İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:38 AM
    MÖMİN LƏNƏT ƏHLİ DEYİL
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Hər kim iman əhlidirsə, öz vaxtını başqalarına lənət deməyə sərf etməz.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-219.)
    İslam nəzərində heyvana da lənət demək pislənmişdir. Lənət barəsində əldə olan ayə və rəvayətlərdən məlum olur ki, lənət mütləq şəkildə insana, heyvana və canlılara haram buyurulmuşdur. Bəzi yerlərdə Əli (əleyhissəlam) və övladlarına icazə verilmişdir ki, kafirlərə, münafiqlər və haqqlarını qəsb edənlərə lənət desinlər.
    9. Şer və ğina:
    Dilin doqquzuncu zərəri şer və ğina sayılır. Şəham adlı ravinin nəql etdiyi səhih rəvayətlərdən, İbni Əbi Ümeyr, Əbi Bəsirin "Kafi" kitabında nəql etdiyi, həmçinin, "Məanil əxbar"dakı Əbdül Əlanın rəvayəti, "Təfsir Qummi" kitabındakı Hişamın rəvayəti, həmçinin, Qurani-kərimdə gələn «yalan sözlərdən çəkinin»,(Həcc surəsi-30. ) «O kəslər ki, yalan yerə şahidlik etməz.»(Furqan surəsi-72.) - ayələrin ğina barəsində olduğunu vurğulayırlar.
    Aşağıdakı ayədəki "yalan və zor" sözü də, ğinaya təfsir olunmuşdur.
    «İnsanlar içində eləsi də vardır ki, nadanlıq üzündən xalqı Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız oyun-oyuncaq sözləri satın alar."(Furqan surəsi-6 )
    Amma, şer barəsində rəvayətlərdə, iki cür nəzərlə rastlaşırıq. Bir dəstə şeri tərifləyir, başqa bir dəstə rəvayətlər isə şeri məzəmmət edir. Əlbəttə, şer və ğinadan məqsədimiz, onun mənasını nəzərə alıb dilin zərəri hesab etmək olar. Yoxsa, səs yalnız, dilə aid deyil və yaxşı mənalı şer tərifə layiqdir.
    10. Yersiz zarafatlar:
    Həddən artıq yersiz zarafat, İslamda məzəmmət olunmuşdur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətlərin birində buyurur:
    «Qardaşınla yersiz danışmaqdan çəkin və həddən artıq yersiz zarafatdan pəhriz et!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-232. )
    Başqa bir hədisdə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Mən zarafat edirəm və həddən xaric olmuram. Həmçinin, haqq sözdən başqa bir söz demirəm.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-232. )
    İSLAM PEYĞƏMBƏRİNİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) ZARAFATI
    İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) yaxşı zarafatlar nəql olunur. Onlardan biri də budur ki, günlərin birində qoca qadınlardan biri həzrətin hüzuruna gəlir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Qoca qadın cənnətə getməyəcək. Qadın ağlamağa başlayır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Sən o gün qoca olmayacaqsan, əksinə, cavan olacaqsan!"
    Allah-taala Qurani-Kərimdə buyurur:
    «Şübhəsiz ki, Biz Cənnət qadınlarını başqa cür (yeni bir yaradılışla) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik.»(Vaqiə surəsi-35-37 )
    Əli (əleyhissəlam) buyurur:
    «Gülüş gətirən zarafatın nəticəsi budur ki, ağılı aradan aparar və insanı vüqarsız cilvələndirər.»(Nəhcül-bəlağə, 442-ci hikmət. )
    11. İstehza və lağlağa:
    Əxlaq elminin alimləri, istehza və başqalarına lağ etməyi də dilin bəlalarından biri hesab edirlər. Allah-taala Qurani-kərimdə buyurur:
    «Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!» (Hücurat surəsi-11 )
    Ayədə zikr olunan ilk mövzu, müsəlman şəxsin şəxsiyyətinə ehtiramın əsasıdır. Müsəlmanlar, fərdi və ictimai qarşıdurmalardan bir-birinin ehtiramlarını gözləməlidirlər. Ümumiyyətlə, maddi şəxsin tərzi-təfəkkürü, Allahı tanıyan şəxsin tərzi-təfəkkürü ilə fərqlidir. Maddiyyata etiqadlı insan, şəxsiyyətinin ehtiramını, bədənin vəzni və gözəl çöhrədə axtarır. Lakin, müsəlman şəxs, tərzi-təfəkkürü və qəzavəti, insani və əxalaqi xüsusiyyətlərdə axtarır.
