İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:30 AM
    HƏZRƏT ƏBUL FƏZL ABBASIN (Ə) QAFİLLƏRƏ VƏ MÜTƏKƏBBİRLƏRƏ QÜDRƏTİNİ GÖSTƏRMƏSİ (ON SƏKKİZ TƏNBEH)
    BİRİNCİ TƏNBEH
    «HƏZRƏT DƏ SƏNİNLƏ ZARAFAT EDİB!»
    Mərhum Hacı-şeyx Müctəba Lənkərani nəql edir:
    Bir dstə dostlarla birlikdə Nəcəfül-Əşrəfdən Kərbəlaya ziyarətə getdik. Kərbəlaya çatmamışdan dostlar ixtilaf etdilər ki, əvvəl imam Hüseyn (əleyhissalam)-ın ziyarətinə gedək, yoxsa, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) ziyarətinə gedək. Dostlardan biri dedi:
    Xeyr! İmam Hüseyn (əleyhissalam)-ın ziyarətinə gedəyin. Sonra əlavə etdi: Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) ziyarəti çox da mühüm deyil. Getsək gedərik, getməsək də eybi yoxdur.
    O, bizimlə imam Hüseyn (əleyhissalam)-ın ziyarətinə getməkdən ötrü dəstəmaz alır. Dəstəmazxanada birdən ayağı ilişib ayaqyoluna düşür. Başdan-ayağa nəcasətə bulanır. Dostlar onu ayaqyolundan çaxartdıqdan sonra ona dedilər:
    Bu pis niyyətindən sonra tövbə et!
    O, dedi: Mən Həzrətlə zarafat edirdim!
    Dostlardan biri onun cavabında buyurdu:
    Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) da səninlə zarafat edirmiş. Yoxsa ayaqyolu qəbrin olacaqdı!
    İKİNCİ TƏNBEH
    «YALAN ANDIN CƏZASI!»
    Hacı Rza Nəzəri nəql edir:
    Təxminən 1255-ci hicri qəməri ilində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəmində idim. Bir nəfəri düyü oğurluğu ittihamı ilə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) zirehinin yanına gətirdilər. Ona and verdirmək istəyirdilər. Öz gözlərimlə müşahidə etdim ki, ağzın açıb and içmək istədikdə birdən qorxulu bir səs eşidildi. Belə ki, hamı qorxuya düşdü. Həzrətin zirehi təkan vurdu. O, oğlan zirehdən yuxarı səviyyədə qalxıb üzü üstə bihuş halda yerə düşdü.
    Polislər onu qaldırıb dedilər: Nəyə görə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri yanında yalandan and içirsən? O, zəif səslə cavab verdi:
    Şeytan mənə qələbə çaldı.
    O vaxt onu ölümcül halda polis şöbəsinə apardılar. Çox çəkmədi ki, canını tapşırdı.
    ÜÇÜNCÜ TƏNBEH
    «QÜRURLU MƏMUR ƏBUL FƏZL ABBASIN(Ə) QƏZƏBİNƏ DÜÇAR OLDU!»
    Nasirəddin şahın dövründə məmurlardan biri dükançılardan birindən maliyyət tələb edir. Dükançı bu gün-sabaha salır. Bir gün sübh məmur mağazanın müqabilində dayanıb deyir:
    Bu gün səndən maliyyət almayınca burdan gedən deyiləm.
    Dükançı cavab verir:
    Sənə and verirəm həzrət Əbul Fəzl Abbasa(əleyhissalam), məni üzürlü hesab et, imkanım yoxdur!
    Məğrur məmur cavab verir:
    Əgər Əbul Fəzl Abbasın qüdrəti varsa mənim şərrimi səndən uzaqlaşdırsın!
    Dükançı ah çəkib deyir:
    Ya Əbul Fəzl Abbas! Köməyimə yet!
    Dərhal məmurun atı oynayıb o qədər o tərəf bu tərəfə qaçır ki, onu qaldırıb yerə vurur. Sonra ayaqları ilə məmuru təpikləməyə başlayır. O da it səsi kimi səs çıxartmağa başlayır.
