İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şiəlik necə yaranmışdır?

    Şiəlik necə yaranmışdır?
    2012-01-03, 6:58 AM
    BİRİNCİ BÖLMƏ
    ŞİƏLİYİN MEYDANA GƏLMƏSİ
    * Birinci yol (xilafət məsələsinə e`tinasızlıq)
    * İkinci yol (şura idarə sistemi)
    * Üçüncü yol (seçmə və tə`yin etmə)
    ŞİƏLİYİN YARANMASI
    İlk növbədə qeyd etməliyik ki, şiəlik islamın bir növ həqiqi simvolu və təbii səmərəsidir ki, ilahi dinə də`vət özünün düzgün inkişafı üçün onu öncədən görə bilərdi.
    Peyğəmbəri-əkrəmin başladığı ilk də`vəti, daha sonra onun inkişaf və xüsusiyyətlərini nəzərə alsaq qeyd olunan məsələ asanlıqla başa düşülür. İnqilabi də`vətin rəhbərliyini öhdəsinə alan Peyğəmbər öz cəmiyyətini əxlaq, hüquq, qanun və bu kimi digər mühüm sahələrdə tamamilə düzgün istiqamətə dəyişdirmək istəyirdi.
    Təbii olaraq bu böyük işin əməli surətdə həyata keçməsi qısa müddət ərzində mükün deyildi. Çünki cahiliyyət dövründə mövcud olan mə`nəvi boşluğu islam tə`limləri ilə doldurmaq üçün uzun müddət tələb olunurdu. İslam Peyğəmbərinin belə bir dövrdə başladığı də`vət elə şəkildə qurulmalı idi ki, vücudlarına cəhalət və xurafat hakim kəsilən insan kütləsi nümunəvi cəmiyyətə çevrilsin, minlərlə biçarəni öz girdabında inlədən adət-ən`ənələr islam nuru ilə dəyişdirilsin.
    Bu böyük rəhbər qısa müddət ərzində dərin və heyrətamiz dəyişikliklər yarada bildi. Mə`lum məsələdir ki, Peyğəmbərin vəfatınadək davam edən bu islahatlar özünün kamillik zirvəsinə yüksələ bilmədi və bu iş zaman məhdudiyyəti baxımından mümkün deyildi. Çünki qeyd etdiyimiz kimi, bu islahatlar neçə yüz illiklər boyu xalqın iliyinə işləmiş adət-ən`ənələr üzərində aparılırdı və Peyğəmbəri-əkrəmin qısa müddətli həyatında onların tam həllini gözləmək ən azı sadəlövhlükdür. Digər tərəfdən Peyğəmbəri-əkrəm (s) heç də qəfildən dünyasını dəyişmədi. O Həzrət vəfatından uzun müddət əvvəl öz ölümünü xəbər verirdi. Belə ki, Həzrət sonuncu həcc ziyarəti olan «Həccətul-vida`da öz ölümünü rəsmi şəkildə e`lan etmişdi.("Həccətul-vida” Peyğəmbəri-əkrəmin hicrətinin onuncu ilində yerinə yetirdiyi son həcc əməlidir. (M))
    Bütün hacılar bir yerə yığıldıqdan sonra Peyğəmbər bir xütbə söyləyərək öz vəfatının yaxınlaşmasını xəbər verib buyurdu:
    «Ey insanlar, sözlərimi eşidin! Ola bilsin ki, gələn il bu yerdə sizi görməyəm, yə`ni sizin aranızdan gedəm»(Sireyi ibni Hişam” 4-cü cild, səh.250)
    Bizim son dərəcə uzaqgörən və mütəfəkkir Peyğəmbərimizin icad etdiyi işlərdən biri də öz ölümünü mütləq şəkildə deyil (gedəcəyəm), mümkün formada (ola bilsin ki, gedəm.) buyurmuşdur. Öz ölümünü bu şəkildə xəbər vermək və gələcəkdə baş verəcək tarixi həqiqəti imkan formasında bəyan etmək böyük bir mütəfəkkir rəhbərin yüksək ruhundan, diqqət və agahlığından xəbər verir. Çünki kifayət qədər daxili və xarici düşməni olan cəmiyyətin qarşısında hadisəni qəti şəkildə buyursaydı və «Mən sizi bir daha görməyəcəyəm» desəydi, şübhəsiz bir sıra xoşagəlməz hadisələr baş verə bilərdi. Xüsusilə, Peyğəmbər (s) Həzrət Əli (əleyhissalam)-ın xilafət məsələsini təqdim etdiyi bir vaxt, uzun illər boyu canişinlik məqamını həsrətlə gözləyənlər öz arzularının həyata keçməyəcəyini yəqin etsəydilər nələr baş verə biləcəyi göz qabağındadır.
    Bu hadisələr göstərir ki, Peyğəmbəri-əkrəm öz də`vətinin gələcəyi barəsində mütləq düşünməli idi. Hətta biz, o həzrətin də`vət barəsindəki ilahi yardımlarını və qeyb aləmindən vəhy ilə olan rabitəsini nəzərə almasaq belə, bu işə kifayət qədər vaxt yox idi.
    Belə bir təhlilə əsaslanaraq deyə bilərik ki, Peyğəmbəri-əkrəmin İslamın gələcəyi barəsində yalnız üç çıxış yolu vardı:
    Birinci yol
    Bu ehtimala görə Peyğəmbər (s) islam ümmətinin gələcəyinə laqeyid və e`tinasız qalmalı idi. Yə`ni o Həzrət islamın müqəddəratı ilə yalnız öz sağlığında maraqlanmalı, gələcəkdə isə hər hansı hadisənin baş verəcəyi onu narahat etməməli idi.
    İslam ümmətinin gələcəyinə e`tinasız yanaşmaq, Peyğəmbərin barəsində heç vaxt düzgün təsəvvür ola bilməz. Çünki belə bir təsəvvür iki səbəbdən yarana bilər ki, onlardan da heç biri Peyğəmbərdə mövcud deyildi:
    Birinci səbəb: Belə təsəvvür edilir ki, islam ümmətinin gələcəyinə e`tinasız yanaşmaq, onu diqqət mərkəzində saxlamamaq risalət vəzifəsinə heç bir zərər törətmirdi. Çünki islam dinini qəbul edən bir ümmət gələcəkdə onun inqilabi proqramını qoruyacaq və ideoloji əsaslarının mənfi istiqamətdə dəyişdirilməsinə imkan verməyəcəkdi.
    Bu təsəvvür üçün heç bir dəlil və sübut görmürük. Üstəlik, o dövrə hakim olan hadisələrin tə`bii cərəyanı və mövcud vəziyyət bu təsəvvürün tamamilə əksinədir. Çünki əvvəldə inqilabi proqram olan bir də`vət cahiliyyət dövrünün fitnə-fəsadlarının, ictimai ədalətsizliklərinin və mə`nəvi əxlaqsızlıqların kökünü kəsməklə yeni bir cəmiyyət yaratmaq istəyirdi. Təbiidir ki, belə bir rəhbərin dünyadan getməsi və gələcəkdə ləyaqətli bir başçının seçilməməsi ilə bu inqilab ən böyük təhlükə qarşısında qalırdı. Qeyd etməliyik ki, islam ümmətinin gələcəyini, onun bundan sonrakı aqibətini tə`yin etmədən dünyanı dəyişmək, ilk növbədə o həzrətin öz də`vətini təhlükə qarşısında qoyur və bu barədə məs`uliyət hissi keçirməyə vadar edirdi. Çünki xalqa yüksək vəzifə və tapşırıqlar verməklə onları mühüm sınaqlar qarşısında qoymaq, eyni zamanda onlara rəhbər tə`yin etməmək heç bir məntiqlə uyğun gəlmir.
