İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 15:

    ﴿وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً﴾

    TƏRCÜMƏ:

    «(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)»

    TƏFSİR:

    Bu ayədə çirkin zina əməlinə mürtəkib olan ərli qadınlara veriləcək cəzaya işarə olunur: Sizin qadınlarınızdan zinaya mürtəkib olanlar üçün müsəlman kişilərdən dörd nəfəri şahid tutun. Əgər bu dörd nəfər onların zina etməsinə şahidlik etsələr, qadınlarınızı əcəlləri gəlib çatana qədər evlərinizdə həbs edin.

    Buna əsasən ərli qadınların iffət-namusla zidd olan yaramaz zina əməlinin cəzası «əbədi həbs» kimi təbir olunmuşdur. Lakin bunun ardınca dərhal buyurulur: yaxud Allah tərəfindən onlar üçün müəyyən bir yol qərar verildiyi vaxta qədər onları həbs edin. Bu təbirdən aydın olur ki, bu hökm müvəqqətidir və sonradan gələcək daş-qalaq hökmü ilə qüvvədən düşür. Bu məsələ fiqh və hədis kitablarında mövcuddur.

    AYƏ 16:

    ﴿ وَاللَّذَانَ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُواْ عَنْهُمَا إِنَّ اللّهَ كَانَ تَوَّابًا رَّحِيمًا ﴾

    TƏRCÜMƏ:

    «(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən və mehribandır

    TƏFSİR:

    Bu ayədə qeyri-möhsinə adlı iffətə zidd olan zina əməlinin hökmü bəyan olunur və buyurulur: Çirkin zina əməlinə mürtəkib olan subay kişi və qadına əzab-əziyyət verin (cəzalandırın).

    Bu ayədə qeyd olunan cəzalandırılma ümumi bir cəza qanunudur. «Nur» surəsinin ikinci ayəsinə əsasən bu cür zina əməlinə mürtəkib olan tərəflərin hər birinə yüz şallaq zərbəsi vurulur. Həmin ayə də bu ayənin bir növ təfsir və izahıdır.

    Ayənin axırında bu cür günahkarlar üçün tövbə, əfv və güzəştə getməyin mümkünlüyünə işarə edilir və buyurulur: Əgər onlar doğrudan da tövbə edərək özlərini islahetmə məqamına gəlsələr, eləcə də keçmiş əməllərini yaxşı işlər vasitəsilə ört-basdır etməyə başlasalar onları cəzalandırmayıb güzəştə gedin. Çünki Allah tövbələri qəbul edən və mehribandır.

    Bu hökmdən məlum olur ki, öz günahlarından tövbə edənlər əvvəlki günahlarına görə məzəmmət olunmamalıdır.

    AYƏ 17:

    ﴿ إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً ﴾

    TƏRCÜMƏ:

    «Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir

    TƏFSİR:

    Əvvəlki ayələrdə iffətlə zidd olan çirkin zina əməlinə mürtəkib olanların cəzası və tövbə nəticəsində həddin güzəştə gedilməsi aşkar şəkildə bəyan edilmişdir. Bu ayədə isə onun şərtlərindən bəzilərinə işarə olunur və buyurulur: Allah yalnız o kəslərin tövbəsini qəbul edir ki, cəhalət və bilməməzlik üzündən günah etmiş olsunlar.

    Bu ayədə «cəhalət» dedikdə məqsəd cinsi ehtirasların tüğyan etməsi, inadkar həvayi-nəfsin insanın əql qüvvəsinə və imanına qələbə çalmasıdır. Belə bir şəraitdə insanın günah barəsində olan elmi aradan getmir, buna baxmayaraq, inadkar və tüğyançı qərizələrin təsiri dairəsində olduğundan əməli olaraq təsirdən düşür. Elm öz təsirini itirdiyi vaxtdan etibarən əməl də cəhalət və nadanlıqla bərabər olur.

    Sonrakı cümlədə tövbənin digər bir şərtinə işarə edilir və buyurulur: «Sonra dərhal tövbə edərlər.» Yəni öz işlərindən dərhal peşman olub Allah dərgahına qayıdarlar. Çünki kamil tövbə odur ki, günahın əsər və təsirləri insanın ruh və canından tamamilə silinmiş olsun.

    Tövbənin şərtləri qeyd edildikdən sonra ayənin axırında buyurulur: Allah belə şəxslərin tövbəsini qəbul edir. Allah elmli və hikmətlidir.

