İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (1-ci cild)

    Vilayət günəşi (1-ci cild)
    2012-02-18, 8:17 AM
    XƏLİFƏNİN QİYAMÇILAR QARŞISINDA VERDİYİ İLTİZAM
    Evin mühasirə olunması nəticəsində xəlifə işə ciddi yanaşmalı və mühasirənin yarılması üçün səy göstərməli idi. Lakin o, qiyamın necə böyük bir miqyasda başlanmasından agah deyildi, cəmiyyətin yaxşı şəxslərini bədnam şəxslərdən seçə bilmirdi. O, Müğeyrə ibni Şöbənin, yaxud Əmr Asın vasitəçiliyi ilə bu qiyamın sona yetəcəyini güman etdiyinə görə inqilab dalğasını yatırtmaq üçün evdən iki nəfər yolladı. Qiyamçılar bu mənfur simalarla qarşılaşdıqda onların əleyhinə şüar verdilər. Müğeyrəyə dedilər: "Ey fasiq, ey facir, rədd ol!" Əmr-Asa isə dedilər: "Ey Allahın düşməni, qayıt, sən əmanətdar adam deyilsən!"
    Bu vaxt Ömərin oğlu, Əli (ə)-ın ehtiramını xatırladı və dedi ki, bu qiyamı yalnız o yatıra bilər. Xəlifə o həzrətə dedi ki, qiyamçıları Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə dəvət etsin. Əli (ə) bu işi görməyi bu şərtlə öhdəsinə aldı ki, o, Əli (ə)-ın xəlifə adından verdiyi zəmanətə əməl etsin. Əli (ə) xəlifənin tərəfindən zəmanət verdi ki, xəlifə Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl edəcək. Qiyamçılar da Əli (ə)-ın zəmanətini tam xatircəmliklə qəbul etdilər, sonra onunla birlikdə Osmanın yanına gedib onu bərk məzəmmət etdilər. Osman onlarla razılaşdı və qərara alındı ki, bu barədə bir iltizam kağızı da versin. Onun məzmunu belə idi: "Bu, Allah bəndəsi və möminlərin əmiri Osman tərəfindən, onu tənqid edərək irad tutan şəxslərə bir məktubdur. Xəlifə söz verir ki, Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl etsin, məhrumiyyətdə olanlara yardım etsin, qorxanlara əmin-amanlıq versin, sürgün edilənləri öz vətənlərinə qaytarsın, islam ordusunu düşmən torpaqlarında saxlamasın. Əliyyibni Əbu-Talib möminlərin və müsəlmanların himayəçisidir. Osmanın bu sözlərinə əməl etməsi vacibdir."
    Zübeyr, Təlhə, Səd Vəqqas, Əbdüllah ibni Ömər, Zeyd ibni Sabit, Səhl ibni Hənif, Əbu Əyyub və s. kimi şəxslər şahid kimi kağızı imzaladılar. Bu məktub 35-ci hicri ilinin Zil-qədə ayında yazıldı və hər qrup onun bir nüsxəsini alıb öz şəhərlərinə yola düşdü. Xəlifənin evinin mühasirəsi yarıldı və onun evinə gediş-gəliş tamamilə azad oldu.(Əl-ənsab", 5-ci cild, səh.62 )
    Qiyamçılar dağılışandan sonra Imam (ə) yenidən xəlifə ilə görüşdü və ona dedi:–Gərək camaatla danışasan ki, onlar sənin sözlərini eşidib şəhadət versinlər. Çünki inqilab dalğası islam ölkələrinin hər yerini bürümüşdür. Başqa şəhərlərdən olan dəstələrin yenidən Mədinəyə axışıb gəlməsi heç də gözlənilməz bir şey deyildir. Bu halda yenə mənə deyəcəksən ki, onlarla danış.
    Xəlifə Əli (ə)-ın bu sözlərinin səmimi qəlbdən olmasını və doğru deməsindən tamamilə xəbərdar idi, ona görə də, evdən çölə çıxıb özünün xoşagəlməz işlərindən peşman olduğunu bildirdi. Imam (ə) birliyin və xilafət məqamının əzəmətinin qorunub saxlanması naminə doğrudan da böyük bir xidmət etdi. Əgər bu işdən sonra Osman o həzrətin göstərişi və hidayəti sayəsində hərəkət etsəydi, onun üçün heç bir çətinlik qarşıya çıxmazdı. Lakin xəlifə zəif iradəli və uzaqgörməyən bir adam idi, onun həqiqəti görən və düzgün işləyən müşavirləri də yox idi. Mərvan ibni Həkəm kimi hiyləgərlər onun əql və idrak qüvvəsini oğurlamışdılar. Buna görə də, misirlilər dağılışandan sonra o, Mərvanın təhriki nəticəsində yaramaz bir iş gördü. Osman özünün misirlilərlə görüşünü başqa cür əks etdirib onu belə qələmə verməyə səy etdi: Mədinədən Misrə bəzi xəbərlər çatmışdır, ona görə də onlar məsələnin nə yerdə olduğunu öyrənmək üçün bura gəlmişdilər. O xəbərlərin əsassız olduğunu gördükdə öz yerlərinə qayıtdılar.
