İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:45 PM
    BƏLA VƏ NEMƏT NİSBİDİR
    Bu nöqtəni yaddan çıxarmaq lazım deyil ki, bəla və müsibətlər insan, onlardan istifadə etdiyi və səbr, müqavimətlə çətinlik yaradan bəlalarla qarşılaşaraq öz ruhunu kamilləşdirdiyi təqdirdə nemətdirlər. Amma insan, əgər çətinliklər müqabilində qaçmaq yolunu seçsə və nalə edərək şikayətlənsə, həmin bəla onun üçün doğrudan da bəladır.
    Həqiqət budur ki, dünyanın nemətləri də onun bəlaları kimi səadət, tərəqqi və həm də bədbəxtlik və fəlakət mənbəyi ola bilər. Nə yoxsulluq mütləq bədbəxtlikdir və nə də varlılıq mütləq xoşbəxtlik! İnsanların tərbiyə və kamilliyinə səbəb olmuş yoxsulluqlar və həmçinin bədbəxtlik və fəlakətinə cəbəb olmuş sərvətlər çoxdur. Təhlükəsizlik və təhlükə də belədir. Bəzi şəxs və ya xalqlar təhlükəsizlik və rifah halında olanda əyyaşlıqla məşğul olur və düşkün həyat keçirirlər və nəticədə xarlıq və zillət uçurumundan aşırlar. Amma bir çox xalqlar bədbəxtlik və aclıq qamçısı nəticəsində hərəkətə gəlir, izzət və ağalığa çatırlar. Bu qanun sağlamlıq və xəstəlik, izzət və xarlıq və digər təbii nemət və bəlalara da şamildir. Nemətlər və həmçinin bəla və çətinliklər də bəxşişdirlər. Çünki, onların hər birindən həm ali dərəcədə istifadə etmək olar və həm də onların hər biri bəla və bədbəxtlik sayıla bilərlər. Səbəb budur ki, onların hər biri tənəzzül və bədbəxtlik mənşəyi ola bilərlər. Həm yoxsulluq, həm də sərvət yolu ilə səadətə çatmaq mümkündür və insan bu iki yolun hər biri ilə bədbəxtliyə də çata bilər.
    Buna görə də hər hansı bir şeyin nemət olması, insanın ona verdiyi reaksiyadan və həmin nemət müqabilində şükr edən, yaxud naşükür olmasından asılıdır. Həmçinin, bəlanın bəla olması da, insanın onun müqabilindəki əks əməli, səbirli və təmkinli və ya süst və iradəsizliyindən asılıdır. Buna görə də bir şey iki şəxsə nisbət verilməsi baxımından müxtəlif şəkillərə düşür, yəni bir şey birinə nisbət veriləndə nemət, digərinə nisbətdə isə bəla olur. Buna görə də biz nemət və bəlaların nisbi olmasını deyirik.
    İlahi və mənəvi cəza olan şeyləri, yəni insanın əməlinin pis təsirlərini bəla adlandırmaq lazımdır. Bunlar birincisi insanın iradə və ixtiyarının nəticə və məhsulu olduqları, ikincisi isə heç bir xeyir və kamalın müqəddiməsi olmadıqları üçün həqiqi bəla və müsibətdirlər. Aşağıdakı rəvayətdə deyildiyi kimi, məsələn qəlbin qəsavəti və daş ürəklilik insan üçün bəladır.
    «Allah-taala heç bir bəndəsini daşürəklilikdən yüksək bəlaya düçar etməyib.»
    Peyğəmbərlərin əhvalatında deyilir: Bir kişi Şueyb peyğəmbərin yanına gələrək ona deyir ki, Allah nə üçün məni bu qədər günah etməyimə baxmayaraq cəzalandırmır? Ona cavab gəlir ki, sən ən pis cəzalara düçar olmusan, amma xəbərin yoxdur.
    Mövləvi bu dastanı belə bəyan edir:
    Məzmunu belədir: Şueybin zamanında biri deyirdi ki, Allah məndən çoxlu eyb görüb; Allah məndən çoxlu günah və cinayət görməsinə baxmayaraq, kərəmini məndən əsirgəmir; Allah Şueybin qulağına dedi ki, ona başa sal ki, ey səfeh, sənin, «nə qədər günah edirəmsə, Allah kərəmini məndən əsirgəmir» deməyin tamamilə tərsinədir; Hər neçə vaxtdan bir səni tuturam və sən bundan xəbərsizsən, başdan ayağa kimi zəncirlənmisən; ey qara qazan, sənin hisin öz əleyhinədir və o, sənin batini simanı məhv edib; sənin ürəyində pas üstündən pas bağlayıb və onlar hamısı bir-birinin üstünə yığılıb və səni sirləri görməkdən məhrum edib.
