İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)

    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)
    2012-02-05, 5:46 PM
    MƏHƏBBƏT MƏKTƏBİ
    Kamil insan barəsində digər bir məktəb də vardır ki, onu həm məhəbbət və həm də özünü tanıma məktəbi adlandırmaq olar.
    Neçə min il bundan əvvəl Şərqi Asiyada çox ali fikir və düşüncələr olub ki, indi də bu barədə çox qədim hind kitabları mövcuddur. Onlardan bəziləri fars dilinə də tərcümə edilib ki, misal olaraq çox ali kitab olan «Opanişadha»nı göstərmək olar.
    Bizim böyük ustadımız Əllamə Təbatəbai neçə il bundan əvvəl «Opnişadha»nı ilk dəfə oxuyanda çox təəccüblənmişdi. Əllamə Təbatəbai deyirdi ki, bu kitablarda çox-çox ali mətləblər var, amma onlara çox az diqqət edilib.
    Bu məktəbdə, insanın bütün kamalları onun özünü tanıması ətrafında cəmlənib. Bu məktəbin sözü budur ki, «özünü tanı!» Əlbəttə «özünü tanı» cümləsini bütün peyğəmbərlər və həmçinin Sokrat da deyib. İslam peyğəmbəri də buyurub: «Kim özünü tanısa, Rəbbini tanıyar.» Bu məktəb isə yalnız insanın özünü tanımasına əsaslanır.
    Qandinin bir neçə məqalə və məktubundan ibarət olan bir kitab tərcümə edilib ki, fikrimcə çox yaxşı kitabdır. Bu kitabın adı «Budur mənim dinim»-dir. Qandi bu kitabda deyir: «Mən Opanişadhanı oxuyanda üç şeyi başa düşdüm ki, bu üç şey mənim üçün bir ömürlük həyat dərsidir.» Qandinin qeyd etdiyi birinci əsas budur: «Dünyada yalnız bir həqiqət var və o da özünü tanımaqdır». «Özünü tanı!» Qandi bu mətləb əsasında əcnəbi dünyaya çox gözəl hücum edərək belə deyib: «Əcnəbilər dünyanı tanıyıb, amma özlərini tanımayıblar, özlərini tanımadıqları üçün də həm özlərini, həm də dünyanı bədbəxt ediblər.» O, bu söhbətində çox gözəl və ali sözlər deyib.
    İkinci əsas budur ki, «özünü tanıyan həm Allahı və həm də başqalarını tanıyacaq.»
    Üçüncü əsas isə budur: «Yalnız bir qüvvə — azadlıq və ədalət mövcuddur və o, özünə hakimlik qüvvəsidir. Kim özünə hökmranlıq etsə və özünü idarə edə bilsə, digər əşyalara da hökmranlıq edəcəkdir və bu, düzgün hökmranlıqdır. Dünyada yalnız bir yaxşılıq var və o, insanın başqalarını da özü kimi sevməsidir. Başqa sözlə desək, başqalarına da özümüz kimi baxmalıyıq».
    Bildiyimiz kimi, Hind fəlsəfəsində «əməllərə diqqət» və «özünə qapılmaq» kimi məsələlər vardır. Əlbəttə o hal-hazırda mürəkkəbləşərək bir sıra çətin və qəribə məşğələlər, təlimlər və yoqa əməlləri şəklini alıb ki, mənim məqsədim bunlar deyildir. Hind fəlsəfəsinin əsası özünütanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır.
    Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz «məhəbbət» məktəbi qoyun, istəyirsiniz də «tanışlıq və mərifət!»
    DİGƏR İKİ MƏKTƏB
    Son iki-üç əsrdə bir sıra məktəblər yaranıbdır ki, onlarda fərdi cəhətlərə deyil, ictimai cəhətlərə daha çox meyl göstərilir. Onların biri «sinfi təbəqəyə bağlı olmayan insanı» kamil hesab edir və bildirir ki, insan hansısa təbəqədə, xüsusilə yüksək təbəqədə olsa həmişə naqis və eybli olacaqdır. Hətta deyirlər ki, ümumiyyətlə təbəqələrə bölünmüş cəmiyyətdə heç vaxt düz və sağlam insan mövcud ola bilməz. Bu məktəb insana yüksək dəyər vermədiyi üçün ideal kamil insana da çox inam bəsləmir. Bu məktəbin fikrincə kamil insan, təbəqəsiz və həmişə digər insanlarla bərabər vəziyyətdə yaşayan insandır.