    Bu söz xəlifənin ağzından çıxan kimi müxaliflərin etiraz dalğası yüksəldi, hamısı onun üstünə qışqırıb dedilər: "Allahdan qorx, tövbə et!" Etirazlar elə güclü idi ki, xəlifə qorxub ikinci dəfə olaraq sözünü geri götürdü, üzü qibləyə durub əllərini qaldırdı və dedi:–"Ilahi, mən tövbə edib Sənin tərəfinə qayıdan ilk şəxsəm!"("Tarixi-Təbəri", 3-cü cild, səh.385 ( "Ələm" çapı) )
    İNQİLAB RƏHBƏRLƏRİNİN EDAM OLUNMASI HAQDA HÖKM
    Misirlilərin qiyamı sona yetmək üzrə idi. Onlar Mədinədən Misrə doğru yola düşmüşdülər. Lakin yol üstündə, Əylə adlı bir yerdə Osmanın qulamını gördülər. O, Misir yolu ilə gedirdi. Misirlilər onun xəlifədən Misir valisi Əbdüllah ibni Əbi Sərhə məktub aparmasına ehtimal verdilər. Buna görə də onun yükünü axtarmağa başladılar. Onun su qabının arasında qalaydan bir lülə tapdılar, onun içində də bir məktub var idi. Məktubda Misir valisinə belə yazılmışdı: "Əmr ibni Bədil Misrə daxil olan kimi onun boynunu vursun, Kənanənin, Ürvənin və Əbu-Ədisin əllərini kəssin və qanına qəltan olandan sonra onları dar ağacından assın. Bu məktub misirliləri dəhşətə gətirdi və hamısı yarıyoldan Mədinəyə qayıtdı, Əli (ə)-la görüşüb məktubu ona verdilər. Əli (ə) məktubu götürüb Osmanın evinə getdi və ona göstərdi. Osman and içdi ki, yazı onun katibinin yazısı, möhür də onun möhürüdür, lakin özünün bundan xəbəri yoxdur. Zahirdə belə nəzərə çarpırdı ki, xəlifənin doğrudan da məktubdan xəbəri yoxdur və bu iş onun ətrafındakıların–Mərvan ibni Həkəmin işidir. Xüsusilə də xəlifənin möhürü əvvəllər Həmran ibni Əbanda idi, o, Bəsrəyə gedəndən sonra Mərvanın yanında saxlanılırdı.("Murucuz-zəhəb", 2-ci cild, səh.344 )
    Misirlilər xəlifənin evini mühasirəyə alıb onunla görüşmək istədilər. Onu görcək soruşdular:–Bu məktubu sən yazmısanmı?
    Osman Allaha and içdi ki, ondan xəbəri yoxdur. Onların nümayəndəsi dedi:–Əgər belə bir məktub səndən xəbərsiz yazılmışdırsa, onda sənin xilafətə səlahiyyətin yoxdur; belə isə, tezliklə xilafətdən istefa ver!
    Xəlifə dedi:–Allahın mənim boyuma biçdiyi paltarı (xilafəti) heç vaxt çıxarmaram.
    Misirlilərin cürəti Bəni-Üməyyəni narahat etdi. Amma işin həqiqi səbəbini axtarmaq əvəzinə, Əli (ə)-ın divarından alçaq divar görmədilər və onu heyətlərin xilafət məqamına qarşı cürətlənmələrinin səbəbkarı hesab etdilər. Imam (ə) onlara etiraz edib dedi:–Bilirsiniz ki, bu işdə mənim heç bir rolum yoxdur. Mən misirlilərin geri qayıtmaları üçün müqəddiməni hazırladım, lakin indi daha mənim əlimdən bir iş gəlməz. (Sonra Allah dərgahına üz tutub dedi:) "Ilahi, mən onların sözlərindən və xəlifənin qanının tökülməsindən bezaram! Əgər (xoşagəlməz) bir hadisə baş versə, mənim onda heç bir məsuliyyətim yoxdur."
    Mövcud şahidlər göstərirdi ki, məktub Mərvanın əli ilə, yaxud onun göstərişi əsasında yazılmışdır. Buna görə də misirlilər Osmandan Mərvanı onlara təhvil verməsini israrla tələb edirdilər. Lakin xəlifə bu fəsad amilini təhvil vermək istəmirdi. Buna görə də, xəlifənin evində qiyamçılar tərəfindən yaradılan mühasirə halqası daha da daraldı və oraya su aparılmasını ciddi şəkildə qadağan etdilər. Xəlifə öz ətrafındakılara dedi:–Nə qədər ki, gec deyil, Əliyə xəbər verin, darül-xilafəyə bir az su göndərsin.
    Imam (ə) Bəni-Haşimin köməyi ilə su ilə dolu üç tuluğu xəlifənin evinə göndərdi. Suyu ora çatdırmaq üstündə Bəni-Haşimlə mühasirəçilər arasında dava-dalaş başlandı, nəticədə Bəni-Haşimdən bir neçə nəfər yaralandı, amma axırda suyu evin içinə apara bildilər.
    MÜHASİRƏ GÜNLƏRİNDƏ XƏLİFƏNİN MƏKTUB YAZMASI
    Osman mühasirə günlərində Müaviyəyə bir məktub yazaraq qeyd etdi ki, Mədinə əhli kafir olmuş, beyəti pozmuşlar, tez bir zamanda döyüşçüləri Mədinəyə göndər. Lakin Müaviyə Osmanın məktubuna əhəmiyyət vermədi və dedi ki, mən Peyğəmbər (s)-in dostları ilə müxalifət etmərəm. Xəlifə başqa məktublar da yazıb Şamda Yəzid ibni Əsəd Bəcliyə, Bəsrədə Əbdüllah ibni Amirə göndərdi, bir məktub da o ilin Həcc mərasimində olanlar üçün yazdı. Onlara Ibni Abbas başçılıq edirdi. Lakin bu məktubların heç birinin faydası olmadı. Bəziləri xəlifəyə kömək etməyə tələsdilər, lakin Mədinəyə çatmamış onun öldürülməsindən xəbər tutdular.
