İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Həbib ibn Məzahirin həyatı

    Həbib ibn Məzahirin həyatı
    2012-04-12, 6:00 AM
    KƏRBƏLA KARVANINA DOĞRU
    SEVGI YAĞIŞI ÜÇÜN QOCA NƏDI, CAVAN NƏ?!
    Şərab təsir eyləməz eşq badəsin içənə.
    Aşiq gecələr oyaq, qorxutmaz onu zülmət,
    Ölümdə bir qorxu yox, yaşayırsa məhəbbət.
    Varsa mövla sevgisi, inan, vəfadan savay
    Hər şeyi pərdələyib, məşuqçün qurar saray.
    İmam Hüseyn (ə) Məkkədən Kufəyə yola düşdü. Bu şəhadət karvanındakılar yalnız Allah və Onun dininin qələbəsi haqqında düşünənlər olmalı idi. Belə bir karvan Məkkədən Kərbəlaya üz tutmuşdu. Həbib ibn Məzahirin belə bir karvanda olmaması təəssüf doğurardı. Hansı ki, Məkkədən imamla (ə) birlikdə Kərbəlaya yola düşənlərin heç də hamısı sonadək imamla (ə) yoldaşlıq etmədi. Çünki bu karvana qoşulanların bir hissəsi şəhadət yox, başqa şeylər haqqında düşünürdülər.
    ÇOX OLAR DİLİNDƏ «OLDU» DEYƏNIN
    Qəlbində qopan səs «olmadı» deyər.
    Karvana çoxları qoşulsalar da,
    Mənzilə çatmamış yolundan dönər.
    İmam Hüseyn (ə) Kufəyə hərəkət zamanı bir namədə Həbib ibn Məzahirə yazır: «Əli ibn Əbi Talib oğlu Hüseyndən (ə) fəqih alim Həbib ibn Məzahirə. Ey Həbib! Sən bizim Peyğəmbərlə (s) qohumluğumuzu və yaxınlığımızı bilirsən və bizi hamıdan yaxşı tanıyırsan. Sən gözəl əxlaq və qeyrət sahibisən. Ona görə də canını bizim yolumuzda fəda etməkdən çəkinmə. Belə etsən cəddim Peyğəmbər (s) sənin işinin mükafatını qiyamətdə əta edər».(Fazil Dərbəndi, «Əsrarul-şəhadət», səh.390.)
    Bu Həbibin üzünə gülmüş, onun qapısını döymüş bir səadət idi. Ey Həbib, müjdə olsun sənə Allahın behişti! Bu behişt Allahın yolunda cihad və şəhadətinin mükafatıdır!
    Həbib ibn Məzahir və Müslim ibn Ovsəcə, bu iki şücaətli şəxs imam Hüseynin (ə) karvanının Kufəyə yaxınlaşması xəbərini eşitdilər. Kufə əhlinin vəfasızlığı onları sarsıltmışdı. Digər bir tərəfdən, Hüseyn ibn Əlini (ə) görmək arzusunda idilər. İmamla (ə) görüş onların qəlbini sarımışdı. Qərara gəldilər ki, özlərini İmama (ə) çatdırsınlar. İmam (ə) Kufəyə çatmamış Kərbəla adlanan yerdə mühasirəyə alındı. İbn Ziyadın məmurları vəfalı kufəlilərin İmama (ə) qoşulmaması üçün gecəgündüz Kufə qapılarında keşik çəkirdilər. Amma bu iki qoca və vəfalı insan nə yolla olur olsun, özlərini Hüseynə (ə) çatdırmaq əzmindəydilər. Onlar gecələr yol gedir, gündüzlər dincəlirdilər. Nəhayət, məhərrəm ayının yeddinci günü Kərbəlada İmamın (ə) karvanına qoşula bildilər.(«Əyanuş-şiə», 4-cü cild, səh.554.) Artıq onlar imamla (ə) göz-gözə dayanmışdılar. Onların baxışları qəlblərindəki hisslərdən danışırdı. Ürəkləri Hüseynə (ə) məhəbbət, şəhadət eşqi ilə çırpınırdı.
