İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    QURAN KİMİ BİR SURƏ GƏTİRƏ BİLDİLƏRMİ?
    Allahın buyurduğu "əgər bacarırsınızsa Quran kimi bir surə kətirin” mövzusunda tarixdən agah olmayan bəzi kəslər deyə bilərlər ki, "ola bilsin ki, bəzi ərəblər Quranın mislini gətirə bilərdilər. Amma bu aşkar olmamışdı yaxud gətirə bilirdilər, amma deməyə qorxurdular.”
    Cavabımız budur ki, Peyğəmbərin Məkkədə olduğu 13 il müddətində onların heç bir qüdrəti yox idi ki, Peyğəmbərin sözlərinin qabağında bir şey gətirməyə cür”ət etməsinlər. Müsəlmanların da üç il müddətində sayı 40 nəfəri keçmirdi. İslamı aşkar şəkildə təbliğ edə bilmirdilər və sonradan bir müddət Əbitalib dərəsində məhbus oldular. Müşriklərin əzab-əziyyətlərinə məruz qaldılar, daha sonra Həbəşistana hicrət etdilər. Xülasə, o dövrdə bir kəsin gücü yox idi ki, "müxaliflərin öz əqidələrini izhar etməyə cür”ətləri yox idi” deyə bir kəs iddia edə bilsin. Əksinə, o zamanda fəsahət və bəlağət o qədər rəvac tapmışdı ki, hər kəs bir şer qoşurdusa, dərhal Kəbə divarından asırdı. İslam günəşi parlayandan sonra onların özləri həmin şerləri Kəbə dirvarından götürdülər.
    Bəli, "Bismillahir-rəhmanir-rəhim”, "Əlhəmdu lillahi rəbbil-aləmin” hara, ərəb fəsahət ustalarının eşqbazlıq şerləri hara?!
    Allah-Taala buyurur: "Əgər doğru deyirsinizsə, Quran kimi bir söz (fəsahət, bəlağət və həqiqətin bəyanında) gətirin.”
    Xülasəsi budur ki, "Quran Mühəmmədin özünün yazdığıdır” deyirlər. Əgər bu sözlər doğru olsaydı, onların ki içində fəsahət və bəlağət ustaları var idi! Nə üçün Quran kimi bir şey gətirə bilmədilər?! Elə ki bunun mislini gətirməkdə aciz oldular, məlum olur ki, Quran Peyğəmbərin kəlamı deyil, Allah kəlamıdır.
    Məkkə əhalisi özlərini çox ağıllı hesab etdiklərinə görə, Quran buyurur:
    "Məgər onlar heçdən yaradılıblar, yoxsa öz-özünə yaranıblar?! Məgər torpaqdan, nütfədən yaradılmayıblarmı?! Əql sahibi olan kəs kuzəni görəndə demir ki, öz-özünə düzəlib, əksinə, torpaq, su və əql sahibi olan bir kəsin istəyi ilə düzəlmişdir. Bu vaxt 248 hissədən ibarət sümükdən əmələ gələn bədən, üzün, gözlərin, ətin, (2-3 milyon hissəcikdən təşkil olunan) eşitmə sistemi, ağızın, növbənöv dişlərin, yuxarıdakı sabit çənə, aşağıdakı mütəhərrik çənə... Dilə əmr edib ki, çeynədiyini dişlərin üstünə qoysun, yemək şeylərini dişdən sonra aşağı getmək istəyəndə hülqum və mədə borusu bir-birinin yanında yerləşib. Əgər qida mədəyə deyil, hulquma getsə, insan ani olaraq ölər. Bu necə də Qahir və Qadir bir qüvvədir ki, bu əzəmətli dəsgahı nəzmə salmışdır!
    SƏNİ GÖRMƏYƏN GÖZLƏR KOR OLSUN!
    Mərhum mühəddis Nuri "Darül-islam” kitabında yuxu üçün 16 dənə fayda qeyd etmişdir. Onlardan biri də ehtilamdır (məninin yuxuda çölə axması). Ehtilamın bədənin sağlamlığından əlavə faydalarından biri də budur ki, insan, onu təşkil edən ilkin maddəsini–mənini görür, bu üfunətli su qətrəsindən gözəl insan yaranır. Sümük hara, üfunətli su hara! Əbi Əbdillah Hüseyn əleyhis-salam necə də gözəl buyurur: "Kor olsun o gözlər ki, Səni görməzlər!” Dünya malına meyl etmək materializmin, əql qüvvəsinin qarşısını alır. Məkkə əhalisinin işi bir ömür haram mal yemək zinakarlıq, qumarbazlıq, camaatın malını qarət etmək idi. Heç kəs cür”ət edib onlara "gözün üstündə qaşın var” deyə bilməzdi. Cahildirlər və öz cəhalətləri barədə agah deyillər.
