İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    SƏFƏR VƏ QEYR-SƏFƏRDƏ ORUC TUTMAĞI NƏZR ETMƏK
    Sual 922. İnsan Ramazan ayının orucunu səfərdə tutmağı nəzr edə bilərmi?
    Cavab: Düzgün deyil.
    Sual 923. Bir şəxs Rəcəb və Şəban ayının bütün cümə günlərini oruc tutmağı nəzr edib. Qarşıya bir səfər çıxsa bu nəzrə əməl etmək vacibdirmi?
    Cavab: Əgər səfərdə olsa belə, bu günləri oruc tutmağı nəzr etsə, gərək orucu tutsun; başqa surətdə nəzr orucunun qəzası kifayətdir. Ona müxalifət kəffarəsi də gəlmir.
    Sual 924. Səfərdə müstəhəbbi oruc tutmaq olarmı?
    Cavab: Səfərdə oruc tutmağı nəzr etsə, yaxud da müəyyən bir günü - istər səfərdə ola istər vətəndə - oruc tutmağı nəzr etsə olar, qalan hallarda isə yox.
    Sual 925. Səfərdə müstəhəbbi oruc tutmağı nəzr etmək olarmı? Məsələn Müqəddəs-Məşhəd şəhərinə gedəndə, ya oraya çatandan sonra iqamət qəsdi etməmiş, müstəhəbbi orucu nəzr etsin.
    Cavab: Xeyr.
    Sual 926. Öhdəsində Ramazan ayının qəza orucu olan bir şəxs nəzr orucu tuta bilərmi?
    Cavab: Müəyyən bir günü nəzr etsə, öz oruclarının qəzasını ondan əvvəl tutmaq mümkün olsa, maneəsi yoxdur.
    İSTİCARƏ ORUCU
    Sual 927. Öhdəsində Ramazan ayının qəza orucu olan bir şəxs başqası üçün əcir tutula bilərmi? Yaxud boynundan məsuliyyət götürülsün deyə, başqa oruclardan tuta bilərmi? Atasının qəza orucunu necə?
    Cavab: Atasının qəza orucunu tuta bilər. Amma o halda əcir ola bilər ki, özünün vacib oruclarının tutmağının vaxtına imkan olsun.
    Sual 928. Həddi-büluğ olmayan uşaq oruc tutmaq üçün əcir tutula bilərmi?
    Cavab: Ehtiyatın xilafınadır.
    Sual 929. Mərhumun böyük oğlu həddi-büluğ olmayıbsa, öz atasının qəza oruclarını tuta bilərmi?
    Cavab: Əgər müməyyiz olsa (yəni yaxşını pisdən ayıra bilirsə) və orucun şərtlərinə səhih riayət etsə maneəsi yoxdur.
    Sual 930. Öhdəsində orucun kəfarəsi olan bir şəxs üçün onu ardıcıl tutmaq mümkün deyilsə, isticarə orucu tuta bilərmi?
    Cavab: Maneəsi yoxdur.
    Sual 931. İsticarə orucu tutan bir şəxs zöhrdən sonra iftar etsə kəffarəsi vardırmı?
    Cavab: Kəffarə yoxdur.
    ORUCUN QƏZA VƏ KƏFFARƏSİ
    Sual 932. Həddi-büluğun əvvəllərində məsələni bilməməzlik üzündən oruclarını yeyən şəxslərə qəzadan əlavə qəsdən iftar etdiklərinə görə kəffarə vardırmı?
    Cavab: Ümumi halda əgər məsələni bilməyiblərsə və öyrənməkdə qəflətdə olublarsa, onlara təkcə qəza vacibdir. Əgər məsələyə diqqətli olublarsa və məsələni öyrənməyə qüdrətləri olduğuna ehtimal verilirsə, etinasızlıq və səhlənkarlıq üzündən soruşub öyrənməyiblərsə, qəzadan əlavə kəffarə də onların öhdəsindədir.
    Sual 933. Qəza orucu olan bir şəxs müstəhəbbi oruc tuta bilərmi?
    Cavab: Xeyr, tuta bilməz.
    Sual 934. Öz qəza orclarını tuta bilməyən bir şəxsin hökmü nədir?
    Cavab: Hər vaxt bacarsa tutsun.
