İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Namaz heç bir halda tərk edilməyən ibadətdir
    İslam dinində vacib əməllər müəyyən şərait çərçivəsində insanlara vacib olur. Məsələn, Həcc ziyarəti bu səfərə getmək üçün kifayət qədər pulu və s. imkanları olan zaman vacib edilir və yoxsul təbəqənin nümayəndələrinə borc alıb bu dini vəzifəni yerinə yetirmək əmr edilməmişdir. Yaxud, oruc tutmaq istəyən şəxs sağlam olmalıdır. Oruc tutmaq hər hansı bir şəxsin sağlamlığına zərər yetirə biləcəyi halda ona bu işi görmək vacib deyil, əksinə bunu gördükdə haram etmiş olur və s. Lakin namaz qılmaq bu kimi şərtlərdən müstəsnadır. İstər yoxsul olsun, istərsə də varlı, istər sağlam olsun, istərsə də xəstə namaz qılmaq hər bir müsəlman şəxsə vacibdir. Ayaq üstə dura bilməyən oturaq vəziyyətdə, otura bilməyən uzanaraq bu əməli icra etməlidir. Qurani-kərimdə Allah həzrət İsanın (ə) dilindən belə nəql edir:
    "O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu”("Məryəm”,31.).
    مَا دُمْتُ حَيًّا وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلوةِ وَالزَّكَوةِ
    Hətta döyüş meydanlarında belə namaz tərk edilməməlidir. Baxmayaraq ki, təhlükə hiss olunan yerlərdə dörd rükətli namazlar iki rükət qılınır:
    الَّذِينَ كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا وَإِذَا ضَرَبْتُمْ فِي الأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُواْ مِنَ الصَّلوةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ
    "Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək’ətli namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizinlə açıq düşməndirlər”("Nisa”,101.)
    İmam Əli (ə) "Suffeyn” döyüşündə namaz qılmaq istədikdə ona, indi namaz qılmaq vaxtımıdır? – deyə etiraz edildikdə o Həzrət (ə) onlara buyurdu: "Bizim düşmənlə döyüşməyimizdə əsas məqsəd namazın icrası deyilmi?”
    Atasından belə tərbiyə alan İmam Hüseyn (ə) Aşıura günü düşmənlə üz-üzə olmasına baxmayaraq, namazını tərk etmədi. İmamın böyük səhabələrindən olan Əbu Səmamə üzünü o Həzrətə (s) tutaraq dedi: "Ey Allah rəsulunun övladı, biz tezliklə əzizlərimizə qovuşarıq. Sizinlə birlikdə daha bir namaz qılmaq istəyirik”. İmam göyə baxım buyurdu:
    زکرت الصلوه جعلک الله من المصلين الذاکرين
    " Bəli, namazın vaxtıdır. Sən namazı yada saldın, Allah səni namaz qılanlardan etsin”. Sonra o Həzrət (ə) zöhr namazını camaatla qılmağa başladı. Hətta bu irfani ibadət zamanı o Həzrətin (ə) bir neçə səhabəsi düşmən tərəfindən qətlə yetirilərək şəhid edildi("Fərhəngi-aşura”.).