    HEÇ KƏS ƏBƏS YERƏ HƏRƏKƏT ETMİR
    Əgər bəşər övladı öz cəhalətini etiraf etsə, bunun özü onun üçün elmə dönür. Amma vay o kəslərin halına ki, mürəkkəb cəhldə olsun. Bəşərdə həmişə mürəkkəb cəhl olub, nəticədə özünün yanlış işlərini səhih hesab etmişdir. Qeyd olunan ayənin başqa bir mənası da bu ola bilər ki: "məgər məqsəd və hədəf olmadan yaradılıblarmı!? Sən özünü ağıllı hesab edirsən, bu yaradılış dəsgahının nəticəsi və səmərəsi yoxdurmu?! Əgər sən bir ev tikməyə başlasan və başqası sənə etiraz etsə, deyərsən ki, mən boş yerə iş görmürəm evi öz asayişim üçün düzəldirəm.
    Evi öz asayişim üçün düzəldirəm. Hətta sənin tövləndən çölə çıxan heyvanlar dən tapmaq, qida tapmaq üçün çölə gəlirlər. Aləmin hər bir üzvü hədəfsiz, məqsədsiz işləmir. Bu halda aləmin sahibi məqsədsiz yerə sizi yaradıbdır? Sizi maddiyyat və alçaqlıq üçün düzəldibdir? Əqlin deyir ki, əbəs yerə xəlq olunmusunuz? Nə qədər qanmazsınız?! Aləmdə olan ən kiçik varlıq belə hədəfsiz və məqsədsiz hərəkət etmir. Bu aləmin də nəticəsi və məqsədi Qiyamətdir. Bunların hamısı eşidilməli deyil, görülməlidir. Möminə axirətdə verilən ən kiçik şey bu dünyanın on bərabəridir. Əgər huril-eynin ağzından bir qətrə dəryalara düşsə, dəryalar şirin olar. Bunlar eşidilməli yox görməli şeylərdir. Bu dünya həyatıdır. Minlərlə dərd, qüssə, qəm ilə yanaşı olan həyat. Mömin bu dünyada çətinliklərdə yanmalıdır ki, axirətin böyük səadətinə nail olsun. Və o səadətə çatmağın yolları da mərifət və əməldir.
    İnsan iki qanadla–mərifət və əməl ilə ali dərəcələrə pərvaz edir, böyük səadət də ona nəsib olur. Doğrudan da insan fikirləşir ki, bu dünyada özü nə ilə məşğul olubdur: bir sıra yorucu, təkrar işlər. Halbuki axirət həyatı sırf xoşluqdur və təkrar da olunmur.
    ELM VƏ ƏMƏL XİLQƏTİN NƏTİCƏSİDİR
    Yaradılışdan məqsəd elm və əməldir. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in göstərişləri də məhz bu məqsədlədir. Günahlardan paklanmaq üçün. Həzrəti Sadiq əleyhis-salam buyurur: "Qəlb üçün günahdan pis olan bir şey yoxdur. De: ey mənim Pərvərdigarım, bizi günahlardan pakla!”
    "Məcməül-bəyan” təfsirində və "Hədisi-qüdsi”də deyilir: "Xudavəndi-aləm İsəbni Məryəm əleyhis-salama buyurdu: "Mənim səndən razılığım və xoşhal olmağım o vaxtdır ki, qorxu və tamah (qorxu və ümid) üzü ilə Mənə üz gətirəsən, Məni çağırasan. Xülasə, dilənçilik əllərini İlahinin dərgahına uzatmaq, acizlik, ehtiyacsızlıq üzündən Ona diqqət yetirmək. Allah dərgahında dildə yaltaqlanmaq özü şərəf, səadət və fəxrdir ki, onun fövqündə heç nə təsəvvür olunmaz.
    ömür keçir, hər vaxt görsən ki, başında və ya üzlərində ağ tüklər zahir oldu, ölümün əlamətidir.