    Ayədəki, «Ola bilsin lağa qoyulanlar lağa qoyanlardan yaxşıdır» cümləsi, Quranın, məsxərə və istehzanın qarşısını almasına sənəddir. Bəşərin bir-birinin batinindən və ruhiyyələrindən xəbərdar olmadıqları, əsil insanla, insana bənzərlər, qiyafə və oxşarlıq cəhətdən bir olduğuna görə çox ola bilər ki, pis qiyafəli şəxslərə istehza olunsun, halbuki, əgər onların batini xüsusiyyətləri cilvələnsə, istehza olunmazdılar. Bu əsasa görə insanın şəxsiyyətinin əsası və meyarı bir sıra görünməyən xüsusiyyətlərdir. Müsəlmanlardan heç birinin istehza olunmasına icazə verilmir.
    MƏSXƏRƏ ETMƏYİN PSİXOLOJİ HƏDƏFİ
    Psixoloji cəhətdən, o kəslər insanları məsxərəyə qoyub lağ edirlər ki, şəxsiyyətləri aşağı səviyyədədir. Onlar başqalarını kiçiltməklə, özlərinin şəxsiyyətsizliklərini aradan aparmaq istəyirlər. Həmin səbəbə görə şəxsiyyətli şəxslər, heç vaxt başqalarına lağ edib məsxərəyə qoymurlar.
    Başqa amil də budur ki, başqalarını təhqir edib məsxərəyə qoyanlar, onların təhqir olunmasından ləzzət alırlar. Onlar, həyatda bir növ yırtıcı ruhiyyəlidirlər. Yırtıcılar kimi, insanların cisminə hücum edib, abır-həyasını aradan aparırlar.
    İMAM SƏCCADIN (ƏLEYHİSSALAM)-IN TƏLXƏKLƏR HAQQINDA NƏZƏRİ
    Günlərin birində təlxəklərdən biri, İmam Zəynalabidin (əleyhissəlam)-ın çiynindən əbasını çəkir. İmam bir söz demir. Əhali əbanı alıb, İmamın mübarək çiyninə atırlar. Həzrət soruşur: Bu işi kim gördü? Dedilər: Əhalini güldürən təlxək. Həzrət buyurdu:
    "Ona deyin ki: Allahın elə bir günü var ki, ömrünü bihudə keçirən, başqalarını məsxərəyə qoyanlar, o gündə zərər və ziyandan başqa bir şey görməyəcəklər! "(Mənaqib ibni Şəhr Aşub. C.4. səh. 158 )
    ÇOLAQLARI LAĞA QOYMAQ HARAMDIR
    İnsanlardan bəziləri müxtəlif səbəblərə görə bir sıra bədən üzvlərini itirib, naqisliyə mübtəla olub, zahiri sağlamlıq nemətindən məhrum olurlar. Əgər belə şəxslərə kimsə lağ edərsə, təhlükəli əziyyət edənlərdən olar. Əvvəla, başqasına məsxərə etdiyinə görə, ikinci, imkanı var ki, özü də sağlamlığını əldən versin. Ona görə də, Əmirəl-möminin Əli (əleyhissəlam), dua edərkən, Allaha yalvarıb buyurur:
    «İlahi! Mənə əta etdiyin bütün böyük nemətlərdən alacağın canı,mənə ən böyük nemət qərar ver. Mənə tapşırdığın bütün ən böyük əmanətlərdən, məndən alacağın həyat əmanətini, birinci əmanət qərar ver!»(Nəhcül-bəlağə, 206-cı xütbə. )
    İmam Hüseyn (əleyhissəlam) özünün «Ərəfə» duasında, Allah dərgahına əl qaldırıb ərz edir:
    "İlahi! Məni bədənimin bütün üzvlərindən bəhrələndir! Göz və qulağımı mənim varisim qərar ver. Yəni, ömrümün axırına kimi məndə korluq, karlıq və naqis üzv olmaqımın qarşısını al!»
