İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    KİŞİNİN UŞAQLARA BAXMASI
    Məsələ 34: Əgər uşaq oğlan olarsa, onun bədəninə baxmaq müməyyiz olduğu vaxtdan əvvəl işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın. Amma müməyyiz həddinə çatdıqdan sonra, ehtiyat-vacibə görə, onun övrəteyninə baxmaq caiz deyildir.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqkı məsələlərdən istifadə etməklə.
    İmam: "Təhrir", "nikah", məsələ: 24; "Tovzihul-məsail", məsələ: 2436.
    Təbrizi və Xamenei: İstifta
    Sistani: "Minhacus-salehin", məsələ: 12; "Tovzihul-məsail", məsələ: 2445.
    Fazil: "Tovzihul-məsail", məsələ: 2405.
    Bəhcət: Hətta həddi-büluğa çatmayan müməyyiz oğlan uşağının övrəteyninə baxmaq haramdır, hətta ləzzət qəsdi olmasa belə.
    "Tovzihul-məsail", 1938 və 1943-cü məsələlərdən istifadə etməklə.
    * NƏTİCƏDƏ:
    Atalar ehtiyatlı olmalı və bilməlidirlər ki, hamamlarda, yaxud başqa yerlərdə özlərinin müməyyiz olan övladlarının övrətinə baxmasınlar.
    Məsələ (Sual) 35: Müməyyiz yaşı hansı yaşdır?
    Cavab: Kişi ilə qadının öz aralarında başa düşdüyü şeyləri onlar da başa düşdüyü həddə deyilir.
    İmam: İstifta
    Bəhcət, Sistani və Məkarim: Uşağın, kişi və qadının arasında baş verən işlərin yaxşı və pis olduğunu dərk etdiyi yaş həddidir.
    Bəhcət və Fazil: Uşağın yaxşı və pisi bir-birindən ayırd etdiyi yaş həddidir.
    Bəhcət: "Tovzihul-məsail", 1938-ci məsələdən istifadə etməklə.
    Fazil: İstifta.
    Sistani və Məkarim: Uşağın həddi-büluğa çatmadığı, lakin yaxşı ilə pisi ayırd etdiyi yaşdır və ehtimal verilir ki, onun naməhrəmə baxması şəhvətin təhrik olunmasına səbəb olsun.
    Sistani: "Tovzihul-məsail", 2444-cü məsələdən istifadə etməklə.
    Məkarim: "Tovzihul-məsail", 2082-ci məsələdən istifadə etməklə.
    Məsələ 36: Əgər uşaq insana məhrəm olan qız olarsa, məsə¬lən insanın öz qızı, bacısı, qardaşının qızı, bacı¬sının qızı və s. müməyyizlik həddindən qabaq onun bədəninə baxmağın işkalı yoxdur, amma ondan sonra, ehtiyat-vacibə görə, onun övrəteyninə baxmaq olmaz.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqkılardan istifadə etməklə.
    Fazil: "Tovzihul-məsail", məsələ: 2504.
    Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 12; "Tovzihul-məsail", məsələ: 2445.
    Bəhcət, Təbrizi: Həddi-büluğdan qabaq müməyyiz qızın övrəteyninə baxmaq hətta ləzzət qəsdi olmadan belə, haramdır.
    Bəhcət: "Tovzihul-məsail", 1938 və 1943-cü məsələlərdən istifadə etməklə.
    Təbrizi: İstifta.
    Xamenei: Hətta müməyyiz və məhrəm olan qız uşağı¬nın da övrəteyninə baxmaq caiz deyildir. Baxmayaraq ki, ləzzət və reybə qəsdi olmadıqda müməyyizlik yaşından əvvəl ona baxmağın işkalı yoxdur. İstifta
    Məsələ 37: Əgər qız insana naməhrəm olan müməyyiz həd¬dində olarsa, ehtiyat-vacibə görə, kişi qızların adə¬tən örtükləri yerlərə baxmamalıdır.
