İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidəmiz nədir? 10 dərs

    Əqidəmiz nədir? 10 dərs
    2012-02-19, 6:37 AM
    BƏRƏKTLİ AİLƏ
    Həzrət Fatimə (salamullahi əleyha) Əli (əleyhissalam) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.
    Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. İkisi də Şebi Əbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.
    Həzrət Fatimə (salamullahi əleyha) bilirdi ki, həzrət Əli (əleyhissalam)-ın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.
    O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu İslam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.
    Həzrət Fatimə (salamullahi əleyha) İslam dünyasının rəhbəri Peyğəmbərin (sələlləhi əleyhi və alihi və səlləm) qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.
    Xanım Zəhra (salamullahi əleyha) özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və nemət içində yaşayırdılar. Amma Fatimə (salamullahi əleyha) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.
    Fatimə (salamullahi əleyha) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Quranın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.
    İKİNCİ İMAM HƏSƏN İBN ƏLİ İBN ƏBİ TALİB (əleyhissalam)
    Atası: İmam Əli (əleyhissalam).
    Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.
    Hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya gəlib. Hicrətin 50-ci ilində Əbu Süfyanın oğlu Müaviyənin hiyləsi və Əşəsin qızı Cudənin əli ilə zəhərlənib şəhid olur. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunub.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) O həzrət və qardaşı imam Hüseyn (əleyhissalam) barəsində buyurur:
    "Həsən və Hüseyn hər ikisi imamdırlar. İstər qiyam etsinlər istər etməsinlər!(Biharul-Ənvar, 34-cü cild, səh-291. )
    Cabir Ənsari nəql edir: İmam Həsən (əleyhissalam)-dan eşitdim buyurdu:
    "Əxlaqi xüsusiyyətlər ondur: Dilin düzlüyü, günahı etiraf etməsi, sailə əta etmək, gözəl əxlaqlı olmaq, yaxşılığa yaxşılıq, qohum-əqraba ilə əlaqəni kəsməmək, qonşunun haqqın qorumaq, haqq sahibin tanımaq, qonağa ehtiram və onların başlıcası həyalı olmaqdır.”(Tarix-Yəqubi, 2-ci cild, səh-226.  )
    SƏKKİZİNCİ DƏRS
    ÜÇÜNCÜ İMAM HÜSEYN İBN ƏLİ İBN ƏBİ TALİB (əleyhissalam)
    Atası: Əli (əleyhissalam)
    Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.
    Hicrətin dördüncü ilində Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-Beyti (əleyhissalam) ilə məhərrəm ayının onuncu (aşura) günündə Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.
    Birinci şəxsdir ki, Mədinədə ona xatir torpaq qızardı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in zövcəsi Ümmi Sələməyə bir qabda torpaq verib buyurur:
    "Cəbrail nazil olub mənə xəbər verdi ki, Ümmətindən bir dəstəsi Hüseyni qətlə yetirəcək. Bu türbəti də mənə verdi. Dedi ki: Elə ki, bu torpaq qızardı bil ki, Hüseyn şəhid olur.”
    Bu türbət o vaxta qədər Ümmi Sələmənin yanında qalır ki, imam Hüseyn (əleyhissalam) Kərbəlaya yola düşür. Hər saatda torpağa baxır. Elə ki, torpaq qızarır, vay Hüseyn! Peyğəmbərin balası! - deyə fəryad çəkir. Qadınlar hər tərəfdən gəlirlər. Mədinədə görünməmiş bir şivən qopur.
    İmam Hüseyn (əleyhissalam) oğlu Zeynal-Abidin (əleyhissalam)-a belə vəsiyyət edir:
    "Oğlum! Allahdan başqa köməyi olmayan bir nəfərə zülm eləmə!” (Üsul-Kafi, 2-ci cild, səh-331. )
    DÖRDÜNCÜ İMAM ƏLİ İBN HÜSEYN ZEYNAL-ABİDİN (əleyhissalam)
    Hicrətin 38-ci ilində şəban ayında cümə günü Mədinədə dünyaya gəlir. Həcrətin 99-cu ilində zəhərlənir və şəhid olur. Rəvayətdə var ki, anası fars şahlarından Yəzdigərin qızıdır.