    MƏRVANIN YERSİZ TƏDBİRİ OSMANIN QƏTLİNİ SÜRƏTLƏNDİRDİ
    Mühasirəçilər əvvəlcə xəlifənin evinə hücum etmək fikrində deyildilər. Onlar çalışırdılar ki, oraya su və yemək aparılmasın, nəticədə xəlifə və onun əlaltıları mühasirəçilərin tələbləri qarşısında təslim olsunlar. Lakin Mərvanın mübarizəyə qalxıb qiyamçılardan Ürvə Leysi adlı bir nəfəri qılıncla öldürməsi evin içinə hücumun başlanmasına səbəb oldu. Hamılıqla olan bu hücumda xəlifənin tərəfdarlarından üç nəfər: Əbdüllah ibni Vəhəb, Əbdüllah Ovf, Əbdüllah ibni Əbdurrəhman öldürüldü. Hücum edənlər Əmr ibni Həzm Ənsarinin evindən darül-xilafəyə yol açdılar və xəlifəni öldürdülər. Evin içində Osmanın Naqil adlı bir qulamı Malik Əştərin və Əmr ibni Əbidin vasitəsi ilə öldürüldü. Hücum elə şiddətli idi ki, Bəni-Üməyyə (xəlifənin keşikçiləri və xilafət işçiləri) hamılıqla qaçmağa üz qoydular. Peyğəmbər (s)-in zövcəsi Ümmü Həbibə (Əbu Süfyanın qızı) onları öz evində gizlətdi. Buna görə də, bu hadisə tarixdə "Yovmüd-dar" adı ilə məşhurdur.
    Xəlifə Məhəmməd ibni Əbi Bəkrin, Kənanə Büşr Təhbibinin, Sədan ibni Həmran Muradinin, Əmr ibni Həmiqin və Ümeyr ibni Sabinin əli ilə öldrüldü. Xəlifə öldürülən zaman onun arvadı Nailə özünü yarımcan halda olan ərinin üstünə atdı, nəticədə iki barmağı kəsildi, bu da Osmanın başının bədənindən ayrılmasına mane oldu, lakin hücumçuların sonrakı zərbələri onun həyatına son qoydu. Bir neçə dəqiqədən sonra onun ruhsuz cəsədi evin bir küncünə düşdü.
    DÖRDÜNCÜ FƏSİL:
    OSMANIN QƏTLİNDƏN VƏ CAMAATIN ƏLİ (Ə)LA BEYƏT ETMƏSİNDƏN SONRAKI HADİSƏLƏR
    Üçüncü xəlifənin görkəmli səhabələrlə kobud rəftarı, onun yersiz ehsan və bəxşişləri, hökumət işlərini Bəni-Üməyyənin ləyaqətsiz şəxslərinin əlinə tapşırması və s. kimi işlər onun qətli ilə nəticələndi. 35-ci hicri ilinin zilhiccə ayının on yeddisində Osman öz evində misirli və iraqlı inqilabçıların əli ilə və həmçinin Peyğəmbər (s)-in səhabələrindən bir qrupunun həmkarlığı ilə öldürüldü. Onun birinci dərəcəli tərəfdarları və himayəçiləri Məkkəyə qaçdılar.("Tarixi-Təbəri", 5-ci cild, səh.156 ( "Bulaq" çapı))
    Üçüncü xəlifənin qətl xəbəri Mədinə və onun ətrafındakıları heyrətə saldı. Müsəlmanların gələcək rəhbərinin kim olacağı barəsində hər kəs bir cür fikir yürüdürdü. Səhabələrdən Təlhə, Zübeyr, Səd Vəqqas və s. kimiləri özlərini xilafətə namizəd göstərmişdi və hamıdan çox bunlar xilafət fikrində idilər. Inqilabçılar bilirdilər ki, xəlifənin qətlindən sonra islam ölkələrində hərc-mərclik olacaq. Buna görə də, qərara aldılar ki, yaranmış boşluğu tez bir zamanda doldursunlar və xəlifə seçib onunla beyət etməmiş vətənlərinə qayıtmasınlar. Onlar keçən bu iyirmi beş il müddətində islam təlimlərinə və Peyğəmbər (s)-in sünnələrinə sadiq qalmış olan bir adam axtarırdılar. Belə bir şəxs də Əli (ə)-dan qeyrisi deyildi. Yerdə qalanların hərəsi bir yolla özünü dünyaya aludə etmişdi. Osmanın bəzi zəif cəhətlərində onunla müştərək idilər. Təlhə, Zübeyr və onun kimi şəxslər üçüncü xəlifənin dövründə öz vaxtlarını mülk ələ keçirib, mal-dövlət yığmağa, müxtəlif şəhərlərdə saraylar tikməyə sərf etmiş, öz əlaqələrini Peyğəmbər (s)-in sünnəsi və hətta Şeyxeynin sünnəsi ilə kəsmişdilər.