    İmam: "Tovzihul-məsail", məsələ: 2433 və 2436; "Təhrir", "nikah", məsələ: 25, nəzər məsələsi.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 2081.
    Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil:
    Sual: Həddi-büluğa çatmayan qız uşağının bədəninə baxmaq "Tovzihul-məsail"in 2447-ci məsələsində reybə olmadığı təqdirdə caiz hesab olunmuşdur, lakin həmin risalənin 578-ci səhifəsində yalnız adətən örtülməyən yerlərə baxmaq caiz hesab edilmişdir. Bunlardan hansı səhihdir və hansına əməl olunmalıdır?
    "Təhrirul-vəsilə"nin "nikah" kitabına baxın.
    İzah: Bu məsələdə Xamenei ilə İmam Xomeyninin nəzərində heç bir fərq yoxdur.
    Bəhcət: Ehtiyat-vacibə görə kişinin, doqquz yaşı tamam olmayan, lakin yaxşı ilə pisi ayırd edə bilən (müməyyiz) qız uşağının saçına və bədəninə baxması caiz deyildir, baxmayaraq ki, ləzzət qəsdi yoxdur.
    "Tovzihul-məsail", məsələ: 1932.
    Təbrizi: Zərurət halı istisna olunmaqla, müməyyiz uşağın övrəteyninə baxmaq caiz deyildir. İstifta.
    Xamenei: Kişinin naməhrəm qız uşağının bədəninə baxması həddi-büluğa çatmayıncaya qədər ləzzət və reybə üzündən olmadıqda, işkalı yoxdur. Əlbəttə, övrəteyn istisna olunur ki, müməyyizlik həddində ona baxma caiz deyildir. İstifta.
    Sistani: Həddi-büluğa çatmayan qızın bədəninə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur. (Övrəteynin hökmü istisna olunur ki, onun hökmü yuxarıda deyildi.) Baxmayaraq ki, ehtiyat-müstəhəbbə görə yaxşı olar ki, qızların adətən adi paltarların vasitəsilə örtdükləri yerlərə baxılmasın.
    "Minhacus-salehin", "nikah", məsələ: 23.
    Fazil: Həddi-büluğa çatmayan qızın bədəninə və saçlarına baxmaq əgər ləzzət qəsdilə olmazsa və insanın şəhvətini təhrik etməzsə, eləcə də ona baxmağın vasitəsilə insanın harama düşəcəyindən qorxusu olmazsa, eybi yoxdur.
    "Tovzihul-məsail", məsələ: 1932.
    * NƏTİCƏDƏ:
    Naməhrəm olan həddi-büluğa çatmamış qız uşağının saçlarına, əlinə, dizə qədər ayaqlarına, boynuna və üzünə baxmağın bu şərtlə işkalı yoxdur ki, ləzzət və reybə qəsdi olmasın.
    Məsələ (Sual) 38: Onların bədəninin başqa yerlə¬rinə, o cümlədən bud, qarın, övrəteyn, sinə və sair kimi yerlərə baxmaq ehtiyat vacibə görə caiz deyildir.
    İmam: "Tovzihul-məsail", məsələ: 2433 və 2436; "Təhrir", "nikah", məsələ: 25.
    Fazil: İstifta
    Məkarim: "Tovzihul-məsail"in 2-81-ci məsələsindən istifadə etməklə.
    Bəhcət, Xamenei və Sistani:
    Bəhcət: Müməyyiz qızın bədəninə baxmaq ehtiyat-vacibə görə, caiz deyildir, amma onun övrəteyninə baxmaq haramdır.
    "Tovzihul-məsail", məsələ: 1943–1948 və 1932-ci məsələlərdən istifadə etməklə.
    Xamenei: Övrəteynə, müməyyizlik həddə olduqda baxmaq caiz deyildir və onun bədəninə baxmaq həddi-büluğa çatmazdan qabaq ləzzət və reybə qəsdi olmazsa, işkalı yoxdur. İstifta.
