İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quranda dunyaşünaslığın əsasları

    Quranda dunyaşünaslığın əsasları
    Möminləri gücləndirmək və etiqadı möhkəmləndirmək
    Mələklərin başqa bir önəmli işi möminlərin ürəklərini möhkəmləndirmək, onları öz etiqadında daha səbatlı etmək və onlara ilahi kəramət barədə ümid verməkdir. Allah möminləri düz yolda təmkinli və sabit saxlasa, kimsə onları haqqın yolundan sapındıra bilməz. Allah mələkləri möminlər üçün nazil edir və həmin mələklər onları qorxu və hüzndən qoruyur və behişt mücdəsi ilə qəlblərini sevindirir.
    Fussilət surəsi, 30-cu ayə:
    Şübhəsiz ki: "Rəbbimiz Allahdır!" – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətə sevinin!
    Bir sıra ayələrdə isə mələklərin insanlara etdiyi yardımdan bəhs edilir. Bədr savaşında Allah-təala min mələk göndərməklə möminlərin köməyinə can atır. Mələklər isə möminlərin əhvali-ruhiyyəsini möhkəmləndirir, ürəklərini qızdırır və onlarda qələbə əzmi yaradır və bu savaşda müsəlmanlara böyük uğur nəsib olur. Bu barədə Qurani-kərimdə işarə vardır.
    Ənfal surəsi, 9-10-cu ayələr:
    O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. Allah: "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" – deyə duanızı qəbul buyurmuşdu.
    Allah bu köməyi sizə yalnız sizin üçün bir mücdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız
    Allahdandır. Allah yenilməz qüvvət və hikmət sahibidir!
    Möminlərin ruhunu gücləndirmək üçün mələklər zikr edər və Allahdan bağışlanmaq dilərlər.
    Əhzab surəsi, 43-cü ayə:
    Sizi zülmətdən nura çıxarmaq üçün sizə mərhəmət bəxş edən Odur. Mələkləri də (Ondan) sizin bağışlanmanızı dilərlər. Allah möminlərə rəhm edəndir!
    Kafirlərin lənətlənməsi
    Mələklər möminlərə mücdə yetirmək, onlara Allahdan bağışlanmaq diləmək, onların ruhiyyəsini gücləndirməklə yanaşı, kafirlərə qarşı lənət göndərirlər. Bu da Allahın bir əmridir.
    Bəqərə surəsi, 161-162-ci ayələr:
    Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
    Onlar həmişəlik bu lənət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
    Ali-İmran surəsi, 86-88-ci ayələr:
    İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalimlər dəstəsini haqq yola istiqamətləndirməz!
    Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!
    Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!
    Mələklərin qiyamətdə görəcəyi işlər
    Mələklər dünyadakı işlərin görülməsində və Allahın buradakı əmrlərinin yerinə yetirilməsində vasitəçilik etdikləri kimi, onlar qiyamət aləmində də müəyyən vəzifəni icra edirlər.
    Mələklər insanların canını aldıqdan sonra, onlardan sual-cavab alır, bərzəx aləmində savab və əzab mərhələsindən keçirir, birinci nəfəsdə onları öldürür, ikinci nəfəsdə dirildir, əməl dəftərini açıqlayır və hər kəsin hesabını öz əlinə verir. Bütün bunlar qiyamət aləminə xas olan işlərdir. Qurani-kərimə görə, mələklər, eyni zamanda, qiyamətdə behişt əhlini qoruyur, möminlərə alqış söyləyir, onları qarşılayırlar.
    Bir neçə Quran ayəsinə diqqət yetirək:
    Ənbiya surəsi, 101-103-cü ayələr:
    (Yaxşı əməllərinin mükafatı olaraq) öncədən özlərinə nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər Cəhənnəmdən uzaqda olacaqlar.
    Onlar Cəhənnəmin uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəkləri istəyən nemətlər içində əbədi qalacaqlar.
    Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: "Sizə vəd olunan gün budur!" – deyəcəklər.
    Zumər surəsi, 73-cü ayə:
    Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cənnət gözətçiləri (onlara): "Salam əleyküm! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!" – deyəcəklər.
    Eyni zamanda, mələklər qiyamət qoparkən Allahın yanında möminlər üçün şəfaət diləyəcəklər.