    Digər tərəfdən belə bir həssas mövqe`lər dərhal tədbir tökülməsini tələb edir. Çünki səhnəni rəhbərsiz qoymaq çox təhlükəli idi.
    Peyğəmbər kimi ilahi bir rəhbərin vəfatı müsəlmanları ciddi bir ruhi böhranla qarşılaşdırmışdı. İş o yerə çatmışdı ki, hətta məşhur səhabələrdən biri camaata belə deyirdi: Peyğəmbər ölməyib və heç vaxt ölməyəcək də.(Bu, Ömərin sözləridir. O, Peyğəmbəri-əkrəmin vəfatından sonra camaat nalə edib şivən qoparan zaman dedi: "Bu nə cəhalət və nadanlıqdır! Nəyə görə Peyğəmbəri ölmüş hesab edirsiniz. Xeyr, bu sözlər düz deyildir və bu münafiqlərin sözləridir. Bilməlisiniz ki, Peyğəmbər ölməyib və heç vaxt ölməyəcək də! O, Məryəm oğlu İsa kimi qeybə çəkilmiş, asimanlara getmiş və bir gün qayıdacaqdır.” Ömərin bu sözü camaat arasında qarışıqlıq yaratdı və müsəlman millətini kəskin bir ixtilafa saldı. Bu zaman Əbubəkr araya gəlib Öməri sakitləşdirdi və sonra dedi: Ey camaat bilin ki, hər kəs Allaha sitayiş edirsə, Peyğəmbərin ölümünə inanmalıdır. Çünki Allah-taala Qur`anda buyurub: "Məhəmməd yalnız bir peyğəmbərdir, ondan da qabaq çoxlu peyğəmbərlər gəlib və hamısı vəfat edibdir. Məgər Peyğəmbər ölsə və ya öldürülsə, siz əvvəlki ayinə (cahiliyyət ayininə) qayıdacaqsınızmı?!” ("Ali İmran” surəsi, ayə:138) Bu halda camaat sakitləşdi və Ömər dedi: Mən bu ayəyə diqqət yetirməmişdim. "Tarixi İbni Əsir” 2-ci cild, səh.219; "Şərhi Nəhcül-bəlağə” (müəllif: İbni Əbil Hədid), 2-cild, səh.563.(M))
    Buradan aydın olur ki, qeyd olunan şəraitdə belə bir böyük problemin həll olunması son dərəcə zəruri idi və islam ümmətini təhlükə qarşısında qoymaq mümkün deyildi.
    Şərh etdiyimiz təhlükələri nəzərə almasaq belə, bu işə (rəhbər təyin etməməyə) bəraət qazandırmaq olmaz. Belə ki, müsəlmanlar ideoloji və fikri cəhətdən Peyğəmbərə çatmamışdılar ki, gələcəkdə bitərəfliklə, islam əsaslarına tam uyğun şəkildə tədbir görsünlər. Hətta indinin özündə belə, Kufə və Mədinə əhalisi arasında qəbilə, tayfa təəssüblərinin kökü kəsilməmişdir.
    Bundan əlavə, başqa bir təhlükə də mövcud idi və o, islamın gələcəyini təhdid edirdi. Bu da Peyğəmbərin sağlığında zahirdə islamı qəbul edən münafiq dəstənin varlığı idi. Onlar zahirdə müsəlmanlığı qəbul edərək öz küfrlərini gizlətmişdilər və məxfi şəkildə bütün sə`ylərini islamın məhv edilməsi yolunda sərf edirdilər. Qur`an bu dəstəni münafiqlər adlandırmışdır.(Qur”ani-məciddə "Münafiqun” adlı bir surə nazil olmuşdur ki, onların məkirli batinlərini Peyğəmbər üçün şərh edir. Allah-təala bu surədə belə buyurur: "Münafiqlər sənin yanına gəlib "biz sənin risalətinə şəhadət veririk” deyirlər, amma Allah sənin risalətinə şahiddir və şəhadət verir ki, münafiqlər yalan deyirlər. Onlar elə insanlardır ki, öz andlarını özlərinin əmin-amanlıqda qalmaları üçün bir qalxan etmiş və onun sayəsində camaatın haqq yola gəlməsinin qarşısını alırlar. Doğrudan da onların işi nə qədər pis və yaramazdır.” (M))
    Əgər bu dəstəyə Məkkənin fəthi zamanı məcburiyyət qarşısında İslamı qəbul edən, batinən heç bir vəchlə müsəlmançılığa sadiq qalmayan, iman gətirməyən dəstəni də əlavə etsək, Peyğəmbərin vəfatından sonra islam aləminin başına gələcək müsibəti asanlıqla dərk edə bilərik.(Məkkənin fəthi belə olmuşdur: Rəsuli-əkrəm Allahın fərmanı ilə, əvvəlcədən heç kimə xəbər vermədən Məkkəyə hərəkət əmri almış və qan axıdılmadan Məkkəyə daxil olmuşdu. O Həzrət bu göstərişə əsasən öz köməkçilərini bir yerə yığıb Məkkəyə doğru yola düşdü. Bu zaman münafiqlərdən biri Hatib ibni Vəltə`ə bu xəbəri Məkkə müşriklərinə çatdırmaq istədi. Ona görə də məktubu yazıb bir qadına verdi ki, onu Qureyş başçılarına çatdırsın. O qadın məktubu öz hörüklərinin arasında gizlədib Məkkəyə doğru yola düşdü. Lakin Peyğəmbəri-əkrəm (ə) ilahi vəhy vasitəsilə bu hadiəsdən xəbərdar olub Əli (əleyhissəlama) əmr etdi ki, o qadını tapsınlar. Qadın tutulduqdan sonra dindirildi, lakin o əvvəlcə bu məsləni inkar etməyə başladı. Özünü Əli (əleyhissəlamın) əiyrilmiş qılıncı müqabilində gördükdə təslim oldu və məktubu çıxardıb verdi. Həzrət Əli (ə) bu məktubu Peyğəmbərə çatdırdı. Hatib xəyanət etdiyi üçün cəzalandırılaraq zindana salındı. Peyğəmbəri-əkrəm (ə) mübarək Ramazan ayının onuncu günündə İslam qoşunu ilə birgə Məkkəyə doğru hərəkət etdi. Əbu Süfyan və Qureyş tayfası hər şeyi bitmiş hesab edib özlərini İslam ordusu qarşısında məğlub gördülər. Çünki o, Peyğəmbərin əmisi Abbasın vasitəsilə Zəhran adlı yerdə Peyğəmbərin görüşünə gəldi. Peyğəmbər səmimiyyət yaratmaq məqsədi ilə onun evini Məkkə əhli üçün əmin-amanlıq mərkəzi bildirib, buyurdu: Hər kəs Allahın evinə və Əbu süfyanın mənzilinə sığınsa cəzalandırılmayıb əmin-amanlıqda qalacaq və təhlükəsizliyi tə`min olunacaqdır. Əbu Süfyan Məkkəyə qayıtdı və islam qoşununun əzəmətini Məkkə camaatı üçün şərh edib onları Peyğəmbərə qarşı müharibə və müqavimətdən çəkindirdi. Peyğəmbəri-əkrəm (ə) Məkkəyə çatmazdan əvvəl öz qüvvələrini bir neçə yerə bölüb əmr etdi ki, hər dəstə bir istiqamətdən Məkkəyə daxil olsunlar. İslam qoşunu aramlıqla Məkkəyə daxil oldu və Peyğəmbəri-əkrəm bir başa Allah evinə–Kə`bəyə doğru gedərək dəvə üstündə yeddi dəfə təvaf etdikdən sonra oradakı bütləri sındırıb çölə tökdü. "Sireyi İbni Hişam” 4-cü cild, səh.39 (M))