    Əli (ə)-ın adı hamıdan artıq dillərdə idi və xəlifənin evi inqilabçılar tərəfindən mühasirə olunduğu günlərdə Əmirəl-möminin Əli (ə) hər iki tərəfin etimadlı bir nümayəndəsi idi, o həm də hər iki tərəfin razılığını cəlb etməklə qiyamı yatırmağa hamıdan çox çalışırdı. Lakin Səqifə hadisəsində Əli (ə)-ın siyasi səhnədən çıxmasına səbəb olanların hamısı (bir nəfərdən başqa) olduğu kimi qalmaqda idi. Əgər inqilabçıların nüfuzlu və qüvvəli iradələri, ümumxalq təzyiqləri dəxalət etməsəydi, elə həmin şəxslər Imam (ə)-ı dördüncü dəfə olaraq, səhnədən geri çəkərək xilafəti səhabə şeyxlərindən olan bir nəfərə tapşıracaq, cəmiyyəti həqiqi və ilahi bir hökumətdən məhrum edəcəkdi. Əgər Osman öz əcəli ilə ölsəydi və Mədinənin vəziyyəti adi qaydada olsaydı, onun xilafəti dövründə mal-dövlət və cah-cəlal sahibi olan səhabələr heç vaxt Əli (ə)-ın hökumətinə rəy verməz və təşkil olunacaq bir şurada onun ziddinə qruplaşacaqdılar. Hətta siyasət səhnəsinin oyunbazları elə hərəkət edə bilərdilər ki, iş heç şuraya da gedib çıxmasın; onlar xəlifəni vadar edə bilərdilər ki, onların bəyəndiyi adamı xilafətə seçsin; (Necə ki, Əbu Bəkr Öməri xilafətə seçmişdi). Onlar bilirdilər ki, əgər Əli (ə) rəhbər seçilsə, onların mal-dövlətlərini müsadirə edəcək və onların heç birinə vəzifə verməyəcək. Onlar həzrətin belə bir ruhiyyəsindən tamamilə xəbərdar idilər. Belə ki, o həzrət Təlhə və Zübeyrə idari işlərə müdaxilə etmək icazəsi vermədikdə onlar dərhal öz əhdlərini pozdular və qanlı "Cəməl" müharibəsini törətdilər. Imam (ə)-ı Səqifədə hökumət səhnəsindən kənarlaşdıran amillərin ümdəsi bunlar idi:
    1. Səhabələrin yaxın adamlarının (müşriklərin) Əli (ə)-ın əli ilə öldürülməsi.
    2. Bəni-Haşimə qarşı başqa qəbilələrin, xüsusilə də Bəni-Üməyyənin bəslədiyi qədim ədavət.
    3. Əli (ə)-ın ilahi hökmün icrasında dönməz və ciddi olması.
    Osmanın qətlindən sonra bu amillər öz yerində qalmaqda idi, üstəlik təsiretmə nəzərindən o amillərdən heç də geri qalmayan bir amil də vardı: o da Peyğəmbər (s)-in zövcəsi Ayişənin onunla müxalifətçilik etməsi idi.
    Osmanın xilafəti dövründə Ayişə siyasi bir qüvvə idi. O, dəfələrlə camaatı Osmanın qanını tökməyə təhrik edir və bu məqsədlə hərdən Peyğəmbər (s)-in köynəyini səhabələrə göstərib deyirdi: "Hələ bu köynək köhnəlməmişdir, lakin onun dini bir şəkildən başqa şəklə salınaraq oyuncağa çevrilmişdir."("Tarixi Əbil Fida", 1-ci cild, səh.172 )
    Ayişə müsəlmanların arasında böyük hörmətə, dərin nüfuza malik idi və Peyğəmbər (s)-dən çoxlu hədis nəql edirdi. Bu onun siyasi tarazlıqda üstünlüyü istədiyi tərəfə meyl etdirə bilməsinə və onunla müxalifətçilik edənlərin əziyyətə düşməsinə səbəb olurdu. Ayişənin Əli (ə)-la müxalifət etməsinin səbəbləri bunlar idi: Əvvəla, Əli (ə) "ifk" hadisəsində Ayişənin boşanmasına dair rəy vermişdi. Ikincisi, Peyğəmbər (s)-in əziz qızı Fatimənin Əli (ə)-dan bir neçə övladı olmuşdu, lakin Ayişənin Peyğəmbər (s)-dən uşağı olmamışdı. Üçüncüsü, Ayişə hiss edirdi ki, Əli (ə) onun atasının xilafətindən narazıdır və onu xilafətin və Fədəkin qasibi hesab edirdi. Bunlardan əlavə, Təym qəbiləsindən olan Təlhə Ayişənin bibisioğlu, Zübeyr isə onun bacısı Əsmanın əri idi. Bu iki nəfər xilafəti ələ keçirmək üçün tam mənada hazır