    Axar suyun qırağında otur öz ömrünün çay kimi necə ötüb keçdiyini gör.
    Bu dünyadan köçənlərə işarənin özü bizim üçün kifayətdir. Nə qədər ki, ömür sərmayəsi qurtarmayıb səfər azuqəsini götürüb səfərə hazırlaşın, Allaha ahu-nalə edib Ondan mərifətin çoxluğunu, əməli-saleh tovfiqini istəyin. Bu ayələr təkcə Peyğəmbər dövrünün müşriklərinə məxsus deyil, bütün zamanlara şamildir. Dinsiz materialistlər nə deyirlər? Elə bu cür öz-özünə vücuda gəlmisiniz? Sizin əllərinizi vücuda gətirməyiblər? Əgər divarda bir rəsm əsərini görsən deyərsən ki, hökmən bunun bir nəqqaşı var, rəssamı var. Bəs onda sənin üzünün gözəl surətinin nəqqaşı kimdir? Bu gözəl qaşları, badamı gözləri yaradan kimdir ki, onu nə üçbucaq, nə dördbucaq yaradıb, çirkin qərar verməyib. Gözün küncünü deşik yaratmışdır ki, gözün çirkabları burun yolu ilə çıxsın. Bunlar hamısı Allahın müsəvvir (surət verən) olmasını çatdırmaqdır.
    Sonra xarici aləmi xatırlayıb buyurur: "özündən keç! Başının üstündəki bu çıraqlar nədir? Onları kim hərəkət etdirir? Ən kiçik ulduzlar yer kürəsindən 8 dəfə böyükdür. Günəş yer kürəsindən 1200000 dəfə böyükdür. Bu yer kürəsini günəşlə müqayisə et! Hansı qüdrət bunları dövr etdirir. Yaxud indiki astronomların dediyi kimi, günəş və s. göy cisimləri müəyyən bir nöqtə ətrafında fırlanırlar. İynənin ucu qədər də hərəkətlərində azalıb-çoxalmaq müşahidə olunmur. Dörd fəsil yer kürəsinin günəş ətrafında fırlanması nəticəsində əmələ gəlir. Hər bir mövcud öz hüdudunda ona tapşırılan işi yerinə yetirməyə məşğuldur. Amma insan öhdəsinə qoyulan vəzifələrdən boyun qaçırır.
    Təbiətə materialistlər nə deyirlər? Dediklərinin hamısı təxmin üzərindəndir, nəinki yəqinlik. Hətta onların filosofları və böyük alimləri öz dediklərini dəlil ilə sübut etmirlər. Məsələn, deyirlər ki, pələngin dərisinin rəngli olmasının səbəbi budur ki, o meşədə ağacların altında yatmışdır. Günəş ağacın yarpaqları arasından onun üstünə düşmüş və nəticədə rəngi bu cür olmuşdur. Biz onlara deyirik ki, pələngin balası əvvəldə bu rəngdə olmamalıdır, halbuki elə doğulandan belədir. İkinci sözümüz də budur ki, pələng yatdığı vaxt bədəninin günəşlə müqabil olan tərəfi də bu cür olmalıdır, halbuki bütün bədəni zolaq-zolaqdır. Üçüncüsü də budur ki, sair heyvanlarda pələng kimi meşədə yaşayırlarsa rəngi onlar kimi olmalıdır.
    DƏLİLSİZ SÖZLƏR
    Mərhum Fəxrül İslam əvvəlcə məsihi keşişi olmuş, sonra isə islamı qəbul etmişdir. O, "Ənisul-ə”lam” kitabında materialistlərin cavabını vermişdir. O cümlədən deyir: "Materialistlər heç vaxt dəlil üzərindən danışmırlar, danışıqlarının hamısı təxminidir.”
    Təəccüblüdür ki, bəşər bu qədər acizliyi və zəifliyi ilə belə necə də böyük iddialar edir!
    Zəməxşərinin "Rəbiül-əbrar” kitabında İmam Səccad əleyhis-salamdan bir hədis nəql olunmuşdur: "Həzrət gecələrin birində yerindən qalxıb gecə namazı qılmaq üçün dəstəmaz almaq istəyir. Dəstəmaz üçün su Həzrətin yanında idi. Gecə də aylı idi. Həzrət sağ əlini su ilə doldurub üzünə vurmaq istəyəndə gözü göylərə sataşır. Elə həmin cür başı yuxarı su əlinin içində qalan halda birdən azan verənin "Allahu əkbər” səsini eşidir. Məlum olur ki, Həzrət bir neçə saat müddətində həmin halda durubmuş.”
