İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    Paltar və zinət əşyalarının hökmləri
    Kişi üçün haram olan paltarlar və əşyalar
    Məsələ (Sual) 78: Kişilər üçün xalis ipəkdən hazır¬lanmış paltar geyinmək haramdır, hətta araqçın, yaxud şalvarın ipi olsa belə, istər onu görən bir şəxs olsun, istərsə də yox, əgər görən varsa, kişi olsun, yaxud qadın, istər məhrəm olsun, istərsə də naməhrəm.
    İmam və Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, 6-cı şərt.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 842.
    Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", məsələ: 842; "Minhacus-salihin", namaz qılanın paltarı, 6-cı şərt.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 763.
    Bəhcət: Kişilər üçün xalis ipək paltar geymək ha¬ram¬dır, lakin araqçın, yaxud şalvarın bağı, yaxud corab kimi təklikdə övrəti örtə bilməyən şeylər qəbilindən olsa və xalis ipək olsa, əzhər nəzərə görə onunla namaz səhihdir, amma ehtiyat etmək bunun xilafınadır.
    "Tovzihul-məsail", məsələ: 703.
    İzah: Bu təbir müstəhəb ehtiyat mənasındadır. Nəti¬cədə bu müctehidin nəzərinə görə ehtiyat-müstəhəb əsa¬sın¬da kişilər namaz vaxtlarında araqçın, corab və s. kimi xalis ipəkdən olan şeylərdən istifadə etməməli¬dir¬lər.
    Fazil: Kişilər üçün xalis ipək geymək haramdır, həmçinin ehtiyat-vacibə görə araqçın, şalvarın bağı və s. kimi təklikdə övrəteyni örtə bilməyən şeylər qəbilin¬dən olanlar, əgər xalis ipəkdən olsa, caiz deyildir.
    "Tovzihul-məsail", məsələ: 843.
    Məsələ 79: Əgər paltarın astarının yarısı, yaxud ha¬mısı xalis ipəkdən olarsa, kişilər üçün onun geyi¬nil¬məsi caiz deyildir.
    İmam, Fazil, Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 27.
    İmam: "Tovzihul-məsail", məsələ: 835.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 843.
    Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", məsələ: 843; "Minhacus-salihin", "namaz qalının paltarının şərtləri", 6-cı şərt.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 763.
    Bəhcət: Əgər paltarın hamısının, yaxud bir miqdarının astarı xalis ipəkdən olarsa, onun kişilər üçün geyilməsi işkalsız deyildir (ehtiyat-vacib)."
    "Tovzihul-məsail", məsələ: 704.
    Məsələ 80: Kişilər üçün ipək paltar geymək haramdır, hətta üst paltar olmasa da, misal üçün alt paltar.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Məsələ 81: Əgər paltarda ipəkdən olan qaytanlar olar¬sa, yaxud ipəkdən olan etiket olarsa, onun geyilmə¬sinin işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ: 26.
    Bəhcət: Əgər ipək xalis olmazsa, işkalı yoxdur.
    Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.
    Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.
    Məsələ 82: Cibdə olan dəsmal kimi ipəkdən olan şeylərin insanın üstündə olmasının işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə" "namaz qılanın paltarının şərtləri", məsələ: 26.
    Bəhcət: "Tovzihul-məsail", məsələ: 705.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 845.
    Sistani: "Tovzihul-məsail", məsələ: 845; "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.
    Fazil: "Tovzihul-məsail", məsələ: 847.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 865.
    Məsələ 83: Əgər paltarın cinsi ipək və başqa şeylərə qarışmış olsa, bu halda xalis ipək ona deyilə bilməzsə, geyilməsinin işkalı yoxdur, amma əgər o qədər çox olsa ki, ona xalis ipək deyilə bilsə, onun geyilməsi caiz deyildir.
    İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.
    Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", məsələ: 530.
    Məsələ 84: Əgər insan paltarının ipəkdən, yoxsa baş¬qa bir şeydən olmasında şəkk edərsə, onun geyilmə¬si¬nin işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 36.
    Bəhcət, Xamenei: İstifta
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 844; "Siratun-nəcat", Sual: 1191.
    Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", məsələ: 531.
    Fazil: "Tovzihul-məsail", məsələ: 846.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 764.
    Məsələ 85: İpək sap ilə tikilmiş paltarı geyməyin işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 26-cı məsələdən istifadə etməklə.
    Bəhcət: Əzhər nəzər caiz olmasıdır.
    Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərt.
    Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 6-cı şərtdən istifadə etməklə.
    Məsələ 86: Qızıl ilə zinət vermək, yaxud qızıl to¬xun¬muş paltar geyinmək kişilər üçün haramdır, istər aş¬kar olsun, istərsə də gizli, namaz da onunla batildir. Bu¬na əsasən əgər kişi, misal üçün boynuna qızıl sep as¬mış olsa, görünməsə də belə, bu iş haramdır.
    İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt, məsələ: 24.
    İmam: "Tovzihul-məsail", məsələ: 831.
    Bəhcət: "Tovzihul-məsail", məsələ: 701-702.
    Təbrizi: Qızıl şey geymək hər cür olursa-olsun, caiz deyildir və ümumi şəkildə qızıl ilə zinətlənmək "qızıl paltar geyinmişdir"-deyilə bilməzsə, eybi yoxdur.
    "Minhacus-salihin", məsələ: 5282.
    Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", məsələ: 839; "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt, "Məkasibi-mühərrəmə" məsələ:37.
    Fazil: "Tovzihul-məsail", məsələ: 839.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 760.
    Məsələ 87: Kişilər üçün qızıl cinsindən olan hər növ zinət caiz deyildir, istər aşkar olsun, istərsə də gizli.
    İmam, Fazil və Məkarim: "Ürvə" "namaz qılanın paltarının şərtləri", məsələ: 21.
    İmam: "Tovzihul-məsail", məsələ: 832.
    Bəhcət: "Tovzihul-məsail", məsələ: 702.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 840.
    Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", 842-ci məsələdən istifadə etməklə; "Minhacus-salihin", namaz qılanın paltarının şərtləri", məsələ: 528; "Məkasibi-mühərrəmə", məsələ: 37.
    Fazil: "Tovzihul-məsail", məsələ: 840; "Camiul-məsail", 1-ci cild, Sual: 254.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 761.
    * NƏTİCƏDƏ: Ələ qızıl üzük taxmaq, boyuna qızıl sep salmaq, hətta paltar altında olub, görünməsə də belə, yaxud saat və düymə kimi, yaxud qızıldan olan hər hansı bir zinət kişilər üçün caiz deyildir.
    Məsələ 88: Ehtiyat-vacibə görə kişilər gərək qızıl eynəkdən də istifadə etməsinlər.
    İmam: "Tovzihul-məsail", məsələ: 832.
    Fazil: "Tovzihul-məsail", məsələ: 840.
    Məkarim: "Tovzihul-məsail", məsələ: 761.
    Bəhcət, Təbrizi və Sistani: Kişi üçün qızıl eynək¬dən istifadə etmək haramdır.
    Bəhcət: İstifta.
    Təbrizi: "Tovzihul-məsail", məsələ: 840.
    Sistani: "Tovzihul-məsail", məsələ: 840; "Məkasibi-mühərrəmə", 37-ci məsələdən istifadə etməklə.
    Məsələ 89: Ağ qızıl sarı qızılın hökmünə malik de¬yil¬dir və kişilərin ondan istifadə etməsinin işkalı yox¬dur, amma əgər o elə sarı qızıldan ibarət olsa və rən¬gi dəyişilmiş olsa, bu başqa.
    İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", 50, 51, 52 və 54-cü suallardan istifadə etməklə.
    Təbrizi, Sistani və Məkarim: Qızıl istər ağ olsun, istərsə də sarı, yaxud qırmızı, kişilər üçün haramdır. Halal olan şey isə "platin" adlı digər bir filizdir. Qızılın rənginin bir-birindən fərqli olmasının səbəbi budur ki, bəzən onu mis, bəzən bürünc, bəzən də gümüşlə qarışdırırlar.
    Sistani və Məkarim: İstifta.
    Təbrizi: "Siratun-nəcat", 1192-ci sualdan istifadə etməklə.
    Bəhcət: Əgər ona qızıl deyilirsə, caiz deyildir, la¬kin platinin işkalı yoxdur. İstifta.
    Xamenei: Əgər ağ qızıl elə həmin sarı qızıl olub, müəy¬yən bir maddə qatılmaqla ağ rəngli olursa, ondan isti¬fadə edilməsi kişilər üçün haramdır. Lakin əgər pla¬tindirsə, yaxud qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə azdırsa, eybi yoxdur.
    İstifta.
