İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (1-ci cild)

    Vilayət günəşi (1-ci cild)
    2012-02-18, 8:17 AM
    DÖRDÜNC AMİL: PEYĞƏMBƏR (S)-İN DOSTLARININ DÖYÜLÜB TƏHQİR OLUNMASI
    Qiyamın amillərindən biri, Rəsuli-Əkrəm (s)-in yaxın səhabələri və dostlarına qarşı edilən hörmətsizlik idi. Bu iş də Osmanın özünün, yaxud onun təyin etdiyi adamların vasitəsi ilə yerinə yetirilirdi. Bu barədə iki nümunə qeyd etməklə kifayətlənirik:
    1. ƏBDÜLLAH İBNİ MƏSUDUN DÖYÜLÜB TƏHQİR OLUNMASI
    Peyğəmbər (s)-in böyük səhabələrindən biri olan Əbdüllah ibni Məsud islam aləmində çox böyük bir məqama malik idi. Səhabələr barəsində yazılan kitablarda qeyd olunur ki, o güclü və möhkəm imana malik idi, Quranı öyrətməklə islami təlimlərin yayılmasına çalışırdı.("Istiab", 1-ci cild, səh.373; "Əl-Isabə", 2-ci cild, səh.369; "Usdul-ğabə" )
    O öz qanı bahasına Quranı Məscidül-həramda, Qüreyşin yığıncağının yaxınlığında uca səslə tilavət etməyə, Allah kəlamını Qüreyş qansızlarının qulağına çatdırmağa hazır olan ilk şəxsdir. Belə ki, günorta çağı, Qüreyş başçıları bir yerə yığışıb müzakirəyə məşğul ikən gözlənilmədən Əbdüllah "Məqami-Ibrahim"in qarşısında dayanıb "Ər-Rəhman" surəsinin ilk ayələrini uca səslə oxudu. Qüreyş başçıları bir-birinə baxıb təəccüblə dedilər: "Ibni Ümmü Əbd nə deyir?" Biri dedi:–"Məhəmmədə nazil olan Quranı oxuyur!" Bu vaxt hamılıqla ayağa qalxıb Əbdüllahı döyüb-söyməklə, üzünə sillə vurmaqla səsini kəsdilər. Əbdüllah üz-gözündən qan axan halda dostlarına tərəf qayıtdı. Ona dedilər: "Biz elə buna görə sənin bu işindən qorxurduq!" Əbdüllah cavab verdi: "Mənim nəzərimdə Allah düşmənləri heç vaxt bu günkü kimi zəlil və xar olmamışdılar. Əgər istəyirsinizsə, sabah da bu işi təkrar edərəm!" Dedilər: "Onların eşitmək istəmədikləri şeylərdən elə bu qədər eşitmələri kifayətdir."("Siyrə" (Ibni Hişam), 1-ci cild, səh.337 )
    Bu, böyük bir səhabənin həyatında olan qızıl səhifələrdən biridir. O elə cavanlığının əvvəllərindən etibarən ömrünü tövhidə dəvət etmək, müsəlmanlara Quran öyrətməyə sərf etmişdi. O aşağıdakı ayənin şamil olduğu altı nəfərdən biridir:("Təfsiri-Təbəri", 7-ci cild, səh128; "Müstədrək" (Hakim Nişapuri), 3-cü cild, səh.319 ) "Gecə-gündüz öz Rəblərini çağırıb Ondan başqa heç kimi istəməyənləri özündən uzaqlaşdırma, onların hesablarından sənin üçün və sənin hesabından onlar üçün bir şey yoxdur. Əgər onları qovsan, zülmkarlardan olarsan."("Ənam" surəsi, ayə:52 )
    Əbdüllahın tərifində deyiləsi sözlər daha çoxdur və hamısı burada nəql oluna bilməz. Belə bir mömin və fəal səhabəyə qarşı Kufə valisi Vəlidin qanunsuz və şəriətə zidd olan istəklərinə boyun əyməməsinə görə təqsirləndirilərək necə kobud və pis rəftar olunduğunu qeyd etmək yerinə düşərdi. Səd Vəqqas Kufənin valisi idi. Osman onu vəzifədən götrüb öz süd qardaşı Vəlidi onun yerinə qoydu. Vəlid Kufəyə gəldikdən sonra beytül-malı öz ixtiyarına keçirtmək istədi. Onun açarları Əbdüllah ibni Məsudda idi və o, açarları təhvil vermək istəmədi. Vəlid hadisəni Osmana xəbər verdi. Osman Əbdüllah ibni Məsuda bir məktub yazdı və beytül-malın açarlarını Vəlidə təhvil vermək istəmədiyi üçün onu danladı. Əbdüllah xəlifənin göstərdiyi təzyiq nəticəsində açarları hakimə tərəf tulladı və dedi:–Gör nə gündür ki, Səd Vəqqas işdən götürülür və onun yerinə Vəlid təyin olunur! Ən doğru söz Allah kəlamı, ən gözəl yol göstərən Məhəmməd (s)-in hidayəti, işlərin ən pisi isə onların ən təzəsidir ki, islam onların barəsində hökm verməmişdir. Şəri əsası olmayan hər şey bidət, hər bidət zəlalət, hər zəlalət də oddadır!
