İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:14 AM

    Sual: 300. Həzrət Mehdi (ə) qeyb dövründə hansı işləri görür?
    Cavab: Böyük qeyb dövründə həzrətin çox mühüm işləri var. O zahiri hakimiyyətə malik olmasa da, bütün işlərə nəzarət edir və müəyyən işlərə qatılır.
    İmamət və rəhbərlik şəni onu öz vəzifəsini ən üstün şəkildə yerinə yetirməyə sövq edir. Həzrətin ömrü Allaha itaət yolunda keçir. İmam öz ictimai vəzifələrini insanların ümumi faydası istiqamətində yerinə yetirir. İnsanların hidayəti, müxaliflərə qarşı möminlərə yardım, müşkül məsələlərin həlli, fərdlərin moizə-nəsihəti, xəstələrə şəfa, yolda qalmışlara bələdçilik, elm və maarif təlimi, ehtiyaclılara iqtisadi yardım, çətinliyə düşənlərin fəryadına çatmaq həzrətin işlərindəndir.
    Həzrətin mühüm işlərindən biri də şiə cəmiyyətini nizama salmaq, elmi hövzələri tarix boyu nəzarətdə saxlamaqdır.
    Sual: 301. İmamın hadilik, tərbiyəçilik vəzifəsi onun qeybdə olması ilə bir araya sığırmı?
    Cavab: Kəlam, fəlsəfə və irfan kitablarına müraciət etdikdə imamətin iki təfsiri ilə rastlaşırıq:
    1. Kəlam əsasında tərif: İmamət dini və dünyəvi işlərə bir nəfər vasitəsi ilə rəyasətdir.(Nəhcul-Mustərşədin”, s. 62.)
    2. Fəlsəfi-irfani tərif: İmamət peyğəmbərlik kimi bir mənsəbdir, bu iki məqam arasında vəhydən savay fərq yoxdur. Peyğəmbərliyə aid olan bütün vəzifələr (vəhydən savay) imamətə də aiddir. İmamət eyni zamanda insanları zəruri kamala çatdırmaq üçün batini yardımdır.
    Uyğun tərifə əsasən, din və dünya işlərinə rəyasət bu mənada imamət şənindəndir. 12 imamçı şiə əqidəsinə əsasən bu məna mötəbərdir. Bu səbəbdən də imamət dinin üsulu sayılmışdır.
    Əllamə Təbatəbai buyurur: "İmamət itaət məqamıdan üstün bir həqiqət, din və dünya rəyasəti, yer üzündə xilafət və canişinlikdir.”(Əl-Mizan”, c. 1, s. 271.)
    İmamətin məna dərinliyi budur ki, o batini bir hidayət olub, xalq üzərində vilayətdir. Bu hidayət istəyə doğru səydən başqa bir şey deyil.
    Mütəkəllimlər (kəlam alimləri) imamətə verdikləri tərifdə bir neçə dəlilə əsaslanır: Lütf qaydası, şəriətin hifzi zərurəti, Allah dininin aydınlaşdırılması. Bütün bunlar imamın xalq arasında hüzuru ilə təmin edilir.
    Soruşula bilər ki, bu lütf imamın qeybi ilə necə uyğun gəlir?
    Əvvəla, Sahibəzzəman şəriətin ümumi hifz edənidir. O batil ittifaqa qarşıdır.
    İkincisi, ilahi lütfün müxtəlif dərəcələri var. Əziyyət zamanı daha çox lütf gətirən iş öndə gəlir. İmamın hüzurunda xalq ilahi lütfə çatsa da, onun qeybi zamanı gerçəkləşən lütf daha mühümdür. Qeyb fəlsəfəsi haqqında danışarkən bu məsələyə işarə olundu. İmamətin ikinci tərifi irfani tərifdir. Bu tərifə əsasən imamət insanların batininə nüfuz edə bilən bir həqiqətdir. Bu hidayət sayəsində insanlar məqsədə çatır.
