İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:51 PM
    SUAL: 4
    İMAMLAR KİMLƏRDİR?
    Cavab: Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında açıq-aşkar şəkildə buyurmuşdur ki, ondan sonra on iki nəfər xilafətə çatacaqdır ki, hamısı Qüreyşdəndir və islamın izzət və başıucalığı onların xilafəti sayəsində olacaqdır. Cabir ibni Səmrət deyir:
    سَمِعْتُ رَسُولَ اللّهِ¸ يَقُولُ لَا يَزَالُ الآِسْلَامُ عَزِيزًا اِلَي اِثْنَي عَشَرَ خَلِيفَةً ثُمَّ قَالَ كَلِمَةً لَمْ اَسْمَعْهَا فَقُلْتُ لِاَبِي مَا قَال فَقَالَ كُلُّهُمْ مِنْ قُرَيْشٍ
    "Peyğəmbər (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: "İslam on iki xəlifə və rəhbər vasitəsilə əziz olacaqdır.” Sonra bir söz dedi, eşidə bilmədim. Atamdan nə dediyini soruşduqda cavab verdi ki, hamısı Qüreyşdəndir.”("Səhihi Müslim”, 6-cı cild, səh.2, Misir çapı.)
    Tarixdə islamın izzət və başıucalığının qoruqçusu olan on iki xəlifə şiələrin inandığı on iki imamdan başqası ola bilməz. Çünki Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in təqdim etdiyi on iki xəlifə o həzrətin vəfatından bilavasitə sonra onun xəlifələri ünvanı ilə təqdim edilmişdir.
    İndi bu on iki nəfərin kim olduğunu araşdırırıq. Sünnülərin istilahında "Raşidin xəlifələri” adlandırılan dörd xəlifədən keçəndə digər xəlifələr islamın izzətli olmasına səbəb olmamışlar. Əməvi və abbasi xəlifələrinin həyat tarixi bu müddəaya şahidlik edir. Amma hər biri öz əsrində təqva və pərhizkarlıq simvolu olan on iki imam Peyğəmbər (s.ə.v.v) sünnəsinin keşikçiləri kimi səhabənin, tabeinlərin və onlardan sonrakı nəsillərin diqqət mərkəzində olmuşlar. Tarixçilər onların elmli və etimadlı olmalarına şəhadət vermişlər. Onlar aşağıdakılardan ibarətdir:
    1-Əliyyibni Əbi Talib (ə)
    2-Həsən ibni Əli (Müctəba) (ə)
    3-Hüseyn ibni Əli (ə)
    4-Əliyyibni Hüseyn (Zeynul Abidin) (ə)
    5-Muhəmməd ibni Əli (Baqir) (ə)
    6-Cəfər ibni Muhəmməd (Sadiq) (ə)
    7-Musa ibni Cəfər (Kazim) (ə)
    8-Əli ibni Musa (Riza) (ə)
    9-Muhəmməd ibni Əli (Təqi) (ə)
    10-Əli ibni Muhəmməd (Nəqi) (ə)
    11-Həsən ibni Əli (Əskəri) (ə)
    12-İmam Məhdi (Qaim) (ə)
    (Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən mütəvatir şəkildə nəql olunan rəvayətlərdə o, "vədəsi verilmiş Məhdi” ünvanı ilə qeyd olunur.)
    Adları Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dilindən deyilən bu böyük rəhbərlərin həyatı ilə tanış olmaq üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:
    1-”Təzkirətul-xəvas” ("Təzkirətu xəvassil-ümmət)æ
    2-”Kifayətul-əsər”æ
    3-”Vəfəyatul-əyan”æ
    4-”Əyanuş-şiə” (müəllif: Seyyid Möhsin Əmin Amuli).
    SUAL:5
    NƏ ÜÇÜN PEYĞƏMBƏR (S.Ə.V.V)-Ə SALAVAT GÖNDƏRƏRKƏN O HƏZRƏTİN AİLƏSİNİ DƏ ONA BAĞLAYARAQ "ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD” DEYİRSİNİZ?