    Bəli, İmam bu cürdür. Əql və iman sahibi də hərdən asimanların və ondakı planetlərin barəsində, onların nəzm və hərəkətində, işıqlarında və çıxıb-batmasında dərindən təfəkkür etməlidir. Beləliklə də onların yaradıcısının nəhayətsiz elm, hikmət, qüdrəti ilə tanış olmalıdır. Və əgər insan asimanları görüb təfəkkür etməsə, heyvanlar ilə heç bir fərqi yoxdur. Ulaq də gözlərini yuxarı qaldırır, amma dərk etmir. İnsan bu yaradılış dəstgahına nə qədər çox fikir versə, bir o qədər də əzəmətli olar; amma nə qədər cüz”i işlərə başını qarışdırsa, o qədər də alçalar. Camaatın bəziləri yalnız başqalarının işləri və dünya barəsində fikirləşirlər. Bu cür şəxslərin həddi də elə bu qədərdir. Bir kəsin bütün səyi dünya həyatının cüz”i işləri–yemək təmin etmək, geymək, məskən, şəhvətini doyurmaq, bütün fikir və xəyalı mövhumatda, xalqın işlərində axtarış aparmaqda və keçmişdən-gələcəkdən danışmaq olsa və nemət verənin tanımaq və şükr məqamında deyilsə, ölümdən sonrakı həyatı tanıyıb, o həyatı təmin etmək fikrində deyilsə, o, insaniyyət dərəcəsindən süqut etmişdir. Və heyvanlar həddində, bəlkə onlardan da daha aşağıdadır. Bunun müqabilində bütün bu sayılanlardan pak olan və daha yüksək aləmlərə qovuşan mülk aləmindən yüksəyə qalxan bir kəs dayanır.
    YARASA SİFƏTLİLƏRİN GÖZLƏRİ İLAHİ AYƏLƏRİ, NİŞANƏLƏRİ GÖRMƏZ!
    Əvvəlki ayə barəsində bəzi alim mühəqqiqlər qeyd etmişlər ki, əgər divarda bir rəsm əsəri görünsə, onu görən bir şəxs dərhal rəssam fikrinə düşür. Amma necə olur ki, bəşər Allahın ayələrini görür, amma yaradanın fikrində deyil. Cavabı budur ki, Allahın nişanə və ayələri o qədər çox və sonsuzdur ki, pas basmış zəif gözlər onu görə bilmir. Məsələn, günəşin nuru çox qüvvətli olduğuna görə yarasanın zəif gözlərinin onu görməyə tabı yoxdur. Bəşər də elə bu cürdür. Bəşərin batini bəsirəti zəif olduğundan ilahi nuru, Allahın ayələrini görməyə tabı yoxdur. Çarəsi də budur ki, başqa bir qüvvə tapsın. Qüvvə tapmağın da vasitəsi namaz, oruc və s. kimi ibadətlərdir ki, bəsirət hasil olsun, hər bir ilahi məlakuti şeyi güclü gözlərlə görmək lazımdır. Allah yolunda ehsan etmək də bəsirət gözlərini açır. Allah yolunda ehsan etməyə və s. ibadətlərə əmr olunması qəlbin genişləndirilməsi üçündür. Bəsirətin qüvvətləndirilməsi üçündür. Bunun əksinə olaraq paxıllıq, həsəd, kin və s. kimi xəstəliklər də idrakın qarşısını alır, azaldır.
    Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən soruşdular ki, qəlbin genişləndirilməsi nədir? Buyurdu: O bir nurdur ki, qəlbə daxil olur. Soruşdular ki, bu nurun nişanəsi varmı? Buyurdu: Dünyanı boşlamaq və axirət aləminə diqqət yetirmək, onu abadlaşdırmaq fikrində olmaqdır. O hər hansı qəlbə nüfuz etsə adam daha yüksək mərtəbədə olan aləmlərə diqqət yetirər.