    Əgər Peyğəmbər özündən sonra rəhbər tə`yin etməsəydi bu qruplar Həzrətin vəfatından sonra meydanı boş görüb öz mənfur niyyətlərini icra etmək üçün yaranmış qızıl fürsətdən faydalanar və məqsədlərinə çatmaq üçün ciddi sə`y edərdilər. Belə bir təhlükəli ehtimalın nəyinki Peyğəmbərin, hətta adi bir rəhbərin nəzərindən qaçması mümkün deyildi. Əlavə izah üçün qeyd etməliyik ki, Əbubəkr ölüm yatağında ikən islamın gələcək müqəddəratını təzmin etmək üçün canişinlik məsələsinə rəsmi şəkildə dəxalət etdi və rəhbərlik vəzifəsinin özündən sonra boş qalmasına razı olmadı. Məhz bu təcrübəyə əsasən Ömərə qarşı sui qəsd edilən zaman camaat tələsik halda ondan xəlifə tə`yin etməsini istədilər. Çünki onlar xilafət məqamının hər hansı bir mərhələdə canişinsiz və boş qalmasından qorxurdular, Ömərin özü də belə bir təhlükə ehtimalını ciddi şəkildə qəbul edirdi.("Tarixi-Təbəri” 5-ci cild, səh.26.)
    Buna görə də ümmət üçün rəhbər və xəlifə tə`yin olunmasını altı nəfərlik şuraya tapşırdı.(Ömərdən "xilafət barəsində nə qərara gəlmisən” deyə soruşulduqda cavab verdi: altı nəfəri tə`yin etmişəm. Onlar aşağıdakılardan ibarətdir. Əli İbni Əbi Talib, Osman ibni Əffan, Zübeyr ibni Əvam, Əbdürrəhman ibni Ovf, Sə`d ibni Əbi Vəqqaə, Təlhət ibni Übeydüllah. sonra onların hər biri üçün nöqsanlar qeyd edib dedi ki, həyatlarında mövcud olan bu kimi nöqsanlara baxmayaraq, onları seçməyə məcburam. Sonra Əbu Təlhə Ənsarini çağırıb dedi: Bu altı nəfəri Aişənin evində və yaxud başqa bir yerdə həbs etməlisən. Özündən başqa əlli nəfər də səhabədən çağırmalısan ki, üç gün müddətində onları mühasirədə saxlayasınız. Onlar bu üç gün ərzində öz aralarından bir nəfəri rəhbər seçməlidirlər. Əgər hamılıqla bu işdən imtina etsələr, hamısının boynunu vur və xilafəti ümmətin ixtiyarına qoy. Əgər bu altı nəfərdən bə`ziləri müvafiq olsa və müxaliflər azlıq təşkil etsə, azlıq təşkil edənlərin boynunu vur. Əgər müxaliflər və müvafiqlər bərabər olsalar, Əbdürrəhman ibni Ovfun daxil olduğu tərəfi qəbul et. "Tarixül-üməm vəl-müluk” (Təbəri) 5-ci cild, səh.31; "Kamil ibni Əsir” 3-cü cild, səh.35. (M))
    Xatırladaq ki, Ömər Peyğəmbərin vəfatından sonra Səqifədə yaranmış təhlükəli vəziyyəti görmüşdü.(Səqifə, ənsarın məşvərət üçün seçdikləri bir yerin adı idi ki, oraya özlərindən başqa adamı buraxmırdılar. Buna görə də Rəsuli-əkrəmin vəfatından sonra hicrətin on birinci ili səfər ayının axırıncı günü səhabələr o həzrətin mənzilində yığışdıqları halda, Mədinəli olan Ovs və Xəzrəc adlı iki qəbilə səqifədə bir yerə yığışdılar. Xəzrəc qəbiləsi istəyirdi ki, Sə`d ibni İbadəni xilafətə seçsinlər, amma Ovs qəbiləsi onlarla müxalifət edərək bey`ət etməyə razı olmurdular. Bu zaman Ömər onların səqifədə toplaşdıqlarından agah oldu, özünü təcili Peyğəmbərin mənzilinə çatdırıb Əbubəkri məxfi surətdə oradan çölə çıxartdı və həmin xəbəri ona dedi. sonra hər ikisi səqifəyə doğru getdilər. Yolda Əbu Übeydə ilə rastlaşdılar və onu da özləri ilə apardılar. Səqifədə siyasi oyunbazlıq əsasında Əbubəkri xilifə tə`yin edib ona bey`ət etdilər. Sonralar Ömər deyirdi: Əbubəkr təsadüfi şəkildə xəlifə tə`yin olundu. Allah müsəlmanları onun şərrindən, törətdiyi fitnə-fəsaddan saxladı. Əgər ondan sonra kimsə belə bir iş görmək istəsə, onu öldürün. "Kamil ibni Əsir”, 2-ci cild, səh.322; "Şərhi Nəhcül-bəlağə” (müəllif: İbni Əbil Hədid), 1-ci cild, səh.123. (M)) Ömər bu işdən dərin narahatçılıq hissi keçirib Əbubəkrin təsadüfi xilafətinin acınacaqlı nəticələr verəcəyini söyləyirdi. Buna görə də sonralar bu barədə belə deyirdi: Əbubəkrin xəlifə məqamına çatması əvvəlcədən fikirləşilmədən, təsadüfi şəkildə baş vermişdi. Amma Allah bu işin xoşa-gəlməz nəticələrinin qarşısını aldı.(Tarixi Təbəri” 3-cü cild, səh.20.)
    Hətta Əbubəkrin özü də xilafətin tələsik həll edilməsinə, bu böyük məs`uliyyəti dərhal qəbul etməsinə bəraət qazandırmaq üçün üzrxahlıq edib deyirdi: Peyğəmbəri-əkrəm elə bir halda dünyadan getdi ki, camaat cahiliyyət dövründən çox da uzaqlaşmamışdı. Mən qorxdum ki, onlar fitnə-fəsada düçar olsunlar. Odur ki, dostlarım xilafət məs`uliyyətini mənim öhdəmə qoydular.(Şərhi Nəcül-bəlağə” 6-cı cild, səh.42.)
