İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:34 PM
    BEŞİNCİ DƏRS
    ALLAHI TANIMAQ
    –Müqəddimə
    –Hüzuri və hüsuli mərifət
    –Fitri mərifət
    MÜQƏDDİMƏ
    Qeyd olundu ki, dinin əsasını dünyanı yaradan Allahın varlığına etiqad təşkil edir, ilahi dünyagörüşlə maddi dünyagörüş arasında əsas fərq də məhz həmin etiqadın olması və ya olmamasıdır. Buna əsasən həqiqət axtaran şəxs üçün irəli çıxan və hər şeydən əvvəl düzgün cavab verilməsi lazım olan ilk məsələ "Allah vardır, ya yox?” sualıdır. Bu sualın cavabını tapmaq üçün, əvvəlki dərsdə bəyan olunduğu kimi, əql qüvvəsini işə salmaq lazımdır ki, qəti bir nəticə hasil olsun – istər mənfi nəticə olsun, istərsə də müsbət.
    Nəticənin müsbət olduğu təqdirdə onun fəri məsələlərini (Allahın sifətləri, vəhdət, ədalət və s.) araşdırmağın növbəsi gəlib çatır. Nəticənin mənfi olduğu fərz olunduqda maddi dünyagörüş sübuta yetir və artıq dinlə əlaqədar başqa məsələlərin araşdırılmasına ehtiyac qalmır.
    HÜZURİ VƏ HÜSULİ MƏRİFƏT
    Mütəal Allah barəsində iki növ mərifət mövcuddur: hüzuri və hüsuli mərifət.
    Allah barəsində "hüzuri mərifət” dedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur.
    Aydındır ki, bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa, (belə ki, yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və dəlillərə ehtiyac olmayacaqdır. Amma əvvəldə qeyd olunduğu kimi, belə hüzuri və şühudi elm(Əlbəttə, agahlıq üzündən belə bir şühuda malik olan müstəsna şəxslərin varlığını inkar etmək olmaz. Belə ki, bizim məsum rəhbərlərlə bağlı, etiqadımız budur ki, onlar uşaqlıqda da və hətta, bəziləri ana bətnində belə mərifətə malik olmuşlar. ) adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən, rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur. Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq, bu həmin şəxslərdə agahlıqla yanaşı olmur və buna görə də onlarda olan hüzuri elm agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir.
    Hüsuli mərifət dedikdə isə məqsəd budur ki, insan müəyyən məfhumlar vasitəsilə, məsələn, yaradan, ehtiyacsız, hər şeyi bilən, hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mənada olan zehni bir mərifət tapır və belə bir varlığın olması "O kəs ki, dünyanı yaradıb və...” etiqadına malik olur. Daha sonra hasil olan digər mərifətləri ona əlavə edir ki, mütənasib etiqadi bir sistemə (dünyagörüşə) nail olsun.
    Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan məlumat, elə hüsuli mərifətdir, lakin belə bir mərifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mərifət tapmaq fikrinə düşür.
    FİTRİ MƏRİFƏT
    Din rəhbərlərinin, ariflərin və hikmət sahiblərinin sözlərinin çoxunda aşağıdakı ifadələrlə rastlaşırıq: "Allahı tanımaq fitridir”, "İnsan fitri olaraq Allahı tanıyır”. Bu cümlələrin mənasını düzgün başa düşmək üçün fitrət kəlməsi barədə bir qədər izah verməyi lazım görürük.
    Fitrət kəlməsi ərəb mənşəli söz olub "yaradılış növü” deməkdir. O işləri fitri (fitrətə məxsus olan) hesab etmək olar ki, hər hansı bir varlığın yaradılışı onları tələb etsin. Buna görə də onlar üçün üç xüsusiyyəti nəzərə almaq lazımdır:
    1.Varlıqlardan hər bir növün fitri işləri həmin növün bütün fərdlərində mövcuddur, baxmayaraq ki, zəif və ya güclü olmaq baxımından fərqli ola bilər.
    2.Fitri işlər bütün tarix boyu sabit olmuşdur. Hər hansı bir varlığın fitrətinin tarixin müəyyən dövründə xüsusi bir şeyi tələb etməsi, başqa dövrdə isə başqa bir şeyi tələb etməsi mümkün deyildir.(Rum” surəsi, ayə:30 )
    3.Fitri işlər varlığın yaradılışının tələbi olduğundan onların öyrənib-öyrədilməyə ehtiyacı yoxdur, amma onlar gücləndirilib istiqamət verilməkdə yol göstərənə ehtiyaclı ola bilər.
    İnsanın fitri işlərini iki qismə bölmək olar:
    a) Fitri mərifətlər: Belə ki, hər bir insan təlimə ehtiyac olmadan onlardan bəhrələnir.
    b) Fitri meyllər. Belə ki, bu hər bir fərdin yaradılışının tələbidir.
    Deməli, əgər hər bir fərd üçün Allah barəsində sübut olunsa və öyrənib təlim görməyə ehtiyacı olmasa, onu fitri allahşünaslıq adlandırmaq olar. Əgər Allaha bir növ meyletmə və Ona pərəstişetmə hissi hər bir insanda tapılsa, onu fitri allahpərəstlik adlandırmaq olar.
    İkinci dərsdə qeyd olundu ki, nəzər sahibləri və mütəxəssislərdən çoxu dinə və Allaha olan meyli insanın ruhi xüsusiyyətlərindən hesab edərək onu dini hiss, yaxud dini atifə adlandırmışlar. Bunu da əlavə edirik ki, Allah mərifəti də insan fitrətinin tələbi hesab edilmişdir. Amma Allaha pərəstiş fitrəti agahlıq üzündən olan meyl olmadığından Allahı tanımaq fitrəti də agahlıq üzündən olmayan mərifətdir. O mərifətdir ki, adi şəxsləri Mütəal Allahı tanımaq üçün əqli səylərdən ehtiyacsız edir.
    Lakin unutmaq olmaz ki, hər bir fərd, heç olmazsa, fitri-hüzuri mərifətin zəif mərtəbəsindən bəhrələndiyindən azacıq fikir və istidlalla Allahın varlığını qəbul edə bilər. Tədricən agahsızlıq üzündən olan şühudi mərifəti gücləndirərək onu agahlıq mərtəbəsinə çatdıra bilər.
    Bir sözlə, "Allah barəsində mərifət kəsb etmək fitridir”, dedikdə mənası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.
    SUALLAR
    1.Dünyagörüş məsələsinin əsası hansıdır? Onun əsas olması səbəbi nədir?
    2.Mütəal Allah barəsində hüzuri və hüsuli mərifəti bəyan edin.
    3.Hüzuri mərifəti əqli istdilal vasitəsilə əldə etmək olarmı? Niyə?
    4.Hüsuli mərifət hüzuri mərifətlə bağlı hansı rolu ifadə edə bilər?
    5.Fitrətin mənasını bəyan edin.
    6.Fitri işlərin xüsusiyyətlərini söyləyin.
    7.Fitri işlərin növlərini göstərin.
    8.Hansı fitri iş Allaha aiddir?
    9.Allahı fitri tanımağın nə olduğunu izah edin.
    10.Allahı tanımaq fitrəti adi insanları əqli istidlaldan ehtiyacsız edirmi? Niyə?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 682 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024