İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 2:00 PM
    ÜÇÜNCÜ FƏSİL
    Süquta uğramaq təhlükəs
    Nə üçün hər gün namazda təkrar olaraq: İlahi, bizi düz yola hidayət et, deyirik?
    Məgər bir müsəlman və mömin olaraq düz yolda deyilikmi?
    Getdiyimiz yolun doğruluğuna şübhəmi edirik?
    Olmaya zəlalətə uğradığımızı güman edirik?
    Həqiqətdə, doğru yol dedikdə insanın yol ayrıcında seçdiyi bir yol deyildir ki, o, bu yolu bir dəfə tapmaqla onunla sonadək gedə bilsin. Əksinə, insan hər an, hər hansı bir mövqe tutmaq və hətta danışmaq istədikdə belə özünü müxtəlif yollar və seçimlər qarşısında görür. Hansı ki, bu yollardan yalnız biri doğru, digərləri isə əyri və batil yolları təmsil edir. Deməli, insan hər an zəlalətə uğramaq və tutduğu yoldan üz döndərmək təhlükəsi ilə üzləşə bilər. Məhz bu səbəbdən o, daim: İlahi, bizi doğru yola hidayət et deyə dua etməlidir. Çünki əsas məsələ doğru yolu tanıyıb, addımlamaq deyil, bu yolda sabit qədəm olub sədaqətlə davam etdirməkdir. Hidayət olunub haqq yolu tanıdıqdan sonra zəlalətə uğramamaq və batilə doğru meyl etməməyimiz üçün Allah-təala da bizləri daim Onun himayəçiliyini diləməyə çağırır.
    Belə ki, Ulu Tanrımız Qurani-Kərimin ''Ali-İmran'' surəsinin 8-ci ayəsində buyurmuşdur:
    "Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən həqiqətən ən (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!”
    Digər bir ayədə isə uca və əzəmətli xaliqimiz bizə böyük İsrail alimi olmuş Bələm ibn Bauranın əhvalatını xatırladaraq, hidayət və zahidliyin ən uca zirvəsinə yüksəldikdən sonra qəflətən küfr və zəlalət bataqlığına düşdüyü üçün onu mənfi insan obrazında nümunə gətirmişdir. Allah-təala bu şəxs haqqında ''Əraf'' surəsinin 175-176-cı ayələrində məlumat vermişdir:
    "(Ya Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin (Bələm ibn Buranın ) xəbərini söylə. O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.
    Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da, dilini çıxardıb ləhləyər, cummasan da. Bu ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəllərdir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!”
    Məgər İblis Allaha ibadət edib, Onun qarşısında boyun əyməmişdirmi? Hətta cin tayfasından olmasına baxmayaraq, Allah-təala onu yaxşı ibadət etdiyi üçün mələklərin səviyyəsinə də qaldırmışdı. Qeyd edək ki, Allah-təala onun cinlərdən olması haqda belə buyurmuşdu:
    "(Ya Məhəmməd!) Xatırladaq ki, bir zaman mələklərə: "Adəmə (təzim məqsədilə) səcdə edin!” –demişdik. İblisdən başqa hamı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi”. (Kəhf surəsi, ayə 50. )
    Lakin o, bir anlıq yolundan azması nəticəsində qiyamət gününə qədər zəlalət və bədbəxtlik rəmzinə çevrildi. İmam Əli(ə) bu haqda belə demişdi:
    "İblis altı min il Allaha ibadət etmişdir. Özü də bilinmir ki, bu (altı min il) dünya illərinə aiddir, yoxsa axirət illərinə”. (Nəhcül- bəlağə, 192-ci xütbə. )
    Bir çox hədislərdə haqq yolda böyük bir məsafəni qət etdikdən sonra süquta və zəlalətə uğramış, tarixdə mənfi obrazda misal vurulan bəzi insanlar haqda məlumat verilmişdir. Yəhudi cəmiyyətlərindən birində Allah qarşısında boyun əyib Ona zəlilcəsinə ibadət etməkdə nümunə olmuş Bərsisa adlı zahid bir abidi buna misal gətirmək olar. Allah dərgahında ali fəzilətlər və yüksək məqam sahibi olduğundan bu abidin duası tez müstəcəb olardı. Camaat onun yanına ruhi və digər xəstələri gətirər, abid isə öz növbəsində həmin xəstələrə dua edər və onlar Allahın izni ilə Bərsisanın yanında şəfa tapırdılar.