    Sistani: Ehtiyat-müstəhəbbə görə, yaxşı olar ki, müməyyiz qız uşağının bədəninə baxılmasın, lakin onun övrəteyninə baxmaq ehtiyat-vacibə görə, caiz deyildir.
    "Minhacus-salehin", "nikah", məsələ: 12 və 23; "Tovzihul-məsail", məsələ: 2545-dən istifadə etməklə.
    QADININ BAXMASI
    QADININ BAŞQA QADINLARA BAXMASI
    Məsələ 39: Qadınlar övrəteyn istisna olmaqla, digər qadınların bədəninin hər bir yerinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.
    İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 28; "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq istifadə edilməklə.
    İmam: "Tovzihul-məsail", məsələ: 2436.
    Bəhcət: "Tovzihul-məsail", məsələ: 1940.
    Təbrizi: "Tovzihul-məsail", 2445 və 2447-ci məsələlərdən istifadə etməklə.
    Xamenei: İstifta
    Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 12.
    Fazil: "Tovzihul-məsail", məsələ: 2506.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 2085.
    * NƏTİCƏDƏ:
    Hamamlarda, hovuzlarda (baseynlərdə), idman salonlarında, airobika, dərzi salonlarında və s. kimi yerlərdə qadın başqa qadının bədəninə, yaxud da onun üzünə və əllərinə ləzzət qəsdi ilə baxsa, yaxud fəsada düşmək qorxusu olsa, onun bu cür baxışı caiz deyildir, istər baxan şəxs o qadını tanısın, istərsə də tanı¬masın, istər o qadın cavan olsun, istərsə də qoca, istər gözəl olsun, istərsə də çirkin.
    İmam, Xamenei, Sistani, Fazil: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    İmam: "Tovzihul-məsail", məsələ: 2438.
    Məsələ (Sual) 40: Qadınların övrəteyninə baxmaq başqa qadınlar üçün də haramdır, yalnız zərurət halı istisna olunur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqkı.
    İmam: "Tovzihul-məsail", məsələ: 2436.
    Bəhcət: "Tovzihul-məsail", 1938 və 1942-ci məsələlərdən istifadə etməklə.
    Təbrizi: "Tovzihul-məsail", 2445-ci məsələdən istifadə etməklə.
    Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", 2445 və 2450-ci məsələlərdən istifadə etməklə; "Minhacus-salehin", "nikah", məsələ: 12 və 20.
    * NƏTİCƏDƏ:
    Uşaqlığın yollarının bağlanmasında istifadə olunan aparatlardan istifadə etmək, kanalların bağlanması və s. kimi əməllərdən istifadə olunması hamiləliyin qarşısını almaq məqsədi ilə olduqda və övrətə baxmağa səbəb olarsa, haramdır. Yalnız zərurət məqamı istisna olunur. Hamiləliyin özünün qarşısını almaq, əgər başqasının insanın övrətinə nəzər salmasına səbəb olmayacaqsa, işkalı yoxdur. Bu şərtlə ki, bu iş qadını əbədi olaraq sonsuz etməsin və istədiyi hər vaxt hamilə ola bilsin.
    Məsələn: Bir qadının həyat yoldaşı həkim olsa və bu üslublarından istifadə etməklə həyat yoldaşının hamiləliyinin qarşısını ala bilsə, işkalı yoxdur.
    Diqqət:
    Hamiləliyin qarşısının alınması əgər haram işə səbəb olmazsa, eybi yoxdur, əgər haram işə səbəb oarsa, caiz deyildir və diqqət yetirmək lazımdır ki, hamiləliyin qarşısının alınma üslublardan bəziləri aşağıda qeyd olunan üç haram işə gətirib çıxarır ki, sonrakı bölmələrdə qeyd olunacaqdır:
    1-Zərurət məqamından başqa hallarda qadının başqa qadının övrətinə baxmasına səbəb olmaq.
    2-Zərurət məqamından başqa hallarda həkim üçün övrəti açmaq (örpək bölməsində qeyd olunacaqdır).
    3-Zərurət məqamından başqa hallarda övrətə toxunmaq (təmaslar bölməsində qeyd olunacaqdır).