    Yəni sən tərsinə fikirləşirsən. Sən elə bilirsən ki, Allahın səni cəzalandırması səni hiss etdiyin aşkar cəzaya düçar etməsidir, halbuki sən belə bir cəza almağa layiq olsaydın o, cəza deyil, lütf və rəhmət olardı. Çünki o, sənin qəflətdən oyanmağına səbəb ola bilərdi. Amma indi düçar olduğun cəza, sənin əməllərinin ayrılmaz hissəsi olan və yüz faiz cəza olan bir cəzaya düçar olmusan.
    Həqiqi bədbəxtlik və fəlakətlər insan əməllərinin nəticə və izləridir və Quranın aşağıdakı ayəsi həmin nəticə və cəzalar barəsindədir.
    «...Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər...» (Nəhl-118.)
    Russonun «Umil» adında maraqlı bir kitabı var ki, o, həmin kitabı uşaqların tərbiyə üsulu barəsində yazıb. Umil fərzi və əfsanəvi uşağın adıdır ki, Russo onu öz kitabında tərbiyə edir və onun ruhi və cismi cəhətlərinin hamısının formalaşmasına diqqət yetirir. Russonun bütün arzusu Umilin, təbiəti təcrübə etmək yolu və onunla pəncə-pəncəyə dayanaraq çətinliklər qoynunda formalaşmasıdır.
    Russonun fikrincə ən bədbəxt uşaqlar, valideynləri onları naz-nemət içində yetişdirən və dünyanın isti-soyuğunu dadmağa və eniş-yoxuşunu duymağa qoymayan uşaqlardır. Həmin uşaqlar çətinliklər müqabilində həssas, ləzzətlər müqabilində isə etinasız olurlar. Onlar kiçik bir ağacın budağı kimi, hər bir mehin müqabilində titrəyir və hər bir kiçik pis hadisə onları narahat edir. Hətta kiçik bir hadisə onları intihar etmək fikrinə salır. Digər tərəfdən onlara nə qədər ləzzət almaq şəraiti yaradılırsa, həyəcanlanmır və sevinmirlər. Bu cür insanlar heç vaxt nemətin dadını dərk etmir, aclıq görmədikləri üçün yeməyin ləzzətini duymurlar. Ən yaxşı yeməklər onlar üçün kəndli uşağın yediyi arpa çörəyindən ləzzətsiz və dadsızdır.
    Sadiq Hidayət nə üçün intihar etdi? Onun intihar etməsinin səbəblərindən biri, onun əşrəfzadə və aristokrat olması idi. Onun pulu həddindən artıq çox, normal düşüncəsi isə yox idi. O, iman nemətindən məhrum idi və dünyanı özü kimi şəhvətpərəst, puç və mənasız hesab edirdi. Onun tanış olduğu ləzzətlər ən çirkin ləzzətlər idilər və həmin qism ləzzətlərdən maraqlı bir şey qalmamışdı ki, varlıq və həyat, onun intizarını çəkmək dəyərinə malik olsun. O, artıq həyatdan ləzzət ala bilmirdi. Onun kimi düzgün təfəkkürə malik olmayan və iman nemətindən məhrum olanlar çox idilər, amma onların heç biri onun kimi tox və əşrafzadə deyildi və həyat onlar üçün hələ ki, maraqlı idi. Buna görə də başqaları intihara əl atmadılar.
    Əgər Hidayət kimilər dünyadan şikayətlənir və onu çirkin adlandırırlarsa, onların bundan başqa yolları da yoxdur. Çünki, onların naz-nemət içində böyümələri bunu tələb edir. Onlar ilahi nemətlərin xoşagələn tamlarını hiss edə bilmirlər. Əgər Sadiq Hidayəti bir kəndə apararaq ona öküz dalında xış çəkdirsəydilər, aclıq və çılpaqlığı daddırsaydılar, hərdənbir kürəyinə bir qamçı da vursaydılar və çox acanda qabağına bir parça çörək atsaydılar, həyatın mənasını yaxşı başa düşər və dünyanın su, çörək və digər maddi-mənəvi nemətləri onun gözündə çox dəyər və qiymətli olardı.