    Günlərin birində onun yanına ruhi xəstəliyə düçar olmuş gözəl və şərəfli bir qadın gətirirlər. Qardaşları Bərsisanın duaları və nəfsinin bərəkəti ilə ona Allah tərəfindən şəfa verilməsi üçün bu zavallı qadını onun daxmasında qoyub gedirlər.
    Ani bir diqqətsizliyə yol verməsi (nəfsinə aldanması) nəticəsində belə bir abid həmin xəstə qadına qarşı çox iyrənc bir cinayət işlədir. Cinayəti törətdikdən sonra bir neçə anlığa xəyala dalıb özlüyündə; bəlkə də o, hamilə olmuşdur, İlahi, nə rüsvayçılıqdır, deyə düşünür.
    Nəticədə isə, rüsvayçılıqdan qurtulmaq üçün onu öldürüb səhrada basdırmaq qərarına gəlir. Lakin cinayətin aşkar və qaçılmazlığından onun gizlədilməsi mümkün deyildir. Bu səbəbdən abid hökmdarın qarşısında cinayət törətməsini etiraf etmək məcburiyyətində qalır və bu iki cinayət zina və qətl üçün onun çarmıxa çəkilib edam olunmasına hökm verilir.
    Taxta üzərində çarmıxa çəkilmiş vəziyyətdə həqarətli və rüsvayçı həyatdan xilas olub rahatlıq tapmaq üçün ölümünü gözlədiyi an şeytan ona vəsvəsə edərək deyir: "Səni bu müsibətə düçar edən mən oldum. İndi, yalnız mənə bir dəfə səcdə etsən, səni bu rüsvayçılıqdan qurtararam.
    Cinayətkar və bədbəxt abid şeytanın təklifini qəbul edərək ondan: Bu vəziyyətdə olduğum halda sənə necə səcdə edim? deyə soruşdu. Şeytan isə cavabında: Səcdəni işarə ilə etsən də, kifayətlənərəm, deyir.
    Nəhayət, işarə ilə şeytana səcdə edən abidin bu səcdədən dərhal sonra canı çıxır…(Səfinətul-bihar, c.1, s.71. )
    Beləliklə, onun, həyatı, ən çirkin cinayətə batmış halda sona yetir. Duaları Allah yanında müstəcəb olan bir abid dərəcəsinə yüksəldikdən sonra Bərsisa əvvəlcə zina və qətl kimi cinayətləri törədərək Allaha küfr edib şeytana səcdə etdi.
    İmanının dərəcələrindən asılı olmayaraq insanın həyatın hər bir anında süquta və zəlalətə uğramaq təhlükəsi ilə qarşılaşması bu şəkildə baş verir.
    Həzrət Peyğəmbərimiz(s) bu haqda belə buyurmuşdur: "Mömin bəndə ruhu bədənindən çıxan anadək aqibətin pisləşməsindən qorxar və Allahın razılığını qazandığına əmin olmaz”.(Səfinətul-bihar, c.2, s.209. )
    Bundan əlavə, bir çox hədislərdə bildirilir ki, mömin bəndə digər insanlardan fərqli olaraq daha təhlükəli sınaqlarla və daha çox zəlalətə yönəldici hallarla rastlaşa bilər. İmamlardan birinə öz mücahid bir tələbəsi: Ey Peyğəmbər övladı, şeytanın bizə qarşı hiylə işlətməsindən narahatsanmı? deyə sual etdikdə İmam cavabında belə buyurmuşdur: "Şeytanın sizdən başqalarına qarşı hiylə işlətməsindən narahat olamağa dəyərmi? Artıq o başqalarına (qeyri möminlərə) qarşı öz işini görmüşdür. (yəni onları artıq tora salmışdır)”.
    Təhlükə haradan gəlir
    Maraqlıdır, nə üçün mömin şəxslərin həyatında yolunu azmaq ehtimalı meydana çıxır? Yəqin ki, buna səbəb olan bir sıra amillər vardır. Xüsusi ilə də bu əsrdə yaşayan biz möminlər üçün.