    Məsələ (Sual) 41: Salam, siz AY-YU-Dİ-dən istifadə etməyin caiz olması ilə əlaqədar cavabınızda belə qeyd etmisiniz: "Əgər bu cihazdan istifadə etmək (Ay-Yu-Di) haram toxunmağa, yaxud nəzərə səbəb olarsa, caiz deyildir. Buyurun görək qadının bətninə AY-YU-Dİ qoymaq həkimlə əlaqədar işlərdən sayılırmı və həkim, yaxud qadın maması və zərurət halında kişi həkimi bu əməli yerinə yetirə bilərmi? Necə ki, sair xəstəliklərdə adi qaydadır, yaxud bu məsələ həkimlərdən qeyrisinə aid olan işlərdəndirmi, belə ki, yalnız ərinin vasitəsilə bu cihaz qoyula bilər?
    Cavab: Bu əməlin özü əgər uşağın saldırılmasına, yaxud ananın sonsuz olmasına səbəb olmazsa, işkalı yoxdur və toxunmaq və nəzər etməyin haramlığı da öz hökmündə qalır, bu barədə heç bir zərurət yoxdur, çünki digər yollarla hamiləliyin qarşısını almaq olar.
    İmam: İstifta
    Bəhcət: "Tovzihul-məsail", müxətəlif məsələlərin 11-cisindən istifadə etməklə.
    Təbrizi: "Siratun-nəcat", 873 və 874-cü suallardan istifadə etməklə.
    Fazil: "Cameul-məsail", 2-ci cild, 1037-ci sualdan istifadə etməklə.
    Xamenei, Sistani və Məkarim:
    Xamenei: Bu əməlin öz-özlüyündə işkalı yoxdur və toxunmağın və nəzər etməyin haramlığı öz qüvvəsində qalır və bu barədə heç bir zərurət yoxdur. Çünki başqa yollarla hamiləliyin qarşısını almaq olar. İstifta.
    Sistani: Caizdir ki, qadın hamiləliyin qarşısını alan AY-YU-Dİ cihazından və başqa şeylərdən, mühüm zərəri olmayacağı təqdirdə, istifadə etsin. Lakin bu cihazın qoyulması, onun bədəninə və toxunulması caiz olmayan müəyyən bir hissəsinə baxmağı və ya toxunmağı lazım tutmamalıdır. Buna əsasən caiz deyildir ki, ərdən başqası bu işi yerinə yetirsin, yalnız zərurət halı istisna olunur. Məsələn: Qadının hamilə olması zərərli olarsa, yaxud adətən dözüləsi mümkün olmayan məşəqqətə və ağrıya səbəb olarsa. Başqa yollarla müyəssər olmazsa, yaxud o yollar zərər, yaxud çətinliyə səbəb olarsa. Bu, o haldadadır ki, həmin dəstgahın nütfəni bağlandıqdan sonra onu siqt etməsi (aradan aparması) məlum olmazsa, əks halda, ehtiyata əsasən bu iş tərk olunmalıdır
    "Tovzihul-məsail", əlavələrdə 71-ci məsələ.
    Məkarim: Əgər zərurət olsa, həkim müalicəsinin sair hallarının hökmünə malikdir. İstifta.
    QADININ MƏHRƏM KİŞİLƏRƏ BAXMASI
    Məsələ 42: Qadın, övrəteyn istisna olmaqla özünə məhrəm olan kişilərin bədəninə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdilə olmasın (həyat yoldaşı bundan istisna olunur ki, onda heç bir şərt yoxdur).
    İmam və Fazil: "Ürvə", "sətr və satir", 1-ci məsəblədən qabaq, "nikah", məsələ: 32.
    Bəhcət: "Tovzihul-məsail", məsələ: 1939.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 2446.
    Xamenei: İstifta
    Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 13; "Tovzihul-məsail", məsələ: 2446.
    Fazil: "Tovzihul-məsail", məsələ: 2505.
