İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl
    İKİNCİ HİSSƏ
    QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ
    a) Quran və psixi xəstəliklərin müalicəsi;
    Öncə də qeyd etdiyimiz kimi Qurana görə xəstəliklər fiziki xəstəliklərlə bitmir. Bəzən insanın ruhu xəstə olur. Belə hallarda Quran mahir bir təbib kimi insanı xəstəlikdən xilas edir. Allah Quranı şəfa olaraq təqdim edir.
    "Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”(Əhzab, 35. )
    Qeyd: "Quran və gigiyena” fəslində Quranın psixi xəstəliklərin müalicəsində oynadığı roldan söhbət açdığımız üçün burada təkrar etmirik.
    b) Quran və fiziki (cismani) xəstəliklərin müalicəsi.
    BAL
    Bal, (işçi) arıların bal verən bitkilərin çiçək nektarından hazırladığı və yem ehtiyacı kimi istifadə etdiyi şəkərli mayedir. Quranda bir çox qida məhsullarının adı çəkilmiş, lakin "شفاء” [şifa] sözü yalnız bala aid edilmişdir.
    "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”(Bəqərə, 183-185. )
    QISA TARİX
    Bal qədim dövrlərdən başlayaraq diqqət mərkəzində olmuşdur. Ondan hələ Hipokrat dövründə qida məhsulu olmaqla yanaşı dəri xəstəliklərinin və yaraların sağaldılmasında antibakteriya kimi istifadə olunurdu. Tövratda da bal haqqında söhbət açılmışdır.
    ELMİ SİRLƏR
    Bir çox həkim və mütəxəssislər balın qiymətli qida məhsulu olmaqla yanaşı müalicəvi əhəmiyyətindən söhbət açmışlar. Burada bal haqqında aparılan ən əhatəli tədqiqatlardan birini diqqətinizə çatdırırıq.
    Doktor Əbd əl-Həmid Diyab və doktor Əhməd قرقوز dünya alimlərinin, xüsusilə Rusiya və Amerika mütəxəssislərinin tədqiqatlarının nəticəsini aşağıdakı şəkildə toplayaraq elmi ictimaiyyətin diqqətinə çatdırmışlar:
    Birinci: Balın (kimyəvi) tərkibi.
    Bal 70 müxtəlif maddədən ibarətdir.
    1. Bal təbii şəkər maddələrinin ən mühüm qaynağıdır. İndiyə qədər balın tərkibində 15 növ şəkər aşkar olunmuşdur (Araşdırmalar göstərir ki, balın tərkibində 80%-dən artıq karbohidrat, əsasən qlükoza və fruktoza; bundan başqa saxaroza, maltoza və s. mövcuddur).
    2. Balın tərkibində çoxsaylı vitaminlər (B, B2, B5, B6, C, K, E, A vitaminləri) mövcuddur. Bu vitaminlər bal tərkibinin az miqdarını təşkil etməsinə baxmayaraq olduqca faydalıdır.
    3. Balın tərkibində müxtəlif zülallar, üzvi turşular (qlükon və s.), fermentlər (amilaza, katalaza, invertaza və s.) mövcuddur.
    4. Balın tərkibində fermentlər (enzimlər) olduğu üçün maddələr mübadiləsi və qidanın asanlıqla həzm olunmasına kömək edir.
    5. Balın tərkibində sodium, maqnezium, potasium, kalsium, natrium-xlor, fosfor, dəmir, kükürd və s. kimi aromatik və mineral maddələr də mövcuddur (0/002%).
    Bunlardan başqa balın tərkibində alkaloidlər və boyayıcı maddələr də mövcuddur.
    6. Bir çox tədqiqatçılara görə bal antibakterial və antienflamatuar xüsusiyyətlərə malikdir. Bundan başqa balın tərkibində bitki hormonları, eləcə də bir növ cinsiyyət hormonu (estrogen bölmələrindən) olduğu bildirilir. Qeyd etmək lazımdır ki, balın kimyəvi tərkibi bitkinin növünə və hava şəraitinə görə dəyişir.
    İkinci: Balın antibakterial xüsusiyyəti. Alimlər bildirirlər ki, insan orqanizmində xəstəlik törədən mikroblar balın tərkibinə daxil olduqda funksiyalarını itirirlər.