    Sual 935. Bir şəxs mübarək Ramazan ayında zöhrdən əvvəl səfərə gedəcəyini bildiyi halda hərəkət etməmişdən əvvəl sübh çağı iftar etsə (səhər yeməyi yesə), təkcə o günün orucunu tutmalıdır, ya kəffarəsi də vardır?
    Cavab: Orucu gərək qəza etsin və kəffarə də versin. İftar etməsinə ehtimal vermirdisə, bu halda təkcə qəza vacibdir.
    Sual 936. Əgər insan vacibi orucda səhvən bir şey yesə və orucunun batil olduğunu güman edib iftar etsə, qəzadan əlavə kəffarə də ona vacibdirmi?
    Cavab: Əgər cahili-müqəssir olubsa, yəni, məsələni öyrənməkdə səhlənkarlıq edibsə, sual olunan oruc Ramazan ayının orucu olduğu üçün qəza və kəffarə vacibdir.
    Sual 937. Ramazan ayının orucunu xəstəlik səbəbindən tutmayan bir şəxs onun kəffarəsinin pulunu fəqirə verə bilərmi?
    Cavab: Pul vermək kifayət etmir, amma fəqirə həmin pulla onun tərəfindən təam alıb özü üçün götürməyə icazə versə, maneəsi yoxdur. Əlbəttə gərək fəqir etibarlı adam olsun.
    Sual 938. Bir şəxs hicri-qəməri tarixi ilə on beş yaşa çatmışdır. Ona mükəlləf olduğunu başa salmışlar, lakin o inanmayıb və güman etmişdir ki, həddi-büluğ olmaq şəmsi tarixi ilə on beş yaşdır. Buna əsasən həmin ilin orucunu tutmamışdır. İndi onun vəzifəsi nədir?
    Cavab: Əgər soruşmaqda və təhqiq etməkdə səhlənkarlıq və etinasızlıq edibsə, qəzadan əlavə kəffarə də vacibdir.
    Sual 939. Öhdəsində orucun kəffarəsi olan bir şəxs atasının himayəsində yaşadığı üçün qazancı yoxdursa onu necə verməlidir?
    Cavab: Hər vaxt qüdrət tapsa versin.
    Sual 940. Ramazan ayının orucunun qəzası üçün əcir tutulan bir şəxs zöhrdən sonra orucunu açsa kəffarəsi vardırmı?
    Cavab: Xeyr, kəffarə yoxdur.
    Sual 941. Üzürlü səbəb olmadan mübarək Ramazan ayının orcunu batil edən bir şəxs kəffarə adıyla altmış fəqirə verdiyi təamın pulunu hesablayıb onlara verə bilərmi?
    Cavab: Etibar etdiyi fəqirə verə bilər. Onu (yəni fəqiri) öz tərəfindən çörək alıb istifadə etməyə vəkil etsin.
    Sual 942. Bir qız dörd il öz oruclarını tutmamışdır, başqa tərəfdən də özü üçün gərək cehiz alsın. Əgər altmış fəqirə təam vermək istəsə cəmi nə qədər verməlidir? Kəffarəni əvvəl ödəməlidir, yoxsa cehiz almağı?
    Cavab: Tutmadığı orucların qəzasını yerinə yetirsin və hər günün kəffarəsi üçün 45-kq buğda, ya o miqdarda olan buğdanın pulunu tədricən fəqirlərə çörək almaq üçün ödəsin və kəffarəni gecikdirmək etinasızlıq və diqqətsizlik qəsdi ilə olmayıbsa, maneəsi yoxdur.
    Sual 943. Seyyid olmayan bir şəxs öz orucunun kəffarəsini seyyidə verə bilərmi?
    Cavab: Müstəhəbb ehtiyatın xilafınadır, müstəhəbdir vacibi sədəqələri, o cümlədən oruca aid olan və olmayan kəffarələri seyyid olmayan şəxs, seyyidə verməsin.
    Sual 944. Kəffarədə unun, ya çörəyin və buğdanın yerinə fəqirə düyü vermək olarmı?
    Cavab: Bəli, düzgündür. Amma düyünün miqdarı gərək çəki cəhətdən buğdada lazım olan miqdar qədər olsun. Yəni bir müdd(Müdd–təqribən 750 qram, bir sir 75 qram, 10 sir 750 qram.) buğdanın yerinə bir müdd düyü versinlər.
