İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ
    Məsələ 270: Hər növ ləhv və ləib vəsaitlərinin tədarük görülməsi haramdır.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
    Təbrizi: "Tovzihul-məsail", 2075-ci məsələdən istifadə etməklə.
    Sistani: "Tovzihul-məsail", 2076-cı məsələdən istifadə etməklə.
    Məsələ 271: Məsiyət (günah iş) yerinə yetirilməsi məqsədilə ləhv və ləibin bərqərar ediləcəyi otaq, yaxud salon, yaxud mühitin təşkil edilməsi (misal üçün, mütrib xanəndəliyin, yaxud rəqs etmə yerinin (səhnənin) hazırlanması kimi) caiz deyildir.
    İmam, Bəhcət, Təbrizi, Xamenei,
    Sistani, Fazil və Məkarim: İstifta
    ÜMUMİ BİR QANUN
    Məsələ 272: Haram istifadəsi olan hər bir şeyi hazırlamaq haram istifadə məqsədilə caiz deyildir.
    İmam, Bəhcət, Xamenei: İstifta
    Sistani: "Tovzihul-məsail", 2076-cı məsələdən istifadə etməklə.
    Fazil: "Tovzihul-məsail", məsələ: 2129.
    Məkarim: "Tovzihul-məsail", 1762-ci məsələdən istifadə etməklə.
    Məsələ 273: Mütrib musiqi çalmaq üçün biabırçı lent yazıları, yaxud digər musiqi vasitələri tədarük görmək caiz deyildir.
    İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
    Təbrizi: "Tovzihul-məsail", 2075-ci məsələdən istifadə etməklə.
    Sistani: "Tovzihul-məsail", 2076-cı məsələdən istifadə etməklə.
    Məkarim: "Tovzihul-məsail", 1763-cü məsələdən istifadə etməklə.
    Təbrizi: Ləhv yönünə malik olan musiqi çalmaq üçün musiqi vasitələri tədarük görmək caiz deyildir. İstifta
    Məsələ 274: Maşının gül ilə bəzədilməsi, şəhərin xiyabanlarında siqnal verilməsi əgər naməhrəmin gə¬linə, yaxud digər qadınlara və onların bəzənmiş üz¬ləri¬nə diqqətin cəlb olunmasına səbəb olarsa, yaxud camaatın əzab-əziyyətinə düşməsinə və narahatçılığa səbəb olarsa, haramdır.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta
    ƏQD VƏ TOY MƏCLİSLƏRİNİN HÖKMLƏRİ
    RƏQS
    Məsələ 275: Kişilər üçün rəqs etmək caiz deyildir, yalnız kişinin öz həyat yoldaşı üçün rəqs etməsi istisnadır.
    İmam: "Əhkami izdivac"" kitabından, səh.186-dan istifadə etməklə; İstifta, "məkasibi mühərrəmə", Sual: 35.
    Məkarim: İstifta.
    Bəhcət: Kişi məclisində kişinin oynayıb rəqs etməsinin işkalı vardır, ehtiyat vacib onu tərk etməkdir.
    "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 1.
    Təbrizi: Kişinin rəqs etməsi ləhvin nümunələrin¬dəndir və çox hallarda nəfsin zəlil olmasına səbəb olur və caiz deyildir. İstifta.
    (Qeyd olunmalıdır ki, bu kitabın əvvəlki çaplarında bu məsələyə başqa cür cavab verilmişdir ki, həzrət Ayətullahül-üzma Təbrizinin fətvasının dəyişdiyinə görə onun təqlidçiləri bu çapda qeyd olunanlara əməl etməlidirlər.)
    Xamenei: Əgər rəqs şəhvəti təhrik edərsə, yaxud haram bir əməli öz ardınca gətirərsə, haramdır.
    "Əcvibətül-İstiftaat", 2-ci cild, Sual: 86.
