İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM DÜNYA MALINA ETİNA ETMİRDİ
    Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti Rəsulun hüzuruna gəlib ərz etdi: Əgər qızını mənə versən, sizin mənzilinizdən öz mənzilimə qədər ipək və məxmər xalçalar döşəyəcəyəm (müəyyən etdiyi o böyüklükdə mehriyə ilə belə).
    Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Görək Allah nə istəyir.
    Bəli, Həzrəti Zəhra əleyha salam-ın həyat yoldaşı Həzrət Əmir olmalıdır ki, onların toy gecəsindəki xalçaları yerin qumları idi. Rəvayətdə var ki, bütün xəzinələri Həzrət Rəsula verdilər, amma qəbul etmədi və buyurdu ki, axırı ölümdür.
    Əli əleyhis-salam buyurur: "Əgər bizim heç bir eyb və nöqsanımız olmasa, amma Peyğəmbərin istəmədiyi şeyi istəsək, (eybli sayılmaq üçün) kifayətdir. Peyğəmbər dünyanı istəmirdi.”
    Görəsən Peyğəmbər, ondan üz döndərən müşriklərdən bir şey istəmişdi ki, onlara baha başa gəlsin?!
    MUSA VƏ ARPA ÇÖRƏYİNİN BORCU
    Həzrət Əmir əleyhis-salam "Nəhcül-bəlağə”nin xütbələrindən birində bir neçə peyğəmbərlərin adını qeyd edir. O cümlədən, Musa ibni İmran barəsində buyurur: O Həzrət o qədər səhranın otlarından və göyərtilərindən yedi ki, göylüyü qarnından görünürdü. Şüeyb Peyğəmbərin qızları üçün su çəkəndən sonra ona arpa çörəyi verdilər, Allaha şükr etdi və dedi:
    "Ey Rəbbim, Sən mənə nazil etdiyin xeyrlərə ehtiyaclıyam.”
    İsəbni Məryəm əleyhis-salamın döşəməsi torpaq çırağı ay idi. Peyğəmbər qadınlarının hücrələrindən birinə gələndə üstündə rəngarəng şəkildə olan bir pərdə gördü, o pərdəni hücrənin qapısına asmışdılar. Həzrət buyurdu: "Bu pərdəni götürün, mən onu görməklə dünya fikrinə düşürəm.”
    Mərhum Məclisi "Biharul-ənvarda” nəql etmişdir ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər vaxt səfərdən qayıdanda əvvəlcə Həzrət Zəhra əleyha salam-ın mənzilinə gedirdi. Bir gün səfərdən qayıdanda Həzrəti Zəhra əleyha salam-ın evinə daxil oldu, gördü ki, qızının boynunda boyunbağı, əllərində bilərzik, qulaqlarında sırğa var və hücrənin qapısına bir pərdə asılıbdır. Rəsuli Əkrəm dərhal o evdən çölə qayıtdı. Həzrət Zəhra əleyha salam onun qayıtmasının səbəbini başa düşdü, Həzrət Həsən və Hüseyn əleyhis-salamı çağırıb bəzək əşyalarını Peyğəmbərin yanına göndərib dedi: "Babanıza deyin ki, bunları Allah yolunda sərf etsin.” Rəsul Əkrəm səlləllahu əleyhi və alihi və səlləm üç dəfə buyurdu: "Atası ona qurban olsun!” Həsən və Hüseyn əleyhiməs-salam-a buyurdu ki, Ali-Mühəmmədin dünya malı ilə nə işi! Əgər dünyanın milçəyin qanadı qədər dəyəri olsaydı, Allah yanında ondan düzələn su şərbətini kafirə verməzdi.
    DÜNYA EVSİZLƏRİN EVİDİR
    Peyğəmbərlər axirət aləmini görürdülər, məhz buna görə də dünyaya heç əhəmiyyət vermirdilər. Evi olmayan hər kəs dünyada löbər salmışdır. Necə ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurur:
    "Dünya əbədi evi olmayanların evidir, həqiqi sərmayəsi olmayanların malıdır; əqlsizlərdən başqası dünyada bina tikməz, ona ürək bağlamaz.”(Axirəti unudaraq əbədi şəkildə dünyada qalmaq niyyətilə bina salanalar red.)