    CAHİZ VƏ LAĞLAĞININ TƏSİRİ
    Cahiz, təhsil almış şəxslərdən idi. Hicrətin üçüncü əsrində yaşayırdı. Çoxlu kitablar yazmış, elmi əsərlər yadigar qoymuşdur. Onun çox çirkin sifəti və bədəni vardı. Həzrət Əli (əleyhissalam) ilə müxalifət edib düşmənçilik göstərdiyinə görə Bəni-Abbas xəlifəsi ondan himayət edirdi. Günlərin birində öz şagirdlərinə söyləyir: Bütün ömrüm boyu bir nəfər qadından başqa heç kim məni xəcalətli etməyib. Əhvalat belə oldu. Yoldan keçərkən bir qadınla rastlaşdım. Məndən xahiş etdi ki, onunla birlikdə gedəm. Qəbul etdim. Məni heykəltəraş bir dükana aparıb, dükan sahibinə göstərib dedi: Bu Şeytan kimi! – sonra çıxıb getdi. Heyrətdə qaldım. Mağaza sahibindən hadisəni soruşdum. Cavab verdi: Bu qadın bir neçə müddətdir ki, mənə Şeytan heykəli düzəltməyi sifariş verib. Ona demişəm ki, mən Şeytanı görməliyəm tainki, ondan sənə düzəldim. Bu gün səni mənim yanıma gətirib göstərdi fikirləşir ki, sən Şeytansan.
    12. Sirri faş etmək:
    Dilin zərərlərindən biri də şəriətdə pislənmiş başqalarının sirrini faş etməkdir. Bu barədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Hər vaxt birisi bir söz desə sonra üzünü o tərəfə çevirsə, sözü eşidənin yanında əmanətdir.(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-36. )»
    Başqa bir yerdə həzrət buyurur:
    «Başqalarının dedikləri sizin yanınızda əmanətdir.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-36. )
    İmam Həsəndən (əleyhissəlam) nəql olunur, buyurur:
    «Müsəlman qardaşının sirrini aşkar etmək xəyanətdir.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-37. )
    13. Yalan vədə:
    Dilin başqa zərərlərindən biri də, vədə verib ona əməl etməməkdir. Əhdə vəfa etmək, Allah adamlarının nişanələrindən biridir. Quran buyurur:
    «Ey iman gətirənlər! Verdiyiniz vədələrə vəfadar olun!»(Maidə surəsi-1 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Vədə, insanın dinindən sayılır.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-237. )
    Allah-taala, İsmail peyğəmbəri vədəsində doğru olduğuna görə onu, Qurani-Kərimdə «Sadiqul-vəd» ləqəbi ilə tərifləmişdir.(Məryəm surəsi-54. )
    YALAN DANIŞMAQ VƏ AND
    Yalan, böyük günahlardan olub insanın abır-həyasının aradan getməsinə səbəb olur. Quran və rəvayətlərdə yalan danışma və yalan andın pislənməsinə çox işarələr olunmuşdur. Biz onlardan bəzilərinə işarə edəcəyik:
    Əbu Səid nəql edir: İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) eşitdim ki, Allaha dua edərkən belə buyurdu:
    «İlahi! Qəlbimi nifaq və ikiüzlülükdən pak et! Zinaya mürtəkib olmaqdan və dilimi yalandan qorumaqla məni pak et.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-241. )İmam Baqir (əleyhissəlam) buyurur:
    «Yalan, imanın viran olub aradan getməsinə səbəb olur.»(Üsuli-kafi, 2-ci cild, səh-399. )
    Əmirəl-möminin Əli (əleyhissəlam) buyurur:
    «İmanın dadını yalnız, o şəxslər dada bilər ki, istər zarafata, istərsə də doğrudan yalan danışmasın.»(Üsuli-kafi, 2-ci cild, səh-34. )
    Bir nəfər İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdi: Ya Rəsuləllah! Mömin rüsvay olarmı?