    Bu qədər qayda qanunlar, müstəhəbb əməllər müəyyən edən müqəddəs şəriət bu işlərin hamısını ruhun qüvvətləndirilməsi üçün qərar vermişdir. O ki, qala Əli əleyhis-salamın arxasında qərar tutana. Bəşər övladının əksərən matirialist baxışlı olduğunun səbəbi bəsirət gözlərinin kor olması ilə əlaqədardır.
    CAVABI OLMAYAN SUALLAR
    Mübarək "Tur” surəsində 15 dənə sual zikr olunmuşdur. Bunlar danlaq və ilzam üçündür ki, cavabları yoxdur. Məsələn bəzən sizlərdən biri kağız səhifəsini uşağın əlinə verirsiniz ki, yazsın. Sonra evə qayıdanda görürsünz ki, əyri-əyri xətlər çəkmişdir. Ona deyirsiniz: Sənə qələm vermədimmi? Sənin üçün nümunə yazmadımmı ki, bu cür pis xətlərlə yazmısan? Bunlara cavabı olmayan suallar deyilir. Allah-Taala on beş dənə bu cür suallarla buyurur: "Yoxsa səbəbsiz yerə yaradıblar?! Yoxsa özünüz özünüzü yaradıbsız?!”
    Bəhlul barəsində yazıblar ki, günlərin birində qəbiristanlıqda oturub bir insan kəlləsinin sümüyünü tapmışdı. Onu torpaqla doldurub sonra boşaldırdı. Bir nəfər gəlib soruşdu: Nə üçün bu cür edirsən? Dedi: İstəyirəm bildirəm ki, bu dünyada bu qədər iddialar edən bəşərin beyni necə də torpağa dönmüşdür!
    Bir neçə il bundan qabaq Şiraz şəhərinin sursat anbarına od düşmüşdü. Hamı Allahın dərgahına pənah apardı, hətta ömrü boyu bir namaz qılmayan bir dəfə "ya Allah” deməyən kəslər də. Nədən pənah aparmışdılar.?
    Bir dünyəvi oddan (vay olsun axirət əzabından!), özü də ki, şəhərə çatması sadəcə ehtimal verilən bir oddan!
    "Aya Pərvərdigarının fəzl və rəhmət xəzinələri onların yanındadırmı ki, hər kəsə istəsələr versinlər? Yaxud ilahi elmlər xəzinəsi onların yanındadır ki, kiminsə nübüvvət məqamına layiq olduğunu bilsinlər. Aya onlar bütün əşyalara hakim və qalibdirlər ki, bütün şeylər onların istəkləri altına gəlsin. Belə ki, hər nə istəsələr etsinlər, hər şəxsi istəsələr risalət məqamına seçsinlər.”
    "Xəzain”–xəzinənin cəmidir və mənası əsil maddə və külldür. Qeyd etmək lazımdır ki, aləmdə olanların hamısı–müxtəlif gözəlliklər, nemətlər, qüdrətlər, hikmətlər, insan və heyvan ruzilərinin xəzinələri Allahın yanındadır ki, tədriclə müəyyən qədər də aləmdə vücuda gəlirlər. Belə ki, "Hicr” surəsində buyurub:
    "Və elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın və Biz yalnız məlum qədərdə nazil edərik.”
    Bu mətləbin şərhi və təfsilatı uzun, başa düşülməsi də müəyyən qədər çətin olduğundan, ümumi camaatın başa düşməsi üçün, hər ikisini–ilahi batini və zahiri xəzinələri qeyd edirik.