    Cavab: Şübhəsiz, Peyğəmbər (s.ə.v.v)-in özü ona salavat göndərməyi müsəlmanlara öyrətmişdir: "Əhzab” surəsinin 56-cı ayəsi nazil olanda
    اِنَّ اللّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَي النَّبِيِّ يَا اَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
    müsəlmanlar "Ya Rəsuləllah, sənə necə salavat göndərək?”-deyə soruşduqda Peyğəmbər (s.ə.v.v) buyurdu:
    لَا تُصَلُّوا عَلَيَّ صَلَوةً بَتْرَاءَ
    "Mənə yarımçıq salavat göndərməyin!” Yenidən "necə salavat göndərək?” - dedikdə Peyğəmbər buyurdu:
    اَللَّهُمَّ صَلِّ عَلَي مُحَمَّدٍ وَ عَلَي آلِ مُحَمَّدٍ
    "Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.” ("Əssəvaiqul-muqriqə” (ibni Həcər), 2-ci çap, Misrin "Məktəbətul Qahirə” çapxanası, 11-ci bab, 1-ci fəsil, səh.146. Bunun oxşarını Süyuti "Əddurrul-Mənsur”, 5-ci cild, "Əhzab” surəsinin 56-cı ayəsinin təfsirində mühəddislərdən, "Sihah” və "Müsnəd” sahiblərindən nəql etmişdir, o cümlədən Əbdur-Rəzzaq, ibni Əbi Şeyx, Əhməd, Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, ibni Macə, ibni Mərdəvəyh, Kəb ibni Əcrə, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən nəql edir.)
    Peyğəmbər (s.ə.v.v) övladlarının məqamı elə yüksək birdir ki, imam Şafei özünün məhşur şerində deyir:
    يَا اَهْلَ بَيْتِ رَسُولِ اللّهِ حُبُّكُمُ فَرْضٌ مِنَ اللّهِ فِي الْقُرْآنِ اَنْزَلَهُ
    كَفَاكُمْ مِنْ عَظِيمِ الْقَدرِ اَنَّكُمُ مَنْ لَمْ يُصَلِّ عَلَيْكُمْ لَا صَلَوةَ لَهُ
    "Ey Peyğəmbər ailəsi! Sizə məhəbbət bəsləmək Allahın nazil etdiyi Quranda bir fərizədir
    Sizin məqam və mənzilətinizin yüksəkliyində bu kifayətdir ki: Hər kəs sizə salavat göndərməsə onun üçün salavat olmaz (namaz olmaz).” ("Əs-səvaiqul-muhriqə”, 11-ci bab, səh.148, Şəbravinin "İtihaf” kitabının 1-ci fəslinin 29-cu səhifəsindən nəqlən. "Məşariqul-ənvar” (Həmzavi Maliki), səh.88æ "Əl-məvahib”, (Zərqani) və "Əsaf” (Səbban), səh.119.)
    SUAL:6
    NƏ ÜÇÜN ÖZ İMAMLARINIZI MƏSUM (GÜNAHSIZ) ADLANDIRIRSINIZ?
    Cavab: Hamısı Peyğəmbər (s.ə.v.v) Əhli-beytindən olan şiə imamlarının ismət və günahsızlığına dair çoxlu dəlillər vardır. Biz onlardan birini qeyd edirik: Şiə və sünnü alimlərinin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən nəql etdiyinə görə o həzrət həyatının son anlarında belə buyurmuşdur:
    اِنِّي تَارِكٌ فِيكُمُ الثَّقلَيْنِ كَتَابَ اللّهِ وَ اَهْلَ بَيْتِي وَ اَنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ
    "Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı (Quran), digəri isə Əhli-beytimdir. Onlar qiyamət günü Kovsər hovuzunda mənə çatana qədər bir-birindən ayrılmazlar.” ("Müstədrək” (Hakim), 3-cü cüz, səh.148, "Əs-səvaiqul-muhriqə”, 11-ci bab, 1-ci fəsil, səh.149, bunun oxşar məzmunu "Kənzul-ummal” kitabının 1-ci hissəsinin "etisam bil-kitab vəs-sünnə” babında, səh.44-də, "Müsnədi Əhməd”in 5-ci cüzünün 182 və 189-cu səhifələrində və sair yerlərdə qeyd olunmuşdur.)
