İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Ramazan nuru

    Ramazan nuru
    Ramazan!
    Ramazan! Allah sözünün insan düşüncəsinə süzüldüyü ay! Şəxsiyyətini yandırmışlara da haqqa dönüş imkanı verilmiş bir vaxt. Bu imkanı əldən çıxarmayasan!
    Ramazanın Qədr gecələri min aydan xeyirli sayılmış. Min ay, yəni 83 ildən uzun bir zaman! Bəli, mənasız yaşanmış ömrə dəyər vermək imkanı öz ixtiyarında.
    83 illik ömrünü mənasız keçirdinsə də, bu sayılı gecələrə diqqətli ol! Ramazan günləri, Qədr gecələrində dilini, gözünü, qulağını, əl-ayağını, cibini, süfrəni haramdan qoru. Kim bilir, bu fürsət bir də ələ düşəcək, yoxsa yox!
    Orucun tarixçəsi
    Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, günahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur. Qurani-kərim açıq-aşkar bəyan edir ki, bu ilahi əmr əvvəlki ümmətlərə də vacib olub.
    İslama qədər orucluq, yemək-içməkdən imtina və ya yeyib-içməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslində - isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani-kərimin hökmünə əsasən, orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdırılmışdır. Bu da hicri-qəməri təqvimlə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. Ramazan bayramı hicrətin 14-cü ilində (miladi 638-ci il) rəsmi şəkil almış və o zamandan müsəlmanların rəsmi bayramı elan edilmişdir.
    Ramazan ayı insanlara Allahı sevməyi öyrədir
    Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilmişdir. Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə "leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: "Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır." İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır.
    Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!
    Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: "O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.”
    Üzümüzə sonsuz rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri əhya, qiyam etmək gərəkdir. Yəni qəflət yuxusundan oyaq halda keçirmək gərəkdir. Ramazan ayının gecələrindən birində müqəddəs kitabımız olan Qurani-kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cü gecələrindən biridir.
    Özünü mələyə oxşadanların bayramı – Fitr bayramı!
    İnsanı rahatlıq dalınca çəkən nəfsin vay günləri oldu ramazan. Bir saat qidasız dayana bilməyənlər sübh azanına qalmış nəfs közünü şeytanın gözündə söndürdülər. Bir ömür Allahdan uzaq gəzənlər bu ayda özünə hakim oldu, səma əmrini yerinə yetirdi. Ayda ərşin köməyinə bax!11 ay nəfsin cilovunu çəkib-buraxanlar düz bir ay onu şahə qaldırdılar. Həm şirin, həm də acı olur ramazanın sonu. Şeytan üzərində qələbəni qeyd etmək çox şirindir.
    Amma nəfsin qəfəsdən buraxılması barədə düşündükdə qorxmaya bilmirsən. Bir ay dizin sinəsində qalmış biri ayağa qalxır! Qalxır, nə qalxır! Qalxır ki, bir ayda qazandığını bir anda əlindən alsın. Qalxır ki, dizini sinənə qoyub, beyət istəsin. Ramazanı başa vurub özünü boş buraxmayasan. Oğru cibində bir şey olanı güdür. Könlün ramazan qazancı ilə dolu. Yol verməyəsən o lənətə gəlmişə. Gəlib ki, aparsın. Gəlib ki, öz gününə salsın səni. Ramazanın səhəri üçün sənə tor qurub. Gözünə, dilinə, qulağına, əl-ayağına, könlünə naməhrəm gətirib.
    Pürrəngi çay, yanında da xurma! Bir ay bu ruhiyyədə qaldın. Süfrən haram görmədi. Məbada, ramazan keçdi deyib, ruhiyyəni dəyişəsən. Axı əcəl saatını nə mən bilirəm, nə də sən. Qapıda səs var... Yoxsa aparmağa gəlib? Kim bilir ki! Qoy gəlsin. Süfrədəki çayı, xurmanı görüb salam verəsidi.
    Fitr bayramı
    Orucluq Bayramı Fitr bayramıdır, bütün oructutanların bayramıdır. Şəvval ayının 1-də bayram edilir. Bayram günü həddi-büluğa çatmış hər bir imkanlı müsəlman özü üçün və himayəsində olan hər bir şəxs üçün təqribən 3 kq buğda qiyməti həcmində fitrə zəkatı verməlidir. Fitr bayramı - Ramazan ayının başa çatması münasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna "əl-Fitr" və ya "Siyam" bayramı da deyirlər. "Siyam" ərəbcə oruc tutmaq sözündəndir. Farsca "ruzə" deyilir. Fitr bayramı orucluq qurtaran günü, təzə Ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi ərəfəsindən, yəni Şəvval ayının daxil olması ilə başlayır. Bu zaman oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, "oruc namazın qəbul olunsun",- deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır.
    Yeməkdən sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiymətilə 3 kq buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə üzvləri bir-birinə ötürürlər. Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın.