    Buyurdu: Bəzən.
    Soruşdu: Mömin oğurluq edər?
    Buyurdu: Bəzən.
    Soruşdu: Mömin yalan danışar?
    Buyurdu: Heç vaxt!
    Allah-taala buyurur:
    «Yalan və iftira o kəslərə aiddir ki, Allaha imanları yoxdur.»
    İmam Həsən Əsgəri (əleyhissəlam) buyurur:
    «Bütün günahlar bir evə yığılsa, o evin açarı yalandır.»(Müstədrəkül-vəsail, 2-ci cild, səh-473. ) Yəni, hər kəs yalan desə, bütün günahlara mübtəla olar.
    YALANIN SƏRÇEŞMƏSİ
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)buyurur:
    «Hər bir yalançı, yalanına görə öz nəfsində alçaqlıq hiss edir.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. )
    Beləliklə, yalanın kök və sərçeşməsi nəfsin çirkinliyidir. Müqabil tərəfi, yəni, sədaqət və doğruluq, nəfsə etimaddan sərçeşmə alır. Günlərin birində, Həccac mənbərdə sözü çox uzadır. Cəmiyyətin arasından bir nəfər uca səslə deyir: Namaz vaxtıdır sözünü qısalt! Nə, vaxt sənə görə dayanar və nə də, Allah əzabından keçər. Həccac əhali arasında olan bu aşkarlıqdan narahat olur. O kişinin tutulmasına əmr verdi. Qohumları yığışıb Həccacın yanına gedib deyirlərki, o kişi divanədir, onu azad et. Həccac dedi: Əgər özü etiraf etsə, azad edərəm!
    Kişinin yanına gedirlər ki, ona öz divanəliyini etiraf etdirsinlər. Zindanda cavab verir: Allah məni sağlam yaratmışdır. Özüm də ağıllıyam. Divanə deyiləm, nəyə görə özümü dəliliyə vurmalıyam? Həccaca xəbər verirlər ki, kişi belə deyir. Həccac sədaqət və düz danışdığına görə onu azad edir.
    15. Qeybət:
    Dilin on beşinci zərəri qeybətdir. Bəhsə başlamazdan əvvəl, qeybətin tərifi ilə tanış olaq. Böyük alimlərdən mərhum Şəhid Sani özünün «Kəşfür reybə"kitabında, qeybəti belə tərif edir:
    «Başqası olmayanda, onun haqqında danışmaq, belə ki, bu söz, əhali arasında nöqsan sayılsın və danışan qarşı tərəfə nöqsan yetirmək niyyətində olsun.»
    Əbuzərdən qeybət barəsində soruşurlar, o da cavab verir: Müsəlman qardaşın olmayan yerdə, ondan danışılsın, belə ki, əgər özü eşitsə, narahat olar.(Məkasib, səh-41. )
    Müqəddəs İslam şəriətində qeybət haram sayılır. Şeyx Mürtəza Ənsari özünün «Məkasib» kitabında qeybətin haram sayılması barədə çoxlu dəlillər gətirmiş və aşağıdakı ayəni zikr etmişdir.
