İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » İnsan həyatında təqlidin rolu

    İnsan həyatında təqlidin rolu
    DOQQUZUNCU MƏCLİS
    NİFAQ VƏ KÜFR CƏBHƏSİ HAQQ CƏBHƏSİNƏ QARŞI
    HAQQ MEYARI ALLAHA VƏ ONUN SEÇİLMİŞLƏRİNƏ İTAƏTDİR
    Son illərdə dini müqəddəsliklərin adiləşdirilməsi, dini təəssübün aradan qaldırılması üçün bir sıra məkirli planlar həyata keçirilir. Təəssüf ki, bu qəbil proqramlar bəzi müsəlman məsullar tərəfindən də himayə olunur. Uyğun proqramları tərtib edənlər xalqa məxsus etiqad və müqəddəslikləri sual altına alır, hətta Peyğəmbər və onun əhli-beytinin (ə) məsumluğuna münasibətdə şübhə toxumu səpirlər. Ən dəhşətlisi, Quranın Allah tərəfindən olub-olmaması müzakirəyə çıxarılır. Şübhəsiz, bütün dindarlar vəzifəlidirlər ki, bu qəbil fitnə-fəsadların qarşısını almaq üçün çalışsınlar. Biz də uyğun mövzuda söhbətlər etmişik və uyğun söhbətləri davam etdirəcəyik.
    Qurani-kərimdə Allaha, peyğəmbərlərə və onların canişinlərinə itaət vacib sayılmışdır. Eyni zamanda, Quran baxımından itaət meyarı haqqa üz tutub azğınlıqdan uzaqlaşmaqdır. Bu müqəddəs amala yalnız Allah, onun peyğəmbərləri və din rəhbərlərinə itaətlə çatmaq olar. Allah haqdır, haqqa hidayət edir, onun peyğəmbərləri xalqı haqqa çağırır, onlara doğru yolu işıqlandırır. Ən layiqli yol Allaha baş əyib, azğınlıq yoluna çəkənlərdən üz çevirməkdir. Quranda oxuyuruq: "De ki, şəriklərinizdən elə biri varmı ki, haqq yolu göstərsin? De ki, Allah haqq yolu göstərir. İtaətə haqq yolu göstərən layiqdir, yoxsa yol göstərilməyincə onu tapmayan? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz? Onların çoxu yalnız gümana uyur. Güman heç vaxt həqiqətə ehtiyacı ödəmir. Bəli, Allah gördüyünüz işlərdən agahdır.”("Yunus”, 35, 36)
    "Yunus” surəsində "haqq” sözü çox işlədilmişdir. Zikr olunmuş iki ayədə uyğun söz dörd dəfə təkrarlanır. Haqqa hidayət Allaha hidayətin zəruri meyarı sayılır. Yuxarıdakı ayələrdə bildirilir ki, haqqa çağıran və hamını haqqa hidayət edən Allah itaətə daha layiqdir. Ayədə möhtac olanlara üz tutmağın nə faydası?! Həmin məqamda Allah-taala insanların ağıl və vicdanını mühakiməyə çağırır. Şübhəsiz ki, haqqa bağlı düşüncə və vicdanlar Allaha itaət yolunu seçir. Axı özü şübhə içində vurnuxanlara necə tabe olasan?!
    Digər bir nöqtə budur ki, Allaha itaət insanın hidayətində mehvər kimi tanıtdırılır. Əsas məsələ, ilahi dinlərdə maya Allaha itaətdir. Allah insanların səadəti üçün yol açmışdır. Peyğəmbərlərə və məsum din başçılarına itaət Allahın izni ilə rəsmiləşir. Allah buyurur: "Allahın əmrinə tabe olmayan heç bir peyğəmbər göndərmədim.”("Nisa”, 64)
    Digər bir ayədə Allah-taala peyğəmbərə itaəti önə çəkir: "Peyğəmbərə tabe olan, həqiqətən, Allaha tabe olmuşdur.”("Nisa”, 80)
    Allahın elçilərinə itaətin Allaha itaət olması ağıl tərəfindən təsdiqlənir. Çünki onları Allah öz yoluna hidayət etmişdir. Onlara əmr olunmuşdur ki, başqalarını da Allahın yoluna dəvət etsinlər və onlara səadət zəmini hazırlasınlar.
