İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1941
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Files » Etiqat » Şiəlik necə yaranmışdır?

    Şiəlik necə yaranmışdır?
    2012-01-03, 6:52 AM
    İKİNCİ BÖLMƏ
    ŞİƏLƏR NECƏ MEYDANA GƏLİB?
    * Peyğəmbərin (s) zamanında iki müxtəlif cərəyan;
    * Əhli-beyt (ə)-ın siyasi və ideoloji mərcəiyyəti;
    * Mə`nəvi və siyasi şiəlik.
    Əvvəlki səhifələrdə şiəliyin necə yarandığını bildik. İndi isə şiələrin özlərinin haradan yarandığı və islam ümmətinin əsasən iki dəstəyə necə bölünməsi barədə söhbət edək.
    Biz islam ümmətinin Peyğəmbəri-əkrəmlə birgə yaşadığı həyatın ilk mərhələlərini araşdırdıqda mə`lum olacaqdır ki, müsəlmanların bir xalq kimi formalaşmasının və islami təcrübələrin ilk çağlarında iki əsas üslub yaranmışdı ki, bunların hər ikisi Peyğəmbərin yaratdığı yeni ümmət çərçivəsində yaşayırdılar.
    Peyğəmbərin vəfatından sonra bu iki cərəyan arasında olan e`tiqadi fərqlər nəticəsində ümmət iki dəstəyə ayrıldı və bunun da ardınca sonradan müsəlmanlar iki yerə bölündü.
    Bir tərəfdə hakimiyyəti ələ keçirən və təbii olaraq həddindən artıq genişlənərək müsəlmanların əksəriyyətinə şamil olan birinci dəstə, digər tərəfdə isə islamın siyasi səhnəsindən kənarlaşdırılan, hökumətin müxalifləri və dinin mübarizləri sayılan, azlıq təşkil etdikləri halda ümumi səviyyədə hakim strukturun müqabilində öz mövcudluğunu davam etdirən ikinci dəstə yarandı. Azlıq təşkil edən dəstə şiələr idi.
    PEYĞƏMBƏRİN (S) ZAMANINDA İKİ MÜXTƏLİF CƏRƏYAN
    İslam ümmətinin iki dəstəyə ayrılmasına səbəb olan bu iki üslub aşağıdakılardan ibarətdir:
    1-Tə`əbbüdlə iman gətirmək; Yə`ni həyatın bütün sahələrində Allah və Peyğəmbərin buyurduqlarına qeydsiz-şərtsiz tabe olmaq və onların heç birinə şəxsi nəzər və rə`y daxil etməmək; (Bu, şiələrin əqidəsidir.)
    2-Şəxsi rə`ylərə əməl etmək.
    Bu məsləkə görə, islam e`tiqadı insanın ibadət məhdudəsindən xaricdə tə`əbbüdə riayət etməyi lazım görmür. Bundan xaricdə ayrı-ayrı şəxslər özləri ictihad edə bilər və öz ictihadlarına əsasən məsləhət və mənafelərinə uyğun olaraq dində və islami mətnlərdə şəxsi rə`ylərinə əməl edə bilərlər.
    Risalət dövrünün əvvəllərində ümmətin ən yaxşıları və ən salehləri kimi tanınan qabaqcıllar, hamısı Peyğəmbərin yetirmələri olub dəyər və paklıq cəhətindən tarixdə nadir şəxsiyyətlər sayılanlar ictihad əməliyyatını yerinə yetirə bilərdilər.
    Qəbul etməliyik ki, hətta Peyğəmbəri-əkrəmin (s) zamanında belə məsləhət və qənaətlərə gəlməkdə ictihada (şəxsi rə`yə) üstünlük verilməsi və dini nəsslər müqabilində sırf tə`əbbüdə riayət etməmək bir qrupun arasında adi qayda idi. Həmin zamanda bunun əksi olan üslub da mövcud idi ki, o da həyatın bütün sahələrində nəss müqabilində tamamilə təslim olub bəndəçilik etməkdən ibarət idi.
    Bəlkə də müsəlmanların əksəriyyətinin ictihad tərəfdarı olmasının səbəbi bu işin insan təbiəti və fitrəti ilə daha artıq müvafiq olması idi. Çünki bəşər övladı təbiidir ki, nə olduğunu dərindən dərk etmədiyi ilahi qayda-qanunlara itaət etmək yerinə öz əqli mülahizələri və nəfsani istəklərinə uyğun olan şəxsi mənafelərini tə`min edən şeylərə əməl etməyi daha üstün tutur.
    Buna görə də səhabələrdən bir qrupu belə bir üsluba tərəfdar çıxdılar. O cümlədən Ömər İbni Xəttab Peyğəmbəri-əkrəmin (s) aşkar buyurduqlarına zidd olaraq bir çox hallarda öz şəxsi ictihadına əsaslanır, bu yolun düzgün olduğunu təsəvvür edir və Peyğəmbəri-əkrəmə irad tuturdu. Çünki o, güman edirdi ki, ümumi məsləhət onun şəxsi ictihadı ilə ayırd edilməlidir. Halbuki ümumi məsləhəti o kəs ayırd edə bilər ki, onun işinin bünövrəsi ilahi vəhydən qaynaqlanmış olsun. Nümunə üçün Ömərin Peyğəmbərə «Hüdeybiyyə sülhü» barəsində qəbul etdirmək istədikləri, «Həyyə əla xeyril əməl» cümləsinin azandan çıxarılması, müt`ə kimi sabit şəriət qanunlarını ləğv etdirməsi, bir çox şəxsi nəzərlərini dini qanun kimi qəbul etdirməsini misal göstərmək olar.( 
    Əhli-sünnətin tarix və rəvayət kitablarından mə`lum olur ki, Ömər müxtəlif yerlərdə Peyğəmbərin müqabilində, istər həyatda olduğu dövrlərdə, istərsə də vəfatından sonra öz ictihadına əməl etmiş və özünün Rəsuli-əkrəmlə (ə) olan daxili ziddiyyətini aşkar etmişdir. Bunlar aşağıdakılardan ibarətdir: 1-Hüdeybiyyə sülhü; İbni Hişamın "Siyrətün-nəbi” kitabının 3-cü cildinin 331-ci səhifəsində, Buxarinin "səhih” kitabının 2-ci cildinin 81-ci səhifəsində nəql olunanlara əsasən Rəsuli-əkrəm (ə) 6-cı hicri ili Zilqə`də ayının ikisində ümrə qəsdi ilə 1400 nəfər səhabə ilə birlikdə hərəkət etdi. Məkkənin yaxınlığında Hüdeybiyyə adlı məntəqədə müşriklərlə bir qədər vuruşmadan sonra onlar müharibəni dayandırıb sülh etmək qərarına gəldilər. O həzrət öz ilahi siyasəti və dünya görüşü əsasında müşriklərlə saziş imzaladı. Bu saziş tarixdə "Hüdeybiyyə” sülhü adı ilə məşhurdur. Bu sülhün həssas nöqtələri aşağıdakılar idi: 1-On il müddətində hər iki tərəf müharibə etməməlidir; 2-Qureyşilərdən hər kəs özünün qəyyumu və sahibinin icazəsi olmadan müsəlmanlara qoşulsa və ya iman gətirsə Peyğəmbər onu qəbul etməməlidir; 3-Qüreyşilərdən hər kəs Peyğəmbərin tərəfdarı olduqdan sonra öz qəbiləsinə tərəf qayıtmış olsa, onu heç kəs yenidən geri qaytara bilməz; Bu müqavilə imzalandıqdanan sonra Rəsuli-əkrəm (ə) öz səhabələrinə qayıtmaq barədə göstəriş verdi. Zahirdə Qureyş kafirlərinin xeyrinə tamam olan bu müqavilədən sonra batində müsəlmanların xeyrinə idi. Amma bu müqavilədən sonra Ömər qəzəblənərək Peyğəmbərlə mübahisəyə başlayıb dedi: Siz Peyğəmbər deyilsinizmi? Buyurdu: Bəli, Peyğəmbərəm. Ömər dedi: Biz müsəlman deyilikmi? Peyğəmbər buyurdu: Bəli, müəsəlmansınız. Ömər dedi: Bəs nə üçün biz öz dinimizdə zəlil və xar olmalıyıq? Peyğəmbər buyurdu: Mənə Allah tərəfindən belə əmr olunmuşdur. Bu Allahın istəyidir. Mən heç vaxt onun fərmanları ilə müxalifət etmərəm. 2-Ömərin Peyğəmbərlə təmətt`ö ümrəsi və müt`ə barəsində olan münaqişəsi; Əhməd İbni Hənbəlin "Müsnəd” kitabının 1-ci cildinin 49-cu, səhifəsində habelə İmam Fəxri Razinin təfsirində nəql olunmuşdur ki, "hər kəs təmətt`ö ümrəsi yerinə yetirmək istəsə, qüdrəti dairəsində gərək qurbanlıq versin” ayəsi nazil olanda Peyğəmbər Məkkəyə doğru getdi. Belə olan halda hər kəsin qurbanlığa qüdrəti olmasa üç gün Məkkədə oruc tutmalıdır. Bu üç gün Zilhəccə ayının 7, 8 və 9-cu günləridir ki, 9-cu gün ərəfə günüdür. Yeddi gün isə öz vətəninə qayıtdıqdan sonra oruc tutmalıdır. Bu 10-gün Məkkə əhli olmayanlar üçündür. 