    İmamətə verilən bu tərif qeyblə uyğun gəlir. İmam qeyb dövründə də nəzərdə tutulan işləri görə bilir. Qeyb dövrü boyu həzrətә bu sayaq yardımlar göstərilmişdir.(Əl-Mizan”, c. 14, s. 304)
    Sual: 302. İmam qeybdə ikən onu necə tanımaq olar?
    Cavab: Müxtəlif firqələrə aid mənbələrdəki rəvayətlərə əsasən Peyğəmbər (s) buyurmuşdur: "Dövrünün imamını tanımadan ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”("Şərhe-Məqasid”, c. 2, s. 375.) Bəs qeybdə olan imamı necə tanımaq olar?
    İmamı tanımaq dedikdə onu zahiri baxımdan tanımaq nəzərdə tutulmur. Məqsəd imamın məqamını, Allahın yanındakı yerini tanımaqdır. İmam şəriəti qoruyan kəsdir. O, təkvini və təşrii feyz vasitəsidir. O, Allahın izn və iradəsi ilə insanların batininə təsir göstərir, onları haqqa yönəldir. O bütün əvvəl və axır elmlərin toplumudur.
    Bütün bu məlumatları imamı görmədən də əldə etmək olar.
    Sual: 303. Hansı dəlilə əsasən bu zaman "axirüz-zəman”, "son dövr” adlanır?
    Cavab: İslami rəvayətlərdə axirüz-zəmanın, yəni dünyanın sonunun əlamətləri zikr olunmuşdur. Bu nişanələr həyata keçdikcə anlayırıq ki, hazırda həmin dövrdə yaşayırıq. Bu əlamətlərdən bəzilərini yada salaq:
    1. Qorxu və ümidsizliyin artması – İmam Baqir (ə) buyurur: "Qorxu və ümidsizlik hakim olmayınca həzrət Qaim qiyam etməz.”("Nemani”; "Əl-Ğeybət”, s. 235»)
    Başqa bir hədisdə həzrət buyurur: "İmam cəmiyyətin işləri zalımların əlində olan vaxt qiyam edər.”("İbn-Tavus, "Məlahim”, s. 77.)
    2. Məscidlərin hidayətdən uzaqlığı – Həzrət Peyğəmbər (s) axirüz-zamanda məscidlərin vəziyyəti haqqında buyurur: "Həmin dövrün məscidləri zahirən abad və gözəldir. Amma bu məscidlərdə hidayət və tərbiyədən xəbər yoxdur.”("Bihar”, c. 2, s. 190. )
    3. İnsanlar arasında soyuqluq – Həzrət Peyğəmbər (s) bu barədə buyurur: "Həmin dövrdə böyüklər tabeçiliklərində olanlara və kiçiklərə rəhm etməz. Güclü zəifə rəhm göstərməz. Allah həmin vaxt ona (Mehdiyə) qiyam izni verər.”(Həmin mənbə, c. 52, s. 380.)
    4. Əxlaqi pozğunluqların çoxalması – Həzrət Peyğəmbər (s) buyurur: "Nə qədər ki, qadın günün günorta çağı aşkar şəkildə yolun ortasında təcavüzə məruz qalmır və həmin işə görə məzəmmət edən var, qiyamət qopmaz.”
    Məhəmməd ibn Müslim deyir: "İmam Baqirә (ə) ərz etdim: "Ey Allah rəsulunun övladı! Sizin qaim nə vaxt zühur edəcək?” İmam buyurdu: "Kişilər özünü qadına, qadınlar özünü kişiyə oxşatdığı vaxt. O vaxt ki, kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənər.”("Kəmalud-din”, c. 1, s.331.)
