İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 1:54 PM
    İmam Həsən ibn Əlinin (ə) nəsihətlərindən
    O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərəfədə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:
    "Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun günündən əvvəl çəkmə”.
    "Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axirətdə insanı dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir)”.
    "Dünyan (dünyanla bağlı işlərin ) üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən (yəni dünya işlərində tələsməyə bilərsən. Lakin Axirətlə bağlı işlərini heç zaman təxirə salmamalısan)”.
    "Əgər qohum-əqrəbanın köməyi olmadan izzət və ehtiram, həmçinin hökmdar olmadan əzəmət və nüfuz qazanmaq istəyirsənsə, onda Allah-təalaya asi çıxmaq zillətindən qurtulub Ona itaət etmək şərəfinə nail ol”.(Qadətuna keyfə nərifuhum, c.5, səh.325-326 )
    İmam Mühəmməd Baqirin (ə) nəsihətlərindən
    İmam Baqir (ə) yaxın tələbələrindən biri Cabir ibn Yəzid əl-Cöfiyə nəsihət edərək buyurmuşdur:
    "Sənə beş xüsusiyyəti tövsiyə edirəm: Sənə zülm edilsə də, zülm etmə və sənə xəyanət edilsə də, xəyanət etmə. Təkzib olunduqda (dediklərini inkar etsələr) qəzəblənmə. Tərif olunduqda fərəhlənmə və məzəmmət olunduqda isə təşvişə düşmə. Haqqında deyilənlər barədə düşün. Əgər bu deyilənləri (mənfi xüsusiyyətləri) özündə görsən, onda (bil ki,) haqqa qəzəblənməklə, böyük və əzəmətli Allahın yanında alçalmağın sənin üçün insanların nəzərindən düşməkdən daha ağır olar. Əgər haqqında deyilənlər səndə olmasa, onda cismini əziyyətə salmadan savab qazanmış olarsan”.
    "Bil ki, sən, yalnız o zaman bizim dostumuz sayılarsan ki, yaşadığın ölkənin əhli hamılıqla sənə: pis insansan, dedikdə, bu səni kədərləndirməsin, həmçinin sənə: yaxşı insansan, söylədikdə də bu səni fərəhləndirməsin. Hər halda yaxşısı budur ki, özünü Allahın kitabı ilə üz-üzə qoy. Onun göstərdiyi yolu gedib, çəkindirdiklərindən çəkinib, təşviq etdiyi işlərə rəğbət bəsləyib və qorxutduğu şeylərdən qorxduğunu hiss etdiyin halda isə (bu yolda) möhkəm, sabitqədəm ol və fərəhlən. Bu halda haqqında deyilənlər də sənə ziyan etməz. Yox əgər Qurana müxalifsənsə, onda səni öyündürən nədir?”
    "Həqiqətən, mömin nəfsinin öz şəhvani istəklərinə qalib gəlməsi üçün daim ona qarşı mübarizə aparar. Bəzən o, nəfsinin xətalarını düzəldərək Allah eşqinə onun şəhvani istəklərinə müxalif çıxar, bəzən isə nəfsi ona üstün gələr və o, həvayi-nəfsinin ardınca gedər. Allah-təala onu ucaltdıqda ruhlanar, xətalarını bağışladıqda (Allahın əzabını) xatırlayaraq tövbə etməyə üz tutar və qorxuya düşər. Qorxusu artıqca isə düşüncə və biliyi də artar. Odur ki, Allah-təala buyurmuşdur: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünər və dərhal (gözləri açılıb) görən olarlar”.(Töhəf əl-uqul, səh.206-207. Əraf surəsi, ayə 201)
    İmam Cəfər Sadiqin (ə) nəsihətlərindən
    İmam Sadiq(ə) yaxın səhabələrindən biri Abdullah ibn Cündəb əl-Bəcli əl-Kufiyə bir sıra mühüm məsələlər və dəyərli həqiqətlər haqda bəzi nəsihətlər etmişdir. Bu nəsihətlərdən seçilmiş aşağıdakı iqtibaslara nəzər salaq:
    "Ey ibn Cündəb, gecə-gündüz öz əməlini gözlərinin önünə gətirərək nəfsi ilə hesabat çəkmək hər bir müsəlmanın borcudur. Belə ki, Qiyamət günü rüsvay olmasın deyə yaxşı əməlini gördükdə onun artırılmasını, pis əməlini gördükdə isə onun bağışlanılmasını (Allah-təaladan) diləməlidir. Xoş o bəndənin halına ki, Axirəti istəyir və onu qazanmağa çalışır. Həmçinin xoş o kəsin halına ki, onu aldadıcı arzular (haqq yoldan) sapındırmır”.