    Ənbiya surəsi, 28-ci ayə:
    Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
    Başqa bir tərəfdən, Cəhənnəmdə keşik çəkən mələklər də vardır və onlar çox kəskin və şiddətli əməl edəndir, Cəhənnəm əhli ilə tünd rəftar edərlər.
    Muddəssir surəsi, 30-31-ci ayələr:
    Onun üstündə on doqquz nəfər (gözətçi mələk) vardır.
    Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin (bununla əlaqədar Məhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi və həmçinin ürəklərində mərəz (nifaq və şəkk mərəzi) olanların: "Allah bu məsəllə nə demək istəyir?" – demələri üçün on doqquz etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə azdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!
    Təhrim surəsi, 6-cı ayə:
    Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).
    Mulk surəsi, 8-ci ayə:
    O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa Cəhənnəmə atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" – deyə soruşacaqlar.
    Mələklərin çeşidli hal və surətdə görünməsi
    Quran ayələrinə görə insan ölüm zamanı və ölümdən sonra mələkləri müşahidə edə bilər. Hətta insan onlarla danışır. Maraqlı haldır ki, insan ölüm mələyi onun canını alarkən, bərzəx həyatı zamanı və həmçinin qiyamət aləmində mələkləri görmək qabiliyyətinə malik olur. Maddi həyat zamanı təbiətdə belə bir görüm müyəssər olmur. Əvvəlki bəhslərdə mələklərin görünməsi ilə bağlı olan ayələrə işarə etmişik. Burada yalnız bir ayəyə işarə edirik. Bu ayəyə görə, hətta günahkarlar ölümdən sonra mələkləri müşahidə edə bilirlər, deməli, bu məsələ möminlər üçün daha asandır.
    Furqan surəsi, 22-ci ayə:
    Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir mücdə olmaz. Mələklər onlara: "Sizə şad xəbər (eşitmək) haramdır!" – deyərlər.
    Adi insanlar dünyəvi həyatda mələkləri müşahidə edə bilməzlər, lakin peyğəmbər və övliyalar Quran ayələrinə görə, mələkləri görə bilirlər. Əlbəttə, belə düşünmək olmaz ki, mələklər öz mücərrəd və qeyri-maddi varlığını itirərək maddi və cismani varlığa çevrilə bilərlər. Mələklərin görünməsi ilk baxışda insanda belə bir yanlış təsəvvür oyada bilər, çünki yalnız maddi-fiziki varlıqlar zahiri baxımdan adi gözlə görünə bilir. Mələklərin görünməsi Quran ayələrində təmsil yolu ilə bəyan edilir – yəni mələklər müxtəlif surətlərdə peyda olub insan gözünə həmin şəkildə görünə bilər. Aşağıdakı ayədə mələklərin Həzrəti İbrahimə (ə) görünməsi təmsil yolu ilə verilir.
    Hud surəsi, 69-70-ci ayələr:
    Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına mücdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib: "Salam!" – dedilər. İbrahim də: "Salam!" – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.
    İbrahim (qonaqların) əllərinin yeməyə uzanmadığını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma, (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
    Yuxarıdakı ayələrə görə, mələklər insan surətində Həzrəti İbrahimin (ə) yanına gəlir və hətta İbrahim (ə) onlara yemək gətirir. Lakin mələklər yemək yemir və İbrahimə (ə) başa salırlar ki, onlar adi bəşər deyil, mələkdir – sadəcə insan timsalında peyda olmuşlar.
    Başqa bir yerdə mələklər gözəl üzlü cavanlar şəklində Həzrəti-Lutun (ə) yanında olur. Lut (ə) peyğəmbər də Həzrəti İbrahim (ə) kimi öncə onları tanımır. Öz fəsad əhli olan qövmündən onlar üçün törənən xoşagəlməz hadisələr üçün bərk narahat olur. Ancaq çox çəkmir ki, mələklər özlərini Lut (ə) peyğəmbərə tanıdırlar və onu nigarançılıqdan qurtarırlar.
    Hud surəsi, 77-78-ci ayələr:
    Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin, başabəlalı bir gündür!" – dedi.
    Qövmü (qonaq gəldiyini bilən kimi) tələsik Lutun yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər.
    Hud surəsi, 81-ci ayə:
    (Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?