    AYƏ 18:

    ﴿وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا﴾

    TƏRCÜMƏ:

    «Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır

    TƏFSİR:

    Bu ayədə Allah dərgahında tövbələri qəbul olunmayanlardan söhbət açılır və buyurulur: Ölmək ərəfəsində olan və «indi günahlarımdan tövbə etdim» – deyənlərin tövbələri qəbul olunmayacaqdır.

    İkinci dəstə isə bu dünyadan küfr halında (kafirlikdə) gedənlərə aiddir. Ayədə onların barəsində «küfr halında ölənlərin tövbəsi qəbul olunmur» – deyə buyurulur.

    Həqiqətdə ayə bunu çatdırmaq istəyir ki, sağlam halda imanlı olub tövbə edən, lakin ölüm ayağında, dünyadan imansız gedənlərin keçmiş tövbələri də təsirsiz sayılır.

    Ayənin axırında buyurulur: Hər iki dəstədən olanlar üçün dərdli əzab hazırlamışıq.

    AYƏ 19:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ يَحِلُّ لَكُمْ أَن تَرِثُواْ النِّسَاء كَرْهًا وَلاَ تَعْضُلُوهُنَّ لِتَذْهَبُواْ بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلاَّ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا﴾

    TƏRCÜMƏ:

    Bəzi adamlar varlı qadınlarla, onların mal-dövlətlərinə sahib olmaq üçün evlənirlər. Amma onların özlərinə çox da məhəbbət bəsləmirlər. Buna görə də bu ayədə buyurulur:

    «Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    İmam Baqirdən (ə) nəql olunur ki, bu ayə öz həyat yoldaşları ilə normal şəkildə, bir həyat yoldaşı kimi davranmayan və onları öldükdən sonra mal-dövlətlərinə sahib olmaq məqsədi ilə saxlayanların barəsində nazil olmuşdur.(Məcməül-bəyan», 3-cü cild, səh. 24)

    TƏFSİR:

    Bəlkə də bu ayədə yalnız irs aparılan mal nəzərdə tutulur və məqsəd budur ki, vəfat edən kişinin həyat yoldaşı da irs kimi bir kəsə çatmır. Birinci əri vəfat etdikdən sonra o, öz istək və iradəsi ilə yenidən ərə gedə bilər, istədiyi adamla evlənib ailə qura bilər.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam qadınların hüquqlarını müdafiə edir.

    2. Qadınların da malikiyyət hüquqları vardır.

    3. Ailə münasibətləri mal-dövləti ələ keçirmək naminə deyil, məhəbbət əsasında qurulmalıdır.

    4. Mehriyyənin zorla alınması haramdır.

    5. Qadınlarla gözəl və bəyənilən şəkildə rəftar etmək lazımdır.

    6. Xeyir işlərdən çoxu xoşagəlməz işlərin arasındadır, buna görə də həmişə ümidvar olmaq lazımdır.

    AYƏ 20:

    ﴿ وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلاَ تَأْخُذُواْ مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَاناً وَإِثْماً مُّبِيناً ﴾

    TƏRCÜMƏ:

    «Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər)»

    TƏFSİR:

    Cahiliyyət dövründə bəziləri ikinci arvad almaq istəyəndə birinci arvadına töhmət vurmaqla, iftira atmaqla təzyiqə məruz qoyurdular ki, öz mehriyyəsini bağışlasın, əri də ona təlaq versin. Sonra o həmin mehriyyə ilə başqa bir arvad alırdı. Yuxarıdakı ayə cahilliyyət dövründən miras qalmış bu yanlış adəti məzəmmət edir.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam nəzərindən ikinci dəfə evlənməyin eybi yoxdur.

    2. Təlaq kişinin ixtiyarındadır.

    3. İslam dini qadın haqlarını himayə edir və buyurur ki, ikinci dəfə olan evlilik heç vaxt birinci həyat yoldaşının haqqının tapdalanmasına səbəb olmamalıdır.

    4. Qadının malikiyyət hüququ vardır və onun bütün var-dövləti, heç bir şey azaldılmadan özünə təhvil verilməlidir.

    5. Zülmün ən pis növlərindən biri də camaatın malını mənimsəyib, sonra özünə bəraət qazandırmaq üçün mal sahibinə töhmət vurmaq, onun abır-heysiyyətini aparmaqdır.

    AYƏ 21:

    ﴿ وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا ﴾

    TƏRCÜMƏ:

    « Onu necə geri alırsınız halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!»

