İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 2:01 PM
    Hər şeydən əvvəl nəfsin islahıdır
    İnsanın ən çox diqqət yetirib ciddi yanaşması olan məsələ nəfsinin islahı məsələsidir. Çünki bu onun xoşbəxtliyinin açarıdır. İnsan məhz bu vəzifənin öhdəsindən layiqincə gəldikdən sonra digər məsələləri həll etməyə və həyatının müxtəlif tələbatını ödəməyə nail ola bilər. O, yalnız bu mərhələni uğurla keçdikdən sonra Allah-təalanın ona bəxş etdiyi istedadlardan və imkanlardan lazımınca faydalana bilər. Lakin əks halda nəfsinin azğınlığa düçar olduğu təqdirdə insanın həyatda qazandığı bütün nailiyyətlər və kəsblər onun üçün bəlaya, özünə və başqalarına zərər yetirən bir vasitəyə çevrilə bilər.
    Elm, mal-dövlət, gözəllik və ya hər hansı bir nemət fitnə-fəsad törədən nəfsin idarəçiliyi, yaxud şəhvani istəklərin hökmranlığı altında olduqda öz sahibinə və digərlərinə yalnız ziyan, bədbəxtlik və səfalət gətirə bilər. Keçmişdə və mövcud dövrdə bəşər övladının düçar olduğu müsibətlər, bəlalar bu həqiqətə real sübutdur. Bu səbəbdən dini mənbələrin (ayə və hədislər) insanın və onun həyatının saflaşması üçün başlıca amil kimi nəfsin islahına əhəmiyyət verilməsi məsələsini xüsusi vurğulamaq təbii qarşılanmalıdır. Həmin dini mənbələr aşağıdakılardır:
    1.Allah-təala Qurani-Kərimdə buyurmuşdur:
    "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları) dəyişməz”.(Rəd surəsi, ayə 11. )
    2.İmam Əli(ə) isə bu haqda buyurmuşdur:
    "Nəfsini tərbiyə (islah) etməyən, əqlindən faydalana bilməz”. (Mizan əl-hikmə, c.10, s.145. )
    Birinci fəsildə qeyd etdiyimiz kimi əql sadəcə hər bir məsələdə öz rəyini və mövqeyini bildirir. (İslah olunmamış) Nəfs isə şəhvani istəkləri ilə əqli susdurub insanı ona müxalif çıxmağa məcbur edir.
    3.İmam Əli(ə) belə buyurmuşdur: "Ən aciz insan, öz nəfsini islah etməyi bacarmayan kəsdir”.(Mizan əl-hikmə, c.10, s.146)
    Öz nəfsini islah etməyi bacarmayan şəxs başqalarının nəfsini islah edər və eləcə də həyatının digər problemlərini çözə bilərmi?!
    4.Başqa bir hədisdə İmam Əli(ə) buyurmuşdur: "Ən aciz insan öz nəfsindəki nöqsanları bərpa etməyə qadir olduğu halda bunu etməyən şəxsdir”.(Həmin mənbə. )
    Nəticə olaraq belə qənaətə gəlirik ki, prinsip etibarilə insan öz nəfsindəki nöqsanları bərpa etməyə qadirdir, lakin ona bu işdə mane olan həvayi-nəfs və şəhvani istəkləridir. Nəfsinə müqavimət göstərməyi bacarmayan şəxsin isə həyatda uğur qazanmasına ümid bəsləmək mümkün deyil.
    5.İmam Əli(ə) buyurmuşdur: "Nəfsini islah edən ona sahib olar (onun cilovunu ələ alar), nəfsinə qarşı etinasızlıq göstərən isə onu həlak edər”.(Həmin mənbə. )
    Həvayi-nəfsin əsarəti altında, şəhvani istəklərin köləsi kimi yaşamağa nə qiymət verilə bilər? Bu halda həyat sanki fəsad və pisliklər məskəninə, günahlarla dolu bir cəhənnəmə çevrilir. İmam Əli(ə) bu həqiqətə belə işarə etmişdir: "Öz nəfsinin nöqsanlarından xəbərdar olub, onları izləməyən şəxsə həvayi-nəfsi qalib gələr. Nöqsanlar içində yaşayan insan üçün isə ölüm daha yaxşıdır”.(Həmin mənbə. )
    7. Ən pis hal odur ki, insan nəfsinin islahı və tərbiyəsinə möhtac olmadığını düşünsün. Belə olduqda Allahın insana qəzəbi tutar və daim fitnə-fəsad, zəlalətdə yaşadığı üçün insanlar da ona nifrət edər. İmam Əli(ə) bu haqda buyurmuşdur: "Nəfsindən razı olan şəxslərdən narazı qalanlar çox olar”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 6-cı kəlam. )
    8.İmam(ə) başqa bir kəlamında buyurmuşdur: "Ey insanlar! Nəfsinizin islah olunmasına diqqət yetirin və onu adət etdiyi çirkin işlərdən qoruyun!”(Həmin mənbə, 359-cu kəlam )
    Həqiqətdə pis olan bir işə adət etmək heç də həmin işin qanuni və ya yaxşı iş olduğuna dəlalət etmir. Bu səbəbdən insan nəfsinin aludə olduğu çirkin adətlərin möhkəmliyinə baxmayaraq, onların qarşısında təslim olmamalıdır.