    Bəziləri isə insanın azadlıq və agahlığına daha çox təkid ediblər və onların, agahlıqdan məqsədləri ictimai şüurun inkişaf etdirilməsidir. Ekzistansializm məktəbi azadlıq, agahlıq və ictimai məsuliyyətlərə daha çox təkid edir. Bu məktəbin fikrincə kamil insan azad, agah, vəzifəsinə əməl edən və məsuliyyətli insandır. Azadlığın özü də qalmaqal və üsyan tələb edir ki, bunun özü də başqa bir məktəbdir.
    MALİKİYYƏT MƏKTƏBİ
    Burada başqa bir məktəb də vardır və o, qüdrət məktəbinə çox yaxın olan «malikiyyət» məktəbidir. Bunların fikrincə, «kamil insan filosof olmalıdır», «kamil insan Allaha çatmalıdır» və bu kimi digər sözlər mənasız ifadələr və fəlsəfi uydurmalardır. Əgər insanlıq kamalına çatmaq istəyirsənsə, bəhrə aparmağa, daha çox yiyələnməyə çalış, varlığın nemətlərindən nə qədər çox bəhrələnsən, bir o qədər kamil insansan; ümumiyyətlə kamil insan bəhrələnən insandır. Buna görə də insan kamalının hikmətlə deyil, elmlə, elmin isə təbiətin tanımasından ibarət olmasını deyənlər və təbiətin tanınmasını ona hökmranlıq, onun insana xidməti və bəşərin ondan bəhrələnməsi üçün istəyənlərin sözləri, sonda bu nöqtəyə qayıdır ki, elmin insan üçün olan dəyəri zati deyil, vasitə xarakterlidir. Elm insan üçün ona görə yaxşıdır ki, o, insanın təbiətə hakim olmasında vasitə rolunu oynayır və təbiəti insana ram edir və o, təbiəti insana tabe etdikdə bəşər ondan daha yaxşı bəhrələnərək fayadalanır. Deməli, insanları kamala çatdırmaq istəyirsinizsə, onları təbiətdən bəhrələndirməyə çalışmalısınız. Təbiətdən bəhrələnməkdən başqa digər bir kamal yoxdur. Elmi bu qədər müqəddəsləşdirmək və ona zati dəyər və zati kamal qail olmağın hamısı boş şeylərdir. Elm vasitədən başqa bir şey deyil, elm bəşəriyyət üçün inəyin buynuzu və şirin dişləri kimidir.
    Əvvəlcə dediyimiz kimi, bunlar bir sıra nəzərlərdir. Gələcək söhbətlərimizdə islamın bunların hər biri barəsindəki nəzərlərini geniş şəkildə açıqlayacaq, onun əql, eşq, qüdrət, ictimai məsuliyyətlər və təbəqələrə bölünməmiş cəmiyyət barəsindəki baxışları və onları nə qədər dəyərləndirdiyini izah edəcəyik. Bunların hər biri geniş bəhslər tələb edir.
    ÖLÜMLƏ ÜZLƏŞMƏ TƏRZİ
    Burada ancaq bunu demək istəyirəm ki, insan kamalının təzahürlərindən biri onun ölümlə üzləşmə tərzidir. Çünki ölüm qorxusu insanın ən böyük zəif nöqtələrindəndir və bəşərin alçalmaq, zillətlərə düçar olmaq kimi minlərlə bədbəxtlikləri bu qorxudan yaranır. Əgər insan ölümdən qorxmasa bütün həyatı dəyişər. Ən böyük insanlar ölümlə qarşılaşanda son dərəcə cəsurluqla, bəlkə ondan da artıq böyük hiss ilə – təbəssüm və gülərüzlə ona tərəf gedənlərdir. (Əlbəttə məqsəd intihar deyil, hədəf yolunda olan ölümdür. Çünki onlar həyatda məsuliyyət daşıdıqlarını hiss edirlər. İntihar edən şəxs məsuliyyətdən boyun qaçırır). Məsuliyyətin yerinə yetirilməsi yolunda qarşıya çıxan ölüm səadət və xoşbəxtlikdir. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə cansız həyatdan başqa bir şey hesab etmirəm. Allah övliyalarından başqa heç kəs ölümə bu cür yanaşdığını iddia edə bilməz. Ölüm onlar üçün bir mənzildən digər bir mənzilə köçməkdən, imam Hüseyn (ə)-ın dili ilə desək, bir körpüdən keçməkdən başqa bir şey deyil. İmam Hüseyn (ə) Aşura günü sübh çağı ətrafındakılara belə buyurdu: «Ölüm, üzərindən keçdiyimiz körpüdən başqa bir şey deyil! Ey mənim səhabələrim! Bizim qarşımızda bir körpü var və biz onun üzərindən keçməliyik, onun adı ölümdür, həmin körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıq.» Ölüm onlara yaxınlaşdıqca, o həzrətin üzü daha da açılır, təbəssümlə dolurdu.
