İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Həbib ibn Məzahirin həyatı

    Həbib ibn Məzahirin həyatı
    2012-04-12, 5:59 AM
    AŞURA GECƏSİ
    Həmin gecə həyatdan hərə öz mənəvi azuqəsini götürürdü. Hüseyn ibn Əli (ə) tək-tənha xeymədən çıxdı ki, xeymələrin arxasındakı vəziyyəti öyrənsin. Bu vaxt yaxınlarından biri olan Nafenin də onun ardınca gəldiyini gördü. İmam soruşdu: «Kimdir? Nafe sənsən?» Nafe ibn Hilal cavab verdi: «Bəli, mənəm, fədan olum, ey peyğəmbər övladı». İmam soruşdu: «Bu gecə vaxtı çölə çıxmağının səbəbi nədir?» Nafe cavab verdi: «Ey mənim ağam! Gecə vaxtı sizin İbn-Ziyada doğru hərəkət etməyiniz məni narahat etdi». İmam (ə) buyurdu: «Mən bayıra çıxdım ki, bunların eniş-yoxuşunu öyrənim. Bilmək istədim ki, arxadan düşmənin həmləsi üçün pusqu varmı?»
    İmam (ə) Nafenin sol əlini əlinə alıb buyurdu: «Özüdür! And olsun Allaha ki, bu həmin dəyişməz vəddir!» (İmam (ə) öz şəhadətinə işarə edirdi). Sonra Nafeyə dedi: «Ey Nafe! Bu dağların arasından bir yol tap, özünü xilas et». Nafe dedi: «Ey mənim ağam! Əgər belə etsəm, anam əzamda ağalasın! And olsun Allaha, boyun damarlarım kəsilənədək sizdən ayrılmaram...»
    İmam (ə) Nafedən ayrılıb, bacısı Zeynəbin xeyməsinə getdi. Nafe isə dayanıb imamı (ə) gözləyirdi. Zeynəb qardaşına dedi: «Öz yaxınlarının batinindən əminsənmi ki, çətinlik vaxtı nizələr səni tapmayacaq?» İmam (ə) buyurdu: «Bəli, bacım! Onların hər biri şəhadət eşqində olan cəsur insandır. Uşaq anasının südünə müştaq olduğu tək onlar da şəhadət eşqindədirlər».
    Hüseynlə (ə) Zeynəbin söhbətini eşidən Nafe tələsik Həbib ibn Məzahirin yanına gəldi və eşitdiklərini ona danışdı. Həbib ibn Məzahir dedi: «And olsun Allaha! Əgər İmamın (ə) istəyinə zidd olmasaydı, elə bu an qılınc çəkib düşmənin üstünə gedərdim». Nafe dedi: «Qardaşım! Peyğəmbər qızlarını iztirab halında qoymuşuq. Dur, o biri səhabələri də götürüb, onların hüzuruna gedək və onları arxayın edib, qorxularını aradan qaldıraq». Həbib ibn Məzahir öz döyüş yoldaşlarını həmin müqəddəs gecədə belə səslədi: «Allahın və Peyğəmbərin (s) ənsarı haradadır? Fatimənin ənsarı, İslamın dostları, Hüseynin (ə) səhabələri haradadır?»
    Səhabələr şir tək tələsik xeymələrdən çıxdılar. Əbbas ibn Əli (ə) də onların arasında idi. Həbibin istəyi ilə Əbbas və Bəni-Haşimdən olan fərdlər xeymələrə qayıtdılar. Həbib digər səhabələrlə qaldı. Sonra Həbib ibn Məzahir həmin qəhrəmanlara üz tutub, Nafedən eşitdiklərini dedi. Bununla o düşərgədəkilərin hazırlığını bilmək istədi. Səhabələr qılınclarını çəkib dedilər: «Həbib! And olsun Allaha, əgər düşmən bizə doğru hərəkət etsə, onların başlarını bədənindən ayırıb, öz böyüklərinə qovuşduracağıq və Peyğəmbər (s) ailəsinin keşiyində dayanacağıq». Həbib dedi: «Onda gəlin Peyğəmbər (s) hərəminə doğru gedək və onların qorxusunu aradan qaldıraq». Onlar xeymələrə yaxınlaşdılar. Həbib dedi: «Salam olsun sizə, ey bizim ağalarımız! Salam olsun sizə, ey Peyğəmbər ailəsi! Bu cavanlar and içmişlər ki, qılınclarını düşmənin boynuna qoyanadək qınına qaytarmasınlar. Bu qulamlar da and içmişlər ki, nizələrini sizin nida edənlərinizi pərakəndə salanların sinəsinə oturtmayınca kənara qoymayacaqlar».