    Əhli-sünnətin nəzərindən də danılmaz olan bu mətləbləri nəzərə almaqla aydın olur ki, Peyğəmbəri-əkrəm (s) islam ümmətinin gələcək müqəddəratına laqeyid münasibət bəsləməyin nə qədər təhlükəli olmasını hamıdan artıq başa düşürdü və cəmiyyətə hakim olan təbii hadisələrə hamıdan artıq vaqif idi. Cahiliyyət dövründən təzəcə ayrılmış ümmətin xoşagəlməz vəziyyətini bütün insanlardan daha yaxşı dərk edirdi.
    İkinci səbəb: Fərzimizə əsasən islam rəhbəri öz vəfatından sonra ilahi dinin aqibəti barəsində e`tinasız və laqeyid idi və buna görə də özündən sonra müsəlmanlara rəhbər tə`yin etmədi. Bu iddianı doğuracaq birinci səbəb aydınlaşdırıldı və gördüyünüz kimi rədd olundu. Həmin müddəanı izah edə biləcək ikinci səbəb bu ola bilər ki, o Həzrət müsəlmanları başçısız qoyub getməyin təhlükələrini başa düşürdü, amma onların qarşısını almaq üçün müəyyən tədbir görmək istəmirdi. Çünki o, bu fərzə əsasən öz Peyğəmbərlik risalətində qarşıya çıxacaq çətinlikləri həll etməli, ilahi də`vətə maneçilik törədən amilləri aradan aparmalı idi. Amma həyatı başa çatdıqdan sonra bu vəzifələri də sona çatır və gələcək hadisələrin heç biri onu maraqlandırmırdı. Rəsuli-əkrəmin barəsində yürüdülən belə bir fərziyyə də düzgün deyildir. Hətta o, Peyğəmbər kimi deyil, sadəcə adi şəxs kimi qəbul edilsə, Allah tərəfindən olan risaləti nəzərə alınmasa və dünyanın sair rəhbərləri kimi fərz edilsə belə, yenə də bu yuxarıda qeyd olunan səbəb düzgün olmaz. Çünki rəhbərlik məsələsində bir kəsi tapmaq olmaz ki, Peyğəmbəri-əkrəm (s) qədər öz risalətinə tam ixlas və fədakarlıqla can yandırmış olsun.
    O həzrətin həyatını araşdırdıqda görmək olar ki, onun həyatının bütün mərhələləri bizim qeyd olunan müddəanın şahididir. O cümlədən ölüm yatağında olarkən xəstəliyin şiddətli, üzücü tə`sirləri altında hər şeyi unudaraq bütün fikrini toplayıb Romalılara qarşı müharibə planları cızırdı və Üsaməni o döyüşlərə sərkərdə seçmişdi. O, hər dəfə buyururdu: Üsamənin ordusunu hərəkət üçün hazırlayın, Üsamənin ordusunu düşmənlərlə müharibəyə göndərin. Üsaməylə seçilənləri müharibəyə göndərin.("Kamil” (İbni Əsir))
    Bə`zən dözülməz ağrılar nəticəsində huşunu itirir, yenidən özünə gəlib həmin sözləri təkrarlayırdı. Bu Peyğəmbəri-əkrəmdir ki, öz risalətinin həyata keçməsinə o qədər əhəmiyyət verirdi ki, hətta can verdiyi halda belə o məqsəddən qafil qalmırdı. O Həzrət çox yaxşı bilirdi ki, müharibənin nəticələrini eşitməzdən əvvəl dünyadan gedəcəkdir. Belə olan halda təsəvvür etmək mümkündürmü ki, islam Peyğəmbəri öz də`vətinin gələcəyi üçün narahat deyildi və vəfatından sonrakı dövrlərdə ehtimal verilən xətər və təhlükələrin qarşısını almaq üçün müəyyən proqramlar hazırlamamışdı?!
    Bu mətləbin axırında Peyğəmbərin mübarək ömrünün son anlarında içərisində Ömər də olmaqla bir dəstə səhabəyə xitabən buyurduğu sözləri xatırladırıq.
    «Mənim üçün qələm-kağız gətirin, sizin üçün bir şey yazım ki, məndən sonra heç vaxt zəlalətə düşməyəsiniz»("Müsnədi Əhməd”, 1-ci cild, səh.300; "Səhihi Buxari”, 1-ci cild, slh kitabı Bu rəvayəti Sibt İbni Covzi "Təzkirətul-xəvassil-umməti” kitabının 13-cü səhifəsində, Qəzzali "sirrul-aləmin” kitabının 4-cü risaləsində başqa cür nəql etmişlər. Onun mətni aşağıdakı kimidir: "Mənim üçün kağız və mürəkkəb gətirin sizin üçün elə mətləblər yazım ki, məndən sonra xilafət məsələsində ixtilaf yaranmasın və bu məqama layiq olan şəxsi sizin üçün tanıtdırım.” Bu zaman Ömər dedi: Onun sözünə qulaq asmayın, o, sayaqlayır. Allahın kitabı bizim üçün kifayətdir! Bu Peyğəmbəri-əkrəmin (ə) qarşısında Ömərin növbəti müxalifəti, o həzrətin aşkar buyuruğuna zidd olan ictihadına əməl etməsi idi. (M))
    Sünnü-şiə kitablarında yazılmış bu ifadələr göstərir ki, Peyğəmbəri-əkrəm öz risalətinin gələcəyinə heç də biganə qalmamışdır. Onun müsəlmanların gələcək müqəddəratına biganə qalmasını təsəvvür edənlərin iddiaları tamamilə əsassızdır.
    İKİNCİ YOL
    Ehtimal verilən üç yoldan ikincisi budur ki, Peyğəmbəri-əkrəm (s) vəfatından sonra öz risalətinin gələcək aqibəti üçün müəyyən planlar hazırlamışdı. Belə ki, risalət sahibi ümmətin rəhbəri kimi canişinlik məsələsini ya ümmətin öz öhdəsinə qoymuşdur ki, müsəlmanların mühacir və ənsardan ibarət olan şuraları xalqın gələcəyini, ölkənin idarəçilik qanunlarını müəyyənləşdirsin; Ümmətin nümayəndələri sayılan bu hey`ət islam hökuməti üçün bünövrə qurmalı, islam də`vətinin rəhbərlik və idarəçilik mərkəzini təkamül yolunda hidayət etməli idilər. Burada Peyğəmbəri-əkərəmin (s) vəziyyətini, habelə də`vətini mülahizə etsək, yenə də bu fərziyyə düzgün olmaz. Yə`ni iddia etmək olmaz ki, Peyğəmbəri-əkrəm (s) bu yolu seçmiş, ümmətin rəhbərliyini, islami risaləti özündən sonra birbaşa ümmətin öz öhdəsinə, ümmətin qabaqcıllarına, yaxud camaatın mühacir və ənsardan təşkil olunmuş nümayəndələrinə həvalə etmiş olsun.
    Biz aşağıda bu məqamlara aid bə`zi məsələləri qeyd edirik.