    MƏSUMLUQ (GÜNAHDAN UZAQLIQ) ALLAH PEYĞƏMBƏRLƏRİNİN ZATİ SƏCİYYƏSİDİR
    «Ənam» surəsində Allah-taala on səkkiz peyğəmbərin adını çəkdikdən sonra 90-cı ayədə buyurur: "Bunlar (peyğəmbərlər) Allahın doğru yol göstərdikləridir, onların doğru yolunu tutun.”
    Öncə Allah-taala buyurur ki, biz peyğəmbərləri haqqa və öz yolumuza hidayət etdik. Bəli, peyğəmbərlər tutduqları yola əmindirlər və Allah tərəfindən onlara zəmanət verilmişdir. Peyğəmbərlər insanları zənn-gümanları əsasında dəvət etmirlər. Sonra buyurulur ki, siz də onlara itaət edin, doğru yolu tutun. İşarə olunmuş ayələr peyğəmbərlərin məsumluğunu göstərir. Peyğəmbərlərin məsumluğu bizim zəruri etiqadlarımızdandır. Onların məsumluğunun fəlsəfəsi başqa ayələrdə belə açıqlanır: "Allah qeybi bilir və kimsəyə qeybdən xəbər vermir. Yalnız peyğəmbərliyə bəyənib seçdiyi istisnadır. Onun (peyğəmbər) üçün qarşıdan və arxadan nəzarətçilər qoyacaq. Bilsin ki, (peyğəmbərlər) Rəblərinin əmrini çatdırmışlar. Onlarda olandan tam xəbərdardır, hər şeyi saymışdır.”("Cin”, 26, 28)
    Özünü müsəlman sayan bəzi ziyalınümalar peyğəmbərlərin məsumluğunu inkar edir, deyirlər ki, peyğəmbərlər də vəhyi başqaları kimi anlayırlar və səhvə yol verə bilərlər. Onlar öz danışıqlarında, məqalələrində, kitablarında müsəlmanların müqəddəsliklərini və etiqadlarını şübhə altına alırlar. Əslində bu iş dini zərurətlərin inkarıdır. Təəssüf ki, bu qəbil hərəkətlər hətta müsəlman məsullar tərəfindən himayə olunur!
    ŞEYTANIN AZĞINLARA BƏLƏDÇİLİYİ
    Haqqa dəvət edən və Allah tərəfindən seçilmiş peyğəmbərlərə qarşı şeytanlar və şeytansifətlər fəaliyyətdədir. Allah-taala ciddi şəkildə insanları şeytan və şeytansifətlərə itaətdən çəkinməyə çağırır. Çünki onlar ağıl və fitrətin ziddinə hərəkət edirlər. Özü haqq yoldan çıxmış belələri başqalarını da azdırır, bədbəxtliyə sürükləyirlər. Qəlblərdə nifaq və küfr toxumu səpən bu zümrə şeytana itaətdədir. Onlar şeytanların dostu cərgəsində dayanır. Belələrinin qəlbinə şeytan hakimdir və onların cilovu şeytanın əlindədir. Quran buyurur: "O (şeytan) yalnız onu sevən və onun rəhbərliyini qəbul edən kəslərə hakimdir.”("Nəhl”, 100)
    Allah peyğəmbərlərinə vəhy nazil edir, onlara doğru yolu, səadət yolunu göstərir. Onları xalqı doğru yola dəvət etmək üçün seçir. Şeytan da öz dostlarına və ardıcıllarına təlqin edir, onları azdırır. Onlara başqalarını azdırmaq yolunu öyrədən də şeytandır. Quranda oxuyuruq: "Həqiqətən, şeytanlar gizlində öz dostlarının qulağına pıçıldayırlar ki, sizinlə düşmənçilik etsinlər. Əgər onlara itaət etsəniz, şübhəsiz, siz də müşriksiniz.”("Ənam”, 121)
    Şeytan öz ardıcıllarına onların bilmədikləri üsulları öyrədir. Şeytandan ilham alanlar həmin üsullarla haqqa qarşı mübarizəyə qalxır, peyğəmbər məktəbilə vuruşur, möminlərin qəlbinə şəkk-şübhə toxumu səpir. Buna görə də Quran möminlərə xəbərdarlıq edir ki, şeytanın ardıcıllarından özlərini qorusunlar, onlarla oturub-durmasınlar. Çünki onların məqsədi ətrafdakıları azdırmaqdır və bu işdə zəif əqidəli insanlardan yapışırlar. Bəli, bəziləri öz dini inancını müdafiə etməkdə acizdir. Belələri çox tez təsir altına düşür, imanlarını əldən verir. Şübhəsiz ki, şeytan həqiqi alimlərin və haqq yolu tanıyanların sorağınca getmir. Yaxşı bilir ki, onları azdıra bilməz. Bəli, şeytanın hədəfi şəkk-şübhələrdən yaxa qurtarmağı bacarmayanlardır. Quranda belələrinə xitabən buyurulur: "Allah bu kitabda sizə nazil etmişdir ki, onun ayələrinin inkar olunduğunu, məsxərəyə qoyulduğunu eşitdikdə onlarla əyləşməyəsiniz. Belə ki, söhbətlərini dəyişsinlər. Yoxsa siz də onlar kimi olarsınız. Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaq.”(Nisa”, 140)