    TƏMƏTT`Ö ÜMRƏSİ MƏRASİMİ
    Bu mərasim də Həcc aylarında (şəvval, zilqə`də, zilhəccə) miyqatda ehram bağlayıb Məkkəyə gəlirlər və təvaf edib sonra Səfa ilə Mərvə arasında sə`y edir, sonra başın tükünü qıəaldırlar. Beləliklə ehramdan çıxırlar. 
    MÜVƏQQƏTİ İZDİVAC
    Mə`lum ayəyə əsasən islamda müvəqqəti izdivac qanunu olmuşdur. İnsəanın fitri və qərizi (instinkt) təmayüllərinin tə`min olunma`ı əsasında yaradılan bu qanun ilk dəfə islam dinində yaradılmış qanunlardan biridir. Amma çox təəssüflə bu günkü dünyada çox xoşagəlməz bir vəziyyətə salınmışdır. Çünki islam dininə mə`lum idi ki, istər-istəməz iki zidd cins arasında təmaslar yaranacaqdır. Daha yaxşı olar ki, bu təmaslar xüsusi qayda-qanunlar çərçivəsində olsun, cəmiyyətə hərc-mərclik hökmranlıq etməsin. Pərvərdigarın tə`yin etdiyi yolla, müəyyən şərtlər əsasında qarşılıqlı təbii qərizələr tə`min olunsun. Amma Ömər bu qanunları ayaq altına salıb öz ictihadı əsasında, camaatın gözü önündə minbər üstündə fəryad edərək dedi: Peyğəmbərin dövründə iki növ müt`ə vardı, amma mən onları haram edirəm. Hər kəs onları yerinə yetirsə cəzalandıracağam. O iki müt`ədən biri həcc müt`əsi, digəri isə müvəqqəti izdivacdır. 
    Ömərin azanın sözlərini dəyişdirməsi
    Sünnü alimlərindən olan Ənəs ibni Malik (maliki məzhəbinin rəisi) Müvəttəə kitabında və Quşçi "Şərhi-təcrid” kitabında deyir: Ömər islamın dəyərli şüarlarından biri olan azanın cümlələrini dəyişdirmişdir. Peyğəmbərin dövründə uzun illərlə hər gün neçə dəfə işlənərək qanun şəklini alan azanın cümlələrini dəyişərək "Həyyə əla xəyril əməl” (yə`ni yaxşı əməllərə doğru tələsin) cümləsini azandan çıxartdı və "Əssəlatu xəyrun minən-novm” (namaz yuxudan daha yaxşıdır.) cümləsini onun yerinə qoydu. Quşçinin nəql etdiyinə görə Ömər camaatın gözü önündə minbərdə qışqırıb dedi ki, üç şey Peyğəmbərin dövründə rəsmi qanun idi və indi mən onları haram edirəm. Hər kəs onu yerinə yetirsə cəzalandıracağam. Biri müvəqqəti izdivac, biri təmətt`ö həcci, üçüncüsü isə azanda olan (həyyə əla xəyril əməl) cümləsidir. 
    Ömərin "Əssəlatu xəyrun minən-novm” cümləsinin azana daxil etməsinin səbəbi
    Malikin nəql etdiyinə görə bir gün Ömərin azançısı sübh azanı deyəndə xəlifə yatmışdı və o "Əssəlamu xəyrun minən-novm” cümləsi ilə onu oyatdı. Bundan sonra Ömər bu cümləni sübh azanının bir hissəsi kimi qərar verdi. (M)  
    )
    Bu iki söz Peyğəmbərin (s) ömrünün son günlərində o həzrətin öz hüzurunda baş verdi.
    Buxari öz «Səhih» kitabında İbni Abbasdan belə rəvayət edir: Peyğəmbərin (s) vəfatı yaxınlaşanda evdə bir neçə nəfər var idi, o cümlədən Ömər ibni Xəttab da orada idi. Peyğəmbər buyurdu: Gəlin sizin üçün bir şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız. Bu zaman Ömər dedi: Peyğəmbərin qızdırması qalxmışdır və sayıqlayır. Qur`an sizin yanınızdadır və Allahın kitabı bizim üçün kifayətdir.
    Ömərin bu sözü orada olanların arasında ixtilaf və münaqişə yaratdı. Bə`ziləri dedilər ki, yazı yazmaq üçün lazım olan vəsaiti gətirin, Peyğəmbər bizim üçün bir şey yazsın ki, ondan sonra zəlalətə düşməyək. Digər bir dəstə də Ömərin sözünün təsdiq etdi. Ölüm yatağında ağır vəziyyətdə uzanmış o həzrət, hüzurunda yaranmış bu ehtiramsızlıqdan narahat olub onların hamısını evdən qovdu.
    Bu hadisənin özü bu iki cərəyanın köklərini, habelə bu üslublar arasında olan ziddiyyətlərin mənbəyini bilmək üçün tamamilə kifayətdir.
    İstihad məsələsinin aydın olması üçün Üsamət ibni Zeydin sərkərdəliyi ilə əlaqədar səhabələr arasında yaranan ixtilafı da qeyd etmək olar.
    Üsamə islamın fədakar və mübariz cavanlarından biri idi. O Peyğəmbərin göstərişinə əsasən qoşunun rəhbərliyini öhdəsinə almalı idi. Amma səhabələrin arasında ixtilaf düşdü. Peyğəmbər ağır vəziyyətdə yatağından qalxıb mənzildən çıxdı və camaata xitab edərək buyurdu: Ey camaat bu nə sözdür! Üsamənin sərkərdəliyinə irad tutulması sizin tərəfinizdən heç də təzə bir şey deyildir. Siz əvvəllər onun atasının da sərkərdəliyinə irad tuturdunuz. Allaha and olsun, həm Zeyd həm də onun oğlu Üsamə bu işə tam ləyaqətlidir.
    Peyğəmbərin aşkar buyurduqlarına qeydsiz-şərtsiz tabe olmaq prinsipinin tərəfdarları Peyğəmbərin sözünü ilahi hökm kimi qəbul edir və ona əhəmiyyət verməməyi əsla caiz bilmirdilər. Yaxud öz ictihadları əsasında Peyğəmbərin sözünü dəyişdirməyi qeyri-mümkün hesab edirdilər.
    Amma ictihad tərəfdarları təsəvvür edirdilər ki, Peyğəmbərin aşkar buyurduğu şeylərə qeydsiz-şərtsiz tabe olmağın zərurəti yoxdur. Əksinə, əgər onların ictihadı başqa bir şeyə üstünlük verərsə, naqis xəyallarına əsasən əgər daha yaxşı şəraitlərə malik olarsa, o ictihadları Peyğəmbəri-əkrəmin (s) buyurduğundan üstün tutmaq olar.
    Beləliklə də mülahizə etdiyiniz kimi, Peyğəmbəri-əkrəmdən dərhal sonra müəyyən qrup şəklinə düşən şiələr Əli (əleyhissalam)-ın Peyğəmbər tərəfindən tə`yin olan rəhbərlik məsələsini qeydsiz-şərtsiz qəbul edən və Peyğəmbərin buyurduğunu əməli olaraq həyata keçirmək istəyən şəxslərdən ibarət idi.