    Sədi, «Gülüstan» kitabının birinci fəslində belə bir dastan nəql edir:
    «Bir dəfə bir ağa, öz nökəri ilə gəmiyə minir. Dəniz görməmiş nökəri vəhşət bürüyür və o, səbirsizlik göstərməyə başlayır. Hətta iş o yerə çatır ki, onun keçirdiyi gərginlik, gəminin digər sərnişinlərini də narahat edir. Gəmidə olan bir həkim deyir ki, mən onun dərdini bilirəm. Oradakılara göstəriş verir ki, nökəri dənizə atsınlar. Özünü coşqun və rəhimsiz ləpələr üstündə ölümlə üz-üzə görən nökər, çox çalışaraq özünü gəmiyə çatdırmağa və batmaqdan qurtarmağa çalışır. O, bir müddət nəticəsiz təlaşdan sonra, batmaq istəyəndə həkim onu sudan çıxarmaq göstərişi verir. Nökər bu hadisədən sonra sakitləşir və əvvəlki kimi səs-küy salmır. Həkimdən məsələnin sirrini soruşurlar. O, deyir ki, nökərin, gəminin qədrini bilməsi üçün dənizə düşməsi lazım idi.»
    Bəli, ləzzətlərdən istifadə etməyin şərti, çətinliklərlə tanış olmaq, onları dadmaqdır. Dərənin dibinə düşməyən şəxs, dağın əzəmətini dərk edə bilməz. Rifahı yaxşı olan sinif arasında intiharın çox olmasının səbəblərindən biri, onlarda adətən imansızlığın çox olması, digəri isə həmin təbəqənin həyatın ləzzət və dəyərini dərk etməmələri, dünyanın gözəlliyini hiss etməmələri və həyatın mənasını başa düşməmələridir. Həddindən artıq olan rifah və ləzzət insanı hiss və duyğusuz edərək axmaq və ağılsız bir varlıq şəklinə salır. Belə bir insan, kiçik bir məsələ üstündə intihar edir. Qərb dünyasında puçluğun səbəblərindən biri imanın əldən verilməsi, digəri isə rifahın həddindən artıq yüksək olmasıdır. Qərb, şərqin süfrəsinin başında oturaraq onun qanını sovurur, belə olan halda nə üçün də puçluq və nehilizmdən dəm vurmasın?
    İntiharı həssaslığın üstünə yıxanlar, həmin həssaslığın hansı növ həssaslıq olmasını bilməlidirlər. Onların həssaslıqları zövq və dərk etmə həssaslığı deyil, həmin həssaslığın mənası onlar daha incə düşüncəyə malik olmaları və başqalarının dərk etmədikləri şeyləri başa düşmələri deyil. Onların həssaslıqlarının mənası budur ki, onlar dünyanın gözəllikləri müqabilində hissiz və sarsaq, çətinliklərin müqabilində isə tez inciyən və müqavimətsizdirlər. Elə, belə adamlar intihar etməlidir və onların intihar etmələri daha yaxşıdır. Onlar bəşəriyyət üçün ardırlar və bəşəriyyət onların vücudlarının murdarlığından təmizlənməlidir.
    Bir vaxtlar, bir tanışımız var idi və elə bilirdik ki, o, dünyanın ən xoşbəxt insanlarındandır. Həyat üçün lazım olan hər bir maddi imkana malik idi. Pul, sərvət, vəzifə, məqam, ad-san, bir sözlə hər şeyi var idi. Bir dəfə övlad olmasından söz düşdü. O, dedi ki, mən istəmirdim və istəmirəm ki, uşağım olsun. Ondan səbəbini soruşdum. Dedi ki, mən özüm bu dünyaya gəlmişəm bəsdir, nə üçün digər bir varlığın da əziyyətə düşməsinə səbəb olum və o da mənim çəkdiyim çətinlikləri çəksin? Əvvəlcə təəccübləndim, amma sonra onun ruh və düşüncəsi ilə bir az çox tanış olandan sonra, gördüm ki, yazıq düz deyir, o, bu qədər naz-nemət içində əziyyətdən başqa bir şey görmür. Adətən bizim bütün çətinlikləri özlərindən uzaqlaşdırdıqlarını güman etdiyimiz şəxslər, hamıdan çox əzab çəkirlər.
