İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:45 AM
    BİR NEÇƏ SUALA CAVAB
    "Təthir” ayəsinin təfsiri ilə əlaqədar İslamın məşhur mənbələrində nəql olunan rəvayətlər "təvatür” həddinə çatdığından və bu Əhli-beyt imamları üçün böyük fəzilət sayıldığından onların məzhəbinin də haqq olduğu üzə çıxır. Bəzi alimlər əl-ayağa düşərək, müxtəlif iradlara əl atmışlar. Bu iradlar daha çox bəhanəyə bənzəyir. Halbuki əhli-sünnə alimlərinin bir çoxu şücaətlə "Təthir” ayəsinin məsum imamlara aid olduğunu demiş və bu rəvayətləri qəbul etmişlər. Həmin iradların bir qismi aşağıdakılardan ibarətdir:
    1. "Əhli-beyt”dən məqsəd Peyğəmbərin (s) öz ev sakinləridir. Çünki "beyt” yaşayış evi deməkdir və Peyğəmbərin (s) evində yaşayanlar o həzrətin zövcələri olduğundan "Təthir” ayəsini başqalarına aid etmək olmaz. Ayədəki kişi cinsinə aid cəm əvəzliklərin səbəbi də "əhl” sözünün kişi cinsində olmasıdır. Peyğəmbərin (s) zövcələri müxtəlif evlərdə qalsalar da, "beyt” sözünün cəm formasında deyil, tək halda işlədilməsi o həzrətin vahid bir fərd olması ilə əlaqədardır. Buna görə də o həzrətin evi tək halda qeyd olunmuşdur. Bir sözlə, ayə yalnız Peyğəmbərin (s) zövcələrinə aid edilməlidir.
    Cavab: Bu nəzər, yaxud bəhanənin ötən bəhslər müqabilində heç bir dəyəri yoxdur. Əgər ayədə qeyd olunan "əhl” sözündən məqsəd Peyğəmbərin (s) zövcələridirsə, onun zahiri kişi cinsinin tək, mənası isə qadın cinsinin cəm formasını bildirməlidir. Halbuki ayədəki əvəzliklər nə kişi cinsinin tək, nə də qadın cinsinin cəm formasındadır. Əksinə, kişi cinsi cəm formasında işlədilmişdir. Amma "beyt” sözü ayənin əvvəlində cəm formada ("və qərnə fi buyutikunnə”), "Əhli-beyt” sözündə isə tək haldadır. Bu da Peyğəmbərə (s) xatir ola bilməz. Çünki o həzrətin özünün müstəqil evi yox idi və zövcələrinə məxsus olan evlərdə yaşayırdı. Buna əsasən, ayədəki "Əhli-beyt”də məqsəd "evdə yaşayanlar” yox, Peyğəmbəri-əkrəmlə (s) nəsil qohumluğu olan şəxslərdir. Bundan da əlavə, əgər bütün bu iradları qəbul etsək, nəql olunmuş rəvayətlərlə nə etməliyik?! Görəsən, ayədə qeyd olunan "Əhli-beyt”i beş kimsəyə məxsus bilən və "təvatür” həddinə çatan rəvayətləri etibarsız saymalıyıq? Bu hədisləri səhih və "təvatür” həddində hesab etməsək, onda səhih və "təvatür” həddində hədis tapa bilmərik. Əgər bu rəvayətlərdə aydınlıq yoxdursa, hansı rəvayəti aydın hesab edə bilərik?
    Bunların hamısından da maraqlı Əkrəmənin dedikləridir: "Əgər bir kəs mənimlə mübahiləyə hazır olsa belə, onunla mübahiləyə girib deyəcəyəm ki, bu ayə ("Təthir” ayəsi) Peyğəmbərin (s) zövcələri barədə nazil olub!” O vaxt Əkrəmə küçə-bazarlarda car çəkib deyirmiş ki, "Təthir” ayəsi Peyğəmbərin (s) zövcələri haqda nazil olmuşdur.
