DÖRDÜNCÜ MƏQAM "XƏBƏRİ-VAHİD”İN (Alaur-Rəhman, Bəlaği, səh. 26.) TƏHRİFİN SÜBUTU ÜÇÜN YETƏRSİZLİYİ Bu və ya digər ayənin Qurandan olduğunu iddia etmək üçün kəskin elmi dəlilə ehtiyac var. Hər hansı bir ayənin Qurandan olduğunun isbatı üçün "Xəbəri-vahid”in yetərli olmadığı kimi, təhrifin isbatı üçün də yetərli deyil. Təhrif nəzəriyyəsini dəstəkləyənlər öz müddəalarının isbatı üşün kəskin, yetərli elmi dəlillər göstərməlidirlər. Başqa sözlə desək, etiqadla bağlı məsələlərin isbatı üçün "xəbəri-vahid” və bu kimi sırf gümana əsaslanan dəlilləri yetərli bilmədiyimiz kimi, ən mühüm dəlil olan Quranı da heç bir şəkildə "xəbəri-vahid”lə qəbul edib, yaxud etməmək olmaz. Məhz elə buna əsaslanan Şeyx Tusi "Tibyan” adlı təfsir kitabının müqəddiməsində yazır: "Quranın təhrifini iddia edən rəvayətlər bütünlüklə "xəbəri-vahid”dirlər. "Xəbəri-vahid” tam elmi dəlil olmadığı üçün təhrif məsələsində də yetərli sayılmır”. Şeyx Tusinin məqsədi, bu məsələnin tam yəqin edilməsi şərt olan məsələlərdən olmasıdır. |