    Bəli, bəla və müsibətlər böyük nemətdir və onlara görə Allaha şükr etmək lazımdır. Bəzən qəzəb, lütf formasında göründüyü kimi, nemətlər də bəzi vaxtlar qəzəb libasında zahir olurlar. Bu qəzəblərə görə şükr etmək lazımdır. Amma hər halda bu məsələni yaddan çıxarmaq lazım deyil ki, nemətin nemət və bəlanın da bəla olması, bizim ona verdiyimiz reaksiyadan asılıdır. Biz bütün müsibətləri nemətə və həmçinin bütün nemətləri bəla və müsibətə çevirə bilərik. İndi əgər bütün bunlar bizdən asılıdırsa, onda gör biz nemət libasında olan nemətlərin nemətə, bəla və müsibət formasında olan müsibətlərin isə bəlaya çevrilməsində nələr edə bilərik?
    ZİDDİYYƏTLƏR TOPLUMU
    Biz, bu fəsldə olan söhbətlərimizdən belə nəticəyə gəldik ki, yaradılışın əsas formulu ziddiyyətlər formuludur və dünya ziddiyyətlər toplumundan başqa bir şey deyil. Bu dünyada varlıqla yoxluq, həyat və ölüm, sağlamlıq və xəstəlik, gənclik və qocalıq və xoşbəxtliklə bədbəxtlik bir-birlərinin kənarında və birgədirlər. Sədinin sözü ilə desək «dəfinə ilə ilan, gül ilə tikan, qəmlə sevinc birgədirlər».
    Mövləvi deyir:
    Məzmunu: Əziyyət rəhmətlər xəzinəsidir; dəri soyulanda beyin təzələnir; qardaşım, qaranlıq və soyuq yerə və qəmə, süstlüyə və ağrılara səbr etmək həyat suyu və məstlik piyaləsidir ki, bütün yüksəkliklər alçaqlıqlardadır; baharlar xəzan fəslində gizləniblər; o xəzan bahardadı, ondan qaçma; qəmlə yoldaş ol və vəhşətlə uyğunlaş, uzun ömrü öz ölümünlə tələb et.
    Dünya maddəsinin dəyişməsi və təkamülün yaranması ziddiyyətlərdən yaranır. Əgər ziddiyyət olmasaydı, heç vaxt rəngarənglik və təkamül olmaz, dünya hər an yeni bir rol oynaya bilməzdi və varlıq aləmində yeni izlər buraxılmazdı.
    Əgər məsələyə fəlsəfi rəng vermək istəsək deməliyik ki, maddənin müxtəlif formalar qəbul etmək qabiliyyətinə malik olması və formaların bir-biri ilə ziddiyyəti, həm qurucu və həm də dağıdıcı amildir; həm yaratmaq və həm də dağıtmaq amilidir; keçmişi dağıtmaq və gələcəyi qurmaq, köhnə formaları aradan apararaq yeni formalar gətirmək amili! Həm viran etmək və dağıdıcılıq və həm də rəngarənglik və təkamül ziddiyyətin məhsuludur. Çünki, bir şey dağıdılmasaydı, yeni hissələrin bir-birləri ilə birləşməsi, tərkibə girmə və təkamülün heç bir mənası olmazdı. Bir şeyin hissə və təşkiledici ünsürləri bir-birləri ilə döyüşərək bir-birlərinə təsir etməyincə orta təbiət və yeni tərkib yaranmır. Deməli, «ziddiyyət, xeyirlərin mənşəyi və dünyanın əsasıdır və dünya ona söykənir» demək düzdür. Biz bu kitabın birinci fəslində ədalətin mahiyyətinin nə olması barəsində danışarkən, Molla Sədranın «Əsfar» kitabının ikinci cildindəki mənalı sözlərini nəql edərək maddə və formalarda iki tələbatın olmasının necəliyini və bir-birinə zidd həmin təlabatların rollarının daimi olaraq dəyişməsini tələb etməsini dedik. İndi həmin şəxsdən digər bir təbir nəql edəcəyik.
    Molla Sədra «Əsfar» kitabının üçüncü cildinin 117-ci səhifəsində belə deyir:
    «Əgər ziddiyyət olmasaydı, bağışlayan Allahın feyz verməsinin davam etməsi mümkün olmazdı».
    Təbiət aləmi kəsilmə və birləşmələr, kəsilmələr, yapışmalar, qayçılamalar və tikməklərlə doludur və bu, dünyanın zərurətlərindəndir. Dünyanın maddəsi həmişə dövriyyədə olan sərmayə kimidir və onun qazandığı mənfəətlər onun cərəyan və hərəkətdə olmasına borcludur. Əgər dünya sabit və dəyişməz olsaydı, o, xeyir və ziyanı gətirməyən donmuş və dövriyyəsiz sərmayəyə bənzəyərdi.