    TƏFSİR:

    Bu ayə göstərir ki, dini təbliğatda nəhy əz münkər edərkən insani atifə və duyğulardan lazımınca istifadə etmək lazımdır. Ayədə buyurulur ki, siz uzun müddət öz həyat yoldaşlarınızla ünsiyyətdə olduğunuz, bir-birinizdən ləzzət aldığınız halda nə üçün nahaq yerə onların mehriyyəsini geri almaq istəyirsiniz?! Həyatda baş verən narahatlıqlar zamanı əvvəlki gözəl günləri, ləzzətləri də yad etmək lazımdır. Evlilik əqdi möhkəm bir əhd-peyman olduğundan onu pozmaq caiz deyildir.

    AYƏ 22:

    ﴿ وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Atalarınızın evlənmiş olduğu qadınlarla - (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən də bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur

    TƏFSİR:

    Cahiliyyət dövrünün adət-ənənələrindən biri də bu idi ki, bir kəs dünyadan gedəndə onun övladları özlərinin ögey anaları ilə (atasının başqa arvadı ilə) evlənirdilər. Ənsardan Əbu Qeys adlı bir nəfər dünyadan getdi. Onun övladları özlərinin ögey analarına evlənmə təklifini irəli sürdülər. O qadın dedi: "Gərək Peyğəmbərdən bu məsələni soruşub vəzifəmi aydınlaşdıram.” Peyğəmbərdən (s) soruşduqda bu ayə nazil oldu və ögey analarla evlilik qadağan edildi.

    AYƏ 23:

    ﴿حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاَتُكُمْ وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْتِ وَأُمَّهَاتُكُمُ اللاَّتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَآئِكُمْ وَرَبَائِبُكُمُ اللاَّتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ اللاَّتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُواْ دَخَلْتُم بِهِنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ وَحَلاَئِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلاَبِكُمْ وَأَن تَجْمَعُواْ بَيْنَ الأُخْتَيْنِ إَلاَّ مَا قَدْ سَلَفَ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا﴾

    TƏRCÜMƏ:

    «(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır

    TƏFSİR:

    Bu ayədə insana məhrəm, yəni evlənməsi haram olan qadınların adları qeyd olunur. Evlənilməsi haram sayılan və insana məhrəm olan qadınlar üç dəstədir:

    1. Təvəllüd səbəbi ilə məhrəm olanlar (buna nəsəbi bağlılıq deyilir).

     2. Evlilik səbəbi ilə məhrəm olanlar (buna səbəbi bağlılıq deyilir).

    3. Süd verməklə insana məhrəm olanlar.

    Məhrəmlərlə evlənmək bu ayənin hökmü nazil olmazdan öncə olsaydı bağışlanırdı.

    Qeyd etmək lazımdır ki, məhrəmlərlə evlənmək qədim dinlərdə də haram olmuşdur.(Tövrat, «Sifri ədyan», 18-ci bab, 23-26-cı ayələr)

    İNCƏ MƏTLƏBLƏR

    1. Hər bir şeyin (yemək, içmək, müamilə, evlənmə və s.) halal və ya haram edilməsi yalnız Allahın ixtiyarındadır.

    2. İnsan öz arvadının əvvəlki ərindən olan qızlarına öz qızı kimi baxmalı, onun tərbiyəçisi olmalıdır. Çünki onun yanında tərbiyə olunur və şəxs də onun atası sayılır.

    3. Öz nəslinizdən olan övladların həyat yoldaşları sizə haramdır (məhrəmdir). Amma oğulluğa götürdüyünüz şəxsin həyat yoldaşı məhrəm deyil.

    4. İki bacı ilə evlənmək adətən onların bir-birinə həsəd aparmasına səbəb olduğuna, şəxsi və cinsi rəqabət ilə nəticələndiyinə görə onların məhəbbətləri ədavətə səbəb olur, buna görə də yuxarıdakı ayədə bu iş qadağan olunmuşdur.

    AYƏ 24:

    ﴿وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاء إِلاَّ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَاء ذَلِكُمْ أَن تَبْتَغُواْ بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا﴾

    TƏRCÜMƏ:

    Kafir qadınların əsirliyə alınması əvvəlki ərindən boşanıb təlaqalma hökmündədir. Eləcə də bir qadının kafirliyə davam edən əri ola-ola özünün iman gətirməsi də onun öz ərindən ayrılmasına səbəb olur.

    İslam nəzərindən ərli qadınlarla evlənmək, millət və dinindən asılı olmayaraq haramdır. Lakin bir arvadın kafirlərdən əsir alınması ona təlaq verilməsi hökmündədir və qadın əsir düşdükdən sonra bir heyz müddətində, hamilə olduqda isə doğuşa qədər iddə saxlamalıdır. İddə müddətində cinsi məsələlər caiz deyildir. Bu cür (daimi, yaxud müvəqqəti) evlənmə onların kafirlərə qaytarılması, yaxud başsız qoyulmasından daha yaxşıdır.