    Qurani-kərimdə Həzrəti-Məryəm (ə) üçün də mələklərin görünməsi təmsil vasitəsilə bəyan edilir.
    Məryəm surəsi, 16-17-ci ayələr:
    (Ya Məhəmməd!) Quranda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin şərq tərəfində ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
    Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili) Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü.
    Bu ayələrdə işlənən təmsil sözü belə bir məzmunu çatdırır ki, mələklər bəşər timsalında övliya və ya peyğəmbərlərin qarşısında peyda olmuşlar. Onlar mələkləri bir insan şəklində öz zehinlərində təsəvvür etmişlər. Deməli, mələklər insan deyil və onlar heç də həqiqi mənada bəşər şəklinə düşmür. Mələklər xarici aləmdə – yəni maddi dünyada da elə həmin öz mücərrəd varlığını saxlayırlar və onların mahiyyəti heç vaxt dəyişmir. Mələklərlə üzləşən insanlar öz subyektiv mülahizəsinə və zahiri təsəvvürünə görə onları bəşər kimi və ya insan simasında təsəvvür etmişlər.
    Bir məsələni də xatırlamaq yerinə düşər ki, övliya və peyğəmbərlər dünyəvi aləmdə mələkləri müşahidə etməyə qabil olurlar, adi insanlar isə belə bir istedada malik deyillər. Bu da onunla izah edilir ki, övliya və peyğəmbərlər özlərini maddi işlərdən və dünya məhdudluğundan kənara çıxara bilirlər. Onlar öz cismani varlığı ilə dünya həyatında ola-ola özlərini axirət aləminə keçirə, həmin aləmin abü-havası ilə qovuşa bilirlər. Bu bir irfani təcrübədir. Maddi dünyanın bağlı çərçivəsindən çıxaraq ruhani bir aləmlə ünsiyyətdə olmaq yalnız pak övliyalara nəsib olar. Hər kəs özünü dünyəvi həyatın çirkinliyindən və çamurundan qurtararaq Allaha yaxınlıq məqamına yetişərsə, o, qeyb aləmini müşahidə edə bilər. Peyğəmbər və övliyaların mələkləri görməsi bu mənada izah edilir.
    Mələklərin məqamı
    Qurani-kərimdə mələklər dəfələrlə təriflənir və onlar ehtiram və kəramətlə yad edilir. Allah-təala mələklərin məqamını çox uca tutur. Onların dəyər və dərəcəsi o qədər yüksəkdir ki, Allah onları çox tərifləyir və əzizləyir. Mələklər Tanrı nəzərində möhtərəm və kəramətli bəndələr kimi dəyərlidir.
    Ənbiya surəsi, 26-cı ayə:
    Kafirlər: "Rəhman (mələklərdən Özünə) övlad götürdü!" – dedilər. O, pak və müqəddəsdir! (Belə şeylərdən təmamilə uzaqdır!) Xeyr, mələklər (Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.
    Mələklər bəndə kimi Allaha ibadət edərlər. Allah onların bəndəlik məqamı haqqında belə söylər ki, mələklər həmişə Tanrıya ibadət edər və heç vaxt yorulmazlar. Bu məsələ bir neçə ayədə təkrar vurğulanır.
    Saffat surəsi, 166-cı ayə:
    Və (Allahı) təqdis edib şəninə təriflər deyirik.
    Fussilət surəsi, 38-ci ayə:
    Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (ya Məhəmməd!) sənin Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər.
    Ənbiya surəsi, 19-20-ci ayələr:
    Göylərdə və Yerdə olan bütün məxluqat Allahındır (Tanrının qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.
    Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.
    Qurani-kərim mələklərin bəndəlik keyfiyyəti və Allahdan qorxub çəkinmələri haqqında belə buyurur:
    Ənbiya surəsi, 27-28-ci ayələr:
    Mələklər Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər.
    Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
    Qurani-kərimdə vurğulanır ki, mələklərin batinində Allahdan qorxu hissi vardır, onlar Allahın qüdrət və əzəmətini dərk edərək həmişə bu mənalı qorxu hissini bəndəlik məqamına uyğun yaşayırlar.
    Nəhl surəsi, 49-50-ci ayələr:
    Göylərdə və Yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
    Onlar öz fövqlərində olan Allahdan qorxar və özlərinə buyurulanları edərlər!
