İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 1

    Həqiqət olduğu kimi... 1
    2012-03-13, 2:21 PM
    ZƏMANƏ ALİMLƏRİNİN HAKİM ABBASİ TƏRƏFİNDƏN YAXALANMASI
    Abbasi xəlifəsi Əbu Cəfər Mənsur böyük siyasətçi idi. İnsanların vicdanını ələ ala bilir, müxtəlif yollarla öz nüfuzunu genişləndirmək istəyirdi. Bu, onun Maliklə görüşündə açıq surətdə bilinir. Çünki Mədinənin valisi Malikə şallaq vurduqdan sonra onunla çoxdan dost olduğunu aşkar etdi.
    Malik bu hadisədən on beş il qabaq, bir dəfə də Mənsurla görüşmüşdü. Bu Mənsurun yenicə xilafətə çatdığı zaman idi.("Tarixi xüləfa”, İbni Qüteybə, 2-ci cild, səh. 142. ) Mənsur o görüşdə Malikə demişdi:
    Ey Əba Əbdillah! Mən yuxu görmüşəm!
    Malik dedi: Allah əmirəl-möminini düz fikrə hidayət etsin. Əmirəl-möminin nə görmüşdür?
    Əbu Cəfər dedi: Gördüm ki, səni bu evdə oturtmuşam. Sən Allahın evini abad edənlərdən olmusan. Mən də xalqı sənin elminə itaətə məcbur etmişəm. Dövlət və şəhərlərdə camaatla əhd bağlamışam ki, həcc mövsümündə öz nümayəndələrini sənin yanına göndərsinlər. Sən də öz növbəndə onları düz yola hidayət edəsən. Elm yalnız Mədinə camaatının elmidir, sən də onların ən elmlisisən.(Həmin səhifə)
    İbni Qüteybə yazır: Əbu Cəfər Mənsur xilafətə çatdığı zaman Malik ibni Ənəs, İbni Əbi Züeyb və İbni Səmanı bir yerə yığdı və onlardan soruşdu: Mən sizin nəzərinizdə nə cür adamam? Adil rəhbərlərdənsən, ya zalım?
    Malik deyir: Mən dedim: Ey əmirəl-möminin! Mən Allahı və sənin qohumun Peyğəmbər (s)-i vasitəçi salıb, bunun cavabını verməkdən məni məzur qılmanı istəyirəm.
    Dedi: Əmirəl-möminin səni bağışladı.
    İbni Səman dedi: Allaha and olsun ki, sən çox yaxşı kişisən. Allahın evinə – həccə gedir, Onun düşməni ilə cihad edirsən. Yollarda əmniyyət yaradır, zəiflər sənin vasitənlə arxayın olurlar. Din səninlə möhkəmdir! Sən çox adil rəhbər və xalqın ən yaxşısısan!!
    İbni Əbi Züeyb dedi: Allaha and olsun! Sən mənim üçün xalqın ən pisisən. Allah və Peyğəmbərin malını yığıb saxlamış, Peyğəmbərin qohumlarının, yetimlərin və fəqirlərin payını vermirsən. Zəifləri yazıq etmiş, güclüləri əzaba salmısan. Onların malını əllərindən almısan. Sabah Allaha nə cavab verəcəksən?
    Əbu Cəfər ona dedi: Nə dediyini heç başa düşürsən? Gör kimin qarşısındasan?
    Dedi: Bəli, qılınclar görürəm, canım xətərdədir, amma ölüm yüz faizdir, nə qədər tez gəlsə, o qədər yaxşıdır.
    Bu söhbətdən sonra Mənsur İbni Əbi Züeyblə İbni Səmanı bayıra çıxartdı. Maliklə tək qaldıqda, ona aman verib dedi: "Ey Əba Əbdillah! Arxayınlıqla öz şəhərinə qayıt. Əgər bizim yanımızda olanları istəsən, biz də heç kəsi səndən üstün tutmarıq və heç kəs səninlə bərabər olmaz...”
    Deyir: Sabahı gün Əbu Cəfər Mənsur onların hər biri üçün bir kisə göndərdi. Hər birində beş min dinar pul var idi. Pulları aparan şəxs onun qoruyucularından biri idi. Mənsur ona dedi: Onları hər birinə bir kisə ver, əgər Malik ibni Ənəs pulu aldı, heç, almasa da bir eybi yoxdur.
    Amma əgər İbni Əbi Züeyb aldı, başını kəsib mənə gətir, əgər almasa, eybi yoxdur.