    Hər hansı bir bazarda dövriyyəyə buraxılan müəyyən sərmayə, bəzən xeyir, bəzən isə ziyan gətirir. Amma sərmayələrin hamısını nəzərə alanda, ziyan olmur və sərmayənin hərəkətdə olması mütləq artan və çoxalandır.
    Dünyanın quruluşunda da, onun bütün maddələrinin, maddənin qabiliyyəti və formaların ziddiyyəti formulu vasitəsi ilə işə düşməsi, mütləq xeyir verən və mənfəətlidir və o, dünyanı kamilliyə doğru sövq edir. Dialektik məntiqdə ziddiyyətlər məsələsi fövqəladə əhəmiyyətli bir məsələ kimi qiymətləndirilir və o, dialektik dünyagörüşünün əsası sayılır. Amma İslam filosof və arifləri, bu fəlsəfənin yaranmasından çox qabaq ziddiyyət prinsipinə diqqət edib, bu barədə maraqlı məsələlər bəyan ediblər. Hətta yunan fəlsəfəsindən nəql edilmiş bəzi şeylərdən belə məlum olur ki, onların arasında da bu əsas və prinsipə diqqət edilirmiş.
    Təntavi özünün «Əl-Cəvahir» təfsirinin 11-ci cildinin beşinci səhifəsində, Sokratın «ziddiyyət prinsipindən» ölümdən sonrakı həyatın sübutuna dəlil kimi istifadə etməsini nəql edib.
    Təntavi yazır ki, Sokratı edam etmək istəyəndə o, həyatının son anlarında, ölümdən sonra digər bir həyatın olmasını sübut etmək üçün belə dəlil gətirib:
    «Biz dünyada həmişə təzadların — gözəlliyin çirkinlikdən, ədalətin zülmdən, oyaqlığın yuxudan, yuxunun oyaqlıqdan, güclülüyün acizlikdən və bunun əksinin bir-birlərindən yaranmalarını görürük. Hər bir şey öz ziddindən yaranır. Bu ümumi qanun ölümlə həyat, varlıqla yoxluğa da şamildir və bu dəlilə görə, ölümdən digər bir həyat yaranmalıdır. Belə olmasa təbiətin ümumi qanunu pozular».
    Mövləvi ziddiyyətlərin bir-birlərinin tərkibində yetişmələri barəsində belə deyir:
    Məzmunu: Dənizin dibində gövhərlər daşla bir yerdədirlər; iftixarlar xarlıqların içindədir.
    İbni Xəldun, Əli Əl-verdinin «Əl-muhzələ» kitabındakı sözlərinə əsaslanaraq belə deyir: «Çəkişmə, insan həyatının əsas sütunlarından biri və bəşəriyyətin təbiətində olan mühüm ünsürlərdəndir».
    Bundan öncə də sözlərinin bir hissəsini nəql etdiyimiz məşhur alman filosofu Hegelin, ziddiyyətlər barəsində «Hegel dialektikası» adı ilə məşhurlaşmış xüsusi nəzəri var və filosoflar, onun həmin nəzəriyyələrinə həddindən artıq çox istinad edirlər. O, belə deyir:
    «Hər bir fikir və əşyanın hər hansı bir forması, habelə dünyada olan hər bir təsəvvür və vəziyyət, güclü şəkildə öz ziddinə tərəf çəkilir, sonra onunla birləşərək üstün və möhkəm bir cəm yaradır. İnkişafın barışdıraraq vəhdətə çevirməsi üçün hər bir vəziyyət və əşyanın bir ziddi olmalıdır».
    Əmirəl-möminin Əli (ə) öz xütbələrinin müxtəlif yerlərində ziddiyyət qanununa toxunub.
    Bu böyük imam özünün 184-cü xütbəsində Allahı tanımaq barəsində «O, heç nə kimi deyil» prinsipindən istifadə edib və Allahla dünya arasında mənfi müqayisə aparıb. Onun sözlərinin tərcümə və mənası belədir:«Allahın hiss və şüur cihazlarını yaratmasından başa düşmək olar ki, Onun özünün belə üzv və cihazları yoxdur. Başqa sözlə desək, Allahın, məxluqatın hiss və şüuru üçün yer və vasitə yaratması, Onun şüur və dərkinin vasitə və üzv vasitəsi ilə olmamasına dəlildir. Varlıqlar arasında bərqərar etdiyi ziddiyyətdən onun özünün ziddinin olmaması başa düşülür. Həmçinin onlar arasında (cismani) yaxınlıq yaratmasından, Onun özünün cismani yaxınının olmaması dərk edilir. O, nurla zülmət, aydınlıqla qaranlıq, quru ilə yaş və isti ilə soyuq arasında ziddiyyət yaradıb. Düşmən və ziddiyyətli təbiətlər arasında ülfət yaradaraq bir-birlərinə biganə və yad olanları bir-birləri ilə birləşdirib. Uzaqları bir birlərinə yaxın, yaxınları isə bir-birindən uzaq edib».