    Demək, nəyəsə görə namazı tərk etmək, müxtəlif bəhanələr gətirmək yalnız insanın öz-özünü aldatması deməkdir və bu, çox böyük fəsadlara səbəb olur. Çünki Allahla əlaqəsini kəsən şəxsı şeytan asanlıqla öz toruna salır. Fəxri Razi təfsir əsərində "Əsr” surəsini izah edərkən yazır: "Bir qadın nalə çəkən halda Peyğəmbərin yanına gəlib dedi: "Ey Resulullah (s), səhabələr getsin, təklikdə sənə sözüm var”. Səhabələr getdilər. O qadın Peyğəmbərin (s) yanında oturub dedi: "Ey Allahın rəsulu (s) çox böyük bir günah etmişəm”. Peyğəmbər buyurdu: "Allahın rəhməti ondan böyükdür”. Günah nə qədər böyük olsa da insanın (Allahın rəhmətindən) məyus olması mənasızdır. Əgər insan sidq ürəklə tövbə etsə, qəlbində günahlarının qorxusundan bir təlatüm yaransa günahları bağışlanacaqdır. İslam dinində çıxılmaz vəziyyət yoxdur. Peyğəmbər buyurdu: "Günahın nədir?” Dedi: " Ey Allahın rəsulu (s) ərli qadın olduğum halda zina etdim, hamilə oldum, uşaq dünyaya gəldi, onu sirkə qabında boğdum və sonra da nəcis sirkəni camaata satdım”. Həqiqətən də çox böyük günahdır. Məlum olur ki, Allahın peyğəmbəri (s) çox narahat olmuşdur. Onun hökmünü dedikdən sonra buyurdu: "Xanım, istəyirsənmi sənin bu bəlaya uğramağının səbəbini deyim?” İnsan bəzi vaxtlar elə bir bəlaya düşür ki, ondan qurtulmaq mümkün olmur.
    اني ظننت انک ترکت صلوه العصر
    " Belə düşünürəm ki, sən namazı tərk etmisən”.("Təfsiri-Fəxre Razi”, c. 32, səh. 85.)
    Şübhəsiz, Allah, göstərişlərinə əməl etməyib, bəhanə gətirən şəxsləri sevmir və müəyyən etdiyi gündə onları cəzalandıracaqdır.
    Namaz qılmaq hamının vəzifəsidir
    Bəzi namaz qlmayan, Allahın aəmrlərinə tabe olmayan şəxslər belə düşünürlər ki, namaz və s. dini əməlləri həyata keçirmək yalnız din xadimlərinin borcudur və namaz qılmayanların "qəlblərinin təmizliyi” (?) isə namaz qılıb, digər dini əməlləri icra etmədiyi hallarda belə kifayət edir. İlk olaraq qeyd etmək lazımdır ki, namaz yalnız din xadimlərinə yox əksinə, bütün müsəlmanlara vacib edilmişdir. Çünki, hamı Allahın bəndəsidir və hamının Ona tabe olması və ibadət etməsi vacibdir.
    Digər baxımdan, həqiqətən də qəlbləri saf və təmiz olan şəxslər Allaha baş əyir, namaz qılır və dini əmrləri fərəhlə yerinə yetirirlər. İmam Sadiq (ə) İmam Əli ibn Hüseynin (ə) namaz qılması haqqında buyurur:
    کان علي بن الحسين اذا اقام في الصلوه کانه ساق شجره لا يتحرک منه شيء الا ما حرکه الريح منه
    " İmam Səccad (ə) namaz qılarkən gövdəli bir ağac kimi heç tərpənmirdi. Yalnız külək onun paltarlarını tərpədirdi”("Kafi”, c.3, səh. 300.). Nəql edirlər ki, Həzrət (ə) o qədər namaz qılır, Allaha səcdə edirdi ki, alnı qabar bağlayırdı. Bu, məsumların qıldığı namazdır. Əgər Peyğəmbər (s) və imam övladı qəlbinin təmizliyinə yox, əksinə namaza bu qədər əhəmiyyət verirsə, digər şəxslər ibadətə daha ox vaxt sərf etməlidirlər.
    Heç bir şəxsin qəlbi günah etmək, Allahın fərmanlarına boyun əyməməklə təmiz olmur. Çünki, hər bir günah bir qara ləkə kimi insanın qəlbinə həkk olur. Belə olduğu halda, itaətsizlik edən şəxsin qəlbi təmiz yox, qaralmış və daşlaşmış olur.