    YENİLİKÇİLƏRİN VƏ MÜNAFİQLƏRİN AZDIRICI TƏBLİĞATINA QURBAN GEDƏN GƏNCLƏR
    Münafiqlər və biganələrlə əyləşənlər onların təsiri altına düşürlər. Belələri zahirən müsəlman kimi tanınsalar da, qəlbləri nifaqa bulaşmışdır. Münafiqlər və din düşmənlərilə mübahisəyə girmək istəyən şəxs öncə öz etiqad əsaslarını möhkəmləndirməli, yetərincə dini maarifə yiyələnməlidir. Söhbət zamanı mübahisə üsullarını bilmək, dəlillərə malik olmaq lazımdır. Yalnız bu yolla etiqadların müdafiəsinə qalxmaq olar. Güləş fəndlərilə tanış olmayan insan peşəkar güləşçi ilə meydana çıxa bilməz. Əgər meydana çıxsa ilk addımda məğlub olar. Dini etiqadlar haqqında xülasə məlumata malik olanlar da şübhələri cavablandırmaq imkanında deyillər. Onlar dini etiqadlarla bağlı suallarla rastlaşdıqda istər-istəməz təsir altına düşür, sonda imanlarını əldən verirlər.
    Münafiqlər və fitnəkar biganələr etiqadlı insanlar qarşısında dayanmaq gücündə deyillər. Bu səbəbdən də onlar dini biliklərə malik insanlara yox, bu sahədə biliyi zəif olan gənclərə üz tuturlar. Gənclərin düşüncəsinə demokratiya, azadlıq şüarları ilə hakim olurlar. Gənclərə deyirlər ki, siz sözləri dinləyin və onun yaxşısını seçin! Biz də bu qəbil azadlığın tərəfdarıyıq. Amma peşəkar şeytansifətin təcrübəsiz gənclərlə üzbəüz əyləşməsi yolverilməzdir. Peşəkar şeytansifətlər aldadıcı fəndlərə yiyələnmişlər və lazımınca biliyi olmayanları tovlamaq onlar üçün çətin deyil. Dünyanın şeytansifətlərini iyirmi ildir ki, mübahisəyə çağırırıq. Hər dəfə bir bəhanə ilə bu mübahisədən qaçırlar. Onlar yaxşı bilirlər ki, İslam alimləri ilə üzbəüz oturmaq gücündə deyillər. Bu səbəbdən də alimlərdən yayınıb gənclərə üz tuturlar.
    HAQQA ARDICILLIĞIN VƏ PUÇ QƏRB DÜŞÜNCƏSİNƏ ARXA ÇEVİRMƏYİN ZƏRURİLİYİ
    Elmi Allahdan öyrənmiş, insanları doğru yola hidayət edə biləcək peyğəmbərlərə itaət etmək yaxşıdır, yoxsa danışıq və rəftarı ziddiyyətlə dolu azğınlara? İnsan kimi dinləməlidir? Aşkar möcüzə və ayələrlə gəlmiş peyğəmbərləri, yoxsa azğın nəfs istəyi əsasında danışanları? Tarix boyu bəşəriyyət 124 min peyğəmbərlə ünsiyyətdə olmuşdur. Onlar eyni yola çağırmış, eyni sözü demişlər. Bu ilahi elçilərə inanaq, yoxsa sözünün əvvəli ilə axırı düz gəlməyənlərə? İslam düşmənlərinin danışığına diqqət yetirsək, onların iki cümləsinin bir-birinə uyğun gəlmədiyini görərik. Ondan soruşanda ki, dünən dediyin nə idi, bu gün dediyin nə? Cavab verir ki, dünən dediyim dünənə aid idi, bu gün dediyim bu günə! Guya hər şey dəyişir və insan gündə bir söz danışmalıdır! Bir yazıçıdan soruşurlar ki, bu gün danışdıqların doqquz il bundan qabaq danışdığınla uyğun gəlmir, bunun səbəbi nədir? Cavab verir ki, mən doqquz il bundan qabaq ölmüşdüm, indi dirilmişəm! Belələri üçün əqidə dəyişikliyi su içmək kimi asandır.