    Əgər insan öz ruzisində, habelə bitkilərdən, ləpəli olan heyvan ruzisində bir az fikirləşsə başa düşər ki, onların xəzinəsi və maddəsi su, hava, torpaq və enerqidən ibarətdir. Elmin dediyi kimi oksigen, hidrogen, fosfor, dəmir, azot və s. Aydındır ki, əgər bəşəriyyət bir yerə yığılsa, bu xəzinələrə yol tapa bilməzlər ki, onları artırsınlar. Yaxud onları tərkib edərək nəbatatı və paxlaları düzəltsinlər. Deməli, görəsən bu bəşər bütün bu xəzinələri qüdrət əli ilə yaradan bir Allah müqabilində müti” və zəlil olmamalıdırmı və Ona pərəstiş etməməlidirmi? Başqa bir numunəsi elm və hikmətdir. Bəli, aləmlərin Pərvərdigarını tanımaq və Onun bütün adlarını, sifətlərini; xilqət aləminin sirlərinə, hikmətlərə yol tapmaq, bəşərin səadət və kamalını, məsləhətli işlərini tanımaq, məad və əbədi həyatı tanımaq, ölümdən sonrakı və s. şeyləri tanımaq. Xülasə şəkildə demək olar ki, məqsəd mülk və mələkut aləminə yol tapmaqdır. Şəkk yoxdur ki, heç bir bəşər bu ilahi xəzinəyə yol tapa bilməz, amma Allahın fəzl və kərəmindən bəhrələnərək bu ilahi xəzinələr inayət olunan kəslərdən başqa. Əlbəttə, ilahi nemətlərin də dərəcələri vardır. Onun ən yüksək mərtəbəsi Həzrət Mühəmməd ibni Əbdillah səlləllahu əleyhi və alihi və səlləm-in mübarək vücududur ki, bütün elm və hikmət xəzinələrini Allah onun mübarək qəlbində qərar vermişdir. Necə ki, Əli əleyhis-salam o Həzrətin vəsfində belə buyurur:
    "Elə ki, Allah-Taala öz bəndəsi Mühəmmədi seçdi və onun şərif qəlbini öz elmi xəzinələri qərar verdi və onu peyğəmbərliyə seçdi, heç bir bəşər bunun müqabilində etiraz və imtina etmək haqqı yoxdur. Çünki, Allah elminin xəzinəsi onların əlində deyil. Allahın yanındadır. O da bunları Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-ə vermişdir. Gərək bəşər övladı Allahın öz Peyğəmbərinə verdiyi ilahi elmlərdən istifadə edib öz səadətlərinin yolunu tapsın. Kafirlərin, müşriklərin və Peyğəmbəri inkar edənlərin halı doğurdan da qəribədir ki, onlardan bəhrələnmək yerinə müxalifətə qalxdılar, Düşmənçilik və müharibə etdilər. Doğrudan da bu müşriklər nə deyirlər? Allah bu ayədə buyurur ki: Məgər sənin Pərvərdigarının xəzinələri onun yanındadırmı? Yaxud Onun zahiri və batini xəzinələri siz camaatın yanındadır ki, özünüzü aləmlərin Pərvərdigarına ehtiyaclı bilmirsiniz və Ona pərəstiş etmirsiniz və Allah demirsiniz? Yox belə deyil, əgər Allah öz nemət qapılarını tamamilə bağlasa nə olar? Yazırlar ki, 1297-ci hicri ilində (80 il öncə) elə bu Şiraz şəhərində 7 il qəhətlik oldu. Camaat çörək tapa bilmədi. Təkcə qəhətlik deyil sel, zəlzələ, quraqlıq, yoluxucu xəstəliklər yayılmağa başladı. O vaxt məlum olur ki, camaatın vəziyyəti necə oldu. Deyirlər bir nəfər Allahın işlərinə həyasızcasına dəxalət edirdi. Ona deyəndə ki, əgər Allah çeşmələri qurutsa suyu haradan gətirəcəksən? O dedi: Bunun ki, bir çətinliyi yoxdur; bel və külüng gətirib yeri qazıb su çıxardaram. Sübh duranda gördülər ki, gözünün suyu quruyubdur. Hər təbibə müraciət etsələr də, əlacı olmadı. Yəni elə bir Allah ki, sənin gözünün suyunu quruda bilir, sənin gözündən daha pis çeşmələrin suyunun qurudulması necə? Ondan qorxmalısan, özünü Ondan ehtiyacsız bilməməlisən.
    ÖLÜM RÜSVAY EDİR
    Mərhum seyyid Nemətullah Cəzairi "Zəhrul rəbii” kitabında nəql etmişdir ki, Hindistanda belə bir qayda var ki, hər padşah fani dünyadan köçəndə onun cənazəsini taxtın üstünə qoyub əlini açıq halda şəhərdə dolandırır, deyirdilər ki, sultanın cənazəsidir. Ta ki, camaat onun əlinin boş olduğunu görsünlər.
    "Müsəytir”, lüğətdə "qalib”, "qahir” və bir kəsin fərmanı altında olmayan şəxsə deyilir. Məgər Allahdan başqa bir kəs müsəytir ola bilərmi? Çox böyük iddiaçılar var idilər ki, ölümü görməklə susdular.