    O həzrət Nəhcül-bəlağənin birinci xütbəsində Adəmin yaranması barəsində belə buyurur:
    Əmirəl-möminin (ə) burada Allah-taalanın, Adəmin gilini yerin müxtəlif hissələrindən yoğuraraq, sonra ona ruh üfürməsini bəyan etdikdən sonra, yaradılmış insanın vəsfində belə deyir:
    «O, müxtəlif təbiətlərlə qarışıb, onda həm yeksan və bir-birinə bənzər və həm də bir-birinə zidd hissələrdən istifadə edilib».
    ZİDDİYYƏTİN FƏLSƏFİ ƏSASI
    Dayaq nöqtəsi hərəkət və tərpənmə olan dünyada, mütləq ziddiyyət hakim olmalıdır. Çünki, filosofların dediyi kimi, qeyri-müafiq hərəkətin olması mümkün deyil. Hərəkət səy və təlaşdır, təlaş da çarpışma və qarşıdurma olan yerdə gerçəkləşir.
    Başqa ifadə ilə desək, heç bir təbii hərəkət qəsrsiz mümkün deyil. Cism özünün qeyri-təbii yerində olanda öz təbii yerinə doğru hərəkət etməyə başlayır. Lakin cism öz təbii yerində olanda sakit və hərəkətsiz olur. İnsan da kamala doğru, ona malik olmadığı təqdirdə tələsir. İnsanın səadəti həmişə hansısa mətləb və hədəfin olmasındadır və hədəfə malik olmaq məhrumluq və həmin şey olmayanda həyata keçir.
    Biz dialektik məntiqi hərəkəti, ziddiyyət və təbiətin hissələrinin bir-birinə bağlılığına əsaslanana qədər qəbul edirik. Bu əsl, ən qədim zamanlardan İslam filosoflarının diqqət mərkəzində olub. Bizim yolumuzu onlardan ayıran və Hegeldən sonra dialektik təfəkkürün özəyi sayılan şey, başqa şeylər, o cümlədən düşüncənin də maddə kimi hərəkət, ziddiyyət və sairənin təsiri altına düşməsidir. Hərəkət, ziddiyyət və qarşılıqlı təsir qanunları təbiətə aid olduğu çərçivədə düzgündür və onlar fəlsəfi əsaslardır. Amma onların məntiq adlandıraraq mərifət və agahlığı da həmin qanunlara tabe etmək istəmələri qəbul edilməzdir. İndi həmin məsələlər barəsində söhbət etmək imkanımız yoxdur.
    ÜMUMİ NƏTİCƏ
    Bizim, ilahi ədalət baxımından şərlər məsələsi barəsindəki söhbətimiz burada sona çatır. Biz ölüm məsələsini, xüsusi mülahizə ilə müstəqil bir fəsildə araşdıracağıq. Mən burada, üçüncü fəslin sonunda dediklərimizdən əlavə, indiyə kimi dediklərimizin xülasə və ümumi əsaslarını bir daha xatırlatmaq istəyirəm.
    1. Hikmət sifəti, yəni Allah və insanın həkim olması, iki cür gerçəkləşir. İnsanın həkim olmasının mənası budur ki, onun hər bir işdə əqli hədəfi vardır və o, həmin hədəflərə çatmaq üçün öz işlərində ən ali və üstün hədəflər və ən yaxşı vasitələri seçir. Amma Allah-taala mütləq ehtiyacsızdır və O, hansısa hədəf axtarmır. Onun malik olmadığı və buna görə də axtara biləcəyi hansısa kamillik yoxdur. Allahın həkim olmasının mənası budur ki, O, varlıqları onların özlərinin imkanları olan layiqli kamala çatdırır. Onun işi varlığı kamala çatdırmaq olan yaratmaq və ya şeyləri kamilliyə çatdırmağın digər bir növü olan tədbir, təkmilləşdirmək və əşyaları onların ikinci dərəcəli kamilliklərinə doğru sövq etməkdir. Sual və iradların bəziləri, Allahın həkim olmasını insanın həkim olmasına bənzədərək onları bir-biri ilə müqayisə etməkdən yaranır. Adətən «filan şey nə üçün yaranıb?» sualı veriləndə, sualı soruşan, məsələni öz zehnində «Allahın həmin işdən hədəf və məqsədi nədir?» formasında irəli sürür. Amma o, bu məsələdən xəbərsizdir ki, bizim, Allah üçün də insan üçün qail olduğumuz kimi hədəfə qail olmağımızın mənası, Allahın da insan kimi öz işlərinin çatışmamazlıqlarını düzəltməsi və özünü kamilləşdirməsidir. Əgər əvvəlcədən, Allahın Həkim olmasının mənasının, Onun zatının deyil, işlərinin hədəfə malik olması demək olmasına, hər bir məxluqun hikmətinin onun canında gizlənmiş bir hədəf olmasına və Allahın hikmətinin varlıqları onların təbii hədəflərinə doğru sövq etmək olmasına diqqət yetirsək qabaqcadan cavabımızı əldə edəcəyik.