    Həbib ibn Məzahir imam Hüseynlə (ə) görüşdüyü vaxt İmamın (ə) düşmənlərini çox, dostlarını isə az gördü. İmama (ə) ərz etdi: «Bu yaxınlıqda Bəni-Əsəd qəbiləsi yaşayır. Əgər icazə versəniz, onların yanına gedər və köməyə çağıraram. Olsun ki, Allah onları hidayət edə və sizin müdafiənizə qalxalar».
    Hüseyn ibn Əli (ə) ona icazə verdi. Həbib tələsik özünü Bəni Əsəd qəbiləsinə çatdırdı. Onları bir yerə toplayıb moizə etdi və belə dedi: «Sizin üçün gözəl bir hədiyyə gətirmişəm. Rəhbərin öz qövmünə gətirdiyi ən yaxşı bir hədiyyə! Bu hədiyyə sizin qonşuluğunuzda dayanmış Hüseyn ibn Əli (ə), Əmirəl-möminin (ə) və Fatimənin (ə) övladıdır. Onun yanında bir dəstə mömin də var. Düşmənlər onu mühasirəyə almışlar və qətlə yetirmək fikrindədirlər. Sizi onun müdafiəsinə, peyğəmbər (ə) ehtiramının hifzinə dəvət etməyə gəlmişəm. And olsun Allaha, əgər ona yardım etsəniz, Allah dünya və axirətin şərəfini sizə verər. Mən ona görə bu məsələdə sizə üz tutmuşam ki, siz mənim qövmümsünüz və mənə ən yaxın adamlar hesab olunursunuz». Həbibi dinləyənlər arasından Əbdüllah ibn Bəşir adlı biri qalxdı və dedi: «Ey Həbib! Allah sənin zəhmətlərinin əvəzini versin! Sən bizə insanın ən əziz adamına verdiyi iftixarı gətirmisən. Mən sənin dəvətinə «ləbbeyk» deyən ilk adam oluram...»
    Başqaları da ayağa qalxdılar və Əbdüllah ibn Bəşirlə eyni fikirdə olduqlarını bildirdilər. Bəyan etdilər ki, onlar Hüseynə (ə) qoşulmağa və yardım göstərməyə hazırdırlar. Bu adamların sayı yetmişlə doxsan nəfər arasında idi. Onlar Kərbəlaya doğru hərəkət etmək qərarına gəldilər. Amma bu adamların arasında Ömər Sədin xəyanətkar bir casusu vardı. O şahid olduğu söhbətləri Ömər Sədə çatdırdı. Ömər Səd Əzrəq adlı amansız bir şəxsi beş yüz süvari ilə göndərib, onların hərəkətinin qarşısını aldı. Əzrəq öz ətrafındakı adamlarla birlikdə Bəni Əsəd qəbiləsinin üzərinə hücuma keçdi. Həbib ibn Məzahirin fəryadları heç bir nəticə vermədi. Bəni Əsəd qəbiləsindən olan müsəlmanlar çoxsaylı düşmən qarşısında tab gətirmədikdən çarəsiz qalıb evlərinə dağılışdılar.
    Həbib ibn Məzahir isə yenidən imam Hüseynin (ə) yanına qayıtdı. Əhvalatı olduğu kimi ona danışdı. Həzrət (ə) buyurdu: «Allah nə istəyirsə, o da olsun. Allahdan başqa bir qüvvə yoxdur».
    Bəni Əsəd qəbiləsi İmama (ə) yardım əli uzada bilməsə də, aşura hadisəsindən sonra qanlı Kərbəla meydanına gəlib cənazələri torpağa tapşırdı. İmam Səccad (ə) üzündə niqab Kərbəla şəhidlərini tanıtdırır və onların dəfnində iştirak edirdi.
    CƏBHƏDƏ TƏBLİĞ
    Həbib ibn Məzahirin başqalarının axirət xoşbəxtliyi üçün necə çalışdığını gördük. O öz söhbətləri ilə Bəni-Əsəd qəbiləsini İmam (ə) yolunda fədakarlığa hazırlayırdı. Əfsus ki, düşmən qüvvələri onların aşura karvanına qoşulmasına mane oldu.