    Peyğəmbərlərin və onların ardıcıllarının məntiqi budur ki, yolumuz Allah yoludur, dediklərimiz ağıl və fitrətə uyğundur. İnsanları öz ardlarınca çağıran biganələr isə yeni söz danışmaqla öyünür və xalqın rəğbətini dəlil göstərirlər! Məgər əksəriyyətin rəğbəti haqlılıq göstəricisidir?! Belə bir məntiq Allahın məntiqi ilə uyğun deyil. Allah peyğəmbərə buyurur: "Əgər yer əhlinə tabe olsan, onlar səni Allahın yolundan azdıracaq. Onlar yalnız zənn-gümana uyur, boş və əsassız danışırlar.”("Ənam”, 116) Yuxarıdakı ayədə peyğəmbərə xitab olunsa da, Allah bütün bəşəriyyətə müraciət edir. Burada "qızıma deyirəm, gəlinim eşitsin” məsəli yada düşür.
    Allah bizi əksəriyyətə itaətdən çəkindirir. Çünki xalqın əksəriyyəti əsaslı bilikdən məhrumdur. Onlar haqqı batildən seçmək gücündə deyillər və elmi dəlilləri yoxdur. Əksəriyyət zənn-güman əsasında danışır, nəfs meyillərinə əsaslanır. Haqq yolu tapmaq istəyən haqq yolda olana müraciət etməli, dəlillərə malik olmalıdır. Havadan danışanların ardınca gedənlər, sözsüz ki, yolunu azasıdır. Din düşmənləri gözəl və aldadıcı danışmaqla əksəriyyətin ağlını oğurlayır, dini etiqadlara münasibətdə şəkk-şübhə yaradırlar. Bu işin uzun tarixi var. Tarix boyu din düşmənləri olmuş və eyni üsulla hərəkət etmişlər.
    Yenilik deyəndə elmi araşdırmlar sayəsində kəşf olunmuş həqiqət nəzərdə tutulur. Bu qəbil yeniliklərin elmi əsasları olur. Amma cəhaləti dirçəltmək, min illər təkrarlanmış sözləri təzə libasda meydana çıxarmaq yenilik deyil. Onlar deyirlər ki, təcrübədə sübuta yetirilməyən bir şey qəbul olunmur. Məgər bu təzə sözdürmü?! Bu sözü bir vaxt Bəni-İsrail söyləmişdi. Onlar həzrət Musaya dedilər: "Ey Musa, əgər Allahı aşkara görməsək heç vaxt ona iman gətirmərik.”("Bəqərə”, 55) Bir sözün təzə olması da onun həqiqət olduğunu göstərmir. Dünyada bir çox yeni nəzəriyyələr əsassız olub və ayaq açan kimi də meydanı tərk edib. Əqli və elmi dəlillərə malik olan, ehtiyaclara cavab verən nəzəriyyə həqiqi nəzəriyyədir. İstənilən bir nəzəriyyənin ya dəlilləri olmalıdır, ya da bu nəzəriyyə Allah tərəfindən təsdiqlənməlidir. Allahın təsdiqlədiyi istənilən bir baxış mötəbərdir.
    Bəli, insanın qarşısında iki yol var: Allah yolu və şeytan yolu. Allah bizə əmr edir ki, onun yolunu tutaq. Bizlər peyğəmbər və məsumların yolu ilə gedib haqqa yaxınlaşmalıyıq. Belə etsək fitri istəklərimiz və xoşbəxtliyimiz təmin olunar. Allah-taala eyni zamanda şeytana itaətdən çəkindirir. Çünki şeytanın yolu batildir və cəhənnəmə aparır.