    Sonra o Həzrət(ə) buyurdu: "Allahın mərhəməti olsun o insanlara ki, (hidayət yoluna nur saçan) çıraq və məşəl olmuş və camaatı öz əməlləri ilə bacardıqları qədər bizə doğru səsləmişlər (yəni camaatda bizə qarşı inam və məhəbbət hissi yaratmışlar)”.
    "Ey ibn Cündəb, möminlər yalnız o kəslərdir ki, Allahdan qorxar və onlara bəxş olunmuş hidayətin itirilməsindən ehtiyatlanarlar (narahat olarlar). Onlar Allahı və onun nemətlərini yad etdikdə (Onun heybət və əzəmətindən) qorxub titrəyər, Allahın ayələri oxunduğu zaman Onun (bu ayələrdə) zahir etdiyi qüdrətinin təsirindən (nüfuzundan) imanları artar və onlar ancaq öz Rəbbinə təvəkkül edərlər”.
    "Ey ibn Cündəb, öz əməlinə arxalanan həlak olar və Allahın rəhmətinə arxayın olub günah etməyə cürət edən də heç vaxt nicat tapmaz”.
    Dedim: - Kimlər nicat tapacaqdır?
    Buyurdu: "Ümidlə qorxu arasında olanlar (Allahın rəhmətinə ümid bəsləyib eyni zamanda Onun əzabından qorxanlar). Onların qəlbləri (yırtıcı bir) quşun caynağına düşmüş kimi savaba can atar və əzabdan qorxar”.
    "Ey ibn Cündəb, hər kim Allahın onu (Axirətdə) huri-eynlə (Cənnət huriləri ilə) evləndirməsini və başına nurdan tac qoymasını istəyirsə, onda öz mömin qardaşını sevindirsin”.
    "Ey ibn Cündəb, gecə yatmağını, gündüz isə danışmağını azalt. Çünki bədəndə (bədən üzvləri arasında) gözlə dildən az şükr edən üzv yoxdur. Süleyman(ə)-ın anası ona bu xüsusda belə demişdir: "Ey oğul, çox yatmaqdan çəkin, həqiqətən bu iş (yəni çox yatmaq) insanların öz əməllərinə möhtac qalacaqları gün səni də möhtac qoyar”.
    "Ey ibn Cündəb, həqiqətən, şeytan tələ qurub (insanları) bunun vasitəsilə ovlamaqdadır. Odur ki, onun qurduğu tələlərdən və hiylələrdən özünüzü qoruyun!”
    "Ey ibn Cündəb, canını (Cəhənnəm odundan) xilas etməkdən qeyri şeyin fikrini çəkən (yəni dünyanı düşünən) şəxsin nəzərində əzəmətli Allah, dəyərsiz, əhəmiyyətsiz olar və (bununla da) o, Rəbbindən çox cüzi bir mənfəət əldə edər (yəni dünyanı üstün tutmuş olar).
    Öz qardaşını aldadan, təhqir edən və ona qarşı kin bəsləyən şəxs üçün Allah-təala Cəhənnəm odunu məskən qərar verər. Möminə həsəd aparan (paxıllıq edən) şəxsin isə qəlbində olan iman, duzun suda əriyib həll olması kimi əriyib aradan gedər”.