    Əbdüllah bu sözləri dedikdən sonra (Osman onu öz yanına çağırdığı üçün) Mədinəyə yola düşdü. Kufə əhalisi onun ətrafına yığışdı və ona kömək etmək vədəsi verdilər. Bəziləri də bu işdə onlara kömək etdilər. O dedi: "Mən bir haqq olaraq xəlifəyə itaət etməliyəm, mən fitnə qapısını açan ilk şəxs olmaq istəmirəm."
    O, Mədinəyə daxil olub birbaşa məscidə getdi və gördü ki, xəlifə minbərdə danışır. Bilazəri yazır: "Osmanın gözü Əbdüllah ibni Məsuda sataşanda camaata dedi:–"Camaat, elə indicə pis iyli, kiçik bir heyvan sizin içinizə daxil oldu. O elə bir canlıdır ki, öz xörəyi üstündə yeriyir və qusub onu bulaşdırır."
    Əbdüllah bu sözləri eşitcək dedi:–"Mən elə deyiləm. Mən Peyğəmbər (s)-in səhabəsi, Bədr döyüşünün cəngavəri və "Beyətür-rizvan"da beyət edən şəxsəm."
    Bu vaxt Ayişə öz hücrəsindən qışqırıb dedi:–"Osman! Peyğəmbər səhabəsinə nə üçün elə sözlər deyirsən?!"
    Bu zaman çaxnaşma başlandı. Bu qalmaqalı yatırtmaq üçün xəlifənin əmri ilə Əbdüllahı darta-darta məsciddən çıxartdılar. Ibni Zəmə onu yerə vurdu. Sonra Osmanın qulamı onu qaldırıb bərkdən yerə elə çırpdı ki, qabırğaları sındı. Bu vaxt Əli (ə) etiraz edərək dedi:–"Vəlidin yaxdığı iftira ilə Peyğəmbər (s) səhabəsinə belə işkəncə verirsən?!" Imam (ə) Əbdüllahı öz evinə apardı, lakin xəlifə ona Mədinədən çıxmaq icazəsi vermədi. Nəticədə o, 32-ci hicri ilinə (Osmanın qətlindən üç il əvvələ) qədər Mədinədə qaldı və sonra vəfat etdi.("Hilyətul-övliya", 1-ci cild, səh138 )
    Əbdüllah ibni Məsud xəstələnib yorğan-döşəyə düşəndə dost-tanışları onun görüşünə gedirdilər. Bir gün Osman da onun görüşünə gəlmişdi. Osmanla onun arasında aşağıdakı söhbət oldu:
    Osman:–Nədən nigaransan?
    Əbdüllah:–Günahlarımdan.
    Osman: Nə istəyirsən?
    Əbdüllah:–Allahın geniş rəhmətini.
    Osman:–Həkim çağırımmı?
    Əbdüllah:–Həqiqi həkim məni xəstə etmişdir.
    Osman:–Hökm verimmi ki, sənin keçmiş maaşlarını versinlər? (Iki il idi ki, onun maaşı kəsilmişdi).
    Əbdüllah:–Ehtiyacım olan vaxt vermədin, indi ki, ehtiyacım yoxdur, verirsən?!
    Osman:–Övladlarına və yaxın adamlarına çatar.
    Əbdüllah:–Allah onlara ruzi verər.
    Osman:–Allahdan mənim bağışlanmağımı istə.
    Əbdüllah:–Allahdan istəyirəm ki, mənim haqqımı səndən alsın.
    Əbdüllah ölüm əlamətlərini özündə hiss etdikdə Əmmara (başqa rəvayətə görə Zübeyrə) vəsiyyət etdi ki, Osmanın ona cənazə namazı qılmasına icazə verməsin. Buna görə də gecə ikən ona namaz qılıb torpağa tapşırdılar. Osman hadisədən xəbər tutduqda Əmmarı çağırıb "nə üçün onu Əbdüllahın vəfatından xəbərdar etməyibdir?"–deyə soruşduqda Əmmar dedi:–"O vəsiyyət etmişdi ki, sən ona namaz qılmayasan." Zübeyr Osmanla Əmmarın söhbətini eşidəndən sonra bu şeri oxudu:
    "Səni görürəm ki, ölümümdən sonra mənim üçün nalə edirsən.