    Birincisi: Əgər islam Peyğəmbəri gələcəkdə dini risaləti xalqın öz öhdəsinə qoymağı, qarşıya çıxacaq çətinlikləri şura əsasında həll etməyi nəzərdə tutsaydı, bu işdə əvvəldən öngörənlik edərək camaatı şura sistemi ilə tanış etməli, onun bütün məsələlərini geniş şəkildə şərh etməli və bunu dinin əsas bir qanunu kimi aydınlaşdıraraq bəyan etməli islam cəmiyyətini nəzəri cəhətdən onu qəbul etmək üçün hazırlamalı idi. Çünki o dövrdə islam cəmiyyəti müxtəlif qəbilələrdən təşkil olunmuşdu və onların ictimai-siyasi təfəkürləri şura ilə tanış deyildi. İslamdan əvvəlki ictimai quruluş qəbilə və tayfa sistemindən ibarət idi və onda hökm sürən güc, sərvət və varislik amili onların həyatına hakim kəsilmişdi.
    Biz islami mənbələrdən asanlıqla dərk edə bilərik ki, islam Peyğəmbəri heç bir vəchlə müsəmanları şura sistemi və onun fikri-əqidəvi prinsipləri ilə tanış etməmişdi. Çünki əgər belə bir şey olsaydı, təbiidir ki, o iş aşkarda öz əksini tapmalı, yaxud mühacir və ya ənsardan təşkil olan qabaqcıllar onunla olmalıydılar ki, Peyğəmbərin vəfatından sonra onu əməli olaraq həyata keçirsinlər və cəmiyyətdə tətbiq etsinlər. Halbuki Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətlərdə görürük ki, bu sistem barəsində heç bir şərh və ya izahat gözə dəymir. Həmçinin o sistemdə islam ümmətinin və yaxud cəmiyyət qabaqcıllarının heç bir rol oynamadığını aşkar görürük.
    Aşağıdakı tarixi hadisələr bu müddəanı bizim üçün aşkar edir.
    1-Əbubəkrin xəstəliyi ağırlaşdıqda xilafəti Ömər ibni Xəttaba təhvil verdi və Osmana əmr etdi ki, bu məsələni kağız üzərində yazsın. O belə yazdı: «Bismillahir-rəhmanir-rəhim. Bu, Rəsuli-əkrəmin xəlifəsi Əbubəkrdən mö`minlərə olan bir əhddir. Peyğəmbərə və siz müsəlmanlara salam olsun! Peyğəmbərə salam göndərdikdən sonra deyirəm: Mən Ömər ibni Xəttabı sizə xəlifə seçdim, onun sözlərini eşidin, əmrlərinə itaət edin»(İbni Əsir "Kamil” kitabının 2-ci cildinin 55-ci səhifəsində Əbubəkrin amiranəliklə söylədiyi vəsiyyəti belə nəql etmişdir: "Əbubəkr ömrünün axır anlarında Osman ibni Əfvanı öz yanına çağırıb vəsiyyətini yazmağı tapşırdı dedi: Bismillahir-rəhmanir-rəhim. Bu, Əbu Qühafənin oğlu Əbubəkrin tərəfindən müsəlmanlara olan bir əhddir. sonra huşdan getdi. Osman qələmi götürüb özü belə yazdı: "Həqiqətən Ömər ibni Xəttabı özümdən sonra sizə xəlifə seçirəm. Mən ümmət arasında ondan yaxşısını xilafət üçün görmədim.” Sonra Əbubəkr ayıldı və Osmandan soruşdu ki, mənim sözlərimin ardınca nə yazdın? O da məsələni olduğu kimi danışdı. Əbubəkr razılığını bildirib dedi: Osman, çox yaxşı yazmısan. Allah sənə xeyir versin. Xəlifələrin bu cür özbaşınalıqları əəbəb olmuşdur ki, tarixdə xoşagəlməz hadiəslər baş versin və sonralar Əməvilər, Əbbasilər və bu kimi digər xəlifələr öz güclərinə arxalanaraq islam ümmətinin istəklərinə əhəmiyyət vermədən həmin yolu davam etdirsinlər. (M))
    2-Əbdürrəhman ibni Ovf Əbubəkrin görüşünə gəlib dedi: Ey Peyğəmbərin xəlifəsi, halın necədir?! Əbubəkr dedi: Mən artıq ölüm ayağındayam və sizin vəziyyətiniz məni narahat edir. Çünki sizin üçün elə bir xəlifə seçmişəm ki, adını eşidərkən beyniniz şişəcəkdir. (yə`ni hamınız narazı qalacqsınız.) Çünki sizlərdən hər biriniz bu məqamı istəyirsiniz.(Tarixi Yə`qubi” 2-ci cild, səh.126-127. (M))
    Müxalif cəbhənin istəklərinin əksinə olaraq, bu şəkildə xəlifə tə`yin edilməsi göstərir ki, Əbubəkr heç bir vəchlə şura haqqında fikirləşmir, əksinə özündən sonrakı xəlifəni tə`yin etməyi özünün şəxsi haqqı bilir. Hətta müsəlmanların onun seçdiyi xəlifə müqabilində təslim olub itaət etməsini vacib bilir. Buna görə də öz vəsiyyətnaməsində camaata həmin xəlifə qarşısında qeydsiz-şərtsiz müt`i olub itaət etməyi əmr edir.
    Aydındır ki, Əbubəkrin əməli təkcə xəlifəliyə namizəd olan şəxsi tanıtdırmaq, yaxud xalqa özündən sonrakı xəlifənin seçilməsi barəsində fikirləri aydınlaşdırmaq deyildi. Əksinə, camaatı icbari şəkildə bu işi qəbul etməyə vadar edib xəlifə seçdi.
    3-Digər bir yerdə görürük ki, Ömər özünə sonrakı xəlifəni tə`yin etmək hüququ verir. Buna görə də xəlifə tə`yin olunmasını altı nəfərlik şuraya həvalə edir və xalqın iradəsilə onlardan birinin rəhbər seçilməsinə razılıq vermir. Ömərin xəlifə tə`yin etmək üslubunda şura əsasında seçki üsulundan əsər-əlamət görünmür. Belə ki, bu iş Əbubəkrin əməlində də görünməmişdi. Müsəlmanlar Ömərdən, özündən sonrakı xəlifəni tə`yin etməsini istədikdə dedi: Əgər iki nəfərdən heç olmasa biri diri olsaydı, tam xatircəmliklə xilafəti ona tapşırardım. Onlardan biri Əbu Hüzeyfənin azad olunmuş qulu Salim, digəri isə Əbu Übeydə Cərrahdır. Əgər Salim diri olsaydı, xilafəti heç də şuraya həvalə etməzdim.("Təbəqat” (İbni Sə`d) 3-cü cild, səh 48. Mərhum Seyyid Şərəfuddin (r) "Ən-nəssu vəl ictihad” kitabının 113-cü səhifəsində Ömərin bu sözlərini tənqid edərək buyurur: Ömərin məhz bu sözü Peyğəmbərin əmrləri ilə müxalifətçilikdir. Çünki Peyğəmbər (ə) sünnülərin də nəql etdiyi hədislərdə buyurmuşdur: Mənim xəlifəm Qureyşdən olmalıdır. Aydındır ki, bunlardan heç biri Qureyşi deyildi. (M))
    4-Əbubəkr ölüm yatağında Əbdürrəhman İbni Ovfa dedi: Çox istəyərdim Peyğəmbəri-əkrəmdən (s) soruşam ki, səndən sonra xilafət kimin haqqıdır? Əgər bunu soruşsaydım heç kəs ona tamah salmazdı.("Tarixi Təbəri” 4-cü cild, səh.52.)