    Bu vaxt Hüseyn ibn Əli (ə) bayıra çıxdı. Onların isar və fədakarlığı müqabilində təşəkkür edərək buyurdu: «Ey mənim səhabələrim! Allah-təala Peyğəmbərinizin (s) Əhli-beyti tərəfdən sizə ən yaxşı mükafatı versin!»(«Tarixe-Təbəri», 7-ci cild, səh. 329.)
    İmamın (ə) ətrafındakılar yaxşı bilirdilər ki, bu son gecənin dəyərli anları onları əbədiyyətə qovuşduracaq ən qiymətli sərmayələridir. Misilsiz dəyərlərə malik olan bir gecə! Vay olsun o insana ki, öz həyatının qədr gecəsini tanımaz! Hüseynin yardımçıları bu aşura gecəsinin dəyərini necə də gözəl bilirdilər!
    Beyətlər öhdədən düşdü bu gecə,
    Məşuq aşiqlərə «gedin» söylədi.
    Həbib fəryad edib dedi: ey ağa,
    Sənsiz mən kiməm ki, varlığım nədi?
    Saçlar ağarsa da, könül cavandı,
    Həbib əvvəlki tək qana qan dedi.
    Başqa cür ola da bilməzdi! Həbib Seyyidüş-şühədanı tək qoymuş olsaydı, könüllərdə yer tapmaz, adı əbədiləşməzdi.
    ŞƏHADƏT ŞÖVQÜ
    PIR OLUB, TAQƏTDƏN DÜŞSƏ DƏ CANIM
    Cavan aşiqlərlə birdir ünvanım.
    Bu səhra şahiddir mənim eşqimə,
    Soruşma ürəyim çırpınır niyə!
    Bu bir şüar yox, həqiqətdir. Ölüm üçün şadlıq, şəhadət şövqü! İnsan özü ilə Allah, behişt, Peyğəmbər (s) və imamlar (ə), siddiqlər və şəhidlər arasında bir gecəlik fasilə görən vaxt bu səfərin necəliyindən xəbərdar ola-ola necə sevinməyə bilər?! Şəhadət sevinci o insanlara xasdır ki, ilahi agahlığa, «elmül-yəqinə» çatmış olsunlar. Həbib ibn Məzahir belə insanlardan idi. İmam Hüseyn (ə) səhabələri peyğəmbər yadigarlarının qarşısında, Allah yolunda şəhadətə yetişəcəklərini bildikləri vaxt şadlanır, zarafatlaşırdılar. Həbib ibn Məzahir üzündə təbəssüm, sevincək halda səhabələrin yanına getdi. Yezid ibn Həsin Təmimi adlı səhabə bu şadlığa etiraz edərək dedi: «Məgər indi zarafat, gülmək vaxtıdırmı?!» Həbib ibn Məzahir dərin bir imandan danışan cavab verdi: «Sevinib-şadlanmaq üçün bundan da yaxşı vaxt olacaqmı?! And olsun Allaha, bir şey qalmayıb ki, o azğınların qılıncları bizi doğrasın və behişt hurul-eyninə qovuşaq».(«Rical keşi», səh.53.)
    Şadlığından özünə sığmayan, deyib-gülən digər bir səhabəyə təəccüblə dedilər: «Axı indi boş işə vaxt sərf etməzlər». O belə cavab verdi: «Yaxınlarım yaxşı bilirlər ki, mən nə gəncliyimdə və nə də qocalığımda boş şeylərə vaxt sərf etməmişəm. Amma qarşıdakı görüş məni sevindirir. Behiştlə bizim aramızda düşmən qılınclarının sıyrılması qədər vaxt qalır».(«Həyatil-imaməl-Hüseyn», 3-cü cild, səh. 176.)