    Səba surəsi, 23-cü ayə:
    Nəhayət, ürəklərindən o müdhiş qorxu çıxınca onlar (şəfaət edəcək kəslərə, yaxud mələklərə sevinclə): "Rəbbiniz nə buyurdu?" – deyə soruşar, o birilər də: "Haqqı buyurdu! (Şəfaətə izn verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!" – deyə cavab verərlər.
    Bu ayədə qorxudan doğan hissi ifadə edən söz işlənmişdir. Bir nəfər qorxu hissi keçirərkən onun ürəyində iztirab baş qaldırar. Quran ayəsi həmin daxili iztirab hissini vurğulayır. Yuxarıdakı şərafətli ayəyə görə, mələklər də qorxu hissinə malikdir. Onların qəlbi öz başlanğıc mənşəyindən doğan həqarətə görə pərişan olur və həmişə bu hissdən nigarançılıq çəkir. Onların bu narahatlığının gökündə sadə qorxu yox, vicdan əzabı və məsuliyyət dayanır – yəni Allah eləməmiş, birdən ilahi əmrləri düzgün yerinə yetirməzlər. Gerçəklikdə, bu ayəyə görə mələklər həmişə Allahı yada salır, Ondan gələn ilahi əmrləri yerinə yetirməyə hazır vəziyyətdə olurlar. Allahın əmrlərini yerinə yetirməklə öz nigarançılıqlarını azaldırlar.
    Mələklər haqqında müxtəlif baxışlar
    Molla Sədra "Məfatihül-qeyb" kitabında mələklər haqqında altı mülahizə söyləmişdir ki, bu əsərdə onları yada salmaq yerinə düşər:
    1.Bəzi alimlərin əqidəsinə görə mələklər lətif cism və havadan ibarətdir. Onlar Göylərdə yerləşir və müxtəlif şəkillərə düşə bilirlər.
    2.Bütpərəstlər isə öz baxışlarına uyğun belə güman edirlər ki, mələklər gerçəklikdə elə Göylərdə olan ulduzların bir qismidir. Bunların iki sifəti vardır: uğur və nəhs sifəti. Rəhmət mələkləri uğur və səadət gətirər. Nəhs və şər gətirən mələklər isə əzab və işgəncə gətirər.
    3.Zərdüştlüyə bağlı olan məcusilər (atəşpərəstlər) isə belə fikirləşirlər ki, dünya iki əzəli tərkibdən ibarətdir: nur və zülmət. Hər ikisi şəffaf cövhərdən ibarət olub qüdrət və ixtiyar sahibidir. Onlar eyni zamanda bir-biri ilə təzad və mübarizə halındadır. Nurlu-işıqlı cövhər xeyir və əmin-amanlığa, zülmətli cövhər isə şər və iztiraba səbəb olur.
    4.Nəsara xaçpərəstlərin fikrincə, mələklər öz substansiyasına görə nitqə malikdir. Onlar öz qəliblərindən uzaq və ayrı olur. Mələklər canlı varlıqdır, lakin cismani deyil və hər hansı məkana sığmır.
    5.Bir sıra filosofların nəzərincə, mələklər öz substansiyası ilə mövcud olan cövhərdən ibarətdir və məkana sığmır. Lakin öz mahiyyətinə görə bəşərə xas olan natiqə nəfslə müxalifət təşkil edir. Onlar güc baxımından insanlardan qüdrətlidir. Onların elmi, əhatə və düzəni daha genişdir. Mələklər insan nəfsində Günəş şüaları kimi işıq saçır.
    6.Bəzi filosoflar isə başqa bir növ mələklərin olduğunu sübut etməyə çalışmışlar. Bu isə Yer mələkləri adlanır. Həmin mələklər bu dünyanın işlərini sahmana salır və dünyəvi işlər üçün tədbir görürlər. Əgər mələklər tədbir görərkən dünya işlərini xeyir və yaxşılıq məcrasına yönəldirsə, onlar gerçək mələklər sayılır, yoxsa əgər, şər və pis işlərə sövq edirsə, şeytan adlanır [74].
    Category: Quranda dunyaşünaslığın əsasları | Added by: Islam_Kitabxanasi (2012-06-07)
    Views: 633 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024