    Əzəmətli peyğəmbərlər dünyaya tamah salmaqdan çox-çox uzaqdırlar. Amma xums və zəkat məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bunlar bütün dinlərdə vacib olmuşdur. Amma peyğəmbərlərə heç bir dəxaləti yoxdur. Çünki, zəkat və xums, ümumiyyətlə, fəqirlər üçün olub onlara xərclənir. Peyğəmbər övladlarına isə zəkat haramdır. Zəkatın özü isə malın pak olmasına səbəbdir. Həzrət Zəhra əleyha salam "Fədək” xütbəsində buyurur:
    "Allah-Taala zəkatı malın artıb inkişaf etməsi üçün qərar vermişdir.”
    Digər tərəfdən isə, məgər zəkatın miqdarı nə qədərdir ki? Qızıl və gümüşün zəkatı sikkəli olan halda qırxdan birdir, belə ki, əgər bir kəsin qırx misqal qızılı olsa, onun bir misqalı zəkatdır. Taxılın zəkatı iyirmidə bir; əgər yağış suyu ilə suvarılsa, onda birdir. Xumsa gəldikdə isə, əgər illik xərclərdən bir şey artıq qalarsa, onun beşdən biri Həzrət Zəhra əleyha salam-ın övladlarına verilir. İl boyu da xərclənənlərin xumsu yoxdur.
    XUMS ÖZÜ DƏ BİZİM XEYRİMİZƏDİR
    "Biharül-ənvar” kitabının 11-ci cildində İmam Sadiq əleyhis-salamın kəramətli işlərindən biri qeyd olunmuşdur. Şiələrdən biri bir qədər malı xums kimi İmamın hüzuruna gətirdi. öz-özünə fikirləşərək onu çox hesab edirdi. Sonra İmam qulamına buyurdu ki, evin küncündə olan teşti gətirsin. Elə ki, gətirdi, İmam bir neçə kəlmə oxudu, sonra buyurdu ki, teşti boşaltsın. Teşti boşaldanda o qədər dinar töküldü ki, qulam ilə o kişinin arasında fasilə saldı. İmam buyurdu: Sənin fikrincə, bizim sizin əlinizdə olanlara ehtiyacımız vardırmı? (Yəni Allahın bizə əta etdiyi bu qədər qüdrətlə belə!) Sonra buyurdu:
    "Sizdən aldıqlarımız sadəcə olaraq sizin özünüzün paklanmağınız üçündür.”
    Bu şərif ayədən məlum olur ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünya əhlindən heç nə istəməmişdir. Əli əleyhis-salam buyurur: "Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünyadan gedəndə heç bir kərpici də kərpic üstünə qoymamışdı. Yəni heç nə özünə düzəltməmişdi Peyğəmbərin evi xurma ağacının yarpaq və budaqlarından tikilmişdi. Alimlərdən bəziləri demişlər ki, yaxşı olardı ki, müsəlmanların sonrakı əsrlərdə o Həzrətin evinin necə olduğunu görsünlər deyə, o evi olduğu kimi saxlayardılar. Sonrakı əsrin müsəlmanları Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in necə ağır vəziyyətdə yaşadığını görsünlər.
    MÜSAFİRLƏR KİMİ YAŞAYIN
    Salman Farsinin (rəhmətullahi əleyh) malik olduğu kəramətlər, xariqül-adə işlər hamı arasında məhşur olduğuna görə onu tanıtdırmağa lüzum yoxdur. Amma o, ölüm ayağında ağlayırdı. Soruşdular ki, nə üçün ağlayırsan? Dedi: Qorxuram ki, Rəsuli Xuda ilə öz əhdimə vəfa etmədiyim halda görüşüm. Dedilər, sənin kimi insan da bu qədər ah-nalə edər. Salman dedi: Həccətül-vidada Rəsuli Əkrəm Kəbənin həlqəsindən yapışıb buyurdu:
    "Dünyada süvari yol gedən adamlar kimi yaşayın. İnsafla danışın, yaşayış tərzi bu olan Peyğəmbər Salmana necə buyurur: tovhid əhli olun, öz aqibətiniz üçün azuqə hazırlayın. Dünyaya ürək bağlamaq pisdir. Həsəd, paxıllıq, tamah, çirkin sifətlərdəndir.”