    Məkarim: Bir-birinə məhrəm olan kişi və qadın (bacı və qardaş kimi) bir-birinin bədəninə məhrəm arasında adi olan miqdarda baxa bilərlər. Bundan qeyri hallarda ehtiyat budur ki, baxmasınlar.
    "Tovzihul-məsail", məsələ: 2082; "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq, "nikah", məsələ: 32.
    * NƏTİCƏDƏ:
    Ləzzət və reybə qəsdilə məhrəmlərin, o cümlədən kürəkən, oğul, qardaş, qardaş oğlu və sairənin bədəninin hər bir yerinə baxmaq caiz deyildir və bu işdən ictinab olunmalıdır.
    Məsələ 43: Örtüyün üstündən övrəteynin həcminə baxmaq öz ardınca fəsad gətirməzsə, baxış da ləzzət məqsədi daşımazsa, işkalı yoxdur.
    İmam, Təbrizi, Sistani, Xamenei, Fazil: İstifta
    Bəhcət: Əgər naməhrəmi təhrik edib həyəcanlandır¬mazsa, işkalı yoxdur. İstiftadan istifadə etməklə.
    Məkarim: Əgər həcmi tamamilə aşkar olsa, ehtiyat-vacib ona baxışı tərk etməkdir. İstifta.
    QADININ NAMƏHRƏMƏ KİŞİLƏRƏ BAXIŞI
    Məsələ 44: Qadının naməhrəm kişilərin bədəninə baxması üzü, əlləri və kişilərin adətən örtmədiyi miq¬dar istisna olunmaqla, digər yerlərinə baxmaq haramdır.
    İmam: "Ürvə", "nikah", 31-ci məsələdən istifadə etməklə; "Təhrir", "nikah", məsələ 19; "Tovzihul-məsail", 2433-cü məsələ; İstifta
    Xamenei: İstifta
    Məkarim: "Tovzihul-məsail", məsələ: 2080.
    Bəhcət: Qadının naməhrəm kişinin bədəninə baxması ehtiyat-vacibə görə haramdır. Amma qadının naməhrəm kişinin bədəninin bəzi yerlərinə – başı kimi əksər hallarda görünən yerlərə baxmasının caizliyi işkallı deyildir, amma əgər bu baxış məsiyətə səbəb olarsa, bu istisnadır. "Tovzihul-məsail", məsələ: 1933.
    Təbrizi: Qadınların naməhrəm kişilərin bədəninə – kişilərin adətən örtmədikləri hissələrə, o cümlədən baş, boyun, əllər baxması ləzzət məqsədilə olmazsa, eybi yoxdur. Ehtiyata əsasən ondan qeyri yerlərə baxılmasın, hətta ləzzət məqsədi ilə olmasa da belə. "Minhacus-salehin", "nikah" kitabı.
    Sistani: Qadının naməhrəm kişinin bədəninə şəhvət və harama düşmək qorxusu ilə olduğu halda baxması haramdır, hətta ehtiyat-vacibə görə gərək bunlarsız da baxmasın, yalnız bədənin adətən kişilər tərəfindən örtülməyən hissəsi, o cümlədən, baş, əllər, ayağın saqı (dizdən aşağı) istisna olunur ki, qadın bunlara şəhvətsiz və harama düşmə qorxusu olmadan baxsa, işkalı yoxdur. "Tovzihul-məsail", məsələ: 2442.
    Fazil: Qadının naməhrəm kişinin bədəninə baxması – üzü və əlləri istisna olmaqla – haramdır.
    "Ürvə", "nikah", məsələ: 31; "Tovzihul-məsail", məsələ: 2501.
    * NƏTİCƏDƏ:
    Naməhrəm kişilərin başının saçı, üzü, biləyə qədər əlləri, çıxıntıya qədər ayaqları və boynuna baxmağın qadınlar üçün işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. Həmçinin qadınlar kişilərin kifayət qədər örtüyü olmadığı idman yarışlarında üzgüçülük, güləş, ağırlıq qaldırma, futbol və sair kimi yerlərdə, idman salonlarına gedə bilməzlər.