    QURAN VƏ ƏHZAB SAVAŞININ İBRƏTLƏRİ
    İslam peyğəmbəri və digər peyğəmbərlərə itaəti zəruri sayan ayələrlə yanaşı onları nümunə kimi tanıtdıran ayələr mövcuddur. Ayədə buyurulur: "Şübhəsiz, sizin üçün Allahın rəsulunda nümunə, yaxşı öyüd var.”("Əhzab”, 21)
    Təfsirçilər və tarixçilər bildirirlər ki, "Əhzab” surəsi Ühüd savaşından sonrakı Əhzab savaşı ilə bağlı nazil olmuşdur. Ühüd savaşı müsəlmanların zahiri məğlubiyyəti ilə sonuclandı. Müsəlmanlara ağır zərbə dəydi. Peyğəmbərin yaxınlarından bir hissəsi şəhid oldu, bir hissəsi yaralandı. Həzrət Peyğəmbərin dişi sındı, Əmirəl-möminin yaralandı. Bu məğlubiyyət münafiqləri daha da həvəsləndirdi. Onlara elə gəlirdi ki, artıq İslamın süqut anı çatıb. Digər bir tərəfdən, özünü qalib görən müşriklər müsəlmanlara son zərbəni vurmağa çalışırdılar. Onlar Peyğəmbərlə bağladıqları müqaviləni nəzərə almadan savaşa qalxdılar. Həmən vaxt müşriklər, yəhudilər və münafiqlərdən ibarət düşmən üçbucağı yarandı. Onlar eyni bir məqsəd ətrafında birləşdilər.
    ÜHÜD SAVAŞINDAN SONRA PEYĞƏMBƏRƏ TƏKLİF
    Ühüd savaşından sonra müsəlmanların ruhdan düşdüyünü görən müşriklər peyğəmbərə sülh təklif etdilər. Onlar öz başçılarından Əbu Süfyan, Əkrəmə ibn Əbu Cəhl, Əbul Əvər Səlmini Mədinəyə göndərdilər. Onlar Mədinədə münafiqlərin rəisi Abdullah ibn Ubəyin evinə gəldilər. Sonra ev sahibi və başqa iki münafiqlə birlikdə peyğəmbərin görüşünə getdilər. Onlar dedilər: "Bizim aramızdakı düşmənçiliyin sonu hər iki tərəf üçün ziyandır. Gəlmişik ki, düşmənçiliyə son qoyaq, sülh müqaviləsi bağlayaq. Qərarımız dinc-yanaşı yaşamaqdır. Sizin bizimlə, bütlərimiz Lat, Üzza, Mənatla işiniz olmasın, biz də sizin əqidələrinizə toxunmayaq. Biz dost olmaq, get-gəl etmək, ticarət qurmaq istəyirik. Gəlin bir-birimizin əqidəsinə toxunmayaq, hərə öz dininə itaət etsin.” Həzrət Peyğəmbər bu təklifi qətiyyətlə rədd etdi.
    Bir qədər diqqətlə nəzər salsaq görərik ki, müşriklərin həmin vaxtkı təklifləri bugünkü plüralizm, tolerantlıq şüarlarına çox bənzəyir. Bu gün də hərənin dini özü üçün şüarı verilir. Müşriklər yaxşı bilirdilər ki, peyğəmbər onların təklifilə razılaşsa, sülh müqaviləsi imzalansa, müşriklər tədricən sadəlövh müsəlmanları yoldan çıxara biləcək. Onlar bu yolla İslamı süquta uğratmaq istəyirdilər. Allah buyurdu: "Yalançılara tabe olma. Onlar səndən mülayimlik istəyirlər ki, mülayimlik göstərsinlər.”("Qələm”, 8,9)
    Zahirən müsəlmanlığı qəbul etmiş münafiqlər də müşriklərlə gizli rabitədə idilər. Onlar da müşriklərlə sazişə tərəfdarlıqlarını bildirirdilər. Deyirdilər: "Ətrafımızı düşmən tutub, müşriklər və yəhudilər əl-ələ verib. Əgər bu düşmənlərlə sülhə getməsək, inadkarlıq göstərsək, onlar bizi məhv edəcəklər.” Amma Allah-taala öz peyğəmbərinə göstəriş verdi ki, onların təkliflərini rədd etsin: "Ey peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə tabe olma. Həqiqətən, Allah bilən və hikmət sahibidir.”("Əhzab”, 1)
    XƏNDƏK SAVAŞINDA MÜNAFİQLƏRİN FİTNƏKARLIĞI
    Peyğəmbər (s) müşriklərin sülh təklifini qətiyyətlə rədd etdi. Onu bu işdən Allah çəkindirdi. Müşriklər qərara gəldilər ki, müsəlmanlara son zərbəni vursunlar. İslamla tarixi düşmənçiliyi olanlar özlərinə həmfikir toplamağa başladılar. Onlar ərəb tayfalarına, yəhudilərə üz tutdular. Bütün bu güclər bir yerə toplandı və İslamı aradan qaldırmaq qərara alındı. Müxtəlif firqələrdən təşkil olunmuş bu qüvvə Əhzab adlanırdı. ("Əhzab” firqələr mənasını bildirir.)