    Fazil: Əgər ağ qızıl, qızıl ünvanına malik olarsa və həm də sarı qızılın cinsindən olarsa, kişilər üçün ondan istifadə etmək caiz deyildir.
    "Camiul-məsail", 256 və 969-cu suallardan istifadə etməklə.
    Məsələ 90: Qızıl suyu ilə zinət vermək qızıl ünvanı ona aid edilməzsə, işkalı yoxdur.
    İmam və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.
    Bəhcət: İstifta
    Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.
    Xamenei: Kişilər üçün qızıl suyu ilə zinət verməyin işkalı yoxdur, hətta ürfdə ona qızıl deyilsə də belə.
    İstifta.
    Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərtdən istifadə etməklə.
    Fazil: Əgər yanız qızılın rənginə malik olarsa, ki¬şi¬lər üçün onunla zinətlənməyin işkalı yoxdur. Amma əgər onun üzərində qızıl qatı olarsa, caiz deyildir.
    İstifta.
    Məsələ 91: Əgər bir şey sarı qızıl və başqa bir filizlə qarışmış olarsa, bu halda əgər sarı qızıl onda itib aradan getmiş olsa və ona sarı qızıl adı deyilə bilməzsə, onlar sarı qızıl hökmünə malik deyil.
    İmam: İstifta 2-ci cild, 13-14-cü suallardan istifadə etməklə.
    Bəhcət və Sistani: İstifta
    Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.
    Fazil: Qızıl və qızıldan başqa şeylərin qarı¬şı¬ğından olan hər bir şeyin geyilməsi kişilər üçün caiz deyildir.
    "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.
    Məsələ 92: Əgər kişi bir şeyin qızıldan olub-olma¬dığında şəkk etsə, ondan istifadə etməyin onun üçün işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 21.
    İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", Sual: 54.
    Xamenei və Sistani: İstifta
    Bəhcət: Əgər qızıl adı verilsə, caiz deyildir.
    İstifta.
    Məsələ (Sual) 93: Əgər kişi öz həyat yoldaşı üçün qızıl üzük, yaxud qızıl saat alsa və yoxlamaq üçün, yaxud qoruyub saxlamaq üçün öz əlinə bağlasa, namazda və sair kimi yerlərdə hökmü nədir?
    Bəhcət: Caiz deyildir və namaz batildir. İstifta.
    Xamenei: Hər bir halda, əgər "qızıl şey geymişdir" deyilsə, haramdır. İstifta.
    Məsələ (Sual) 94: Bir nəfər öz həyat yoldaşı üçün qızıl üzük alıb və ölçüsünü yoxlamaq üçün əlinə salır. Həmin miqdar ələ keçirmək də haramdırmı?
    Xamenei: Bu məsələnin cavabı əvvəlki sualdan aydın oldu.
    KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ
    Diqqət:
    Bu bölmənin bütün hökmlərindən həyat yoldaşı istisna olunur.
    Məsələ 95: Kişilər öz övrəteynini başqa kişilər¬dən, həmçinin öz məhrəmlərindən örtməlidirlər. Onla¬rın bədənlərinin başqa yerlərini örtmək vacib deyil¬dir.
    İmam və Fazil: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Təbrizi və Xamenei: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", 19-cu məsələdən istifadə etməklə.
    Bəhcət: Amma əgər başqalarının harama düşməyinə kö¬mək olarsa, bədənin başqa yerlərini örtmək vacib olur.
    İstifta.
    Məkarim: Kişilər öz bədənlərini məhrəmlərinin müqa¬bilində çılpaq edə bilməzlər, yalnız o miqdar istisna olunur ki, məhrəmlər qarşısında adi bir haldır və qadınlar da öz məhrəmlərinin qarşısında eynilə.
    İstifta.
    Məsələ (Sual) 96: Geyildiyi zaman övrəteyninin həc¬mini göstərən, lakin bədənin dərisini göstərməyən şort və sair alt paltarları başqalarının müqabilində örtük üçün kifayətdirmi?
    Cavab: Əgər bu işin ardınca bir fəsad gəlməzsə, işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 44-cü məsələdən qabaqkılardan istifadə etməklə, səh.551.
    Təbrizi: "Siratun-nəcat", 907-ci sualdan istifadə etməklə.
    Xamenei və Fazil: İstifta
    Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən qabaqkından istifadə etməklə.
    İmam: İstifta
    Bəhcət: Əgər fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.