    Halbuki diriliyimdə mənim haqqımı vermədin!"
    Böyük Quran qarilərindən biri olan hörmətli səhabəyə qarşı belə zalımcasına rəftar sözsüz ki, cavabsız qalmayacaqdı. Əli (ə) onun barəsində buyururdu: "Quranı və sünnəni öyrəndi və axıra çatdırdı. Onun üçün elə bu elm kifayət edər." Əgər xilafət aparatında belə bir qanunsuz əməl olsa, fikirlərdə intiqam hissi ilə yanaşı olan bədbinlik vücuda gələcəkdir. Belə işlərin təkrar olunması dövrün hökuməti əleyhinə qiyam və inqilab fikrini xatirələrdə canlandırır və olmamalı şeylər olur.("Tarixi Ibni Kəsir", 7-ci cild, səh163; "Əl-ənsab", 5-ci cild, səh.63 )
    2. ƏMMAR YASİRİN DÖYÜLÜB TƏHQİR OLUNMASI
    Təkcə Əbdüllah ibni Məsud deyil, Əmmar Yasir də xəlifə tərəfindən çoxlu əzab-əziyyətlərə və işkəncələrə məruz qalmışdı. Onun döyülüb-təhqir olunmasının səbəbi xəlifənin Beytül-maldakı zinət əşyalarının bəzisini öz ailəsinə götürməsinə etiraz etməsi idi. Bu yol ilə də camaatı qəzəbləndirdi, özünü müdafiə etmək üçün minbərə çıxdı və dedi:–Biz Beytül-maldan ehtiyacımız olan qədər götürür və etiraz edənləri zəlil edirik.
    Əli (ə) xəlifəyə dedi:–Sənin bu işinin qarşısı alınacaqdır!
    Əmmar dedi:–Allahı şahid tuturam ki, döyüləcək ilk şəxs mən olacağam.
    Bu vaxt Osman bağırıb dedi:–Ay yekə qarın, mənə qarşı cürət edirsənmi?! Tutun onu!!
    Onu tutub o qədər döydülər ki, huşdan getdi. Əmmarın dostları onu Peyğəmbər (s)-in zövcəsi Ümmü-Sələmənin evinə apardılar. Huşa gələndə dedi:–"Allaha şükürlər olsun ki, bu, əziyyətə düçar olduğum ilk dəfə deyil."
    Ayişə hadisədən agah olduqda Peyğəmbər (s)-in paltarını, başmaqlarını və tükünü çölə çıxardıb dedi:–"Hələ Peyğəmbərin tükü, paltarı və başmaqları köhnəlməmiş siz onun sünnəsini köhnəltdiniz!" Osman Ayişənin sözlərindən qəzəbləndi, lakin ona cavab vermədi. Ümmü Sələmə öz əziz həyat yoldaşının qocaman dostuna qulluq edirdi. Bəni-Məxzum qəbiləsindən Əmmarla sirdaş olan bir neçə nəfər Ümmü Sələmənin evinə gedib-gəlirdilər. Osman buna etiraz etdikdə Ümmü Sələmə ona belə xəbər göndərdi: "Sən özün camaatı bu işə vadar edirsən!"("Əl-ənsab", 5-ci cild, səh.48 )
    Ibni Qüteybə "Əl-imamətu vəs-siyasət" kitabında Əmmarın döyülməsini başqa cür nəql etmişdir. Onun xülasəsi belədir: "Peyğəmbərin dostlarından bir neçəsi bir yerə yığışıb xəlifəyə məktub yazaraq onun qanunu ayaq altına salmasını və nöqsanlı cəhətlərini belə xatırlatdılar:
    1. Xəlifə bir çox yerdə Peyğəmbərin sünnəsi və Şeyxeyn ilə müxalifət etmişdir.
    2. Afrikanın qənimətlərini Mərvan ibni Həkəmə bağışlamışdır. Halbuki bu qənimətlərdə Allah, Peyğəmbər, onun yaxın adamları, yetimlər və miskinlərin payı vardır.
    3. Öz arvadı Nailə və qızları üçün Mədinədə yeddi ev tikmişdir.
    4. Mərvan Mədinədə Beytül-maldan qəsrlər tikmişdir.
    5. Əsas işlər əməvilərə tapşırılmış, müsəlmanların rəhbərliyi Peyğəmbəri görməyən təcrübəsiz cavanların əlinə düşmüşdür.
    6. Kufənin valisi Vəlid sərxoş halda sübh namazını dörd rəkət qılmış, sonra üzünü iqtida edənlərə tutub demişdi ki, əgər istəsələr, bir rəkət də əlavə edə bilərəm.