    Ömər Sədin yanında olan və hadisələri yazanlardan biri imam Hüseyn (ə)-ın həyatının son anlarında, yəni döyüş qurtardıqda və o həzrət halsız vəziyyətdə meydanda yerdə qaldığı vaxtda savab etmək məqsədilə Ömər Sədin yanına gedib belə deyir: İcazə ver Hüseyn ibni Əliyə bir qurtum su aparım, onsuz da o getməlidir, bu suyu içib-içməməsinin sənə elə bir fərqi yoxdur. Ömər Səd ona icazə verir. Amma həmin şəxs gedəndə görür ki, lənətə gəlmiş Şimr İmamın müqəddəs başını əlində gətirir. İmam Hüseynə su aparan şəxs deyir: Allaha and olsun ki, imamın üzündə olan təbəssüm məni onun qətli barəsində fikirləşməkdən yayındırdı. Yəni, imam Hüseyn (ə)-ın başı kəsiləndə dodaqları gülürmüş.
    Bəli, kamil insan o şəxsdir ki, hadisələr ona təsir etməsin. Əli (ə) iqtisadi baxımdan ən aşağı iş sayılan fəhləlikdən tutmuş ən yüksək vəzifə sayılan xəlifəliyə kimi olan mərhələləri keçmiş bir şəxsdir. Məşhur alimlərdən biri deyir: Əli (ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb. Çünki o həzrət daxmada, sarayda olduğu kimi və sarayda, daxmada olduğu kimi yaşayırdı. (Məqsəd əsl saray deyil). Demək istəyir ki, Əli (ə) fəhləlikdə də xəlifə olduğu kimi fikirləşirdi. Buna görə də onları kamil insan adlandırırlar.
    ƏQL MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN İZAH VƏ TƏNQİDİ
    Qədimlərin «kamil insan», müasirlərin isə «ideal insan» adlandırdıqları simanı tanımaq çox lazım və zəruridir. Hər bir məktəbdə tərbiyə və əxlaq məsələləri həmin məktəbin kamil və ideal insanı tanımasına əsaslanır. Biz, islamın kamil insan barəsindəki nəzərlərini öyrənmək üçün bu barədə olan məktəblərin hər birinin nəzərlərini geniş şəkildə açıqlamaq və onların iradlarını bildirərək islamın bu barədəki nəzərini bəyan etmək məcburiyyətindəyik. Keçən söhbətimizdə müxtəlif məktəblərin nəzərlərini qısa şəkildə bəyan etdik. İndi isə bəhsimizin davamını əql məktəbini araşdırmaqla başlayırıq.
    ƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ
    Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi «mən»i onun əqlidir. İnsanın bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi istedad və qüvvələri də onun həqiqi şəxsiyyətini təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə çatmağın mənası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.
    Bu məktəbdə insan cövhərinin və həqiqi «mən»in ağıl olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o da budur ki, ağıl dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.
    Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Quranda deyilmiş islami iman dünyanı ümumi şəkildə, olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir. Onlar deyirlər ki, Quranda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan gəlməsi, Ona qayıdacağı və Məad adlandırılan əslə iman bəsləməkdən məqsəd, dünyanın tanınmasıdır və bundan başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar deyirlər ki, iman mərifət və tanışlıqdır. Amma cüzi mərifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və tanışlığıdır. Fəlsəfi və ümumi mərifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət və cərəyanlarını kəşf edib bilmək mənasındadır.
    BUNA ZİDD OLAN MƏKTƏBLƏR
    Əql məktəbinin müqabilində onlarla həmişə mübarizə aparan bir sıra məktəblər olub. İslam dünyasında bu məktəblə ilk dəfə mübarizə aparan cərəyan işraqilər, ariflər və eşq məktəbi tərəfdarları olublar ki, biz onu sonra izah edəcəyik. Müxalif məktəblərdən digəri isə hədis əhlləridir. Hədis əhli və əxbarilər filosofların bu qədər dəyər verdikləri əqli inkar edirlər. Onlar deyirlər ki, əql, sizin qail olduğunuz qədər dəyərə malik deyildir.