    Şübhəsiz, Qurani-Məcid hər növ səhvdən, xətadan və inhirafdan amandadır. İnhiraf və təhrif ilahi vəhyə necə yol tapa bilər, halbuki onu göndərən Allah, gətirən vəhy mələyi, qəbul edəni isə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dir?! Hər üçünün ismət və günahsızlığı gün kimi aydındır və bütün dünya müsəlmanları Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i vəhyi alıb qorumaqda və təbliğ etməkdə səhvdən amanda bilirlər. Aydındır ki, Allahın kitabı belə əzəmətli ismətə malikdirsə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Əhli-beyti də hər növ səhvdən və sapmalardan amanda olacaqdır. Çünki yuxarıda qeyd olunan hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in itrəti ümmətə yol göstərmək, onları hidayət etmək məqamında Quranın bərabəri kimi təqdim edilmişdir. Onların hər ikisinin yanaşı qeyd olunmasının hökmü ilə hər ikisi ismət məqamına malikdir. Başqa sözlə desək, məsum olmayan şəxs və ya şəxslərin Allahın kitabı ilə yanaşı qeyd olunmasının mənası yoxdur.
    İmamların ismət məqamında olmasının ən aydın dəlili Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz buyurduğudur:
    لَنْ يَفْتَرِقَا حَتّيَ يَرِدَا عَلَيَّ الْحَوْضَ
    "Bu ikisi (ümmətə hidayət və rəhbərlikdə) Kovsər hovuzunun yanında mənə gəlib çatana qədər heç vaxt bir-birindən ayrılmazlar.”
    Əgər Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti günah və sapmalardan amanda olmasa və müəyyən hallarda xətaya yol verərsə onda xətanın yol tapmadığı Qurandan ayrılar və yolunu azar, halbuki Peyğəmbəri Əkrəm (s.ə.v.v) bu məsələni (onların bir-birindən ayrılmasını) şiddətlə inkar etmişdir.
    Əlbəttə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in buyurduğu "Əhli-beyt” dedikdə məqsədi o həzrətin nəsəbi və səbəbi qohumları deyildir, çünki məlum məsələdir ki, onların hamısı sapmalardan amanda olmamışdır.
    Deməli onun itrətindən olan xüsusi bir qrup bu iftixara nail olmuşlar və bu bu məqam və mövqe də onların yalnız xüsusi bir qrupuna aid edilmişdir. Onlar tarix boyu ümmətin yolunu işıqlandıran, Peyğəmbər (s.ə.v.v) sünnəsini və şəriətini hifz edən Əhli-beyt imamlarıdır.
    SUAL: 7
    NƏ ÜÇÜN ŞİƏLƏR AZANDA "ƏŞHƏDU ƏNNƏ ƏLİYYƏN VƏLİYYULLAH” DEYƏRƏK ƏLİNİN VİLAYƏTİNƏ ŞƏHADƏT VERİRLƏR?
    Cavab: Bu sualın cavabında aşağıdakı mətləbləri qeyd etmək yerinə düşərdi:
    1-Şiə fəqihlərinin hamısı öz fiqhi kitablarında – istər istidlali, istərsə də sair kitablarda – aşkar şəkildə qeyd etmişlər ki, Əli (ə)-ın vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyildir və heç kəsin, onu əzan və iqamənin tərkib hissəsi ünvanı ilə dilə gətirməyə haqqı yoxdur.