    Böyük övliyalar, ariflər illərlə üzərlərində çalışır, hər bir dini əməli vaxtı-vaxtında yerinə yetirir, əxlaqlarına diqqət yetirirlər ki, qəlbləri dünya bağlılığından ayrılsın və namazın ləzzətini daha da yaxşı şəkildə duya bilsinlər. Amma, bəzilərinin heç nədən qəlblərinin təmizliyini iddia etməsi yalandan başqa bir şey deyil. Bir el məsəlində deyildiyi kimi, qabdan axan su onun içində olanıdır.
    Ən təmiz qəlbli, sağlam düşüncəli, gözəl əxlaqlı insanlara - peyğəmbərlərə, məsum imamlara, övliyalara belə namaz qılıb, Allaha ibadət etmək vacib edilmişdir. Allah Quranda peyğəmbərin ailəsinə xitab edərək buyurur:
    وَأَقِمْنَ الصَّلوةَ وَآتِينَ الزَّكَوةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ
    "Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin”("Əhzab”, 33.).
    Beləliklə, bütün insanlar Allahın əmrlərini icra etməyə səfərbər olmalı və heç bir bəhanə gətirmədən sevimli məbudlarına ibadət etməlidirlər.
    Cümə namazının əhəmiyyəti
    Müsəlmanların həftə ərzində bir dəfə toplu şəkildə həyata keçirməli olduqları ibadətlərdən biri olan cümə namazı böyük əhəmiyyətə malikdir. Bu, bir ibadət olmaqla yanaşı, həm də müsəlmanların əzəmət və vəhdətinin bariz nümunəsidir. Qurani-kərimdə Cümə namazı haqqında oxuyuruq:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلوةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
    " Ey iman gətirənlər, elə ki cümə namazına çağırılırdınız, Allahı yad etməyə tərəf tələsin və alış- verişi tərk edin”("Cümə”, 9. ).
    Cümə namazı ən azı beş nəfərdən ibarət bir toplu şəklində təşkil edilir. Bu namazın imamı müsəlmanların dini hakimi olmalı və yaxud dini rəhbər tərəfindən bu mənsəbə təyin edilməlidir. Cümə namazında ilk olaraq iki xütbə oxunur. Prinsip etibarilə birinci xütbə moizə əhəmiyyəti daşıyır, ikinci xütbədə isə gündəmdə olan siyasi-ictimai və s. məsələlərdən söz açılır. Bu ibadətin necə böyük əhəmiyyətə malik olmasını bilmək üçün Allah rəsulundan (s) nəql edilən bir neçə hədisi nəzərinizə çatdırırıq. O Həzrət (s) buyurur:
    "
    الجمعه حج المساكين”
    "Cümə namazı kasıbların həccidir”("Biharul-ənvar”, c. 89, səh. 199.).
    Başqa rəvayətlərdə isə İslam peyğəmbəri (s) cümə namazını günahların bağışlanmasına səbəb hesab edir. Bəzi vaxtlar möminlər Cümə namazını çox da ciddi olmayan işlərin arxasınca getməklə tərk edir və bu ilahi-siaysi ibadətə olduqca az əhəmiyyət verirlər. Qurani-kərim belə şəxslər haqqında buyurur:
    وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا قُلْ مَا عِندَ اللَّهِ خَيْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ
    "Onlar (mö’minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!"("Cümə”, 11.).
    "Nur əs-səqəleyn” təfsir əsərində bu ayənin izahında oxuyuruq: "Yoxsulluq Mədinəni bürümüşdü. Aclıq insanlara möhkəm təzyiq göstərirdi. Təbii ki, belə bir şəraitdə əgər bir ərzaq karvanı şəhərə daxil olsa hamı ona tərəf qaçıb, bir şey almaq istəyər.
    Cümə günü Mədinə əhli məscidə toplaşmış və İslam peyğəmbəri (s) Cümə namazının xütbələrini oxuyurdu. Bu zaman xəbər yaydılar ki, Mədinəyə ərzaq karvanı gəlmişdir. Müsəlmanlar un, arpa almaq üçün məscidi tərk etdilər. Yalnız Peyğəmbərlə (s) səkkiz və ya qırx nəfər qaldılar. Bunu görən Peyğəmbər buyurdu: "And olsun əcəlim ixtiyarında olan Allaha, əgər siz də bu məscdən gedib, burda heç kəs qalmasaydı atəş (Allahın əzabı) bütün bu biyabanı bürüyər və sizi həlak edərdi("Nur əs-səqəleyn”, 329/5.)