    İbni Səman əgər almasa, başını kəs, mənə gətir. Əgər alsa, qoy salamat getsin.
    Malik deyir: O kişi pulları gətirdi. İbni Səman pulu aldı və sağ qaldı. İbni Zübeyr almadı, o da sağ qaldı. Amma, Allaha and olsun, mənim pula ehtiyacım var idi, ona görə onu aldım.("Tarixi xüləfa”, 2-ci cild, səh. 144-145. )
    Bu, abbasilərin bəyəndiyi həmin üslub idi. O zaman onlar üçün daha çox əhəmiyyət kəsb edirdi. Xalq onlara – Peyəğəmbər (s)-lə qohum olduqları üçün – hörmət edirdi. Elə bu səbəbdən xəlifə Malikin nə demək istədiyini başa düşdü və bəyəndi. Onu söz deməkdən azad etdi.
    İkincisi, İbni Səman idi. Xəlifəni elə tərif etdi ki, onun qorxusu onda olmasın. Çünki cəllad durmuş, xəlifənin əmrini gözləyirdi.
    İbni Əbi Züeybə gəldikdə isə, o, qorxusu olmayan, şücaətli bir insan idi. Allah yolunda heç kəsdən qorxmur, imanlı, ixlaslı, düz danışan, Allahın, Peyğəmbərin və müsəlmanların xeyrini istəyən idi. Heç bir qorxusu olmadan həqiqəti deyib, onun yalançı və hiyləgər olmasını aşkar etdi. Onu ölümlə hədələdikdə isə, hazır olduğunu bildirdi.
    Xəlifə o iki nəfəri pulla yoxladı. İmam Maliki isə hər bir surətdə bağışladı. Hər iki halda sağ qalacağını bildirdi.
    Əgər İbni Əbi Züeyb pul alsa, ya İbni Səman almasaydı, hər ikisinin başı kəsiləcəkdi. Əbu Cəfər Mənsur çox siyasətcil və hiyləgər idi. Maliki böyüdüb, onun məzhəbini rəsmi etdi. İbni Əbi Züeybin – Malikdən savadlı olmasına baxmayaraq – məzhəbini aradan apardı. Əhməd ibni Hənbəl onun Malikdən savadlı olmasını təsdiq etmişdi.(Təzkirətul-huffaz”, 1-ci cild, səh. 176)
    Şafeinin etirafına görə, Leys ibni Səd də Malikdən savadlı idi.("Mənaqibi Şafei”, 1-ci cild, səh. 524. )Həqiqət isə bu idi ki, imam Sadiq (ə) hamıdan elmli idi. Bunu hamı etiraf edir.(Qabaqkı bəhslərdə Malikinin bu barədə sözünü demişdik. ) Görəsən, ümmətin arasında elə bir adam vardı ki, fəzilət, şərafət, elm və əməldə ona çatsın? O elə bir kəsdir ki, cəddi Əli ibni Əbi Talib (ə) Peyğəmbərdən sonra xalqın ən alimi, ən fəqihi olmuşdur.
    Amma bu, siyasətdir ki, kimini yuxarı və kimini də aşağı gətirir. Həmçinin bu, puldur ki, bəzi adamları qabağa salır, bəzilərini isə geri qovur.
    Burada hər şeydən mühüm olan şey, əhli-sünnə və camaatın bu dörd məzhəbinin siyasət nəticəsində vücuda gətirilib xalqa zorla sırılmasının möhkəm və eyni zamanda aydın dəlillərlə sübut edilməsidir. Sözsüz, xalq da öz əmirlərinin dinindədir.
    Daha geniş xəbərdar olmaq istəyənlər Şeyx Əhməd Heydərin yazdığı "Əl-imamus-Sadiqu vəl-məzahibul-ərbəətu” kitabına müraciət edə bilərlər.
    Bu kitabda imam Malikin hakimlərin yanında hansı nüfuza və sevgiyə malik olduğunun şahidi ola bilərsiniz. Hətta imam Şafei Mədinənin valisindən xahiş edir ki, imam Malikin evinə getmək üçün şərait yaratsın. Hakim ona deyir: Mən hazıram Mədinədən Məkkəyə piyada gedəm, amma Malikin qapısında dayanmayam. Onun qapısında durduqda zəlil olduğum qədər heç bir yerdə zəlil olmuram.