    Bunlardan başqa, son əsrlərdə hiss və təcrübi məktəblər də əql məktəbinə qarşı qiyam edib. Təcrübilər məktəbi son bir neçə əsrdə çox yayılıb inkişaf etmişdir. Onlar deyirlər ki, əql sizin dediyiniz qədər dəyərə malik deyildir və onun elə də yüksək əhəmiyyəti yoxdur. O, hissin qul və nökəridir, insanda əsas əhəmiyyət daşıyan onun hiss və duyğularıdır. Əqlin görə biləcəyi ən böyük iş onun hiss vasitəsilə əldə edilən şeylər üzərində bəzi əməliyyatlar aparmasıdır. Siz xammal gətirilən bir zavodu nəzərdə tutun. Bu zavoda gətirilən xammal, orada olan dəzgahlar vasitəsilə emal edilir. Əgər toxuculuq fabrikini nəzərdə tutsaq görərik ki, ora gətirilən pambıq ilk növbədə təmizlənir, sonra isə ondan sap əyirilir, daha sonra isə həmin saplardan parça toxunur. Əql təklikdə heç nə etmək qabiliyyətinə malik olmayan bu zavod və fabriklərə bənzəyir. O, üzərində əməliyyat aparmaq üçün hiss yolu ilə əldə edilən xammala möhtacdır. Amma bununla belə əql məktəbi tamamilə etibardan düşməyib və indi də qalmaqdadır. Biz indi onlar və müxalifləri arasındakı bəhsləri geniş şəkildə açıqlamaq deyil, bu barədə islamın nəzərini bəyan etmək niyyətindəyik.
    İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ
    Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin etibar və əsilliyidir. Yəni insanın əqli bu dünyada olan həqiqətləri kəşf etməyə qadirdir və «əqli agahlıq» etibarsız deyil, köklü, mötəbər və istinad edilə bilən bilikdir.
    Məktəblərin çoxu əqlə belə bir etibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa agahlığına etimad etmək səviyyəsində dəyər və etibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını və mötəbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Möminlərin, keşişlərin və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşısını almaqdır. Xristianlığın təlimləri buna əsaslanır.
    Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz «tövhid» (Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz «Mən Allahın təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir» deyə cavab versəniz, yəni «nəticəni götür, müqəddimə ilə nə işin var» misalına əsaslansanız və ya «nənəmdən eşidib yəqinlik əldə etmişəm», yaxud «yuxuda görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam» kimi cavablar versəniz, qəbul edilməzdir. İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin etiqadının kökü yuxu və ya ata-anadan təqlid, yaxud mühitin təsiridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.
    Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mömin xristianın vəzifəsi həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və maraqlı sözləri vardır. Quran hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb.
    Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz peyğəmbərimizi «kamil ağıl» adlandırırıq.
    Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yəni filosofların nəzəriyyələrinin bir hissəsində deyilən mətləb – əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi – bura kimi islam tərəfindən qəti surətdə təsdiq edilib.
    ƏQL MƏKTƏBİNƏ TUTULMUŞ İKİ İRAD
    Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
    Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur ki, bizim fəlsəfi kitablarımız, adətən imanı «mərifət və tanımaq» kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın mənası ancaq mərifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və məada iman da həmin mənadadır. Quranın harasında iman kəlməsi işlənibsə, mənası mərifət və agahlıqdır və onun bundan başqa heç bir mənası yoxdur.
    Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mərifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi də suyu tanıyır. «Tanıyır», yəni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qurandakı imanın mənası yalnız tanımaqdır? Allaha iman gətirməyin mənası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mərifət və tanışlıq da iman deyil. İman rəğbət və təslimdir, onda təzim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət və meyl məsələsi yoxdur.
    Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mədən və suya rəğbət bəsləməsi mənasını vermir. Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bəzən kimsə siyasət aləmində düşmənini özündən yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mənası onun İsrailə meyl və rəğbəti olması mənasındadırmı? Xeyir, belə deyil, məsələ tamamilə əksinədir və onlar bir-birlərinə nifrət bəsləyirlər.
    Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi şeylər mötəbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün olmamasını qeyd etmişdik.
    1. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
    «Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!»
    (Ali-İmran-146).
    Kamil, nümunəvi, ideal, üstün və ali insan barəsində nəzəriyyə vermiş məktəblərdən digər birisi də «qüdrət» məktəbidir. Bu məktəbdə kamil insan, qüdrətli və güclü insana deyilir. Başqa sözlə desək, onlar qüdrət və bacarığa «kamillik», zəiflik və bacarıqsızlığa isə naqislik kimi baxırlar. Bu məktəbin nəzəriyyələrinə əsasən, insan güclü olduğu qədər kamil, zəifliyi qədər isə naqisdir və ümumiyyətlə haqq və ədalət heç bir həqiqətə malik deyil və onların güc və qüdrətdən başqa mənaları yoxdur.