    Əhali gələndə artıq onun üst çənəsi aşağı, alt çənəsi isə qabağa getmişdi. Vəziyyəti çox ağır idi. Çox keçmir ki, bu şəkildə onu ölüm haqlayır.
    DÖRDÜNCÜ TƏNBEH
    «OĞRU ÖZ OĞURLUĞUNA ETİRAF ETDİ!»
    Höccətul-islam vəl-müslimin hacı şeyx Əli Əkbər Qəhatani nəql edir:
    Günlərin birində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmindən ötürdüm. Gördüm ərəblər yığışıb bir cavan oğlanı inək oğurluğu ilə ittiham edirlər. Onu and içməkdən ötrü həzrətin hərəminin eyvanına gətirirlər. Hərəmin xidmətçilərindən biri ona dedi:
    Əgər inəyi oğurlamısansa etiraf et! Həzrətə nahaq yerə and içmə! Bu sənin üçün qorxuludur.
    Onu da deyim ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəmində and içməyin xüsusi mərasimi var. Müttəhim oğurluğunu inkar edirdisə ona deyilir:
    Üç qədəm qabağa get, sonra dala qayıt!
    Xadimin nəsihətinə qulaq asmayan cavan bu mərasimi yerinə yetirdi. Sonra həmin yerdə üzünün yarısı əyildi və yerə yıxıldı. Bu hadisə ilə qohumları onun oğru olmasını etiraf edirlər. Sonradan ona şəfa verməkdən ötrü həzrət imam Hüseyn (əleyhissalam)-ın pak hərəminə gedirlər. Oğlanı zirehə bağlayılar. Anası ağlar halda İmam (əleyhissalam)-a yalvarmağa başlayır. Bir azdan oğlan yaxşılaşıb oğurluq etdiyini etiraf edib, mal sahibindən üzr istəyir.
    BEŞİNCİ TƏNBEH
    «YA ƏBUL FƏZL ABBAS! QƏLƏT ELƏMİŞƏM!
    Höccətul-islam vəl-müslimin hacı şeyx Əsədullah İsmaili nəql edir:
    Mən bir nəfər ruhani ilə birlikdə Nəcəfül-Əşrəfdən Kərbəlaya gedirdik. Maşınımız zəvvarları daşıyan maşınlardan idi. Kərbəlaya çatanda Ruhani dedi:
    Mən imam Hüseynin (əleyhissalam) ziyarətinə gedirəm, amma həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətinə vaxtım yoxdur. Olsa olar, olmasa ki, olmayıb. Çünki, o Həzrət İmam deyil!
    O, imam Hüseyn (əleyhissalam)-ın ziyarətindən qayıdıb maşına minmək istədi. Maşın içi dolu halda hərəkətə gəlmişdi. Bəziləri maşının üstündə oturmuşdular. Ruhani əlini dəstəkədən tutub maşına minmək istədi. Amma maşın dayanmayıb hərəkətində davam etdi. O nə qədər səslədisə faydası olmadı.....
    Ruhani bu səhnəni gördükdə Kərbəlaya tərəf dönüb fəryad çəkdi:
    Ya Əbul Fəzl Abbas (əleyhissalam)! Qələt eləmişəm! Bir də belə ədəbsizlik etmərəm. Əgər bir dəfə də Kərbəlaya gəlsəm Sənin ayaqlarından öpməyə gələrəm!
    Bu halda maşın irəlidə dayandı və ruhani özünü ona çatdırdı!
    ALTINCI TƏNBEH
    «ŞEYX! ƏGƏR PEŞİMANSANSA QALX!
    Höccətul-islam vəl-müslimin hacı şeyx Əli Əkbər Qəhtani dostlarının dilindən nəql edir:
    Mərhum atam, hacı Hüseyn İsmaili çox inanılmış şəxs idi. Dəfələrlə mənə nəql etmişdir ki, Məşhədə səfərimdə Şirazdan olan bir qoca kişi ilə yoldaş oldum. Yol arası mənə dedi ki, dəfələrlə Kərbəlaya ziyarətə getmişdir. Ondan soruşdum ki, bu səfərlərin arasında o şəxsiyyətdən kəramət görmüsənmi? Dedi: Bəli!