idilər. Ayişənin Əli (ə)-ın hakimiyyətindən narazı olmasının səbəbi Təbərinin nəql etdiyi aşağıdakı hadisədir: "Osman qətlə yetiriləndə Ayişə Məkkədə idi. Həcc mərasimini qurtardıqdan sonra Mədinəyə yola düşdü. Yolda Sərf adlı bir məntəqədə xəlifənin qətlindən və mühacirin və ənsarın Əli (ə)-la beyət etməsindən xəbərdar olduqda o qədər narahat oldu ki, ölüm dilədi və dedi: "Kaş göylər başıma töküləydi!" Sonra elə oradan Məkkəyə qayıtdı və dedi:–"Osman məzlumcasına öldürülmüşdür. Allaha and olsun, mən onun intiqamını almaq üçün qiyam edəcəyəm!" Xəlifənin qətl xəbərini gətirən şəxs cəsarətlənib dedi: "Sən dünənə kimi camaata deyirdin ki, Osmanı öldürün, o kafir olmuşdur! Bəs necə oldu ki, bu gün onu məzlum hesab edirsən?!" O cavab verdi: "Qiyamçılar onu tövbə etdirmişdilər. Sonradan öldürdülər."(Tarixi-Təbəri", 5-ci cild, səh.173 ( "Bulaq" çapı) )
    İNQİLABÇILARIN ƏLİ (Ə)-LA BEYƏT ETMƏLƏRİ
    Qeyd edilən amillər dördüncü dəfə olaraq Imam (ə)-ı xilafətdən məhrum edə bilərdi, amma inqilabçıların qüdrəti və ümumxalq kütləsinin onlara dayaq durmaları mənfi ünsürləri təsirsizləşdirdi; Peyğəmbər (s)-in dostları kütləvi şəkildə Əli (ə)-ın evinə gəlib dedilər ki, xilafət üçün ondan ləyaqətli bir şəxs yoxdur.(Yenə orada, səh.152 )
    Əbu Müxnəf "Əl-Cəməl" kitabında yazır: Osman öldürüləndən sonra müsəlmanlardan təşkil olunmuş böyük bir dəstə məscidə yığışdı. Məscid ağzına kimi dolu idi. Məqsədləri xəlifə təyin etmək idi. Mühacir və ənsardan Əmmar Yasir, Əbül-Heysəm ibni Təyhan, Rəfaət ibni Rafe, Malik ibni Əclan, Əbu Əyyub Ənsari və s. kimi böyük şəxsiyyətlər rəy verdilər ki, Əli (ə)-la beyət etsinlər. Hamıdan çox Əmmar Əli (ə) barəsində söhbət edərək axırda dedi:–Siz əvvəlki xəlifənin vəziyyətini gördünüz. Əgər cəld hərəkət etməsiniz, ona oxşar hadisəyə düçar ola bilərsiniz. Əli (ə) bu iş üçün ən ləyaqətli şəxsdir, hamınız onun fəzilətlərindən və keçmişdəki xidmətlərindən xəbərdarsınız.
    Bu vaxt camaatın hamısı bir səslə dedi:–Biz onun xilafətinə və vilayətinə razıyıq.
    Sonra hamısı yerindən qalxıb Əli (ə)-ın evinə tərəf axışdı.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 4-cü cild, səh.8 )
    Imam (ə)-ın özü camaatın onun evinə daxil olmasını belə vəsf etmişdir: "Onlar karvandakı susuz dəvələrin ayağının ipini açıb buraxdıqda yaranan izdiham kimi mənim üstümə hücum etdilər. Mən elə güman etdim ki, məni öldürmək, yaxud da onların bəziləri bəzilərini mənim hüzuruma dartıb gətirmək istəyirlər."("Nəhcül-bəlağə", 53-cü xütbə )
    O həzrət "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir: "Onlar kaftarın boynunun tükləri kimi dövrəmə tökülüşdülər və hər tərəfdən mənə tərəf hücum etdilər, hətta Həsən və Hüseyn ayaq altında qaldı, əbamın və paltarımın bir tərəfi cırıldı. Onlar qoyun sürüsü kimi mənim ətrafımı tutmuşdular. Nəhayət, mən onların beyətini qəbul etdim."("Nəhcül-bəlağə", 3-cü xütbə )
    Imam (ə) onların cavabında dedi:–Mən sizin məşvərətçiniz olsam, sizə rəhbərlik etməkdən daha yaxşıdır."
    Onlar bunu qəbul etməyib dedilər: Səninlə beyət etməyincə əl çəkməyəcəyik.
    Imam (ə) buyurdu: Indi ki, israr edirsiniz, onda gərək beyət mərasimi məsciddə təşkil olunsun, çünki mənimlə beyət etmək gizli və müsəlman kütlələrinin razılığı olmadan ola bilməz.