    Doğrudan da, maraqlıdır! Bu şəxs saysız-hesabsız dəlili və şahidi olan bir məsələ ilə bağlı mübahiləyə çağırmaq, küçə-bazarda fəryad qoparmaqla nəyi sübuta yetirmək istəyirmiş? Şübhəsiz ki, Peyğəmbər (s) özü ilə birgə beş nəfərin üstünə əba çəkərək onların adlarını və Əhli-beytdən olduqlarını söyləmiş, sonra da Ümmü Sələmə və Ayişənin onlardan olmadığını demişdir. Daha sonra altı, yaxud səkkiz, yaxud doqquz ay ardıcıl sübh namazı vaxtı qızı Fatimeyi-Zəhranın (ə.s) evinin qarşısına gəlib, Əhli-beyti çağıraraq "Təthir” ayəsini oxumuşdur. Ayədə inhisar bildirən "innəma” (yalnız və yalnız) ədatı da göz qabağındadır. Peyğəmbər (s) özü ardıcıl təkidlərlə bütün şübhələri aradan qaldırmışdır. Lakin Əkrəmə kimilər qərəzli səbəblərdən küçə-bazarda car çəkib, həqiqəti ört-basdır etmək istəmişlər.
    2. Əgər Əhli-beyt beş nəfərdirsə, bu, digər imamlara necə şamil olunur?
    Cavab: Ayə nazil olan vaxt Əhli-beytdən yalnız beş nəfəri həyatda idi. Qalanları sonradan dünyaya gəlmiş və imamlıq məqamını bir-birlərindən irs almışlar.
    3. Əvvəldə işarə etdiyimiz kimi, Allahın ayədə qeyd olunan iradə və istəyi "təşrii” yox, "təkvini” iradə və istəkdir. Başqa sözlə, Allah-taala Əhli-beytə günahlardan çəkinmək göstərişi vermir. Çünki bu ilahi göstəriş (günahlardan çəkinmək) təkcə "Kisa” əhlinə deyil, bütün müsəlmanlara ünvanlanmışdır. Məlum olur ki, Allahın təkvini iradə və istəyi ilə Əhli-beyt (ə) bütün günahlardan pak, şərdən və nəfsani istəklərdən uzaqdır. Şübhəsiz ki, Allah-taala Öz iradə və istəyinə qarşı çıxmaz. Bəzilərinin Allah-taalanın Öz iradəsinə qarşı çıxdığını deməsi tam nadanlıqdandır. Maddi aləmdə ilahi istəyə hansı amil mane ola bilər?! Əlbəttə, bu yalnız o zaman baş verə bilər ki, ilahi iradə və istək müəyyən bir şeylə şərtlənsin və həmin şərt də gerçəkləşsin. Məlum olduğu kimi, "Təthir” ayəsində ilahi iradə mütləqdir və heç bir şeylə şərtlənməmişdir.
    Bəziləri deyirlər ki, bu fikir Peyğəmbərin (s) bütün səhabələrinin, xüsusilə Bədr müharibəsində iştirak edənlərin də məsum olduğunu nəzərdə tutur. Çünki Allah-taala səhabələr haqda da belə buyurmuşdur: "Allah sizi pak-pakizə qərar vermək, nemətini sizə tam çatdırmaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində şükür edəsiniz!”("Ehqaqul-həqq”, kitabından iqtibas edilmişdir, 2-ci cild, səh. 502-563.)
    Təəssüflər olsun ki, təəssübkeşlik odu şölə çəkib alovlandıqda, hər şeyi bürüyüb külə döndərir. Qurani-kərimdə Bədr müharibəsi haqda belə bir ayə yoxdur və həmin müharibə ilə əlaqədar nazil olan ayə yalnız budur:
    وَيُنَزِّلُ عَلَيْكُم مِّن السَّمَاء مَاء لِّيُطَهِّرَكُم بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ
    "Allah sizi pak-pakizə etmək və Şeytanın çirkinliyindən təmizləmək üçün səmadan sizə yağış endirdi!” ("Ruhul-məani” təfsiri, Alusi, 22-ci cild, səh. 17 ("Əhzab” surəsinin 33-cü ayəsinin təfsiri).)