    Müşriklərdən və yəhudilərdən təşkil olunmuş Əhzab müsəlmanlarla savaş üçün hərbi hazırlığa başladı. Onlar çox böyük bir qoşun səfərbər edib Mədinəyə göndərdilər. Həzrət Peyğəmbər (s) də səfərbərlik apardı, müdafiə hazırlığı gördü. Salman Farsinin təklifi ilə şəhər ətrafında xəndəklər qazıldı. Bu xəndəklər düşmənin nüfuzuna mane olmalı idi. Müsəlmanlar xəndəkləri qazmaq üçün çox əziyyət çəkdilər. Aclıqdan əziyyət çəkən müsəlmanlar qarınlarına daş bağılayıb işi dayandırmırdılar. Peyğəmbər onları fədakarlığa səsləyir, qələbə vəd edirdi. Peyğəmbər (s) vəd edirdi ki, bütün Ərəbistan fəth olunası, İran və Rum diz çökəsidir. Münafiqlər peyğəmbərin sözlərini məsxərəyə qoyurdular. Düşünürdülər ki, qarınlarını doyura bilməyənlər İran və Rumu məğlub etmək fikrindədirlər!
    Münafiqlər müsəlmanları qorxudur, Əhzab ordusunun gücündən danışırdılar. İmanı zəif olanlar təsir altına düşüb işdən soyuyurdular. Amma həqiqi möminlər düşmənə müqavimət göstərməkdə əzmli idilər. Onlar Əhzab qoşununu gördükdə "peyğəmbərin vədi gerçəkləşdi” söylədilər. Onlar tezliklə qələbə qazanacaqlarına ümidvar idilər. Onlar nəinki qorxmadılar, hətta imanları artdı. Ölüb-öldürməyə hazırlıqlarını bildirdilər. Allah-taala onların iman və möhkəmliyi haqqında buyurur: "Möminlər həmin qoşunları görüb dedilər: "Budur Allahın və onun peyğəmbərinin vəd etdiyi. Allah və Onun peyğəmbəri düz dedi. Onların yalnız iman və itaəti artdı!”("Əhzab”, 22)
    Nəhayət, müşriklərin və onların ətrafındakıların qoşunu Mədinəyə yaxınlaşdı, amma xəndək onların nüfuzuna mane oldu. Onlar iyirmi gündən çox Mədinə ətrafında qaldılar. Qüreyş başçıları düşündülər ki, burada qalmaq ziyanadır və hücum etmək lazımdır. Nəhayət, Əmr ibn Əbduvəd adlı döyüşçü xəndəyi keçib meydana mübariz çağırdı. Bu şəxs Əli ibn Əbu Talibin zərbəsilə dünyasını dəyişdi. Beləcə müsəlmanlar qalib gəldilər.
    PEYĞƏMBƏRİN ALLAH TƏRƏFİNDƏN NÜMUNƏ TANITDIRILMASI
    Peyğəmbər (s) müşriklərin sülh təklifini qəbul etmədi. Həzrət bütün varlığı ilə şirk qarşısında dayanıb müqavimət göstərdi. Nəhayət, müsəlmanlar qəti qələbə qazandılar. Allah-taala "Əhzab” surəsinin 21-ci ayəsində peyğəmbəri nümunə kimi tanıtdırdı. Peyğəmbərin nümunə olaraq üç xüsusiyyəti qeyd olunurdu:
    1.Allaha ümidvarlıq; çünki insan Allaha ümidvarlıq, sonsuz qüdrətə sığınma sayəsində vəzifələrini mətanətlə icra edir, heç bir amil onu öz yolundan döndərə bilmir.
    2. Axirətə ümidvarlıq; axirətə inanan insan nəfs istəkləri və şeytani istəklərlə mübarizə aparır, işin sonunu düşünərək günahdan çəkinir, əbədi səadətə çatmaq məqsədilə Allahın onun öhdəsinə qoyduğu vəzifələri yerinə yetirir. Digər bir tərəfdən, Allah yolunda mübarizəni səadət sayan insan heç bir təhlükədən qorxmur. O əbədi səadət və Allahın görüşünə çatmaq üçün canından keçməyə hazırdır. O başa düşür ki, bu yolu gedən insan zahirdə məğlub olsa da, əslində qalibdir. Çünki o Allahın razılığını qazanmış, əbədi səadətə çatmışdır.
