İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Ön söz
    بِِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
    وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
    "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! ("Zariyat”, 56.)
    Əlinizdə olan "Quranda Namaz” adlı kitab Qurani-kərimin buyuruqlardan ilham alaraq namaz haqqında söhbət açır. Belə ki, namaz haqqında olan 100-ə yaxın ayəyə uyğun mövzular tərtib edilmiş və məsumlardan (ə) nəql edilən rəvayətlərə istinadən onlara şərhlər verilmişdir.
    Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın əhatə etdiyi mövzular aydın şəkildə qələmə alınmış və diqqətin əsas məqsədə yönəlməsi üçün mətnə uyğun, vahid prinsip əsasında başlıqlar seçilmişdir.
    Kitabın səciyyəvi imtiyazlarından biri də, namazın əxlaqi-mənəvi yönlərinə diqqət yetirməsi və onun cəmiyyətdə olan roluna nəzər salmasıdır.
    Ümidvarıq, kitab əziz oxucuların marağına səbəb olacaq və qeyd edilən mövzulardan səmərəli istifadə edəcəklər.
    Niyam Aqil
    Namazın əhəmiyyət və dəyəri
    Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət etmək və səadət yolunu onlara göstərməkdir. Belə ki, ilahi övliyalar həmişə insanları dini göstərişlərin icrasına çağırmış və onları günah burulğanlarından xilas etməyə çalışmışlar. Bu vacib əməllər arasında, namaz məsumlar üçün böyük əhəmiyyətə malik olmuş və daim onun hamı tərəfindən həyata keçməsi naminə təlaş etmişlər.
    Din göstərişləri arasında heç bir əməl digərinə nisbətdə üstün sayılmır. Lakin, məsumlar (s) yekdil olaraq namazın digər ibadətlərdən üstün olmasını vurğulamışlar. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə oxuyuruq:
    "Həcc dünya və dünyada olanlardan üstündür. Lakin, bir vacib namaz min müstəhəb namazdan daha dəyərlidir”("Zariyat”, 56.).
    Belə bir sual daim insanları maraqlandırır ki, nə üçün həzrət Peyğəmbər (s), İmam Əli (ə) və s. məsumlar (ə) namaza bu qədər əhəmiyyət vermişlər? Namazda olan, digər ibadətlərdə olmayan özəllik nədir? Bu sualın cavabı namazın mətnindədir. Əgər namazın zikrlərinə diqqətlə nəzər salsaq, onun Allahın zatı sifətlərinin, fellərinin və yeganəliyinin izharı olduğunu görərik.
    Azan və iqaməyə, "Həmd” və "İxlas” surələrinə, rükunun, səcdənin zikrlərinə, təşəhüd və salama diqqət yetirdikdə yaradılış aləminin sirlərinin bəyan edilməsinin şahidi oluruq. Belə ki, Namaz halında Allahın yeganəliyini, böyüklüyünü hiss edir və bu varlıq aləmini Allah kəlamının bir kəlməsi olduğunu duyuruq. Aləmdə hər şeyin yerli-yerində olması isə onu bir sonsuz qüdrət sahibi olan müdrik Tanrı tərəfindən xəlq ediliyini dərk edirik. Elə buradan da başqa ibadətlərin lüzumu və özünəməxsus təsir bağışlamalarına baxmayaraq, onların nə üçün namaz qədər önəmli olmaması aydınlaşır. Buna görə də bu ibadətlərin bəzisi insan ömrü boyunca bir dəfə (Həcc kimi), bəzisi ildə bir ay (Oruc kimi) vacib olur və bəzi ibadətlər isə (Cihad kimi) bir çoxlarına nisbətdə heç vacib ollmur.
    Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır:
    "Camaat, namaz qılmağı öhdənizə alın, onu qoruyun, çox namaz qılın və qıldığınız namazla Allaha yaxınlaşın. Namaz müəyyən vaxtlarda möminlərə vacib edilən əmrdir.("Nisa”,103.)
    Cəhənnəm əhlinin cavabını eşitmədinizmi? Onlardan cəhənnəm əhli olmasının səbəbini soruşduqda deyirlər: "Biz namaz qılanlardan deyildik;”("Muddəssir”, 43.)