    9.İmam Əli(ə) oğlu Həzrət Həsən(ə)-a yazdığı vəsiyyətnamədə ona buyurmuşdur: "Övladına ürəyi yanan hər bir ata kimi mən də sənin halına yandığımdan (səni düşündüyümdən) istəyirəm ki, öyrədəcəyim sifətlərə malik olasan... Sən ömrünün gənc çağlarındasan, yaşayacağın günlər hələ qarşıdadır. Sənin sağlam niyyətə və saf, təmiz bir nəfsə sahib olmağını istəyirəm”.(Həmin mənbə, 31-ci məktub. )
    Həqiqətən də, ömrünün ilkin çağlarında - nəfs maddiyyat çirkabına batmazdan öncə onu islah etmək daha asan və daha gözəl olur.
    10.İmam Əli(ə) buyurmuşdur: "Yer üzərində Allah-təala üçün , öz Rəbbinin əmrlərinə müti olan nəfsdən daha əziz bir şey yoxdur”.(Mizan əl-hikmə, c.10, s.125. )
    11.İmam(ə) yenə də buyurmuşdur: "Nəfsi islah etmək üçün ən gözəl vasitə təqvadır”.(Mizan əl-hikmə, c.10, s.144. )
    12.İmam Əli(ə) buyurmuşdur: "Nəfsini məzəmmət edən onu islah etmiş, tərifləyən isə onu həlak etmiş olar”.(Həmin mənbə. )
    13.İmam Əli(ə) buyurmuşdur:
    "Həvayi-nəfsindən uzaqlaşan şəxsin əqli sağlam olar”.(Mizan əl-hikmə, c.6, s.436. )
    14.Başqa bir kəlamında isə İmam Əli(ə) əqlin, yalnız nəfsi istəklərin və şəhvani hisslərin təsiri altından çıxıb müstəqil olduqda insan həyatında tam surətdə idarəedici qüvvə kimi rol oynadığını bildirərək buyurur:
    "Əql nəfsi istəklərin əsarəti altından çıxdıqda və dünya sevgisindən (dünyanın aldadıcı və müvəqqəti ləzzətlərinə bağlılıqdan) xilas olduqda bunları (söylədiyim nəsihətləri, həqiqətləri) təsdiqləyər”.(Nəhcül-bəlağə , 3-cü fəsil. )
    Nəfs ən təhlükəli düşməndir
    İnsanın öz düşmənini yaxından tanıyaraq onun planlarından xəbərdar olması həmin düşmənə qarşı müqavimət göstərib qalib gəlməyində yardımçı olur. Belə ki, düşmən və onun planları nə qədər məxfi olsa, mübarizə aparmaq da bir o qədər çətin və təhlükəli olar.
    İnsanın nəfsi ilə olan problemi də məhz bu nöqtədə gizlənir. Belə ki, insan nəfsinin onunla düşmən mövqeyində olduğunu asanlıqla kəşf edə bilmir. Həmçinin nəfs aldadıcı və məkrli üslublardan çox məharətlə istifadə edir. Hansı ki, insan bəzən bu hiylələri anlamağa belə nail olmur, yaxud onların mənfi təsir bağışlayacağı haqda heç düşünmür. Bu haqda olan dini mənbələr və göstərişlər də məhz insana öz nəfsini tanıyıb hiylələrini onun qarşısında aşkar etməyi başlıca hədəf seçmişdir ki, insan nəfsi ilə son dərəcə ayıq və diqqətlə rəftar etsin.