    3. Allahı çox yada salması; Allahı çox zikr edən insan qəlbini çirkablardan və zülmətlərdən təmizləyir, Allahla rabitə sayəsində aramlıq tapır. Allah zikri insanın qəlbini, rəftarını və düşüncəsini ali məqsədlərə yönəldir.
    İşarə ediləsi nöqtələrdən biri budur ki, bizim bugünkü vəziyyətimiz ilkin İslam dövründəki vəziyyətə çox bənzəyir. Əgər həmin vaxt yəhudilər və müşriklər müsəlmanları mühasirəyə almışdısa, bu gün də dünya imperializmi və Amerika islami məmləkətimizi mühasirəyə almışdır. Onların məqsədi müsəlmanların diz çökməsidir. Amerika İranın bütün sərhədyanı ölkələrində öz mövqelərini gücləndirmişdir. Bir çox müsəlman ölkələr nəinki Amerika, hətta sionist rejimi ilə də diplomatik rabitə saxlayır. Onlarla İsrail arasında hərbi müqavilə də var. Amma son dövrdə bir sıra dəyişikliklər müşahidə olunmaqdadır. Məsələn, Türkiyədə hakimiyyətə gəlmiş İslam firqəsi orada kök atmış laik (dinsiz) dövlətçilik ənənələrilə mübarizə aparır. İslam firqəsinin hakimiyyətə gəldiyi seçkilər son illərdə vahid partiyanın qələbəsilə başa çatmış yeganə seçki idi. Hər halda bütün müsəlmanlar kafirlərin və münafiqlərin qurğularına diqqətli olmalıdırlar.
    KÜFR VƏ ŞİRK QARŞISINDA HƏZRƏT İBRAHİM NÜMUNƏSİ
    "Üsvə” (nümunə) sözünün işləndiyi surələrdən biri də "Mumtəhinə” surəsidir. Həmin surədə həzrət İbrahim möminlərə nümunə kimi tanıtdırılır. Bu surə də "Əhzab” surəsi kimi ibrətamiz dərslərlə zəngindir. Surədə küfr və nifaqla mübarizə üçün bir sıra göstərişlər verilir. Həqiqət axtaranlar bu iki surəni, onların təfsirini və surələrlə bağlı rəvayətləri oxusalar yaxşı olar. "Mumtəhinə” surəsinin başlanğıcında möminlər Allah düşmənləri ilə rabitə qurmaqdan çəkindirilir. Bildirilir ki, onlar sizin məhəbbətinizdən sui-istifadə edib İslam cəmiyyəti üçün təhlükə yaradarlar. Möminlərə tövsiyə olunur ki, bütün varlıqları ilə Allah düşmənlərinə müqavimət göstərsinlər. Surənin ilk ayəsində buyurulur ki, Allahınızın və özünüzün düşmənlərinizi dost tutmayın. Surənin üçüncü ayəsində buyurulur ki, İbrahim və onunla olanlar yaxşı bir nümunədir. İbrahim öz qövmünə dedi: "Mən sizdən və Allahın əvəzinə pərəstiş etdiklərinizdən zara gəlmişəm...” Həzrət İbrahim və onun azsaylı ardıcılları Nəmrud və onun bütpərəst qövmü qarşısında dayandılar. Onlar az olsalar da qorxmadılar. Bu səbəbdən də möminlərə nümunə kimi tanıtdırılırlar. Nəmrudun böyük imkanları vardı. Amma İbrahim qorxudulası bir şəxs deyildi. Nəmrudun var-dövləti, gücü, çoxsaylı ətrafı İbrahimi sazişə sövq edə bilmədi. Biz də bu işdə İbrahimə iqtida etməli, bizi düşmənlərlə sülhə çağıranlara rədd cavabı verməliyik. Heç nədən qorxmamalıyıq. Bizim Allahımız var. Əgər sabitqədəmliyimiz olsa, qələbəyə çatasıyıq.