    Bunların hamısı Peyğəmbərin nəsihətlərindəndir. O, camaatdan heç nə istəmirdi. Ümumiyyətlə, onun muzdunu Allahdan başqa kim verə bilər? Belə ki, o buyurur: "Qulu la ilahə illəllah tuflihu-”la ilahə illəllah deyib nicat tapın” Camaatın qarşısında ona töhmət vururlar, daş-qalaq edirlər və s.
    Məgər onların yanındadır Lövhi-məhfuz ki, onlar yazırlar: Peyğəmbərin məbdə və məad haqqında verdiyi xəbərlər səhih deyil. Yaxud, ondan kitabət edib xəbər versinlər ki, Peyğəmbər öləcək və onun dəvəti batil olacaq.
    "Onlar istəyirlər ki, sənin barəndə məkr və hiylə etsinlər?” Səni aradan aparmaq üçün və sənin dəvətini söndürmək üçün. Kafir olanlar özlərinə qarşı məkr olunub. Yəni, onların məkr və hiylələrinin bəlası özlərinə qayıdır. Necə ki, Bədr döyüşündə öldürüldülər, bütpərəstlik Məkkədən yığışdırıldı. Bu şərif ayədə müşriklərin məkr və hiylələri barəsində bəzi müfəssirlər buyurmuşlar ki, məqsəd Rəsuli Əkrəmə vurulan iftira və töhmətlərdir. Ona şair, məcnun, kahin deyirdilər. Bu iftira və töhmətlərdən məqsədləri bu idi ki, camaat ona tərəf yaxınlaşmasın, sözlərinə qulaq asmasın və nəticədə onun dəvəti camaata çatmasın, Allahın nurunu söndürsünlər. Amma, bu məkr və hiylələrin bəlası özlərinə qayıtdı. Çünki, əvvəla o Həzrətin dəvətinin yayılmasının qarşısını ala bilmədilər. İkincisi, özləri bədbəxtlik və məhrumiyyətə düçar, əbədi səadətə çatmaqdan məhrum oldular. Onların məkrləri müqabilində Allah onlara tövfiq vermədi, qəlblərini möhürlədi.
    Təfsirçilərdən bəziləri demişlər ki, bu ayədəki „ÓÍÚœ-məkr kəlməsi müşriklərin ictimasına, "Darün-nədvə”də yığışdıqları toplantıya işarədir ki, bu toplantıda Peyğəmbəri qətlə yetirməyi qərara almışdılar. Allah da onların məkrlərini özlərinə qaytardı. Sonradan öz Peyğəmbərinə hicrət etməsini əmr etdi. Bədr müharibəsinə qədər müşriklərin hamısı öldürüldü. "Darün-nədvə” məsələsi icma şəkildə bundan ibarətdir ki, müşriklər şura təşkil edib dedilər ki, Rəsuli Əkrəm Mədinəyə getsə camaat onun ətrafına yığışacaq, işimiz daha da ağırlaşacaq. Sonra, darülnəqvə deyilən bir yerə yığışdılar, şeytan da qoca bir kişi surətində onların içinə daxil oldu. Sözə ilk dəfə başlayan Əbu Cəhl idi. O dedi: Mühəmməd bizim işlərimizi korlamışdır. Bizim başımızı alçaltmışdır. Biz bir neçə nəfərə pul verib göndərməliyik ki, gözlənilmədən hücum edib Mühəmmədi öldürsünlər. Şeytan dedi: Bu olan iş deyil. Çünki, onun öldürülməsi asan deyil. Bəni Haşim də əl çəkən deyillər. Üməyyə və Əbu Süfyan dedilər: Mühəmmmədi zəncirləyib zindana salmalıyıq və zindanda bir baca yeri qoymalıyıq