    Sistani: Ehtiyat-vacibə görə rəqs etməkdən çəkinilməlidir, yalnız həyat yoldaşı başqalarının gözündən uzaqda olarsa, istisnadır. İstifta.
    Fazil: Əhvət (ən çox ehtiyatlı) nəzər rəqsin mütləq şəkildə tərk edilməsidir, amma qadının öz əri üçün, özü də başqa bir haram işlə yanaşı olmayacağı halda, istisna olunur. İstifta.
    Qeyd olunmalıdır ki, həzrət Ayətullahül-üzma Fazil Lənkəraninin "rəqs" hökmü barəsində – bu kitabın əvvəl¬ki çaplarında qeyd olunanlara nəzər yetirməklə – son zamanlar onun rəqs barəsindəki cavabı dəyişilmişdir. Buna əsasən möhtərəm oxucular, xüsusilə onun təqlidçiləri bu məsələyə daha artıq diqqət yetirməlidirlər.
    Məsələ (Sual) 276: Kişinin öz həyat yoldaşı üçün oynaması caizdirmi?
    Cavab: İşkalı yoxdur.
    İmam: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Xamenei: "Əcvibətül-istifta", 2-ci cild, Sual: 91.
    Məkarim: İstifta.
    Bəhcət: Ər-arvadın bir-biri üçün rəqs etməsi ehtiyatın xilafınadır (ehtiyat-vacibdir, yəni tərk olunsa yaxşıdır).
    "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 1 və İstifta.
    Təbrizi: Kişinin rəqs etməsi ləhvin nümunələrin¬dən¬dir və çox hallarda nəfsin zəlil olmasına səbəb olur və caiz deyildir. İstifta.
    Sistani: Əgər başqalarının gözündən kənarda olarsa işkalı yoxdur. İstifta.
    Fazil: Əhvət onu tərk etməkdir. İstifta.
    Məsələ (Sual) 277: Rəqs dedikdə məqsəd nədir?
    Cavab: Camaat arasında rəqs adlanan hər bir əməldir.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta.
    Məkarim: Rəqs müvazinətli hərəkətlərdir ki, ləhv və ləib məqsədilə yerinə yetirilir. İstifta.
    Məsələ 278: Kişilər üçün rəqsin haram olmasında rəqsin növləri arasında heç bir fərq yoxdur.
    İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.
    Bəhcət: Ehtiyat-vacibə görə rəqs etmək caiz deyildir və bu məsələdə rəqsin növləri arasında heç bir fərq yoxdur.
    "Tovzihul-məsail", "müxtəlif məsələlər", 1-ci məsələdən və İstiftadan istifadə etməklə.
    Xamenei: Rəqs etməyin özünün işkalı yoxdur, amma haram bir işə səbəb olarsa (bu istisnadır). Bu məsələdə rəqsin növləri arasında heç bir fərq yoxdur. İstifta.
    * NƏTİCƏDƏ: İstər müxtəlif məclislərdə, yaxud əqd və toy məclislərində icra olunan yerli rəqslər olsun, istər¬sə də çubuqla oynanılan, yaxud hər hansı başqa rəqslər.
    Məsələ 279: Həmçinin rəqsin haram olmasında kişilərin qrup şəklində, yaxud tək halda oynamaları arasında, həmçinin istər saz, tar və kamanla olsun, istərsə də bunlarsız, istər baxanlar naməhrəm olsun, istərsə də olmasın, heç bir fərq yoxdur.
    İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.
    Bəhcət: Rəqs etmək mütləq şəkildə ehtiyat-vacibə görə işkallıdır və tərk olunmalıdır. İstifta.
    Xamenei: Rəqs hər bir surətdə əgər şəhvəti təhrik edərsə, yaxud haram bir əməli öz ardınca gətirərsə, haramdır. İstifta.
    Məsələ (Sual) 280: Kişinin xəlvət yerdə, heç kəsin onu görmədiyi halda rəqs etməsinin hökmü nədir?