    5-Ənsar tayfasının bə`zi şəxsiyyətləri Bəni-saidə Səqifəsində bir yerə yığışıb Sə`d ibni Übadəni rəhbərliyə seçmək istəyəndə, onların arasından bir nəfər dedi: Əgər mühacirlər müxalifət etsə Peyğəmbərin yaxın adamları və dostları olmalarını desələr nə etməliyik? Bir neçə nəfər dedi: Hər tərəfdən bir xəlifə tə`yin edək və bundan başqa heç bir şeyə razı olmayaq.
    6-Əbubəkr Səqifədə çıxış edərkən dedi: Biz mühacirlər islamı hamıdan əvvəl qəbul etmişik və başqaları bizim ardıcıllarımız hesab olunur. Biz Peyğəmbərin qohumlarıyıq və ərəblər arasında daha üstünük.(Bu zaman Əbubəkrin məqsədi Qur`anda mühacirlərin dəyəri və fəziləti barəsində olan mətləbdir ki, onlardan biri "Nəhl” surəsinin 41-ci ayəsindədir. Allah-təala buyurur: "Və əzab-əziyyətə dözdükdən sonra Allah yolunda hicrət edənlərə dünyada gözəl mükafatlar verəcəyik. Amma axirət savabı daha üstün və böyükdür.” Amma bilmək lazımdır ki, bu mükafat o yerdədir ki, insan haqq yolunda narahatlıqlara, işkəncələrə, əzab-əziyyətlərə dözsün və bu zəhmətlər daha yaxşı dünyəvi həyata nail olmaq naminə olmasın. Buna görə də Əli (ə) "Nəhcül-bəlağə”-nin 187-ci xütbəəində buyurur: Hicrətin adı yalnız o kəsə şamil olur ki, höccəti tanımış olsun. Deməli hər kəs höccəti tanısa və ona iman gətirsə mühacir olacaqdır. "Nəhcül-bəlağənin şərhi, İbni Əbil Hədid Beyrut çapı” 3-cü cild, səh.317 (M))
    7-Ənsar, xilafətin mühacirlə onlar arasında növbə ilə bölüşdürülməsi təklifini irəli cürdükdə Əbubəkr e`tiraz edərək dedi: Həzrəti Məhəmməd (s) Peyğəmbərliyə məb`us olan zaman ərəblər öz ata-babalarının dinlərini tərk etmək istəmirdi. Buna görə də o Həzrətlə müxalifətçilik etməyə başladılar. Bu ilkin mühacirlər Rəsuli-əkrəmin (s) yaxınları idi. Onlar həzrətə iman gətirmişdilər və hamıdan əvvəl onu təsdiq etmişdilər. Buna görə də onlar Peyğəmbərin yaxın adamları və canişinləri sayılır, xalq arasında onun xilafətinə daha artıq layiqdirlər və bu barədə onunla yalnız zalımlar münaqişə yaradır.
    8. Din yolunda möhkəm dayanıb camaatı haqqa də`vət edənlərdən biri Ənsardan olan Hübab ibni Münsər dedi: Əl saxlayın! Mühacirlər sizin sayənizdədirlər. Əgər onlar müxalifət etsələr, onda hər birimizdən bir xəlifə seçərik. Bu zaman Ömər dedi: Heç vaxt belə bir şey mümkün olmaz. Çünki iki qılınc bir qına yerləşməz. Peyğəmbərin yaxın adamları olduğumuz halda, bizimlə müxalifət edənlər fasiqdirlər.(Səqifənin məsələlərini dərk etmək üçün "Nəhcül-bəlağənin” şərhi, İbni Əbil Hədid 6-cı cild, səh. 6-9-a baxa bilərsiniz.)
    Birinci və ikinci xəlifənin özlərindən sonra başqaları tərəfindən heç bir irad edilmədən canişin tə`yin etmələri, xilafət haqqının ənsara deyil, yalnız özlərinə həsr etmələri və bu işdə Peyğəmbərlə yaxınlıq, qohumluq əlaqələrinə əsaslanmaları, hər iki dəstədən xəlifə seçilməsi barəsində ki, nəzəriyyələri, eləcə də Əbubəkrin Peyğəmbərdən xəlifə seçmək barəsində bir şey soruşmamasına təəssüflənməsi və bu kimi digər işlər sübut edir ki, Peyğəmbəri-əkrəmdən (s) sonra hakimiyyəti ələ alan «qabaqcıllar» o zaman şura məsələsinə əsla diqqət yetirməmişdilər və bu hökmün şərtləri barəsində ibtidai anlayışa belə malik deyildilər.
    Əgər Peyğəmbəri-əkrəm islam ümmətini şura sistemi ilə tanış etsəydi, mühacir və ənsardan heç olmasa bir neçə nəfəri şura əsasında tə`limatlandırsaydı belə bir məsələnin müzakirəsi normal bir iş kimi qəbul olunardı. Halbuki tarixdə, qeyd olunan məqamlara heç bir nümunə və dəlil göstərmək mümkün deyildir.
    Həmçinin qeyd olunan mətləblərdən aydın olur ki, Peyğəmbəri Əkrəm (s) «şura`nı islam ümmətinə, hətta bir-birinin yerinə keçən bir quruluş kimi də bəyan etməmişdi. Çünki, adət üzrə, belə bir böyük əhəmiyyətə malik olan məsələnin, islam ümməti tərəfindən tez bir zamanda unudulması və islam aləmində ondan azacıq əsər-əlamət belə qalmaması qeyri-mümkündür.
    Bu məsələnin daha da aydın olması üçün aşağıdkı insəliklərə diqqət yetirmək kifayətdir:
    1- Peyğəmbəri Əkrəm (s)-in be`sətindən qabaq hər hansı hökumət quruluşunun olmadığını nəzərə alsaq, müsəlman ümmətin arasında Peyğəmbərin vəfatından sonra şura idarə sistemi tamamilə yeni bir şey sayılmalı idi. Buna görə də (əvvəldə izah etdiyimiz kimi) onun qanun kimi qəbul ediləsəyi surətdə Peyğəmbər camaatı onunla müəyyən qədər tanış etməli və hamının diqqətini ona doğru yönəltməli idi.
    2- Şura məsələsini sadəcə olaraq ümumi bir qanun kimi ortaya atmaq kifayət deyildi. Əksinə, belə olan təqdirdə xüsusilə onun əsas me`yarları tam təfsilatı ilə şərh olunmalı idi ki, şura üzvlərinin ixtilaflı olduğu məsələlərdə hansı me`yarlar əsasında müəyyən bir dəstənin nəzərinin başqalarının nəzərindən üstün sayılması, eləcə də əksəriyyət təşkil edənlərinmi, yoxsa daha geniş nəzərlərə malik olanların nəzərinin irəli salınması və sair kimi məsələlər mə`lum olsun. Əgər bu məsələnin bütün yönləri hərtərəfli şəkildə bəyan olunmasaydı, Peyğəmbərin vəfatından sonra əsla icra oluna bilməzdi.