    Məsələ 45: Münasib olmayan paltar geydikləri halda naməhrəm kişilərin biləklərinə, yaxud sinələrinə, yaxud digər yerlərinə baxmaq – belə ki, qısa qollu paltar geymiş olsalar, yaxud öz yaxalarını açıq qoysalar, yaxud bədəni göstərən nazik paltar geyinsələr və s. (kişilər adətən belə şeylər geyinir – hətta əgər (bu baxış) ləzzət və reybə qəsdi olmazsa, haramdır.
    İmam, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbəsindən istifadə etməklə.
    Bəhcət: Ehtiyat-vacibə görə caiz deyildir.
    "Tovzihul-məsail", 1933-cü məsələdən istifadə etməklə.
    Məsələ (Sual) 46: Bəzi mömin kişilər məktəblərdə, yaxud başqa yerlərdə müsəlman qadınlara dərs verir və təbii olaraq kişi dərsi lövhədə yazmaq məcburiyyətində qalır, qadınlar da adət üzrə ustadın üzünə və əllərinə baxırlar. Əlbəttə, ləzzət və reybə qəsdi olmadan. Onların belə baxışları caizdirmi?
    Cavab: Kişilərin adət üzrə örtmədikləri yerlərə, o cümlədən üzünə, əllərinə və başqa yerlərinə ləzzət və reybə qəsdi olmadan baxmalarının işkalı yoxdur.
    İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", 51-ci məsələdən istifadə etməklə.
    İmam: "Təhrir", "nikah", 19-cu məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2433; İstifta
    Təbrizi, Xamenei, Sistani: İstifta
    Sistani: "Tovzihul-məsail", 2442-ci məsələdən istifadə etməklə.
    Bəhcət: Qadının naməhrəm kişinin bədəninə bax¬ması ehtiyat-vacibə görə haramdır. Amma qadının naməh¬rəm kişinin əksər hallarda açıq olan bədən yerlərinə, o cüm¬lədən baş, bunun və s. baxmasının caizliyi müm¬¬kündür, amma bu cür baxmaq məsiyətə səbəb olsa, caiz deyildir.
    Məsələ 47: Qadınların naməhrəm kişilərin bədəninin həcminə paltar altından baxmaları, əgər öz ardınca fəsad gətirməzsə, ləzzət və reybə qəsdi olmazsa, işkalı yoxdur.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta
    Məsələ (Sual) 48: Qadınlar ləzzət qəsdi olmadan iynə vurdurmaq, yaxud digər həkim işlərini yerinə yetirmək üçün naməhrəm kişinin bədəninə baxa bilərmi?
    Cavab: Zərurət məqamı istisna olmaqla caiz deyildir.
    İmam, Təbrizi, Fazil və Məkarim: "Ürvə", "nikah", 35-ci məsələdən istifadə etməklə.
    Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", 2442-ci məsələdən istifadə etməklə.
    Bəhcət: Ehtiyat-vacibə görə zərurət məqamından başqa caiz deyildir. "Tovzihul-məsail", 1933 və 1942-ci məsələlərdən istifadə etməklə.
    Məsələ 49: Naməhrəmin bədəninə baxmaq, hətta üzünə və əllərinə ləzzət qəsdilə, yaxud fəsada düşmək qorxusu olduğu halda haramdır.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sitr və satir", 1-ci məsələdən qabaq.
    Xamenei: İstifta
    Bəhcət: "Tovzihul-məsail", 1932-ci məsələdən istifadə etməklə.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 2442.
    Sistani: "Tovzihul-məsail", məsələ: 2442.
    Fazil: "Tovzihul-məsail", məsələ: 2501.
    * Diqqət:
    Naməhrəm kişilərin bədəninə baxmağın caiz olma¬ması ilə kişinin örtüyünün vacib olması arasında heç bir səbəbiyyət (qarşılıqlı bağlılıq) yoxdur: yəni kişi¬lərin öz bədənini örtməsi vacib olmasa da, amma qadın¬ların baxmamaları vacibdir.
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 628 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019