    "Ey ibn Cündəb, öz (mömin) qardaşının ehtiyacını ödəməyə (hansısa bir işini düzəltməyə) gedən şəxs Allah yanında Səfa və Mərva (təpələri) arasında yüyürən, onun ehtiyacını ödəyən isə Bədr və Ühüd döyüşləri zamanı Allah yolunda öz qanına boyanmış şəxs kimidir. Allah-təala hər hansı bir ümmətə yalnız onlar öz yoxsul qardaşlarının hüquqlarına hörmətsizliklə yanaşdıqları zaman əzab göndərər”.
    "Ey ibn Cündəb, itaət olunmaları vacib buyurulanların (Peyğəmbərlər, İmamlar və valideynlərin) üzünə ağ olmaqdan başqa bütün günahlar bağışlanar və riyakarlıqla edilənlərdən başqa bütün yaxşılıqlar qəbul olunar”.
    "Ey ibn Cündəb, əgər Allahın evində (dərgahında) Ona yaxın olmaq və Firdous Cənnətində yaşamaq istəyirsənsə, onda dünyanı dəyərsiz, əhəmiyyətsiz bir şey hesab et və sabahın üçün (dünya malından) heç nə yığıb saxlama. Bil ki, sənə qalan, məhz (axirətin üçün) göndərdiklərin (yəni, xeyirxah və savab əmələr), ziyan gətirən isə təxirə saldıqların (yəni təxirə salıb, sonra edə bilmədiyin savab və lazımlı işlər) olacaqdır.
    Özünü hər növ bəlaya - istər övladla, istər mal-dövlətlə, istərsə də fəlakətlə bağlı bəlalara səbr etməyə öyrət. Həqiqətən, Allah verdiyi nemətini əlindən almaq və bəxş etdiyi hədiyyəsini geri götürməklə sənin səbrini və şükr etməyini yoxlayar (imtahan edər).
    Allaha (yəni onun rəhmətinə) elə ümid bəslə ki, bu ümid səni, Ona asi çıxmağa ruhlandırmasın, həmçinin Allahdan elə qorx ki, bu qorxu səni Onun rəhmətindən məyus etməsin.
    Cahilin sözünə, tərifinə aldansan, təkəbbürlük və lovğalıq etməyə, öz əməlinlə öyünməyə başlayarsan. Həqiqətən, əməllərin ən yaxşısı ibadət və təvazökarlıqdır”.
    "Ey ibn Cündəb, camaatın səni tərifləməsi üçün onların gözü qarşısında sədəqə vermə. Həqiqətən, belə etsən (bu işdə qazandığın) savabı itirmiş olarsan. Əksinə, (elə et ki, ) sağ əlinlə verdikdə sol əlin bilməsin. Yolunda sirr olaraq sədəqə verdiyin kimsə (yəni, Allah-təala), səni elə bir gündə açıq-aşkar insanların gözü qarşısında mükafatlandıracaqdır ki, həmin gün insanların sənin sədəqəndən xəbərdar olmamaları sənə zərər gətirməyəcəkdir”.
    "Ey ibn Cündəb, xeyir və şər bütünlüklə sənin qarşındadır. Sən (həqiqi) xeyirlə (həqiqi) şəri yalnız, Axirətdən (yəni Qiyamət günündən) sonra görəcəksən. Çünki böyük və əzəmətli Allah bütün xeyirləri Cənnətdə, bütün şərləri isə Cəhənnəmdə qərar vermişdir. Onlar ikisi də əbədi qalacaqlar. Allahın hidayət bəxş etdiyi, imanla kəramətləndirdiyi, doğru yolu öyrətdiyi, nemətlərini tanıması üçün əql verdiyi, dini və dünyəvi işlərini qaydaya salması üçün elm və hikmət əta etdiyi şəxsin borcudur ki, daim Allaha şükr edib, Ona qarşı nankor olmasın, Onu xatırlayıb heç zaman unutmasın və Ona itaət edərək əmrlərindən çıxmasın.
    Yalnız vaqiə baş verdiyi (yəni insanların dirilib qəbrlərdən qalxdığı), Qiyamət qopduğu, böyük bəla gəldiyi, yenilməz qüdrət sahibi (Allah) hökm etmək üçün (haqq) tərəziləri qurduğu və məxluqatı sorğu-suala çəkdiyi zaman, sən kimin yüksək məqam və kəramət sahibi olduğunu, həmçinin kimin həsrət və peşmançılıq çəkdiyini tam əminliklə biləcəksən. Odur ki, bu gün dünyada, Axirətdə sənə uğur gətirəcək əməlləri yerinə yetir”.