    3- Şura dedikdə, ümmətin hökumətin idarə olunmasında bir növ müşavirə yolu ilə məşq etmələri nəzərdə tutulur. Aydındır ki, bu məsələ islam ümməti içərisində öz nəzər və rə`ylərini verib seçki hüququna malik olan əksəriyyət təşkil edənlərə həvalə edilməli idi. Buna əsasən, əgər Peyğəmbərin vəfatından sonra şuranın icrası, bir şəriət hökmü kimi vacib olsaydı, onda bu məsələ islam ümmətinin əksəriyyətini təşkil edən qruplarına həvalə edilməli idi. Çünki onların hər biri bu məsələnin məs`uliyyətinin bir qismini öhdəsinə almalı idilər və müsəlmanların müqəddəratının həll olunduğu bu mühüm məsələ barəsində bitərəf mövqe tuta bilməzdilər.
    Qeyd olunan bu məsələlər aydın şəkildə sübut edir ki, əgər Peyğəmbəri Əkrəm (s) özündən sonra canişin seçmək üçün şura təşkil etmək barədə qərar versəydi, onda onu hökmən ətraflı şəkildə bəyan etməli, bu məsələ barəsində camaata geniş miqyasda agahlıq verməli, onları məs`uliyyətlərinin nə qədər ağır olduğundan agah etməli, onun bütün şərtlərini, həddini-hüdudunu bəyan etməli və nəhayət heç bir qaranlıq məsələ qoymamalı idi. Şübhəsiz, əgər Peyğəmbərin tərəfindən belə bir geniş miqyasda olan məsələ bəyan edilsəydi, ömürlərinin axırına qədər o həzrətin yanında olanların bu kimi məsələləri unutmaları qeyri-mümkün idi.
    Bə`ziləri deyə bilər ki, ola bilsin, Peyğəmbər (s) şura məsələsini bu mövzunun tələbinə uyğun olaraq geniş miqyasda irəli çəkmiş, müsəlmanlar da dərin dünyagörüş və tam agahlıq üzündən onun həddini-hüdudunu öyrənmişdilər, lakin o həzrətin vəfatından sonra siyasi məqsədlər camaatı susmağa məcbur etmişdi. Buna görə də onlar şura barəsində Peyğəmbərdən eşitdiklərini bir kəsə deməyə cür`ət etməmişdilər!
    Bu təsəvvür də düzgün deyildir. Çünki müsəlmanların əksəriyyətini təşkil edən adi şəxslər Peyğəmbərin vəfatından sonra yaranan hökumət quruluşunda iştirak etməkdən və səqifə piramidasının təşkil edilməsindən məhrum edilmişdilər və onlar siyasi çəkişmələrdən tamamilə uzaqda idilər.
    Deməli, əgər şura məsələsi Peyğəmbərin tərəfindən lazım olan şəkildə irəli çəkilib bəyan olunsaydı, onun xəbəri təkcə siyasət səhnəsində olanlarda xülasələnməzdi ki, nə vaxtsa siyasi məqsədlərə qurban getsin. Əksinə, belə bir şey olsaydı, hamı onu eşitməli və Peyğəmbər səhabələrinin və ya adi müsəlmanların vasitəsi ilə təbii şəkildə bizim əlimizə də gəlib çatardı. Necə ki, Əli (ə)-ın hamıdan fəzilətli və üstün olması, eləcə də onun Peyğəmbərin canişini olması ilə əlaqədar hədislər elə səhabələrin vasitəsi ilə nəql olunmuş və bizim əlimizə çatmışdır. Halbuki, həmin dövrdə bütün siyasi məqsədlər tələb edirdi ki, bu barədə hətta bir hədis də olsun belə, nəql olunmasın. Lakin bununla belə, şura barəsində ağlabatan bir şey nəql olunmamışdır. Hətta siyasi cərəyanlara rəhbərlik edənlər belə müxtəlif siyasi hadisələrdə bir-biri ilə ixtilafa düşəndə, digərinin ziddinə olaraq şura barəsində şüar versəydilər, onların öz xeyrinə olardı. Onların heç biri ixtilaflarının şura yolu ilə həll edilməsini təklif etmirdilər. Səhabələrin tarixində elə bir hal tapmaq olmaz ki, hər hansı bir qrup bu məsələdən digərinin əleyhinə istifadə etmiş olsun. Misal üçün, Təlhə Ömərlə qarşı-qarşıya dayananda və Əbu Bəkrin seçilməsini şiddətlə məhkum edəndə o, hər şeydən söhbət açır, lakin şura barəsində bir söz olsun belə danışmır. Halbuki, əgər Peyğəmbərdən bu barədə hər hansı bir söz eşidilmiş olsaydı, hökmən ona istinad edər və misal üçün, «Əbu Bəkr şura ilə müxalifdir» - deyərdi.
    Digər tərəfdən də inanmaq olmur ki, Rəsuli-əkrəm (s) şura hökmünü şəriət nöqteyi-nəzərindən kamil bir qanun kimi çıxarmış olsun, amma onun isra metodunu, şəraitini və digər yönlərini açıqlamasın.
    İkinci halda fərz olunur ki, həzrət Peyğəmbər özündən sonra mühacir və ənsardan olan qabaqcılları bu işələrə nəzarətçi tə`yin etmişdi. Amma bu fərzə əsasən Peyğəmbəri-əkrəm (s) qeyd olunan nəsli ideoloji baxımdan elə hazırlamalı idi ki, onlar şura sisteminə dərindən yiyələnməli, müsəlmanlar üçün həyati məsələ sayılan belə bir məs`uliyyətli işi tam təfərrüatı ilə öyrənməliydilər. Risalət qarşısında yarana biləcək ardıcıl problemlər üçün elə çıxış yolları seçməliydilər ki, İslami də`vət ilə tam şəkildə uyğun olsun. Xüsusilə, Kəsra və Qeysər padşahlarının səltənətinin dağılmasından xəbər verən belə bir Peyğəmbər gözəl şəkildə bilirdi ki, islam qoşunları çoxlu fəthlər edəcək, yaxın gələcəkdə müxtəlif millətlər və ölkələr müsəlaman cəmiyyətinə qoşulacaqdır. Bunun ardınca islam ümməti qarşısında yüksək vəzifələr yaranacaq o millətləri islamla tanış etmək, daima genişlənməkdə olan müsəlman xlaqları arasında sabitlik yaratmaq kimi böyük problemlər ortaya çıxacaqdı.
    İslam ümməti içərisində ən pak şəxslərin Peyğəmbər təlimlərinə varis olmasına və fədakarlıqda sair nəsillərdən daha layiq olmalarına baxmayaraq, onlarda ilahi risalətin ağırlığını qəbul etmək xüsusi hazırlıq əlamətləri, müsəlmanlara rəhbərlik qayda qanunlarından söhbət açan geniş və dərin mə`lumatlar müşahidə olunmur.
