İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)


    AYƏ 8:

    ﴿ وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا ﴾

    TƏRCÜMƏ:

    «Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin

    TƏFSİR:

    ƏXLAQİ BİR HÖKM

    Bu ayə də, şübhəsiz, irs bölüşdürüləndən sonrakı məsələlərlə əlaqədar nazil olmuşdur. Çünki buyurulur: «Hər vaxt ölmüş şəxsin qohum-əqrəbaları, yetimlər və yoxsullar irsin bölüşdürüldüyü yerdə hazır olsalar onlara da bir şey verin.» Mümkündür, ayədə varislərin özlərinə düşən paydan onlara vermələri nəzərdə tutulsun.

    «Yətama» və «məsakin» kəlmələrinin qeydsiz zikr olunmasına baxmayaraq, məqsəd ölmüş şəxsin və varislərin qohum-əqrəbalarından olan yetimlər və yoxsullardır. Ayənin axırında göstəriş verilir ki, bu dəstədən olan məhrumlarla, yoxsullarla yaxşı danışıb layiqli şəkildə söhbət edilməlidir.

    AYƏ 9:

    ﴿ وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُواْ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُواْ عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّهَ وَلْيَقُولُواْ قَوْلاً سَدِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər)»

    TƏFSİR:

    Rəvayətlərə əsasən, yetim malını mənimsəmək həm dünyada, həm də axirətdə ağır nəticələr verir. Onun dünyadakı xəsarəti insanın öz övladlarına dəyir (bu, yuxarıdakı ayədə nəzərdə tutulur), axirətdə isə cəhənnəm əzabına səbəb olur (bu da sonrakı ayədə bəyan olunacaqdır).(Nurus-səqəleyn», 1-ci cild, səh. 370)

    Bəlkə də ayə normal və təbii haldan artıq olan infaq və vəsiyyətləri qadağan edir və buyurur ki, məbada zəif və kiçik yaşlı kimsəsiz uşaqlarınız ola-ola bütün mal-dövlətinizi vəqf və ya infaq edəsiniz, nəticədə övladlarınız sizin ölümünüzdən sonra fəqirlik və bədbəxtlikdə qalsınlar.(Məcməül-Bəyan», həmin ayənin təfsiri.)

    Bu da mümkündür ki, ayə, özü öləndən sonra kimsəsiz qalacaq övladları olanlara, onların gələcəyi üçün müəyyən proqram hazırlamağı tövsiyə etmiş olsun.(Təfsiri Fəxri Razi», həmin ayənin təfsiri.)

    İNCƏ MƏTLƏBLƏR

    1. İnsan hər işdə özünü başqalarının yerinə fərz etməlidir ki, onların dərdlərini daha yaxşı dərk edə bilsin. Başqalarının bizim yetim övladlarımızla doğru rəftar etməsini istəyiriksə, digərinin yetim övladaları ilə də o cür rəftar etməliyik.

    2. Kim od yandırsa tüstüsü onun öz gözünə dolar (başqası üçün quyu qazan özü düşər): Camaatın yetim övladlarına zülm edilməsi cəmiyyətdə bir adət halına düşər və bizim yetim övladlarımız da nə vaxtsa zülmə məruz qalar.

    3. Təbliğ üslublarında insanların fitrət və duyğularından istifadə etmək lazımdır.

    4. Yetimlər geyim və yeməklə təmin olunmaqla yanaşı, məhəbbət, nəvaziş və doğru yola istiqamətləndirilməyə də ehtiyac duyurlar.

    5. Yetimlərin mal-dövlətinə xəyanət, onların tərbiyəsində səhlənkarlıq, onlarla kobud rəftar yolverilməzdir.

    AYƏ 10:

    ﴿ إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar

    TƏFSİR:

    «Əl-mizan» təfsirində əməllərin təcəssüm etməsi məhz bu ayəyə əsasən irəli çəkilmişdir. Yetim malının yeyilməsinin zahiri çöhrəsi sadəcə mal yemək, həqiqi və gerçək çöhrəsi isə Qiyamətdə cəhənnəm odunun yeyilməsi kimi aşkar olacaqdır. Əgər yetim malının yeyilməsində zülmə yol verilərsə, bu iş haram, əks halda, adi və yetimlərə heç bir ziyan çatdırmayan, həmçinin pis niyyətlə edilməyən gediş-gəlişlər, onların mal-dövlətlərinə bədbin olmamağın eybi yoxdur.