    Həzrət İbrahim əmisinin bütpərəstlikdən əl çəkmədiyini görüb ondan ümidini üzdü. Allah buyurur ki, İbrahimin atası (əmisi Azər) üçün istədiyi bağışlanma ona verdiyi vəddən başqa bir şey deyildi.("Tövbə”, 114)

    KÜFR CƏBHƏSİNƏ MÜQAVİMƏTİN ZƏRURİLİYİ
    Peyğəmbərə, haqqa itaətdə, düşmənə müqavimətdə, fitnəkarlara qarşı mübarizədə ardıcıllıq lazımdır. Görürüksə ki, düşmən bizi mühasirəyə alıb, süstləşməməli, Allahın yardımına ümid bağlamalı və şəhadət şərbətini içməyə hazır olmalıyıq. Peyğəmbərlərin həqiqi ardıcılları belə olmuşlar. Quranda buyurulur: "Onlardan bəziləri şəhadətə çatdılar, bəziləri intizardadırlar...”("Əhzab”, 23)
    Əgər düşmənin güclü olduğunu, texnoloji tərəqqiyə çatdığını görürüksə qorxmalı yox, Allaha sığınmalıyıq. Nə qədər zəif olsaq da, Allaha sığınmaq sayəsində düşmənə qalib gələ bilərik. Allah mömin bəndələrini böhranlı vəziyyətdə tənha buraxmır. Allah Bədr döyüşündə kafirlərin və müşriklərin ordusunu dağıtdığı kimi, bu gün də öz qüdrətini nümayiş etdirə bilər.(Ali-İmran”, 123)
    Biz aşiq və mömin könüllülərin fədakarlığı sayəsində çox zəif texniki imkanlara malik olmağımıza baxmayaraq, düşmənin (Səddamın) hərbi maşınını sındırdıq, Allahın qüdrətilə onları ölkəmizdən çıxardıq. Allaha iman və təvəkküllə meydana qədəm qoysaq qalib gələsiyik. Bu yolda qalib gəlməyimizin şəhid olmağımızdan fərqi yoxdur. Əsas məsələ əbədi səadətə, qurtuluşa nail olmaqdır. Quranda buyurulur: "De ki, biz yalnız Allahın yazdığına çatasıyıq, Odur bizim hamimiz. Möminlər yalnız Allaha təvəkkül etməlidir. De ki, bizim üçün iki yaxşılıqdan başqa bir şeymi gözləyirsiniz?!”("Tövbə”, 51, 52)
    Biz Allaha təvəkkül, Peyğəmbər və onun əhli-beytinə (ə) təvəssüllə ruhiyyə və imanımızı gücləndirməliyik. Əmin olmalıyıq ki, Allahın istək və iradəsi dəyişməzdir. Əsas məsələ dərin inanmağımızdır! Peyğəmbər və övliyaların yolunu izləyərək düşmənlərə müqavimət göstərməliyik. Son damla qanımızadək onlarla vuruşmalıyıq. Düşüncəmizdə qəddar düşmənlə sülh təkliflərinə yer verməməliyik. Bütün bunlar boş şüardan başqa bir şey deyil. Bilməliyik ki, düşmən heç vaxt haqla vuruşdan əl çəkəsi deyil. Buna görə də son imamımız həzrət Mehdi (əc.) silahlı qiyam qaldırasıdır!
    «Dünya sülh tərəfdarıdır» deyənlər Fələstinə baş çəksinlər. Məzlum fələstinlilərin sülhsevər dünyadan nə çəkdiyini görsünlər. Onlara azca da olsa haqq vermək istəyirlərmi? İnsan haqları, Amerika demokratiyasına tərəfdarlıq adı altında məzlum millətin başına mərmi yağdırır, hətta qadınlara və uşaqlara rəhm etmirlər. Onlar hətta ərzaq anbarlarına, əkin sahələrinə od vurub yandırırlar. Belələri insan qanına susamışlardır. Nə vaxtadək bu şeytanlara aldanacaq, onlara təslim olmaq barədə düşünəcəyik? İndi də İrana hücumdan dəm vururlar. Hansı ölkəyə hakim olarlarsa, orada Əfqanıstan və İraq təcrübəsi təkrarlanacaq. Əgər ölüm labüddürsə, gəlin Allahımız və əqidəmiz yolunda ölək! Əfqanıstan və İraqdan sonra növbə İran, Suriya, Ərəbistanındır. Dini təlimlər və tarixi təcrübə göstərir ki, yeganə doğru yol müsəlmanların öz istiqlaliyyətini qorumaq üçün çalışması, sabitqədəm olması, son qələbə və ilahi yardıma ümidvarlığıdır!.
    Category: İnsan həyatında təqlidin rolu | Added by: Islam_Kitabxanasi (2011-09-08)
    Views: 679 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024