    İmam Zeynal-Abidin (əleyhissalam) on yaşında ikən Kərbəlada iştirak edib. Ağır qızdırma içində olduğuna görə o hadisədə şəhid olmur. (Bu da Allahın bir hikmətindən idi) Zöhd və ibadətinə görə məşhur idi. Ona görə də "abidlərin ziynəti” ləqəbi qoyurlar. Alnında səcdə izləri çox qalardı. Gecələr fəqirlərə təam verməkdən ötrü onların mənzillərinə gedərdi.
    Həzrət hədislərindən birində buyurur:
    "Tənbəllik və əzəyyət verməkdən uzaq ol! Bu iki sifət bütün şərr işlərin açırıdır. Çünki, əgər tənbəl olsan haqqı qaytarmazsan. Əziyyət verən də olsan, haqq sözə səbr etməzsən”
    BEŞİNCİ İMAM MÜHƏMMƏD İBN ƏLİ ƏL-BAQİR (əleyhissalam)
    Hicrətin 57-ci ilində Mədinədə dünyaya gəlmiş və 114-cü ilində zəhərlənərək şəhadətə yetmişdir. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunmuşdur.
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) səhabələrindən biri Cabir ibni Ənsaridən imam Baqir (əleyhissalam) belə rəvayət edir: Mən hələ balaca idim. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bir gün Sizə salam göndərdəi. Soruşdular ki: Bu necə oldu? Cavab verir: Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) yanında oturmuşdum. İmam Hüseyn (əleyhissalam) da orda idi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) mənə xitabən buyurdu:
    "Ya Cabir! Bu balamın bir övladı olacaq. Adı da Əli olacaq. Qiyamət günündə nida edən çağrıcaq: Abidlərin ağası dursun! Bu zaman Hüseynin bu oğlu duracaq. Sonra Onun da (Zeynal-Abidinin) oğlu olacaq. Adı Mühəmməd olar. Sən onu görəcəksən. Onu görəndə məndən də ona salam de!” (Əs-Savaiqul-Muhriqə. Səh-201)
    Başqa bir rəvayətdə isə belə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Cabirə buyurur:
    "Sən o qədər yaşayarsan ki, balam Hüseynin övladından birini görərsən. Onun adı Mühəmməd olar. Elmləri, o cümlədən din elmini yaran və çox bilən olar. Elə ki, onu gördün məndən ona salam söylə!” (Vərkəbətis-Səfinə, səh-555. Şeyx Müfidin "İrşad” kitabından nəql olunur.  )
    İmam Mühəmməd Baqir (əleyhissalam) İslam elmlərini ən çox yayan olub və çoxlu şagirdləri olub. İmam hədislərdən birində buyurur:
    "İnsanlarla, sizin başqalarının sizə ən yaxşı münasibəti və davranışı olmasını istədiyiniz kimi davranın! Allah-taala möminlərə söyüş verənə, təhqir edənə və əziyyət edənə qəzəb edər!” (Vərkəbətis-Səfinə, səh-553. )
    ALTINCI İMAM CƏFƏR İBN MÜHƏMMƏD ƏS-SADİQ (əleyhissalam)
    Hicrətin 80-cı ilində doğulub və 148-ci ildə Mədinədə vəfat edib. Bəqi qəbrəstanlığında dəfn olunub. İslam və dünyəvi elmləri çox təlim etmişdir. Vəşşa adlı ravi belə nəql edir: Mən kufə məscidində oldum. 700 nəfər alimlə görüşdüm ki, hamısı deyirdi: Cəfər ibni Mühəmməddən (əleyhissalam) nəql edirəm. Yəni, O mənə deyib. Həzrətin şagirdlərindən, Zürarə ibni Əyən, Mühəmməd ibni Müslim əs-Səqəfi və tanınmış kimya alimi Cabir ibni Həyyanın adını çəkmək olar.
