərə daxil olub-olmamasında şəkk etsə və o vaxta qədər oruc batil edən bir iş görməyibsə ehtiyata əsasən oruc niyyəti edib orucu tutsun və sonradan onun qəzasını da yerinə yetirsin.
    Sual 921. Bir şəxsin Ramazan ayının qəza orucunu səfərdə tutmağı nəzir etməsi səhihdirmi?
    Cavab: Səfərdə vacib, ya nəzr oruclarının səhih olması sabit olmayıb və kifayət deyil. Ramazan ayının orucu, ya onun qəzası, kəffarə, isticarə və valideyn, ya başqaları üçün olmasının fərqi yoxdur. Bəli, bir şəxs öz vətənində olan zaman səfərdə müstəhəbbi oruc tutmağı nəzr etsə, ya müəyyən bir günü - istər səfərdə, istərsə öz vətənində olsun - müstəhəbb oruc tutmağı nəzr etsə, onun nəzri düzgündür və orucu səfərdə də tutmaq səhihdir.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 855 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024