    Biz, adətən iki qüvvə qarşı-qarşıya dayananda onların hansının qalib gələcəyini nəzərə almadan birinin haqlı və ədalətli, digərinin isə nahaq, zalım və batil olmasını fikirləşirik. Bu cür qarşılaşmalarda haqqın batilə və ya batilin haqqa qalib gəlməsi mümkündürmü? Yəni ola bilərmi ki, batil haqqa qalib gəlib onu məğlub etsin, həmçinin haqq batilə qalib gəlsin. Əlbəttə, Quranın məntiqi baxımından son qələbə həmişə haqqa məxsusdur və batilin qələbəsi müvəqqəti və ötəridir. Bu, Quran baxımından çox diqqətəlayiq bir məsələdir. Amma bununla belə, bu ilahi kitaba əsasən həmişə qarşı-qarşıya dayanmış iki qüvvədən qalib gələni haqq, məğlub olanı isə nahaq və batil deyildir. Qürdət məktəbi tərəfdarları isə deyirlər ki, tərəf müqabilini məğlub edən qüvvə haqdır, qüdrətli və güclü tərəfin gördüyü iş, güclü və bacarıqlı olduğu üçün ədalət hesab olunmalıdır.
    QÜDRƏT MƏKTƏBİNİN TARİXÇƏSİ
    Bu məktəb, dünyada qədim keçmişə malikdir və onun tarixçəsi Sokratdan qabaqkı dövrlərdən başlanır. Sokrat həzrət İsa (ə)-ın mövludundan təqribən 400 il qabaq yaşayıb və indi həmin vaxtdan təqribən 2400-2500 il keçir. Sokratın yaşadığı dövrdən qabaq «səfsətəçilər» adlandırılan bir qrup olub. Onlar, ictimai məsələlərdə bu günkü «qüdrət» məktəbinin nəzərinə bənzər fikirlərə malik olublar. Amma həmin fikir o zaman Yunan dünyasında Sokrat, Əflatun və Ərəstu kimi filosofların üzə çıxmaları ilə aradan getmişdir. Sonralar da xristianlığın gəlməsi ilə bu qism fikirlərə qətiyyən yer olmayıb, çünki xristianlıq bu tərzli fikirlərin tam əks müqabilində dayanıb, yəni nəinki qüdrəti təbliğ etməyib, hətta ona qarşı çıxaraq zəifliyi təbliğ edib. Xristianlığın «biri sağ üzünə sillə vuranda, sol üzünü çevir ki, ona da vursun və hətta özünü belə, müdafiə etmə» deməsi zəifliyin bir növ təbliğidir. Güc və qüdrət barəsində xüsusi məntiqə əsaslanan islam dini, dünyada zühur edəndə gücün haqq-ədalətlə bərabər olmasını və ya haqq və ədalətin güc və qüdrətdən ibarət olmasını deməyib. Əcnəbilər haqqa «gücün haqqı», yəni zor və güclə bərabər olan haqq deyirlər.
    Qərbdə sonralar bir daha belə bir fikir yarandı ki, haqq zor və güclə bərabərdir. Bu fikir ilk dəfə siyasi fəlsəfədə, yəni yalnız siyasi fikirlər çərçivəsində yaranıb. Məşhur italyan alimi və filosofu Makyavelin siyasi fəlsəfəsi ağalıq üzərində qurulub. O, deyir ki, siyasətdə nəzərə alınması lazım olan yeganə şey ağalıqdır və bu sahədə ondan başqa heç nə mötəbər deyildir. Siyasi hədəflərə, yəni həmin ağalığa çatmaq üçün hər şeyə – yalan, hiylə, biclik, yalandan and içmək, xəyanət, başqalarının haqlarını tapdalamaq və bu qism şeylərə icazə verilir. Siyasətdə bu işlərə yol verilməsi qətiyyən pislənilməməlidir. Sonralar bu işləri təkcə siyasət aləmində deyil, qeydsiz-şərtsiz bütün sahələrdə mümkün sayan filosoflar üzə çıxdılar və onlar məsələni ümumi əxlaq norması kimi genişləndirməklə, siyasətçilərə bu yolu tutub getmələri barədə yaşıl işıq yandırdılar. Onlar, hətta ali və insani əxlaqın həmin ağalıq və iqtidar olmasını deyiblər. Məşhur alman filosofu Nitse, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub, amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.
    Category: Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) | Added by: Islam_Kitabxanasi
    Views: 806 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024