    Həzrət Peyğəmbərimiz Məhəmməd(s) buyurmuşdur:
    "Sənin ən qatı düşmənin öz daxilindəki nəfsindir”. (Bihar əl-ənvar, c.70, s.64. )
    İmam Əli(ə) isə bu haqda belə buyurmuşdur:
    "Əqlin düşməni həvayi-nəfsdir”. (Mizan əl-hikmə, c.6, s.436. )
    Nəfslə hesabat çəkmək və onu izləmək
    Şəhvani meyl və rəğbətlər nəfsin tərkibində insanın seçimi ilə deyil, məhz İlahi hikmətin göstərişi ilə bərqərar olmuşdur. İnsan isə bu meylləri və rəğbətləri doğru istiqamətə yönəltməyə çalışmalıdır. Çünki həqiqətdə insan məhz bu vəzifəni həyata keçirmək üçün dünyaya gəlmişdir. O, əqli, vicdanı və mürvəti ilə nəfsinin cəhdlərini nəzarətdə saxlamalı, onun istəklərini diqqətlə izləməlidir ki, düçar olduğu xəstəliklərdən, bəlalardan onu (nəfsini) xilas etməyə və gözlənilən xətaların, günahların qarşısını almağa qadir olsun.
    Cismin yuyunub təmizlənməyə, tibbi müayinədən keçməyə və xəstəliklərdən müalicə olunmağa ehtiyacı olduğu kimi, nəfs də mənəvi çirkabdan və xəstəliklərdən qorunmaq üçün mütəmadi halda nəzarətdə qalmaq və izlənməyə ehtiyac duyur. Bu səbəbdən dini mənbələr (ayə və hədislər) insanları nəfsləri ilə hesablaşaraq onu izləmək üçün sabit bir proqram tərtib etməyi tövsiyə edir.
    1.Bu haqda Həzrət Peyğəmbərimiz(s) belə buyurmuşdur:
    "Ağıllı insan öz vaxtını müəyyən hissələrə bölməlidir. Bu hissələrin birində o, Rəbbi ilə münacat etməli (ibadətlə məşğul olmalı), digərində nəfsi ilə hesablaşmalı və qalan hissədə isə Allah-təalanın onun üçün yaratdığı nemətlər haqqında düşünməlidir”.(Bihar əl-ənvar, c.70, s.64 )
    2.O Həzrət(s) yenə də buyurmuşdur:
    "Hər bir bəndə nəfsi ilə şərikin öz ortağı və ağanın öz qulu ilə hesabatlaşmasından daha sərt şəkildə hesabat çəkməyincə mömin sayılmaz”.(Həmin mənbə. )
    3.İmam Cəfər Sadiq(ə) buyurmuşdur:
    "(Qiyamət günü) sorğu-sual olunmazdan öncə öz nəfsinizlə hesabat çəkin. Həqiqətən, Qiyamət günü əlli mərhələ (sorğu-sual mərhələsi) olacaq və hər bir mərhələ də min ilə bərabər olacaqdır”.(Bihar əl-ənvar, c.70, s.64. )
    Sonra isə İmam(ə) bu ayəni oxudu:
    "O, (Allah-təala) göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (Qiyamət günündə) Ona (Allah dərgahına) yüksələr”.(Səcdə surəsi, ayə 5. )
    4.İmam Museyi Kazım(ə) isə bu haqda buyurmuşdur:
    "Hər gün öz nəfsi ilə haqq-hesab çəkməyən şəxs bizdən (müsəlman) deyil Belə ki.yaxşı işlər görmüşsə, onların daha da çoxalmasını diləməli və Allah-təalaya şükr etməli və yaxud pis işlər görmüşsə, Allah-təaladan onların bağışlanılmasını istəməli və (bu işlərə görə) tövbə etməlidir”.(Bihar əl-ənvar, c.70, s.64. )
    5.İmam Əli(ə) insanları, öz nəfsləri ilə hesabat çəkmədən onu nəzarətsiz qoymaqdan çəkindirərək buyurmuşdur:
    "Nəfsinə qarşı biganə olan şəxs mənliyini itirər”.(Mizan əl-hikmə, c.10, s.146. )
    6.Şəddad ibn Ous Həzrət Rəsulullah(s)-ın belə buyurduğunu nəql etmişdir:
    "Özünü (öz nəfsini) danlayan (onunla hesabat çəkən) və ölümdən sonrakı həyatı (axirəti) üçün çalışan fərasətli, nəfsi öz (şəhvani) istəklərinin arxasınca gedən və Allaha minnət edən isə aciz insandır”.
    Tirmizi bu hədis haqqında belə demişdir:
    "Bu həsən(Üsul elmində hədislər bir neçə qismə bölünmüşdür və bu qismlərdən biri də həsən hədislər qismidir. Həsən hədis dedikdə (ravilərin həyatını öyrənən) alimlər tərəfindən mədh edilmiş ravilərin və yaxud da on iki imam tərəfdarı olmuş, inanılmış və mədh edilmiş ravilərin nəql etdikləri hədis nəzərdə tutulur(Tərcüməçidən). )hədisdir Həzrət Peyğəmbər(s) "özünü (nəfsini) danlayan”, dedikdə, Qiyamət günü sorğu-sual olunmazdan əvvəl dünyada özü(nəfsi) ilə hesabat edən şəxsə işarə edir».