    Aydındır ki, bu ayə Bədr müharibəsi zamanı yağışın yağması müsəlmanların ehtiyaclarının ödənməsi, onların qüsl və dəstəmaz almaları ilə bağlıdır və bunun bizim mövzumuza heç bir aidiyyatı yoxdur. Lakin təəssübkeş alim bütün səhabələrin pak və günahsız olduğunu sübut etmək üçün ayənin əvvəlinə diqqət yetirmədən, yalnız "li-yutəhhirəkum” (sizi təmizləmək üçün) felini əsas götürür. "Və lakin yuridu li-yutəhhirəkum...” (Allah sizi pak-pakizə qərar vermək, nemətini sizə tamamlamaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində şükür edəsiniz!) cümləsi isə Bədr döyüşçülərinə aid deyil və qüsl, dəstəmaz və təyəmmüm ayəsinin davamıdır. Məlum olduğu kimi, İslamda qüsl, dəstəmaz və təyəmmüm də paklıq nişanəsidir. Həmin təfsir aliminin bu ayəni "Bədr” döyüşü ilə əlaqələndirməsi, qüsl, dəstəmaz və təyəmmümlə bağlı məsələni "ismət və günahsızlıq” bəhsi ilə qarışdırması çox maraqlıdır!
    Başqa bir sual yarana bilər ki, əgər ayə beş nəfərin ismət və günahsızlığına aiddirsə, nə üçün "yuridu” (istəyir) feli indiki zaman formasında işlədilmişdir? Əgər onlar məsumdurlarsa, nə üçün "Allah əzəldən sizin pak olmağınızı istəmişdir” yox, "Allah sizin pak olmağınızı istəyir” buyurulmuşdur?("Ənfal” surəsi, ayə: 11.)
    Əgər bu irad Quran ayələrində işlədilən "yuridu” (istəyir) ifadəsi ilə birgə araşdırılsa, əsla şübhə yeri qalmaz. Çünki Quranın əksər ayələrində bu söz keçmişdən indiyə, indidən gələcəyə qədər zamanı bütünlüklə əhatə edir. Başqa sözlə, keçmiş, indiki və gələcək zamanlar hər üçü bu sözlə ifadə olunur və aşağıdakı ayələr buna sübutdur:
    وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ
    "Allah aləmlərə əsla zülm etmək istəmir!” ("Ruhul-məani”, 22-ci cild, səh. 17)
    َ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ
    "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir!” ("Ali-İmran” surəsi, ayə: 108.)
    يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ
    "Allah üzərinizdə olan çətinliyi asanlaşdırmaq istəyir!” ("Bəqərə” surəsi, ayə: 185.)
    Şübhəsiz ki, bu ayələrdə Allah-taalanın keçmişdə zülm etməsi, insanların çətinlikdə olmasını istəməsi və sonradan öz qərarından dönüb, onun əksinə çıxması nəzərdə tutulmur. Əksinə, bu ayələrdə Allah-taalanın istəyi bütün zamanları əhatə edir. Qurani-kərimdə şeytan haqda belə buyurulur:
    وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا
    "Şeytan onları çox uzaq olan bir azğınlığa sürükləmək istəyir!” ("Nisa” surəsi, ayə: 28.)
    إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ
    "Şübhəsiz ki, şeytan şərab və qumarla aranıza ədavət və kin-küdurət salmaq istəyir!” (Nisa” surəsi, ayə: 60.)
    بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ
    "Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir!” (Maidə”, 91.)
    Bu ayələrdə də şeytanın insanları azğınlığa sürükləməsi, yaxud şərab və qumarla onların arasında ədavət və kin yaratması bütün zamanlara aiddir. Üçüncü ayədə buyurulduğu kimi, nankor insan həmişə günah və çirkin işlərə meyllidir və buna görə də qiyamət gününü danır.
    Qurani-kərimdə "yuridu” (istəyir) felinin bütün zamanlara aid olmasını göstərən yuxarıdakı altı ayədən əlavə, (müddəamızı təsdiqləyən) ayələr də var. Beləliklə, "Təthir” ayəsi Allahın istək və iradəsinin bütün zamanlara aid olduğunu, "Kisa” əhlinin, məsum imamların həmişəlik paklığını göstərir.