    Şiələrin Peyğəmbərin vəfatından sonra göstərdiyi ilk əks-əməl Bəni-saidə səqifəsində irəli cürülən planlarla müxalifət etmək idi. Çünki ona əsasən Əli (əleyhissalam)-ın aşkar haqqı olan xilafət məqamı başqalarına tapşırılırdı. Təbərsi «Ehtisas» kitabının 1-ci cildinin 97-ci səhifəsində Əban ibni Təslibdən belə nəql edir: İmam Sadiq (əleyhissalam)-a dedim: Sənə fəda olum, Peyğəmbərin səhabələrindən kimlər Əbu Bəkrin işi ilə müxalifət etdilər?
    O həzrət buyurdu: Mühacirlərdən aşağıdakılar idi:
    1-Xalid İbni Səid Əbil As (o Bəni üməyyədən idi.)(Xalid ibni Səid Qureyş əhlindən və üməyyə övladlarından idi, yuxuda Peyğəmbəri görüb islamı qəbul etmişdi. Bu da onun öz ata evindən qovulmasına və Peyğəmbərin hüzuruna gəlməsinə səbəb olmuşdu. O mühacirlərlə ilk dəfə hicrət edənlərdən idi. Məkkənin fəthindən sonra Yəməndə vergi toplanmasının mə`muru idi. Peyğəmbəri-əkrəm (ə) vəfatından sonra Əbu Bəkrə bey`ət etmədi və onun tərəfindən vergi mə`muru vəzifəsini icra etməkdən imtina etdi. O şücaətli bir kişi idi. Əmr İbni Mə`di Kərəb qəzvəsində iştirak etmişdi. (M))
    2-Səlman Farsi(Səlmani Farsi Farə əyalətinin Rame-Hormuz məntəqəsindən idi. İslamı qəbul etməzdən əvvəl onun adı Mabeh ibni Uzel Xişam idi və Səlmanul-xeyr adı ilə məşhur olmuşdur. Farə diyarında yaşadığı zaman məcusi dinində idi. sonradan məsihi dinini qəbul etmiş, daha sonra isə Şama səfər edərək nəsrani bir alimin yanına get-gəl etmişdir. Səlman ondan öz gələcəyi barədə soruşduqda dedi: Bir Peyğəmbər zühur edib camaatı İbrahimin ayininə də`vət edəcəkdir. O, hədiyyə qəbul edər, amma sədəqədən istifadə etməz. O xurafatla dolu olan bir diyara köç edəcəkdir. Səlman uzun müddət bu fikirdə idi ki, görəsən öz axırı necə olacaq. Nəhayət çöl ərəblərindən biri onu özü ilə birlikdə Ümmül-quraya apardı. sonra onu yəhudi bir şəxsə satdı. sonradan Bəni-qureyzə qəbiləsindən olan bir kişi onu alıb Mədinəyə gətirdi. Məhz burada Peyğəmbərin adını eşitdi. Nəsrani alimin ona öyrətdiyi əlamətlərə əsasən onun göstərişlərini yerinə yetirdi. Onun dediklərinin düz olduğuna əmin olduqdan sonra Peyğəmbərə iman gətirdi. Amma "İstiyab” kitabında qeyd olunub ki, Peyğəmbər onu sahibindən alıb azad etdi. Salmanın məqamı Peyğəmbərin yanında elə bir yerə çatmışdı ki, onun barəsində buyurdu: Salman biz Əhli-beytdəndir. Həmçinin behişt üç nəfərin aşiqidir: Əli, Əmmar, Səlman. Mərhum Qumminin "Səfinə” kitabında yazdığına əsasən, Səlman öz halal zəhməti ilə yaşayırdı. Onun döşənəcək əvəzinə yerə Saldığı şey öz əbası, mənzili isə ağacların gölgə saldığı yerlər idi. O, Mədainin hakimi olduğu zmanda da tamamilə sadə halda yaşayırdı. O fəzilət və elmdə elə bir məqama çatmışdı ki, əvvəl-axır elmlərə malik olmuş, Pərvərdigarın əzəli elmindən bə`zi şeylər öyrənmişdi. Həzrət Əli ibni Hüseyn (əleyhissalam) Səlmanın elmi məqamı barəsində buyurur: "Allaha and olsun ki, Əbuzər Səlmanın qəlbində olan elmləri dərk etsəydi onu öldürərdi.” Əli (əleyhissalam)-da onun barəsində buyurur: Ey Əbuzər, Salman Allah elminin yer üzərindəki qapılarıdır. Hər kəs onu tanısa mö`min, hər kəs inkar etsə kafirdir. O, Əbu Bəkrin qəsbkar hökumət və xilafətinə qarşı müxalifətçilik edib onu rəsmi şəkildə qəbul etməyən, habelə Əli (əleyhissalam)-ı müdafiə edən on iki tərəfdardan biri idi. O, 37-ci hicri qəməri ilində vəfat etmişdir. (M))
    3-Əbuzərr Ğəffari(Öz adı Cündəb ibni Cünadə və Rəsuli-əkrəmin (ə) ən yaxın səhabələrindən olan Əbuzər Ğəffari Mədinədə Rəsuli-əkrəmin hüzuruna gəlmiş və onunla birlikdə olmuşdur. Həzrət onun barəsində buyurur: Ey Əbuzər, sən yaxşılıqlar kişisisən. Məndən sonra çox ağır və faciəli əzablara düçar olacaqsan. Soruşdu: Bunlar Allah yolunda olacaqmı? Buyurdu: Bəli! Əbuzər dedi: Əgər Allah yolundadırsa, mən onun pişvazına gedərəm. O, Əli (əleyhissalam)-ın məxsus şiələrindən biri idi və Əbu Bəkrin xilafətinin əvvəllərindən Osmanın xilafətinə qədər mübarizədən əl çəkmədi. Nəhayət Osman onu əvvəlcə Şama, sonra isə Rəbəzəyə sürgün etdi və orada bir müddət qaldıqdan sonra vəfat etdi.”Üsdül-ğabə” kitabı, Əbuzərin həyatı; "Biharul-ənvar”, 8-ci cild. (M))
    4-Miqdad İbni Əsvəd(Miqdad İbni Əmr İbni Əs`ləbə, yaxud Miqdad İbni Əsvədislamı ilk qəbul edən şəxələrdən, habelə Peyğəmbəri-əkrəmin göstərişi ilə Həbəşistana mühacirət edənlərdən biri idi. Bədr müharibəsində iştrak etmişdi. O, Peyğəmbərin xüsusi diqqət yetirdiyi şəxələrdən idi. Miqdad Osmanın xilafəti dövründə yetmiş yaşında ikən vəfat etdi. (Üstül-ğabe” Miqdadın həyatı.) Peyğəmbər onun barəsində buyurmuşdur: Allah-taala mənə göstəriş vermişdir ki, dörd nəfərə daha artıq imtiyaz verəm. Bu dörd nəfər Əli, Miqdad, Əbuzər və Səlmandır ki, mənim nəzərimdə çox əzizdirlər. Tarid ibni Şəhab və İbni Məs`uddan nəql olunur ki, mən müharibələrdən birində Miqdad ilə birlikdə idim. Rəsuli-əkrəm (ə) müşriklərlə müharibə barəsində söhbət edirdi. Miqdad dedi: Ey Allahın Peyğəmbəri, and olsun bizi yaradana ki, Həzrət Musanın səhabələri kimi olmayacağıq və onlar deyən sözləri deməyəcəyik. Onlar demişdilər: "Sən Allahla birlikdə müşriklərlə müharibəyə get. Biz isə burada oturacağıq.” Əmin ola bilərsiniz ki, biz həmişə sizin ətrafınızda olacağıq və müşriklərlə həmişə vuruşacağıq. Rəsuli-əkrəmin üzündə təbəssüm hissi yarandı və ona afərin dedi. ("Əl-istiy`ab”, Miqdadın həyatı.) Miqdad ömrünün axır anlarına qədər Əli (əleyhissalam)-a olan e`tiqadında zərrə qədər süst olmamışdır. Osmanla namaz qılmamış, heç vaxt ona mö`minlərin əmiri deyə xitab etməmişdir. Şura iclasında ayağa qalxıb fəryad edərək dedi: Bədr müharibəsində və Bey`ətür-rizvanda iştirak etməyən bu şəxsə bey`ət etməyin. (Bu bey`ət "bey`əti şəcərə” də adlanır. Çünki bu bey`ət mərasimi bir ağacın altında baş vermişdir. Həmçinin "bey`əti-Rizvan” da adlandırılır. Çünki bu bey`ətdən sonra aşağıdakı ayə nazil oldu: "Şübhəsiz, Allah mö`minlərdən ağacın altında səninlə bey`ət etdikləri zaman razı oldu.”) O, Əbu Bəkrin qəsbkar xilafətini qəbul etməyən on iki nəfərdən biridir. ("Səfinə”, 2-ci cild, səh.409) (M))