    Gerçəkdən, namaz günahları payız yarpaqları kimi yerə salır, günah zəncirini insanın boynundan uzağa atır. İslam peyğəmbəri (s) namazı bir kişinin evi qabağından axan çeşmənin isti suyuna bənzədirdi. O kişi hər gün o çeşmə suyu ilə beş dəfə çimsə onda heç bir çirkinlik qalmaz.
    Namazın dəyərini dərk edən həqiqi möminləri, dünya zinətləri - gözlərinin nuru olan var-dövlət, arvad-uşaq namazdan ayrı sala bilmir. Mütəal-Allah buyurur: "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”("Nur”, 37.).
    Allahın rəsulu (s) insanları Cənnətlə müjdələdikdən sonra çox namaz qılmaqla özünü zəhmətə salırdı. Çünki, Allah ona buyurmuşdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”("Taha”,132.) Beləliklə, İslam peyğəmbəri (s) həmişə ailəsini namaza dəvət edir və özü də bu ibadəti çox böyük məhəbbətlə həyata keçirirdi”.("Nəhcul-bəlağə”, xütbə. 199.)
    Qurani-kərimdə namaza verilən dəyər və əhəmiyyətlə daha dərindən tanış olmaq üçün aşağıda daha ətraflı söhbət açırıq.
    Allahı xatırlamağın yolu namazdır
    Allah Quranda buyurur:
    "
    فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ”
    "Belə isə məni xatırlayın ki, mən də sizi xatırlayım. Mənə şükür edin və (mənim nemətlərimə qarşı) kafir olmayın”(Bəqərə”, 12.).
    Əgər Allahın bizə yardım etməsini və həmişə Onun diqqətinə layiq olmağımızı istəyiriksə, hər zaman Onu xatırlamalı və yada salamlıyıq. İmam Sadiq (ə) Allahın yada salınmağının necəliyini belə aydınlaşdırır:
    Həsən Bəzzazi deyir: İmam Sadiq (ə) mənə buyurdu: "İstəyirsənmi Allahın, bəndələri üçün vacib etdiyi ən çətin əməlləri sənə tanıtdırım?” Dedim: "Bəli”. Buyurdu: " Camaatla insafla davranmaq, qardaşa kömək etmək, hər yerdə Allahı yada salmaq. Agah ol, mən Allahı yada salmaq dedikdə "Əlhəmdulillah”, "Subhanəllah, "Allahu Əkbər” deməyi nəzərdə tutmuram. Doğrudur, bunlar da Allahı xatırlamaqdır, lakin, Allahı hər yerdə xatırlamaq Onun əmri və ya qadağası ilə qarşılaşdığın zamandır”("Kafi”, c. 2, səh.145.).
    Yuxarıda qeyd edilən ayədən məlum olur ki, Allahı həmişə yada salan şəxslər ona şükür edənlərdir. Çünki, malik olduqları hər bir şeyin Onun tərəfindən olduğunu başa düşürlər. Əks təqdirdə, bu xüsusiyyətdən məhrum olan insanlar nankor olub, Allahın nemətlərinin şükrünü etmir, uca Tanrını unudaraq kafir(Məlum mövzuda qeyd edilən kafir olmaqda məqsəd Allaha yox, onun nemətlərinə kafir olmaq anlamındadır.) olurlar.
    Allah bütün vaxtlarda, istər sübh olsun, istərsə də gecə, yada salınmalı, xatırlanmalıdır. Bu haqda Quranda oxuyuruq:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
    "Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyin! "("Əhzab”, 41-42. )
    Bu xüsusiyyət övliyaların tərk edilməz əxlaqlarından biridir. Allah-taala "Merac” hədisində buyurur: "Onlar dünyada üç şeyə sevinərlər: Allahın zikri, Allahın məhəbbəti, Allahın razılığı”("Dost diyarının yolçuları”, "Merac” hədisinin şərhi, Ayətuullah Misbah Yəzdi.)Allahı sevən insan onu xatırlayır və bu düşüncələrdən ləzzət alır. Vüsal dəmi yetənədək Allah aşiqlərini məşğul edən və sevindirən Allahın xatırlanması Onun zikridir. İmam Səccaddan (ə) nəql edilmiş duada oxuyuruq: "Qəlbimi zikrinlə diridir”("Biharul-ənvar”, c. 98, səh. 89.).Həqiqətən də Allahın zikri olmadan möminlərin qəlbi ölüdür. Möminlərin şadlığı, qəlblərinin diriliyi Allahı xatırlamaqdan asılıdır. Onu dünya ləzzətləri maraqlandırmır. Həzrət Əli (ə) Tanrının ona bəxş etdiyi əzəmət və məqamına baxmayaraq, həmişə Allahı zikr edərək, onun ən çox şükür edən bəndəsinə çevrilir.