    "Ey ibn Cündəb, böyük və əzəmətli Allah bəzi vəhylərində buyurmuşdur: Mən, yalnız əzəmətim qarşısında baş əyən, Mənə xatir şəhvətindən çəkinən, bütün gününü Məni xatırlayıb zikr etməklə keçirən, yaratdıqlarım qarşısında öyünməyən, aca yemək, paltarsıza paltar verən, müsibətə düçar olanın halına yanan və kimsəsiz qəribə sığınacaq verən şəxsin namazını qəbul edirəm. Bu səbəbdən (bütün bu gözəl əməllərinə görə) də, onun nuru günəştək şəfəq saçar. Ona zülmətdə nur, cəhalət halında (biliksizliyə uğradıqda) isə ağıl, dərrakə verirəm. Öz əzəmətimlə onu himayə edir və mələklərimlə qoruyuram. Məni çağırır (yəni dua edir) cavab verirəm və Məndən (ehtiyaclarını) diləyir, əta edirəm. Mənim nəzərimdə belə bir bəndə, meyvələri misilsiz və dəyişməz olan (solmayan) Firdous Cənnətləri kimidir…”(Töhəf əl-üqul, səh.221-226.  )
    İMAM MUSEYI-KAZIM(Ə)-IN
    NƏSIHƏTLƏRINDƏN
    İmam Museyi-Kazım(ə)-ın tanınmış şagirdi Hişam ibn Hikəm Bağdadiyə etdiyi bu nəsihətlər elmin ən qiymətli incilərini özündə ehtiva edir, insana ən üstün dünya görüşü və dəyərli göstərişlər verir. Bu nəsihətlərdən bəzi hissələrə nəzər salaq:
    "Ey Hişam, hər bir şeyin əlaməti vardır, ağıllı şəxsin əlaməti isə təfəkkürdür”.
    "Ey Hişam, əlində qoz dənəsi olduğu halda və sən onun qoz olduğunu bildikdə camaat əlindəkinin mirvari dənəsi olduğunu desə, bunun sənə heç bir faydası olmaz. Həmçinin əlində mirvari dənəsi olduğu halda və sən onun mirvari olduğunu bildikdə camaat əlindəkinin qoz dənəsi olduğunu desə, bunun sənə heç bir zərəri olmaz”.
    "Ey Hişam, Allahın insanlar üzərində (Qiyamət günü onların bəhanələrinin qarşısını almaq üçün) iki dəlili vardır: Zahiri dəlili və batini dəlil. Zahiri dəlil elçilər, peyğəmbərlər və imamlar, batini dəlil isə əqllərdir”.
    "Ey Hişam, ağıllının az əməli ikiqat qəbul olunar. Həvayi-nəfsinə uyanın və nadan adamın isə çox əməli qəbul olunmaz”.
    "Ey Hişam, həqiqətən, ağıllı adam hikmət əldə etmək naminə dünyanın azı ilə (cüzi dünya malı ilə) qane olar. Lakin dünyanı qazanmaq üçün hikmətin azlığına (yəni hikməti itirmək bahasına dünyanı qazanmağa) razı olmaz. Məhz bu səbəbdən onların (ağıllı insanların) ticarəti uğurlu, mənfəətli olar”.
    "Ey Hişam, əgər sənə kifayət edən, ehtiyaclarını ödəyən ( miqdarda dünya malı) səni qane edirsə, onda ən az dünya malı da sənə yetər. Ehtiyaclarını ödəyən (miqdarda dünya malı) səni qane etmirsə, onda dünyada heç nə sənə kifayət etməz”.
    "Ey Hişam, aqil insanlar dünyanın hətta lazımsız, əbəs işlərini belə tərk etmişlər, o ki, qaldı günahlar ola. Çünki dünyanı tərk etmək fəzilət, günahları tərk etmək isə vacibdir”.