    5-Əmmar ibni Yasir(Əmmar ibni Yasir İbni Amir islamın əvvəllərində müsəlman olmuşdur. Əmmar Ərqəmin evində Peyğəmbərə iman gətirmişdi. O, islam tarixində məscid tikən ilk şəxs və Peyğəmbərin xüsusi diqqətini cəlb edən səhabələrdən idi. Həzrət onun barəsində buyurmuşdu: Hər kəs Əmmarla düşmən olsa, Allahla düşmən olmuşdur. Ey Əmmar, agah ol ki, zalım bir dəstə səni qətlə yetirəcək. O, Əli (əleyhissalam)-a son dərəcə sədaqət göstərərək heç vaxt öz əhdindən dönməmiş Əbu Bəkrin hökumətini rəsmi şəkildə tanımayan on iki nəfərdən biri olmuş Cəməl və Siffeyn müharibələrində Əli (əleyhissalam)-ın ətrafında döyüşmüşdür. O, Siffeyn müharibəsində 94 yaşında ikən Müaviyənin tərəfdarları tərəfindən şəhadətə yetirildi. Vəsiyyətinə görə öz paltarında dəfn olundu. ("Üsdül-ğabə”, "Əl-isabə”, "Əl-istiyab”, "Biharul-ənvar” kitablarından) (M))
    6-Üreydətül Əsləmi(Büreydət İbni Süfyanil Əsləmi Rəsuli-əkrəmin (ə) səhabələrindən biri idi. Həzrət Məkkədən Mədinəyə hicrət edərkən Ğəməm mənzilində həzrətin hüzuruna çatdı və öz qəbiləsindən 80 nəfərlə birlikdə islamı qəbul etdi və öz vətəninə qayıtdı. Ühüd müharibəsindən sonra Mədinəyə köçdü və sonrakı müharibələrdə iştirak etdi. Hüdeybiyyə sülhündə Rəsuli-əkrəmlə birgə idi. O, Bey`əti-rizvan səhabələrindən biri kimi tanınıb. Bəsrənin fəthindən sonra orada yaşamağa başladı. İslam qoşunu vasitəsiylə İranın fəth olunmasında iştirak edib. İran fəth olunduqdan sonra Mərv diyarında yaşamağa başladı. Orada 8 ay və yaxud 63-cü ilə qədər yaşayıb vəfat etdi və orada da dəfn olundu. O, Əbu Bəkrə bey`ət etməyən on iki səhabədən biri idi. O daim Əbu Bəkrin xilafətini tənqid atəşinə tutmuş və Əli (əleyhissalam)-la birlikdə olmuşdur. Həzrət onun barəsində bir şe`r buyurmuşdur ki, təqribən məzmunu belədir: Allah Üseyləmə cəmiyyətinə xeyir versin, onlar gözəl insanlardır və Bəni-haşimin ətrafında özlərini fəda edirdilər. səxavətdə Üreyd, Əbdüllah Mənqəd və Ürvə kimidirlər ki, onlar Malikin övladlarıdır. ("Əl-isabə”, "Biharul-ənvar”, 18-ci cild, 122-səhifə.) (M))
    Ənsardan olanlar isə aşağıdakılar idi:
    1-Əbul heysəm İbni Teyhan(Əbül Heysəm ibni Teyhan Peyğəmbər səhabələrindəndir. Bədr, Ühüd, və ümumiyyətlə islamın əvvəllərində baş verən bütün müharibələrdə iştirak etmişdir. O, birinci əqəbədə Peyğəmbərlə əhd-peyman bağlayanlardan biri idi və Əli (əleyhissalam)-ın vilayətinin müdafiəsində Əbu Bəkrə müxalifət və e`tiraz edən on iki nəfər səhabədən biri olmuşdur. Əbül Heysəm Siffeyn müharibəsində, 37-ci hicri ilində Həzrət Əli (əleyhissalam)-ın qoşununda Müaviyə əsgərləri tərəfindən şəhid olundu. ("Biharul-ənvar”, "Təbəqat”, 3-cü cild) (M))
    2-Səhl ibni Hənif(Səhl ibni Hənif: Səhl ibni Hənif Peyğəmbərin fədakar səhabələrindən biri (və Ənsardan idi) idi. Peyğəmbər (ə) həmişə ona diqqət yetirərdi. O, Ühüd müharibəsində Peyğəmbərin lap yaxınlığında düşmənə qarşı kəskin mübarizə aparıb həzrəti fədakarlıqla müdafiə edirdi. Səhl Rəsuli-əkrəmin (ə) vəfatından sonra həmişə Əli (əleyhissalam)-la bir yerdə olmuş, bey`ət gününə qədər o həzrətdən ayrılmamışdır. Əli (əleyhissalam) Mədinədən Bəsrəyə gələndə onu öz yerində qoymuş, Siffeyn müharibəsində həmişə o həzrətin ətrafında olmuşdur. sonralar həzrətin tərəfindən Farə əyalətinə vali tə`yin edilmişdir. Nəhayət 38-ci hicri ilində Kufədə vəfat etmişdir. ("Üsdül-ğabə”, 2-ci cild, Səhl ibni Hənif) (M))
    3-Osman ibni Hüneyf(Osman ibni Hüneyf Mədinə şəhərinin məhşur Ovə qəbiləsindən, Peyğəmbərin sevimli səhabələrindən və fədakar köməkçilərindən biri idi. səhabələrin əksəriyyəti onun yüksək düşüncə və kamalına qibtə edərdilər. Ömər İraqa hakim tə`yin etmək üçün səhabələrlə məşvərət edən zaman dedi: Osman İbni Hüneyf bu işə hamıdan artıq layiqdir. O, Bədr və Ühüd müharibələrində Peyğəmbərin önündə vuruşurdu. Əli (əleyhissalam)-ın xilafəti dövründə Osman ibni Hüneyf Bəsrəyə hakim təy`in edilmişdi. Aişənin qoşunu Bəsrəyə daxil olduqdan sonra onu həmin yerdən ixrac etdilər. O, Kufədə məskunlaşdı. Osman Əbu Bəkrə e`tiraz edən on iki səhabədən biri idi və xilafət üçün Əli (əleyhissalam)-ın layiq olduğunu isbat etmişdi. O, Müaviyənin dövründə dünyadan getmişdir. ("Üsdül-ğabə”, 3-cü cild, səh. 371, Əl-istiyab 3-cü cild, səh. 89.) (M))
    4-Xüzeymət ibni Sabit(Xüzeymət ibni Sabit Bəni-xütbə Tayfasının Ovə qəbiləsindən və Rəsuli-əkrəmin (ə) səhabələrindən biri idi. Bədr müharibəsində Peyğəmbərin yanında olmuş, həzrətin fərmanına əsasən Əmr ibni Ədi ilə Bəni-xutmə bütlərini sındırmışdır. O, fəzilətdə elə bir məqama çatmışdı ki, Peyğəmbər (ə) buyurmuşdu: Onun təklikdə verdiyi şəhadət iki şahidin şəhadətini əvəz edir. Bundan sonra ona "Zuş-şəhadəteyn” (iki şahidlik sahibi) ləqəbi verildi. O, Rəsul-əkrəmdən sonra Siffeyn və Cəməl müharibələrində həzrət Əli (əleyhissalam)-ın ətrafında vuruşmuşdur. Siffeyn müharibəsində iştirak etməyin rəva olduğu barəsində şəkdə olduğu zaman Əmmar öldürülərkən öz qılıncını siyirib müharibəyə girişdi. Bu hadisəni ondan soruşduqda cavab verdi ki, əvvəlcə şəkk edirdim. Amma indi bildim ki, onlar ölümə daha layiqdirlər. Çünki həzrəti Peyğəmbər, Əmmarın barəsində buyurmuşdur ki, onu zalım və tüğyançı insanlar öldürəcəkdir. O bu müharibədə qızğın mübarizə apardıqdan sonra şəhid edildi. ("Üsdül-ğabə”, "Əl-isabə”, "İstiy`ab”, "Biharul-ənvar”, 22-ci cild, səh 141) (M))