    7. Bununla belə, Osman onun barəsində şərab içənin cəzasını icra etməmişdir.
    8. Mühacir və ənsarı buraxmışdır və onlarla məşvərət etmir.
    9. Padşahlar kimi Mədinənin ətrafındakı torpaq sahələrini qoruq etmişdir.
    10. Peyğəmbər dövründə olmayan, cihadlarda iştirak etməyən və indi də dini müdafiə etməyən şəxslərə çoxlu mal-dövlət bağışlamış, geniş əraziləri onların ixtiyarına keçirmişdir. və s...
    Bu məktub on nəfər tərəfindən yazıldı, lakin pis nəticələr verəcəyindən qorxduqları üçün onu imzalamadılar və Osmana çatdırsın deyə, onu Əmmara verdilər. Əmmar Osmanın evinə gəlib məktubu Mərvan və Bəni-Üməyyədən bir dəstə adam onun ətrafında olan halda xəlifəyə verdi. Xəlifə məktubu oxuyandan sonra onu yazanların kimlər olduğunu bildi, amma gördü ki, onların heç biri qorxudan onun yanına gəlməmişdir. Sonra Əmmara dedi:–Sən mənə qarşı çox cürət etmisən!
    Mərvan üzünü xəlifəyə tutub dedi:–Bu qara qul camaatı sənə qarşı cürətləndirib. Əgər onu öldürsən, həm özünün, həm də başqalarının intiqamını almış olarsan.
    Osman dedi: "Döyün onu!"
    Onu o qədər döydülər ki, huşdan getdi. Sonra huşsuz halda evdən çölə atdılar. Peyğəmbər (s)-in zövcəsi Ümmü-Sələmə vəziyyətdən agah olub onu öz evinə apardı. Əmmar ilə sirdaş olan Bəni-Müğeyrə qəbiləsi hadisədən çox narahat oldular. Xəlifə zöhr namazını qılmaq üçün məscidə gələndə Hüşam ibni Vəlid Osmana dedi:–Əgər Əmmar bu zərbələrin nəticəsində ölsə, əvəzində Bəni-Üməyyə tayfasından bir nəfəri öldürəcəyəm.
    Osman dedi: "Sən bu işi görə bilməzsən!"
    Bu vaxt Əli (ə) ilə qarşılaşdı, onların arasında kəskin mübahisə başlandı. Ixtisara riayət olunsun deyə, onu burada nəql etmirik.("Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.29 )
    BEŞİNCİ AMİL
    GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN SÜRGÜN EDİLMƏSİ
    Osman Peyğəmbər (s)-in ümməti arasında gözəl əxlaq və təqva ilə tanınan səhabələrdən bir neçəsini Kufədən Şama, Şamdan da Həmsə, Mədinədən Rəbəzəyə sürgün etdi. Islam tarixinin bu hissəsi ən kədərli hissələrdəndir. Bu hissə xilafət aparatında irticaçı bir diktaturanın mövcud olduğunu göstərir. Biz bu hissədə onlara qısa şəkildə işarə edir və hamının Əbu Zərin sürgün edilməsindən az-çox məlumatı olduğu üçün, Osmanın xilafəti dövründə sürgün olunan digər şəxsiyyətlərin başına gətirilən əhvalatları bəyan ediri("Şiədə islami şəxsiyyətlər", 1-ci cild, səh8 ):
    MALİK ƏŞTƏR VƏ ONUN DOSTLARININ SÜRGÜN EDİLMƏSİ
    Qeyd edildiyi kimi, üçüncü xəlifə xalq kütlələrinin göstərdiyi təzyiqlər nəticəsində Kufənin əxlaqsız valisini (Vəlidi) vəzifədən azad etdi və Səid ibni As Əməvini onun yerinə qoydu və göstəriş verdi ki, Quran qariləri və tanınmış şəxsiyyətlərlə tamamilə ehtiyatla rəftar etsin. Buna görə də təzə vali Suhanın övladları, Səsəə və Zeyd ilə olduğu kimi, Malik Əştər və onun dostları ilə də danışıqlar aparırdı. Bu danışıqlar nəticəsində Kufənin valisi Malik və onun həmfikirlərinin xəlifənin tutduğu yol ilə müxalif olduqlarını bildi və bu barədə xəlifəyə gizli olaraq məktub yazdı. O, məktubda qeyd etmişdi ki, Kufə qariləri olan Əştər və onun dostlarının varlığı ilə iş görmək olmaz. Xəlifə məktubun cavabında yazdı ki, onları Şama sürgün etsin. Bununla eyni zamanda Malikə də bir məktub yazıb bildirdi ki, "sənin qəlbində elə şeylər var ki, əgər onları üzə çıxartsan, sənin qanın halal olacaqdır. Heç də fikirləşmirəm ki, bu məktubu görməklə öz işindən əl çəkəsən. Belə olmasa, sənə ağır bəla gələr və bu bəladan sonra bir daha sən sağ qalmazsan. Mənim məktubum sənə çatan kimi dərhal Şama yola düş." Xəlifənin məktubu Kufə valisinə çatdıqda o, Kufənin ağsaqqal və saleh şəxslərindən olan on nəfərlik bir qrupu Şama sürgün etdi. Onların içərisində Malik Əştərdən başqa, Suhanın övladları olan Zeyd və Səsəə, Kumeyl ibni Ziyad Nəxəi, Haris Əbdüllah Həmdani və başqaları var idi. Bu Quran qariləri və şücaətli, təqvalı, bacarıqlı söz ustadları səhnəni Şamın valisi Müaviyə üçün də dar etdi. Az qalırdı ki, ümumxalq fikri xilafətin və onun Şamdakı nümayəndəliyinin əleyhinə təhrik olunsun. Buna görə də Müaviyə xəlifəyə bir məktub yazıb onların belə bir mühitdə olmalarını xilafət üçün bir təhlükə hesab etdi. O məktubda belə yazılmışdı: "Sən elə adamları Şama sürgün etmisən ki, onlar bizim şəhərimizi, diyarımızı xarab edib, oranı üsyan mərkəzinə çevirmişlər. Belə güman etmirəm ki, Kufədə baş verən hadisələr Şamın da başına gəlməsin və şamlıların fikri sağlamlıqları və mətin düşüncələri təşvişə düşüb azmasın."
