İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Tarix » Peyğəmbərlərin həyatı

    Peyğəmbərlərin həyatı
    2012-03-23, 8:21 AM
    KEÇİD
    HƏZRƏT MUSANIN ƏHVALATI
    Əzizlər, indi birlikdə Misir torpaqlarına yola düşürük; qədim Misrə, min illər bundan qabaqkı Nil torpaqlarına, minlərlə əldən düşmüş qul öz ömürlərini fironlara qəbir düzəltmək üçün Cizəyə-Misir ehramlarının yerləşdiyi yerə nəhəng daşlar daşımaqla keçirdikləri torpaqlara.
    O binalar həmişə dünyanın ən qədim əsərlərindən sayılan piramidalardır. Amma, eyni zamanda Misir padşahlarının qəbirlərindən savayı bir şey də deyillər.
    Onlar yenə də həyata qayıdacaqlarına inanırdılar. Ona görə də bütün qüdrət və hökumət vasitələrini özləri üçün hazırlayırdılar. Bir gün dirilib, həyata qayıtsalar hər şeyləri hazır olsun.
    Ayaqyalın fəhlələr işi qurtardıqdan sonra piramidanın başından diqqətlə ətrafa baxırdılar. Onlar Nil çayının sahilində dalğalar üzərində üzən qayıqları görür, Aralıq dənizinə tərəf üzən çayların qırağında ara-sıra bitən xurma ağaclarına diqqətlə nəzər salırdılar. Fəhlələr gecə-gündüz işləməyə məcbur idilər. Qamçılar onların kürəklərini və çılpaq bədənlərini qana bulaşdırmışdı.
    NİLİN HƏDİYYƏSİ
    Yunan tarixçisi Herodot Misiri «Nil çayının» hədiyyəsi adlandırmışdır. Çünki, əgər Nil çayı olmasaydı, Misir də olmazdı. Hər il buzların əriməsi ilə səviyyəsi qalxan Nil çayının suyu Misiri xeyir və bərəkətli ölkə etmişdi.
    Məhz buna görə də orada əkinçilik geniş yayılmışdı. Buğda o torpağın əsas məhsulu sayılırdı. Misirlilər o dövrlərdə bizim bu günkü çörəklərimizə oxşar çörəklər hazırlayırdılar. Nil deltasında üzüm əkini yayılmışdı. Orada böyük üzüm bağları var idi. Misirlilər o zaman paxla və noxud kimi dənli bitkilərə, habelə soğan, tərəvəz, sarımsaq, xiyar və kahu kimi tərəvəzlərə çox meyl göstərirdilər. Bəzi yeməkləri şirinləşdirməkdə baldan istifadə edir, bayramlarda bəzəkli güllər əkməyi çox sevirdilər.
    ƏLAQƏLƏR
    Nil çayı Misirin cənubu ilə şimalının əsas əlaqə yoludur. Ona görə də hər il onun suyunun artdığı vaxt bəzi ağacların gövdəsindən qayıqlar düzəldirdilər. Bunlar bir sükanlı qayıqlar idilər. Onların yelkəni parçadan düzəlirdi. Nil çayının səviyyəsinin qalxması ilə Misir şəhərləri geniş su səthinin arasında kiçik adalar kimi görünürdülər.
    HEYVANLAR
    Misirlilər o zaman bir çox heyvanları tanıyırdılar. Onlar pişik və itlərdən ov üçün, inəklərdən yeri şumlamaq üçün, ulaqlardan isə yük daşımaq üçün istifadə edirdilər. Quzu və çəpişləri çöllərdə otarırdılar. Donuzu isə murdar heyvan hesab edirdilər. Çünki, onun əti tez xarab olurdu. Misirlilər Nil çayında olan balıq ətini yeməyi də xoşlayırdılar. Misir tarixinin bəzi hissəsində mavi timsah və atı onların şöhrət və əhəmiyyətlərinə görə pərəstiş edirdilər. Onlar şirləri eləcə də qəbirlərin ətrafında dolaşan çaqqallara da pərəstiş edirdilər.
    YAZMAQ
    Misirlilər yazıb-oxumağı öyrəndilər. Onların dili rəsm çəkmək və ya rəmzlər dili adlanırdı. Yəni qazılmış müqəddəs əlamət, məsələn sıfır əlaməti günəş mənasını ifadə edir və gündüz sözünü bildirir. Başqa adət və ənənələr də vardı. Onlar da başqa mənaları göstərirdi.
    MİSİRİN TARİXİ
    Misirin tarixi üç hissəyə bölünür: Birinci hissə qədim zamanlar adlanan bizim eradan əvvəlki 2280-2600-cü illər.
    İkinci hissə bizim eradan əvvəlki 1800-2100-cü illər. Bu illər «Orta zaman» adlanır.