    5-Übeyd ibni Kə`b(Übeyy ibni Kə`b ikinci əqəbə əhdi-peymanını Peyğəmbərlə bağlayanlardan idi. Bədr müharibəsində Peyğəmbərin ətrafında vuruşmuşdur. O, həmişə Peyğəmbərin rəğbətini qazanmış və mehribançılıqla qarşılanmışdır. Ömər onu müsəlmanların seyyidi deyə çağırardı. Übey ilahi vəhyi yazan katiblərdən biri idi. Rəsuli-əkrəm (ə) Qur`anda hansı ayə mühümdür soruşduqda cavab verdi: «La ilahə illa huvəl-həyyul-qəyyum.» Übey ibni Kə`b həzrət Peyğəmbərin məktublarını və müqavilələrini yazırdı. Əbu Bəkrin xilafətinə e`tiraz əlaməti olaraq Əmmar Yasirdən sonra ona qarşı çıxış edənlərdən biri idi. O, 36-cı hicri qəməri ilində vəfat edib, Mədinədə dəfn olunmuşdur. (M))
    6-Əbu Əyyub Ənsari(Əbu Əyyub Ənsari (Xalid İbni Zeyd İbni Kuleyb) Xəzrəc qəbiləsinin alicənab və böyük şəxsiyyətlərindən biri idi. Peyğəmbər (ə) Mədinəyə hicrət edərkən ilk dəfə onun mənzilinə gəlmişdi. O, Bədr müharibəsində Peyğəmbərin ətrafında vuruşurdu. Əli (əleyhissalam) Mədinədən İraqa gələrkən onu Mədinədə öz canişini tə`yin etmişdi. Xəvariclə müharibədə Əli (əleyhissalam)-ın düşmənləri tərəfindən şəhid edildi. Həzrət Peyğəmbər (ə) Əbu Əyyub Ənsarinin evində yaşayarkən onun gözlərini itirmiş anası gözünün açılmasını istəyirdi. Peyğəmbər (ə) öz mübarək əlini onun gözlərinə qoydu və dərhal qadının gözləri açıldı. ("Biharul-ənvar”, 6-cı cild, səh 54) Onun şəhadəti barəsində İbni Ə`zəm "Ruhul-vildan” kitablarında yazır: Siffeyn müharibəsində Şam qoşunu qarşısında rəcəz oxudu və təkbətək döyüş üçün mübariz istədi. Şam ordusundan heç kəs onunla mübarizə etməyə cür`ət etmədi. Nəhayət qılıncını siyirib Müaviyənin qoşununa hücum etdi və hamısı onun qabağından qaçmağa üz qoydular. Xeyməyə yaxınlaşdıqda Müaviyə vahiməli halda çölə qaçdı və sonra öz qoşununu danladı. O, Əbu Bəkrin qəsbkar hakimiyyətinə e`tiraz edən on iki səhabə içərisində Osman İbni Hüneyfdən sonra gəlir. Beləliklə o camaatı Əli (əleyhissalam)-a tərəf də`vət edirdi və Cəməl müharibəsində Əli (əleyhissalam)-ın barəsində aşağıdakı şe`rləri qoşmuşdu. Məzmunu: Həqiqətən Peyğəmbərin haqq canişini bizim rəhbər və İmamımızdır. Məxfi işlər və sirlər aşkar oldu. O, Müaviyənin zamanında İslam ordusu ilə Romalılar arasında gedən döyüşlərdə 50-ci ildə dünyadan getdi. ("Üsdül-ğabə”, 5-ci cild. "Sireyi hələbiyyə”, 3-cü cild.) (M))
    Şiəlik məfhumunun ümumi təfsiri bundan ibarət idi. Belə ki, o təbii bir cəryan kimi İslam risaləti çərçivəsində, şiələr də bu təbii hadisənin nəticəsində yaranmışdır.
    NƏSS QARŞISINDA İSTİHAD VƏ ŞƏXSİ RƏ`YƏ ƏSASLANMAQ
    Bə`zən deyilir ki, şiələrin həmişəki adəti nəssə (yə`ni Qur`anın və Peyğəmbərin aşkar əmr və göstərişlərinə) sözsüz tabe olmaq, başqa məzhəbdən olanların adəti isə ictihada əməl etmək olmuşdur. Buna görə də belə bir təsəvvür yaranmışdır ki, şiələr ictihadı tamamilə rədd edir və özlərinə ictihad etmək icazəsi vermirlər. Halbuki, şiələrin arasında dini hökmlərdə ictihad məsələsi geniş yayılan adi bir məsələdir.
    Bu səhvi aradan qaldırmaq üçün nəzərə almaq lazımdır ki, şiələrin arasında caiz, hətta kifai vacib sayılaraq adi qayda olmuş və hal-hazırda da adi qayda olan ictihad dedikdə şəriət hökmlərinin mö`təbər dəlillərdən (Qur`an, sünnə, əql və icma) əldə olunması üçün olan ictihad nəzərdə tutulur. Şiələrin rədd etdikləri ictihad dedikdə isə, müctehidin öz şəxsi rə`yinə arxalanaraq və ya hər hansı bir başqa məsləhəti nəzərə alaraq Qur`anın aşkar əmr və göstərişlərinə əməl etməkdən imtina edib onları tərk etməsi nəzərdə tutulur. Şiələr bu növdən olan ictihadı (yə`ni Qur`anın və Peyğəmbərin aşkar göstərişlərinin əksinə olan şəxsi rə`yləri) tam qətiyyətlə rədd edirlər.
    Bə`zi hallarda İslamın yarandığı ilk çağlarda bir-biri ilə tam ziddiyyətli olan iki yol mövcud olmuşdur: birincisi Qur`anın və Peyğəmbərin aşkar göstərişlərinə qeydsiz-şərtsiz əməl edib onlara tabe olmaq, digəri isə ictihadın yuxarıda qeyd olunan ikinci mə`nasıdır.
    Aydındır ki, bir-birinə zidd olan bu iki üslubun qarşı-qarşıya dayanması fasid cəmiyyətlərdə mövcud olan eybəcərliklərə və acınacaqlı vəziyyətə son qoymaq istəyən bütün inqilabçı hərəkatlarda çox təbii və adi bir məsələdir. Çünki, onların ardıcıllarının sabiq qayda-qanunlara uyğun olaraq mövqe seçmələri ilə, yeni risalətin gətirdiyi dəyərlər baxımından mövqe seçmələri bir-biri ilə fərqlənir. Aydındır ki, «Qur`anın və Peyğəmbərin aşkar göstərişlərinə qeydsiz-şərtsiz əməl etmək» bu risalətin qarşısında təslim və fədakarlıq ruhiyyəsinin ən yüksək dərəcəsidir. Çünki onlar nəinki aşkar hökmləri tərk etmir və onun prinsiplərinə vəfalı qalmırlar, üstəlik şəriət hökmlərinin əldə olunması üçün ciddi sə`y göstərməkdə heç nəyi əsirgəmirlər.
    Bunu da qeyd etməliyik ki, «Qur`anın və Peyğəmbərin aşkar göstərişlərinə qeydsiz-şərtsiz əməl etmək» dedikdə, məqsəd həmin göstərişlərdə donuşluq vəziyyətdə qalmaq və nəticədə həyatın müxtəlif sahələrində irəliləyişin və müsbət dəyişikliklərin qarşısını almaq deyildir. Çünki «Qur`anın və Peyğəmbərin aşkar göstərişlərinə qeydsiz-şərtsiz əməl etmək» dini göstərişlərə tamam-kamal surətdə əməl etmək və dini hökmləri, heç bir təhrif və dəyişiklik olmadan icra edib həyata keçirməkdən ibarətdir. Mə`lum məsələdir ki, tədqiqat və irəliləyiş amilləri dini mənbələrin özündə əmanət qoyulmuşdur və din zamanla eyni səviyyədə irəliləməyə və öz canlılığını qoruyub saxlamağa həmişə qadirdir.