    Əhməd Əmin Misri özünün "Zühurul-İslam” kitabında yazır: Dövlətlər əhli-sünnət məzhəblərinin möhkəmlənməsində böyük rola malik olmuşlar. Hökumətlər möhkəm olduğu zaman bir məzhəbə kömək, xalq da itaət edir. O məzhəb həmin dövlət qalana qədər davam edir.("Zühurul-islam”, 4-cü cild, səh. 96. )
    Biz deyirik ki, imam Sadiq (ə)-ın məzhəbi Əhli-beytin məzhəbidir. Əlbəttə, əgər ona məzhəb adı qoymaq düz hesab olunarsa. (Bu cür adlandırmaq müsəlmanların adətidir.) Bu, həmin həqiqi İslamdırsa ki, Allah rəsulu onu gətirmişdir, heç bir dövlət də ona kömək etməmiş və rəsmən tanınmamışdır. Əksinə olaraq, bütün hakimlər onu məhv etmək üçün çalışmış, hər yolla olursa-olsun, xalqı ondan uzaqlaşdırmaq istəmişlər.
    Əgər bu qaranlıq aradan getmiş və bütün tarix boyu ona kömək olunmuşsa da, bu Allahın müsəlmanlara olan lütfündən irəli gəlmişdir. Çünki Allahın nurunu heç kəs söndürə, qılıncla kəsə bilməz. Aldadıcı təbliğlər, qərəzli şayiələr onu aparmağa qadir deyildir.
    Allah Peyğəmbəri dünyadan gedəndən sonra hidayət imamlarına və pak Əhli-beyt (ə) iqtida edənlər çox az olmuşdur. Tarix boyu müxtəlif zəmanələrdə artıb çoxalmışdır. Çünki pak ağacın kökü torpaqda, budaqları isə göydədir. Hər zaman Allah istəsə, o, meyvə gətirir. Hər şey Allahla olsa qalır və yaşayır.
    Qüreyş elə əvvəllər də – Həzrət Mühəmməd (ə)-in təbliği zamanı – onun qarşısını almaq istəyirdilər. Amma Allahın köməyi və Əbu Talibin (ki, özünü Həzrətə fəda etmişdi) çalışması ilə bir iş görə bilmədilər.
    Qüreyş özü-özünü aldadıb "Mühəmməd (s)-in ocağı kordur” – dedilər. "O, dünyadan getdiyi zaman nəsli kəsiləcək və işi də axıra çatacaqdır.”
    Amma Pərvərdigar ona "Kövsər” verdi. Həsən və Hüseynin babası oldu. Möminlərə müjdə verib dedi: Onlar hər ikisi imamdır, istər sülh etsinlər, istərsə də qiyama qalxsınlar. Qalan doqquz imam Hüseyn (ə)-ın övladlarındandır.
    Qüreyş isə bunu istəmirdi. Həzrət Mühəmməd (s) dünyadan gedəndən sonra, ayağa qalxıb onun ailəsini yer üzündən silmək istədilər. Fatimə (əleyha-salam)-ın evini mühasirə etdilər və yandırdılar. Əgər Əli (ə) təslim olmasaydı, barışıq da olmazdı və nəticədə İslama son qoyardılar.
    Qüreyş rahat oldu, qorxuları aradan getdi. Çünki dövlət artıq onların əlində idi. Mühəmməd (s)-in nəslindən onları qorxuda biləcək bir kəs qalmamışdı. Amma Əli (ə) xilafətə gəldiyi zaman Qüreyş yenidən öz işinə başladı. Həzrət Əli (ə)-a qarşı amansız müharibələr apardılar və onu məhv edənə qədər dayanmadılar. Xilafəti Qüreyşin ən pis tayfasına qaytardılar. Yenidən padşahlıq geri qayıtdı və irs şəklində oldu.
    Hüseyn (ə) Yezidlə beyətdən imtina etdiyi zaman Qüreyş yenidən Peyğəmbər (s)-in Əhli-beytini tamamilə aradan aparmaq üçün ayağa qalxdılar. Hətta onların adını tarixdən silmək istəyirdilər.
    Kərbəla faciəsi baş verdi. Bu faciədə Peyğəmbər (s)-in bütün nəslini, hətta südəmər uşaqlarını öldürüb şəhid etdilər. Nübüvvətin tamam kökünü qırmaq istədilər. Amma Allah Öz Peyğəmbərinə verdiyi vədəyə əməl etdi, Əli ibni Hüseyn (ə)-a nicat verdi. Onun nəslindən başqa imamları dünyaya gətirdi. Şərq və qərb onun nəsli ilə doldu, Kövsər vücud tapdı.