    Sual 945. Çörəkçidən bir müdd çörək alıb orucun kəffarəsi üçün fəqirə vermək olarmı? Ya mütləq bir kiloqram olmalıdır?
    Cavab: Bəli, bir müdd (750 qram) çörək kifayət edir, amma yaxşıdır ki, bir kiloqram versin.
    Sual 946. Öz cənabət quslunu bir müddət batil yerinə yetirən bir şəxsin oruclarının hökmü necədir?
    Cavab: Orucları səhihdir, qəza və kəffarəsi yoxdur.
    Sual 947. Bir şəxs nəcis, ya müzaf su ilə qusl edib və bu kimi bir neçə gündən sonra başa düşmüşdür. Onun oruc və namazları səhihdirmi?
    Cavab: Oruc səhihdir, amma namazları batildir.
    Sual 948. Bir şəxs güman etmişdir ki, istimna etsə, ya yemək yesə bir günün oruc qəzasını yerinə yetirəcəkdir. Bu halda onun vəzifəsi nədir?
    Cavab: Əgər bu işin orucu batil etdiyini bilirdisə orucdan əlavə kəffarə də lazımdır.
    Sual 949. Ramazan ayının orucunu bilərəkdən yeyən bir şəxs həmin qayda ilə Ramazan ayının qəza orucunu da zöhrdən sonra iftar etmişdir və kəffarə vacib olduğunu bilməmişdirsə vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən Ramazan ayının orucunu bilərəkdən yediyi üçün kəffarədən əlavə onun qəzası və zöhrdən sonra yediyi Ramazan ayının orucunun qəzasının kəffarəsi də vacibdir.
    Sual 950. Xəstəlik, ya səfər kimi üzürlü səbəbdən Ramazan ayının orucunu tutmayan bir kəs gələn Ramazana kimi bu orucların qəzasını tuta bilməyəcəyini bilirsə, Ramazan ayından sonra onun fidyə və kəffarəsini verməsi səhihdirmi?
    Cavab: Xeyr, verilən suala əsasən hələlik onun öhdəsində kəffarə yoxdur. Bəlkə onun şəri vəzifəsi budur ki, sonrakı ilin Ramazanına kimi orucları qəza etsinlər və əgər o vaxta qədər etməsələr və gecikdirsələr kəffarə vermək öhdələrinə gəlir. Buna əsasən əgər ondan əvvəl ödəsələr hesablanmır və gərək təkrar olaraq ödəsinlər.
    Sual 951. Oruc vacib olmayan qoca kişi və qoca qadın gərək fidyə, yəni müdd təam versinlər. Bu şəxslər Ramazan ayından sonra fidyə versinlər ya gərək gələn ilin Ramazan ayına kimi səbr etsinlər?
    Cavab: Xeyr, səbr etmək lazım deyil. Orucu yedikləri həmin ayda və həmin gündə fidyə versinlər. Ondan əvvəl vermək səhih və düzgün deyil.
    QƏZA ORUCU
    Sual 952. Keçən və bu ildən qəza orucu olan bir şəxs hansı ilin qəzasını tutduğunu müəyyən etməlidirmi?
    Cavab: Təyin etmək lazım deyil. Öhdəsində olan orucları qəza etdiyini niyyət edə bilər.
    MÜXTƏLİF MƏSƏLƏLƏR
    Sual 953. Əgər həkimlər bir xəstənin oruc tutması haqqında müxtəlif fikirlər desələr, vəzifə nədir?
    Cavab: Gərək insan özü bir neçə gün oruc tutsun. Əgər zərəri olmasa gərək orucu davam etdirsin. Əgər zərər versə o şəxsə oruc vacib deyil, həmçinin sonrakı ilin Ramazan ayına kimi sağalsa gərək tutmadığı orucları qəza etsin, yox əgər sağalmasa qəza vacib deyil. Amma gərək hər gün üçün bir müdd, yəni on sir (buğda, düyü, ya çörək, arpa) fəqirə versin.
    AYIN GÖRÜNMƏSİ
    Sual 954. Astronomların hesablamalarına əsasən xüsusi ilə, hazırkı dövrdə dəqiq imkanları olan cihazlarla ayın əvvəli sabit olurmu?