    Imam (ə) camaatın müşayiəti ilə məscidə getdi, mühacir və ənsar onunla beyət etdi. Sonra digərləri də onlara qoşuldular. O həzrətlə beyət edən ilk şəxslər Təlhə və Zübeyr idi. Onlardan sonra başqaları da beyət əlaməti olaraq əl verib onunla görüşdülər. Sayı çox az olan bir neçə nəfərdən başqa (cəmisi dörd-beş nəfər)(Təbərinin ifadəsi ilə desək, "Osmaniyyə"dən olub, onun havadarları idilər. Onlar aşağıdakılar idilər: Məhəmməd ibni Məsləmə, Əbdüllah ibni Ömər, Üsamə ibni Zeyd, Səd Vəqqas, Kəb ibni Malik, Əbdüllah ibni Səlam Başqaları inanırlar ki, bu şəxslər beyət etdilər, lakin "Cəməl" döyüşündə etmədilər. "Tarixi-Təbəri", 5-ci cild, səh.151 ) hamı o həzrətin xilafətinə və rəhbərliyinə rəy verdi. Camaatın Imam (ə)-la beyət etməsi zil-hiccənin iyirmi beşində baş verdi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil Hədid), 4-cü cild, səh.8-9 )
    QANUNİ VƏ TƏBİİ BİR BEYƏT
    Islam xilafəti tarixində heç bir xəlifə Əli (ə) kimi əksəriyyət təşkil edən rəylə seçilməmiş, heç kimin rəhbərliyi onun seçilməsi kimi mühacir və ənsardan olan səhabələrin, böyük şəxsiyyətlərin, fəqihlərin və qarilərin rəyi əsasında olmamışdı. Bu yolla xilafəti ələ alan yalnız Əli (ə) olmuşdur. Imam (ə) öz sözlərinin birində onunla beyət etmək üçün misli görünməmiş izdiham və təntənəni belə vəsf edir:
    "Başmağın bəndi qırıldı, əba çiyindən düşdü, zəif şəxslər ayaq altında qaldı. Camaatın mənimlə beyət etmək üçün sevincləri o həddə çatmışdı ki, uşaq sevincək oldu, qoca və zəif beyət etməyə gəldi, qızlar beyət mərasimini müşahidə etmək üçün niqablarını üzlərindən götürmüşdülər."(Şərhi "Nəhcül-bəlağə" (Əbdüh), 244-cü xütbə )
    Əbdüllah ibni Ömər Imam (ə) ilə beyət etmək istəmədi, çünki o, bilirdi ki, xilafət Əli (ə) üçün əsil hədəf və məqsəd deyildir, heç vaxt xilafət üçün əl-ayağa düşmür. Onu yalnız haqqın bərqərar olması, ədalətin icra olunması, zəiflərin və əlsiz-ayaqsızların hüquqlarının özlərinə qaytarılması üçün istəyir. Beyətin ikinci günü (35-ci hicri ili, zilhiccə ayının iyirmi altısı) Əbdüllah Imam (ə)-ı şəkkə və vəsvəsəyə salmaq, onu xilafət fikrindən daşındırmaq məqsədi ilə onun yanına gəlib dedi:–Yaxşı olardı ki, xilafət işini şuraya tapşırasan, çünki hamı sənin xilafətinə razı deyil.
    Imam (ə) qəzəblənib dedi:–Vay olsun sənə! Mən onlara demişəm ki, mənimlə beyət etsinlər?! Onların izdihamını görmədinmi? Qalx ayağa və buradan get, ey nadan!
    Ömərin oğlu Mədinədəki mühitin əlverişli olmadığını gördükdə Məkkəyə yola düşdü, o, bilirdi ki, Məkkə Allahın əmin-amanlıq hərəmi olduğuna görə Imam (ə) oranın hörmətini həmişə saxlayacaqdır.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 4-cü cild, səh.10 )
    Düzgün tarix, həmçinin Imam (ə)-ın sözləri göstərir ki, camaatın o həzrətlə beyət etməsində heç cür ikrah və məcburiyyət olmamış və beyət edənlər tam razılıqla (hərçənd müxtəlif məqsədlərlə) Əli (ə)-ın əlini islam rəhbəri kimi sıxmışlar. Hətta özlərini o həzrətə bərabər hesab edən Təlhə və Zübeyr də beyətdən bəhrələnmək ümidi ilə (yaxud ümumxalq rəyi ilə müxalifət etmək qorxusundan) mühacir və ənsarla birlikdə Imam (ə)-a beyət etdilər. Təbəri bu iki nəfərin beyət etməsini iki cür nəql etmişdir. Lakin o öz tarixində onların Imam (ə)-la ixtiyar üzündən beyət etmələrini göstərən rəvayətləri ikinci dəstədəki rəvayətlərdən əvvəl gətirmişdir. Bu işdə o böyük tarixçinin birinci dəstədəki rəvayətlərə ikincidəkilərə nisbətən daha çox etimad etdiyini göstərməsi mümkündür.(Bu məsələ üç yolla nəql olunmuşdur. "Tarixi-Təbəri", 5-ci cild, səh.152-153 )
    Imam (ə)-ın bu barədəki sözləri birinci dəstədəki rəvayətlərin doğruluğunu aşkar şəkildə göstərir. Bu iki nəfər öz əhdlərini pozub böyük bir günaha batdıqları vaxt camaat arasında şayiə yayıldı ki, guya onlar Əli (ə)-la öz meyl və rəğbətləri üzündən beyət etməmişlər. Imam (ə) bu şayiəyə belə cavab verdi: "Zübeyr elə fikirləşir ki, öz qəlbi ilə yox, əli ilə beyət etmişdir. Yox, belə olmamışdır! O, beyət etdiyini etiraf etdi, (sonra) qohum olduğunu iddia etdi. O ya gərək öz dediyi sözlərə dəlil və şahid gətirsin, ya da pozduğu beyətə yenidən qayıtsın."("Şərhi-Nəhcül-bəlağə", (Əbdüh), 7-ci xütbə )
    Imam (ə) Təlhə və Zübeyr ilə müzakirə apardıqda daha dərinə gedib onların beyət üçün israr etmələrini xatırladır və buyurur: "Mənim heç vaxt xilafətə meylim olmamışdır və onda (xilafətdə) mənim üçün (pis bir) hədəf yox idi. Amma sizlər məni dəvət edərək onu öhdəmə almağa vadar etdiniz."(Yenə orada, 200-cü xütbə )
