İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:23 PM
    ON DOQQUZUNCU DƏRS
    DİN NƏDİR?
    –Qəza və qədərin məfhumu
    –Elmi qəza və qədər və eyni qəza və qədər
    –Qəza və qədərin insanın ixtiyarı ilə olan əlaqəsi
    –Çoxlu səbəblərin təsir növləri
    –Qəza və qədərə etiqadın əsərləri
    QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
    "Qədər” kəlməsi ölçü və əndazə, təqdir isə ölçmək, ölçü tutmaq və hər hansı bir şeyi müəyyən əndazədə düzəltmək deməkdir. "Qəza” işi birdəfəlik qurtarmaq, sona çatdırmaq, yekun mühakimə yürütmək mənalarında istifadə olunur (bu da bir növ etibari və şərti sona çatdırmaqdır). Bəzən bu iki kəlmə sinonim kimi "tale” mənasına işlədilir.
    "İlahi təqdir” dedikdə məqsəd budur ki, Mütəal Allah hər bir varlıq üçün kəmiyyət, keyfiyyət, zaman və məkan baxımından xüsusi əndazə qərar vermişdir ki, bu da tədrici amil və səbəblərin təsiri altında gerçəkləşir. "İlahi qəza” dedikdə məqsəd budur ki, hər hansı bir hadisə və varlığın müqəddimati işləri, səbəb və şəraitləri mövcud olduqda onu son və labüd olan mərhələyə çatdırır.
    Bu izaha əsasən təqdir mərhələsi qəza mərhələsindən qabaq olub, tədrici mərtəbələrə malikdir, yaxın, orta və uzaq müqəddimələrə də şamildir. O bəzi səbəb və şəraitlərə uyğun dəyişilir. Məsələn, rüşeymin nütfədən ələqə və müzğə mərhələlərini keçib kamil bir insan formasına düşdüyü tədrici yol onun təqdirinin müxtəlif mərhələləridir ki, zaman və məkan parametrlərinə də şamildir. Onun hər hansı mərhələlərin birində düşməsi onun təqdirindəki dəyişiklik hesab olunur. Lakin qəza mərhələsi tədrici deyil, birbaşa olub bütün səbəb və şərtlərin yaranması ilə əlaqədardır və bu, labüd, dəyişikliyə qabil olmayan bir işdir.
    "Allah bir şeyi hökm edəndə ona "ol!” deyir, o da dərhal vücuda gəlir.” ("Hud” surəsi, ayə:7, "Mülk” surəsi, ayə:2, "Kəhf” surəsi, ayə:7, "Zariyat” surəsi, ayə:56, "Tövbə” surəsi, ayə:72. )
    Qeyd olunduğu kimi, qəza və qədər sinonim şəklində də işlənir, buna görə də labüd və qeyri-labüd olaraq iki yerə bölünür. Bu mənada ki, rəvayətlərdə və dualarda "qəzanın dəyişdirilməsi” adı ilə qeyd olunur. Məsələn, sədəqə vermək, valideynə ehsan və yaxşılıq etmək, qohum-əqrəba ilə əlaqələri bərqərar etmək, dua oxumaq qəzanın dəyişdirilməsi amilləri kimi təqdim olunmuşdur.
    ELMİ QƏZA VƏ QƏDƏR VƏ EYNİ QƏZA VƏ QƏDƏR
    Bəzən ilahi təqdir və qəza Allah-taalanın hər hansı varlığın vücuda gəlməsi üçün lazım olan şəraitlər, səbəblər və müqəddimələrin yaranmasına, eləcə də, onların mütləq baş verməsinə olan elmi mənasında işlənir, buna "elmi qəza və qədər” deyilir. Bəzən isə hadisə və varlıqların tədrici seyrinin, onların əyani olaraq gerçəkləşməsinin Mütəal Allaha mənsub edilməsi mənasında işlənir və buna da "eyni qəza və qədər” deyilir.