    Üçüncü: Bal və uşaq xəstəlikləri. Bal uşaq üçün həm əlverişli qida məhsulu, həm də onları xəstəlikdən qoruyan dəyərli dərmandır.
    Dördüncü: Bal və xərçəng xəstəliklərinin profilaktikası.
    Beşinci: Balın müalicəvi əhəmiyyəti. Balın müalicəvi əhəmiyyəti فيه شفاء للناس (Onda insanlar üçün şəfa var) ayəsindən aydın başa düşülür. Bu ilahi dərmanın bir çox xəstəliklərin, xüsusilə hələ elmin təsirli dərmanını tapa bilmədiyi xəstəliklərin müalicəsində oynadığı məharətli rol insanı heyrətləndirməyə bilmir. Balı digər dərman və pereparatlardan ayıran onun müalicəvi funksiyası ilə yanaşı mənfi təsirinin olmamasıdır. Balın müalicəsində xeyirli olduğu xəstəlikləri nəzərdən keçirək.
    1. Bal və dəri xəstəlikləri (dermatologiya). Hələ Hipokrat dönəmində dəri xəstəliklərinin müalicəsində baldan istifadə olunurdu. Günümüzdə də həkimlər aparılan təcrübələr nəticəsində balın bu qəbildən olan xəstəliklərin müalicəsindəki əhəmiyyətini isbat etmişlər(Bəqərə, 183. )
    2. Bal və həzm xəstəlikləri. Balın tərkibində mövcud olan çoxsaylı kimyəvi elementlər həzm xəstəliklərinə müsbət təsir göstərir(Məryəm, 26. Həzrət Məryəm sükut orucu tutmu؛du. Ayədən anla؛ılır ki, orucun bu nِvü dِvrün cəmiyyəti tərəfindən qəbul edilirmi؛. İslamda isə bu nِv oruc yoxdur ("Təfsiri-nümunə”, c. 13, səh. 45). )
    3. Bal və tənəffüslə bağlı xəstəliklər. Bal tuprekulyoz (vərəm), qara öskürək, boğaz iltihabı, ağ ciyər iltihabı, astma (təngənəfəslik) və pnevmaniya (sətəlcəm) xəstəliklərinin müalicəsində çox faydalıdır.
    4. Bal və göz xəstəlikləri. Hələ qədim dövrlərdən göz xəstəliklərinin müalicəsində baldan istifadə edilərək müsbət nəticələr əldə olunmuşdur.
    5. Balın qadın və doğuş xəstəliklərinin müalicəsindəki misilsiz rolu.
    6. Balın qulaq, boğaz və burun xəstəliklərinin müalicəsindəki bənzərsiz rolu.
    7. Balın ürək xəstəliklərinin müalicəsindəki rolu.
    8. Bal və böyrək xəstəlikləri.
    9. Bal və sinir sistemi.
    10. Bal və qan çatışmazlığı. Bal eritrositləri (qırmızı qan kürəciyi) artırır və orqanizmdə K vitamini çatışmazlığını aradan qaldırır.
    Sonda qeyd etmək lazımdır ki, bu möcüzəli nemətdən müalicəvi istifadə həkim nəzarəti ilə aparılmalıdır. Əks təqdirdə gözlənilən nəticə əldə olunmaya bilər.
    YEKUN
    1. Balın müalicəvi əhəmiyyəti şübhəsizdir. Bu Quranda da öz əksini tapmışdır فيه شفاء للناس (Onda insanlar üçün şəfa var).
    2. Hələ erkən təbabətdə balın müalicəvi əhəmiyyətinin dərk olunmasını, hətta Tövratda da yad edilməsini nəzərə alsaq, bunun Quranın elmi möcüzəsi olmadığı anlaşılar. Quranda verilən bu ibarə (Onda insanlar üçün şəfa var) sadəcə bal haqqında mövcud olan fikirlərin təsdiqidir.
    3. Balın kimyəvi tərkibi bitkinin növündən və hava şəraitindən asılıdır. Elə buna görə də qeyd olunan xüsusiyyətlər (balın mədə-bağırsaq, qaraciyər, öd yolu, böyrək, ürək-damar, sinir və s. xəstəliklərin müalicəsindəki rolu) hər balda olmaya bilər.