    ***
    İSMƏT MƏSƏLƏSİLƏ BAĞLI İRADLAR
    Peyğəmbər və məsum imamların "ismət”i ilə bağlı yaranan mühüm suallardan biri budur ki, "Onların məsumluğu məcburi yönə malik deyilmi? Əgər ismət məqamı xüsusi bəxş edilən ilahi bir hədiyyədirsə, peyğəmbər və imamlar günah edə bilmirlərsə, yaxud Allah-taala onları günaha çəkə bilən amillərin qarşısını alırsa, onda ismət məqamını necə fəzilət hesab etmək olarmı?”
    Qısa şəkildə deyirik ki, məsumların ismətinin mahiyyəti araşdırılmadan qavrana bilməz. Onların belə misilsiz təqvası "zati” və "iktisabi” (kəsbi) yolla əldə olunan güclü iman, yüksək elm və bilikdən qaynaqlanır. Məsələn, savadlı bir həkim müxtəlif analizlər vasitəsilə mikrobla dolu olduğu sübuta yetən bir sudan içməz. Halbuki adi bir insanın bu işə əl atması təəccüblü deyil. Həkimin belə çirkli və mikroblu suyu içməməsi tamamilə ixtiyaridir. Burada onun qəti elmi bu işə səhlənkarlıqla yanaşmasına mane olur. O, belə hallarda iradə azadlığı baxımından məsum peyğəmbər və imamlara bənzəyir.("Qiyamət” surəsi, ayə: 5.)
    ***
    Başqa bir sual: İmamlar öz kəlamlarında xəta və günah etdiklərini etiraf edirlərsə, onları necə məsum hesab etmək olar? Onlar öz dualarında Allahdan günahlarının bağışlanmasını istəyirlər. Bu istək onların məsum olmadığını göstərir. İmam Əmirəl-möminin Əli (ə) "Nəhcül-bəlağə”nin 216-cı xütbəsində buyurur:
    اِنِّى لَسْتُ فِى نَفْسِى بِفَوْقِ اَنْ اُخْطِى وَلا آمَنُ ذالِكَ مِنْ فِعْلِى اِلاّ اَنْ يَكْفِىَ اللهُ مِنْ نَفْسِى ما هُوَ اَمْلَكُ بِهِ مِنِّى:
    "Mən (bir insan kimi) özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm. Əgər Allah məni qorumasa, səhvdən amanda deyiləm!”(Əlavə məlumat əldə etmək istəyənlər "Peyami-Quran”, 7-ci cild, səh. 193-197-yə müraciə etsinlər.)
    Bu irad Qurani-kərimdə peyğəmbərlərin sərgüzəşti ilə bağlı bir sıra hallara da aiddir. Burada qısa şəkildə bir neçə məsələni açıqlamalıyıq:
    1. Məsumlar əksər hallarda insanlara örnək və nümunə olaraq fikirlərini bildirmişlər. Onların kəlamları təlim xarakterlidir. Amma Alusi "Ruhul-məani” kitabında imam Əli (ə) barəsində bu iradı irəli sürdükdən sonra yazır: "Peyğəmbərin (s) bəzi dualarının təlim xarakterli olması məlumdur, amma onu Əlinin kəlamlarına aid etmək çətindir!”(Alusi "Ruhul-məani” kitabında "Təthir” ayəsinin təfsirində qəribə təkidlə ayənin məfhumunun Əhli-beytin məsum olmasını bildirməsini inkar edir və yuxarıda qeyd etdiyimiz iradı irəli sürür. ("Ruhul-məani”, 22-ci cild, səh. 17.))
    Əlbəttə, bu tanınmış təfsirçi alimin sözləri yalnız təəssübkeşlikdən qaynaqlanır.
    2. Məsumlar belə kəlamlarla demək istəyirlər ki, biz Allahın lütf və mərhəmətinə sığınmadan öz-özlüyümüzdə heçik! Bu ilahi yardım, müvəffəqiyyət və hədiyyələrlə günahlardan qorunuruq. Başqa sözlə, imam Əlidən (ə) nəql olunan kəlam əslində irad tutanların əksinə olaraq, ilahi lütf və mərhəmət sayəsində həzrətin məsum olmasına bir dəlildir. Çünki İmam (ə) demək istəyir ki, mənim özüm (Allahın yardımı olmadan) xəta və günahdan amanda deyiləm, bu mənəvi hədiyyə və günahdan çəkinmə hissi məhz Allahın yardımı sayəsindədir.