    Bir neçə dəfə Kərbəla ziyarətindən sonra bir dəfə ziyarətə gedəndə öz-özümə dedim:
    Ya Əbul Fəzl Abbas (əleyhissalam)! İstəyirəm ki, Kərbəlada öləm və burada da torpağa tapşırılam. Dərhal xəstələndim. Vəziyyətim çox ağırlaşdı. Cümə gecəsi dostlara dedim: Bu gecə məni Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri kənarına aparın və sübh gəlib baxarsınız, əgər ölsəm burda dəfn edərsiniz, yox əgər sağ qalsam sizinlə qayıdacağam. Dostlarım məni qəbrin kənarına apardılar. Gecə yarısı Kərbəlada ölmək fikrindən peşiman oldum. Vətən havası burnuma gəldi. Ərz etdim:
    Ağacan! Peşiman olmuşam! Siz bəni haşimlə zarafat da etmək olmur! Mən zarafat edirdim. Burda ölmək istəmirəm. Özümdən getdim. Bu arada gördüm ki, ağa mübarək zirehdən çıxıb ayağının ucu ilə bədənimə işarə edib buyurdu:
    Şeyx! Əgər peşimansansa qalx ayağa!?
    Ayıldım. Özümdə xəstəlikdən heç bir əsər-əlamət görmədim.
    YEDDİNCİ TƏNBEH
    «YALAN AND İÇMƏK ONU ŞİL ETDİ!»
    Cənab Əbdül Hüseyn Cəvahir Kəlam atasından nəql edir:
    Atam nəql edir ki, iki nəfərin ixtilafı düşmüşdü. Çox çək-çevridən sonra qərara alırlar ki, and içsinlər. Həzrət Əblu Fəzl Abbas (əleyhissalam)-a and içməyi qərar alırlar. Hər ikisi and içir. Yalandan and içən şəxs dərhal şil olur. Sonradan nə qədər həkimlərə müraciət edirsə faydası olmur. Nəhayət, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəminə gəlib peşiman olduğunu iqrar edir.
    SƏKKİZİNCİ TƏNBEH
    «PUL SAHİBLƏRİ MƏNİM QƏBRİMİN YANINDA!»
    Höccətul-islam Hacı-şeyx Təhtani yazır:
    Bir nəfər Kərbəlada olarkən həzrət Hüseyn (əleyhissalam) və Əbul Fəzl Abbasa (əleyhissalam) dua edir və ondan həyatının yaxşılaşmasından ötrü mal-dövlət edir. Günlərin birində yolda dolu bir pul kisəsi tapır. Fikirləşir ki, yəqin bunu İmam Hüseyn (əleyhissalam) özü göndərib. Pulu götürüb evə gəlir.
    İş elə gətirir ki, bu pul imam Hüseyn (əleyhissalam)-ın zəvvarlarının birindən düşmüş olur. Onu başqasının yanında əmanət qoyubmuş, o da itirib. Pul sahibi gəlib pulunu tələb edir. Əmanətdar and içir ki, pulun itib, mənim ondan xəbərim yoxdur. Şəxs qəbul etmir. Çarə qalır ki, imam Hüseyn (əleyhissalam)-a təvəssül olunsun. Bundan sonra imam Hüseyn (əleyhissalam) pulu tapanın yuxusuna girib ona buyurur:
    Sabah bu şəxslər belə əlamətlə mənim qəbrimin yanında olacaqlar, pulu apar onlara ver.
    O kişi səhər sübh ziyarətə gəlir. Yuxuda deyilən şəxsləri həmin yerdə görür. Amma, şeytan onu aldadır. Pulu onlara verməyib mənzilə qayıdır. Gecə yenidən yuxu görür. İmam Hüseyn (əleyhissalam)bu dəfə də onu görüb buyurur:
    Sabah zəvvar və pul sahibi oğlum Əli Əkbərin (əleyhissalam) qəbrinin yanına gələcək, pulu apar onlara ver!
    Səhəri gün kişinin tüğyan etmiş nəfsi yenə də pulu sahibinə qaytarmağa mane olur.