    Beləliklə, dini göstərişlərə qeydsiz-şərtsiz tabe olmaq məhz elə hökmlərə tabe olmaqdır ki, onlar, yenilik və müsbət istiqamətdə olan bütün amilləri ehtiva edir, tərəqqi və irəliyə doğru hərəkətə də elə onun özü zəmanət verir.
    Bu qeyd olunanlar, islami də`vətdən doğan təbii bir amil kimi, şiəliyin zühur etməsinin ümumi hərəkət yolu idi.
    ƏHLİ-BEYTİN (Ə) İDEOLOJİ VƏ SİYASİ MƏRCƏİYYƏTİ
    Həzrət Əli (ə) və sair imamların rəhbərliyi (təbii hadisə olan şiəlik, onların rəhbərliyindən irəli gəlmişdir) iki növ müraciət yerini bəyan edir: Birincisi fikri və ideoloji, digəri isə ictimai və siyasi mərcəiyyət (müraciət yeri).
    Peyğəmbəri Əkrəm (s) öz sağlığında bu iki vəzifəni şəxsən öz öhdəsinə almışdı. Yuxarıdakı təhlillərə əsasən, o həzrət bu vəzifənin davam etməsinə də tə`minat verməli idi ki, hər iki vəzifə birlikdə davam etsin. Hər vaxt müsəlmanların zehnlərində müəyyən anlaşılmamazlıqlar yaransa, həmin fikri və ideoloji mərcəiyyət onu lazımınca tə`min edə bilsin, hər bir mövzu barəsində islamın qəti hökmünü bəyan etsin, eləcə də Qur`an və islami dünyagörüş barəsində yarana biləcək hər bir suala cavab versin, siyasi mərcəiyyət də islami hərəkata, özünün ictimai yollarında rəhbərlik edə bilsin.
    Bu iki mərcəiyyətin hər biri məhz imamlarımızda var idi. Bu məsələni Peyğəmbəri Əkrəm (s)-dən aşkar şəkildə nəql olunan hədislər sübut edir. Əhli-beyt (ə)-ın bu iki işdə mərcəiyyət məqamını öhdələrinə almalarını göstərən ən aşkar nümunə, Peyğəmbərin buyurduğu «Səqəleyn» hədisidir. O həzrət belə buyurur:
    «Mümkündür ki, yaxın zamanlarda Haqqın də`vətini qəbul edib sizin aranızdan gedəm. Mən sizin aranızda iki dəyərli əmanət qoyuram: Onlardan biri Allahın kitabıdır ki, asimandan yerə tərəf uzadılmış bir ipə bənzəyir. Digəri isə mənim itrətim və Əhli-beytimdir. Lətif və Xəbir Allah mənə xəbər vermişdir ki, bu ikisi «Kovsər» hovuzunun yanında mənə gəlib çatana qədər bir-birindən ayrılmayacaqdır. İndi baxın görün, bu iki əmanətlə necə rəftar edəcəksiniz»("Əl-müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.119; "Səhihi-Müslüm”, 4-cü cild, səh.1874; "Səhihi-Termezi”, 5-ci cild, səh.622; "Sünəni-Nəsai”, 5-ci cild, səh.130)
    Əhli-beyt (ə)-ın bu iki məsələdə mərcəiyyətini göstərən digər bir nümunə «Qədir» hədisidir. Təbərani düzlüyündə bütün alimlərin fikir birliyi olan sənəd əsasında Zeyd ibni Ərqəmdən rəvayət edir ki, Rəsuli Əkrəm (s) Qədir-Xum çölündəki ağacların altında bir xütbə oxuyaraq belə buyurdu:
    Əyyuhənnas! Ola bilsin ki, mən yaxın zamanlarda Haqqın də`vətini qəbul edəm. Həm mən, həm də siz Allah taalanın hüzurunda sorğu-sual olunacağıq. İndi nə deyirsiniz?
    Hamılıqla dedilər: Biz şəhadət veririk ki, sən öz ilahi vəzifəni lazımınca təbliğ etdin, bu yolda əlindən gələnləri və lazım olan nəsihətləri əsirgəmədin. Allah sənə yaxşı əvəz versin!
    Həzrət buyurdu: Şəhadət verirsinizmi ki, Allahdan başqa heç bir mə`bud yoxdur, mən Onun bəndəsi və elçisiyəm, behişt və cəhənnəm haqdır, ölüm haqdır, ölülərin bir daha dirildilməsi haqdır, qiyamət günü gəlib çatacaq və onda heç bir şəkk-şübhə yoxdur, Allah ölüləri qəbirlərdən dirildib qaldırasaq?
    Hamılıqla dedilər: Əlbəttə, şəhadət veririk!
    Həzrət dedi: Pərvərdigara, Sən Özün də şahid ol!
    Sonra buyurdu: Əyyuhənnas! Allah mənim mövlam və rəhbərimdir, mən də mö`minlərin mövlası və rəhbəriyəm. Mən mö`minlərə, onların özlərindən də artıq ixtiyar sahibiyəm. Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Pərvərdigara, Əlini sevən hər kəsi Sən də sev, Əli ilə düşmənçilik edən hər kəs ilə Sən də düşmən ol!("Qədir” hədisi müstəfiz şəkildə həm şiə, həm də sünnü kitablarında qeyd olunmuşdur. (Hədisi nəql edənlər (ravilər) təbəqəsində, hər təbəqədə üç nəfərdən artıq onu rəvayət etmiş olsa müstəfiz və məşhur adlanır.) Mühəqqiqlərdən bə`ziləri Qədir-Xum hədisinin ravilərinin sayını cəm etmişlər. Belə ki, səhabələrdən 100 nəfərdən artıq, tabeindən 80 nəfər, ikinci hicri əsrinin Qur`an hafizlərindən 60 nəfərdən çoxu bu hədisi nəql etmişlər. Qədir-Xum hədisini nəql edən ravilər barəsində əlavə mə`lumat almaq üçün bu barədə yazılan dəyərli və nəfiə kitablara (belə ki, 360-dan çox böyük sünnü alimi bu hədisi öz kitablarında qeyd etmişdir), eləcə də mərhum Əllamə Əmininin yazdığı 22 cilddən (9000 səhifədən) ibarət böyük "Əl-Qədir” adlı kitaba baxa bilərəiniz. (M) )
    Qeyd olunan bu iki hədis, eləcə də Peyğəmbərdən bu barədə nəql olunan saysız-hesabsız hədislər bu iki mərcəiyyət məqamını imamlarda təcəssüm etdirir. Peyğəmbərin buyuruqlarına qeydsiz-şərtsiz əməl edən Əhli-beyt şiələri bu iki hədisin də hökmünə tabe olurlar. Onlar həmin hədislərə istinad edərək Əhli-beyt (ə)-ın hər iki mərcəiyyətinə - ideoloji və siyasi mərcəiyyətinə qəlbən e`tiqad bəsləyirlər.
    Hər bir imamın siyasi rəhbərlik məqamı həmin imamın hali-həyatda olduğu zamanla əlaqədardır, lakin imamın fikri və ideoloji rəhbərliyi sabit bir həqiqətdir və onun təkcə həyatda olduğu dövr ilə bitmir. Əksinə, islami cəmiyyətlər şəriət hökmlərini, halal-haramı, dini dəyərləri və me`yarları tanımağa ehtiyaclı olduğu bir vaxta qədər Allah tərəfindən tə`yin olunmuş fikri və ideoloji mərcəiyyətə də ehtiyac duyurlar. Bu kimi məsələləri də biri Qur`an, digəri isə Peyğəmbərin və onun pak Əhli-beytinin sünnəsindən ibarət olan iki şeydən başqasında tapa bilməzlər. Əhli-beyt də Peyğəmbərin özünün buyurduğu kimi, heç vaxt Qur`andan ayrılmayacaqdır.