    3. Adətən, ayə və dualarda gələn "günah” ifadələri "tərki-övla”dan ibarətdir. Başqa sözlə, bu, "həsənatul-əbrari səyyiatul-muqərrəbin” – ifadəsinin xarici nümunəsidir; yəni saleh insanların yaxşı əməlləri Allaha daha yaxın və müqərrəblər üçün günah sayılır. Bunu da qeyd etmək lazımdır ki, "tərki-övla”dan məqsəd vacib əməl yox, daha müstəhəb əməli mübah və ya müstəhəb bir əməllə əvəz etməkdir. Aydındır ki, üstün bir müstəhəb əməli tərk edib, başqa bir müstəhəb əməli yerinə yetirmək şəriətdə xilaf iş sayılmır. Sadəcə, "tərki-övla” adlanır. Lakin başqa şəxslərin belə işi nəinki xilaf deyil, əksinə müstəhəb və öz növbəsində fəzilətdir. İlahi insanlar isə bunu özləri üçün günah hesab edirlər.
    İnsanın qıldığı adi namaz onun üçün məqbul və layiqli sayıldığı halda, böyük bir alim üçün "tərki-övla”dır. Məsum şəxsin namazı isə o alimin namazından üstün olmalıdır. (Əlavə məlumat əldə etmək istəyənlər "Peyami-Quran” kitabının 7-ci cildinə müracət etsinlər.)(Ruhul-məani”, 22-ci cild, səh. 17.
     )
    İMAMLARA XAS XÜSUSİYYƏTLƏR
    Dəfələrlə qeyd etdiyimiz kimi, məsum imamların vəzifələri bir çox məqamlarda peyğəmbərlərlə eynidir; bu fərqlə ki, onlara vəhy nazil olmur və şəriət sahibi deyillər. Onlar peyğəmbərlərin yolunu davam etdirdikləri üçün malik olduqları xüsusiyyətlərdə peyğəmbərlərlə eynidirlər. Bu nöqtələr Quran ayələrinə əsaslanmaqla "Peyğəmbərlərin ümumi xüsusiyyətləri” bölməsində geniş şərh olunduğu üçün burada qısa izahla kifayətlənirik. İlahi rəhbərlər və məsum imamlar "elm” və "ismət” məqamından əlavə, aşağıdakı xüsusiyyətlərə də malikdirlər:
    1. Doğru danışmaq: Bu xüsusiyyət olmazsa, örnək seçilən şəxslə ona qoşulanlar arasındakı mənəvi bağlılığı təmin edən etimad yaranmaz.
    2. Vəd və əhd-peymanlara sadiq qalmaq: Onların dəvətlərində böyük əhəmiyyət daşıyan cəhət öz vəd və əhd-peymanlarına vəfalı qalmalarıdır. Əgər onlar sadiq və vəfalı olmasalar, xalqın etimadını itirərlər.
    3. Şəriətin və ilahi hökmlərin qorunmasında əmanətdarlıq: Bu da etimadın əsas şərtlərindən biridir.
    4. İnsanlara məhəbbət və ürək yandırmaq: Əgər bu xüsusiyyət olmazsa, camaatla, xüsusilə nadan, təəssübkeş və inadkar insanlarla keçinmək çətinliklər və əzab-əziyyətlərlə müşayiət olunar.
    5. İxlas: İlahi rəhbərlər maddi baxımdan təmənnasızdırlar. Onların bütün işləri ixlas və saf niyyət üzərindədir. Əks təqdirdə onların dəvət və çağırışları etibarsız olar.
    6. Xeyirxahlıq və yaxşılıq: İmam yer üzündə mehribanlıq cilvəsidir. Bu isə rəhbər şəxslə ardıcılları arasında mənəvi bağlılığı qorumaq üçün zəruridir.
    7. Şücaət: Şücaət və Allahdan qeyrisindən qorxmamaq ilahi şəxslərin əsas xüsusiyyətlərindəndir. Ümumiyyətlə, müvəffəqiyyətin əsas rəmzi budur! Ona malik olmayan şəxs rəhbərlik edə bilməz.