    Elə bir şəhər və kənd yoxdur ki, orada Peyğəmbər (s)-in nəslindən bir nəfər ya özü, ya da təsiri olmasın. Xalq onlara ehtiram edir, onları sevir.
    Bütün bu qədər çətinlik və hiylələrdən sonra bu gün Cəfəri şiələrinin sayı iki yüz əlli milyona çatır. Onların hamısı Peyğəmbər (s) ailəsinin on iki imamlarına itaət edirlər. Bu yolla Allaha yaxınlaşmaq və Peyğəmbər (s)-in şəfaətinə nail olmaq istəyirlər.
    Başqa məzhəblərin sayı – dövlətlərin himayə etməsinə, xalqı onlara tərəf çəkmələrinə baxmayaraq – bu qədər deyildir.
    وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ
    "Onlar çarə fikirləşirdilər və Allah çarə fikirləşdi. Allah ən yaxşı çarə edəndir.” ("Ənfal” surəsi, 30-cu ayə.)
    Məgər Firon Bəni-İsrailin bütün xırda oğlan uşaqlarını öldürməyə əmr etmədimi? Onun bu işinin səbəbi münəccimlərin ona verdikləri xəbər idi.
    Münəccimlər xəbər vermişdilər ki, Bəni-İsraildən bir uşaq dünyaya gələcəkdir ki, onun şahlığını təhlükəyə salacaqdır. Amma ən yaxşı çarə edən (Allah) Musa (ə)-a Fironun hiyləsindən nicat verdi. Onu Fironun öz evindəcə böyüdüb şahlığına son qoydu. Məgər öz zəmanəsinin Fironu olan Müaviyə Həzrət Əli (ə)-a lənət göndərtdirib onun övlad və şiələrini öldürmədimi? Onun fəzilətlərini deməyin qarşısını almadımı? Bütün gücü ilə Allahın nurunu söndürüb cahiliyyəti təzədən geri qaytarmaq istəmədimi? Amma ən gözəl çarə edən Allah Müaviyənin istəyinin əleyhinə olaraq, Əli (ə)-ın adını və ardıcıllarını ucaltdı. İndi bütün dünyada – istər şiə, istər sünnü, hətta məsihi və yəhudilər belə – Əli (ə)-ın adını hər yerdə (yaxşılıqla) çəkirlər. Onun qəbri Allah Peyğəmbərinin qəbrindən sonra ziyarətgaha çevrilmiş, milyonlarla insan onu ziyarət edib göz yaşı tökürlər. Onu sevməklə Allaha yaxınlaşırlar.
    Amma Müaviyənin (ki, yer üzünəd imperatorluq edirdi) adı itib-batmışdır. Ondan heç bir xatirə qalmamışdır. Qaranlıq və balaca məqbərədən başqa qəbrində heç nə yoxdur. Bir nəfər də olsun, ziyarətinə gedib onu yada salmır.
    Ey ağıllı insanlar! Baxın ibrət alın. Batilin yalnız quru səsi vardır. Haq isə əbədi yaşayacaqdır!
    Bizi haqq yola hidayət etdiyi üçün Allaha şükür edirik. Allah bizə göstərdi ki, şiələr Peyğəmbərin sünnətinə həqiqətən əməl edənlərdir. Çünki onlar Əhli-beytə iqtida edirlər. Əhli-beyt Peyğəmbərin ailəsindəndir və onlar ailədən və onun daxilindən daha yaxşı xəbərdardırlar. Onlardır ki, Allah onları seçmiş və Kitabını onlara vermişdir.
    Allah həmçinin bizə öyrətmişdir ki, əhli-sünnət və camaat özlərinin (keçmişdə və indi olan) hakimlərinin bidətinə itaət edirlər və iddia etdikləri şeydə heç bir dəlilləri yoxdur.