    2. İlahi feyzin mənası, dünyanın hamısını bürüyən və xüsusi quruluşa malik olan bir feyzdir, yəni onların arasında dal-qabaqlıq, səbəb-nəticəlik hakimdir və bu quruluş dəyişməzdir. Belə ki, heç bir varlıq öz məqam və dərəcəsindən kənara çıxaraq başqasının məqamını tutmaq imkanına malik deyil. Varlıqlar, xüsusilə insanın təkamül hərəkəti öz məqamını tərk edərək başqasının məqamını tutmaq deyil, insanın vücudunun genişliyi mənasınadır. Varlıqların məqam və dərəcəyə malik olmaları, onların arasında naqislik və kamillik, güclülük və zəiflik baxımından fərq və ixtilafın hakim olmasını tələb edir. Bu qism ixtilaflar ayrı-seçkilik deyil.
    3. Allahın yaratması cüzi və təsadüfi deyil, ümumi və zəruridir.
    Bu barədə olan səhvlərin digər bir kökü Allah işlərinin insanın işləri ilə müqayisəsidir. Belə ki, bəziləri belə güman edirlər ki, Allahın işləri də insanın işləri kimi cüzi və təsadüfi ola bilər.
    İnsan, varlıqların biri və quruluşun bir hissəsi olduğu və onun iradəsi, cüzi və təsadüfi səbəblərin oylağı olduğu üçün müəyyən zaman və məkanda — müəyyən şəraitin təsiri altında — məsələn, bir zavod tikmək qərarına gəlir. O, heç bir təbii bağlılıqları olmayan şeyləri, o cümlədən kərpic, sement, dəmir, torpaq, əhəng və sairəni toplayaraq, onları süni əlaqələrlə xüsusi şəkildə bir-birinə birləşdirərək zavod tikir.
    Bəs Allah-taala necə? Görəsən Allahın möhkəm yaradılışı da bir neçə yad şey arasında süni və müvəqqəti əlaqə yaratmaq qismindəndirmi?
    Süni və müvəqqəti əlaqə yaratmaq, birincisi, varlıq aləminin bir hissəsi olan və onda hakim olan qanunlara tabe, ikincisi, müəyyən çərçivədə əşyaların mövcud qüvvə, güc və xüsusiyyətlərdən bəhrələnmək istəyən, üçüncüsü, iradəsi cüzi səbəblərin oyuncağı olan (məsələn, o, özünü soyuq və istidən ev vasitəsi ilə qoruyur) dördüncüsü, failliyi yaratmaq deyil, hərəkət failliyi həddində olan, yəni heç nə yaratmayan və varlıqları yalnız hərəkətə gətirərək yerini dəyişdirmək yolu ilə bir-biri ilə əlaqələndirən insan kimi varlığa layiqdir. Amma Allah yaradıcı faildir. O, əşyaları bütün qüvvə, güc və xüsusiyyətləri ilə yaradıb və həmin qüvvə və xüsusiyyətlər, bütün sahələrdə bərabər və yeksan təsir göstərirlər.