    AYƏ 11:

    ﴿يُوصِيكُمُ اللّهُ فِي أَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ فَإِن كُنَّ نِسَاء فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلأُمِّهِ الثُّلُثُ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلأُمِّهِ السُّدُسُ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَآؤُكُمْ وَأَبناؤُكُمْ لاَ تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعاً فَرِيضَةً مِّنَ اللّهِ إِنَّ اللّهَ كَانَ عَلِيما حَكِيمًا﴾

    TƏRCÜMƏ:

    «Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir.Beləliklə, əgər (varislərin hamısı) qadın - (iki qız və ya) iki qızdan çox - olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir.Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır.Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır.(Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz.(Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən Allah həmişə alim və hikmət sahibidir

    TƏFSİR:

    İrsin hökmləri başqa dinlərdə də (o cümlədən Tövratın Edad sifrinin 27-ci bölməsinin 8-11-ci ayələrində) bəyan olunmuşdur. İncildə də qeyd olunur ki, Həzrət Məsih (ə) belə buyurur: «Mən Tövratın hökmlərini dəyişdirmək üçün gəlməmişəm.»

    Cahil ərəblər qadınları və uşaqları irsdən məhrum edirdilər. İslam dinində heç bir varisi olmayan şəxsin mirası İslam hakiminə və ya imama çatır.

    İRS PAYI

    Sonra buyurulur: Əgər mərhumun övladları yalnız iki qız və ya ondan artıq olarsa, malın üçdə-ikisi onlara çatır. Əgər bir qız olarsa, malın yarısı ona çatır. Birinci təbəqədən olan övladla mərhumun övladları ilə eyni cərgədə olub irs aparan şəxslərə, yəni ata və anaya gəldikdə isə üç hal təsəvvür olunur:

    1-ci hal: Vəfat edən şəxsin bir, yaxud bir neçə övladı olsun. Bu halda ata və ananın hər biri mirasın altıda-birini irs aparır.

    2-ci hal: Meyyitin övladı olmasın və varis yalnız onun atası və anası olsun. Bu halda ananın payı malın üçdə-biridir, yerdə qalanlar isə atanındır.

    3-cü hal: Varis təkcə ata və ana olsun, meyyitin də övladı olmasın. Lakin vəfat edən şəxsin (ya həm ata və həm də ana tərəfindən, yaxud təkcə ata tərəfindən) qardaşları olsun. Bu halda ananın payı üçdə-birdən altıda-birə enir, altıda-beş hissəsi isə ataya məxsus olur.

    Həqiqətdə qardaşlar irs aparmadıqlarına baxmayaraq ananın irsinin artmasına mane olur, buna görə də onlara «sahib» deyilir.

    Sonra buyurulur: Bu bölgünün hamısı mərhumun vəsiyyətlərini yerinə yetirdikdən və borclarını qaytardıqdan sonradır. Buna əsasən əgər mərhum vəsiyyət etmiş olsa, yaxud başqalarına borclu olsa, əvvəlcə vəsiyyətə əməl etmək, borcu ödəmək lazımdır. Əlbəttə, insan öz mal-dövlətinin yalnız üçdə-birini müəyyən işlərdə xərclənmək üçün vəsiyyət edə bilər. Əgər üçdə-birdən artıq vəsiyyət etmiş olarsa səhih deyil. Yalnız vərəsələrin icazəsi ilə səhih ola bilər.

    Sonrakı cümlədə buyurulur: Siz atalarınızın və övladlarınızın hansının sizin üçün daha faydalı olduğunu bilmirsiniz.

    Bu da keçən mətləbləri bir növ təkidləndirir ki, camaat arasında irs payları ilə əlaqədər olan qanunlar barədə münaqişəli heç bir məsələ qalmasın.

    NİYƏ KİŞİLƏRİN İRSDƏN OLAN PAYI QADINLARIN PAYINDAN İKİQAT ARTIQDIR?

    İslami mənbələrə müraciət etməklə aydın olur ki, bu sual İslamın ilk çağlarından belə camaatın arasında yaranmış və onlar İslam rəhbərlərindən bu barədə müəyyən şeylər soruşmuşlar. O cümlədən, İmam Rza (ə) sualın cavabında belə buyurmuşdur: «Qadınların kişilərin payının yarısı qədər irs aparmalarının səbəbi budur ki, qadın izdivac zamanı mehriyyə alır, kişilər də onlara müəyyən şeylər verməyə məcburdurlar. Bundan əlavə, qadınların məişət xərcləri kişilərin öhdəsinədir. Halbuki, onlar kişinin həyat və məişət xərcləri qarşısında heç bir məsuliyyət və cavabdehlik daşımırlar.»