    Məkarim: Əgər övrəteynin həcmi kamil şəkildə görünərsə, işkalı vardır. İstifta
    Məsələ 97: Başqalarını harama salmaq məqsədilə bədənin hər hansı bir yerini örtməmək haramdır.
    İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta
    Bəhcət: Bədənin örtülməsi vacib olan hissəsini ört¬mə¬mək haramdır, hətta başqaları bu işlə harama düş¬məsə də belə və bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək edilməsi fərz olunarsa, onun örtülməsi vacibdir. İstifta.
    Məkarim: Ləzzət və reybə qəsdi olmadan da müxalif cinsin müqabilində, işkallıdır. Hərçənd məhrəmlərdən olsa da belə. İstifta.
    Məsələ 98: Məhrəmlərin qarşısında, ya başqa kişilərin müqabilində ləzzət və reybə məqsədilə bədəni açmaq (həyat yoldaşı istisna olunur) haramdır.
    İmam, Təbrizi, Xamenei, Sistani: İstifta
    Bəhcət və Məkarim: (Bundan qabaqkı məsələyə bax.)
    Məsələ 99: Həkim olmaq istisna hallarından deyil¬dir, buna görə də kişilər öz övrəteynini həkimlərdən də örtməlidirlər, yalnız iztirar halı istisna olunur. (Əlbəttə, həyat yoldaşı həmişə istisnadır.)
    İmam, Fazil və Məkarim: "ürvə", "sətr və satir", səh.509 və 550.
    Bəhcət, Təbrizi, Xamenei: İstifta
    Bəhcət: "Tovzihul-məsail", 1942 və 1938-ci məsələlərdən istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən qabaqkılardan istifadə etməklə; "Nikah", məsələ: 20.
    İzah: Kişilərin örtüyündən istisna olunanlar izti¬rar (zərurət) halıdır. Buna görə də əgər bir şəxs iztirar halına düşsə, həkimin müqabilində də övrəteynini aça bilər. (Misal üçün, övrəteynini həkim üçün açmadıqda müalicə olunması mümkün olmayan xəstəliklərdə; əks halda bunlardan qeyri-hallarda (iztirar məqamı və şiddətli hərəc(Hərəc: Çətinlik, məşəqqət)məqamından başqa hallarda, uşaq doğumunun qarşısını almaq kimi hallar) kişilər öz övrəteynini başqalarından örtməlidirlər, hətta əgər başqası onun atası, qardaşı, oğlu, yaxud məhrəmlərindən digərləri, bacı, ana, xala və s. hər bir şəxs olsa da belə.
    KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ
    Məsələ 100: Kişilər öz övrəteynini naməhrəmlərdən örtməlidirlər və bədənin başqa yerlərini onlardan örtmək vacib deyildir.
    İmam və Fazil: "Ürvə", "sətr və satir", səh.549.
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 19.
    Bəhcət: Ehtiyat-vacibə görə, kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da belə. Əgər harama düşməsinə kömək olsa, bədə¬ni örtmək şübhəsiz vacibdir, eləcə də övrəti naməh¬rəm¬dən örtmək də vacibdir.
    "Tovzihul-məsail", 1937-ci məsələ.
    Xamenei: Kişilər üçün bədənin vacib miqdarda örtülməsi övrəteyni örtməkdir, belə ki, şəhvət yaratmağa və fəsada səbəb olmasın. Əgər fəsada düşmək məsələsi varsa, bədənin sair yerlərini də – baş, boyun və əllərdən başqa hər yerini – gərək örtsün.
    Məkarim: Naməhrəm qadınlar baxdığı halda vacibdir ki, bədənini örtsün, yalnız adi halda açıq qalan hissələr istisna olunur. İstifta.
    Məsələ 101: Kişilər ehtiyat-müstəhəbə görə adi hal¬lar¬da kişilərin örtdüyü yerləri naməhrəmdən örtmə¬lidirlər. Xüsusilə əgər naməhrəmin ləzzət və ya reybə qəs¬di¬lə onlara baxdığını bilərsə.
    İmam və Fazil: "Ürvə", "nikah", məsələ: 51.
    Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da. Əgər harama düşməyə kömək edərsə, bədəni örtmək şübhəsiz vacibdir. Əgər başqalarını harama salmaq qəsdi olmazsa, lakin yəqin şəkildə bilsə ki, baş¬qası harama düşəcəkdir, onun caiz olması işkallıdır.
    "Tovzihul-məsail", məsələ: 1937 və İstifta.