    Belə bir şəhadət eşqi harada görünüb?! Yalnız və yalnız ilahi məktəblərdə, din alimlərinin təlimləri sayəsində aşiqlərin baxış üfüqləri bir bu qədər genişlənir, dərinləşir və işıqlanır! Müqəddəs müdafiənin nurani cəbhələrində İslam mücahidlərinin ruhiyyəsi yada düşür. Bu insanları ruhlandıran, şübhəsiz ki, Kərbəla dastanı idi və bu mücahidlər Hüseyn (ə) aşura məktəbinin şagirdləri idilər.
    AŞURA QƏHRƏMANLIQ GÜNÜ
    Aşura günü sübh namazından sonra İmamın (ə) düşərgəsində ciddi hazırlıq nəzərə çarpırdı. Hüseyn ibn Əli (ə) öz qüvvələrinin hərbi hazırlığı ilə məşğul idi. Həzrət (ə) Həbib ibn Məzahiri sol cinahdakı qüvvələrin, Züheyri sağ cinahdakı qüvvələrin komandanı təyin etdi. İmamın (ə) qüvvələri az saylı olsa da, bir dünya əzəmət, şücaət və imana malik idilər. Həbib ibn Məzahir imamın (ə) ən dəyərli səhabələrindən idi. Hərbi həmlələr vaxtı meydanda olan hər bir kəs onu səsləyir və onun çağırışına dərhal cavab verirdi. Bir dəfə də Ziyadın qulamı Salim və Übeydullahın qulamı Yəssar meydana çıxıb, mübariz tələb etdilər. Yəssar meydanda təkəbbürlə dayanıb ya Həbib, ya Züheyr, ya da Bureyr ilə döyüşəcəyini elan etdi. Həbib və Bureyr dərhal yerlərindən qalxdılar. Amma imam (ə) onlara icazə vermədi və Əbdullah ibn Əmiri meydandakı düşmənlə döyüşə göndərdi. Əbdüllah meydandakı düşmənlərin hər ikisini həlak etdi.(«Tarix-Təbəri», 7-cild, səh. 336)
    Həbib bütün səhnələrdə iştirak edir, imamın müdafiəsində, cəbhənin gücləndirilməsində qılıncı, dili, nitqi ilə öz vəzifəsini yerinə yetirirdi. Həmin aşura səhəri imam Hüseyn (ə) düşməni düzgün yola dəvət etmək və höccəti tamamlaq, bəhanələri aradan qaldırmaq üçün öz əzəmətli nitqini söylədi. Həzrət buyurdu: «Mənim əslimi nəzərdə saxlayın və baxın ki, məni öldürmək sizin xeyirinizədirmi? Məgər mən Peyğəmbərin qızının oğlu deyiləmmi?...»
    Şimr Həzrətin (ə) sözünü kəsdi və dedi: «O (yəni imam (ə)) Allaha sözdə pərəstiş edir».
    Həbibin dini qeyrəti ona bu səhnələri sakitcə seyr etməyə imkan vermədi və o Şimrə cavab verdi: «And olsun Allaha! Görürəm ki, sən Allaha yetmiş dillə pərəstiş edirsən. (Həbib Şimrin saxta etiqadına işarə edirdi). Mən də şahidəm ki, dediyin kimi, imamın (ə) sözlərini anlamırsan. Allah sənin qəlbini möhürləyib və həqiqəti dərk etməkdən məhrumsan.»(«Tarixe-Təbəri», 7-ci cild, səh. 329.)Beləcə, Şimr susdu və İmam (ə) öz sözünə davam etdi.
    Üzbəüz döyüş başladı. İmamın fədakar köməkçiləri həmin tarixi məqamda birbəbir cihada gedir və qanlı savaşlardan sonra şəhadətə çatırdılar. Həbibin yaxın dostu olan Müslim ibn Ovsəcə meydana çıxdı, qəhrəmanlıqla döyüşüb, nəhayət, yerə yıxıldı. O, qanına qəltan olduğu vaxt Hüseyn ibn Əli (ə) və Həbib ibn Məzahir ona yetişdi. Müslim son nəfəslərini dərərkən Həbib ona dedi: «Müslim, mənim üçün sənin ölümün çox ağırdır! Səni behiştlə müjdələyirəm». Müslim zəif bir səslə dedi: «Allah sənə behişti müjdə etsin!» Sonra Həbib əlavə etdi: «Müslim, əgər səndən sonra qətlə yetirilməmiş olsaydım, vəsiyyətlərini eşitmək istəyərdim. Çünki mənim boynumda yaxınlıq və din haqqın var». Müslim ibn Ovsəcə çətinliklə danışa bilirdi. O dedi: «Sənə vəsiyyət edirəm ki, ölüm anınadək bu insanla (imam Hüseynlə (ə)) ol və onunla çiyin-çiyinə döyüş!» Həbib dedi: «And olsun Kəbənin Allahına! Elə də edəcəyəm».(«Əyanuş-şiə», 4-ci cild, səh. 555) Həbibin bu sözlərindən sonra Müslim gözlərini əbədi olaraq dünyaya qapadı.