    İmam Sadiq (əleyhissalam)-ın dövrü elmi və mədəni inkişaf çox qabaqa getmişdi. Bu sahədə Əhli-Beyt (əleyhimussalam)-a və bu məktəbə münasib vaxt gəldi ki, bütün dünyaya yayılsın. Həzrət o qədər Əhli-Beyt (əleyhimussalam) məktəbinin şagirdlərini hazırlayır ki, şiə məzhəbinin adı O həzrətin adı ilə bağlıdır. (Cəfəri məzhəbi)
    Əbu Cəfər Mənsur, imam Sadiq (əleyhissalam)-a bir nəfərdən sifariş göndərir ki: Nəyə görə başqa camaat kimi siz də bizə qoşulmursunuz? Həzrət (əleyhissalam) cavabında yazır:
    "Biz dünya malına vurulmamışıq ki səndən qorxub sənə müraciət edək və sənin də yanında axirətdən bir şey də yoxdur ki, ona görə sənin yanına gələk!” (Vərkəbətis-Səfinə, səh-562.  )
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:
    Zalimin öz zülmünə dəlillərindən biri budur ki, Allah-taala zülm olunan şəxsi ona müsəllət edər. Əgər çağırsa ona cavab verməz.”
    DOQQUZUNCU DƏRS
    YEDDİNCİ İMAM MUSA İBN CƏFƏR ƏL-KAZİM (əleyhissalam)
    Hicrətin 128-ci ilində dünyaya gəlmiş, 183-cü ildə Bağdadda Harun Ər-Rəşidin zindanında zəhərlənib şəhid olmuşdur. Bağdadın ətrafında dəfn olunur və həmin münasibətlə o yerə Kazimiyyə deyiblər. Zalim hakimlərin zülm və əziyyətləri müqabilində çox səbrli, həlim və dözümlü olduğuna görə ona Kazim ləqəbi verilib. Xüsusilə, O həzrətə (əlyehissalam) Harun Rəşid çox zülm etmiş, zindana salmış və dəfələrlə əziyyətə salmışdır. Mühəmməd ibni Təlhə Şafi imam Kazim (əlyehissalam) barəsində yazır:
    "Çox əzəmətli və məqamlı imam idi. Şən və şöhrəti müsəlmanlar arasında məlum idi. Din yolunda ən çox bilən və çalışan və ən çox ibadətdə məşhur olan idi. Çoxlu kəramətləri olub və itaətdə olardı. Gecəni səcdə və qiyam halında keçirir, gündüzlər oruc tutur və sədəqə verirdi. Çox həmlələrə və zülmlərə dözdüyünə görə həzrətə Kazim (səbrli) ləqəbi deyilib.” (Vərkəbətis-Səfinə, səh-565.  )
    İmam (əleyhissalam) Hişam ibni Həkəmə belə vəsiyyət edir:
    "Həqiqətən, Allahın insanlar üzərində iki höccəti var. Birinci zahiri höccət, ikinci batini höccət. Zahiri höccət, peyğəmbər, rəsullar və imamlardır. Amma batini höccət isə ağıldır... Ya Hişam! Ağıllı adamdan az əməl çoxluqla qəbul olar. Amma cahil və nəfsinə tabe olandan baş verən çox əməl rədd olunar!”
    SƏKKİZİNCİ İMAM ƏLİ İBN MUSA ƏR-RİZA (əleyhissalam)
    Hicrətin 148-ci ilində dünyaya gəlmiş 203-cü ildə Xorasan vilayətinin Tus məntəqəsində zəhərlənərək şəhid olur. Müsəlmanlar arasında o qədər fəzilət, kəramət və hikməti ilə tanınır ki, hakim dövran Məmun Abbasi Həzrətdən istəyir ki onun canişini olsun. Zorla da olsa İmama (əleyhissalam) bu məsuliyyəti qəbul etdirirlər və İmam (əleyhissalam) şərt qoyur ki, heç bir dövlət məsuliyyətini və hökmünü öhdəsinə almayacaq.
    İmam Riza (əleyhissalam) bir çox münhəriflərlə o cümlədən, zənadiqlərlə elmi münazirə aparmış və onları tutarlı dəlillə rədd etmişdir. Bu yolda qarşı tərəf düşmənçilik etmək əvəzinə İmamı (əleyhissalam) dost tutmuş və Ona iman gətirmişdir.
    İmam Riza (əleyhissalam) hədislərdən birində buyurur:
    "Hər bir insanın dostu onun ağlı, düşməni isə cəhalətidir.”
    Həzrət başqa bir hədisdə buyurur:
    "Təmizliyə riayət etmək peyğəmbərlərin əxlaqlarındandır!”
    Category: Əqidəmiz nədir? 10 dərs | Added by: Islam_Kitabxanasi
    Views: 763 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024