    Əhli-Beytin (ə) buyurduğuna, eləcə də əksər sünni müfəssirlərinin dediyinə görə, «fəməstəmtətum» cümləsi müvəqqəti evliliyə – mütəyə dəlalət edir.

    AYƏ 25:

    ﴿وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلاً أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مِّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بَعْضُكُم مِّن بَعْضٍ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذَلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ وَأَن تَصْبِرُواْ خَيْرٌ لَّكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ﴾

    TƏRCÜMƏ:

    «Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır

    TƏFSİR:

    Evlilik mövzusunun davamında bu ayədə kənizlərlə evlənmə şərtləri bəyan edilir. Əvvəldə buyurulur: İmanlı, pak, iffətli və azad qadınlarla evlənmə qüdrətinə malik olmayanlar imanlı kənizlərlə evlənə bilərlər, çünki adətən, onların mehriyyələri az və sair xərcləri yüngüldür.

    Sonra buyurulur: Siz onların imanlı olmasını ayırd edərkən batininə deyil, zahiri əlamətlərinə diqqət yetirməyə vəzifəlisiniz. Allah sizin iman və əqidənizə hamıdan artıq agahdır.

    Bəziləri kənizlərlə evlənməyə ikrah hissi ilə yanaşdığından Quran buyurur: Sizin hamınız bir atadan və bir anadan dünyaya gəlmisiniz, bəziləriniz bəzilərinizdəndir. Buna əsasən kənizlərlə evlənməyə ikrah hissi ilə yanaşmamalısınız.

    Sonra belə evlənməyin şərtlərindən birinə işarə edilir: Bu evlilik kəniz sahibinin icazəsi ilə baş verməlidir. Onun icazəsi olmadan batil sayılır.

    Sonrakı cümlədə buyurulur: Onların mehriyyələrini özlərinə verin.

    Bu cümlədən məlum olur ki, mehriyyə onların öz vəziyyətlərinə münasib və layiqli şəkildə verilməlidir, həmçinin onu kənizin özünə vermək lazımdır. Eləcə də məlum olur ki, qullar qanuni yolla əldə etdikləri mal-dövlətə sahib ola bilərlər.

    Bu evliliyin şərtlərindən biri də budur ki, onlar gərək iffətli olsunlar, aşkarda zina əməlinə mürtəkib olmasınlar.

    Sonrakı cümlədə kənizlərlə evlənmə və onların hüquqlarının müdafiəsi, eləcə də iffətə zidd olan zina əməlinə mürtəkib olduqları zaman cəzalandırılmaları hökmü qeyd olunur. Belə ki, əgər iffətə zidd olan zina əməlinə mürtəkib olsalar, azad qadınlar barəsində icra olunan hökmün (cəza tədbirinin) yarısı onlar üçün icra olunacaq, yəni onlara təkcə 50 şallaq zərbəsi vurulacaqdır.

    Sonra buyurulur: O kəslər kənizlərlə belə evlənə bilər ki, cinsi qərizə onlara çox şiddətli təzyiq göstərsin və azad qadınlarla evlənməyə imkanları olmasın. Deməli, belə evlilik qeyd olunanlardan başqası üçün caiz deyildir.

    Sonra buyurulur: Bir sıra əxlaqi və ictimai məsələlərə görə belə evlilikdən uzaq olmaq sizin xeyrinizədir (bu iş gərək zərurət miqdarında yerinə yetirilsin və siz günaha aludə olmayasınız).

    Ayənin axırında buyurulur: Allah sizin, xəbərsizlik ucbatından keçmişdə etdiyiniz əməlləri bağışlayandır və O, mehribandır.

    AYƏ 26:

    ﴿ يُرِيدُ اللّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ ﴾

    TƏRCÜMƏ:

    «Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir

    TƏFSİR:

    BU MƏHDUDİYYƏTLƏRİN SƏBƏBİ

    Əvvəlki ayələrdə evlilik məsələləri ilə əlaqədar bəyan olunan müxtəlif hökmlərin ardınca belə bir sual yarana bilər ki, bu qədər məhdudiyyətlərin qoyulmasında və qanunların təyin edilməsində məqsəd nədir? Bu və ondan sonrakı iki ayədə həmin suallara cavab verilir və buyurulur: Allah bu göstərişlərlə xoşbəxtlik və səadət yollarını sizin üçün aşkar etmək istəyir.

    Bunu da qeyd edək ki, siz bu göstərişlərə əməl etməkdə tək deyilsiniz və Allah sizi əvvəlki qövmlərin düzgün sünnələrinə tərəf dəvət edib yol göstərmək istəyir, üstəlik tövbələrinizi də qəbul edir.