    5. Az övlad istəyi - İslam peyğəmbəri buyurur: "Beş övladı olan dörd övlad arzusuna düşməyincə qiyamət qopmaz. Həmin vaxt dörd övladı olan "kaş üç övladım olaydı”, üç övladı olan "kaş iki övladım olaydı”, iki övladı olan "kaş bir övladım olaydı”, bir övladı olan, "kaş övladım olmayaydı” deyər.(Firdovsul-əxbar”, c. 5, s. 227.)
    6. Qəfil ölümlər –Həzrət Peyğəmbər (s) buyurur: "Ağ ölüm, yəni qəfil ölüm zahir olmayınca qiyamət bərpa olmaz.”("Əl-faiq”, c.1, s. 141. )
    7. Müharibə və qırğınlar – İmam Riza (ə) buyurur: "Həzrət Mehdinin (ə) zühurundan öncə ardıcıl və aramsız qırğınlar baş verəcək.”(Nemani, "Əl-Ğeybət”, s. 271. )
    Sual: 304. Necə ola bilər ki, imam aramızda olsun, amma biz onu tanımayaq?
    Cavab: Həzrət Mehdinin (ə) böyük qeyb dövründəki məxfiliyi barədə iki nəzəriyyə var:
    Nəzəriyyələrdən birinə əsasən həzrət Mehdi (ə) şəxsən məxfidir. Yəni o bizdən uzaqdadır, kimsənin əli çatmayan yerdə yaşayır.
    İkinci nəzəriyyəyə əsasən, həzrət Mehdi (ə) şəxs olaraq məxfi deyil. O bizim aramızdadır, amma biz onu tanımırıq. İkinci nəzəriyyə bir növ ünvanın məxfiliyindən ibarətdir.
    Sual: 305. Həzrət Mehdinin (ə) varlığına imanı necə gücləndirmək olar?
    Cavab: Bu istiqamətdə imanı gücləndirmək üçün bir neçə yol var:
    1. Əqli dəlilləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna imanı gücləndirmək olar.
    2. Quran ayələrini və rəvayətləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna dərin iman əldə etmək olar.
    3. Həzrət Mehdinin (ə) hüzurunda olmuş, onunla görüşmüş insanların haqqında mütaliə etməklə insan uyğun istiqamətdə imanını gücləndirə bilər.
    4. Həzrətə xitabən tərtib olunmuş bu duaları oxumaqla onun mövcudluğuna iman güclənə bilər.
    Sual: 306. Sahibəzzaman qeyb dövründə xalqı necə hidayət edir?
    Cavab: 1. Təşrii hidayət (şəriət yolu ilə tərbiyə): Xalq üçün şəri hökmlərin və ilahi maarifin bəyanı. Bu növ hidayət adətən imamın iştirakı ilə təmin olunur.
    2. Batini hidayət: Belə bir hidayət insana daxili yardımlarla müşayiət olunur. Bu hidayət təkvini hidayət növüdür və onun gerçəkləşməsi üçün imamın hüzuruna, xalqla görüşünə ehtiyac yoxdur. İmam qeybdə ola-ola batini hidayət gerçəkləşə bilər. Daxilində təlatüm qopmuş insanlar Allahın iradəsi ilə Sahibəzzaman nahiyəsindən qəlbən hidayət olur.
    3. Şiələr həzrət Mehdinin (ə) bir çox başqa hidayətlərindən də bəhrələnir. Yol azanlara bələdçilik, xəstələrə şəfa bu qəbildəndir.
    Sual: 307. Milad bayramlarının hansı təsirləri var?
    Cavab: Həzrət Mehdinin (ə) mövlud mərasimlərinin bir sıra müsbət təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:
    1. Şiələr hər il xüsusi bir gündə həzrət Mehdini (ə) yad edərək bir yerə toplaşır. Həzrətə məhəbbətlərini bildirməklə qəlblərində onun xatirəsini canlandırırlar.