    Bizim bu sözümüzü təsdiq edən nümunələr o qədər çoxdur ki, onların hamısını burada gətirə bilmərik, və yalnız bir neçə misalla kifayətlənirik.
    Həzrət Peyğəmbərdən şəriət barəsində nəql olunan hədislərin sayı bir neçə yüzdən artıq deyildir. Halbuki tarixə əsasən Peyğəmbəri-əkrəmin səhabələrinin sayı təxminən on iki min nəfər idi ki, onların bir neçə min nəfəri bir şəhərdə və ya bir məsciddə gecə-gündüz o həzrətlə yanaşı olmuşdur. Bu rəqəmlər və faktlar əsasında iddia etmək olarmı ki, Peyəmbəri-əkrəm (s) öz müasirlərini dəvətinin rəhbərliyi üçün hazırlamışdı?
    Məsələni daha aydın şəkildə başa düşmək üçün nəzərə almaq lazımdır ki, səhabələr vasitəsiz olaraq Peyğəmbərin özündən bir şeyi soruşmağa utanır və ya çəkinirdilər. Hətta bə`ziləri gözləyirdilər ki, çöl ərəblərindən biri gəlib Peyğəmbərdən bir şey soruşsun və o həzrət cavab verdiyi zaman öz mə`lumatlarını artırsınlar. Bir sözlə, səhabələr gələcəkdə baş verəcək hadisələrdən mə`lumatlı deyildilər. Buna görə də bu barədə heç bir şey soruşmurdular. Ömər bir gün mənbərdə dedi: Gələcəkdə baş verəcək hadisələr barəsində bir şey soruşan şəxs günahkardır. Çünki həzrət Peyğəmbər (s) yalnız həyata keçən məsələlərdən söhbət edirdi.(Sünəni Darəmi”, 1-ci cild, səh. 50) Yenə də Ömər digər bir yerdə demişdi: Heç birinizə rəva deyildir ki, gerçəkləşməmiş şeylər barəsində Allahın bəyan etdiyi hökmü soruşasınız.
    Bir nəfər, Ömərin oğlundan bir şey soruşdu. O, isə cavabında dedi: Mövcud olmayan bir şey barəsində heç nə soruşma. Çünki atam Ömər İbni Xəttab belə bir şəxsi lə`nətləmişdir.("Sünəni Darəmi”, 1-ci cild, səh. 56)
    Bir nəfər Übeyy İbni Kə`bdən bir məsələ soruşdu. O, isə cavabında dedi: Sənin soruşduğun şey mövcuddurmu, baş veribmi?
    Dedi: Xeyr.
    Übey dedi: İndiki belədir, mənə möhlət ver qoy o şey vücuda gəlsin.
    Ömər bir gün Qur`an tilavət edərkən bir ayəyə çatıb dedi: Hamısının mə`nasını başa düşdüm, amma «əbb`-in mə`nasını bilmədim. Daha sonra dedi: Allaha and olsun, bunun özü məşəqqətdir. «Əbb» sözünü bilməməyin nə eybi var? Allahın kitabında aşkar olan şeylərə əməl edək, bilmədiyimiz şeyləri isə Allahın öhdəsinə qoyaq.
    Bunların hamısı göstərir ki, səhabələr mövcud olmayan hadisələr barəsində heç bir şey soruşmur və ya az maraqlanırdılar. Qeyd edək ki, bu üslub bir növ onların tutduqları yol idi. Həmin məsələ Peyğəmbəri-əkrəmdən (s) şəriət məsələləri barəsində nəql olunan rəvayətlərin azalmasına səbəb oldu. Həmin üslub şəriətdə bə`zi şəxslərin kitab və sünnədən başqa şeylərə, o cümlədən istehsan və «qiyas» hökmlərinə əməl etməsinə səbəb oldu.(İstihsan, ümumi qiyas müqabilində cüz`i məsləhətə əməl olunmasıdır. Bu qanun Malik və Əbu Hənifənin məzhəbində istifadə olunur. Qiyas da xüsusi göstərişlərin oxşarına Qur`an və sünnədə olmayan hökmü təsbit etmək deməkdir. Bu qanun Maliki və Hənbəli məzhəbində istifadə olunan qaydalardan biridir. Bunlardan heç biri şi`ələr tərəfindən qəbul olunmur Çünki bu qondarma hökm əsasında əməl etmək ictimai xətərlərə və fəsada səbəb olur. (M))
    Bəli, bu üslub də`vətə rəhbərlik üçün xüsusi bir ideologiyanın olması ilə düz gəlmir. Çünki, belə bir iş olsaydı, onda mütləq sözügedən nəsil geniş səviyyəli tə`lim-tərbiyə altında olmalı və gələcəkdə qarşılaşasaqları məsələlərin hökmləri ilə yaxından tanış olmalı idilər.
    Səhabələr bə`zi hallarda sual verməkdən çəkindikləri kimi, o həzrətin hədislərini yazıb saxlamaqda da e`tinasız və laqeyid idilər. Halbuki Peyğəmbərin sünnəsi müsəlmanların Qur`andan sonra ən böyük mənbəyi idi, o da yazılıb saxlanmaqla təhrifdən uzaq qala bilərdi.
    Hərəvi öz kitabının «danışmağın məzəmmət olunması» adlı bölməsində Yəhya ibni Sə`ddən, Əbdüllah ibni Dinarın belə söylədiyini rəvayət edir: «Əshab və tabein hədisləri yazmırdılar; onu əzbərləyir və şifahi şəkildə digərlərinə nəql edirdilər.»
    İbni Sə`d özünün «Təbəqat» kitabında yazır: «İkinci xəlifə, Peyğəmbəri Əkrəmin sünnəsi qarşısında müəyyən mövqe seçməkdə həmişə fikirləşirdi. Bir ay fikirləşdikdən sonra Peyğəmbər (s) sünnəsini yazmağı rəsmi şəkildə qadağan etdi. Beləliklə də, müsəlmanların Qur`ani-kərimdən sonra ən böyük və mö`təbər mənbəsi olan sünnə, unudulmağa başladı. Təqribən 150 il ərzində bir tərəfdən təhrif edilərək unuduldu, digər tərəfdən isə hədisləri əzbərləyib yadda saxlayan şəxslərin dünyadan getməsi ilə ağır zərbələrə mə`ruz qaldı.»
    Bu dövrdə Əhli-beyt (ə)-ın bu məsələ qarşısında tutduğu yol və mövqe başqalarından tamamilə ayrı idi; onlar elə ilk gündən e`tibarən hədisləri bir yerə toplayıb yazmağa başladılar. İmamlardan (ə) nəql olunan bir çox hədislərdə qeyd olunur ki, onların əlində, Peyğəmbəri Əkrəmin öz imlası və Əli (ə)-ın əlyazması ilə yazılan qalın bir kitab vardır ki, Peyğəmbəri Əkrəmin bütün hədisləri onda mövcuddur.

    Category: Şiəlik necə yaranmışdır? | Added by: Islam_Kitabxanasi
    Views: 714 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024