    ORUC
    Oruc, obaşdandan ilk axşam saatlarınadək qidalanmadan çəkinməyə deyilir. Bu əməl insan orqanizminə, eləcə də onun psixoloji durumuna olduqca müsbət təsirlər göstərir. Quranda bu əməl haqqında bir neçə mərhələdə söhbət açılmışdır.
    İlk mərhələdə oruc tutanlara böyük mükafat vəd edilir.
    "Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”(Samuil, 7/6; Hakimlər, 19/8. )
    Növbəti mərhələdə oruc müsəlmanlara vacib edilmişdir.
    "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz”(Luka, 5/34, 35. ).
    QISA TARİX
    Oruc İslama qədərki dinlərdə müəyyən şəkildə (sükut orucu və s.) mövcud olmuşdur. Quran orucun tarixi haqqında iki ayədə söhbət açır. İlk dəfə orucu vacib edərkən buyurur:
    "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”(Matfey, 6/16, 18. )
    Digər bir ayədə isə həzrət Məryəmin (ə) orucuna işarə vuraraq buyurur:
    Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!"(Bihar əl-ənvar”, c. 96, səh. 255. )
    Müqəddəs kitabda da yəhudi və xristianlara oruc tutmaq tövsiyə olunur və həzrət Musanın, eləcə də İsanın (ə) oruc tutması yad edilir. "Musa (ə), İliya və İsanın (ə) qırx gün oruc tutması möcüzəli şəkildə olmuşdur”("Quranda təbabət”, səh. 213. ). Həzrət İsa (ə) şagirdlərinə onun vəfatından sonra oruc tutmalarını tapşırardı("Quranda təbabət”, səh. 214. ). O həzrətin həvariləri lazım gəldikdə oruc tutardılar. Lakin bu onlara vacib olunmamışdı("Quranda təbabət”, səh. 84.).
    ELMİ SİRLƏR
    Orucun elmi sirləri, bəzi xəstəliklərin profilaktika və müalicəsindəki rolu haqqında bir çox həkimlər, elm adamları fikir söyləmiş, əsər yazmışlar. Əhli-beytdən gələn rəvayətlərdə də bu haqda söhbət açılmışdır ki, aşağıda diqqətinizə çatdırırıq.
    1. Rəvayətlər.
    Bir çox hədislərdə orucun faydaları, xüsusilə mənəvi faydası haqqında söhbət açılmışdır. Burada bir hədisi qeyd etməklə kifayətlənirik.
    Peyğəmbər (s) buyurmuşdur: صوموا تصحوا "Oruc tutun ki, sağlam olasınız”(Təfsiri-nümunə”, c. 20, səh. 165; c. 14, səh. 23.  ).
    2. Oruc insanın iradəsini gücləndirir.
    Bəzi həkimlər bu haqda yazırlar:
    "Oruc cismani faydaları ilə yanaşı insanın ruhuna, psixikasına da müsbət təsir göstərir. Belə ki, onda emosionallıq, xeyirxahlıq, təmkin müşahidə olunur. Oruc tutan transsendental ruha, fövqəladə zəkaya malik olduğunu hiss edir” 
    Bundan başqa oruc insana cinsi meyllərini cilovlamaqda da böyük dayaqdır. O, günahdan çəkinməyin ən uğurlu metodlarından biridir. Peyğəmbər (s) ailə qurmaqdan boyun qaçıran gənclərə müraciətlə buyurur:
    "Ey gənclər! Ev tədarükü olanlarınız ailə qursun. Buna gücü çatmayanlar isə oruc tutsun. Oruc onun üçün günahlara qarşı sipərdir”.
    3. Orucun xəstəliklərə müsbət təsiri.
    Bəzi həkimlər yazırlar:
    "Günümüzdə artıq orucun bir çox xəstəliklərə müsbət təsiri sübuta yetirilmişdir. Bu xəstəliklərə aşağıdakıları misal göstərmək olar:
    Həzm sistemi ilə bağlı xəstəliklər. Xüsusilə kəskin mədə iltihabı, piylənmə, ateroskleroz, qan təzyiqi, inaq, xroniki böyrək iltihabı, astma, etik və psixi anomaliya və s 
    4. Orucun profilaktik faydaları.
    Bəzi həkimlər yazırlar:
    "Oruc insan yaşamının müxtəlif tərəflərini nizamlayan dövri ayindir. Burada insan ildə bir dəfə bu ayinə əməl etməyi zəruri hesab edir və bu onun ruhunda, orqanizmində dərin iz buraxır.