    2. Bu sayaq bayramlar insanın ruhuna müsbət təsir göstərir, zühura olan etiqadı möhkəmləndirir.
    3. Bu bayramlarda həzrətin kamillik və fəzilətləri yada salınır, nəticədə xalq həzrətə təvəssül edərək Allaha yaxınlaşır.
    4. Bu mərasimlərdə ehsanlarla, şirni paylamaqla xalqın könlü açılır, zəiflər təbəqəsi maddi baxımdan bəhrələnir.
    5. Belə bir mərasim xalqı Allaha doğru dəvət üçün münasib fürsətdir.
    Sual: 308. Saleh insanların imamla görüşünü necə sübut etmək olar?
    Cavab: Yuxarıdakı sual əslində iki hissədən təşkil olunmuşdur:
    1. Bəzilərinin həzrətlə görüş iddiasını necə sübut etmək olar?
    2. Necə bilmək olar ki, bu görüşdə onlar şəxsən həzrəti görmüşlər?
    İlkin olaraq deyə bilərik ki, biz hər görüş iddiasında olanın sözünü qəbul etmirik. Belə bir görüşün həqiqiliyi yalnız dəlillər əsasında qəbul edilir.
    Bu şəxs doğru danışan olmalı, kimsə ondan yalan, xilaf əməl, ədalətsizlik görüb-eşitməməlidir.
    Digər bir nöqtə budur ki, həzrətlə görüş iddiasında olan şəxsin dedikləri həqiqətə uyğun olmalı, qeybi xəbərlərlə münasib gəlməlidir.
    İkinci sualın cavabında deyə bilərik ki, həzrətlə görüş iddiasında olanlar özləri müəyyən dəlillər gətirmiş, hər biri həzrətin varlığını sübut edən möcüzələr və qeybi xəbərlərə şahid olmuşlar.
    Onlar bu yolla məhz həzrətlə görüşdüklərinə əmin olmuş və bu xəbəri bizə nəql etmişlər.
    Sual: 309. Sahibəzzaman məhəbbətini qəlblərdə necə diriltmək olar?
    Cavab: İnsanların, xüsusi ilə gənclərin qəlbində Sahibəzzaman məhəbbətini diriltməyin müəyyən yolları var. Onlardan bəzilərini nəzərdən keçirək:
    1. Qəlbini Allah vəlisinin eşqi ilə doldurmaq istəyənlər öncə bu qəlbi paka çıxarmalıdır. Həm də nəfs çirkin sifətlərdən təmizlənməlidir.
    Bu səbəbdən də əxlaq ustadları haqq yol yolçusu (salik) üçün ilkin mərhələdə nəfsin təmizlənməsini zəruri saymışlar. Demək, öncə nəfs çirkinlikdən təmizlənməli, sonra əxlaqi gözəlliklərlə zinətlənməlidir.
    2. Gücümüz çatan və qarşı tərəfin qəbul edəcəyi həddə imamın məqam və kamilliklərini bəyan edək. Həzrətin xalqın halından xəbərdarlığını, ilahi rəhmaniyyət məzhəri olduğu, daim şiələr haqqında düşündüyü nəql edilməlidir.
    İnsan zatən və fitrətən kamillik aşiqidir. Digər bir tərəfdən, insanda kiməsə qarşı belə bir eşq yarandıqda ona müti olur. Sahibəzzaman xalqı Allaha doğru dəvət etdiyindən ona qarşı eşq yarandıqda insan Allaha doğru meyl edir.
    Qeyd etməliyik ki, xalqın imam Mehdiyə (ə) məhəbbətə dəvəti əslində Allaha doğru çağırış, qəlblərdə Allah eşqinin ərsəyə gəlməsi üçün cəhddir.
    Sual: 310. Sahibəzzaman dünyanın bütün nöqtələrində olurmu?