    TARİX YALANÇILARI
    Seyf ibni Ömər yalan tarix yazanlardan biri idi. O, öz rəvayətində əsassız mətləblər düzəltməklə tarixi təhrif etməyə çalışmışdır. O, bu barədə nəql edir ki, Təlhə və Zübeyr Malik Əştərin qılıncından qorxduqlarına görə beyət etmişdilər.("Tarixi-Təbəri", 5-ci cild, səh.157 )
    Bu, Təbərinin əvvəlcə nəql etdiyi rəvayətlə ziddir və Əli (ə)-ın sözləri ilə də düz gəlmir. Bundan da əlavə azadlıqla, Əli (ə)-ın hökumət üsulu ilə tamamilə müxalifdir. Imam (ə) onunla beyət etməyən bir neçə nəfəri azad buraxdı və onlara etina belə etmədi. Hətta Imam (ə)-a "onların dalınca bir nəfər köndər" deyiləndə, belə buyurdu: "Onların beyətinə mənim ehtiyacım yoxdur."("Şərhi "Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid), 4-cü cild, səh.9 )
    Xoşbəxtlikdən "Tarixi-Təbəri" kitabı "müsnəd"dir, onun rəvayətlərinin sənədi də məlumdur. Buna görə də, əsassız və saxta rəvayətləri ayırd etmək tamamilə mümkün bir işdir. Əksər vaxtlar üç xəlifənin xeyrinə, Peyğəmbər (s) ailəsinin zərərinə olan bu cür rəvayətlərin ustası Seyf ibni Ömərdir. Ibni Həcər Əsqəlani "Təhzibüt-təhzib" kitabında (4-cü cild, səh.296) onun barəsində belə yazır: "O, saxta hədis düzəldən bir adamdır. Onun nəql etdikləri dəyərsizdir və onun nəql etdiyi hədislərin hamısı alimlər tərəfindən rədd olunmuşdur. O, dinsizliklə də müttəhim olunmuşdur.("Təhzibüt-təhzib", 4-cü cild, səh.296 )
    Amma təəssüflər olsun ki, onun düzəltdiyi saxta rəvayətlər "Tarixi-Təbəri"dən əlavə, "Tarixi ibni Əsakir", "Kamili-Ibni Əsir", "Əl-bidayətü vən-nihayə", "Tarixi ibni Xəldun" kimi digər tarixi kitablarda da yayılmışdır. Onların müəlliflərinin hamısı azacıq tədqiqat aparmadan, birbaşa Təbəriyə tabe olmuş və onun nəql etdiyi şeylərin elə həqiqətin eyni olmasını güman etmişlər.
    İXTİLAFLARIN VƏ QİYAMLARIN KÖKÜ
    Osmanın on üç illik xilafətindən Əli (ə)-a "irs" çatan bol nemətlər və qənimətlər mühiti müsəlmanların müxtəlif ölkələrdəki müvəffəqiyyətlərindən əldə edilmişdi. Bol nemətin və qənimətin varlığı deyil, onların necə bölüşdürülməsi çətin bir məsələ idi. Çünki Ömərin hakimiyyətinin axırlarında və Osmanın bütün hakimiyyəti dövründə Peyğəmbər (s)-in sünnəsi və birinci xəlifənin getdiyi yol tamamilə dəyişdirilmişdi. Qolu qüvvəlilər, yaxud xilafət sülaləsinə bağlı olanlar hərbi qənimətləri özlərinə götürürdülər. Bunun nəticəsində, kəskin sinfi ziddiyyətlər və dərin narazıçılıqlar yaranmışdı. Peyğəmbər (s)-in dövründə və həmçinin, birinci xəlifənin zamanında on beşinci("Kamil" (Ibni Əsir) 2-ci cild, səh.194 ) (yaxud da iyirminci) hicri ilinə qədər qənimətləri və mal-dövləti yığıb saxlamır,("Tarixi-Yəqubi", 2-ci cild, səh.143 ) ələ düşən kimi dərhal bərabər şəkildə bölüşdürürdülər. Lakin üçüncü xəlifə öz dövründə "Beytül-mal"ı təsis etdi və ayrı-ayrı şəxslərə onların rütbələrinə uyğun olaraq maaş təyin etdi. Bu iş üçün bir idarə də yaratdı.
    Ibni Əbil-Hədid müsəlmanların maaşlarının miqdarını belə yazır: Peyğəmbər (s)-in əmisi Abbas üçün ildə 12000 dirhəm, Peyğəmbər (s)-in zövcələrinin hər biri üçün 10000 dirhəm (Ayişəyə bundan əlavə 2000 dirhəm də) verilirdi. Mühacirdən olan Bədr səhabələrinə 5000, ənsardan olan Bədr səhabələrinə 4000, Ühüddən Hüdeybiyyəyə qədərki döyüşlərdə olan səhabələrə 4000, Hüdeybiyyədən sonrakı səhabələrə 3000, Peyğəmbər (s)-in vəfatından sonrakı cihadlarda iştirak edənlərə isə rütbələrinə uyğun olaraq 2000-2500, 200-1500 dirhəm pul verilirdi.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 3-cü cild, səh.154 (Misir çapı) )
    Ömər iddia edirdi ki, o bu yolla zadəgan sinfini (əyan-əşrafı) islama cəlb etmək istəyir. Lakin ömrünün axırıncı ilində deyirdi ki, əgər sağ qalarsa, Peyğəmbər (s)-in mal-dövləti bərabər böldüyü kimi, o da bərabər şəkildə böləcəkdir.(Həmin mənbə, 2-ci cild, səh.143 )
    Ömər bu işi ilə islamda sinfi ixtilaflar və ziddiyyətlərin əsasını qoydu, Osmanın dövründə bu ixtilaf daha da kəskinləşdi. Məhz belə bir mühit Əli (ə)-a bir növ "irs" yetişmişdi, o həzrət camaatı Peyğəmbər (s)-in sünnəsinə qaytarmaq, sinfi imtiyazları və ayrı-seçkilikləri aradan qaldırmaq və qənimətləri bərabər şəkildə bölüşdürmək istəyirdi. Təbiidir ki, bu yolda müxtəlif çətinliklərlə qarşılaşırdı. Çünki qənimətlərin bərabər şəkildə bölünməsi bəzilərinin mənafeyinə zərər vururdu.