    Bəhcət: Rəqs etmək mütləq şəkildə caiz deyildir və ehtiyat-vacibə görə tərk olunmalıdır. İstifta.
    Təbrizi və Xamenei: Əgər öz ardınca haram bir iş gətirməzsə, rəqs etməyin özünün işkalı yoxdur.
    Təbrizi: "Siratun-nəcat", 1020-ci sualdan və İstiftadan istifadə etməklə.
    Xamenei: İstifta.
    Fazil: Əhvət nəzər rəqsi mütləq şəkildə tərk etməkdir. Amma qadının öz həyat yoldaşı üçün, özü də öz ardınca başqa bir haramı gətirmədiyi halda rəqs etməsinin işkalı yoxdur. İstifta.
    Məkarim: Bu kimi hallarda işkalı yoxdur. İstifta.
    Məsələ 281: Ehtiyat-vacibə görə qadınların hər hansı yerdə rəqs etmələri, istər əqd və toy mərasimləri olsun, istərsə də təvəllüd bayramları, caiz deyildir. Yalnız qadının öz həyat yoldaşı üçün rəqsinə icazə verilmişdir.
    İmam: "Əhkami izdivac" kitabındakı İstiftalardan istifadə etməklə, səh.186; İstifta; "Məkasibi mühərrəmə", Sual: 35 və İstifta.
    Məkarim: İstifta.
    Bəhcət: Ehtiyat-vacibə görə qadının qadınlar məclisində rəqs etməsi caiz deyildir. "Tovzihul-məsail", "müxtəlif məsələlər", 1-ci məsələ.
    Təbrizi: Qadının öz əri üçün, eləcə də qadının toy məclisində qadınlar üçün və s. kimi şeylərdə əgər kişi¬nin hüzurunda, hətta müməyyiz olmayan oğlanın hüzurunda və ləhvi musiqi və s. kimi başqa haramlara şamil olmaz¬sa, maneəsi yoxdur və qadının kişi üçün rəqs etməsi istər məhrəm olsun, istərsə də naməhrəm, caiz deyildir.
    Xamenei: Rəqs etməyin təklikdə haramlığı yoxdur, amma öz ardınca haram bir işi gətirdiyi hal istisnadır. "Əcvibətül-İstifta", 2-ci cild, Sual: 86-90.
    Sistani: Ehtiyat-vacibə görə rəqs etməkdən çəkinil¬mə¬lidir, yalnız həyat yoldaşı istisnadır, o da başqa¬la¬rının gözündən kənarda. İstifta.
    Fazil: Əhvət rəqsi tərk etməkdir.
    * NƏTİCƏDƏ: Qadınlar əqd mərasimlərində və toylarda rəqs edə bilməzlər, hətta naməhrəm olmasa da belə.
    Diqqət: Bəzi əhkam kitablarında İmam Xomeynidən bir sual çap olunmuşdur, orada deyilir ki, qadının başqa bir qadının müqabilində rəqs etməsinin haram¬lığı məlum deyildir. Bunun "ehtiyat-vacibə görə caiz olmaması" istiftası ilə ziddiyyəti yoxdur. Çünki bəzən müc¬tehid hər hansı bir işin haram olmasına xatir¬cəm¬lik əldə edə bilmir, buna görə də məsələni ehtiyat-vacib şək¬lində bəyan edir.
    Bu məsələdə verilən bütün ünvanlara müraciət edə bilər¬siniz.
    Məsələ (Sual) 282: Qadınların əqd və toy mərasim¬lə¬rin¬də rəqs etməsi əgər yalnız məhrəmlər iştirak edərsə, caizdirmi?
    Cavab: Caiz deyildir.
    İmam, Bəhcət, Təbrizi, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələri.
    Xamenei: Rəqsin hökmündə məhrəmin, yaxud başqala¬rının iştirak etməsi arasında heç bir fərq yoxdur.