    2-Quran nəzərindən Əli (ə) Allahın dostlarından biridir və elə aşağıdakı ayədə də onun möminlər üzərində vilayət haqqına işarə olaraq buyurulur:
    اِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَ الَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ راكِعُونَ
    "Sizin rəhbəriniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılaraq ruku halında zəkat verən şəxslərdir.” ("Maidə” surəsi, ayə:55)
    Sünnülərin "Sihah” və "Müsnəd” kitablarında nəql etdikləri rəvayətlərdə aşkar şəkildə qeyd edilir ki, yuxarıdakı ayə Əli (ə)-ın öz üzüyünü rüku halında sailə (fəqirə) verdiyi zaman nazil olmuşdur.(Bu ayənin şəni-nüzulu ilə əlaqədar sənədlər, qeyd olunacağından qat-qat artıqdır, lakin çoxlu mənbələrdən aşağıdakıları qeyd etmək olar: 1-”Təfsiri Təbəri”, 6-cı cild, səh.186æ 2-”Əhkamul-Quran” (Cəssasın təfsiri), 2-ci cild, səh.542æ 3-”Təfsiri Beyzavi”, 1-ci cild, səh.345æ 4-”Əddurrul-mənsur”, 2-ci cild, səh.293.) Bu ayə Əli (ə)-ın şənində nazil olan zaman Həssan ibni Sabit o hadisəni nəzmə çəkdi:
    وَ اَنْتَ الَّذِي اَعْطَيْتَ اِذْ اَنْتَ رَاكِعٌ فَدَتْكَ نُفُوسُ الْقَوْمِ يَا خَيْرَ رَاكِعٍ
    فَاَنْزَلَ فِيكَ اللّهُ خَيْرَ وِلَايَةٍ وَ بَيْنَهُمَا فِي مُحْكَمَاتِ الشَّرَائِعِ
    "Sən o kəssən ki, rüku halında bəxşiş etdin,
    Canlar sənə fəda olsun, ey rüku edənlərin ən yaxşısı!
    Allah ən yaxşı vilayəti sənin barəndə nazil etdi,
    Və onu, şəriətin xələl yetməyən hökmlərində bəyan etdi.”
    3-Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:
    اِنَّمَا الاَعْمَالُ بِالنِّيَّةِ
    "Hər əməlin həqiqətinin meyarı insanın niyyətinə bağlıdır.”
    Deməli hərgah Əli (ə)-ın vilayəti Quranın aşkar şəkildə buyurduğu prinsiplərdən biri olsa, digər tərəfdən də cüz olmasına etiqad olmadan deyilsə və azan-iqamənin bir hissəsi hesab olunmazsa onda bu həqiqətin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in risalətinə verilən şəhadət kəlməsi ilə yanaşı deyilməsinin nə eybi var?
    Qeyd olunmalıdır ki, əgər azana bir cümlə artırılması bəyənilməyən bir işdirsə və elə buna görə də şiələrə irad tutulursa aşağıdakı halları necə izah edə bilərsiniz:
    1-Düzgün tarixlərin verdiyi şəhadətə görə "həyyə əla xəyril-əməl” cümləsi əvvəllər azanın bir hissəsi olmuşdur.("Kənzul-ummal”, kitabus-səlat, 4-cü cild, səh.266æ "Sünəni Beyhəqi”, 1-ci cild, səh.424 və 425, "Əl-müvəttəə” (Malik), 1-ci cild, səh.93.) Amma ikinci xəlifənin xilafəti dövründə camaat bunu eşitməklə namazın ən yaxşı əməl olduğunu bilib artıq cihada getmədiklərindən bəziləri onu azandan çıxartdılar.("Kənzul-irfan”, 2-ci cild, səh.158, "Əssiratil-mustəqim və cəvahirul-əxbar vəl-asar”, 2-ci cild, səh.192, "Şərhu təcrid” (Quşçi), imamət bəhsi, səh.484.)
    2-”Əssəlatu xəyrun minən-novm” cümləsi Peyğəmbər (s.ə.v.v)-in dövründə azanın bir hissəsi olmamış, sonralar ona əlavə edilmişdir.("Kənzul-ummal”, kitabus-səlat 4-cü cild, səh.270.) Buna görə də Şafei "Əl-Üməm” kitabında deyir:
    اَكْرَهُ فِي الآَذَانِ الصَّلَوةُ خَيْرٌ مِنَ النَّوْمِ لِاَنَّ اَبَا مَحْذُورَةَ لَمْ يَذْكُرْه
    "Mən azanda "əssəlatu xəyrun minən-novm” cümləsini deməyi xoşlamıram, çünki Əbu Məhzurə (ravi və hədis söyləyənlərdən biridir) onu öz hədisində gətirməyibdir.”(Dəlailus-sidq”, 3-cü cild, səh.97)
    SUAL: 8
    "ALİ-MUHƏMMƏDİN (S.Ə.V.V) MƏHDİSİ” KİMDİR VƏ NƏ ÜÇÜN ONUN GƏLİŞİNİ GÖZLƏYİRSİNİZ?