    Cavab: Prinsipcə, həzrət Mehdi (ə) Allahın qeyb elminin məzhəri olduğundan hər yerdə olur və hər şeydən xəbərdardır. Başqa sözlə, imamın istədiyi onun üçün hazırdır. Həzrət bəzən Allah tərəfindən çarəsizlərə yardımla bağlı əmr alır. Beləcə, həzrət Allahın məsləhət bildiyi yerdə hazır olur.
    Sual: 311. Həzrətin "Bəqiyyətullah” ləqəbinin mənası nədir?
    Cavab: "Bəqiyə” fəna və yoxluğun ziddidir. Bu sözün lüğət mənası davamlılıq və sabitlikdir. "Bəqiyyətullah”, yəni Allahın yer üzündə sabit qalmışı.
    "Nüdbə” duasında oxuyuruq: "Allahın yalnız pak itrətdən olan sabit qalmışı haradadır?”
    Burada iki ehtimal var:
    1. "Bəqiyyətullah” dedikdə Allahın yer üzündəki höccətinə işarə olunur. Yez üzü heç vaxt onsuz deyil və olmayacaq.
    2. "Bəqiyyətullah” yer üzündə davamlı vücudu olan Sahibəzzamanın ləqəbidir.
    İbn Sikkit deyir: "Bu cümlə o zaman işlədilir ki, insan bir kəsi gözləyir, onun intizarı ilə əyləşmişdir.”
    Sual: 312. Nə üçün həzrət Mehdini (ə) görənlərin bir çoxu öncədən onu tanımırlar?
    Cavab: Əvvəla hər adam imamla görüşə nail ola bilmir. Öncədən həzrəti tanımış və onunla görüşmüş şəxslər azdır. Seyyid Bəhrül-ülumu, Müqəddəs Ərdəbilini misal göstərmək olar.
    İkincisi, həzrətin insanlarla görüşməkdə məqsədi problemləri aradan qaldırmaqdır. Belə bir məqsəd həzrəti tanımadan da ödənə bilər.
    Üçüncüsü, həzrət ünsiyyət olmadığı üçün tanınmır. Adətən, birinci görüşdə insanlar onu tanıya bilmir.
    Dördüncüsü, insan bəzən eşqinin çoxluğundan qarşısında dayanan adamdan qəflətdə qalır. Yalnız istəyi qəbul olduqdan sonra anlayır ki, qarşısındakı kim imiş.
    Bеşincisi, böyük qeyb dövründə həzrətin tanınmaması prinsipial bir məsələdir. Bu qeyb dövründə onun məxfi halda qalması ilahi bir məsləhətdir.
    Sual: 313. Nə üçün başqa imamlar qeybə çəkilməmişdir?
    Cavab: İmam Mehdinin (ə) şəraiti digər imamların şəraitindən fərqlənmişdir.
    a) Həzrət Mehdi (ə) 12 imamın sonuncusudur.
    b) Hər an qiyamı gözlənilən həzrət zahir olub hansısa zalım hakimə beyət edə bilməz.
    v) Qeyb olmasaydı, Allahın yer üzündəki yeganə höccəti düşmənlər tərəfindən qətlə yetirilərdi.
    Bütün bu səbəblərdən həzrətin qeyb pərdəsi arxasında qalması məsləhət olmuşdur.
    Sual: 314. Nə üçün biz öz imamımızla görüşə bilməyək?
    Cavab: Əvvəla, hazırkı dövrdə vəzifəmizi bilməli, kamilliyə çatmaq üçün nə etməyimizi dərk etməliyik.
    Bizim yeganə vəzifəmiz məsum imamlar tərəfindən bəyan olunmuş ilahi göstərişlərə əməl etməkdir. Həzrətlə görüşmək şərəf olsa da, belə bir ilahi əmr yoxdur.
    İkincisi, həzrətin qeybə çəkilməsinin səbəbi özümüz olmuşuq. Əgər yaratdığımız maneələri aradan götürə bilsək, onunla görüşə bilərik.