    Oruc pəhriz rejimi, müalicə üsuludur. Çox güman ki, ondan ən çox yararlanan həzm sistemidir. Çünki qidalanma prossi qidanı udmaqla bitmir. Əslində bu qidalanmada ilkin mərhələdir. Qida udulduqda bütün orqanizm onu ən yaxşı şəkildə həzm etmək, sovurmaq üçün fəaliyyətə keçir. Buna görə də orqanizmdə ən işlək sistem həzm sistemidir. Digər orqanların istirahəti zəruri olduğu kimi həzm sistemi üçün də istirahət həyati əhəmiyyət daşıyır. Bu istirahətin bir ay sabit pəhriz rejimi çərçivəsində baş verməsi bir çox müsbət nəticələr verir. Bunlar aşağıdakılardır.
    Orqanizmdə yığılıb qalmış artıq piylərin əriməsi (əks təqdirdə piylənmə xəstəliyi törədir).
    Orqanizmdə mövcud olan zəhərli artıq maddələrin aradan getməsi.
    Orqanizmdə mövcud hüceyrə və vəzilərə funksiyalarını ən yaxşı şəkildə həyata keçirmə fürsəti verir.
    Böyrək və sidik kisəsinin nisbi istirahəti.
    Arteriyalarda piy yığıntılarının azalması və aterosklerozun profilaktikası.
    Aclıq oruc müddəti bitdikdən sonra orqanizmin reaksiyasına səbəb olur. Bu reaksiya özünü qidalanmaya meyl, gümrahlıq, aktivlik şəklində göstərir. Halbuki bundan öncə qidalanma yorucu vəziyyət almışdı. Oruc şəriətdə göstərildiyi qaydada həyata keçirilsə, ən yaxşı müalicə metoduna çevrilər. Hansı ki, bu gün Avropa alimləri müəyyən şəraitdə ac qalmağı müalicə üsulu kimi dəyərləndirirlər. Avstraliyalı həkim Barselius yazır:
    "Aclığın müalicəvi funksiyası pereparatlardan istifadəni üstələyir”. Helba adlı digər həkim isə ona müraciət edən xəstələri bir neçə gün ac saxlayar, sonra yüngül qida məhsullarından istifadə etməyə icazə verərdi”.
    Oruc funksiyasını itirmiş toxumalara yeni həyat bəxş edir. Elə buna görə də doktor Bachwitn "Oruc gəncliyi geri qaytara bilər” deyə bildirir.
    YEKUN
    Bir neçə məqama nəzər salaq.
    1. Orucluq ayini və orucun vacib edilməsi peyğəmbərlərin (ə) bəşərə təqdim etdiyi ilahi hədiyyədir.
    Orucun müalicəvi və profilaktik əhəmiyyəti tam aydındır. Bu elmi məslədir və ilahi dinlərdə də mövcud olmuşdur. O dönəmdə insanların orucun elmi hikmətini bilmədikləri halda icbari şəkildə tutmalarını nəzərə alsaq, bunun ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar. Əlbəttə, belə bir ehtimal da mövcuddur ki, qidalanma ilə bağlı pəhriz rejimi daim müalicəvi üsul kimi həyata keçirilmişdir. Oruc isə bu tibbi metodun təsdiqi kimi göstərilmişdir. Lakin bu ehtimal yanlışdır. Çünki ilahi dinlərə görə oruc sağlam insanlara vacibdir. Xəstələr isə bu hökmdən istisnadır. Halbuki pəhriz rejimi tibdə xəstələrə tətbiq olunur.
    2. Oruc Qurana məxsus elmi möcüzə deyil. Çünki qeyd etdiyimiz kimi İslamdan öncə də mövcud olmuşdur.
    3. Orucun adı çəkilən bir çox xəstəliklərə müsbət təsiri həkim nəzarətindən asılıdır. Ola bilər ki, oruc həkim məsləhətlərinə görə bir çoxlarına ziyan olsun. Belə olduqda oruc haramdır. Deməli, orucun qeyd olunan xəstəliklərə müsbət təsiri yalnız bəzi hallarda özünü göstərir.