    Cavab: Asimani şəriətlərin yekdil fikirdə olduğu məsələlərdən biri də dünya səviyyəsində bir islahatçının gəlişidir ki, zəmanənin axırlarında zühur edəcəkdir. Təkcə islam cəmiyyətlərində deyil, yəhudi və məsihi cəmiyyətlərində də dünya səviyyəli belə bir ədalət hakiminin gəlişi gözlənilir. "Əhdi-ətiq” (Tövrat) və "Əhdi-cədid” (İncil) kitablarına müraciət etməklə bu həqiqət aydınlaşır.("Əhdi ətiq”, Məzamiri Davud, Məzmur-96 və 97, Kitabi Daniyal Nəbi, 12-ci bab. "Əhdi cədid”: Mətta İncili, bab 24æ Mərqos İncili, bab 13, Luka İncili, bab 21 "Dünyanın gəlişini gözlədiyi şəxs” kitabından nəqlən)İslam mühəddisləri Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql etmişlər:
    لَوْ لَمْ يَبْقَ مِنَ الدَّهْرِ اِلاَّ يَوْمٌ لَبَعَثَ اللّهُ رَجُلاً مِنْ اَهْلِ بَيْتِي يَمْلَاُهَا عَدْلاً كَمَا مُلِئَتْ جَوْرًا
    "Əgər dünyanın axırına hətta bir gün qalmış olsa belə, Allah mənim Əhli-beytimdən olan bir nəfəri seçəcək, o, yer üzünü haqsızlıq və zülm ilə dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.” (Səhihi Əbu Davud”, Misir çapı, "Əl-Mətbəətut-taziyyə”, 2-ci cild, səh.207, "Yənabiul-məvəddət”, səh.432, "Nurul-əbsar”, səh.154.)
    Deməli, yuxarıda da qeyd olunduğu kimi, belə bir islahatçının gəlişinə etiqad bəsləmək asimani şəriət sahiblərinin fikir birliyidir. Eləcə də sünnülərin "Sihah” və "Müsnəd” kitablarında vədəsi verilmiş Məhdi ilə əlaqədar çoxlu rəvayətlər nəql edilmiş, hər iki firqədən (sünnü və şiə) olan islam məhəqqiqləri və mühəddisləri o həzrətin barəsində çoxlu kitablar yazmışlar.(Məsələn: "Əl-bəyan fi əxbari Axirizzəman” (Məhəmməd ibni Yusif ibni Gənci Şafei)æ "Əl-burhan fi əlamati Məhdi Axirizzəman” (Əli ibni Hisamuddin, Müttəqi Hindi adı ilə məşhurdur), "Əl-Məhdi vəl-Məhdəviyyə” (Əhməd Əmin Misri))
    Bu rəvayətlərin məcmusu o həzrətin xüsusiyyətlərini və əlamətlərini elə dəqiq şəkildə müəyyən edir ki, o, yalnız imam Həsən Əskəri (ə)-ın övladına və şiələrin on ikinci imamına uyğun gəlir.("Yənabiul-Məvəddət”, 76-cı bab)Bu rəvayətlərə əsasən o həzrət, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-lə eyni adladıræ("Səhihi Tirmizi”, Dehli çapı, 1342-ci il, 2-ci cild, səh.46æ "Müsnədi Əhməd”, Misir çapı, 1313-cü il, 1-ci cild, səh.376)On ikinci rəhbər(Yənabiul-Məvəddət”, səh.443) və Hüseyn ibni Əliyyibni Əbi Talib (ə)-ın nəvələrindəndir.(Yenə orada)
    Vədəsi verilmiş Məhdi 255-ci hicri ilində Allahın əmri ilə dünyaya gəlmişdir və hal-hazırda da sair insanlar kimi, tanınmaz halda öz həyatını davam etdirir.