    Üçüncüsü, hər bir ümmət hər bir dövrdə hansısa imtahana çəkilir. İmamın qeybə çəkilməsi şiə cəmiyyəti üçün böyük imtahan sayılır.
    Dördüncüsü, kimsə deməyib ki, biz imamın xidmətinə çata bilmərik. Belə bir arzuya çatmaqdan ötrü göz və qəlbdən çirkabı təmizləyib ləyaqəti əldə etsək, həzrət özü görüşümüzə gələcək.
    Sual: 315. Hansı yolla həqiqi Mehdi (ə) aşiqi olmaq mümkündür?
    Cavab: Aşiq insan üçün cəhət var. Həzrət Mehdiyə aşiq olmaq istəyiriksə, şübhəsiz, cəhət götürməliyik. Biz onu sevirik. Çünki o bütün yaxşılıqların, ədalətin, bəndəliyin məzhəridir...
    Biz həzrət Mehdini (ə) yaxşılıqlara əməl baxımından ən kamil fərd saydığımız üçün onu sevirik. Əslində həqiqi imam aşiqi yaxşılıqların aşiqi olmalıdır. Həqiqi imam aşiqi əslində yaxşı əməl aşiqidir.
    Əgər yaxşılıqlara aşiqiksə və bu məqsədlə əməl ediriksə, demək, əslində Sahibəzzaman (ə) aşiqiyik.
    Sual: 316. Zühurun təxirə düşməsinin səbəbi nədir?
    Cavab: Zühurun təxirə düşməsinin səbəbkarı insanlar özüdür. Ümumdünya ədalət hökumətinin qurulması üçün insanlar özü şərait yaratmalıdır. O cümlədən:
    1. Xalq ədalət məfhumunu anlamalıdır;
    2. Can-qəlbdən ədalət istəyəcək həddə çatmalıdır;
    3. Şəriət göstərişlərinə əməl etməklə yüksək düşüncə və mədəniyyət səviyyəsinə çatmalıdır;
    4. Bəşəriyyət elm və texnika sahəsində inkişafa nail olmalıdır.
    Sual: 317. İmam Sadiqin (ə) "Əgər onun dövründə olsaydım, ömrü boyu ona xidmət edərdim” buyuruğu həzrət Mehdinin (ə) digər imamlardan üstünlüyünü göstərmirmi?
    Cavab: Zühur dövründə rəhbər həzrət Mehdi (ə) olduğundan hamı ona yardım göstərməyə borcludur. Uyğun təbir bu məqsədlə işlədilmişdir.
    Sual: 318. Dövrünün imamını tanımayan nə üçün cahil kimi ölür?
    Cavab: Əvvəla, insanın mərifəti onun əməllərinə təsirlidir. Həzrət Mehdi (ə) Allahın yer üzündəki höccətidir. Ona itaət vacibdir. Bu səbəbdən də hər bir insan onu tanımağa çalışmalıdır. Əks-təqdirdə cahil bir ölümlə dünyadan gedəsiyik.
    İkincisi, imamı tanımasaq, ləyaqətsiz bir adama itaət edəsiyik. İnsan kimi ideal seçməli və dini kimdən öyrənməlidir? Rəhbərlik iddiasına düşmüş hər kəsə itaət göstərmək, onu imam seçmək olarmı?!
    Sual: 319. Zühurun tezləşməsi üçün vəzifəmiz nədir?
    Cavab: İmamın zühuru şəraitdən asılıdır. Şiələrə aid olan isə aşağıdakılardır:
    Əvvəla, özümüzü islah edib, zühur dövrünün şərtləri ilə uyğunlaşdıraq.
    İkincisi, cəmiyyətdə həzrətin zühuru üçün zəmin yaradaq, gücümüz həddində xalqın islahı üçün çalışaq. Belə etsək, həzrətin qüdrət əli ilə maneələr aradan qalxar, ümumdünya ədalət hökuməti üçün şərait yaranar. Bu səbəbdən də buyurulmuşdur: "Xilaskarın intizarında olanlar özləri saleh fərdlərdir.”