    Birinci amil: Tərbiyə və ətraf mühitin təsiri.
    Həqiqətdə cəmiyyətimiz, həmçinin yaşadığımız mühit İslami dəyərləri dərk edib ona riayət etməkdə lazımi səviyyəyə çatmamışdır. Əksər ailələrin sağlam tərbiyə metodları, İslamda təlim-tərbiyə və uşaqların düzgün istiqamətləndirilməsi ilə bağlı təyin olunmuş proqramlar haqqında heç bir anlayış yoxdur. Böyüklərimizin yiyələndikləri və zehinlərimizə həkk etdirdikləri mədəniyyət (təlim-tərbiyə) heç də saf və sağlam bir mədəniyyət (təlim-tərbiyə) deyildir. Bu mədəniyyət uydurma, saxtakarlıq və xurafatlarla qarışmışdır.
    Həmçinin təsiri altında böyüyüb ərsəyə yetişdiyimiz davranış qaydaları və əxlaq normaları da İslamın buyuruqları ilə tam uyğun olmamaqla yanaşı, əsasən təhriflər və yanlışlıqlardan ibarətdir. İnsan bu kimi mühitdə tərbiyə olunduqda, hətta nəfsini islah etməyə və doğru yola yönəlməyə nail olsa belə, həmin tərbiyənin, və mühitin bəzi təsirləri onun nəfsində qalaraq onu batil yollarla, zəlalət uçurumuna doğru sürükləyər.
    İkinci amil: Dini qanun qaydalarına riayət etməyin sıxıntıları.
    Yaşadığımız maddiyyat əsrində, fəsad dolu belə mühitdə dini prinsip və dəyərlərə riayət etmək mömin bəndənin həyatında çətinlik, müsibət və sıxıntılar mənbəyinə çevrilmişdir.
    Sadiq və vəfalı Peyğəmbərimiz(s) doğru buyurmuşdur:
    "Elə bir zaman gələcəkdir ki, həmin zamanda öz dinindən yapışan (dinin qanunlarına riayət edən) şəxs əlində yanar köz tutmuş (insan) kimi olacaqdır”.
    Mömin bəndəyə zalımlar, mürtəce cəmiyyətdəki cinayətkarlar və hətta öz ailəsi, yaxınları tərəfindən göstərilən təzyiqlər, habelə onun pozğun mühitlə üz-üzə qalması və acı reallığa qarşı mübarizə aparması onu nəfsi baxımdan sıxıntıya salır. Hansı ki, bu sıxıntı onun (nəfsi ilə mübarizədən) geri çəkilməsinə, məğlub olmasına və yaxud da əxlaqının pisləşməsinə, psixoloжi problemlərlə üzləşməsinə səbəb ola bilər.
    Üçüncü amil: Pozğun mühitin təsiri.
    Yaşadığımız mühitə və nəfəs aldığımız havaya diqqət yetirək! Həqiqətən də, insan,adətən öz yaşadığı mühitdən təsirlənir. Belə ki, sağlam, mənəvi çirkablardan uzaq bir mühitdə yaşayan insanın nəfsinin səhifəsi bəyaz və təmiz olar. Lakin bütünlükdə fitnə-fəsad və azdırıcı vasitələrlə zəngin olan mühitdə yaşayan insan zəlalətə və pozğunluğa doğru sürüklənər. İctimai vəziyyət, cəmiyyətdəki hakim ideologiya, geniş yayılmış mədəniyyət, informasiya vasitələri, insana təsir göstərən mühitin tərkib hissələridir. Şübhəsiz ki, bir çox əxlaqsızlıqlar və çirkin təbliğatlar artıq bizim cəmiyyətimizdə də həmin tərkib hissələrinə (ideologiyamıza, mədəniyyətimizə, informasiya vasitələrimizə və s.) gizli şəkildə müdaxilə edərək ayıq, ehtiyyatlı və daxilən (mənəvi baxımdan) möhkəm olmayan insanlara öz mənfi təsirini göstərməkdədir.
    Dördüncü və sonuncu amil. Şeytanın rolu.