    Müaviyənin məktubu xəlifəni işin aqibəti barədə qorxuya saldı. Ona görə də cavabda yazdı ki, onları Həmsə (Şamın ucqar yerlərindən biridir) sürgün etsin. Bəziləri yazmışlar ki, xəlifə onları yenidən Kufəyə qaytarmaq qərarına gəlmişdi, lakin Kufənin hakimi Səid ibni As xəlifəni bu qərarı həyata keçirməkdən saxladı, buna görə də onlar Həmsə sürgün olundular.("Əl-ənsab", 5-ci cild, səh.39; Bu hissə təfsilatı ilə "Tarixi-Təbəri"də (3-cü cild, səh.360-368) 33-cü hicri ilinin hadisələrində gəlmişdir. )
    Üçüncü xəlifənin dövlət məmurları ilə müxalifətçilik üstündə bir diyardan başqa diyara sürgün olunanların haqqı deməkdən və xilafətin inhisarçı aparatını tənqid etməkdən başqa ayrı təqsirləri yox idi. Onlar xəlifədən Rəsuli-Əkrəm (s)-in qoyduğu qanunlara əməl etməsini tələb edirdilər. Xəlifə öz şəninə yaraşmayan tərzdə Kufə valisinin verdiyi xəbərləri qəbul etmək əvəzinə, hadisənin həqiqətindən agah olmaq üçün düzgün və pak niyyətli adamları ora göndərməli, belə bir mühüm işdə sadəcə olaraq bir məmurun verdiyi xəbəri əsas tutmamalı idi.
    SÜRGÜN OLUNANLAR KİMLƏR İDİ?
    1. Malik Əştər. O, Rəsuli-Əkrəm (s)-in dövründə olmuşdur və rical elmini yazanlardan heç biri onun şəxsiyyətini zəif göstərməmişlər. Əmirəl-möminin Əli (ə) öz sözlərində onu, indiyə kimi heç kəsi vəsf etmədiyi şəkildə vəsf etmişdir.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 6-cı cild, səh.77 (Təzə çap); "Nəhcül-bəlağə", 38-ci məktub) Malikin vəfat etməsi xəbəri Imam (ə)-a çatdıqda dərindən təəssüflənib buyurmuşdu: "Bilirsənmi Malik kim idi?! Əgər dağ olsaydı, onda onun yüksək zirvəsi idi (heç bir quş onun yüksəkliklərinə çatmazdı) və əgər daşdan olsaydı, onda bərk bir daş idi. Malik, sənin ölümün bir dünyanı qəmgin, başqa bir dünyanı isə şad etdi. Ağlayanlar gərək Malik kimilərə ağlasınlar. Görəsən, Malik kimi bir şəxs varmı?!"("Istiab", 1-ci cild, səh.197 )
    2. Zeyd ibni Suhan. Onun barəsində Əbu Əmrin "Istiab" kitabında yazdığını nəql etmək kifayətdir: "O, öz qəbiləsində nüfuzlu, fəzilətli və dindar bir şəxsiyyət idi. Qadisiyyə döyüşündə bir əlini itirmiş və Cəməl döyüşündə Əli (ə)-ın tərəfində döyüşərkən şəhadət şərbətini içmişdi." Xətib Bağdadi yazır: "Zeyd gecəni ibadətlə, gündüzləri isə orucla keçirərdi."("Məarif" (Ibni Qüteybə), səh.176)