    Üçüncüsü, Allah dərgahına dua və ah-nalədən əl çəkməyək. Rəvayətlərə əsasən, dua və ah-nalənin zühur üçün böyük təsiri var.
    Sual: 320. Şiələrin günahı zühuru təxirə salırmı?
    Cavab: Zühur vaxtı həzrətin pak və xalis insanlara ehtiyacı var. Ümumdünya ədalət hökumətini qurmaq üçün layiqli şəxslərin varlığı zərurətdir. Günahlar zühuru təxirə salıb, onun mühüm şərtlərindən birinin ödənməsinin qarşısını ala bilər.
    Digər bir tərəfdən, həzrət Mehdi (ə) elə bir dövrdə zühur edəcək ki, bütün yer əhli ali bir mədəniyyətdən bəhrələnmiş olsun. Zühur ilə ağıllar kamilləşməli, şəri göstərişlərə əməl sayəsində hədəf gerçəkləşməlidir.
    Sual: 321. Sədəqə verməyin həzrət Mehdinin (ə) salamatlığına hansı təsirləri var?
    Cavab: Sədəqə vermək dəyərli və böyük savaba malik bir işdir. Sədəqə bəlanı insandan uzaqlaşdıra bilər. Əgər insan Sahibəzzaman (ə) tərəfindən, həzrətin vəkaləti ilə sədəqə versə, həm özü, həm də həzrət üçün faydalıdır.
    Sədəqənin insan üçün böyük təsirləri var. Möminə hədiyyə, ən əsası yer üzünün ən mömin şəxsinə hədiyyə böyük savaba malikdir.
    Sədəqənin həzrətə də təsiri var. Sədəqə səbəbindən Allah ona daha böyük bərəkət əta edir və inayətini artırır. Çünki Allahın inayətinin həddi yoxdur. Sədəqə həm də həzrətin vücudundan bəlanı uzaqlaşdırır. Çünki Allah-tәala həzrəti müxtəlif yollarla, o cümlədən sədəqə yolu ilə hifz edir.
    Həzrətin salamatlığı haqqında edilən dualar da bu sayaq müsbət təsirə malikdir.
    Sual: 322. Yer üzünü fəsad bürüdüyü halda nə üçün həzrət zühur etmir?
    Cavab: Fəsadın yer üzünü bürüməsi zühur üçün şərt olsa da, kafi şərt deyil. Həzrətin məqsədlərindən biri yer üzündə haqq-ədalətin genişlənməsidir. Əlbəttə ki, bunun üçün müəyyən şərtlər ödənməlidir. Bəzi şərtləri nəzərdən keçirək:
    a) Cəmiyyətin düşüncə səviyyəsinin yüksəlməsi;
    b) Rabitə və informasiya şəbəkəsinin inkişafı və genişlənməsi;
    v) Ədl və tövhid prinsiplərinin cəmiyyətdə genişlənməsi üçün həzrətlə həmkarlıq edəsi xüsusi və kamil insanların ərsəyə gəlməsi;
    Sual: 323. Zühur vaxtı haqqında danışmaq düzgündürmü?
    Cavab: Bir neçə səbəbdən zühur vaxtı haqqında danışmaq olmaz:
    1. Heç bir rəvayətdə dəqiq və ya qeyri-dəqiq, zühur vaxtı göstərilməmişdir.
    2. Zühur vaxtı müəyyən səbəblərdən dəyişə biləcəyi üçün ("Bəda”) bu barədə danışmaq olmaz. İnsan qeyri-adi yollarla məlumat əldə etsə belə bu barədə danışmamalıdır.