    ÜÇÜNCÜ HİSSƏ
    QURAN VƏ İNSANIN YARADILIŞININ SİRLƏRİ
    GİRİŞ
    Quran nazil olduğu dönəmdə tibb elmi ilkin addımlarını atırdı. Həkimlər orqanizmin daxili orqanlarından, onların funksiyalarından xəbərsiz idilər. Yunan və İran təbabətinin elmi dairələrə hakim olmasına baxmayaraq, hələ lazımi inkişaf yolunu keçməmişdi. İnsanın bütünlükdə orqanizmini, habelə onu təşkil edən ayrı-ayrı sistem və orqanların forması və quruluşu haqqında biliklər son yüz ildə ciddi şəkildə inkişaf etmiş və anatomiyanın müstəqil antropotomiya bölməsi (insan anatomiyası) yaradılmışdır.
    Cahiliyyə dönəmində, ərəb cəmiyyətinin tibb haqqında heç bir anlayışı olmadığı bir halda Quran insan orqanizminin yaradılışına üstüörtülü işarələr vurmuşdur. Bu ayələrdən bir neçəsinə nəzər salaq.

    İNSANIN YARADILIŞ MƏRHƏLƏLƏRİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ
    Quranda insanın yaradılışı və bu yaradılışın hansı mərhələlərdən keçdiyi haqqında bir çox ayələr mövcuddur. Bu ayələrin hidayət məqsədi daşıması ilə yanaşı elmi məsələlərə də toxunması tibb mütəxəssislərinin təəccübünə səbəb olmuşdur. Belə ki, onların nəinki elmi möcüzə, hətta bədii sintaksisin ecazkar nümunəsi hesab etmişlər .
    Quran ayələrinə əsasən insanın yaradılışının mərhələlərini başlanğıcdan dünyaya gələnədək (və dünyadan köçənədək) aşağıdakı şəkildə sıralamaq olar.
    1. Torpaq mərhələsi (تراب، طین).
    2. Su mərhələsi. (ماء، ماء دافق، ماء مهین).
    3. Nütfə mərhələsi (نطفة من منی).
    4. Qarışıq nütfə mərhələsi (نطفة أمشاج).
    5. Laxtalanmış qan mərhələsi (علقة).
    6. Bir parça ət mərhələsi (مضغة).
    7. Şəkilə salma, formalaşdırma mərhələsi (تسویة، تصویر).
    8. Sümüklərin formalaşması mərhələsi (عظاما).
    9. Sümüklərin ətlə örtülməsi mərhələsi (فکسونا العظام لحما).
    10. Cinsiyyətin təyin olunma mərhələsi (مذکر و مؤنث).
    11. Ruh verilməsi mərhələsi (خلقا آخر). Qulaq və gözün yaranması haqqında da bəzi məsələlərə toxunulmuşdur.
    12. Uşağın dünyaya gəlməsi (نخرجکم طفلا).
    13. Həddi-büluğ (yetkinlik) dövrü.
    14. Yaşlılıq dövrü.
    15. Həyatın sonu (ölüm).
    Qeyd etmək lazımdır ki, bəzi həkimlər Quran ayələrini başqa şəkildə sıralamış və Qurana görə yaradılışın yeddi mərhələsi olduğunu bildirmişlər .
    Doktor Maurice Bucaille yazır:
    "Quranın bu halda buyurduqlarını nəzərdən keçirdikdə görürük ki, elm bu (elmi) məsələləri yalnız XIX əsrdə kəşf edə bilmişdir. Quran nazil olduğu dönəmdə isə insanlar bu növ elmi məsələlərdən uzaq idilər.
    YEKUN
    Biz insanın yaradılış prosesini 14 mərhələyə böldük. Təcrübi elmlərin də təsdiq etdiyi bu 15 mərhələnin hər biri ayrı-ayrılıqda Quranın əzəmətinin göstəricisidir. Lakin onların heç biri təklikdə Quranın elmi möcüzəsinə sübut ola bilməz.
    Burada belə bir sualla qarşılaşırıq. Qeyd olunan 15 mərhələ bütövlükdə Quranın ELMİ möcüzəsi ola bilərmi?
    Fikrimizcə, Quranın qeyd olunan mərhələli yaradılışla bağlı ayələri (xüsusilə Həcc, 12; Muminun, 12-14; Ğafir, 76) nazil olduğu dönəmdə insanlar onun bənzərini gətirməkdə aciz idilər. Deməli, məlum ayələri bütövlükdə Quranın elmi möcüzəsi hesab etmək olar.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 1307 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024