    Həzrət Əmirəlmöminin Əlinin (ə) səhabələrindən olan Hubbə Ərəni və Nof Bukalı, Kufədə "Darul-İmarə”nin həyətində uzanmışdılar. Gecə yarısı həzrət Əlini (ə) ahəstə və qeyri-təbii halda iqamətgahdan çıxıb, həyətə doğru gəldiyini gördülər. Qorxu o həzrəti bürümüş, hətta müvazinətini belə saxlaya bilmədiyindən əllərini divara söykəyərək addım-addım, beli əyilmiş halda irəli gəlir və "Ali-İmran” surəsinin bu ayələrini zümzümə edirdi:
    إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍرَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ
    "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
    O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
    Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
    Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
    Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!"("Ali-imran”,190-194.)
    Yataqlarında uzanan Hubbə və Nof həzrət Əlinin (ə) az qala huşdan gedə biləcək halda bu ayələri tilavət etməsini görürüdülər. Hübbə heyrətamiz halda baxır, Nof isə gördüyü səhnənin təsirindən göz yaşı axıdırdı. Həzrət Əli (ə) Hubbənin yanına çatdıqda buyurdu:
    - Yatmısan, yoxsa oyaqsan?
    - Oyağam, ey möminlərin agası. Əgər sən Allahın əzəmətindən belə qorxursansa, onda vay olsun bizim halımıza!
    Əmirəlmöminin (ə) başını aşağı salıb ağladı və bu zaman buyurdu:
    - Ey Hubbə, biz hamımız bir gün Allahın hüzurunda saxlanılacağıq. Bizim heç bir əməlimiz Ona gizli deyil. O, mənə, sənə boynumuzun damarından da yaxındır. Heç bir şey bizimlə onun arasında sədd ola bilməz”. Sonra üzünü Nofa tutub:
    - Yatmısan?
    - Yox, ey Əmirəlmöminin, oyağam və ağlayıram.
    - Ey Nof, əgər bu gün Allahın qorxusundan çox ağlasan, sabah (Qiyamət günü) gözlərin işıqlı olacaq. Ey Nof, Allahın qorxusundan gözdən tökülən bir damla yaş dəryalar qədər cəhənnəm odunu söndürür. Ey Nof, heç kəsin məqamı Allahın qorxusundan ağlayanın və ona görə məhəbbət bəsləyənin məqamından üstün deyil. Ey Nof, Allahı sevən və bütün sevdiklərini də Allaha görə sevən və heç nəyi Allahın məhəbbətindən üstün tutmayan və Allaha görə bəzi şeylərlə düşmən olan şəxsin məhəbbət və nifrəti yalnız yaxşılıqlarla cavablandırılacaq. Bu məqama çatdığınız zaman bilin ki, imanınız kamildir.
    Hubbə və Nofa moizə etdikdən sonra buyurdu:
    - Allahdan qorxun, mən bunu sizə çatdırdım.
    Sonra onlardan ayrılıb yenə də öz münacatına başladı:
    - Allahım, kaş biləydim, mən səndən qafil olan zaman səndəmi məndən üz döndərirsən, yoxsa mənə diqqət yetirirsən? Kaş biləydim, uzun-uzadı qəflətdə yatmağım və sənin şükrünü yerinə yetirməkdə səhlənkarlıq etdiyim bir halda sən mənim haqqımda nə düşünürsən?”
    Hubbə və Nof nəql edirlər: "Allaha anad olsun, o Həzrət (ə) səhərə qədər münacatını davam etdi”("Biharul-ənvar”, c. 9, səh. 589.).
    İslam dininin sütunu hesab edilən namaz uca Allahı xatırlamaq, onu zikr etmək üçün ən mühüm vasitələrədən biridir. Hər bir şəxs gün ərzində müxtəlif vaxtlarda Allaha namaz qılmaqla Onun əzəmətini, sonsuz qüdrət sahibi olduğunu yada salır. Bu haqda Qurani-Kərimdə oxuyuruq:
    إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلوةَ
    "Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”("Taha”, 14-cü ayə.)