    Quran ayələri və rəvayətlərdən məlum olur ki, Allahın bütün varlıqlara olan elmi xaricdə əyani olaraq gerçəkləşdiyi kimi, şərif və yüksək məqamlı varlıq olan Lövhi-məfhuzda da inikas olunur; hər kəs Allahın izni ilə lövhi-məfhuzla əlaqə tapa bilsə keçmişdəki və gələcək hadisələrdən agah olar. Ondan aşağı mərtəbədə olan lövhlər vardır ki, hadisələr natamam və müəyyən şərtlərlə inikas olunur. Ondan məlumat əldə edə bilən şəxslər dəyişikliyə məruz qala bilən, müəyyən şərtləri olan məhdud məlumatlar qazanılar. Bəlkə də aşağıdakı ayə bu iki növ taledən söhbət açır:
    "Allah istədiyini məhv edir, istədiyini sabit, bərqərar edir və Ümmül-kitab Onun yanındadır.” ("Ali-İmran” surəsi, ayə:47. Eləcə də aşağıdakı ayələrə müraciət edin: "Bəqərə” surəsi, ayə:117, "Məryəm” surəsi, ayə:35, "Ğafir” surəsi, ayə:68. )
    Qeyri-labüd olan, başqa şeylərlə şərtlənən təqdirlərin dəyişilməsi rəvayətlərdə "bəda” adlandırılmışdır.
    Hər bir halda elmi qəza və qədərə etiqad bəsləmək Allahın əzəli elminə etiqaddan başqa heç bir problem yaratmır. Əvvəlki dərsdə cəbrə inananların Allahın elmi ilə əlaqədar yaratdıqları şübhələr araşdırılaraq onların süstlüyü və əsassızlığı aydınlaşdırıldı.
    Amma eyni qəza və qədərə, xüsusilə labüd taleyə etiqad bəsləmək daha çətin bir məsələ yaradır. Tövhidin müstəqil təsirqoyma barədə olan bəhsdə onun cavabı qısa şəkildə məlum olmasına baxmayaraq, bu məsələnin cavabları verilməlidir.
    QƏZA VƏ QƏDƏRİN İNSANIN İXTİYARI İLƏ OLAN ƏLAQƏSİ
    Məlum oldu ki, Allahın eyni qəza və qədərinə etiqad bəsləmək bunu gərəkli edir ki, varlıqların vücudunun yarandığı ilk vaxtdan inkişaf etdikləri və ömürlərinin axırına qədər, hətta uzaq müqəddimələrin yaranıdğı vaxtdan belə Allahın hikmətli tədbiri altında olduğunu bilək, yekun mərhələyə çatmağın və vücuda gəlməyin şərtlərinin hazırlanmasını da Allahın iradəsinə istinad edək.("Rəd” surəsi, ayə:39. )
    Başqa sözlə desək, hər bir varlığın özü Allahın təkvini iradəsinə və izninə mənsub edildiyi və Onun izni olmadan heç bir şeyin vücuda gəlmədiyi kimi, hər bir şeyin vücuda gəlməsi də ilahi təqdir və qəzaya istinad verilir, bu olmadıqda heç bir varlıq özünəməxsus hədd-hüdud və formaya malik olmur, özünün yekun mərhələsinə çatmır. Bu mənsubedilmənin bəyanı həqiqətdə təsirdə müstəqillik mənasında olan tövhidin tədrici təlim verilməsidir ki, bu da tövhidin ən yüksək mərtəbələrindən olub insanların ruhi-mənəvi baxımdan qurulmasında əzəmətli rol oynayır.
    Amma varlıqların və hadisələrin Allahın izninə və hətta məşiyyətinə istinad verilməsi daha asan dərk olunasıdır. Son mərhələnin və onların qəti şəkildə təyin olunmasının ilahi qəzaya istinad verilməsi isə belə deyildir. O çox çətin dərk olunduğuna görə daha artıq araşdırılmışdır. Çünki belə bir etiqadla insanın özünün taleyində həlledici rola malik olan ixtiyarını qəbul etməyin bir yerə cəm olunması çox çətindir. Buna görə də mütəkəllimlərdən bəziləri (əşərilər) ilahi qəzanın insanların rəftarına şamil olmasını qəbul etdiklərinə görə cəbrə meyl etmişlər. Digər bir qrupu isə (mötəzililər) cəbr və onun acınacaqlı, qorxulu nəticələrini qəbul edə bilmədiklərindən ilahi qəzanın insanın ixtiyari fellərinə şamil olmasını inkar etmişlər və hər iki dəstə öz nəzəriyyələri ilə müxalif olan ayə və rəvayətləri başqa mənalara yozmuşlar. Belə ki, müfəssəl kəlam kitablarında, eləcə də cəbr və təfviz barədə yazılan xüsusi risalələrdə bu məsələ qeyd olunmuşdur.
    İradın ümdə yeri bundan ibarətdir ki, əgər insanın işi doğrudan da ixtiyari olsa və onun iradəsinə nisbət verilsə, onu ilahi qəza və iradəyə necə aid etmək olar? Əgər ilahi qəzaya istinad verilirsə, onu insanın ixtiyar və seçkisinə tabe olduğunu necə demək olar?