    8. Allaha mütləq şəkildə təvəkkül edib güvənmək: Bəzən ilahi rəhbər tək-tənha qalır. Yaşadığı mühit, ona hakim fitnə-fəsad rəhbərə qarşı olur. Belə hallarda yalnız Allaha güvənməsə, yolundan dönməməsi çox çətin olacaqdır.
    9. Gözəl əxlaq və mülayimlik: Bütün ilahi rəhbərlərin (istər peyğəmbər, istərsə də məsum imamların) xüsusiyyətlərindən biri də gözəl əxlaq, camaatla mülayim davranmaqdır. Tünd və sərt xasiyyət, daşürəklilik camaatın onlardan uzaqlaşmasına, ətrafından dağılmasına, eləcə də hədəf və məqsədə çatmamalarına səbəb olacaqdır.
    10. Ağır sınaqlardan keçmək: Qurani-kərimdə buyurulduğu kimi, İbrahim peyğəmbər özü ağır imtahan və sınaqlardan keçdikdən sonra imamət məqamına nail oldu.
    Əslində məsum rəhbərlər çətin imtahanlardan qalib çıxmalıdırlar ki, möminlərə cismən və ruhən rəhbərlik edə bilsinlər.
    ***
    İMAM ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNUR
    İmamın xüsusiyyətləri və peyğəmbərlərə bir çox cəhətlərdən oxşarlığından belə nəticə çıxarırıq ki, məsum imamlar (Peyğəmbərin (s) canişinləri) Allah tərəfindən təyin olunmalıdır. Başqa sözlə, burada nə camaatın, nə ümmətin icmasının, nə də xüsusi bir qrupun müdaxilə etməyə haqqı yoxdur. Çünki imamın ismət məqamı, qeyri-adi elmi və Allahdan başqa kimsənin xəbərdar olmadığı digər xüsusiyyətləri vardır ki, bunlarsız imamət məqamı təsəvvür olunmur. Kim deyə bilər ki, filankəs xəta və günahdan uzaqdır, onun elmi bütün şəri və həyati məsələləri əhatə edir?! Hətta imamın yuxarıda qeyd etdiyimiz bir neçə xüsusiyyətinin ayırd edilməsi insanların əksəriyyəti, bəzən də hamısı üçün çətin və qeyri-mümkündür. Nəticə çıxarırıq ki, imamın təyini məhz Allah tərəfindən olmalıdır. Allahın təyini üç yolla həyata keçir:
    1. Peyğəmbər (s), yaxud əvvəlki məsum imam öz canişinini Allahın əmrilə təyin etməli və bunu insanlara çatdırmalıdır. Həqiqətdə, o da Allahın əmrini xalqa çatdırmaqda yalnız vasitə rolunu oynayır.
    2. "Nübüvvət”in şərtlərində qeyd olunduğu kimi, möcüzəli iş, kəramət göstərməyə qadir olmalıdır; belə ki, ilahi rəhbər və imam bəşərin qüdrətindən xaric olan xariqüladə işləri bacarmalı və bu işə məhz başqaları onu qəbul etmədikdə, əl atmalıdır. Lakin bu məsələdə peyğəmbər peyğəmbərlik, imam da imamət iddiası ilə çıxış etməlidir. Başqa sözlə, imam olduğunu iddia edən şəxs xariqüladə bir işi peyğəmbərlik yox, imamət iddiası ilə həyata keçirməlidir. Şübhəsiz, belə bacarıq ona Allah tərəfindən əta olunur. Hikmətli və hər şeyi bilən Allah bu imkanı yalançı iddiaçıların ixtiyarına əsla verməz.
    3. "Nübüvvət” şərtlərində deyildiyi kimi, əlamətlərin müşahidəsi ilə imam müəyyən olur; belə ki, bir sıra xüsusiyyətləri müşahidə etməklə məsum imam və ilahi rəhbəri tanımaq olar. Həmin şəxsin elm və biliyi, əxlaqi səciyyələri, insani keyfiyyətləri, keçmişi, əməlləri, danışığı və fikirləri birlikdə məsum imam və Peyğəmbərin (s) canişinini aşkara çıxarır.("Peyami-Quran”, 7-ci cild, səh. 103-183.)
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 618 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024