    İslamdan qabaqkı dinlərdə namaz
    Namaz yalnız İslam dinində müsəlmanlara vacib edilməmişdir. Bütün keçmiş dinlərdə Allaha sitayiş, namaz qılmaq sabit bir dini hökm kimi din ardıcıllarına vacib edilmişdir. Bu, namaz qılmağın insanlarda fitri olmasını göstərir. Bir şeyin fitri olması onun hər bir zamanda və bütün insanlarda təzahür etməsidir. Ustad Mürtəza Mutəhhəri (r) fitri olana tərif verərkən yazır: "Fitri olan, bütün insanalrın qəbul etdiyi və onda heç bir şübhə olmayan aydın həqiqətlər mənasındadır”("Usuli-fəlsəfə və rəveşi-realizm”, c.1, səh. 26.). İnsanların fitrət etibarı ilə Allahpərəstliyə, duaya, namaza meylli olmasını bir çox Quran ayələri və rəvayətlər də təsdiq edir.
    Qurani-kərimdə hikmət sahibi kimi tanınan Loğman (ə) oğlunu əxlaq normalarına dəvət etməklə yanaşı digər dini əmrləri, xüsusi ilə namaz qılmağı ona tövsiyə edir. Belə ki, o, ilk olaraq oğlunu Allaha şərik qoşmamağı tapşırır və ona bunun böyük bir zülm olduğunu xatırladır:
    وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
    "(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”("Loğman”, 13.)
    Sonra böyük həkim nəsihətinə davam edərək, hətta xardal dənəsi qədər istər yaxşı, istərsə də pis əməlin aradan getməməsini və müəyyən gündə ortaya çıxacağını buyurur:
    يَأْتِ بِهَا اللَّهُ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ يَا بُنَيَّ إِنَّهَا إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ
    "(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!”("Loğman”, 16.)
    Bütün bunları xatırlatdıqdan sonra həzrət Loğman oğlunu namaza dəvət edir və digər zəruri işlərin icrasını ona tövsiyə edir:
    يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
    "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”("Loğman”, 17.)
    Allah-taala başqa bir surədə həzrət İsmayılı (ə) xatırladır və ailəsini namaza dəvət etməklə onun razılığını qazanmasını buyurur:
    مَرْضِيًّا وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلوةِ وَالزَّكَوةِ وَكَانَ عِندَ رَبِّهِ . وَكَانَ رَسُولًا نَّبِيًّا وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ
    "(Ya Rəsulum!) Kitabda (Qur’anda) İsmayılı da yada sal! O, öz və’dinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
    O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah dərgahında bəyənilmişdi)” ("Məryəm”, 54-55.).
    Göründüyü kimi, həzrət İsmayılın dininə sadiq qalmasının nişanələrindən biri də ümmətini namaza dəvət etməsi idi.
    Uca Allahın Bəni-İsraillə bağladığı əhd-peymanlardan biri də onların Alladan başqasına pərəstiş etməməsi və həmişə namaz qılmaları idi. Bu haqda Quranda oxuyuruq:
    َوَأَقِيمُواْ الصَّلوةًََ مِّنكُمْ …وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ
    "Xatırla o zamanı ki, Bəni-İsraillə Allahdan başqasına pərəstiş etməsinlər, ...Namaz qılsınlar...deyə, əhd bağladıq”("Bəqərə”, 83.).
    Həzrət Şüeyb peyğəmbərin (ə) dinində də namaz qılmaq vacib edilmişdir. "Hud” surəsində Şüeyb peyğəmbər (ə) öz qövmünə Allaha ibadət etməyi tövsiyə edərərək buyurur:
    وَإِلَى مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَهٍ غَيْرُهُ
    "Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur”("Hud”, 84.).