    "Sülləm” nərdivan mənasındadır. Yəni onların nərdivanları və başqa vasitələri vardır ki, asimanlara tərəf gedib məlaikələrin sözlərinə qulaq assınlar və məlaikələrə vəhy olunanları bilsinlər və nəticədə keçmişdən və gələcəkdən xəbərdar olsunlar. O cümlədən Peyğəmbərə deyiblər ki, onlardan qabaq öləcək, yaxud onlar Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-ə qələbə çalacaqlar. Əgər onlardan biri belə bir iddia edirsə ki məlaikələrin sözlərini eşidir, qeyb aləmindən xəbərdardır, onda sözünün iddiasının doğruluğuna dair aşkar bir dəlil gətirməlidir. Siz daha yüksək aləmlərə yol tapmısınız ki, bir şey eşidəsiniz? Əgər bir kəs varsa və o aləmə yol tapıbsa, (nübüvvət məqamından başqa) dəlil gətirməlidir. Allah-Taala bir işarə ilə buyurur ki, bunlar Peyğəmbərin müqabilində bu sözləri deyirlər, amma şüurları yoxdur. Onların şüursuzluqlarını göstərən "məlaikələr Allahın qızlarıdır”, demələridir:
    Allah cisim deyil ki, övladı da olsun!
    Bundan da daha pis Allaha iftira və töhmət vurub deyirlər ki, Allahın qızları var. (Çünki, ərəblərin cahiliyyət dövründə qızdan acıqları gəlirdi, öz qızlarını diri-diri qəbirdə dəfn edirdilər.) Məgər Allah üçün qızlar özləri üçün oğlan qərar verirlər? Doğurdan da belə sözləri deyənlər səfehliyin, ağılsızlığın son həddindədir. Məgər belə şəxslər belə yüksək aləmlərə yol tapmışlar ki, nəticədə məlaikələrin sözlərini eşitsinlər. Onların Allaha övlad aid etmələrində axmaq olduqlarında bunu demək kifayətdir ki, bundan da pis özlərinin acığı gələn şeyi Allaha aid edirlər. Belə kəslərin yüksək aləmə müttəsil olmağa, elm mədəninə qovuşmağa ləyaqətləri vardırmı?
    Bu da başqa bir sual əlamətidir. Yəni, məgər onlardan risalət üçün muzd istəmisən ki, onların öhdələrində ağır bir yük olsun?
    Qəramətin mənası maddi cəhətdən zərər çəkməkdir. Cinayət olmadan. "Musqəlunə” yükü çox, ağır olanlar mənasındadır. Quranda bu mətləbi təkrar xatırladıb ki, peyğəmbərlər risalət müqabilində camaatdan əcr və muzd istəməmişlər, varlığa tamah salmamışlar. Görəsən əqlin hökmü ilə heç bir tamahı olmayan, bir mehriban nəsihətçinin nəsihətini qəbul etmək vacib deyildirmi? "Yasin” surəsində buyurur:
    "O kəsə tabe olun ki, sizdən heç bir muzd istəmir.”
    Ruhani heç vaxt maddiyyata nəzər salmır. Əgər bilsə ki, rizq və ruzi verən yalnız Allahdır, o vaxt ruhanidir. Belə olan halda yalnız Allaha nəzər yetirir. "Mən bu risalət müqabilində sizdən muzd istəmirəm.” Bu, Həzrət Davud əleyhis-salamın zireh düzəltməsidir ki, Allah-Taala ona təlim buyurmuşdur. Həzrət İbrahim əleyhis-salamın gileylənməsi də məhz həmin səbəblər üçün idi ki, camaat üçün höccət tamam olsun. Əli ibni Əbi Talib əleyhis-salam Həzrət Mühəmmədin səlləllahu əleyhi və alihi və səlləm şə”nində buyurur:
    "Xatəmül-ənbiya səlləllahu əleyhi və alihi və səlləm-in qarnı bütün məxluqatın qarnından daha boş idi.”
    İbni ömər deyir ki, günlərin bir günündə Rəsuli Əkrəm ilə gəzirdik. Bir xurma ağacının yanına çatanda Həzrət yerə düşmüş bir neçə xurmanı götürdü, təmizləyib mənə təklif etdi. Dedim yemirəm. Həzrət buyurudu: bu mənim üç gündən sonrakı yeməyimdir.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 686 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024