    Bu əmrə tabe olmayan şəxslər zaman ötdükcə Xaliqlərini unudacaq və şeytan bu fürsətdən istifadə edərək onları azğınlığa sürükləyəcəkdir.
    Namaz İlahi dəstəkdir
    Yaşadığımız dünya müxtəlif çətinliklərlə dolu olan bir məkandır. Bütün bu çətinliklərə sinə gərmək, sıxıntılarla mübarizə aparmaq hər şəxsin ümdə vəzifələrindən biri sayılır. Lakin, hər bir problem maddi səylər nəticəsində öz həllini tapa bilmir. İnsan iki qütblu - həm cism və həm də ruhdan ibarət olduğu üçün mənəvi aləmə də diqqət yetirməli və bu vasitə ilə İlahi rəhmətə qovuşaraq özünü zamanın amansız fırtınalarından amanda saxlamalıdır. Quari-Kərimin buyuruğuna əsasən, insana dəstək verən ən əsaslı mənəvi qüvvələrədən biri də namazdır. Bu haqda "Bəqərə” sürəsinin 45-ci ayəsində oxuyururq:
    وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوة
    "Səbr və namazdan dəstək alın!”
    Məlum sürənin 153-cü ayəsində yenə də iman sahiblərinə xitab olaraq belə buyurulur:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوةِ
    "Ey iman gətirənlər, səbr və namazdan dəstək alın”
    Burada belə bir sual yarana bilər ki, yalnız bir küncə çəkilib namaz qılmaqla bütün çətinlikləri həll etmək necə mümkündür?
    Suala cavab olaraq qeyd edilməlidir ki, ayədə məqsəd namazın mənəvi köməyidir. Belə ki, Allahla söhbətindən güc alan şəxs yeni bir ruhiyyə ilə həyata qayıdır, süstlük, tənbəllik ondan uzaqlaşır və bu, onun daha da çevik olmasına səbəb olur. Məsələn, heç bir dəyəri olmayan bir taxta parçası şikəst şəxsin ayaqda qalmasına, hərəkət etməsinə və ən nəhayət cəmiyyətdə öz mövqeyini tapmasına zəmin yaradır. İlahi nur sayılan namazın insan həyatına bundan qat-qat çox təsir göstərir.
    İslam peyğəməri (s) çətinliklərlə qarşılaşdığı zaman namaza sığınır və bu mənəviyyat kanının əzəmətindən faydalanırdı. Belə ki, İmam sadiq (ə) buyurur: "Allahın rəsulu narahat olduğu zaman namaz qılırdı”("Sünənun-Nəbi”.).
    Böyük mütəfəkkir, həkim-cərrah Əbu Əli Sina hər hansı bir elmi məsələni həll etməsində çətinlik çəkdiyi zaman namaz qılıb, Allaha dua edərdi. O, bu haqda deyir: "Zehnim kütləşdikdə, hər hansı bir elmi məsələni həll edə bilmədiyimdə dəstəmaz alır, İmam Hüseynnin (ə) türbətini qarşıma qoyub, üzü qibləyə tərəf iki rükət namaz qılır əqlin, düşüncənin Allahına pənah apararaq ondan imdad diləyirdim. Namazdan sonra Allaha təvəssül edib, yenidən o səhifəni oxumağa başlayırdım. Bu zaman mənə fikri, elmi ilhamlar olur və mən ən dərin elmi məsələləri həll edirdim”("Gəncineyi-maarif”, səh.741.).
    Əbu Əli Sina kimi bir şəxsi elm qüruru aldada bilməyib, Allaha səcdə qılaraq, razü-niyaz edibsə, biz elmi az olan insanlar bu məsələlərdə daha diqqətli olmalıyıq.
    Ümumiyyətlə, Allahı zikr etmək, mübarək adlarına sığınmaq, ona təvəkkül etmək və bütün bunlardan əldə edilən ruh yüksəkliyi ilə çalışmaq çətinliklərin həlli üçün ən böyük vasitədir. Rəvayətdə qeyd edilir , İslam peyğəmbərinin (s) əziz qızı həzrət Zəhra (s) ev işlərinin ağırlığından çətinlik çəkdiyi üçün atasından bir kəniz istədikdə Peyğəmbər (s) bunun mümkün olmadığını anladaraq ona sıxıntılarının qarşısını ala bilməsi üçün bir zikr öyrədir.
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 1782 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024