ki, ölməsin. Şeytan yenə dedi: Bu olan iş deyil. Əvvəla, Bəni Haşim bu işin baş verməsinə mane olacaqlar, əgər gücləri də çatmasa Həcc vaxtı başqalarından kömək istəyəcəklər. Və ona nicat verəcəklər. Dedilər, Mühəmmədi əhilləşməmiş dəvənin üstünə mindirib çöllərə buraxaq ki, ölsün. Şeytan yenə dedi: Bu da qeyri-mümkündür. Çünki, Mühəmməd özünün fəsahətli kəlamları ilə camaatı cəzb edəcək, camaat da onun ölməsinin qarşısını alacaq. Şeytan bu sözlərlə məclis əhlinin nəzərini özünə cəlb etdi. Camaat onu məclisin baş tərəfinə keçirtdilər. O məl”un rə”y verdi ki, gərək hər qəbilədən, hətta Bəni Haşim qəbiləsindən də bir nəfər seçilib birlikdə Mühəmmədi öldürsünlər. Belə olan halda Bəni Haşimin bütün qəbilələrə gücü çatmayacaq. Bu rə”y qəbul olundu. Hamı qərara aldı ki, həmin gecə Peyğəmbəri öldürsünlər. Cəbrail Peyğəmbərə nazil oldu və ərz etdi ki, indi sənin Mədinəyə hicrət etməyinin vaxtı çatıbdır. Allah əmr edir ki, öz evindən çıx və Əlini öz yerəndə qoy. Peyğəmbərin getməsi qeyri-mümkün idi. Çünki Həzrət camaat arasında əmanətdarlığı ilə məşhur idi və yanında çoxlu əmanət qoyulmuşdu. Digər tərəfdən arvadı və qızı Həzrət Fatimə orada idi. Xülasə, qərara alındı ki, Əli əleyhis-salam qalıb Peyğəmbərin ailəsinə başçılıq etsin və əmanətləri çatdırsın. Xülasə Əli, Peyğəmbərin yerində yatdı. Müşriklər güman etdilər ki, Peyğəmbərin özüdür. Bəziləri dedi ki, elə bu gecə onu öldürək. Əbu Ləhəb onlara mane olub dedi, evdə qadın vardır, gözləyin, sübh öldürərik.
    ALLAHIN ƏLİ ƏLEYHIS-SALAM İLƏ İFTİXAR ETMƏSİ
    Sünnü və şiə alimləri tərəfindən belə bir rəvayət nəql olunmuşdur: Höccətül-İslam Ğəzzali də "Ehyaül-ülum” kitabında qeyd etmişdir ki, Cəbrail və Mikailə nida çatdı ki, siz iki nəfəri bir-birilə qardaş etdim və birinin ömrünü o birisindən artıq etdim. Sizlərdən hansı az ömrü götürüb, çoxu o biri qardaşına vermək istəyir? Hər ikisi susub qaldı. ölümə ikrah hissi ilə yanaşdılar. Nida gəldi ki, nə üçün Məhəmməd və Əli kimi olmadınız? Hansı ki, onların arasında qardaşlıq əhdi bağladım, Əli öz canını Peyğəmbərin canına fəda etdi.
    Başqa bir rəvayətdə də gəlmişdir ki, Peyğəmbər Əliyə canının sağ qalması barədə arxayınlıq vermədi və Əli ciddi olaraq Peyğəmbərin yolunda ölümə hazır oldu. Seyyid ibni Tavus "İqbal” kitabında Həzrət Əli əleyhis-salamın şə”nində müfəssəl şəkildə yazmışdır. İşin xülasəsi belə oldu ki, Cəbrail və Mikailə əmr olundu ki, Yer üzünə gedib, mənim dostum Əli ibni Əbu Talibə keşikçi olun! Cəbrail o Həzrətin başının tərəfində, Mikail isə ayaq tərəfində qərarlaşıb, "bəh-bəh, ya Əli!” dedilər.