    AYƏ 12:

    ﴿وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً أَو امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ فَإِن كَانُوَاْ أَكْثَرَ مِن ذَلِكَ فَهُمْ شُرَكَاء فِي الثُّلُثِ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّ وَصِيَّةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَلِيمٌ﴾

    TƏRCÜMƏ:

    «Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir

    TƏFSİR:

    ƏR-ARVADIN BİR-BİRİNDƏN APARDIĞI İRS

    Bu ayədə ərlə arvadın bir-birindən necə irs aparması bəyan olunur. Əvvəldə buyurulur: Arvadlarınızın övladı olmazsa, onun qoyub getdiyi mal-dövlətin yarısı sizə çatır. Lakin əgər bir, yaxud bir neçə övladı olsa (hətta başqa ərindən olmuş olsa belə), onda onun mal-dövlətinin dörddə-biri sizə çatır.

    Əlbəttə, bu bölgü də həyat yoldaşının borclarını qaytardıqdan və malı ilə əlaqədar etdiyi vəsiyyətlərini yerinə yetirdikdən sonradır.

    Sonra buyurulur: Sizin övladınız olmazsa, vəfat etdiyiniz zaman arvadlarınız mal-dövlətinizin dörddə-birini irs aparır. Əgər övladınız olsa (hətta başqa arvadınızdan olsa belə), sizin arvadlarınızın payı səkkizdə-birə enir.

    Bu bölgü də, əvvəlki bölgülərdə olduğu kimi, mərhumun vəsiyyətinə əməl etdikdən və borclarını qaytardıqdan sonradır.

    Sonra bacıların və qardaşların irs hökmü belə bəyan edilir: Əgər bir kişi dünyadan getsə və onun bacıları və qardaşları ondan irs aparsa, yaxud qadın dünyadan getsə və onun bacısı və ya qardaşı olsa onlardan hər biri mərhumun malının altıda-birini irs aparır.

    Ayədə qeyd olunan «kəlalə» sözü vəfat etmiş şəxsin ana tərəfdən irs aparan bacı-qardaşlarına deyilir. Bu o haldadır ki, vəfat edən şəxsin (ana tərəfdən) bir qardaşı və bir bacısı qalmış olsun. Əgər birdən artıq olarsa, irsin üçdə-birini irs aparırlar. (Yəni malın üçdə-birini öz aralarında bölüşdürməlidirlər.)

    Sonra əlavə edilir: Bu şərtlə ki, əvvəlcə mərhumun vəsiyyətinə əməl edilsin və borcları ödənsin. Həmçinin, vəsiyyət və borcun ödənilməsi icra olunarkən vərəsələrə zərər dəyməsin.

    Ayənin axırında bir daha təkid üçün buyurulur: Bu, Allah tərəfindən olan tövsiyədir. Allah elm və helm sahibidir.

    Yəni Allahın sizə etdiyi bu tövsiyələri möhtərəm saymalısınız. Çünki Allah sizin mənafe və məsləhətinizi hamıdan yaxşı bildiyi üçün bu hökmləri müqəddər etmişdir. Eləcə də vəsiyyət edənlərin niyyətlərindən də agahdır. Bununla yanaşı, elm sahibidir və Onun fərmanı ilə müxalifət edənləri də dərhal cəzalandırmaz.

    AYƏ 13:

    ﴿ تِلْكَ حُدُودُ اللّهِ وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ ﴾

    TƏRCÜMƏ:

    «Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!»

    TƏFSİR:

    İrs qanunu ilə əlaqədar keçən ayələrdə irəli çəkilən məsələlərin ardınca bu ayədə ilahi hədd-hüduddan və qanunlardan söhbət açılır və buyurulur: Bunlar Allahın təyin etdiyi hədd-hüdud və sərhədlərdir ki, bunları aşmaq hər bir halda qadağandır. Hər kəs bu həddi-hüdudu aşaraq onlara təcavüz etsə, günahkar və müqəssir hesab olunacaqdır.

    Sonra buyurulur: Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə və bu hədd-hüdudu möhtərəm saysa, ağaclarının altından çaylar axan behişt bağlarına daxil olacaq və orada əbədi qalacaqdır.

    Ayənin axırında buyurulur: Bu da böyük qələbə və qurtuluşdur.

    AYƏ 14:

    ﴿ وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ ﴾

    TƏRCÜMƏ:

    «Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır

    TƏFSİR:

    Yuxarıdakı ayədə qeyd olunanların müqabilində olanlara bu ayədə işarə edilir və buyurulur: Allaha və Onun Peyğəmbərinə itaətsizlik edənlər, Allahın təyin etdiyi həddi-hüdudu keçənlər üçün cəhənnəm odu vardır və orada əbədi qalacaqlar.

    Nəhayət, onların axır-aqibətlərinə işarə edilir və buyurulur: Onlar üçün xaredici əzab vardır.

    Birinci cümlədə ilahi cəzaların fiziki və cismani yönləri, sonrakı cümlədə isə həmin cəzaların mənəvi yönü olan ifşa məsələsi irəli çəkilmişdir

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 880 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024