    «Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı!? Bu sizdə ikrah hissi oyadar [qeybət də belədir].»(Hücurat surəsi-12 )
    Qeybətin çirkinliyi bundadır ki, iki nəfər, müdafiəsiz və qeybdə olan bir nəfər barədə danışırlar və ona hücum edirlər. Birisi, heç bir hiss və hərəkəti olmayan ölü ətini yeyir. Başqası, eləsinə hücum edir ki, məclisdə olmayıb özünü müdafiə edə bilmir. Quran bu bənzətmədə dörd mətləbi nəzərdə tutur:
    1. Müsəlmanlar və bir məzhəbdə olanlar, bir-biri ilə qardaş hökmündədirlər;
    2. Müsəlmanın abır-həyası, onun əti kimidir;
    3. Müsəlmanın olmadığı yerdə onun ardınca danışmaq, onun abır-həyasını aradan aparmaq və ətini yemək kimi bir şeydir;
    4. Haqqında qeybət olunan şəxs məclisdə deyil və bu namərdcəsinə danışıqdan xəbərsiz olub, özünü müdafiə edə bilmir, sanki həmləyə məruz qalmış ölü kimidir. Ola bilsin, həmin məsələyə görə həzrət Əli (əleyhissəlam) qeybət edəni biçarə və əlacsız adlandırır və buyurur:
    «Qeybət əlacsız və biçarə insanın işidir!»(Şərhi Ğürər və Dürər. Xonsari. C. Səh. 264 )
    Dəlil kimi istifadə olunmuş ikinci əsas da budur ki, Allah-taala buyurur:
    «Möminlər arasında onları nüfuzdan, hörmətdən salmaq məqsədilə pis söz yaymaq istəyənləri dünyada və Axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz!»(Nur surəsi-19 )
    İnsan, ictimai mövcud olduğuna görə yaşadığı mühit onun öz evi kimi sayılır və o mühitin abır-həyasını, öz ailəsinin abır-həyası kimi qoruyub, fəsad və çirkinliyin ora daxil olmasının qarşısını almalıdır. Bu əsasa görə İslamda hər hansı bir növlə olursa, yaşayış mühitini korlayanlarla mübarizə aparılmalıdır. Əgər qeybətlə şiddətli mübarizə olunarsa, ona görədir ki, qeybət zamanı eyblər aşkar olur və İslam bunu bəyənmir. Müsəlman qardaşın eyblərinin gizlədilməsi əmri də bu göstərişdə məna tapır.
    Şeyx Ənsarinin üçüncü dəlil kimi qeybətin haram olmasına istifadə etdiyi ayə budur:
    «Allah kiminsə öz sözləri ilə pislikləri izhar etməsini sevməz. Yalnız, zülm izhar olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!.»(Nisa- surəsi-148 )
    Qeyd etmək lazımdır ki, ayədəki «pislik»dən məqsəd, hər cür pislik və çirkinlik, «izhar»dan isə məqəd, hər cür söz, danışıq və ya izhar vasitəsidir.
    İstər şikayət şəklində, istər hekayət ya nifrin, ya da zülm etməklə izhar olunsun. Ona görə də, ayə, qeybətin haram edilməsinə dəlalət edir.
    Qeybətin haram olmasının dördüncü dəlili budur:«[Dalda] qeybət edib tənə vuran hər kəsin vay halına."(Huməzə surəsi-1 )
    Müfəssirlərdən bir dəstəsinin rəyinə görə bu ayə, Vəlid ibni Müğeyrə barəsində nazil olmuşdur. Bu şəxs, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) ardınca qeybət edir, üzdə isə o həzrətə tənə və istehza edirdi. Hər halda ayədə buyurur:
    «[Dalda] qeybət edib, eyb tutanların vay halına!»
    Ayənin kəlmələrindən, "Hüməzə" və "Lüməzə" kəlmələri bir işdə mübaliğə bildirirlər. Birinci, kəlmə əslində "həmz" sözündən olub, «sındırmaq» mənasındadır. Qeybət edənlər başqasının şəxsiyyətlərini sındırdıqlarına görə onlara "hüməzə" deyilir. "Lüməzə" isə əslində, "ləmz" kökündən olub, qeybət edən və eyib tutanlara deyilir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 671 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024