    Sünnü hədisçilərin çoxu üçün də aşkar bir məsələdir ki, Əli əleyhis-salam Rəsuləllahın yolunda necə fədakarlıq edibdir. Allah da onun üçün mələkut aləmində iftixar etmişdir. Sübh olanda Peyğəmbərin evinə töküldülər və Onu tapmayıb yerində Əlini gördülər. Əbu Cəhl dedi: Mühəmmədi hara göndərdin? Əli əleyhis-salam buyurdu: Məgər Mühəmmədi mənə tapşırmışdınızmı? Onlardan biri dedi ki, indi ki Mühəmməd gedibdir, onun yerinə Əlini öldürək. Əbu Cəhl dedi: Bu cavanın ağlı düz işləmir. Əli buyurdu: Allah mənə o qədər əql mərhəmət edib ki, əgər bütün aləmə bölsələr və paylasalar heç kəs dəli qalmaz və mənə elə bir qüvvə əta etmişdir ki, əgər bütün camaat arasında paylansa, aləmdə zəif insan qalmaz. Bu yerdə Əbul Bəxtəri adlı bir nəfər qılıncını siyirib Həzrəti öldürmək istədi. Əmirəl-Möminin Əli əleyhis-salam onun sağ əlini tutub sıxdı, qılınc əlindən düşdü və özü də titrəməyə başladı. Sonra yerə yıxıldı. Sonra o məl”unu çiyinlərində götürüb evdən çölə apardılar.
    PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM-İN AYAQ İZLƏRİNİ AXTARIRLAR
    Münadi car çəkib dedi ki, hər kəs Mühəmmədi tapsa, yaxud ondan bir xəbər gətirsə, ona yüz dəvə veriləcəkdir. Ərəblərin arasında bir nəfər var idi ki, ayaq izlərini gözəl şəkildə tanıyırdı. O şəxs gəlib dedi ki, bu Peyğəmbərin ayaq izidir ki, İbrahimin qədəmlərinə oxşayır. Bu izi tutub gedin. Müşriklər həmin işi gördülər. Nəhayət, "Sur” dağına çatdılar. O dağda bir mağara var idi. (Peyğəmbər bu mağaraya gedəndə Əbu Bəkri də yolda özü ilə götürmüşdü.) Müşriklər mağaranın ağzına qədər gəlib çatdılar. Əbu Bəkr dedi, ya Mühəmməd, indicə gələcəklər və bizi tutacaqlar. Peyğəmbər buyurdu: "Nigaran olma, iki nəfər hər yerdə olsa, üçüncüsü Allah-Taaladır.” Rəsuli Əkrəm ağaca işarə etdi, ağac gəlib mağaranın ağzında qərarlaşdı. Hörümçək də orada tor çəkdi və göyərçinlər də orada gəlib yuva qurdu və yumurta qoydular. Müşriklər mağaranın 10 metrinə qədər gəldilər. Sonra ayaq izlərini tanıyan şəxs dedi: Buraya qədər Mühəmmədin ayaq izləri var. Amma, bundan o yana yerə girdiyini, yaxud göyə çıxdığını bilmirəm. Bəziləri mağaranın içinə girmək istədilər, lakin başqaları dedi ki, bu hörümçək toru, göyərçin yumurtaları göstərir ki, uzun müddətdir ki, bu mağaraya heç kəs gəlməyib. Bunu deyib qayıtdılar və belə fikirləşdilər ki, mağarada heç kəs yoxdur. Allah bunların məkr və hiylələrinin müqabilində məkr etdi. Nəhayət, məkr sözü ilə gətirilən ibarə eynilə cəzalandırmaq mənasındadır. Yəni, pisliyin əvəzi pislik kimidir. Əvvəlcədən, heç nə olmadan, məkr işlətmək əqlən qəbahətli şər”ən isə haramdır. Amma, edilən məkrin müqabilində məkr etmək əqlən bəyənilmiş, şər”ən də caizdir.