    3. Zeydin qardaşı Səsəə. O da Zeyd kimi böyük bir şəxsiyyət, söz ustası və dindar idi.
    4. Əmr ibni Həmiq Xüzai. O, Peyğəmbər (s)-in dostlarından biri idi və o həzrətdən çoxlu hədis öyrənib hifz etmişdi. Rəsuli-Əkrəm (s)-ə bir qab süd verəndə həzrət onun barəsində dua etdi və buyurdu: "Ilahi, onu öz cavanlığından bəhrələndir!"("Tarixi-Bəğdad", 8-ci cild, səh.439 )
    Bu şəxslə tanışlıq bizi sürgün olunan digər şəxslərin vəziyyətləri ilə tanış edir. Çünki, "insan öz dostunun dinindədir" qanununun hökmünə əsasən, onların hamısı bir fikir və ideya əsasında bir yerə toplaşaraq dövrün xəlifəsi və onun məmurlarının əməllərini tənqid edirdilər. Onların hamısının həyatını və siyasi, mənəvi və elmi məqamlarını bəyan etmək sözün uzanmasına səbəb olar. Müxtəsər olsun deyə, sürgün olunan digər şəxslərin mühüm xüsusiyyətlərini bəyan edirik.
    Kəb ibni Əbdüh öz imzası ilə üçüncü xəlifəyə bir məktub yazaraq Kufə hakimlərinin yaramaz işlərindən şikayət etdi və məktubu çatdırmaq üçün Əbu Rəbiəyə verdi. O, məktubu Osmana verəndə dərhal yoxlanıldı. Osman məktubu bir yerdə yazanların (lakin imzalamayan) və Əbu Rəbiəyə verənlərin hamısının adlarını soruşdu, lakin o, adları deməkdən boyun qaçırdı. Xəlifə qasidi tənbeh etmək qərarına gəldi, lakin Əli (ə) bu işə mane oldu. Sonra Osman özünün Kufədəki valisi Səid ibni Asa əmr verdi ki, Kəbə iyirmi şallaq vursun, sonra onu Reyə sürgün etsin.("Tarixi-Təbəri", 3-cü cild, səh.372-373; "Ənsab", -ci cild, səh 41-43 )
    Peyğəmbər (s) səhabəsi Əbdürrəhman ibni Hənbəl Cəmhi Mədinədən Xeybərə sürgün edildi. Onun təqsiri bu idi ki, xəlifə Afrikanın qənimətlərinin xümsünü Mərvana bağışlayanda onun bu işini tənqid etdi və bir şerlə belə dedi:–"Afrikanın qənimətlərinin xümsünü Mərvana verdin, onu başqalarından üstün tutdun və öz qohumlarını himayə etdin." Osman sağ olan müddətdə bu şəxs Xeybərdə sürgündə idi.("Tarixi-Yəqubi", 2-ci cild, səh.150)
    İKİNCİ FƏSİL:
    OSMANIN MÜHAKİMƏ OLUNMASI VƏ QƏTLİ
    BEŞ AMİLİN GÖSTƏRDİYİ ƏKS-TƏSİR
    Qeyd etdiyimiz beş amil nəticəsində islam ölkəsinin hər yerini etiraz dalğaları bürüdü. Xəlifə də bütün işçilərini sorğuya tutub onları düzgün islam yolundan azmaqla müttəhim etdi. Səhabələr və sair müsəlmanlar daim xəlifədən tələb edirdilər ki, öz işlərini islah etsin, əks təqdirdə xilafətdən götürüləcəkdir. Etiraz və müxalifət dalğalarının nə qədər böyük olması o vaxt aydın olar ki, etiraz edənlərin bəzilərinin adları və onların sözlərindən bir neçəsi ilə tanış olaq:
    1. Əmirəl-möminin Əli (ə)-ın Osmanın əməlləri barəsində–istər onun qətlindən əvvəl, istərsə də sonra–çox sözləri vardır. O həzrətin bəzi kəlamları onun xəlifənin işləri barəsindəki fikirlərini açıqlayır. O həzrət mühacir övladlarını şamlılarla döyüşə dəvət etdiyi vaxt buyurmuşdu: "Ey mühacir övladları! Küfr başçıları, əhzab tör-töküntüləri və şeytanın dostları ilə mübarizəyə qalxıb, hərəkət edin! Çoxlu xətaları üzərinə çəkən şəxsin (Osmanın) "intiqamını almaq üçün" müharibəyə qalxan Müaviyə ilə döyüşə çıxın! Çərdəyi yaran və insanı xəlq edən Allaha and olsun, başqalarının qiyamət gününə kimi etdikləri günahlar, heç bir şey azaldılmadan onun (Osmanın) boynundadır."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.194 )