    Yolunuzdan azdığınıza görə məhrum olunduğunuz nemətlər bir daha sizə qaytarılar, bu şərtlə ki, İslamdan əvvəlki cahiliyyət dövrlərində düşdüyünüz azğın yollardan haqqa tərəf qayıdasınız.

    Ayənin axırında buyurulur: Allah elmli və hikmət sahibidir, Öz hökmlərinin sirlərindən tamamilə agahdır, onu Öz hikmət və məsləhəti ilə sizin üçün şəriət qanunu halına salmışdır.

    AYƏ 27:

    ﴿ وَاللّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُواْ مَيْلاً عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər

    TƏFSİR:

    Cinsi azadlıq ilk baxışda bir növ ləzzətdir. Lakin onun fərdi və ictimai zərərlərinə nəzər yetirməklə məlum olur ki, bu iş cəmiyyətin ən böyük süqutu, tənəzzülü və mənəvi inhirafıdır. Heç bir şeyə məhəl qoymadan açıq-saçıq şəkildə olan cinsi ləzzətlər insanın cismini əridir, fikrini daim bu işlərə məşğul edir, mal-dövləti bu yolda puça çıxarır, əmanətdarlığı məhv edib aradan aparır, ailə təşkil etməyə olan rəğbət və meylləri insanlardan alır, cəmiyyətə qanunsuz övladlar təhvil verir, çoxlu ruhi və cinsi xəstəliklər yaradır. Bir sözlə, cinsi azadlıq ardınca ən böyük xəsarət və bədbəxtçiliklər gətirir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Evlənmədə qoyulan şərtlər və məhdudiyyətlər Allah-təalanın insana olan lütf və mərhəmətini göstərir.

    2. Heç bir qeyd-şərtə məhəl qoymayan şəhvət ardıcılları sizin şəhvət girdabında qərq olmağınızdan başqa bir şeylə qane olmazlar. Onlar sizi də özlərinə yoldaş etmək istəyirlər.

    3. Şəhvətbazların tutduğu yolla getməyin, onları təbliğ etməyin. Çünki onlar sizin düşməninizdir.

    AYƏ 28:

    ﴿ يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا ﴾

    TƏRCÜMƏ:

    «Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır

    TƏFSİR:

    Son üç ayədə ardıcıl olaraq Allah-təalanın lütf və mərhəməti irəli çəkilir, O Öz hökmlərini insanlar üçün bəyan edib göstərir. Eləcə də lütf və mərhəmətini onlara qaytarır və işlərində asanlıq olmasını istəyir. Çünki insan cinsi qərizələr tufanı qarşısında çox zəifdir, onun səbr və müqavimət qüdrəti çox azdır.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam asan bir dindir və onda heç bir çıxılmaz vəziyyət mövcud deyildir.

    2. Bu dinin əsası yüngülləşdirmə, hər hansı bir işə qüdrətli və müyəssər olmaq əsasındadır.

    AYƏ 29:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ وَلاَ تَقْتُلُواْ أَنفُسَكُمْ إِنَّ اللّهَ كَانَ بِكُمْ رَحِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır

    TƏFSİR:

    Adam öldürməyin haram və qadağan olunmasının malın batil yolla yeyilməsi ilə yanaşı qeyd olunmasının səbəbi bəlkə də bu ola bilər ki, sağlam olmayan, xəstə iqtisadi sistem cəmiyyətin bir-birini qətlə yetirməsinə, yaxud həlak olmasına şərait yaradır.

    İNCƏ MƏTLƏBLƏR

    1. Fərdi mülkiyyət möhtərəm və toxunulmazdır, düzgün müamilə və razılıq olmadan başqalarının mal-dövlətindən istifadə etmək haramdır.

    2. Ümmət və cəmiyyət vahid bir ruha, müştərək bir taleyə malikdir.

    3. Haqq əsasında olmayan hər növ istifadələr, o cümlədən qəsb, oğurluq, irsin qarşısını almaq, qumar, mala qatqı qatmaq, saxtakarlıq, fəsad və günah törədən vasitələrin alveri, bir sözlə, batilin nümunəsi olan hər bir əməl haramdır.

    4. Alver iki tərəfin razılığı əsasında olmalı, bu məsələdə icbara yol verilməməlidir.

    5. İnsanın canı möhtərəmdir (toxunulmazdır), eləcə də insanın həm özünü öldürməsi (intihar etməsi), həm də başqasını öldürməsi haramdır.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1168 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024