    Üçüncü gecə yuxuda imam Hüseyn (əleyhissalam) ilə həzrət Əbul Fəzl Abbas (əleyhissalam) qəzəbli halda kişinin yuxusuna girirlər. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam)çöhrəsi çox qəzəbli halda ona xitab edir:
    Sabah pul sahibləri mənim qəbrimin yanına gələcəklər, pulu onlara apar!
    Tez yuxudan ayılan kişi sübh tezdən pulu həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri yanında sahibinə qaytarır.
    Beləliklə, Həzrətin qəzəbli çöhrəsi işi həll edir.
    DOQQUZUNCU TƏNBEH
    «HƏZRƏT ƏBUL FƏZLİN (Ə) HƏRƏMİNƏ GƏLİB AND İÇMƏLİSƏN!»
    Höccətul-islam vəl-müslimin hacı seyyid Hadi Müctehidi Sistani yazır:
    Qonşularımızdan biri xəstələnmişdi. Qadını evdə tənha idi. O, evdə olmayan vaxtı oğru gəlib evin əşyalarını oğurlayır. Ev sahibi dəqiq başa düşür ki, oğru evin damından mənzilə giribmiş. Qonşusunu ittiham edir və deyir ki, sən bizim evə oğurluğa girmisən. O, bunu inkar edir. Adətə görə deyirlər ki, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəminə gedib and içməliyik. Qonşusu razılaşır. Onlar hər ikisi hərəmə gedib and içirlər. Müttəhim yalandan həzrətə and içir ki, oğurluq etməyib. Hərəmdən gəlib mənzilinə daxil olanda dili ağzından çölə sallanmış halda üzü üstə yerə yıxılır. Üç gün evdə həmin şəkildə qalır və ölür. Budur həzrət Əbul Fəzl Abbas (əleyhissalam) yalandan and içənin aqibəti!
    ONUNCU TƏNBEH
    «UŞAĞI VURDUN? HƏZRƏT ABBAS (Ə) ƏLİNƏ VURSUN!»
    Höccətul-islam vəl-müslimin Hacı-şeyx Əşrəf Kaşani yazır:
    Səkkiz yaşım vardı. Məktəbə gedirdik. O vaxt Pəhləvi şah göstəriş vermişdi ki, Məhərrəmin əvvəlindən sinə vurmaqlıq, rövzə oxumaq və başqa məclislər qadağandır. Belə ki, şəhər məmurları tərəfindən məktəblərə göstəriş verilmişdi ki, əgər şagirdlərdən hansını küçə-bazarda və məktbədə mərsiyə oxuduğunu görsələr atalarını polis şöbəsinə cəlb etsinlər. Amma uşaqlar fərmana fikir vermirdilər. Kaşanda Məhərrəmin 9-cu günü «Abbas» günüdür. Uşaqlar növhə oxumağa başladılar. Bu vaxt küçənin başından polis Abbasxanın başı göründü. Uca boyu vardı. Hamı ondan qorxurdu. O gələndə uşaqlar qaçmağa başladılar. Bu vaxt balaca bir uşağı tutub anasının gözünün qabağında üzünə bir sillə vurdu. Uşağın anası onu görüb dedi:
    Uşağı vurdun? Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) əlinə vursun!
    Abbas xan həmin gecə oğru dalınca düşür. Oğru silahlı imiş. Ona qarşı silah işlədir. Fişəng Abbas xanın əlinə dəyib parçalayır.
    Səhəri gün Kaşan əhalisi görür ki, Abbas xanın bir əli yoxdur.
    ON BİRİNCİ TƏNBEH
    «HƏR İKİSİNİN DUASI QƏBLU OLDU!»
    Höccətul-islam Şey Məhəmməd Səmai Hariri yazır:
    İran xanlarından biri ailəsi ilə birlikdə Kərbəlaya gedirmiş. Xanın gözəl bir qızı da özü ilə gedirmiş. Qız, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın hərəminə daxil olur. Xanın nökərlərindən biri qızın camalına vurulur. Nökər zirehin kənarında əlini qızın əlinin üstünə qoyur. Qız tez üzünü zirehə tutub deyir: Heç ədəbdəndir ki, bu yerdə mənimlə belə ədəbsizlik edirsən?