    Cavab: Hər kəs onların dediklərindən xatircəmlik tapsa gərək ona əməl etsin.
    Sual 955. Əgər şərq ölkələrində ay görünərsə qərb ölkələri üçün bu höccətdirmi?
    Cavab: Bəli, şərq ölkələrində görünən ay qərb ölkələri üçün höccətdir və öz-özünə sabit olur. Amma qərbdə görünən ay şərq ölkələri üçün höccət deyil.
    Sual 956. Əgər İran İslam Respublikasında ay görünərsə və İranın şərqində yerləşən Əfqanıstanın bəzi yaşayış məntəqələrində (Tehran üfüqü ilə günəşin çıxıb batmasında bir saat fərq vardır) yaşayanlar üçün də ayın görünməsi sabit olurmu? Əgər sabit olmursa, indiyə qədər İran radiosu ilə yayımlanan göstərişlə iftar ediblərsə qəza və kəffarəyə, yaxud təkcə qəzaya səbəb olurmu?
    Cavab: Ümumi halda bir şəhərdə ayın əvvəli sabit olsa, o şəhərlə bir üfüqdə olan. yaxud ona yaxın olan başqa şəhərin camaatı üçün də ayın əvvəli sabitdir və həmçinin ayın əvvəli Tehranda sabit olsa Tehranın qərbində yerləşən şəhərlər üçün də höccətdir. Amma Tehranın şərqində yerləşən şəhərlər üçün höccət deyil. Əgər əksinə əməl ediblərsə, gərək öz oruclarını qəza etsinlər və əgər məsələni öyrənməkdə səhlənkarlıq ediblərsə kəffarəsi də vardır.
    Sual 957. Uzaq ölkələrdə ayın görünməsi sair ölkələr üçün kifayətdirmi?
    Cavab: Əgər yaxın üfüqdə olsalar kifayətdir.
    Sual 958. Fitr bayramının olması şübhəli olsa və Ramazan ayının 29-30 gün olması məlum olmasa, şəriət hakiminin hökmü də gec çatarsa, vəzifə nədir?
    Cavab: Ayın əvvəli Tovzihul-Məsailin 1780-cı məsələsində bəyan olduğu kimi neçə şeylə sabit olur. İnsan Ramazan ayının axırı, ya Şəvval ayının əvvəli olmasını bilməsə vacibdir oruc tutsun.
    Sual 959. İranda fitr bayramı elan olunan gün Əfqanıstan camaatı bayramı qeyd edə bilərmi? Əgər olmazsa nə üçün Tehranda bayram günü qeyd olunanda Xürrəmşəhr, Abadan və Bəndərabbas şəhərlərinin camaatı bayramı qeyd edirlər?
    Cavab: Şəriət hakiminin hökmü elan olunan şəhərdə və o şəhərlə bir üfüqdə, yaxud yaxın üfüqdə olan şəhərlər üçün kifayətdir. Həmçinin o şəhərin qərb tərəfində yerləşən şəhərlər üçün də kifayətdir. Hətta o şəhərin şərqində yerləşən şəhərlərdə yaşayan həmin şəriət hakiminin müqəllidləri üçün sabit olmur. Buna əsasən Tehranda ayın görünməsi elan olunsa Bəndərabbas, Buşehr və Abadanda ayın əvvəli sabit olur. Amma İranın şərqində, məsələn Məşhəd və Əfqanıstan kimi yerlərdə sabit olmur.
    Sual 960. Ayın hündürdə, ya alçaqda olması ikinci gecəyə dəlalət edirmi?
    Cavab: Şəri cəhətdən bu dəlil deyil.
    Sual 961. Əgər İranda ay görünsə Əfqanıstanda da ayın əvvəli sabit olur, ya xeyr?
    Cavab: Əgər ay İranda görünsə Əfqanıstan üçün sabit deyil. Bəli, əgər ay İranın şərq tərəfində görünsə İranın şərqində yerləşən şəhərlərlə bir üfüqdə, ya yaxın üfüqdə olan Əfqanıstanın qərb şəhərləri üçün sabit olur.
    Sual 962. Mötəbər bir şəxs telefon vasitəsi ilə sabah bayram günü olduğunu desə qəbuldurmu?
    Cavab: Əgər onun dediyindən xatircəmlik hasil olsa qəbuldur.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 761 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024