    Amma Peyğəmbərin əmr və göstərişlərinə qeydsiz-şərtsiz əməl etmək əvəzinə, onun sözləri müqabilində öz şəxsi rə`ylərinə tabe olanlara gəldikdə isə, onlar ilk əvvəldə, Peyğəmbər (s)-in vəfatının ardınca öz əqidələrinə görə «müəyyən məsləhətləri» nəzərə alaraq islam ümmətinin siyasi mərcəiyyətini mühacirlərdən olan bir dəstəyə həvalə etdilər və Əbu Bəkr Səqifədə baş verən məhdud müşavirə əsasında ümmətə rəhbərlik işlərini öhdəsinə aldı. Onun sifarişi ilə (vəfatından sonra) Ömər xilafət kürsüsünə əyləşdi. Daha sonra Ömərin müəmmalı şəkildə tə`yin etməsi ilə Osman səltənət taxtına çıxdı.
    Bu səhlənkarlıqlar və Peyğəmbərin sözünə qarşı laqeydlik, işi o yerə çatdırdı ki, Peyğəmbərin vəfatından otuz il sonra, o həzrətin ömrünün axırına qədər onunla açıq-aşkar mübarizə aparanlar belə, mərkəzi islam hökumətini ələ keçirtdilər.
    Fikri və ideoloji mərcəiyyət məsələsinə gəldikdə isə, onlar Peyğəmbərin aşkar buyurduqlarının əksinə olaraq öz şəxsi rə`ylərinə əməl etdilər. Onlar ümmətə rəhbərliyi Əhli-beytdən alıb başqalarına həvalə etdikdən sonra, Əhli-beytin fikri və ideoloji mərcəiyyətini e`tiraf edə bilməzdilər. Digər tərəfdən isə, fikri və ideoloji mərcəiyyəti xəlifəyə də verə bilmirdilər. Çünki, fikri və ideoloji rəhbərliklə siyasi rəhbərliyin şərtləri bir-biri ilə fərqlənirdi. Onların siyasi rəhbərlik məqamını öhdəyə almaları ideoloji rəhbərliyi də öhdələrinə alaraq Qur`an və Peyğəmbər sünnəsindən sonra islam ümmətinin ideoloji rəhbəri ola bilmələrinə dəlil ola bilməzdi. Çünki, cəmiyyətə rəhbərlik müəyyən mədəni səviyyədə olmağı tələb edir ki, bu da Əhli-beytdən savayı heç bir səhabədə təklikdə mövcud olmamışdır.
    Buna görə də Peyğəmbər (s)-in vəfatından sonra fikri və ideoloji rəhbərlik öz qaydasında idi, xəlifələr də məcbur qalıb həzrəti Əli (ə)-ı rəsmi olaraq fikri və ideoloji bir rəhbər kimi qəbul edirdilər. Məhz buna görə də ikinci xəlifə müxtəlif hadisələrlə əlaqədar olaraq dəfələrlə demişdi: «Əgər Əli olmasaydı, həlak olardım!»
    «Allah məni, Əbul Həsənin həll etmədiyi bir müşküldə qoymasın!»
    Amma zamanın keçməsi ilə islam ümməti Əhli-beyt (ə)-a adi camaat kimi baxanda, artıq xəlifələr özlərini bu fikri və ideoloji rəhbərliyə ehtiyaclı bilmədilər, onların yerinə başqalarını tə`yin etdilər. O şəxslər də xəlifə deyil, səhabələrdən ibarət idi. Beləliklə ideoloji rəhbərlikdə də səhabələr Əhli-beyt (ə)-ın yerinə keçdilər. Bu iş Peyğəmbər (s)-in Əhli-beyt barəsindəki aşkar buyuruqlarına çox sadə şəkildə göz yumanlara təbii görünürdü. Çünki onlar, səhabələrin də Peyğəmbər məktəbində tərbiyə olunduğunu güman edirdilər.
    Beləliklə də Əhli-beyt (ə) Allahın onlara əta etdiyi imtiyazları əldən verdilər və səhabələrdən biri kimi cəmiyyətin fikri və ideoloji mərcəiyyətində şərik oldular. Bu işin ardınca da səhabələrin arasında dərin və geniş səviyyəli ixtilaflar, ziddiyyətlər yarandı, hətta bə`zən bu ixtilaf və çəkişmələr müharibə həddinə qədər irəlilədi. Hər bir qrup digərinin qanını halal sayır, hər biri digərini xəyanət və inhirafla müttəhim edirdi.
    Nəticədə fikri və ideoloji rəhbərlər arasında yaranan ixtilaflar və yaxılan ittihamlar islam ümmətinin dərinliklərində və onun əqidəvi məsələlərlə əlaqədar olan yönlərində daha kəskin ziddiyyətlər yaratdı. Bunların da hamısı nəssin (Qur`anın hökmü və Peyğəmbərin əmr və göstərişlərinin) əksinə olan ictihadın acınacaqlı nəticələri idi.
    MƏ`NƏVİ VƏ SİYASİ ŞİƏLİK
    Bu qısa söhbəti sona yetirməzdən əvvəl son dərəcə əhəmiyyətli olan bir məsələni xatırlatmağı, onu xülasə şəkildə izah etməyi lazım görürük. Bə`zi tədqiqatçıların yalnış təsəvvürlərinə görə şiəliyin iki növü vardır:
    1-Mə`nəvi və dini şiəlik;
    2-Siyasi şiəlik.
    Bə`ziləri fikirləşirlər ki, mə`nəvi və dini şiəlik siyasi şiəlikdən daha qədimdir. Onların imamı Kərbəlada siyasi cərəyanlar səbəbi ilə qətlə yetirildikdən sonra siyasətdən kənarlaşmış, yalnız camaata yol göstərməklə ibadət və tərki-dünyalıqla məşğul olmuşdur. Halbuki bu təsəvvür tamamilə yanlışdır. Çünki şiəlik yarandığı ilk günlərdən başlayaraq genişmiqyaslı və hərtərəfli dini risalətə başlamış, öz rüşeymini islamın bətnindən böyük bir plan kimi götürmüşdür. Bununla da həzrət Əli (əleyhissalam) Peyğəmbərdən sonra ilahi də`vətin rəhbərliyini istər fikri və ideoloji, istərsə də siyasi cəhətdən davam etdirməli idi.
    Biz bu mətləbi əvvəldə şiəliyin yaranması şərtlərində şərh etdik. O şərtlərin səbəbini lazımınca düşünsək görərik ki, şiəliyin ruhi-mə`nəvi yönlərini onun siyasi sahələrindən ayırmaq mümkün deyildir. Əksinə, bunlar islamın əsaslarında olduğu kimi bir-biri ilə qırılmaz əlaqədədirlər. Deməli şiəlik elə bir proqramdır ki, siyasi nəzərdən gələcəyə diqqət yetirir. İslam rəhbərliyini elə bir şəxsə tapşırmaq istəyirdi ki, ümmətin siyasi və ideoloji məs`uliyyətini öz öhdəsinə ala bilsin.
    Belə bir şəxsiyyət də Əli əleyhissalamdan başqası ola bilməzdi. O, elə bir şəxs idi ki, hər bir cəhətdən müsəlmanların müxtəlif təbəqələri arasında ən böyük rütbəyə və ən çox tərəfdara malik idi.
    Osman qətlə yetirildikdən sonra məhz bu məhəbbətlərin sayəsində xalq o həzrəti xilafətə seçdi. Bu məhəbbətlər şiəliyin təkcə mə`nəvi və ya siyasi yönlərində deyil, ümumiyyətlə kamil bir islam rəhbərinin hərtərəfli şəxsiyyətini təcəssüm etdirən real məktəbin təzahürüdür.
    Buna əsasən bu mətləbi şiəlikdə bir növ təcrübə kimi qeyd etmək olmaz. Belə ki, digər tərəfdən də həzrət Əli əleyhissalam öz rəhbərlik illərindən əlavə, Əbu Bəkr və Ömərin xilafət dövründə də səhabələr arasında mə`nəvi və fikri cəhətdən ən çox nüfuza malik olan şəxsiyyət idi.