    Bu iki dostun vəfadarlığı onları Kərbəla şəhidləri zümrəsinə daxil etdi. Xatirələri əziz olsun!
    Aşura günü günorta imam Hüseyn (ə) son namazını qılmaq üçün möhlət istədi. Düşmənin xəbis döyüşçülərindən olan Həsin ibn Təmim fəryad edərək dedi: «Hüseyn, sənin ki namazın qəbul deyil!» Bu sözlər Həbib ibn Məzahiri qəzəbləndirdi və o dedi: «Yoxsa güman edirsən ki, Peyğəmbərin qıldığı namaz qəbul deyil, sənin qıldığın namaz qəbuldur, ey ulağ?!» Sonra onlar bir-birlərinə hücum etdilər. Həbib ibn Məzahir qılıncla vurub, Həsinin atını yıxdı və Həsin yerə sərildi. Düşmənlər Həsini Həbibin əlindən aldılar. Həbib onlara xitabən dedi: «Ey ad və güc cəhətdən ən alçaq qövm, and içirəm ki, biz sizin qədər və ya bir az ondan az olsaydıq, qılınclarımızın xofundan qaçıb, meydanı boş qoyardınız».
    Həbib ibn Məzahirin son fədakarlıq anı çatdı. Damarlarından gənc qanı axan bu qoca mücahid qılıncını çəkib, düşmənlərə hücum etdi. Döyüş meydanı onun əzəmətindən təlatümə gəldi. Həbib düşmən qoşununu yara-yara belə bir rəcəz oxuyurdu:
    Mən Məzahir oğlu Həbibəm, bilin,
    Hünəriniz varsa, meydana gəlin.
    Sayınız olsa da bizlərdən artıq,
    Qəlbimizdə vəfa, başımız ayıq.
    Dəlilimiz möhkəm, sözümüz aşkar,
    Candan keçiləsi məqsədimiz var.
    Həbib ibn Məzahir yaşının ötməsinə baxmayaraq, şücaətlə vuruşur, düşmənə aman vermirdi. O, 62 düşmən döyüşçüsünü qılıncdan keçirdi. Nəhayət, başının ortasından dəyən qılınc və düşmən nizəsi onu yerə yıxdı. Bir qədər əvvəl Həbibin əlindən zorla qurtulmuş Həsin ayağa qalxmaq istəyən Həbibə hücum edib, qılınc zərbəsi ilə onu yenidən yerə yıxdı. Həbibin ağ saçları al qana boyanmışdı. O, döyüş səhnəsini görmək üçün gözlərini tutmuş qanı silmək istədi. Bu vaxt düşmən nizəsi onu hədəfə aldı. Axır anlarını yaşayan Həbib haqq yolda can vermək, həqiqət və din ağacını öz qanı ilə suvarmaq həsrətində idi.
    Həbibə son zərbəni vurmuş Bədil ibn Sərim atdan düşüb, özünü Həbibə çatdırdı və tələsik onun başını bədənindən ayırdı.(«Tarixe-Təbəri», 7-ci cild, səh. 348.)
    Həbibin şəhadət dağı Hüseynin (ə) dostlarına çox ağır gəldi. Hüseyn (ə) özünü Həbibə çatdırdı ki, onu şəhadəti, məşuq hüzuruna meracı münasibəti ilə təbrik etsin. Həbibin şəhadətinin təsirindən imam (ə) buyurdu: «Özümün və məni himayə edən dostların Allahdan mükafatı intizarındayam».(«Əyanuş-şiə», 4-ci cild, səh. 555.)
    Allahın və Onun rəsulunun salamı olsun Həbib ibn Məzahir Əsədiyə!
    Category: Həbib ibn Məzahirin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 878 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024