    3. Bəzən zühur haqqında xəbərlər eşidirik. Amma deyilən vaxtda zühur baş vermədiyindən xalq ümidini itirir.
    4. Bəzi rəvayətlərdə zühur vaxtının müəyyənləşdirilməsi qadağan edilmişdir.
    Sual: 324. Həzrət Mehdiyə (ə) ərizə ilə müraciət etmək mötəbərdirmi?
    Cavab: Həzrət Mehdiyə (ə) ərizə yazmağın mümkünlüyünü sübuta yetirən müəyyən dəlillər vardır:
    1. Ərizə yazılması həzrət Mehdiyə (ə) təvəssül növlərindən biridir. Bu iş dini mənbələrdə müstəhəb işlərdən sayılmışdır.
    2. Böyük dini şəxsiyyətlər bu işi görmüş və onun bərəkətindən faydalanmışlar. Mühəddis Nuri "Nəcmus-Saqib” kitabında bu mövzuda maraqlı bir əhvalat nəql edir.(Nəcmus-Saqib”, s. 421.)
    3. Kəfəmi "Əl-Misbah” və "Əl Bələdul-əmin” kitablarında ərizənin hansı qaydada yazılmasını açıqlayır. Məlum olur ki, imama ərizə yazılması qanuni bir işdir.(Misbah”, s. 531; "Əl-Bələdul-Əmin”, s. 227.)
    Mərhum Məclisi buyurur: "Ərizəni atarkən belə xəyal etsin ki, bu məktubu xüsusi naibə təhvil verir.”("Bihar”, c. 94, s. 30)
    Şeyxul-Taifə Əbu-Cəfər Tusi "Misbahul-Mutəhəccid” kitabında deyir: "Allaha ünvanlanmış məktub yazılır, bükülür və sonra həzrət Bəqiyyətullaha digər bir məktub yazılır...”(Həmin mənbə, s. 27.) Sonra alim hər bir ərizənin yazılma qaydasını göstərir.
    Sual: 325. Həzrətin zühurundan öncəki qiyamların hökmü nədir?
    Cavab: Bəziləri bu əqidədədirlər ki, imam Mehdinin (ə) zühurundan öncə zalım hakimlərə qarşı qiyam qaldırmaq haramdır. Onlar imam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə istinad edirlər. Həmin rəvayətdə buyurulur: "Qaimin qiyamından öncə ucalan hər bir bayraq sahibi zalım hakimdir və Allahdan qeyrisinə ibadət edir.”("Kafi”, c. 8, s. 295.) Bu barədə nə demək olar?
    1. Bu rəvayət ümumi şəriət üsulu, o cümlədən əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) və cihad hökmlərinə ziddir. Çünki bu üç hökmün mərtəbələri var və bu mərtəbələrdən biri qiyamdır.
    2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var.
    3. Bəzi rəvayətlərdən məlum olur ki, imam külli olaraq inqilabların mümkünlüyünü inkar etmir, sadəcə, onların son hədəfə çatmayacağını bildirir. Necə ki, Zeydin və Muxtarın qiyamları son hədəfə çatmadı.
    4. İnqilaba çağırış iki qisimdir: Kimi Əhli-beyt hakimiyyətinin bərpasına çağırır və belə bir çağırış batil deyil.
    Bir digəri şəxsi məqsədlərini həyata keçirmək üçün batilə dəvət edir. Beləcə, şəriət və Əhli-beyt imamətini müdafiə üçün qaldırılmış qiyamlar uyğun rəvayətlərdə nəzərdə tutulmur. Həzrət Zeynəl-Abidindən (ə) Muxtarın qiyamı haqqında soruşulduqda buyurdu: "Qara bir qul bizə yardım üçün ayağa qalxsa, ona yardım göstərmək vacibdir.”("Bihar”, c. 45, s. 365.)
    İmam Sadiq (ə) buyurmuşdur: "Bəni-Haşimdən on iki nəfər qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”("Əl-Ğeybət”, Tusi, s. 437. )
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 1097 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024