    Ömər ibn Xəttabın (Peyğəmbərin dilindən) belə bir hədis söylədiyi rəvayət olunmuşdur: "(Qiyamət günü) sorğu-sual olunmazdan əvvəl özünüzlə (nəfsinizlə) hesabatlaşın və Qiyamət günü üçün yaxşı əməllərlə zinətlənin. Qiyamət günü sorğu-sual, yalnız dünyada özü (nəfsi) ilə hesabat etmiş insan üçün asan olacaq”. Məymun ibn Mehran tərəfindən də (Peyğəmbər(s)-in buyurduğu) bir hədis rəvayət olunmuşdur: "İnsan , ortağı ilə onun yediyi və geyindiyi şeylərlə bağlı hesabat apardığı kimi özü (nəfsi) ilə də hesabatlaşmayınca təqvalı bəndə sayılmaz”.(Sünən Tirmizi, Sifətul-qiyamə vər-rəqaiq vəl-vərə bölməsi, 2459-cu hədis. )
    7.İnsan öz nəfsi ilə hesabat apardıqda və onu izlədikdə də olduqca diqqətli və sərt olmalıdır. Əks halda laqeidliyi və biganəliyi onu çətinliklərlə üzləşdirər.
    İmam Əli(ə) bu haqda buyurmuşdur: "Nəfsinə, onun sevdiyi işlərdə güzəşt edən insana nəfsi nifrət etdiyi işlərlə əziyyət verər”.(Mizan əl-hikmə, c.10, s.146)
    8.İmam Əli(ə) yenə də buyurmuşdur: "Öz nəfsi ilə hesabat aparan uğur qazanar, ondan xəbərsiz olan isə ziyana uğrayar”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 208-ci kəlam)
    9.İmam(ə) xütbələrinin birində belə buyurmuşdur:
    "Ey Allah bəndələri! (Qiyamət gününün tərəzisində çəkilməzdən əvvəl) nəfsinizi (haqq tərəzisində) çəkin və (həmin gün) sorğu-sual olunmazdan öncə onunla hesablaşın”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 90-cı xütbə. )
    Bununla məlum olur ki, dini baxımda insanın dünyada öz nəfsi ilə hesabat aparmasının, axirətdə Allah-təalanın onu sorğu-sual etməsi ilə əlaqəli olduğu dəfələrlə bəyan edilir. İnsan dünyada nəfsini nəzarətdə saxlayaraq onu doğru istiqamətə yönəldib diqqətlə izlədikdə, axirət sorğu-sualı onun üçün asanlaşmış olar. Lakin nəfsini unudub ona qarşı etinasız və yaxud onunla mülayim davranarsa, axirətdə ona Allah-təalanın hüzurunda olduqca çətin, əzablı və uzun sürən bir imtahan mübtəla edilmiş olar.
    10.Təəccüblü burasıdır ki, bəzən insan öz nəfsi ilə hesabat aparmağı və ona nəzarət etməyi tamamilə unudaraq digərlərinin səhvlərinə diqqət yetirir, yalnız onları izləməklə məşğul olur və daim özgələrinin eyiblərindən danışır. İmam Əli(ə) bu qəbildən olan insanlara belə tövsiyyə etmişdir:
    "(Ey insan!”) Sən yalnız öz nəfsinlə hesabat çək. Başqa nəfslərin hər birinin hesab çəkəni vardır”. (Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 222-ci xütbə.)
    Nəfsi azğınlığın nəticələri
    Həqiqətən, nəfs xəstəliklərə düçar olması və yolunu azması səbəbindən böyük təhlükələr, yeni-yeni dəhşətli xəstəliklərlə üzləşməli olur. Bu böyük təhlükə və yeni törənmiş xəstəliklər insanın həyatının bütün sahələrini əhatə edir, onun dünyada yaşayışını, gələcək axirət həyatını həsrət və bədbəxtliyə məhkum edir. İnsanın fitrətində, onu özünü sevməyə, həmçinin təhlükə və zərərlərdən uzaqlaşmağa təhrik edən bir hiss olduğu halda, nə üçün bu kimi xəstəlik və böyük təhlükələrə qarşı etinasızlıq göstərərək müvəqqəti ləzzətlər gətirən şəhvətinə uyaraq bu qədər bəlalara və bədbəxtliyə düçar olmağa razı olur?