    Qeyd olunmalıdır ki, bu qədər uzun ömür nə elm ilə ziddir, nə də vəhy məntiqi ilə. Müasir elm insanların təbii ömürlərini artırmaq qərarına gəlib. Alimlər inanırlar ki, insanın uzun müddət yaşamağa qabiliyyəti vardır. Əgər müəyyən bəlaların və xəstəliklərin qarşısı alınarsa ömrün daha çox artırılmasına imkan yaranacaq. Tarixdə də uzun ömür sürən şəxslərin adı qeyd olunmuşdur. Quran həzrəti Nuh (ə) barəsində buyurur:
    فَلَبِثَ فِيهِمْ اَلْفَ سَنَةٍ اِلَّا خَمْسِينَ عَامًا
    "Nuh öz qövmü arasanda min ildən əlli il əskik (950 il) yaşadı.” (Ənkəbut” surəsi, ayə:14)
    Həzrəti Yunis (ə) barəsində buyurulur:
    لَوْلَا اَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ اِلَي يَوْمِ يُبْعَثُونَ
    "Əgər o, təsbih edənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.” ("Saffat” surəsi, ayə:144)
    Həmçinin Xızr (ə) və İsa (ə) da Quran nəzərindən və bütün dünya müsəlmanların fikir birliyinə əsasən diridir və öz həyatlarını davam etdirirlər.
    SUAL: 9
    ƏGƏR ŞİƏLƏR HAQQDIRSA NƏ ÜÇÜN AZLIQDADIR VƏ DÜNYA MÜSƏLMANLARIN ƏKSƏRİYYƏTİ ONLARI QƏBUL ETMİRLƏR?
    Cavab: Haqq ilə batilin ayırd edilməsi onların ardıcıllarının az və ya çox olması ilə deyildir. Müasir dövrdə müsəlmanlar, kafirlərlə müqayisədə dünya əhalisinin beşdə birini, yaxud altıda birini təşkil edir. Uzaq şərqin sakinlərinin əksəriyyətini bütpərəstlər və ilahi qüvvələri inkar edən sair qövmlər təşkil edir. Çinin bir milyarddan artıq olan əhalisi dinsiz kommunizm ideyalarına inanır, Hindistanın təqribən bir milyarda yaxın olan əhalisinin əksəriyyəti inəyə və bütə pərəstiş edirlər.
    Deməli, əksəriyyət təşkil etmək haqq olmaq nişanəsi deyildir. Qurani-Məcid çox yerlərdə əksəriyyət təşkil edənləri məzəmmət etmiş, bunun müqabilində isə azlıq təşkil edənləri tərifləmişdir. Nümunə olaraq aşağıdakı ayələri qeyd edirik:
    وَلاَ تَجِدُ اَكْثَرَهُمْ شَاكِرِينَ
    "Onların əksəriyyətinin şükr edən olmadığını görərsən.” ("Əraf” surəsi, ayə:18)
    اِنْ اَوْلِيَآؤُهُ اِلاَّ الْمُتَّقُونَ وَلَكِنَّ اَكْثَرَهُمْ لاَ يَعْلَمُون
    "Onun (Allahın) dostları yalnız pərhizkarlardır, lakin insanların əksəriyyəti bunu bilmir.”(Ənfal” surəsi, ayə:34)
    وَ قَلِيلٌ مِنْ عِبادِيَ الشَّكُورُ
    "Mənim bəndələrimdən az bir qismi şükr edənlərdir.” (Səba” surəsi, ayə:13)
    Deməli, real görüşə malik olan bir insan heç vaxt öz din və məzhəbinin ardıcıllarının az olmasından qorxmamalı, eləcə də onların çox olması ilə öyünməməlidir, əksinə həmişə əql nurundan istifadə etməlidir.
    Bir nəfər Əli (ə)-dan soruşdu: "Necə mümkün ola bilər ki, "Cəməl” müharibəsində nisbi əskəriyyət təşkil edən müxaliflər batil yolda olsun?” İmam (ə) buyurdu:
    اِنَّ الْحَقَّ وَالْبَاطِلَ لَا يُعْرَفَانِ بِاَقْدَارِ الرِّجَالِ،اِعْرِفِ الْحَقَّ تَعْرِفْ اَهْلَهُ،اِعْرِفِ الْبَاطِلَ تَعْرِفْ اَهْلَهُ
    "Haqq və batil, ardıcıllarının miqdarı ilə ölçülmüræ haqqı tanı (əgər haqqı tanısan) onun əhlini də tanıyarsan. Batili tanı (əgər batili tanısan) onun əhlini də tanıyarsan.”