    Həbib hətta döyüş meydanında da insanlara təbliği, onların haqqa gəlib batildən uzaqlaşmasını bir an olsun belə unutmurdu. Ömər Səd Kərbəlaya çatdığı vaxt imamla (ə) danışıqlar üçün bir neçə dəfə onun yanına adam göndərdi. İmamın (ə) görüşünə göndərilən ilk adam Kəsir ibn Səd adlı alçaq bir şəxs idi. Bu şəxs imamın (ə) yoldaşları tərəfindən rədd edildi. O, İmamla (ə) görüşməzdən qabaq hətta silahını da təhvil vermək istəmirdi. Kəsir ibn Sədin rədd edildiyini görən Ömər Səd Qurrə ibn Qeys adlı başqa birisini göndərdi. İmam Hüseyn (ə) bu şəxslə görüşməzdən qabaq Həbib ibn Məzahirdən onun haqqında soruşdu. Həbib dedi: «Bəli, onun adı Qurrədir. Anası bizim qəbilədəndir və bizə bacı oğlu hesab olunur. Mən onu əvvəllər yaxşı adam kimi tanıyırdım. İnanmırdım ki, Yezid tərəfdarlarına qoşula. O bir vaxtlar iman və təqva əhli idi. Ağlıma da gəlməzdi ki, nə vaxtsa Kufə qoşunu ilə həmkarlıq edə!» Nəhayət, Qurrə imam Hüseynin (ə) hüzuruna gəldi. O Ömər Sədin sözlərini İmama (ə) çatdırdı. Geriyə qayıtmaq istəyərkən Həbib onu saxlayıb dedi: «Ey Qurrə! Allah sənə rəhm etsin! Yoxsa zalımların yanına qayıdırsan? Qayıt, Hüseynə (ə) yardımçı ol. Bizim izzətimiz onun ata-babalarının bərəkətindəndir». Qurrə dedi: «Hüseynin (ə) cavabını çatdırdıqdan sonra bu barədə düşünəcəyəm».(Tarixe-Təbəri, 7-ci cild, səh.310.) Amma Qurrə geri qayıtmadı.
    Həbibin düşmən qoşununa ikinci moizəsi məhərrəm ayının doqquzuncu günü günortadan sonra oldu. Həmin gün Ömər Səd qoşunundan böyük bir dəstə imamın (ə) ordugahına hücum etdi. İmam qardaşı Əbbasa göstəriş verdi ki, hücum edənlərin niyyətindən xəbər tutsun. Əbbas iyirmi nəfər süvari, eləcə də Həbib və Züheyrlə birlikdə onların qabağına çıxdı. Əbbas soruşdu: «Nə olub və nə istəyirsiniz?» Dedilər: «Übeydullah Ziyad əmr etmişdir ki, ya müharibə olmalıdır, ya da qeyd-şərtsiz təslimçilik». Əbbas dedi: «Tələsməyin, mən Əba-Əbdillah Hüseyndən (ə) fikrini öyrənim». Əbbas tələsik Hüseynin (ə) yanına qayıtdı. Bu arada düşmən döyüşçüləri ilə üzbəüz dayanmış Hüseyn (ə) tərəfdarları onlarla söhbətə başladı. Həbib ibn Məzahir Züheyrə dedi: «Əgər istəyirsənsə, onlarla söhbət et». Züheyr dedi: «Təklifi sən etdin, özün də söhbətə başla». Həbib üzünü onlara tutub dedi: «And olsun Allaha! Peyğəmbər övladlarını, abid bəndələri, Allahı zikr edənləri qətlə yetirənlər qiyamət günü Allahla üzbəüz dayanarkən necə də pis olacaqlar».(Tarix-Təbəri, 7-ci cild, səh.318.)
    Həbibin bu sözlərini yatmış vicdanları oyadacağından qorxan biri onun sözünü kəsib dedi: «Həbib, yetər! Sən özünü bacardıqca tərif etdin».
    Züheyr həmin şəxsin cavabını dərhal verdi. Nəhayət, belə qərara gəldilər ki, sabah sübhədək döyüşü təxirə salsınlar.(«Məqtəlul-Hüseyn (ə)» səh. 256.)Həbib və imamın (ə) digər yaxınları bu son nurani gecədə dua və ibadətə məşğul oldular.
    Category: Həbib ibn Məzahirin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 700 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024