    Həqiqətən, mövcud əsrdə mömin bəndə şeytan üçün çox böyük və güclü rəqib sayılır. Lakin həmin şəxsin (mömin) digərlərinin haqq yola yönəldib, şeytanın planlarının alt-üst etməsi və onun yaratmaq istədiyi mühiti bərpa etməyə çalışan İslam təbliğatçısı olduqda isə daha güclü rəqib hesab edilir. Şübhəsiz ki, İslam təbliğatçısı olan mömin şeytanın daim müqavimət göstərdiyi və bütün gücünü sərf etməyə çalışdığı ən təhlükəli cəbhədir. Onun azacıq ehtiyatsızlığa yol verməsindən şeytan məharətlə istifadə etməyə hazırdır. Belə ki, o, (şeytan) mömin bəndənin həyatına adi bir dəlikdən və kiçik bir günah vasitəsilə belə soxulmağa yol tapır. Məhz bu səbəbdən Həzrət Rəsulullah(s) hədislərinin birində buyurmuşdur:
    "Məhəmmədin canı əlində olana (Allah-təalaya) and olsun ki, İblis üçün bir alim, min abiddən daha təhlükəlidir. Çünki abid özü üçün , alim isə başqalları üçün çalışar”.(Mizan əl-hikmə, c.6, s.461.)
    Məlum məsələdir ki, dərrakəsiz və dinini dərindən qavramayan min abidi yolundan azdırmaq şeytan üçün çox da çətinlik yaratmır. Digər tərəfdən, onların zəlalətə uğraması özlərindən qeyri-kimsəyə zərər yetirmir. Çünki onların (daim cəmiyyətdən, insanlardan uzaqlaşaraq tənhalıqda ibadətlə məşğul olduqları üçün) digərlərinə təsir göstərmək imkanı yoxdur. Lakin öz dinini tam dərk edən, onun bütün incəliklərini mükəmməl bilən bir mömini yolundan azdırmaq şeytan üçün çox çətin və məşəqqətli işdir. Digər bir tərəfdən isə, mömin bəndə başqalarına təsir göstərməsi, onları özünə cəlb etməsi ilə daim genişlənən və böyüyərək ətrafına əhatə edə bilən bir cəbhədir. Məhz bu səbəbdən şeytan bütün qüvvəsini və diqqətini bu təhlükəli cəbhəyə təbliğatçı möminə yönəldir. Peyğəmbərlər və İmamlar(ə) tərəfindən buyurulmuş dini mənbələr (hədis və rəvayətlər) isə öz növbəsində bizi qəflətə yol verməkdən çəkindirərək daim ayıq və diqqətli olmağımızın zəruriliyini vurğulayır.
    Əmirəl-möminin Əli(ə) buyurmuşdur:
    "(Nəfsinin hiylələrindən) qəflətdə olan şəxsi arzular aldadar və onu həsrət bürüyər”.(Səfinətul-bihar, c.2, s.323. )
    İmam Sadiq(ə) buyurmuşdur:
    "Əgər təkcə şeytan (insana) düşməndirsə, bəs onda qəflət nə üçündür?”(Həmin mənbə. )
    İmam(ə) bu kəlamı ilə bildirmək istəyir ki, qəflət də insanı təhlükəyə atan, acı nəticələrlə üz-üzə qoyan bir amildir (Tərcüməçidən).
    Şeytanın hiylələrindən ehtiyatlı olun
    Bu məsələ ilə bağlı son dərəcə əhəmiyyətli olan bir fikir vardır ki, şeytan mömini doğru yoldan azdırmaq istədikdə, adətən ona aşkar şəkildə və rüsvayedici günahlar işlətməyi təklif etmir. Məsələn, heç zaman o, mömini içki içməyə, livatla(Livat, pedarastiya ilə uşaqbazlıqla məşğul olmağa deyilir(Tərcüməçidən) ) məşğul olamağa, yaxud namazı tərk etməyə çağırmır. Çünki bu kimi günahlar mömin üçün açıq-aydın rüsvayçılıq və məğlubiyyət sayılır. Bu səbəbdən məhz qəflətdə və diqqətsiz olduğu anlarda mömini tələyə salmaq üçün ona qarşı münasib bir hiylə işlətmək lazım gəlir.