    Ya Əbul Fəzl Abbas (əleyhissalam) onun əlini cəm elə!
    Bir neçə gündən sonra xan hərəkətə gəlir. Nökər nəyi varsa satıb əlli lir qızıl edib torbasına qoyur və karivanla hərəkətə edir. Yol arasında xan baxır ki, pullarını oğurlayıblar. Yüz lir qızılı yoxa çıxır. Qərara alır ki, bütün karivan əhlini yoxlasınlar. Bir az gəzdikdən sonraəlli lir qızılı nökərin kisəsindən tapırlar. Xana xəbər çatır. Xan elə hesab edir ki, pul onunkudur. Göstəriş verir ki, oğru adı ilə nökərin əlinin birini kəssinlər. Bir müddətdən sonra xanın pulu öz əşyalarının arasından çıxır. Xan bu işdən çox narahat olur və nökərdən halallıq almaq istəyir. Əli kəsik nökərdən nə qədər istəyirsə halallıq ala bilmir. Xan deyir:
    Hər nə istəyirsənsə, bu əmələ görə sənə verirəm!
    Nökər cavab verir:
    Əgər məni razı salmaq istəyirsənsə qızını mənə ver! Xan qəbul edir. Qızı nökərə ərə verir. Toydan sonra qız ona deyir:
    Nəyə görə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində əlini mənim əlimin üstünə qoydun?
    Nökər cavab verir: Əlimi sənin əlinin üstünə qoyanda Həzrətdən istəyirdim ki, səni mənim əqdimə gətirsin. Həzrət mənim arzumu qəbul etdi.
    Qız cavab verir:
    Mən də həzrətdən istəmişdim ki, sənin əlini kəssin, onu da qəbul edib!
    ON İKİNCİ TƏNBEH
    «YALAN AND İÇİB ÖLDÜ!»
    Sovet hökuməti dövründə yaşamış mühacir alim mərhum Mirəsəd Mirbabai nəql edir:
    İki qafqaz müsəlmanı arasında ixtilaf düşür. Onlar Rusiya məhkəməsinə şikayət edirlər. İddiaçı məhkəmədə deyir:
    «Müttəhim yeddi qədəm qiblə tərəfə gedib həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) and içməlidir ki, nə söyləyəcəksə doğru və haqqdır». Əgər belə etsə razı olaram.
    Məhkəmə başçısı müsəlman deyilmiş. İşi düzgün başa düşməyib deyir:
    Əgər razılığa gəlirlərsə bizim etirazımız yoxdur!
    Müttəhim and içmə mərasimini icra etməyə başlayır. Beşinci qədəmi götürəndə yerə yıxılır və ölür. Bu hadisə ilə məhkəmə bir-birinə dəyir. Həkim gətirib şəxsin ölümün təyin edirlər. Bu işdən sonra hökumət rəsmləri qərar verirlər ki, bundan sonra məhkəmədə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) adına and içmək qəti qadağandır.
    ON ÜÇÜNCÜ TƏNBEH
    «YA ƏBUL FƏZL ABBAS (Ə)! SƏNİN ƏLƏMİNİ APARDILAR!»
    1922-ci il idi. Müttəfiq hökumətlər İranı əllərinə almışdılar. Rza şahın getməsindən sonra tutulmuş əzadarlar zindandan buraxılmış, küçələrdə rövzəxanlıq və sinə vuranlar çoxalmışdı. Günlərin birində xırda uşaqlardan biri həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) adına qara ələmi əlində aparırdı. Polis qarşıya gəlib ələmi onun əlindən alır. Uşaq ağlar halda fəryad çəkir:
    Ya Əbul Fəzl Abbas (əleyhissalam)! Ələmini apardılar!
    Polis bədbəxt cavabında deyir: Bu parça həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) deyil, mənim balışmın üzünə lazımdır.
    Bu halda polis Allahın qəzəbinə gəlir və yerə yıxılıb həlak olur.
    O vaxt bu hadisəni müsəlmanlar məktub vasitəsi ilə bütün ölkədə yaymış, rövzəxanlar mənbərlərdə söyləmişdir.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 673 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024