    Üçüncü hissə «Yeni Misir» adlanan miladdan əvvəl 1000-1500-cü illər. Bu zaman fasiləsində İmran oğlu Musa dünyaya göz açmışdır.
    Miladdan əvvəl 1200-1500-cü illərdə misirlilərin çox güclü dövləti olmuşdur. Bu imperiyanın əhatəsi Sudan və Fələstinə qədər uzanmışdır.
    Misir ordusu düşmənlərinin atdan istifadə etdiyini bildikdə at və faytondan istifadə etməyə başladılar. Bu zaman Misir hakimləri olan fironlar tüğyan və fəsadla məşğul olurdular. Onlar özlərini Allah və insanların məbudu adlandırırdılar; xüsusilə Tuhtəmis və ikinci Ramsis. Ramsiz öldükdən sonra isə oğlu Minfitah hakimiyyətə gəldi və o, Musa peyğəmbərin dövründə olan firondur.
    BƏNİ İSRAİL
    Əzizlər, yəqin ki, Yusifin əhvalatını xatırlayırsınız. Yadınızdadır ki, Yəqub və övladları Yusifin quyuya düşməsindən iyirmi il sonra Misrə köçdülər. Yəqubun övladları, yəni Bəni İsrail o torpaqlarda yaşadılar və on illər keçdikdən sonra böyük bir tayfaya çevrildilər. Yusif vəfat etdikdən və o hadisədən yüzlərlə il keçdikdən sonra insanlar Yusifin Misirdəki xeyir və faydalarını unutdular. Fironlar yenidən Misirdə hakim oldular və insanları alçaldıb, xarlığa sövq etdirdilər.
    Bəni İsrail tayfası başqalarından daha çox işgəncə və zülmlərə məruz qalırdılar. Bəni İsrailin kişiləri gecə-gündüz işləməli, alçaq və xar vəziyyətindəki qul həyatlarını davam etdirməli idilər.
    Onlar firona ibadət etməli idilər, çünki, o, öz fikrinə əsasən insanların Rəbbi idi. Ona görə də bu tayfa onları bu vəziyyətdən xilas edəcək bir xilaskar insan gözləyirdilər. Bəni İsrail Yusif və Yəqubdan bu müjdəni öyrənmişdilər. Onları işgəncə və zülmdən xilas edəcək bir kişinin doğulmasını gözləyirdilər. Zülm və işgəncələr artdıqca həmin xilaskar insanın təvəllüdü haqda söhbət də çoxalırdı.
    Camaatın sözü fironun qulağına çatdı: işgəncə, əzab və zülm altında inləyən insanların sözü, münəccim və kahinlərin də təsdiq etdikləri söz.
    Kahinlər firona dedilər ki, Bəni İsrail arasında bir uşaq doğulacaq və o uşaq fironu həlak edəcəkdir. Firon bu xəbərdən qorxub, Bəni İsraili məhv etmək fikrinə düşdü. O, əmr etdi ki, Bəni İsraildə doğulan bütün oğlan uşaqlarını öldürsünlər. Onların hamilə qadınları üçün gizli məmurlar ayırdı və qibtlilərdən, yəni yerli misirlilərdən onların yanında mamalar təyin etdi. Bunun vasitəsi ilə firon və onun casusları uşaqların cinsiyyətini müəyyən edirdilər.
    Qurani-Kərim o qara günləri belə yad edir:
    «O zaman ki, sizi fironun əlindən xilas etdik. Onlar sizə ən ağır işgəncələrlə əzab-əziyyət verdilər. Oğlanlarınızın başlarını kəsib, qadınlarınızı saxlayırdılar».
    Firon Şeytan insan idi. O, camaata hakim olmaq yollarını yaxşı bilirdi. O, onların arasında təfriqə və ayrılıq toxumu səpməklə tayfaları bir-birinin canına saldı. Onların hamısı fironun razılığını qazanmaqla özlərini ona yaxınlaşdırıb, nüfuzlarını möhkəmlətməyə çalışırdılar.
    Əsil misirlilər olan Qibtlilər Bəni İsrailə qərib və qul gözü ilə baxırdılar. Ona görə də Bəni İsrail tayfası çox aşağı səviyyədə yaşayırdı. Onlar Bəni İsraildən bir nəfərin fironu həlak edəcəyini bildikdə isə, onlarla yad ölkənin əsirləri kimi davranmağa başladılar.
    Bu minvalla Bəni İsrail özlərinin ən çətin həyat dövrlərini yaşayırdılar. Fironun məmurları onların bütün oğlan uşaqlarını götürüb, ya başlarını kəsir, ya da Nil çayına atırdılar. Analar öz övladları üçün ağlayırdılar. Firon körpə həyat qönçələrini torpağın altında basdırırdı. O, rəhimsizcəsinə onları məhv edirdi. O, çox zalım, öz güc və qüdrəti ilə öyünən bir insan idi.
    Category: Peyğəmbərlərin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 817 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024