    Tanınmış səhabələr arasında Səlman, Əbuzər, Əmmar və sairləri imama çox məhəbbət bəsləyirdilər. Qeyd olunan bu mə`nəviyyat şiəliyin siyasi cəhətlərindən ayrı deyildi və bu əlaqə və məhəbbətlər o şəxslərin imam əleyhissalamın həm siyasi, həm də ideoloji rəhbərliyinə olan yüksək imanlarını çatdırırdı.
    Onların həzrət Əlinin rəhbərliyinə dini və mə`nəvi cəhətdən olan imanları o həzrətə ruhən məftun olmalarını göstərirdi. Siyasi və ideoloji rəhbərliyinə gəldikdə isə, dövrün qəsbkar xəlifələri, onların həmkarları ilə müxalifətçilikdən ibarət idi.
    Həqiqətdə bə`zilərinin təsəvvür etdiyi bu nəzəriyyə, yə`ni şiəliyi siyasi və mə`nəvi növlərə bölmək onlara psixoloji tə`sirlər etmək, artıq baş vermiş işlərin qarşısında uduzmuş mövqeyi aşılamaq xarakteri daşıyır. Onlar çalışırlar ki, Peyğəmbərin inqilabi və qurusuluq mahiyyəti daşıyan fəaliyyətləri yarımçıq qalsın, daim şö`lələnməkdə olan şiəlik bir növ öz nakam taleyi ilə barışmaq məcburiyyətində qalsın və cəmiyyətin siyasi-ictimai səhnəsindən sıxışdırılaraq sırf bir əqidəvi məsələyə çevrilsin.
    1-Sual: Burada belə bir sual yaranır ki, nə üçün imamiyyə şiələri İmam Hüseyn əleyhissalamdan sonra siyasətdən kənara çəkilmiş və dünyaya arxa çevirmişlər?
    Bu sualın cavabında, habelə qeyd olunan müəmmanın həllində nəzərə almaq lazımdır ki, ümumiyyətlə belə bir təsəvvür yanlışdır. Çünki qeyd etdiyimiz kimi, şiəlik bu təfəkkür tərzi ilə əsla uyğun gəlmir. Şiəlik islam rəhbərliyinin davam etdirilməsi tezisindən, yə`ni Peyğəmbərin islam əsasında qurmaq istədiyi ilahi məktəbdən ibarət idi. Buna əsasən imamların siyasətdən kənarda qalmalarını heç vaxt təsəvvür etmək olmaz. Çünki bu iş məhz şiəliyin özü-özündən kənarlaşması deməkdir.
    Bu yanlış təsəvvürün yaranma səbəbi imamların dövründə yaranmış ictimai-siyasi şəraiti düzgün başa düşməməkdir. Onlar elə fikirləşirdilər ki, imamlar dövrün siyasi şəraitin əleyhinə silahlı mübarizəyə qalxmadıqları üçün siyasətdən kənarda qalmalı imişlər. Bu düşüncəyə görə siyasət yalnız silahlı qiyamdan ibarətdir. Mə`lum olduğu kimi bu, son dərəcə yalnış bir təsəvvürdür və hərəkat rəhbərlərinin qiyama əl atmamasını səhv və xəta hesab etmək düzgün deyildir.
    Siyasətin öz mə`nasına gəldikdə isə, bu heç də məhdud sahə deyildir ki, yalnız silahlı qiyama və aşkar mübarizəyə aid olsun.
    Bizim imamlarımızdan çoxlu hədislər nəql olunmuşdur ki, hər bir imamın öz zamanında qiyam üçün hazır olmasına dəlalət edir. Bu şərtlə ki, tərəfdarlarının siyasi-ictimai, fiziki və ruhi cəhətdən hazır olmaları imama sübut olunsun. Biz şiəlik tarixini diqqətlə mütaliə etsək, görərik ki, imamlar islahatların yerinə yetirilməsi və cəmiyyətin düzgün idarə olunmasını yalnız hökuməti ələ almaqla mümkün hesab etmirdilər. Onların nəzərinə görə xalqda müəyyən ictimai-siyasi agahlıq olmalı, cəmiyyətdə inkişaf etmiş təfəkkürlü insanlar yetişməlidir ki, hökumətin hədəflərini ayırd edə bilsin və onun hədəflərinə imanlı olsunlar. Bu şəxslər yüksək iradə və əzmlə ayağa qalxsınlar, imamın və ya hər hansı bir ilahi rəhbərin gördüyü tədbirləri insanlar üçün şərh etsinlər və nəticədə hadisələrin qarşısında müqavimətlə dayansınlar.
    Peyğəmbəri-əkrəm (s)-in vəfatından sonra əsrin birinci yarısında şiəlik müntəzəm olaraq qəsb olunmuş rəhbərlik məqamını geri almağa və öz həqiqi mehvərindən çıxmış islamı əvvəlki vəziyyətə qaytarmağa cəhd göstərmişdir. Çünki o zamanlarda həqiqi hökumət tərəfdarları, mühacir, ənsar və tabeinlər arasında ictimai-siyasi cəhətdən hazırlıqlı olanlar az deyildi. Lakin əsrin ikinci yarısında qeyd olunan üncürlərdən artıq bir şey qalmamışdı və yeni nəsillərin köməyi ilə hökuməti ələ almaq şiəliyin rəhbərlik məqamı üçün müsbət nəticə verməyəcəkdi. Çünki cəmiyyətdə hədəf və məqsədləri tə`lim və təbliğ edən ideoloqlar mövcud deyildi. Bu zaman iki əsaslı iş görülməli idi:
    1-İctimai şüuru inkişaf etdirmək və onların arasından ideya adamları hazırlamaq;
    2-Müsəlmanların yatmış qeyrətini oyadıb hərəkətə gətirmək, daha aydın desək, islami atifələr, iradələr və vicdanları fəallaşdırmaq, müsəlman ümmətinin öz şəxsiyyət və şərəfini ləyaqətsiz hakimlər müqabilində tamamilə əldən vermələrinin qarşısını almaq.
    Birinci məsələni imamların özləri şəxsən öhdələrinə almışdılar.
    İkincini isə Ələvi inqilabçıları yerinə yetirirdilər. Onlar özlərinin mərd-mərdanə fədakarlıqları ilə islami vicdan və iradələri diri saxlayır, imamlar da tam sədaqətlə belə iş görənlərə kömək edirdilər.
    İmam Riza əleyhissalam Əli ibni Hüseyn əleyhissalamın oğlu şəhid Zeyd barəsində söhbət edib Mə`muna buyurdu:
    «O Muhəmməd övladlarının alimlərindən idi ki, Allahın razılığı xatirinə qəzəblənmiş, Allahın düşmənləri tərəfindən şəhid edilmişdir. Atam Musa ibni Cə`fərdən, o da atası İmam Sadiq əleyhissalamdan eşitmişdir ki, buyurub: Allah əmim Zeydə rəhmət eləsin. O, camaatı Ali-Muhəmmədin razı olduğu bir işə tərəf də`vət edirdi. Yə`ni məqsədinə çatdığı surətdə xilafəti İmama tapşıracaqdı. O, dedi: Mən sizi Ali-Muhəmmədin rizasına dəvət edirəm.(Vəsailuş-şiə”, "bihar”, 6-cı cild səh.39)
    Başqa bir rəvayətdə nəql olunmuşdur ki, İmam Sadiq əleyhissalamın hüzurunda Əhli-beyt inqilabçılarından söz düşdükdə Həzrət buyurdu:
    «Mənim və şiələrimin vəziyyəti o zaman yaxşı olacaqdır ki, Ali-Muhəmməddən bə`ziləri qəsbkar xəlifələrin əleyhinə qiyam etsinlər.(Əsrair-ibni İdris” )
    İstəyirəm ki, Ali-Muhəmməd tərəfindən bir şəxs qiyam etsin, onun ailəsinin xərclərini mən ödəyim.»
    Deməli, silahlı mübarizənin olmaması rəhbərliyin siyasi yönlərinin tərk edilməsi deyil, bu məsələni tam diqqət mərkəzində saxlamaqla zamanın tələbinə uyğun olaraq qiyamın səmərəsini düşünülmüş şəkildə qiymətləndirmək deməkdir.
    Category: Şiəlik necə yaranmışdır? | Added by: Islam_Kitabxanasi
    Views: 768 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021