    «SƏQƏLEYN» HƏDİSİ ŞİƏNİN NƏZƏRİNDƏ
    Yalnız şiənin Peyğəmbər (s)-in sünnətinə əməl etməsini sabit edən şeylərdən biri də Allah rəsulundan olunan rəvayətdir. Bu, məşhur "səqəleyn” hədisidir. Həzrət bu hədisdə buyurur: "Mən sizin aranızda iki qiymətli şey qoyuram. Onlardan biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir. Nə qədər ki, onlardan yapışmısınız, heç vaxt məndən sonra (haqdan) azmazsınız. Onlardan qabağa keçməyin ki, yazıq və dala qalmayın ki, bədbəxt olarsınız. Onlara heç nə öyrətməyin, onlar sizdən biliklidir.”("Səhihi Termizi”, 6-cı cildl, səh. 621, hədis: 3786; "Səhihi Müslüm”, 7-ci cild, səh. 123; "Müstədrəki Hakim”; "Müsnədi Əhməd”, 3-cü cild, səh. 14; ":ənzül-ümmal”, 1-ci cild, səh. 185-187; "Xəsaisi-nəsai”, 15-ci cild, hədis: 79; "Təbəqati ibni Səd”, 2-ci cild, səh. 194; "Əl-möcəmul-kəbir”, 3-cü cild, səh. 63, hədis: 2678, səh. 64, hədis: 2681 və səh. 65, hədis: 2683; "Əd-durrul-mənsur”, Süyuti, 2-ci cild, səh. 285 ("Ali-İmran” surəsinin tə fsiri); "Səvaiqul-möhriqə”, İbni Həcər, səh. 126; "Ən-nihayə”, İbni Əsir, 1-ci cild, səh. 216. ) Bəzi rəvayətlərdə belə gəlmişdir: "Alim və agah Allah mənə xəbər verdi ki, o ikisi (Quran və Əhli-beyt (ə)) Kövsər hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmaz.”
    "Səqəleyn” hədisini əhli-sünnət və camaat iyirmi kitabdan səhih və müsnəd rəvayətlərlə nəql etmişlər. Şiələr də o hədisi öz hədis kitablarında gətirmişlər.
    Gördüyünüz kimi, bu hədis aşkar surətdə deyir: Əhli-sünnət və camaat haqq yoldan azmışlar. Onların hər ikisindən tutmamış, yazıq olmuşlar. Çünki Əhli-beytdən qabağa düşmüşlər. Güman edirlər ki, Əbu Hənifə, Malik, Şafei və İbni Hənbəl pak Əhli-beytdən daha elmlidirlər. Pak Əhli-beyti bir kənara qoyub onlara itaət edirlər.
    Onların bəziləri "Qurandan tutmaq bizə kifayət edər” deyirlər. Lakin bu söz düz deyildir. Quranda ümumi ayələr vardır. Bu ayələrin bəyan, açıqlanma və şərhə ehtiyacı vardır. Bunları cürbəcür yollarla təfsir etmək olar. Sözsüz, belə halda Quran ayələrinin, eləcə də Peyğəmbər (s)-in sünnəsinin düzgün şərhçilərə ehtiyacı vardır.
    Bu müşkülün yeganə həll yolu Əhli-beytin sorağına getməkdir, necə ki, Peyğəmbər (s) bunu sifariş etmişdir.
    Əgər "səqəleyn” hədisini "Əli Quranladır və Quran Əli ilə, onlar (Kövsər) hovuzunun kənarında birlikdə gələnə kimi, heç vaxt bir-birindən ayrılmazlar.” Həmçinin "Əli haqladır və haqq Əli ilə, onlar qiyamət günündə hovuzun kənarına gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar” hədislərilə yanaşı qoysaq, inanarıq ki, Əlini boşlayan hər bir kəs Quranı düzgün təfsir etməyi kənara qoymuş və Əlidən ayrılan şəxs haqdan üz çevirmiş, batili özünə rəhbər qərar vermişdir. (Haqdan başqa hər şey batildir.)
    Həmçinin inanırıq ki, əhli-sünnət və camaat Əli (ə)-ı kənara qoymaqla Quran və Peyğəmbərin sünnətini kənara qoymuşdur və Peyğəmbər (s)-in dediyi söz nə qədər də düzdür ki, buyurur: Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Bir qrupdan başqa hamısı azacaqdır.
    Bu nicat tapan qrup Əli (ə)-ın yolunu getməklə haqq və hidayətə çatanlardır. Onun düşmənlərini düşmən tutmuş, dostlarını sevmişlər. Onun elmindən istifadə etmiş, bərəkətli övladlarını özlərinə rəhbər seçmişlər.
    أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ
    "Onlar xalqın ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!” ("Bəyyinə”, surəsi, 7-8-ci ayələr. )
    Category: Həqiqət olduğu kimi... 1 | Added by: Islam_Kitabxanasi
    Views: 566 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024