    Deməli, qadınların toy və əqd mərasimlərindən əvvəl, yaxud ondan sonra təşkil etdikləri xüsusi məclislərdə rəqs etmələri caiz deyildir, hətta iştirak edənlər, bacı, qardaş, ana, xala, yaxud yaxın qohumlarından hər hansı biri olarsa belə.
    Məsələ 283: Qadının rəqs etməsinin haramlığı məsələsində rəqsin növləri arasında heç bir fərq yoxdur və camaat arasında rəqs adlanan hər bir əməl (həyat yoldaşından başqası üçün) caiz deyildir.
    İmam, Məkarim: İstifta.
    Bəhcət: Qadının qadın məclisində rəqs etməsi ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə rəqslə¬rin növləri arasında heç bir fərq yoxdur.
    "Tovzihul-məsail", "müxtəlif məsələlər", 1-ci məsələdən istifadə etməklə.
    Təbrizi: Rəqsin növləri arasında heç bir fərq yoxdur və qadının öz əri və başqaları üçün rəqs etməsinin hökmü əvvəlki məsələdə bəyan olundu. İstifta.
    Xamenei: Rəqsin öz-özlüyündə işkalı yoxdur, amma öz ardınca haram bir iş gətirərsə (bu hal istisnadır), rəqslərin növləri arasında da heç bir fərq yoxdur.
    İstifta.
    Fazil: Əhvət nəzər rəqsi tərk etməkdir və rəqsin növləri arasında fərq yoxdur.
    Məsələ (Sual) 284: Qadının xəlvət yerdə – onu görən bir kəsin olmadığı yerdə – rəqs etməsinin hökmü nədir?
    Bəhcət: Rəqs mütləq şəkildə, ehtiyat-vacibə görə, caiz deyildir. İstifta.
    Təbrizi: İşkalı yoxdur, amma öz ardınca haram gətirməzsə. İstifta.
    Xamenei: Əgər şəhvəti təhrik edərsə, yaxud öz ardınca haram iş gətirərsə, haramdır. İstifta.
    Məsələ (Sual) 285: Video kassetlərdə rəqs filmlərinə baxmağın hökmü nədir?
    Bəhcət: Öz ardınca fəsad gətirdiyinə görə, caiz deyildir. İstifta.
    Xamenei: Şəhvəti təhrik edən rəqsə baxmaq haramdır. İstifta.
    Məsələ (Sual) 286: Kişilərin onlara məhrəm olan qadınların müqabilində rəqs etməsi, eləcə də qadın¬ların onlara məhrəm olan kişilərin müqabilində rəqs etməsi – istər səbəbi qohumluq olsun, istərsə də nəsəbi – hökmü nədir?
    Bəhcət: Rəqs mütləq şəkildə ehtiyat-vacibə görə caiz deyildir. İstifta.
    Xamenei: Rəqsdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Eləcə də məhrəm və yaxud naməhrəm qarşısında olmasında da fərq yoxdur.
    "Əcvibətül-İstiftaat", 2-ci cild, Sual: 97.
    Məsələ 287: Qadının naməhrəm müqabilində rəqs etməsi mütləq şəkildə haramdır.
    Xamenei: "Əcvibətül-İstiftaat", 2-ci cild, Sual: 93.
    Bəhcət, Təbrizi, Xamenei və Fazil:
    MUSİQİNİN HÖKMLƏRİ
    Məsələ 288: Ləhv məclisləri ilə münasib olan müt¬rib musiqi çalmaq, ona qulaq asmaq, istər kişilər, is¬tərsə də qadınlar üçün caiz deyildir, hətta qeyri-musiqi alət¬ləri ilə olsa belə, o cümlədən, tava, vedrə və s.
    İmam, Xamenei, Məkarim: İstifta.
    İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 25.
    Təbrizi: Ləhvi musiqi (əyyaşlıq və kef məclislərinə münasib olan məxsus alətlərlə çalmaq) və ona qulaq asmaq caiz deyildir, istər toy məclislərində olsun, istərsə də başqa məclislərdə, mütrib və ləhvi musiqinin haram olmasında musiqinin əyyaşlıq məclislərinə münasib olan musiqi olması şərt deyildir və ona qulaq asmaq haramdır. İstifta.
    Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", 20-ci məsələdən və İstiftadan istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "məkasibi mühərrəmə", 20-ci məsələdən istifadə etməklə.
    Fazil: "Camiul-məsail", 987-988-ci suallardan istifadə etməklə.
    Məsələ 289: Mütrib (Mütrib – O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.) musiqini lent yazılarına qulaq as¬maq istər kişilər, istərsə də qadınlar üçün caiz deyil¬dir.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Məsələ (Sual) 290: Mütrib musiqi dedikdə, nə nəzər¬də tutursunuz?
    Cavab: Ləhv və ləib məclisləri ilə münasib olan musiqidir.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta.
    Təbrizi: "Siratun-nəcat", 1001-ci sualdan istifadə etməklə.
    Fazil: O musiqiyə deyilir ki, ləhv və ləib məclis¬ləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.
    "Camiul-məsail", 1-ci cild, 1006-cı sualdan istifadə etməklə.
    Məkarim: O musiqidir ki, ləhv, ləib və fəsad məclisləri ilə münasibdir. İstifta.
    Məsələ (Sual) 291: Mütrib musiqini qeyri-mütribdən necə ayırd etmək olar, xüsusilə camaat arasında bir musiqi barəsində belə bir ixtilaf vardır: Bəziləri musiqini əvvəlcə eşitdiyi halda, misal üçün, deyirlər ki, mütribdir, bəziləri də onu eşitmədikləri halda, onu qeyri-mütrib hesab edirlər. Hər bir halda ixtilaf baş verən zaman vəzifəmiz nədir? Bu kimi musiqiləri dinləmək caizdirmi?
    Cavab: Mütrib musiqinin aid edilməsində əsas meyar ya insanın öz xatircəmliyidir ki, musiqinin mütrib olmasını bilsin, yaxud da camaat arasındakı nəzərə müraciət etsin. Şəkk olunan hallarda dinləməyin eybi yoxdur.
    İmam, Sistani, Xamenei, Fazil, Məkarim: İstifta.
    İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 29, 31 və 40-cı suallardan istifadə etməklə.
    Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", 20-ci məsələdən istifadə etməklə.
    Xamenei: İstifta.
    Sistani: "Minhacus-salihin", 20-ci məsələdən istifadə etməklə.
    Təbrizi: Mütrib musiqini ayırd etməkdə meyar ya insanın öz xatircəmliyidir, yaxud xübrə və mütəxəssis¬lə¬rin ona deməsidir. Əlbəttə, gərək başqa bir mütəxəssis şəxs onun nəzərinə müxalif olan nəzər verməsin. Amma əgər camaat arasında bir musiqi barəsində ixtilaf olsa, belə ki, insan mütrib olub-olmamasında şəkk etsə, bu surətdə ona qulaq asmaq ehtiyat-vacibə görə caiz deyildir.
    "Siratun-nəcat", Sual: 1002.
    Məsələ (Sual) 292: İran İslam respublikasının televiziya və radiostansiyasında efirə buraxılan musiqilərin bəziləri şah rejimi dövründə də efirə buraxılır, bəziləri də xarici kinolardan götürülmüş musiqidir, digərləri də tağut dövründəki xanəndələrin səsi olmadan verilir. Xahiş olunur ki, onların mübah və halal olan hallarını bəyan edəsiniz?
    Cavab: Mütrib musiqi haramdır (hətta İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılsa da belə). Şəkk olunan səslərin isə eybi yoxdur.
    İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
    İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 28-29 və 31-ci suallar.
    Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 998-999.
    Bəhcət: Musiqi alətləri ilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.
    Təbrizi: Ehtiyat-vacibə görə, şəkk olunan hallardan çəkinmək lazımdır.
    "Siratun-nəcat", 1002 və 1015-ci məsələlərdən istifadə etməklə.