    Onlar yanıldılar. Hörümçəyin toru və göyərçinləri Allah iznilə o mağaranın ağzında qərar verdi. Əbu Bəkrin ürəyi o mağarada bərk döyünürdü. Amma Peyğəmbər, qəlbinin qüvvəti ilə orada idi. Müşriklər qayıtdı. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli əleyhis-salam üçün xəbər göndərdi ki, sən amandasan, özünü mənə çatdır, mən Mədinəyə tərəf hərəkət edirəm. Hər vaxt mənim borclarımı və əmanətlərimi təhvil verdin, Fatimələri yəni, Fatimeyi Zəhra əleyha salam, Fatimə Binti Əsəd və Fatimə Binti Zübeyri bir neçə zəif müsəlmanlarla birlikdə özün ilə Mədinəyə gətir. Həzrət Əli əleyhis-salam da bu işi yerinə yetirdi. Müşriklərin yolda maneçilik törətmələrinə baxmayaraq Həzrət Əli əleyhis-salamın qılıncı ilə öz yerlərində oturduldu.
    YOLDAKI HADİSƏLƏR
    Peyğəmbər və Əbu Bəkr Mədinəyə doğru hərəkət etdilər. Müşriklər Həzrəti tutmaq üçün yüz dəvə mükafat təyin etmişdilər. Həmçinin, hər kəs Peyğəmbərdən bir xəbər gətirsəydi də eyni qayda ilə. Süraqə ibni Malik bu mükafatı əldə etmək məqsədilə o Həzrətə doğru hərəkət etdi. Peyğəmbər buyurdu: İlahi, məni Süraqənin şərrindən xilas et! Və bu zaman Süraqənin atının ayaqları yerə batdı və atdan yerə yıxıldı. Peyğəmbərin yanına qaçıb dedi: Ey Mühəmməd, bildim ki, bu bəla sənin tərəfindən mənə çatdı. Dua et bu işdən xilas olum, and içirəm ki, ömür boyu məndən sənə heç bir pislik çatmayacaq. Peyğəmbər dua etdi, at xilas oldu. Elə ki, ata mindi yenidən o Həzrəti təqib etməyə başladı. Yenə də atı yerə batdı. Yenə də Peyğəmbərə yalvardı, Peyğəmbər dua etdi. Xülasə, xilas oldu. Bu iş üç dəfə təkrar olandan sonra üçüncü dəfə xilas olandan sonra dedi: Ey Mühəmməd, mənim dəvələrimi, qulamlarımı və oxumu götür. Hər yerdə istəsən istifadə et! Mən heç kəsi qoymaram ki, səni təqib etsin. Peyğəmbər buyurdu: Mənim sənin malına ehtiyacım yoxdur.
    Yolda bir nəfər Peyğəmbərin qabağını saxladı. Peyğəmbər onun adını soruşdu. Ərz etdi ki, adım Büreydədir. Peyğəmbər buyurdu: Bərədə əmruna-yəni, bizim işimiz asan və yaxşı oldu. Sonra buyurdu ki, hansı qəbilədənsən? Dedi: Bəni Əsləm qəbiləsindənəm. Həzrət buyurdu: Salamatçılıqla qurtardıq. Bir qədər danışdıqdan sonra ona buyurdu, İslamı qəbul et! Peyğəmbərin təsirli kəlamı səbəbilə o və onun ətrafında olan 70 nəfər müsəlman oldu. Büreydə Rəsuli Əkrəmə ərz etdi ki, Mədinəyə bu cür getməyin. İcazə verin mən sizin ələmdarınız olum. Həzrət buyurdu: özün necə istəyirsənsə eləcə də et! Büreydə Rəsuli Əkrəmin və Əli əleyhis-salamın yaxın dostlarından oldu və Həzrətin vəfatından sonra Əbu Bəkr və ömər ilə bey”ət etmədi.
    Büreydə öz əmmaməsini bayraq etdi. Peyğəmbər 12-13 gün yolda oldu. Sonra Mədinəyə çatdı. Yol əsnasında Ümmu Məbəd adlı bir qadının xeyməsinə çatdı. Həzrət soruşdu: Nəyin var? O dedi: Arıqlıqdan çölə getməyən bir qoyunum var. Qoyunun süd verirmi? Dedi: Yox. Peyğəmbər buyurdu: İcazə ver onu sağım. Rəsuli Əkrəm öz əlini qoyunun döşünə vurdu. Elə bu anda süd onun döşlərindən axmağa başladı.