    Xamenei: Əgər kişi naməhrəmin onun bədəninə baxdığını bilsə, ehtiyat-vacibə görə öz bədənini – baş, boyun və əlləri istisna olmaqla örtməlidir. İstifta.
    Məkarim: (Ehtiyat-vacib) budur ki, kişi adətən kişilər arasında adi qaydaya görə örtülən yerləri yad qadının ona baxdığını bildiyi halda örtsün. İstifta.
    * NƏTİCƏDƏ: Kişi biləkdən yuxarını, sinəni və öz ayaqlarını, eləcə də kişilərin adətən örtdükləri yeri, ona baxan naməhrəm qadından örtməlidir, başqa yerləri, məsələn baş, üz, əllər və s. kimi örtmək lazım deyildir.
    Məsələ 102: Bədənin hər hansı bir yerini naməhrəmi harama salmaq məqsədilə açıq qoymaq haramdır.
    İmam, Xamenei, Sistani və Məkarim: İstifta
    Bəhcət və Fazil: Əgər bu iş haram işə kömək sayılarsa, onları örtmək qəti şəkildə vacibdir.
    Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.
    Fazil: İstifta.
    * NƏTİCƏDƏ: Əgər bir kişi özünün biləyini, sinəsini, yaxud bədənini naməhrəmin ona baxması məqsədilə açsa, yaxud bədənini göstərən nazik köynək geyərək məqsədi də onun bədənə baxması olarsa, bu iş haramdır, bu işdən ictinab etmək lazımdır. Amma əgər, misal üçün, qolu qısa paltar geyərsə və başqalarını harama salmaq məqsədilə olmazsa, hətta başqalarının bu işlə harama düşəcəyini bilsə də belə, ehtiyat-müstəhəbbə görə gərək belə paltar geyməsin.
    Məsələ (Sual) 103: Naməhrəm qadınlar kişilərə iynə vura bilərmi, yaxud qan təzyiqini ölçə bilərmi və ya radioloji şəkillər götürə bilərmi?
    Cavab: Əgər kişinin bədəninə haram olan toxunma, yaxud baxışa səbəb olarsa, caiz deyildir, yalnız iztirar məqamı istisna olunur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", 47 və 31-ci məsələlərdən istifadə etməklə.
    İmam: "Tovzihul-məsail", məsələ: 2433 və İstifta
    Xamenei: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", 19, 20 və 21-ci məsələlərdən istifadə etməklə.
    Bəhcət: Naməhrəm kişinin bədəninə baxmaq, əgər ha¬ram işə kömək olmazsa, ehtiyat-vacibə görə caiz deyildir və əgər haram işə kömək olarsa, şübhəsiz haramdır. Hər bir halda, naməhrəmin bədəninə toxunmaq zərurət halından başqa hallarda caiz deyildir.
    "Tovzihul-məsail", 1933 və 1937-ci məsələlər.
    Məsələ (Sual) 104: Kişilər naməhrəmlərin ona baxdığını bilə-bilə bədənlərinin kişilərin adətən örtdükləri çox hissəsini aça bilərmi? Məsələn: Mayka ilə evdə ola bilərmi, halbuki naməhrəmin ona baxdığını bilir, yaxud xalça-palaz, yaxud maşın və s. kimi şeyləri yumaq üçün öz şalvarlarının balağını yuxarı çəkirlər, yaxud naməhrəmin gözü önündə üzürlər?
    Cavab: Əgər naməhrəmi harama salmaq məqsədi ilə olarsa, haramdır, bundan qeyri-hallarda yaxşı olar ki, tərk olunsun, xüsusilə əgər baxanlar cavan olarsa.
    İmam və Fazil: "Ürvə", "nikah", 51-ci məsələdən istifadə etməklə.
    Bəhcət: Əgər öz ardınca haram gətirərsə, bu iş caiz deyildir. Əgər haram iş gətirməzsə, ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün. "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.
    Xamenei: Əgər fəsada səbəb olarsa, yaxud şəhvəti təhrik edərsə, bu iş caiz deyil. İstifta.
    Sistani: Əgər məqsədi naməhrəmin onun bədəninə baxması olarsa, yaxud bu kimi yerlərin açıq qoyulması əsas etibarı ilə fitnə yaradarsa, caiz deyildir. İstifta.
    Məkarim: Bu halda da ehtiyat-vacib, tərk etməkdir. İstifta.
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 774 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024