    Buna əsasən bu iradın aradan qaldırılması və işlərin insanın ixtiyar və iradəsinə nisbət verilməsi ilə bərabər, onun ilahi qəza və iradəyə də istinad verilməsi arasında cəm etmək üçün vahid bir məlulun bir neçə illətə nisbət verilməsinin növlərini bir qədər izah etməliyik ki, ixtiyari işin insana və Mütəal Allaha istinad verilməsi növü aşkar olsun.
    MÜXTƏLİF İLLƏTLƏRİN TƏSİR NÖVLƏRİ
    Bir neçə illətin bir məlulun yaranmasındakı təsiri bir neçə cür təsəvvür olunur:
    1.Bir neçə illət birlikdə təsir edir, məsələn, toxum, su, enerji və s. kimi şeylər toxumun cücərib bitki olmasına təsir göstərir.
    2.Onlardan hər biri növbə ilə təsir edir, məsələn, bir neçə motor növbə ilə işə düşərək təyyarənin hərəkətinin davam etməsinə səbəb olur.
    3.Onların təsiri bir-birinə əlaqəli (mütərəttib) şəkildə olur. Məsələn, bir neçə topun bir-biri ilə toqquşması zamanı, yaxud zəncirvari yol qəza hadisələrində bu mülahizə olunur. Onun digər nümunəsi insan iradəsinin əlin hərəkətində, əlin isə qələmin hərəkətində, qələmin də yazının yaranmasındakı təsiridir. Belə ki, varlıqların ömrünün uzunluğu onların sayına bölünür və onların hər bir hissəsi amillərdən birinin məluludur.
    4.Bir neçə amilin mütərəttib təsiri. Yəni onlardan hər birinin vücudu digərinin vücuduna bağlı olsun. Bu, əvvəldə fərz olunanın əksinədir. Belə ki, qələmin varlığı əlin varlığına, əlin varlığı da insan iradəsinə bağlı deyildir.
    Bu növlərin hamısında vahid məlulun yaranması üçün bir neçə illətin toplanması mümkün, hətta, zəruridir. İxtiyari işdə də insanın iradəsi ilə ilahi iradənin təsiri sonuncu qismdən olacaqdır. Çünki insanın varlığı və onun iradəsi ilahi iradəyə bağlıdır.
    Amma iki illətin vahid bir məlula cəm olmasının mümkün olmadığı hal isə iki varlıq bağışlayan illətin bir yerdə cəm olması, yaxud eyni zamanda bir-birininə bərabər tərzdə və növbə ilə təsir edən, bir-birinin bir yerə yığışması qeyri-mümkün olan iki illət kimidir. Məsələn, iradə sahibi olan iki faildən vahid bir iradənin baş verməsi, yaxud iki vahid varlığın iki illət məcmuəsinə (iki tam illət) istinad verilməsi kimi.
    ŞÜBHƏNİN DƏF EDİLMƏSİ
    İnsanın ixtiyari fellərinin varlığının Mütəal Allaha istinad verilməsi ilə onların insanın özünə istinad verilməsi arasında ziddiyyət yoxdur, çünki bu istinadlar bir-birinin davamındadır və bir-birinə maneçilik törətmir.
    Başqa sözlə desək, felin insani failə istinad verilməsi bir səthdədir və onun varlığının Mütəal Allaha istinad verilməsi isə daha yüksək bir səthdədir ki, bu səthdə insanın özünün varlığı, işi üzərində gördüyü maddənin varlığı, işi onların vasitəsilə gördüyü alətlərin varlığı hamılıqla Ona istinad verilir.