    Hamısı içdi. Bu qoyun 17 il diri qaldı və ömərin xilafəti dövründə düşüb öldü.
    Başqa bir rəvayətə görə Peyğəmbər xurmanı yeyib dənəsini həmin torpaqda əkdi. Xurma göyərdi. Başqa bir rəvayətdə var ki, o tikanlı ağac idi ki, Peyğəmbər onun yanında dəstəmaz aldı, ağzının suyunu və dəstəmazın suyunu o ağacın dibinə tökdü, ağac böyük bir yaşıl ağaca çevrildi. Meyvələrindən xəstə yeyirdisə, dərhal şəfa tapırdı. Hər ac və susuz insan ondan yeyirdisə susuzluqdan və aclıqdan doyurdu.
    Peyğəmbər vəfat edən vaxt onun meyvələri naqis oldu. Əli əleyhis-salam dünyadan gedəndə daha meyvə vermədi, Hüseyn əleyhis-salam şəhid olandan sonra o ağacdan qan axmağa başladı və quruyub aradan getdi. Rəsuli Əkrəm gedəndən sonra Ümmü Məbədin əri gəlib vəziyyəti başqa cür gördü. Məsələni soruşdu, özü və onun qəbiləsi hamısı müsəlman oldular.
    Həzrəti Peyğəmbər Quba məhəlləsinə çatıb 17 gün orada qaldı və buyurdu: Nə qədər ki, əmim oğlu Əli gəlməyibdir buradan hərəkət etməyəcəyik. Nəhayət, Əli və onunla birlikdə gələnlər gəlib çatdılar və oradan Mədinəyə yola düşdülər. Peyğəmbərin Məkkədən hərəkəti rəbiül-əvvəlin 1-i, Mədinəyə çatması isə 12-ci günü oldu. Mədinə əhlinin hər biri Peyğəmbəri öz evinə aparmaq istəyirdi. Həzrət buyurdu: "Mən ixtiyarı dəvəmin öhdəsinə qoydum. Hər yerdə dayansa, o yerdə mənzil edəcəyəm.” Bunu deyib, dəvənin yüyənini buraxdı, dəvə gəlib Əbu Əyyub Ənsarinin evinin müqabilində dayandı. Peyğəmbər altı (başqa rəvayətə görə səkkiz) ay orada qaldıqdan sonra yerini dəyişdi.
    Bu sonuncu sual daha mühümdür. Məkkə müşriklərinə xitabən deyilməsinə baxmayaraq, ümumi bir sualdır Qiyamətə qədər. "Məgər özləri üçün aləmlərin Pərvərdigarından başqa bir ilahi, məbud, tək olan Allahdan başqa bir məbud seçirlərmi ki, ona pərəstiş etsinlər, bəlalarda ona pənah aparsınlar və öz istəklərini də ondan istəsinlər. Allah Ona qoşulan şirkdən çox-çox uzaqdır.
    "İLAH” VƏ "ALLAH” ARASINDAKI FƏRQ
    İlah-fial, kitab vəznində olan bir məsdərdir, ələhə, ilahən, məbud mənasında olandır. Məbud-yəni, pərəstiş olunan. Şəkk yoxdur ki, həqiqi məbud o şəxsdir ki, həqiqi nemət verən olsun. Məlumdur ki, bütün nemətlər Allahındır. Hər bəşərin varlığının əksi, onun etdiyi bütün istifadələrin hamısı tamamilə Allah tərəfindəndir. Deməli, yaxşı layiqlidir ki, ibadətə layiqli olan Odur, vəssəlam. İbadət-yəni, pənah aparmaq, sığınmaq, zəlil, xaşe, xaze olmaq, bəndəçiliyin axırıncı həddinə çatmaq. Hər nəyin müqabilində olursa-olsun. Bəzilərinin məbudu bütdür. özləri canlı olmasına baxmayaraq, cansız şeylərə pərəstiş edirlər. Bəziləri, yeddi yüz milyondan artıq insan bütə pərəstiş edir. Çində, Hindistanda, Yaponiyada və s. kimi ölkələrdə. Dostlarımdan bəzisi nəql edir ki, Hindistanın bütxanalarında bir hindu şəxs yeddi saat öz əllərini biz qunut tutduğumuz kimi bütün qarşısında əllərini göyə açıb dayanır. Biz nə üçün Allahın qabağında belə etmirik? Rəvayətdə var ki, hər kəsin bu dünyada qunutu uzun olsa, Qiyamətdə hesabı daha rahat olacaqdır.