    İMAM ƏLİ (Ə)-LA MÜXALİFƏTİN AMİLLƏRİ
    Imam Əli (ə) xilafətə seçildikdən sonra müsəlmanların arasındakı ixtilaf və böhranlı vəziyyət görünməmiş bir həddə çatmışdı, belə ki, əvvəlki üç xəlifənin dövründə heç vaxt belə bir kəskin ixtilaf olmamışdı. Düzdür ki, birinci xəlifə ixtilaf və mübahisəli şəkildə seçildi və rəhbərlik məqamını Allah tərəfindən təyin olunan bir məqam olduğuna inananların etirazları ilə qarşılaşdı, lakin çox keçməmiş vəziyyət yaxşılaşdı və müxalif qruplar islamın ali məqsədləri naminə sükut edərək öz haqlarından keçdilər. Qalan iki xəlifənin seçilməsində də müəyyən qədər ixtilaf olmasına baxmayaraq qısa müddət ərzində hay-küy yatdı və hər iki xəlifə vəziyyəti nəzarət altına aldılar. Amma Əli (ə)-ın seçilməsindən sonra bəziləri onunla açıq-aşkar müxalifətə qalxaraq islam ümmətində dərin bir təfriqə əmələ gətirdilər. Onların Əli (ə)-ın hökuməti ilə müxalifətçilik etmələrinin əsaslı səbəbləri var idi. Belə ki, müxaliflərin yaxın adamlarının bir qrupu cihadlarda Əli (ə)-ın əli ilə öldürülmüşdü. O cümlədən, beyət günlərində Vəlid ibni Ütbə Əli (ə)-a dedi:–"Atam Bədr günündə sənin əlinlə öldürüldü, dünən də qardaşım Osmanı himayə etmədin. Səid ibni Asın atası da Bədr günündə sənin əlinlə öldürüldü və Mərvanı Osmanın yanında ağlıkəm bir adam hesab etdin."
    Lakin müxaliflərin bəhanəsinin amili əsas etibarı ilə iki məsələ idi:
    1. Beytül-malın bölüşdürülməsindəki mövcud ayrı-seçkiliyin ləğv olunması.
    2. Əvvəlki xəlifənin qoyduğu ləyaqətsiz valilərin işdən götürülməsi. Bu iki məsələ dünyapərəstlərin və cah-cəlal içində yaşayanların Imam (ə)-ın əleyhinə qiyam etmələrinə səbəb oldu ki, özlərinin qanunsuz şəkildə yığdıqları mal-dövlətin müsadirə edilməsinə imkan verməsinlər. Imam (ə) öz hakimiyyəti dövründə camaatı Peyğəmbəri-Əkrəm (s)-in dövründəki yaşayışa qaytarmaq, rəhbərlik işində o həzrətin tətbiq etdiyi üsulları qeydsiz-şərtsiz olaraq həyata keçirmək istəyirdi. Lakin Peyğəmbər (s) dövründə olan zahidlik və pərhizkarlıq artıq camaatın arasından yığışdırılmış, ümumi əxlaq qeyri-adi olmuş, Peyğəmbər (s)-in sünnəsi unudulmuş, cəmiyyətdəki ayrı-seçkilik camaatın ruhuna yerimiş, cəmiyyətin hər bir sahəsinə nüfuz etmiş, rəhbərlik yaramaz və nadan adamlara tapşırılmışdı.
    Ömərin təşkil etdiyi şurada Qüreyş sərmayədarı Əbdürrəhman ibni Ovf Əli (ə)-a təklif etdi ki, əgər Allahın Kitabına, Peyğəmbər (s)-in sünnəsinə və Şeyxeynin üslubuna əməl etsə, ona beyət edəcəkdir. Lakin Əli (ə) onun şərtini qəbul etmədi və buyurdu: Kitab, sünnə və öz elmim əsasında əməl edəcəyəm, iki xəlifənin üsulu əsasında yox.
    Əli (ə)-ın Əbdürrəhmanın təklifini rədd etdiyinə görə yenidən on iki il müddətində hökumətdən məhrum oldu və Osman rəhbərliyi əlinə aldı. Amma Imam (ə) rəhbərliyi əlinə aldıqda artıq beytül-malın bölüşdürülməsi barədə Peyğəmbər (s) sünnəsini dirçəltməyin vaxtı gəlib çatmışdı. Peyğəmbər (s) heç vaxt beytül-malı yığıb saxlamır, hamısını müsəlmanların arasında bərabər şəkildə bölüşdürür və ağla qara, ərəblə əcəm arasında heç bir fərq qoymurdu.
    Category: Vilayət günəşi (1-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 466 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024