    Deməli, insan iradəsinin öz işində "tam illətin sonuncu hissəsi” kimi təsir göstərməsi ilə tam illətin bütün hissələrinin Mütəal Allaha istinad verilməsi arasında ziddiyyət yoxdur. Dünyanı, insanı və onun bütün vücud işlərini Öz qüdrəti əlində saxlayan, onlara arasıkəsilmədən vücud bağışlayan, onların növbənövlərini yaradan məhz Allahdır və heç bir varlıq, heç bir halda və heç bir zamanda Ondan ehtiyacsız, Allah qarşısında istiqlaliyyətə malik deyildir. Deməli, insanın ixtiyari işləri Allahdan ehtiyacsız və Onun iradəsi hüdudlarından kənarda olmayacaq, onların bütün sifətləri, xüsusiyyətləri, həddi-hüdudu da ilahi qəza və təqdirə bağlı olacaqdır. Belə deyildir ki, "ya insanın iradəsinə istinad verilmiş olsun, ya da Allahın iradəsinə”. Çünki bu iki iradə bir-biri ilə eyni səviyyədə, bir-birinə mane olacaq tərzdə deyildir və onların işlərin gerçəkləşməsindəki təsiri bədəl üzrə (növbə ilə) baş vermir. Əksinə, insanın iradəsi onun varlığının özü kimi Allahın iradəsinə bağlıdır və onun gerçəkləşməsində Mütəal Allahın iradəsi zəruridir:
    "Və aləmlərin Rəbbi olan Allahın istədiyi şeydən başqa heç nə istəyə bilməzsiniz.”(İlahi qəza və iradənin bir-birinə tətbiq olunması (müxtəlif halların tələbinə görə) "Ali-İmran” surəsinin 47-ci ayəsinə "Yasin” surəsinin 82-ci ayəsinə tətbiq etməklə aydın olur. )
    QƏZA VƏ QƏDƏRƏ ETİQAD BƏSƏLMƏYİN TƏSİRLƏRİ
    İlahi qəza və qədərə etiqad bəsləməyin Allaha mərifətin dəyərli dərəcəsinə çatmasından, insanın əqli baxımdan təkamülə yüksəlməsindən əlavə, çoxlu əməli təsirləri də vardır ki, onların bəzilərini aşağıda qeyd edirik:
    Hadisələrin baş verməsinin Mütəal Allahın hikmətli iradəsinə tabe olduğunu, ilahi təqdir və qəzaya istinad verildiyini bilən şəxs xoşagəlməz hadisələrdən qorxmaz, onların qarşısında özünü itirməz, ah-nalə etməz. O bu hadisələrin dünyanın hikmətli nizamının bir hissəsi olduğunu, hikmət və məsləhət üzündən baş verdiyini və gələcəkdə də baş verəcəyinə diqqət yetirməklə onları gülərüzlə qarşılayır, səbr, təvəkkül, razılıq və təslim kimi fəzilətli səciyyələri və insani keyfiyyətləri əldə edir. Həmçinin dünyanın ötəri xoşluqlarına, şad günlərinə məftun olmur, onlarla məğrurlaşıb məst olmur, Allahın verdiyi nemətləri özünü hamıdan üstün hesab etmək və qürurlanmaq vasitəsi hesab etmir.
    Bu dəyərli təsirlər də aşağıdakı ayənin işarə etdiyidir:
    "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxanlara kədərlənməyiniz və sizə verilənə də qürrələnməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç kəsi sevməz.” (Təkvir” surəsi, ayə:29. )
    Eyni zamanda diqqət yetirməliyik ki, qəza və qədər və tövhidin müstəqil təsirində əldə edilən yanlış məlumatlar süstülüyə, tənbəlliyə, zəlilliyə, zülmü qəbul etməyə, məsuliyyətdən imtina etməyə səbəb olmasın. Bilməliyik ki, əbədi səadət və bədbəxtlik bizim ixtiyari işlərimizdən asılıdır: "Hər kəsin qazandığı pis əməl də, yaxşı əməl də özünə aiddir. İnsanın kəsb etdiyi şeylər onun xeyrinə, özünü oda-suya vurub əldə etdiyi şeylər isə onun əleyhinədir.”("Hədid” surəsi, ayə:22-23.)Həmçinin "İnsan üçün, onun səy etdiyi şeylərdən başqa bir şey yoxdur.”("Bəqərə” surəsi, axırıncı ayə )
    SUALLAR
    1.Qəza və qədərin lüğətdəki mənalarını bəyan edin.
    2.İlahi qəza və təqdir deməkdə məqsəd nədir?
    3.Hansı mülahizəyə görə qəza və qədər labüd və qeyri-labüd olaraq iki yerə bölünür?
    4.Bəda nədir?
    5.Elmi qəza və qədəri və eyni qəza və qədəri bəyan edin.
    6."Lövhi-məfhuz”, "lövhi-məhv və isbat” eləcə də onların labüd və qeyri-labüd tale ilə olan əqalələrini şərh edin.
    7.Qəza və qədərin insanın ixtiyarı ilə bir yerə cəm olunmasındakı iradı və bu mövzu ətrafında mütəkəllimlərin ixtilafını izah edin.
    8.Çoxlu illətlərin vahid bir məlula təsir növlərini bəyan edin və bir neçə illətin vahid məlulun üzərinə yığışmasının hansı növünün qeyri-mümkün olmasını deyin.
    9.Qəza və qədər məsələsində cəbr şübhəsinin cavabını verin.
    10.İlahi qəza və qədərə etiqad bəsləməyin müsbət təsirlərini şərh edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024