    "Ey Hişam, böyük və əzəmətli Allah əməli saleh insanların belə söylədiklərini (dua etdiklərini) hekayət etmişdir: Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə öz tərəfindən bir rəhmət bəxş et! Çünki sən həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən. Onlar bu sözləri qəlblərin (haqq yoldan) sapınmağa, cəhalət və azğınlığa qayıtmağa meylli olduğunu bildikdə söyləmişlər”.
    "Ey Hişam, insanlığı olmayanın dini, əqli olmayanın isə insanlığı olmaz. Həqiqətən, (Allah yanında) ən hörmətli insan dünyanı özü üçün təhlükə hesab etməyəndir. Cisminizə gəlincə isə (bilin ki,) onların qiyməti yalnız Cənnətdir. Bu səbəbdən onları Cənnətdən başqa heç nəyə satmayın”.
    "Ey Hişam, insanların şərəfini (namusunu) ləkələməkdən çəkinən şəxsin Qiyamət günü Allah-təala günahlarını, xətalarını bağışlayar. İnsanlara qarşı qəzəbini boğan şəxsə isə Allah-təala Qiyamət günü qəzəblənməz”.
    "Ey Hişam, aqil şəxs öz mənafeyinə (marağına, istəklərinə) xatir olsa belə yalan danışmaz”.
    "Ey Hişam, ikiüzlü və riyakar bəndə ən pis bəndədir. Qardaşını gördükdə tərifləyər arxasınca isə qeybətini edər, ona bir şey bəxş olunduqda həsəd aparar (paxıllıq edər), bəlaya düçar olduqda isə onu darda qoyar”.
    "Ey Hişam, həqiqətən, dünya ilan kimidir. Onun üstü yumşaqdır, qarnında isə öldürücü zəhər var. Ağıllı insanlar ondan ehtiyatlanar, uşaqlar isə ona əl uzadarlar”.
    "Ey Hişam, dünya dəniz suyuna bənzər. Susuz insan ondan içdikcə susuzluğu daha da artar və nəticədə bu su onu öldürər”.
    "Ey Hişam, heç zaman təkəbbürlük etmə. Həqiqətən, qəlbində zərrə qədər təkəbbur olan şəxs Cənnətə daxil olmaz. Böyüklük yalnız Allaha məxsusdur. Hər kim Allahın qarşısında böyüklük edərsə Allah-təala onu üzü üstə Cəhənnəm oduna atar”.
    "Ey Hişam, Peyğəmbər(s) buyurub: Möminin çox susduğunu gördükdə ona yaxınlaşın, həqiqətən, o, sizə hikmət söyləyər. Mömin az danışıb çox iş görən, münafiq isə çox danışıb az iş görən olar”.
    "Ey Hişam, təkəbbürlük etməkdən və elminlə öyünməkdən çəkinməsən Allah-təalanın nifrətini qazanarsan. Onun nifrətindən sonra isə nə dünyan sənə fayda verər, nə də axirətin. Dünyada sahibi olmadığı evdə yaşayan və oranı nə vaxt tərk edəcəyini gözləyən şəxs kimi ol! ”
    "Ey Hişam, din əhli ilə ünsiyyətdə olmaq dünya və axirətin şərəfi, nəsihət verən aqil insanla məsləhətləşmək isə uğur, bərəkət, kamillik və Allahın lütfüdür. Aqil şəxs sənə bir şeyi məsləhət gördükdə onun məsləhətindən çıxma. Həqiqətən, bu iş sənin məzəmmət olunmağınla nəticələnər. Qarşına iki iş çıxdıqda, hansının daha xeyirli və doğru olduğunu bilməsən, onlardan hansı həvayi-nəfsinə daha uyğundursa onu tərk et. Çünki ən doğru iş həvayi-nəfsinə müxalif olandır”.
    "Ey Hişam, dünyanı sevənin qəlbindən Axirət xofu gedər. Elm əta olunmuş şəxsin dünyaya məhəbbəti nə qədər artarsa, bir o qədər Allahdan uzaqlaşar və Allahın da ona qarşı qəzəbi artar”.
    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024