    Sistani: Musiqi ləhv və ləib məclisləri ilə münasibdir və haramdır. İstifta.
    Məsələ (Sual) 293: İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılan nəğmələrin bəziləri çox tünd ahəngə malikdir, hətta insanı təbii halətdən xaric edir. Bu növ musiqiləri dinləməyin hökmü nədir? Şəhid Mütəhhərinin şəhadəti ilə əlaqədar bəstələnən musiqilər və s. kimi qəm-qüssə yaradan musiqilərin hökmü nədir? Həmçinin bu kimi musiqiləri çalmağın hökmü nədir?
    Cavab: Mütrib olan hər növ musiqini çalmaq, ona qulaq asmaq caiz deyildir. Musiqinin şad, yaxud qəmli olmasının haramlığında meyar musiqi deyil, onun mütrib olub-olmamasıdır.
    İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim
    İmam: "İstiftaat", "Məkasibi mühərrəmə", 40-cı sualdan istifadə etməklə.
    Bəhcət: Mütrib musiqini dinləmək haramdır, mütriblik qəmli yerlərdə də vardır. İstifta.
    Təbrizi: Əyyaşlıq məclislərinə münasib olan musi¬qilər ləhvi musiqidir, çalmaq və ona qulaq asmaq haram¬dır. İstifta.
    Məsələ (Sual) 294: Müğənninin şəxsiyyəti, oxumaq yeri, yaxud oxumaqda məqsəd və hədəf musiqinin hökmündə təsirlidirmi?
    Bəhcət: Bu kimi işlər musiqinin haram və yaxud halal olmasında heç bir rol ifa etmir. İstifta.
    Xamenei: Haram musiqi mütrib, ləhv və ləib məclislərinə münasib olan musiqilərdir və bəzən də müğənninin şəxsiyyəti, yaxud bəstələnmiş kəlam, söz, yaxud oxunan yer, yaxud sair şəraitlər musiqinin mütrib, ləhvi, haram musiqi ünvanı olmasında və yaxud başqa digər haram ünvanların aid edilməsində təsirlidir. Misal üçün, bu kimi işlərin nəticəsində fəsada səbəb olarsa. "Əcvibətül-İstiftaat", 2-ci cild, Sual:45.
    Məsələ 295: Müharibə, yaxud əzadarlıq mərasimləri üçün təşkil olunan musiqilər, inqilabi nəğmələr çalmaq, yaxud onlara qulaq asmaq, bir sözlə, hər növ musiqi, mütrib olmadığı halda, işkalı yoxdur.
    İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
    Təbrizi: "Siratun-nəcat", 1003 və 1010-cu suallardan istifadə etməklə.
    Fazil: "Camiul-məsail", 987-988-ci suallardan istifadə etməklə.
    Bəhcət: Musiqi aləti vasitəsilə yanaşı olan ahəng və musiqi mütləq şəkildə işkallıdır. İstifta.
    Sistani: Musiqinin haram olmasında əsas meyar ləhv-ləib və eyş-işrət məclisləri ilə münasib olmasıdır. İstifta.
    Məsələ (Sual) 296: Əgər bir şəxs üçün heç bir növ ahəng və musiqi təhrik icad etməzsə, onun bu ahənglərə və musiqilərə qulaq asması necədir?
    Cavab:
    Təbrizi: Əyyaşlıq, eyş-işrət məclislərinə münasib olan musiqi, ləhv musiqidir, ona qulaq asmaq haramdır, istər şəxs təhrik olsun, istərsə də olmasın. İstifta.
    Musiqinin haram olmasında meyar camaat arasında onun mütrib olub-olmamasıdır, istər şəxs təhrik olunsun, istərsə də olmasın.
    İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.
    Bəhcət, Təbrizi, Sistani:
    Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.
    Sistani: Yalnız ləhv və ləib məclislərinə münasib olunanlar istisna olunur. İstifta.
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 454 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019