    Uyğun sürənin 87-ci ayəsində O həzrətin (ə) qövmü kinayə ilə, "bizi dədə-baba dinimizdən ayırmanıza qıldığınız namazmı əmr edir?” - deyə sual edirlər:
    إِنَّكَ لَأَنتَ الْحَلِيمُ الرَّشِيدُ قَالُواْ يَا شُعَيْبُ أَصَلاَتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاءُ
    "Onlar (istehza ilə) dedilər: "Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!" ("Hud”, 87.)
    "Ali-imran” surəsində həzrət Zəkəriyyadan (ə) söz düşdükdə onun mehrabda Allahdan pak bir övlad istəməsi və eləcə namaz halında ona Yəhyanın (ə) təvəllüdü ilə bağlı müjdə verilməsi bəyan edilir:
    فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْز ُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍهُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِفَنَادَتْهُ الْمَلَآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ قال رَبِّ أَنَّى يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَآءُ
    "Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya: ) "Ya Məryəm, bunlar sənin üçün haradandır?" - dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!
    (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"
    (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir".
    (Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? " - söylədi. (Allah isə: ) " (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər", - deyə buyurdu”("Ali-imran”, 37-40.).
    "Məryəm” surəsinin 31-ci ayəsində isə həzrət İsanın(ə) dilindən nəql edilir:
    وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلوةِ وَالزَّكَوةِ مَا دُمْتُ حَيًّا
    "O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu”("Məryəm”, 31.).
    Yəhudi və xristianların namazı duaya çox yaxındır. Yəhudilər günün uçüncü, altıncı, doqquzuncu və gecənin ilk və axır saatlarında, həmçinin yemək yedikləri zaman bəzi dualar edirlər. Yəhudilərin namazında rüku yoxdur. Lakin, Qurani-kərimdə Məryəmə belə xitab (müraciət) edilməsi bəyan edilir:
    يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ
    "Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)"("Ali-imran”, 43.)
    Məsihilər altıncı günlər cəm halında kilsədə dua oxuyurlar. Onlar İsanın (ə) həvarilərlə(Həzrət İsanın (ə) on iki şagirdi.) qıldığı son namazı ən yaxşı dua hesab edirlər. Bu dua və ya namaz Allahı təqdir etməkdən ibarətdir. Sonra onlar Allahdan hacətlərini tələb edir ( gündəlik çörəyin istənilməsi bu hacətlərdən biridir) və yenidən Allahı zikr edirlər.
    Hətta cahilillik dövründə də ərəblər namaz qılırdılar. Belə ki, onlar lüt halda Kəbənin qabağına gəlib, fit və əl çalmaqla Allaha ibadət edirdilər. Ehtimal edilir ki, həzrət İbrahimin (ə) zamanında icra edilən ibadət tərzi zaman ötdükcə təhrif edilmiş və bu hala gəlmişdir. Bəlkə elə bu təhrifə görədir ki, cahil ərəblərin namazları Quranın danlağına tuş gəlmişdir:
    وَمَا كَانَ صَلاَتُهُمْ عِندَ الْبَيْتِ إِلاَّ مُكَاء وَتَصْدِيَةً فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
    "Onların Beytullahın (Kə’bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!”("Ənfal”, 35.)
    Əsl namaz qılan şəxslər
    Qurani-kərimin buyuruqlarına əsasən hər bir namaz qılan şəxs əsl namaz qılma səadətinə nail olmur. Əsl namaz qılan şəxslər bir çox əxlaqi dəyərləri özündə cəmləşdirən insanlardır. Belə olan halda, namazların Allah dərgahında qəbul olmasına səbəb olan, möminin həyat tərzini əvəz edən bu dəyərlərlə tanış olmaq zəruridir:
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 1448 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024