    Imam (ə) öz xilafətinin ikinci günündə çıxış edərkən belə buyurdu: "Osmanın başqalarına verdiyi bütün torpaqlar, Allah malından verdiyi hər bir şey (mal-dövlət) beytül-mala qaytarılmalıdır."("Nəhcül-bəlağə"nin şərhi , (Əbdüh) 14-cü xütbə )
    Əli (ə)-ın bu və digər kəlamları onun xəlifənin işlərinə qarşı olan etirazlı fikirlərini göstərir. Bunların içərisində daha da aydın olan şey o həzrətin "Şiqşiqiyyə" xütbəsində bəyan etdiyi məsələdir:
    "...Nəhayət (Ömərin ölümündən sonra) qövmün üçüncüsü (Osman) iki tərəfini - yeməklə bayıra çıxmaq yerinin arasındakı məsafəni şişirdib ayağa qalxdı, atasının övladları da onunla əlbir oldular. Onlar Allah malını (beytül-malı) ac dəvənin yaz otunu iştaha ilə yediyi kimi yeyirdilər."("Nəhcül-bəlağə", 3-cü xütbə )
    2. Peyğəmbər (s)-in zövcəsi Ayişə Osmanın əməllərinə başqalarından çox irad tuturdu. O, Əmmarın Osman tərəfindən döyülüb təhqir olunduğundan xəbər tutan kimi Peyğəmbər (s)-in paltarlarını və başmağını çölə çıxarıb dedi:–Camaat, hələ Peyğəmbər (s)-in paltarı və başmağı köhnəlməmişdir, amma siz onun sünnəsini yaddan çıxarmısınız.
    Misirlilərin və bir qrup səhabənin Osmanın evini mühasirəyə aldıqları günlərdə Ayişə Allah Evini ziyarət etmək məqsədi ilə Mədinədən çıxdı. Bu vaxt Mərvan ibni Həkəm, Zeyd ibni Sabit və Əbdürrəhman ibni Itab ona dedilər ki, səfərə çıxma, çünki sənin Mədinədə olmağın bəlanı xəlifədən dəf edə bilər. Ayişə onların sözünü rədd etdi, üstəlik dedi:–"Istərdim ki, sənin və kömək etmək istədiyin şəxsin (Osmanın) ayağı daş olsun və hər ikinizi dənizə atım, yaxud onu bir torbaya qoyub və özüm onun əziyyətini çəkib dənizə atım!"("Əl-ənsab", 5-ci cild, səh.48 )
    Ayişənin Osman barəsində dediyi sözlər qat-qat çoxdur. Elə bunu qeyd etmək kifayətdir ki, nə qədər ki, Osmanın qətlindən və Əli (ə)-la beyətdən xəbərdar deyildi, həmişə Osmana qarşı etiraz edərdi. Lakin həcc mərasimi qurtardıqdan sonra Mədinəyə yola düşüb yolda Sərf adlı bir məntəqədə xəlifənin qətlindən və camaatın Əli (ə)-la beyət etməsindən xəbərdar olan kimi öz mövqeyini tam əksinə dəyişdi və dedi: "Kaş göylər başıma töküləydi! (Bunu deyib tələb etdi ki:) Məni Məkkəyə qaytarın. Çünki Allaha and olsun, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını alacağam!"
    Bu vaxt Osmanın qətl xəbərini gətirən şəxs cürətə gəlib dedi:–Sən ilk adamsan ki, sözünü dəyişirsən. Əvvəllər deyirdin ki, gərək bu "nəsəl"i (axmaq yəhudi qocanı) öldürsünlər, çünki o, kafir olmuşdur. Indi necə deyirsən ki, o məzlumcasına öldürülmüşdür?!
    Ayişə dedi:–Onlar xəlifəni tövbə edildikdən sonra öldürmüşlər. Mənim ikinci sözüm birinci sözümdən daha yaxşıdır.
    O, Məkkəyə qayıtdıqdan sonra məscidə getdi, "Hicri-Ismail"də bir pərdə asıb orada məskən saldı. Camaat onun ətrafına yığışdı. O dedi:–"Osman günahsız olaraq öldürülmüşdür, mən onun intiqamını alacağam!"("Tarixi-Təbəri", 3-cü cild, səh.477 )
    3. Əbdürrəhman ibni Ovf Osmana qarşı etiraz edənlərdən biri idi. Halbuki Osmanın altınəfərlik şuradakı qələbəsi onun məkr və hiyləsindən asılı idi. Osman Peyğəmbər (s)-in sünnəsinə və Şeyxeynin üslubuna əməl edəcəyinə dair verdiyi iltizamı pozanda camaat Əbdürrəhmana etiraz edib dedilər: "Bu əyriliklərin hamısı sənin işindir!"
    O dedi:–Mən işin bu yerə çatacağını əsla gözləmirdim, mən daha onunla danışmaram.