    Hər bir müsəlman şəxs bu məsələ barəsində elm və məntiq əsasında təhqiqat aparmalı, "elmin olmadığı şeylərə tabe olma”("İsra” surəsi, ayə:36) ayəsini özünə nümunə götürməlidir.
    Şiələrin sayca sünnülərə çatmamasına baxmayaraq əgər dəqiq şəkildə araşdırılma aparılsa dünya müsəlmanlarının dörddə-birinin şiələrdən ibarət olduğu məlum olar. Onlar adətən müsəlman əhalisi olan ölkələrdə yaşayırlar.(Əlavə məlumat üçün "Əyanuş-şiə”, 1-ci cild, 12-ci bəhs, səh.194-ə müraciət et.) Bütün dövrlərdə onların arasından böyük alimlər, yazıçılar, müxtəlif kitab və əsər sahibləri çıxmışdır. Yaxşı olar ki, islam aləmindəki mövcud elmlərin əsasını qoyanların şiə olduğu məlum olsun deyə, onlardan bəzilərinin adlarını qeyd edək:
    Əbul-Əsvəd Duəli: Nəhv elminin banisi.
    Xəlil ibni Əhməd: Əruz elminin banisi.
    Məaz ibni Müslim ibni Əbi Sarə Kufi: Sərf elminin banisi.
    Əbu Əbdillah Məhəmməd ibni İmran Katib Xorasani (Mərzibani): Bəlağət elminin ustalarından biri.(Seyyid Həsən Sədrin "Təsisuş-şiə” kitabına müraciət edə bilərsiniz.)
    Şiə alimlərinin sayı və onların yazıb irs qoyduqları dəyərli əsərlərdən agah olmaq üçün (bu, çox da asan iş deyildir) "Əzzəriətu ila təsanifiş-şiə” kitabına, şiə aləminin böyük şəxsiyyətləri ilə tanış olmaq üçün "Əyanuş-şiə” kitabına, şiələrin tarixindən məlumat kəsb etmək üçün "Tarixuş-şiə” kitabına baxa bilərsiniz.
    SUAL: 10.
    RƏCƏT NƏDİR VƏ NƏ ÜÇÜN ONA ETİQAD BƏSLƏYİRSİNİZ?
    Cavab: "Rəcət” lüğətdə "qayıtmaq”, istilahda isə "insanların öldükdən sonra elə bu dünyada və qiyamətdən öncə qayıtması” mənasınadır. Bu, imam Zaman (ə)-ın dünya səviyyəli hərəkatı zamanı baş verəcəkdir. Bu müddəanın nə əql ilə ziddiyyəti vardır, nə də vəhy məntiqi ilə.
    İslam dini, eləcə də digər ilahi dinlər nəzərindən insanın cövhərini və əsasını mücərrəd ruh təşkil edir ki, ona nəfs də deyilir. Bədən çürüdükdən, fani olub aradan getdikdən sonra ruh qalır və öz əbədi həyatını davam etdirir. Digər tərəfdən, böyük Allah qadiri-mütləqdir və heç bir maneə Onun qüdrətini məhdudlaşdıra bilməz.
    Bu iki müqəddimə ilə aydın olur ki, rəcət məsələsi əql baxımından tamamilə mümkün olan bir işdir. Çünki azacıq təfəkkür etməklə məlum olur ki, insanlardan bir qrupunun həyata qaytarılması onların ilkin yaradılışından qat-qat asandır. Deməli insanları ilk dəfə yaradan Allah, şübhəsiz onları yenidən qaytarmağa da qadirdir.