    Qüds günü
    Hər ramazan ayının son cümə günü mərhum İmam Xomeyni tərəfindən "Qüds günü" elan edildi. Sitəmkarlara, azğınlara, işğalçılara etiraz, nifrət bildirmə günü! Sionist yəhudilərin fələstin xalqına zülm-sitəmi, dünyada mənfur işbazlığı, müharibə ssenariləri yazması, hər fitnədə barmağı olması, ən əsası qibləni – Qüdsü işğal etməsi gün kimi aydın. İnsan nə qədər insafsız olmalıdır ki, bütün bu həqiqətləri inkar etsin?! Öyrən tarixi. Tanış ol bu qövmün peyğəmbərlərə zülmü ilə. "Yəhudidən mənə nə!" - demə. Şər anasıdır bu qövm. Dünyada şər doğan bir qövm varsa, yalnız onlar. Bunu Quran bəyan edir. Vuruş onlarla!
    Vuruşa bilməsən vuruşanlara yardımçı ol! Bunu da bacarmasan lənətlə onları! Səsini çıxarmağa qorxsan qəlbində bir iş gör! Ən əsası biganə olma. Məbada vuruşanlara çəp baxıb əngəl olasan! Yəhudi xislətidir bu...
    Orucluq hər bir müsəlman üçün böyük fürsətdir
    Allah-taala bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı. Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur. Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, böyük Yaradan onu bəndələrinə vacib bilməzdi.
    Yerin ən ali varlığı olan insan dünyaya qədəm basdığı ilk gündən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki müqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilmiş peyğəmbərlər olublar. Bu ayinlərdən biri də orucluqdur. Orucluq bəşər övladının yemək, içmək və sair bu kimi gündəlik yerinə yetirdiyi bəzi şeylərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir.
    İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Bu baxımdan demək olar ki, orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Belə halda, yəni oruc tutan şəxsin bu kimi müsbət dəyərlərə, xüsusilə də bu gün ehtiyac duyduğumuz gözəl əxlaqa, mənəvi saflığa malik olduğunu görən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.
    Orucluğun ən böyük ictimai faydası
    Qeyd edək ki, on bir ayın sultanı olan bu müqəddəs ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər doğrudan da Ramazanın bəşər övladına əta etdiyi gözəlliklərdən, saleh əməllərdəndir. Orucluq insanın səbrini və iradəni sınağa çəkir. Yəni Allah bəndəsi halal olan şeylərdən müəyyən müddət ərzində imtina etməklə özündə səbir və iradə yaradır. Heç şübhə yoxdur ki, halal olan şeylərdən könüllü imtina edən insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində güclü səbrə sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır. Baxmayaraq, insanlar elmdə böyük nailiyyətlərə sahib olublar, ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir çox problemlər borulğanındadır. Həmin problemlərdən biri də dünyanın müxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət çəkməsidir. Dünyada elə imkansız insanlar var ki, onların övladları bir gecə qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların hansı hisslər keçirdiyini yaşadır. Məhz bu səbəbdən orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz (s) hədislərin birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimili olduğunu bildirib. Çünki güclü mömin həyatda daha aktiv dini və dünyəvi işləri həyata yetirməkdə daha bacarıqlıdır. Lakin zəif mömin həyatda üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ bilmir. Şübhəsiz ki, qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub saxlamaq lazımdır. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir müsəlmana sağlamlığını qorumaqda kömək edir, müxtəlif xəstəliklərdən uzaqlaşdırır. Bu isə orucluğun insanlara tibbi faydasıdır. Həqiqətən də Ramazanın, daha doğrusu, bu müqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və əvəzsizdir. Qeyd etdiyimiz kimi, oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan belə görsənir ki, insan yalnız ac, susuz qalmaq üçün oruc tutur. Amma bu heç də belə deyil. Həqiqətdə insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu günlərdə haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq üçün imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır. Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, bu növbəti aylarda da adət halına çevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub: "Ən gözəl əməlləriniz odur ki, davamiyyəti var". Şübhəsiz davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Bəziləri düşünür ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər çətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara vacib edib. Amma belələri hələ də başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, uca Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu dünyanı rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır. Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. Hətta rəvayətlər də var ki, bu dünya o birinin zəmisidir, tarlasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir. Doğrudan da həqiqi ibadət əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı mübarizə əzmində olur. Bütövlükdə İslam dini, onun insanlara vacib buyurduğu ən kiçik əməl belə, özündə bu gün bütün bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramlar əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi qüvvələr İslamla üz-üzə gəlmək niyyətindədirlər və bunu hər fürsətdə həyata keçirməyə çalışırlar. Hər bir müsəlman bəndə İslami dəyərləri yaşatmaqla, buyurulan insani keyfiyyətləri özündə ehtiva etməklə həm ölkəsində baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı yaranan təhlükəni asanlıqla dəf edə bilər.
    İslam dünyasının ən müqəddəs günü
    Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı ümumi əhalinin 90-95 faizini təşkil edir. Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan ayı nə vaxtsa sona çatır. Bu bir 1 ay müddətində imanlılar adətən niyyət edərək səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qalıraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər. Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, içkidən, yeməkdən uzaq olur. İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur. "Rəcəb Allahın, Şəban mənim, Ramazan da ümmətimin ayıdır" – buyurur Peyğəmbər (s).
    Mühüm ibadətlər hicri-qəməri təqviminə əsasən yerinə yetirilir
    Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
    Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.
    Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.
    Orucun dərəcələri
    Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»
    Category: Ramazan nuru | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 888 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024