    Həqiqətdə bu kimi dəhşətli uçuruma yuvarlanmamaq üçün insanın mütəmadi olaraq ilhamlandırmağa, təlimata və öyüd-nəsihətə ehtiyacı vardır.
    Aşağıdakı dini mətnlərin (ayə və hədislərin) əsas hədəfi də məhz bundan ibarətdir.
    1.Qurani-Kərim insanın üzləşdiyi bütün müsibət və bəlalara yalnız özünün (öz nəfsinin) səbəb olduğunu inkar edilməz bir həqiqət kimi bildirmişdir. Belə ki, Allah-təala Nisa surəsinin 79-cu ayəsində buyurmuşdur:
    "(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir”.
    2.Fərdlərdə olduğu kimi, ümumilikdə, ümmətlər və cəmiyyətlərin də, həmçinin bəlalara düşməsinin, uğursuzluqlara düçar olmasının əsas səbəbi nəfsi problemlərdir. Bu haqda Allah-təala buyurmuşdur:
    "Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düçar etdiyiniz halda (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: "Bu haradan gəldi?” dediniz? (Ya Məhəmməd!) Söylə: "Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir”.(Ali İmran surəsi, ayə 165. )
    Bu ayədə Allah-təala müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətindən söhbət açaraq buna onların özlərində (nəfslərində) olan xəstəliklərin səbəb olduğunu bildirir. Xüsusi olaraq dağın zirvəsində olan oxcuların öz strateжi mövqelərini tərk edib qənimət arxasınca getdikdən sonra düşmən bu döyüşdə əsas mövqeni ələ keçirib üstünlüyə yiyələndi.
    3.Digər bir ayədə isə Allah-təala buyurmuşdur:
    "(Kafirlərə verilən) Bu əzab ona görədir ki, bu tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir”.(Ənfal surəsi, ayə 53. )
    4.Ənəs ibn Malik Peyğəmbər(s)-in belə buyurduğunu nəql etmişdir:
    "Cənnət əzab-əziyyət və çətinliklərlə, cəhənnəm isə şəhvətlərlə (cəlb edici və aldadıcı ləzzətlərlə) əhatə olunmuşdur”.(Səhih Müslim, Cənnət, onun nemətlərinin vəsfi, Cənnət əhli bölməsi, 2823-cü hədis. )
    5.İmam Əli(ə) buyurmuşdur:
    "Nəfsinin öz (şəhvani) istəklərinə uymasına və dünya ləzzətlərini üstün tutmasına yol vermə, yoxsa, o sənin dinini elə viran edər ki, bir daha bərpa edə bilməzsən (yəni səni dinindən elə bir tərzdə uzaqlaşdırar ki, bir daha haqq yola qayıda bilmərsən). Və özünü də elə bir ziyana salar ki, heç zaman uğur qazana bilmərsən”.(Mizan əl-hikmə, c.10, s.431.)
    Bu ziyan dinin və dünyanın itirilməsidir.
    6.Nəfsin haqq yoldan azmasının ən təhlükəli zərərlərindən biri də onun əqlə təsir göstərməsidir. Belə ki, (sağlam olmayan) nəfs əqlin qüdrətini parçalayıb fəaliyyətini yayındırar. İmam Əli(ə) bu haqda belə buyurmuşdur:
    "Əql həvayi-nəfslə şəhvətin təzyiqi nəticəsində aradan gedər”. (Mizan əl-hikmə, c.6, s.431.)
    Əqli aradan getmiş insanın daha nəyi qalar?
    Bundan sonra onun nə qiyməti olar?
    7.İmam Əli(ə) insanları, şəhvani hisslərin əqlə üstün gəlməsinə və onun (əqlin) doğru yol göstəricisi kimi rol oynamaq əvəzinə, nəfsin istəklərinə xidmət etməsindən ehtiyatlanmağa çağıraraq buyurmuşdur:
    "Artıq şəhvət hissləri onun (öncə haqqında danışdığı şəxsin) əqlini parçalamışdır”. (Nəhcül-bəlağə, 109-cu xütbə)
    8.İmam Əli(ə) Müaviyyə ibn əbu Süfyana yazdığı məktubda ona belə demişdir:
    "Artıq nəfsin səni şərrə doğru sürükləmiş, günahlara batırmış, təhlükəyə atmış və əyri (batil) yollarla getməyə məhkum etmişdir”. (Nəhcül-bəlağə, 30-cu məktub. )
    Bununla aydın olur ki, bütün nöqsanların gizləndiyi nöqtə, həmçinin zəlalətin və azğınlığın mənbəyi, məhz odur(nəfs).
    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 884 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024