    Əmirəlmöminin Əli(ə) Kumeyl ibn Ziyad adlı səhabəsinə etdiyi tövsiyyəsində belə buyurmuşdur:
    "Onlar (yəni şeytanlar) hər bir insanı mütilik və asilik baxımından öz səviyyəsinə uyğun tərzdə aldatmağı, mənasız işlərə cəlb etməyi, şirnikləndirməyi, lovğalandırmağı və ona vəsvəsə etməyi bacarırlar. Onlar, məhz bunun hesabına insana qalib gəlib ona hakim kəsilirlər(onu təsiri altına salırlar)”.(Bəsair və Huda”, səh.62. )
    Bu halda şeytan hansı vasitə ilə insanın qəlbinə yol tapır?
    Həqiqətdə o, mömin bəndənin qəlbinə onun öz dininin vasitəsilə yol tapır. Belə ki, ona qarşı plan hazırlayaraq üzərinə din nişanəsi vurur, onun üçün zahiri itaət və ibadətlə bəzədilmiş bir tələ qurur. Mömin isə bir anlıq öz sayıqlığını və iltifatını əldən verməsi nəticəsində şeytanın qurduğu bu tələyə düşüb onun ovuna çevrilir. Qurani-Kərimdə (şeytansifət insanları) məhz bu əməldən çəkindirilərək buyrulmuşdur:
    "Bilərək haqqa batil (yalan) don geyindirməyin”.(Bəqərə surəsi, ayə 42 )
    İmam Əli(ə) isə bu haqda belə buyurmuşdur: "Əgər batil haqdan ayrılıb seçilsəydi, onu axtaranlardan gizli qalmazdı və haqq da batil donundan çıxıb xilas olsaydı, haqdan üz döndərənlər ondan əl çəkərdilər. Lakin hər birindən bir az götürülüb bir-birinə qarışdırılmışdır. Belə olduqda isə şeytan öz dostlarına (ona uyanlara) hakim kəsilir və yalnız əvvəlcədən Allahın nemət verdiyi (yəni rəhm etdiyi) şəxslər (onun hiylələrindən) qurtularlar”.(Nəhcül-bəlağə, 50-ci xütbə.)
    Şeytanın bəzi möminlərin nəfslərində bir çox mühüm dini məsələlərin (kiçildilməsi) hesabına digər (nisbətən az əhəmiyyət daşıyan) dini məsələləri böyüdüb şişirtməsi də bu qəbildəndir. İmam Zeynul-Abidin(ə) dualarından birində buyurmuşdur: "(İlahi!) Əgər şeytan onları (insanları) aldadıb sənin itaətindən yayındırmağa çalışmasaydı, heç kim sənə asi çıxmaz və onlara batili haqq kimi göstərməsəydi, kimsə sənin yolundan azmazdı”.(Səhifeyi - səccadiyyə, 37-ci dua. )
    Belə ki, (bəzi möminlər şeytana aldanaraq) ibadət adı ilə - namaz qılıb, dua etməklə məşğul olmaq bəhanəsi ilə Allah yolunda cihad etməyə etinasız yanaşırlar.
    Təqiyyənin(Təqiyyə, mömin bəndənin zülm və haqsızlıqlarla dolu olan bir cəmiyyətdə özünü , malını və namusunu təhlükədən qorumaq üçün öz həqiqi mövqeyini və əqidəsini gizlətmə sinə deyilir(Tərcüməçidən). ) vacibliyi ünvanı altında mömin, batil qarşısında boyun əyib ona təslim olmuş bir vəziyyətdə yaşayır. Müctəhidlərdən birinə təqlid etməsini əlində əsas tutaraq o, ''əmr be məruf'' (yaxşı işlərə əmr etmək) və ''nəhy əz münkər'' (pis işlərdən çəkindirmək) prinsipini tərk edir. Həmçinin, vaxtını, yalnız özünü islah etmək və daxilən (mənəvi baxımdan) yetişdirməyə sərf etdiyini bəhanə gətirərək Allah yolunda işləməkdən boyun qaçırır. Həqiqətən də, şeytan, adətən bu kimi məqamlardan istifadə edib sayıqlığını itirmiş, qəflətdə olan bəzi möminlərə tələ quraraq onların qəlbinə yol tapır.
    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 653 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024