    Məsələn, Allah-taala od, su və elektriki yaradır. Amma insan həmin od, su və elektrik arasında bir növ süni əlaqə yaradaraq onlardan bəhrələnir. İnsan bu süni əlaqəni elə tənzimləyir ki, ondan özünə faydası olan müəyyən yerdə istifadə edir (məsələn, işığın kilidini vurur) və lazım olmayanda ondan istifadə etmir, (məsələn işığı söndürür). Allah-taala isə həmin şeyləri bütün xüsusiyyət və təsirləri ilə birlikdə yaradandır. Odun zəruri xüsusiyyəti yandırmaq və qızdırmaq, elektrikin xüsusiyyəti isə işıqlıq və hərəkət yaratmaqdır. Allah od və ya elektriki müəyyən şəxs üçün yaratmayıb və belə bir işin olmasının mənası da olmazdı ki, məsələn o, birinin evini qızdırsın, amma paltarını yandırmasın. Allah, xüsusiyyəti yandırmaq olan odu yaradıb. Deməli, odu ilahi hikmət baxımından varlıq aləmində ümumi nəzərə almaq lazımdır. Onun vücudu ümumilikdə xeyirli və lazımdır, yoxsa artıq və zərərli? Burada onu cüzi nəzərə alaraq kiminsə evini qızdırması, digərinin isə anbarını yandırmasını fikirləşmək lazım deyil.
    Başqa sözlə desək, hədəfləri Allahın zatının deyil, işlərinin hədəfi kimi nəzərə almaqdan əlavə, bilməliyik ki, Haqqın işləri cüzi deyil, ümumi və təsadüfi deyil, zəruri hədəflərə malikdir.
    4. Bir şeyin vücuda gəlməsi üçün Allahın tam failliyi kifayət etmir, yaranmalı olan şeyin yaranmaq qabiliyyət və istedadının olması da şərtdir. Bəzi varlıqların bəzi nemətlərdən məhrum olmalarının mənşəyi onların müəyyən şeyə lazım olan istedadlara malik olmamalarıdır. Barələrində bundan əvvəl danışdığımız acizlik, zəiflik, nadanlıq və sairə kimi yoxluq qismli şərlər, bəşəriyyətə aid olması, yəni quruluşun cüzi və təsadüfi cəhətləri deyil, Allahın müqəddəs zatı, yəni quruluşun ümumiliyi baxımından, istedadların naqisliyindən yaranıb.
    5. Allah-taala zatən vacibul-vücud olduğu kimi, bütün cəhət və heysiyyətlərdən də vacibdir. Hansısa bir varlığın vücuda gəlmək və ya kamala çatmaq imkanı ola-ola, Allah tərəfindən ona həmin feyzin əta edilməməsi qeyri-mümkündür. Bəzən bir varlığın hansısa bir şəraitdə, bir kamalı əldə etmək imkanına malik ola-ola ondan məhrum qalması, külli və zəruri səbəblər əsasında olan imkan deyil, cüzi və təsadüfi səbəblər əsasında olan imkandır.
    6. Şərlər ya yoxluq, ya da digər əşyalarda yoxluq mənşəyi olan varlıqlardır və onlar yoxluq mənşəyi olduqları üçün şərdirlər.
    7. İkinci qism şərlərin şərlikləri onların öz-özlərində deyil, nisbi və izafi vücudlarındadır.
    8. Doğrudan da mövcud olan, yaradılan və səbəb-nəticənin əlaqə qurduğu şey, izafi vücud deyil, həqiqi vücuddur.
    9. Şərlər ümumi baxışda zati deyil, tabeçilik və ərəzlə olan məxluqdurlar.
    10. Dünya parçalanmaz bir vəhdətə malikdir və onun bəzi hissələrinin aradan götürülərək bəzisinin saxlanılması sırf xülya və xəyal oyunudur.
    11. Şərlər və xeyirlər bir-birindən ayrı, iki sıra və cərgədə duran şeylər deyildirlər və onlar bir-birlərinə qarışıblar. Yoxluqlar varlıqlardan, izafi vücudlar isə həqiqi vücudlardan ayrılmazdır.
    12. Dünyanın parçalanmazlığı prinsipinə əsasən, təkcə yoxluqlar varlıqlardan və izafi vücudlar həqiqi vücudlardan deyil, həqiqi vücudlar da bir-birlərindən ayrılmazdır.
    13. Varlıqlar tək və müstəqil olmaları baxımından bir hökmə, nəyinsə bir hissəsi və hansısa bir əndamın üzvü olmaları baxımından isə başqa bir hökmə malikdirlər.
    14. Birlik və əndamvarilik hakim olan yerədə, təklik və müstəqilin olması etibari və intizaidir.
    15. Əgər şər və çirkinlik olmasaydı, xeyir və gözəlliyin mənası olmazdı.
    16. Şər və çirkinliklər xeyir və gözəlliklərin aynasıdır.
    17. Şərlər xeyirlər qaynağı, müsibət və çətinliklər isə xoşbəxtliklər anasıdır.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 668 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024