    Başqa bir dəstə isə qəsr, saray və s. kimi şeylərə pərəstiş edirlər. Onu gözəlləşdirmək üçün çalışırlar. Qadınlar qızıla, paltara, bər-bəzəkli şeylərə daha çox meyl edirlər. Başqa bir dəstə ağaca pərəstiş edir. Hindistanda iki növ ağac vardır ki, pərəstiş olunur. Onlardan birinin yarpaqları mütəhərrikdir, başqasının isə üç yarpağı var ki, ortadakı yarpağı hərəkətdədir. Başqa bir qrup isə inəyə sitayiş edir. İnəyə pərəstiş edənlərdən daha pisi, bir qadını görəndə hər şeyini ona qurban verən, malını, canını, bədənini, qəlbini ona təslim edib, onun müqabilində zəlil olan insanlardır. Ümumiyyətlə, həqiqi nemət verənin–aləmlərin Pərvərdigarının qarşısında zəlil olmaq yerinə öz şəhvətlərinin qulu olurlar. Belə olan vaxtda, Möminləri də məsxərəyə qoyurlar, "sizlər köhnəpərəstsiniz” deyirlər. Bəziləri isə günəşə, aya pərəstiş edirlər. Məsələn, çoxları Zöhrə ulduzuna sitayiş edirlər. Başqa bir dəstə isə öz növündən olan bəşər müqabilində zəlillik, bəndəçilik edirlər.
    Fəxri Nazimin "Ləvamiül-bəyyinat” kitabında İmran ibni Hüseyndən nəql olunur ki, Peyğəmbər bir gün mənə buyurdu: "Bu gün neçə dənə ilaha sitayiş etmisən?” Cavabda dedim ki, altı, ya yeddi olar. Altısı yerdə, biri asimanda. Çünki, ərəb qəbilələrində çoxlu bütlər var idi, hər kəs bir və ya bir neçəsinə pərəstiş edirdi.
    Peyğəmbər buyurdu:
    Onlardan hansına öz arzularına çatmaq üçün pərəstiş edirsən?
    Dedim: Asimanların Xaliqinə.
    Peyğəmbər buyurdu: Elə bu sənin üçün bəsdir. Sənin bütün istək və arzularını asimanların Allahı təmin edir. Daha bütlərə heç bir ehtiyacın yoxdur. Onların da əlindən heç bir iş gəlmir. Sonra buyurdu: Əgər müsəlman olsan, sənə iki kəlmə öyrədərəm ki, onlardan istifadə edib faydalanasan. Sonra İmran müsəlman oldu və o iki kəlməni Peyğəmbərdən öyrənmək istədi. Peyğəmbər buyurdu: Bu duanı et:
    "Allahummə əlhimni rüşdi və əizni min şərri nəfsi.”
    "İlahi, mənə ilham et düz yolu-hidayət yolunu, nicat və səadət yolunu mənə anlat. İlahi mənə öz nəfsimin şərrindən pənah ver.”
    Doğrusu Peyğəmbərin buyurduğu bu cümlə necə də mühümdür. Bilmək lazımdır ki, şirklərin ən pisi həvayi-nəfsə pərəstiş etmək, hətta bütün batil pərəstişlərin həqiqəti həvayi nəfsə pərəstişə qayıdır. Yəni, "mən” pərəstlik, gözəllik pərəstlik, qadın pərəstlik, məqam pərəstlik və s. kimi şeylər. Hətta, bütpərəstliyin özü də nəfsin meyli üzündən olmadığına görə həvayi-nəfsə pərəstişdir. Allah bizi öz nəfsimizin şərrindən saxlasın! Bizi tövhid və Allahpərəstlərdən etsin!
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 703 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024