    Vəhy məntiqi əsasında rəcətin nümunələri keçmiş ümmət-lərdə mövcud olmuşdur. Qurani-Məcid bu barədə buyurur:
    وَاِذْ قُلْتُمْ يَا مُوسَي لَن نُّؤْمِنَ لَكَ حَتَّي نَرَي اللَّهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنتُمْ تَنظُرُونَ ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Yada salın o zamanı ki, siz (yəhudilər) dediniz: Ey Musa, biz böyük Allahı aşkar şəkildə görməyincə sənə iman gətirməyəcəyik. Bu zaman saiqə sizi tutdu, halbuki siz baxırdınız. Sonra sizi, öldüyünüzdən sonra diriltdik, bəlkə şükr edəsiniz.” (Bəqərə” surəsi, ayə:55-56)
    Digər bir ayədə həzrət İsa (ə)-ın dilindən buyurulur:
    وَ اُحْيِ الْمَوْتَي بِاِذْنِ اللّهِ
    "Ölüləri Allahın izni ilə dirildirəm.” (Ali-İmran” surəsi, ayə:49)
    Qurani-Kərim təkcə rəcətin mümkünlüyünü təsdiq etmir, əksinə bəzi insanların bu dünyada öldükdən sonra və qiyamətdən öncə yenidən həyata qayıtmalarını da təsdiq edir. Quran aşağıda qeyd olunacaq iki ayədə insanlardan bir qrupunun öldükdən sonra və qiyamətdən öncə bu dünyaya qayıtmasına işarə edir:
    وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ اَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْاَرْضِ تُكَلِّمُهُمْ اَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون
    "Elə ki, Bizim sözümüz onlara vaqe oldu, onların arasından bir varlığı yerdən çıxardarıq ki, camaatla Bizim sözümüzə inanmadıqları barəsində danışsın. O gün ki, hər ümmətin arasından Bizim ayələrimizi təkzib edənlərin bir qrupunu dirildərik və onlar tutularlar.”(Nəml” surəsi, ayə:82-83)
    Rəcət məsələsini bu iki şərif ayə əsasında isbat etmək üçün yaxşı olar ki, aşağıda qeyd olan məsələyə də diqqət yetirək:
    1-İslam müfəssirlərinin inancına görə bu iki ayə qiyamətlə əlaqədar məsələni bəyan edir. Birinci ayədə qiyamətdən öncə baş verən hadisələrə işarə edilir. Belə ki, Cəlaləddin Süyuti özünün "Əddurrul-Mənsur” adlı təfsirində ibni Əbi Şeybədən, o da Hüzeyfədən nəql edir ki, (ayədəki) "xürucul-dabbə” qiyamətdən öncə baş verən hadisələrdir.(Əddurul-Mənsur”, 5-ci cild, səh.77æ "Nəml” surəsinin 82-ci ayəsinin təfsirində)
    2-Şübhəsiz, qiyamət günündə müəyyən bir ümmətin arasından bir qrup deyil, bütün insanlar dirildiləcəkdir. Quran qiyamətdə bütün insanların dirildilib məhşər səhnəsinə gətiriləcəyi barəsində belə buyurur:
    ذلِكَ يَوْمٌ مَحْمُوعٌ لَهُ النَّاسُ
    "O (Qiyamət) elə bir gündür ki, bütün insanlar bir yerə toplanar.” ("Hud” surəsi, ayə:103, "Əddurul-Mənsur”, 3-cü cild, səh.349. Bu gün qiyamət günü kimi təfsir edilmişdir.)
    Başqa bir ayədə buyurulur:
    وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَي الْاَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا
    "O gün (Qiyamət günü) ki, dağları hərəkətə gətirərik, yeri aşkar şəkildə görərsən və onların hamısını bir yerə toplayarıq, heç kəs qalmaz.” ("Kəhf” surəsi, ayə:47)
    Deməli, qiyamət günündə bütün insanlar dirildiləcəkdir və bu, hər hansı qrupa məxsus deyildir.
    3-Qeyd olunan ikinci ayə isə bütün insanların deyil, müəyyən ümmətlərin arasından xüsusi bir qrupun dirildiləcəyini aşkar şəkildə bəyan edir. Çünki həmin ayədə buyurulur:
    وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون
    "Və o gün hər ümmətin arasından Bizim ayələrimizi təkzib edən bir qrupu dirildərik.”
    Bu cümlə həmin gündə bütün insanların dirildiləcəyinə aşkar dəlildir.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1037 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024