    Əbdürrəhman o gündən ömrünün axırına kimi onunla danışmadı. Hətta xəstə olanda Osman onun görüşünə getdi, o isə xəlifənin üzünə belə baxmadı və onunla danışmaq istəmədi.("Ənsabül-əşraf", 5-ci cild, səh.48 )
    Xəlifənin əleyhinə qiyam edərək onun qətli üçün müqəddimə hazırlayanların sayı qeyd olunanlardan daha çoxdur. Bunlardan əlavə, Təlhə ilə Zübeyrin də adını çəkmək mühümdür: çünki onlar xəlifəni hamıdan çox tənqid edirdilər. Sair müxaliflərin adları, onların sözləri, xəlifəni xilafətdən salmaq üçün göstərdikləri səyləri və s. öyrənmək üçün müfəssəl tarix kitablarına baxmaq lazımdır. Çünki məqsədimiz Osmanın xilafətinin süqutunu şərh etmək deyil, camaatın Əli (ə)-la beyət etməsi şəraitlərini bəyan etməkdir.
    OSMANIN EVİNİN MÜHASİRƏYƏ ALINMASI
    Qiyamın beşlik təşkil edən amilləri öz işini gördü. Osmanın öz xilafəti daxilindəki nöqsanlara və iradlara qarşı laqeyd münasibəti nəticəsində o dövrün Kufə, Bəsrə, Misir kimi mühüm islam mərkəzlərindən bir qrup "əmr be məruf və nəhy əz münkər" adı altında (xəlifəni ilahi Kitab, Peyğəmbər (s) sünnəsi və Şeyxeynin yolu ilə müxalif olan işlərdən çəkindirmə qrupu) Mədinəyə tərəf yola düşdülər. Onlar Mədinədəki həmfikirləri ilə xəlifənin ya tövbə edib həqiqi islama qayıtması, yaxud da xilafətdən salınması üçün bir çarə seçməyi qərara aldılar. Bilazəri özünün "Ənsabül-əşraf" kitabında yazır: "34-cü hicri ilində xəlifənin tutduğu işlərlə müxalif olanlar üç şəhərdən - Kufə, Bəsrə və Misirdən gəlib Məscidül-Həramda bir yerə yığışdılar və Osmanın işləri barəsində müzakirəyə başladılar. Hamılıqla qərara aldılar ki, xəlifənin nalayiq əməllərinə şahid kimi öz şəhərlərinə qayıtsınlar, bu barədə onlarla həmfikir olan şəxslərlə danışsınlar və gələn il həmin günlərdə Mədinədə bir-biri ilə görüşüb xəlifə barəsində müəyyən bir qərara gəlsinlər. Əgər o özünün yaramaz işlərindən əl çəksə, onu buraxsınlar, əks halda onu işdən çıxartsınlar. Buna görə də, sonrakı il (35-ci hicri ili) başda Malik Əştər olmaqla min nəfərlik bir dəstə Kufədən, başda Həkəm ibni Cəbəlli Əbdi olmaqla yüz əlli nəfər Bəsrədən və Kənanə ibni Büşr Səkkuni Təhbibi və Əmr Bədil Xüzai başda olmaqla dörd yüz nəfərlik (bəlkə də çox) bir qrup Misirdən Kufəyə gəldilər. Xəlifə ilə kəskin müxalifətdə olan mühacir və ənsarın böyük bir qrupu da onlara qoşuldu.(Əl-Qədir", 9-cu cild, səh.168 )
    Məsudi yazır: "Əbdüllah ibni Məsud, Əmmar Yasir və Məhəmməd ibni Əbu-Bəkr xəlifənin etinasız yanaşmasını gördükdə, Bəni-Zühər qəbiləsi Əbdüllahı, Bəni-Məxzum qəbiləsi isə Əmmarı himayə etmək üçün, eləcə də Təym qəbiləsi də Məhəmməd ibni Əbu-Bəkrə görə və bu üç dəstədən başqa qeyriləri də qiyamçılara qoşulub xəlifənin evini mühasirəyə aldılar. Misirlilər xəlifəyə belə məzmunda bir məktub yazdılar: "Allah-təala heç bir qövmün vəziyyətini onların özləri dəyişməyincə dəyişməz. Allaha, Allaha, yenə də Allaha (and veririk), öz axirət səadətini, xeyrini yaddan çıxartma. Allaha and olsun ki, biz Allah xatirinə qəzəblənir və Allah xatirinə xoşhal oluruq. Sən öz əməllərindən aşkar şəkildə tövbə etməyincə biz öz qılınclarımızı yerə qoymarıq."("Murucuz-zəhəb", 3-cü cild, səh.88 (Beyrut çapı, 1970) )
    Category: Vilayət günəşi (1-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024